Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Beynəlxalq-neft-qaz biznesi»


SUAL 7.5. Biznesin qiymətləndirilməsi metodları



Yüklə 142,35 Kb.
səhifə14/30
tarix03.01.2022
ölçüsü142,35 Kb.
#50984
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
beynəlxalq neft-qaz biznesi sakit semedov

SUAL 7.5. Biznesin qiymətləndirilməsi metodları

Biznesin qiymətləndirilməsi əvvəla, hüquqi şəxs kimi müəssisənin dəyərinin müəyyənləşdirilməsini ifadə edir. İkincisi, biznesin qiymətləndirilməsi müəssisənin gələcəkdə gəlir (mənfəət) alınmasına imkan verən mülkiyyət hüququnun texnologiyanın, rəqabət qabiliyyətinin, material və qeyri-maddi aktivlərinin aşkarlanması, aydınlaşdırılması deməkdir.

Müəssisənin (biznesin) dəyərinin qiymətləndirilməsi müəssisə kapitalının bazar dəyərinin müəyyənləşdirilməsi prosesidir. Daha doğrusu, biznesin qiymətləndirilməsi müəssisənin dəyərinin, yaxud onun kapitalında səhmdarların payının müəyyənləşdirilməsi prosesidir. İnnovasiya-investisiya fəaliyyətini, müəssisənin bazar dəyərini (müəssisə səhmlərinin dəyərini) və müəssisənin satış qiymətini müəyyənləşdirmək, sabit fəaliyyət göstərən müəssisəni sıgortalamaq üçün biznesin qiymətləndirilməsi vacibdir. Son illər respublikamızda geniş miqyasda iqtisadi islahatların aparılması və sahibkarlıq fəaliyyəti ilə məşğul olan özəl təsərrüfat subyektlərinin intensiv inkişaf etdirilməsi kapitalın qiymətləndirilməsinə təlabatı xeyli artırmışdır.

Qiymətləndirmə fəaliyyəti başa çatdıqdan sonra alınan nəticənin doğruluğunu yoxlamaq üçün biznesin qiymətləndirilməsinin müxtəlif üsullarından istifada edilir. Əgər bu tələb nəzərə alınmazsa, qiymətləndirmə üzrə aparılan işin nəticəsi səhv ola bilər, yəni:

  • yalnız müəssisənin yaradılmasına çəkilən xərclərin dəyərinin birbaşa hesablanması üsulu ilə qiymətləndirmənin aparılması təkcə həmin xərcləri qiymətləndirməyə imkan verir. Dövlət bu qiymətlə obyekti satdıqda gələcəkdə alınacaq gəlirdən məhrum olur;

  • yalnız gələcək gəlirin hesablanması üsulu ilə biznesin qiymətləndirilməsi üzrə aparılan işin nəticəsi də səhv ola bilər. Çünki, investor qoyduğu sərmayənin maliyyə nəticələrinə yekun vurarkən, bir qayda olaraq, həmin maliyyə nəticəsinə

nail olmaq üçün sərf edilən məsrəfləri nəzərə almır.

Bizim fikrimizcə, biznesin qiymətləndirilməsi texnologiyası o halda doğru olardı ki, müəssisənin yaradılmasına çəkilən xərclər və onun gələcəkdə verəcəyi gəliri, həmçinin analoji müəssisə üzrə məlumatları nəzərə almaqla kapitalın satış qiyməti nöqteyi-nəzərdən qiymətləndirmə üsullarının bütün arsenalından səmərəli istifadə edilsin.

Biznesin qiymətləndirilməsi prosesində tətbiq edilən metodlar onun apanlması məqsədi və səbəblərindən bilavasitə asılıdır. Nə qədər ki, dəyər müxtəlif üsullarla qiymət-ləndiriləcək, qiymətləndirmənin aparılması məqsədi və səbəblərindən asılı olaraq eyni bir vaxtda eyni müəssisə müxtəlif dəyərlərə malik ola bilər.

Biznesin qiymətləndirilməsi üzrə işin aparılması məqsədi və səbəblərinin müəyyənləşdirilməsi qiymətləndirmə prosedurunun həyata keçirilməsi variantının seçilməsi üçün əsas sayılır. Bu proseduru təhlil etməkdən ötrü xatırladaq ki, bazarda yalnız elə aktivlər alınır, hansı ki, onlardan istifadə gəlir (mənfəət) gətirir. Biznes dəyərinin adekvat standartlarını seçmək üçün belə əsas əlamətlə gəlirin formalaşması mənbəyləri çıxış edir. Məlum olduğu kimi, fəaliyyət göstərən müəssisədə gəlirin formalaşmasının iki mənbəyi mövcuddur: müəssisənin istehsal-təsərrüfat fəaliyyətindən alınan gəlir; müəssisənin aktivlərinin satışından alınan gəlir. Həmin maliyyələşmə mənbəylərinə biznesin aşağıdakı iki dəyəri uyğun gəlir.

  1. Mövcud müəssisənin dəyəri. Bu dəyər gəlirin birinci
    mənbəyini əks etdirərək nəzərdə tutur ki, müəssisə fəaliyyətini davam etdirəcək və gəlir gətirəcək.

  2. Müəssisənin aktivlərinin dəyəri. Bu dəyər gəlirin ikinci mənbəyini əks etdirərək nəzərdə tutur ki, müəssisə ləğv ediləcək, yəni müəssisə xərc ünsürlərinə görə qiymətləndirilir.

Beləliklə, qarşıda duran məqsəddən və konkret vəziyyətdən asılı olaraq biznesin dəyəri müxtəlif cür qiymətləndirilə bilər. Buna görə də müəssisənin (biznesin) dəyərini qiymətləndirmək üçün onun daşınan və daşınmaz əmlakın dəyərinin dəqiq müəyyənləşdirilməsi tələb olunur.

Əmlakın obyektiv və düzgün qiymətləndirilməsi özəlləşdirmə prosesində əsas və vacib məsələlərdən biridir. Bu bazar iqtisadiyyatının tələbindən irəli gəlir. Ən inkişaf etmiş ölkələrdən olan Böyük Britaniyada əmlakın qiymətləndirilməsinin beş metodundan istifadə edilir. Bunlar – müqayisə, investisiya, gəlir, qalıq və podrat metodlarından ibarətdir. ABŞ-da isə üç metod daha çox yayılmışdır. Bunlar – xərc, bazar və gəlir metodlarından ibarətdir.

Biznesin qiymətləndirilməsinə xərc yanaşması aktivlərin toplanması metodunu tətbiq etməklə reallaşdırılır. Bu metodun iki modifikasiyası var: müəssisənin ləğv edilən dəyərinin qiymətləndirilməsi üçün; fəaliyyət göstərən müəssisənin dəyərini qiymətləndirmək üçün.

İnkşaf etmiş dünya ölkələrinin təcrübəsində daşınmaz əmlakın qiymətləndirilməsi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə mütəxəssis oxşar obyektlərin regional və yerli bazarlardakı vəziyyətini tədqiq edir. Həmin tədqiqat nəticəsində müəyyən vaxt kəsiyində hüquqi, fiziki, maliyyə və s. məhdudiyətlər daxilində istehlakçıların verdikləri üstünlüklərin ümumi xarakteri çərçivəsində daşınmaz əmlakdan ən yaxşı istifadə barədə rəy verilir. Qiymətləndirilən daşınmaz əmlakdan istifadənin ən yaxşı variantı müəyyən müddət ərzində ən yüksək ümumi gəlirin təmin edilməsindən ibarətdir. Daşınmaz əmlakdan istifadənin variantı seçildikdən sonra qiymətləndirmənin ikinci variantı başlayır. Əmlakın qiymətləndirilməsinin xərc metodu alıcının obyektin yenidən tikiləcəyi təqdirdə neçəyə başa gələcəyindən artıq pul verməməsinə əsaslanır. Bu yanaşma yeni və ya nisbətən yeni obyektlərə tətbiq oluna bilər. Bazar iqtisadiyyatına keçid dövrünü yaşayan respublikamız üçün bu metod daha əlverişlidir. Onun əlvrişli olması digər metodlara nisbətən daha əlverişli mənfəət verməsi ilə əlaqədardır



Yüklə 142,35 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin