Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov


XXI F ƏSİL. İSTEHSAL AMİLLƏRİ BAZARINDA



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə250/302
tarix22.12.2023
ölçüsü5,84 Mb.
#190135
növüDərs
1   ...   246   247   248   249   250   251   252   253   ...   302
Qiymet-2019

XXI F
ƏSİL. İSTEHSAL AMİLLƏRİ BAZARINDA
QİYMƏTLƏRİN ƏMƏLƏ GƏLMƏSİ
 
 
21.1. 
Rəqabətli amil bazarında qiymətlərin
formalaşması meylləri 
 
İstehsal amilləri iş qüvvəsi, torpaq, kapital bazarını təhlil edək. Əmtəə 
bazarında tələb və təklifi formalaşdıran qüvvələr eyni zamanda istehsal amilləri 
bazarında da fəaliyyət göstərir. 
İstehsal amilləri sahibkarların gəlirini yaradaraq qiymətlərdə rəqabət əmələ 
g
ətirir. Gəlirlərin bölgüsü nəzəriyyəsi qiymət nəzəriyyəsinin tərkib hissəsidir. 
Amill
ərin xidmətinin qiyməti olduğu kimi, istehsal amillərinin özlərinin də 
qiym
ətləri vardır. Məsələn, torpaq sahəsinin qiyməti, maşınların qiyməti. Əmək 
haqqı - iş qüvvəsinin (və ya əməyin) qiymətidir, renta - torpaqdan istifadəyə görə 
öd
ənilən qiymətidir, faiz - kapitaldan istifadəyə görə ödənilən qiymətdir. 
Çoxlu alıcı və satıcıların fəaliyyət göstərdiyi istehsal amilləri bazarına 
r
əqabətli amil bazarı deyilir. Burada heç bir alıcı və satıcı istehsal amilinin 
qiym
ətinə təsir göstərə bilmir. 
Ayrıca firmanın amillərə olan tələbini təhlil edək. Bütün alıcıların amillərə 
olan t
ələblərinin cəmi amillərə olan bazar tələbini əmələ gətirir. 
İstehlak tələbindən fərqli olaraq, istehsal amillərinə olan tələb törəmə 
t
ələbdir. O, firmanın istehsal amillərinə çəkdiyi xərcdən və istehsalın həcmindən 
asılıdır. Məsələn, proqram satan firmanın kompüterlərə olan tələbi təkcə 
proqramçıların əmək haqqından deyil, həm də firmanın satmağa hazırlaşdığı 
proqramların kəmiyyətindən asılıdır. 
Ona gör
ə də istehsal amillərinin qiymətləri təkcə həmin amil bazarlarının 
quruluşundan asılı deyil, həmçinin mövcud əmtəə bazarının quruluşundan asılıdır. 
İstehsal amilinə olan tələbi təhlil etmək üçün firmanın istehsal resurslarından 
istifad
ənin həcmini necə müəyyənləşdirməyi göstərmək lazımdır. 
Bel
ə qəbul edək ki, firma öz məhsulunu iki resursun köməkliyi ilə istehsal 
edir: K kapitalı və L əməyi. O, kapitalı r qiymətinə (kapitala görə faiz dərəcəsi), 
əməyi isə W (əmək haqqı) qiymətinə alır. Eyni zamanda firma binaya və avadan-
lıqlara malikdir. O, nə qədər işçi tutmaq lazım olduğunu müəyyənləşdirməlidir. 
Firma artıq müəyyən miqdarda işçi tapmışdır və bilmək istəyir ki, daha bir 
işçi cəlb etmək rentabellidirmi? Daha bir işçi cəlb etmək o vaxt düzgün olar ki, 
firmanın əlavə mədaxili onun əlavə xərclərindən çox olsun. Əlavə əmək 
vahidind
ən əldə olunan əlavə mədaxil, 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin