Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XIII əsrdə İngiltərə siyasi inkişafının əsas istiqamətləri



Yüklə 3,06 Mb.
səhifə130/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   126   127   128   129   130   131   132   133   ...   263
Orta srlr tarixi S D Skazkin

XIII əsrdə İngiltərə siyasi inkişafının əsas istiqamətləri.

XIII əsrdə ölkə daxilində iqtisadi əlaqələr möhkəmləndikcə İngiltərənin siyasi inkişafı feodal dövlətinin daha da məzkəzləşdirilməsi istiqamətində getdi. Hakim feodallar sinfi istismar olunan kütlələri itaətdə saxlamaq üçün bütövlükdə, dövlətin daha da mərkəzləşdirilməsində bu və ya digər dərəcədə maraqlı idi. Baronların özbaşnalığını cilovlamaq üçün, həmçinin cəngavərlər, şəhərli silki və azad kəndlilərin yuxarı təbəqəsi də buna tərəfdar idilər. Dövlətin, kənddə sinfi mübarizənin, şəhərlərdə ictimai toqquşmaların, feodalların öz içərisində isə ziddiyyətlərin kəskinləşməsi şəraitində, baş verən mərkəzləşməsi prosesi uzun sürən siyasi mübarizə ilə bir zamanda getdi. Bu mübarizə, bəzən silahlı toqquşmalarla nəticələnirdi.


XIII əsrdə siyasi mübarizənin birinci mərhələsi II Henrixin kiçik oğlu, Torpaqsız ləqəbi almış kral İoannın (1199 – 1216) hakimiyyəti illərinə düşür. İoann atasından miras qalmış qüvvətli dövlət aparatından əhalinin bütün təbəqələrini sıxışdırmaq üçün istifadə etdi. Özbaşına torpaq müsadirələri həyata keçirməklə, ürəyinə yatmayan iri sahibkarları həbs və edam etməklə, feodal qaydalarını daim pozmaqla o, baronları özünə qarşı qaldırdı. Baronları, İoannın Fransada apardığı, onların heç bir marağı olmayan uğursuz müharibələrlə əlaqədar olaraq çox tez-tez və hədsiz miqdarda pul yardımı və “qalxan pulu” tələb olunmasıda qıcıqlandırırdı. Baronları kilsə müdafiə edirdi. Kilsə kralın kilsə seçkilərinə qarışmasından və onun nəhayətsiz vergilərindən narazı idi. Ancaq iri feodalların kral sarayına yaxın olan və xüsusi imtiyazlı vəziyyətdə olan kiçik bir hissəsi kralın tərəfində idi.


Kralla baronlar arasında bundan əvvəl baş vermiş bütün toqquşmalardan fərqli olaraq, bu dəfə, əvvəllər həmişə baronlara qarşı kralı müdafiə etmiş olan əhali təbəqələri – cəngavərlər və şəhərlilər də baronların cəbhəsinə keçdilər. Baronları müdafiə etməyə onları kral idarəçiliyinin özbaşnalığı və nəhayətsiz vergilər, xüsusilə şəhərlərdən alınan vergilər sövq etdi. İoannın uğursuz xarici siyasəti ümumi narazılığı daha da kəskinləşdirdi. Fransa kralə II Flipp Avqust 1202 – 1204-cü illər müharibəsində İoannın Fransadakı bir sıra mülklərini – Normandiya, Anju, Men, Türen, Puatunun bir hissəsini ələ keçirdi. İoan və onun müttəfiqlərinin Laroş-o-Muan və Buvan yaxınlığındakı döyüşlərdə məğlub olmaları ingilis kralının bu yerləri qaytarmaq cəhdlərinə son qoydu. Hələ bundan əvvəl (1207-ci ildə) İoan onun razılığı olmadan Stefan Lenqtonu kenterberi arxiyepiskopu təyin etdiyi üçün papa III İnnokenti ilə uzunsürən münaqişəyə girmişdi.


1212-ci ildə papa İoannın taxt-tacdan məhrum edilməsi haqqında xüsusi fərman (bulla) verdi. Papa fərmanına əsasən ingilis taxt-tacına yiyələnmək hüququ fransa kralı II Flippə verildi. Öz təbəələrinin üsyana qalxacağından ehtiyyat edən İoann 1213-cü ildə papaya təslim oldu, özünü onun vassalı hesab etdi və hər il papaya 1000 gümüş marka verməyi öhdəsinə aldı. Bu rüsvayçı hadisə müxalifəti daha çox artırdı. 1215-ci ilin yazında baronlar cəngavərlər və


şəhərlilərin köməyi ilə krala qarşı müharibəyə başladılar. Londonlular paytaxtın qapılarını onların üzünə açdılar. Kral üsyana qalxmış baronların tələblərinə tabe olmaq məcburiyyətində qaldı və 1215-ci il iyunun 15-də “Böyük azadlıqlar xartiyası” adlanan xartiyanı imzaladı.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin