Qrup formasinda müsahibə-bir neçə namizədi yoxlayaraq ünsiyyət, stress menecment və komanda ilə iş bacarıqlarına malik ən yaxşı namizədin seçilməsi üçün sürətli bir vasitədir.
Qrup müsahibəsi nədir?
Qrup müsahibəsi iş müsahibəsinin elə bir növüdür ki, müsahibədə bir neçə namizəd eyni zamanda iştirak edir. Həmin namizədlər bir və ya bir neçə şəxs tərəfindən müsahibə oluna bilərlər.
Qrup müsahibəsindən nə zaman istifadə olunur?
Qrup müsahibələrindən əsasən aşağıdakı hallarda istifadə olunur:
Vakant vəzifəni qısa müddət ərzində doldurmalı olduqda – məsələn, mövsümi işlərə işçi qəbul edərkən;
Eyni və ya oxşar vəzifələrə birdən artıq işçi işə qəbul edərkən;
Oxşar keyfiyyətlərə malik namizədlər çoxluq təşkil etdikdə;
Komanda ilə iş və stress menecment bacarıqlarının mühüm əhəmiyyət kəsb etdiyi vəzifələrə işçi qəbul edərkən;
Heç bir iş təcrübəsi olmayan namizədlər arasında seçim etməli olduqda
Qrup müsahibəsi hansı vəzifələrə işə qəbul zamanı istifadə olunur?
Qrup müsahibəsi ünsiyyət, stress menecment və komanda ilə iş bacarıqlarının mühüm əhəmiyyət kəsb etdiyi vəzifələrə seçim apararkən ən yaxşı namizədin seçilməsi üçün mükəmməl vasitədir. Qrup müsahibəsi müsahibə aparan şəxslərə imkan verir ki, namizədlərin bu bacarıqlarının hansı səviyyədə olmasının canlı şahidi olsunlar. Buna görə də qrup müsahibələri əsasən aşağıdakı sahələr və vəzifələr üzrə işə qəbul zamanı istifadə olunur:
Bunlardan əlavə, qrup müsahibələri müştərilərə xidmət və insanlarla ünsiyyət xüsusiyyətlərinə malik bütün vəzifələrə işə qəbul zamanı istifadə oluna bilər.
Qrup müsahibəsinin növləri
Qrup müsahibəsinin iki əsas növü var:
Dostları ilə paylaş: |