Azərbaycan Dövlət İqtisad Universiteti «Ticarət və gömrük işinin təşkili» kafedrasının I.ü. f d. Hüseynova. S. Y



Yüklə 430 Kb.
səhifə12/14
tarix02.01.2022
ölçüsü430 Kb.
#39954
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
ASEU TEACHERFILE WEB 9888367045826910063.doc 1617544828

İnjinirinq beynəlxalq kommersiya əməliyyatlarının müstəqil bir növü kimi müqavilə əsasında konsultant (məsləhətçi) adlandırılan bir tərəfdən, sifarışçi adlandırılan digər tərəfə obyektlərin layihələşdirilməsi, tikintisi və onların istismara verilməsi, sifarişçiyə məxsus olan müəssisələrdə yeni texnoloji proseslərin işlənilməsi, mövcud istehsalat proseslərinin təkmilləşdidirlməsi, məmulatların istehsala tətbiqi ilə bağlı olan kompleks şəkildə mühəndis-texniki xidmətlərin və yaxud onların ayrı-ayrı növlərinin göstərilməsini nəzərdə tutur.

Yeni obyektin tikintisi üçün lazım olan kompleks xidmətlərin və mal göndərişlərinin edilməsi üçün müqavilə əsasında injinirinqin göstərilməsi kompleks injinirinq adlandırılır. Buraya üç növdə mühəndis-texniki xidmətlər daxil edilir:



  1. Konsultativ injinirinq (məsləhət xarakterli), obyektlərin layihələşdirilməsi, tikinti planlarının işlənilməsi və işlərin gedişatına nəzarətin aparılması ilə bağlı olan əqli xidmətlərlə bağlıdır;

  2. Texnoloji injinirinq, sənaye obyektinin tikintisi və onun istismarı üçün lazım olan texnologiyaların sifarişçiyə verilməsindən (istehsalat təcrübəsinin və biliklərin verilməsi üzrə müqavilə), elektrik təchizatı, su təchizatı və nəqliyyat üzrə layihələrin işlənilməsindən ibarətdir;

  3. Tikinti injinirinqi və yaxud ümumi injinirinq, əsasən avadanlığın, texnikanın göndərilməsindən və qurğuların quraşdırılmasdan, lazım olan hallarda mühəndis işlərinin görülməsini də daxil etməklə ümumi xarakterli xidmətlərin göstərilməsindən ibarətdir.

Texniki xidmətlərin bütöv kompleksinin təqdim olunması və müəssisənin hesablanmış göstəricilərə çatdırılması, beynəlxalq təcrübədə «obyektin açar altına təhvil verilməsi» kimi adlandırılır.

Obyektin «açar altına təhvil verilməsi» zamanı məsləhətçilər (konsultantlar) müxtəlif funksiyalari yerinə yetirirlər: tikintinin bütün mərhələlərində texniki-iqtisadi əsaslandırmalardan tutmuş tikinti obyektinin faktiki olaraq qəbul olunmasınadək konsultativ köməklik göstərirlər.

Mühəndis-konsultasiya xidmətlərinin göstərilməsinə dair nümunəvi kontraktlardan BMT-nin Avropa Komissiyasının ticarətin inkişafı üzrə Komitəsi tərəfindən işlənilmiş «Konsultativ injinirinqə (bununla bağlı olan texniki yardımın məqamları da daxil edilməklə) dair beynəlxalq müqavilələrin tərtib edilməsi üzrə rəhbərlik» daha çox maraq doğurur.
Beynəlxalq kommersiya fəaliyyəti alqı-satqı yolu ilə həyata keçirilən malların dövlət sərhədlərindən keçirilməsi zəruriyyəti ilə bağlıdır. Bu keçirilmə gömrük əməliyyatları – malların ixracatı (eksport) və idxalatı (import) zamanı dövlətin maraqlarının qorunması üçün lazım olan bir sıra rəsmi hərəkətlərlə müşayiət olunur.

Gömrük əməliyyatları xüsusi dövlət orqanı olan müəssisə - gömrük xidməti və yaxud gömrük tərəfindən həyata keçirilir.



Gömrüyün əsas təyinatı dövlət sərhədini keçən yüklərə nəzarətin edilməsi və gömrük ödənişlərinin alınmasından ibarətdir.

Gömrüklər, sərhədi keçmə məntəqələrində, xaricə göndərilən limanlarda və şəhərlərdə yerləşirlər. Dəmir yolu, dəniz, hava limanı gömrükləri mövcuddurlar.

Gömrük xidmətinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • gömrük qanunvericiliyə əməl olunmasının yoxlanılması;

  • gömrük yoxlamasının (yükə baxışın) həyata keçirilməsi;

  • qaçaqmala (kontrabanda) qarşı mübarizə;

  • idxalata və ixracata qadağa olunmuş malların müsadirə olunması;

  • gömrük ödənişlərinin alınması;

  • gömrük qanunvericiliyinin pozulmasına görə cərimələrin qoyulması;

  • yüklərin müvəqqəti saxlanılmaya qəbul edilməsi;

  • ixrac və idxal olunan malların uçotunun aparılması.

Gömrüyün işi, sərhədi keçən şəxslər tərəfindən bir sıra formallıqlara əməl olunmasını nəzərdə tutur: gömrük bəyannaməsinin təqdim olunması, malın mənşəyi, ixracat və yaxud idxalat lisenziyaları, sanitar nəzarətindən keçmə və s. barədə sənədlərin verilməsi.

Bizim gömrük qanunvericiliyinin tam həcmlərdə fəaliyyət göstərdiyi Azərbaycan dövlətinin bir hissəsi, gömrük ərazisi adlandırılır. Bu, ölkənin topraq ərazisi, onun daxili və ərazi suları, müvafiq hava sərhədləridir.

Gömrük ərazisinin xaricində azad gömrük zonaları mövcuddur. Bu zonalarda, malların idxalatına və ixracatına əlverişli şərait yaradan xüsusi gömrük rejimi tətbiq olunur. Bu, ilk növbədə, gömrük ödənişlərindən və vergilərindən azad olunmadır. Azad gömrük zonaları bir qayda olaraq ölkənin o rayonlarında müəyyən olunurlar ki, orada iqtisadiyyatın qaldırılması üçün fövqəladə tədbirlərin həyata keçirilməsi zəruriyyəti vardır.

Yüklərin ixracatı və idxalatına qarşı gömrük qanunvericiliyi ilə nəzərdə tutulan bütün rəsmiyyətlərin yerinə yetirilməsi - gömrük təmizlənməsi adlandırılır.

Məqsədəuyğun olardı ki, gömrük təmizlənməsi ixracatçı və idxalatçı tərəfindən hərənin öz ölkəsində təşkil edilsin: ixracatçı ixrac zamanı, idxalatçı – malın idxalı zamanı.

Gömrük təmizlənməsi zamanı gömrük yoxlanışı – yükün, şəxsi əşyaların, nəqliyyat vasitələrinin ixracının, idxalının və yaxud tranzitinin qanuniliyinin müəyyən edilməsi məqsədilə yoxlanılmasından, həmçinin gömrük ödəmələri üçün əşyaların xarakteristikalarının müəyyən edilməsindən ibarətdir.




Yüklə 430 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin