Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


İngiltərə parlamenti XIII–XIV əsrlərdə.Silki monarxiyanın meydana gəlməsi



Yüklə 3,06 Mb.
səhifə133/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   129   130   131   132   133   134   135   136   ...   263
Orta srlr tarixi S D Skazkin

İngiltərə parlamenti XIII–XIV əsrlərdə.Silki monarxiyanın meydana gəlməsi.

Parlament qəti olaraq, I Eduardın (1272-1307) hakimiyyəti illərində formalaşdı. Bu vaxtdan etibarən İngiltərə feodal dovləti silki monarxiya formasını aldı. Parlamentin yaranması feodal dövlətini daha da möhkəmləndirdi; bütün istismarçı qrupları sıx birləşdirdi. Parlamentə arxalanan kral qızğın surətdə kəndlilər əleyhinə siyasət yeritməyə başladı. Eyni zamanda, dünyəvi və ruhani əsilzadələrin kral hakimiyyəti üçün təhlükəli olan siyasi nüfuzunu sarsıtmağa çalışan I Eduard iri feodalların məhkəmə imtiyazlarını yoxlatdırdı və qismən ləğv etdi; kralın icazəsi olmadan torpaq ələ keçirməyi kilsə müəssisələrinə qadağan etdi. I Eduard və onun varislərinin parlamentə ehtiyacları var idi.


Belə ki, parlamenti iri feodallara qarşı müqail əks qüvvə hesab edirdilər.Parlament kralla cəngavərlərə və şəhər əhalisinin yuxarı təbəqələrinə daha çox arxalanmaq imkanı verirdi. Hətta parlamentin krala verilmək üçün təstiq etdiyi pul yardımı da əvvəkki ixtiyari vergilərə nisbətən asan toplanılır və məbləğcədə daha çox olurdu.


İngiltərə parlamenti öz qruluşuna görə Fransa Baş ştatlarından fərqlənirdi. Parlamentə kralın şəxsi məktubları ilə arxiyepiskoplar, yepiskoplar, ən böyük monastırların abbatları və baronlar dəvət olunurdular. Bundan başqa, parlamentə hər qraflıqdan iki cəngavər və ən böyük şəhərlərdən iki şəhərli çağrılırdı. Cəngavərləri və şəhər nümayəndələrini qraflıqdan yerli yığıncaqları və şəhərlərin ən varlı adamları seçirdilər. Azad kəndli kütlələri və şəhər yoxsulları parlamentə təslim olunmamışdılar. Villanlara isə seçkilərdə iştirak etməkaçıqca qadağan olunurdu.


Kral əhaliyə vergini parlamentlə razılaşıb qoyurdu. I Eduard, bəzən, parlamentin razılığı olmadan da vergi yığmağa və gömrüyü artırmağa cəhd göstərirdi. O, əhalidən zorakılıqla özbaşına pul topladığı üçün cəngavərləri və şəhərliləri narazı salmışdı. Bu narazı qüvvələri baronlar da müdafiə edirdilər. 1297-ci ildə I Eduard, yeni münaqişə yaranmasından qorxub “Xartiyanın təstiqi” adlı fərman verdi. O bu fərmanla parlamentin vergi qoyulmasında iştirak etmək hüququnu rəsmi olaraq təstiq etdi. Aydındır ki, vergi verənlərin əsas kütləsi – kəndlilər və şəhər zəhmətkeşləri, parlamentdə nümayəndələri olmadığından vergi qoyulmasında həç cür iştirak etmirdilər.


XIV əsrin birinci yarısında parlament iki palataya – yuxarı və aşağı palatalara bölünməyə başladı. Yuxarı palatada – lordlar palatasında ali ruhanilər və baronlar iclas edirdilər. Aşağı palataya – icma palatasına isə cəngavərlər və şəhərlərin nümayəndələri toplaşırdılar. Cəngavərlər və şəhərlərin nümayəndələri birlikdə sayca baronlardan çox idilər. Cəngavərlər və şəhərin yuxarı təbəqələrinin parlamentdə möhkəm ittifaqı onlardan ötrü, başqa ölkələrin nümayəndəli – silki məclislərinə, o cümlədən Fransanın baş ştatlarına nisbətən, böyük siyasi nüfuz yaradırdı. XIV əsrdə parlament vergi qoymaq hüququ ilə yanaşı, qanunların verilməsində də iştirak etmək hüququ qazandı. Qanunları adətən, icma palatasının müraciəti ilə kral və lordlar palatası qəbul edirdi.


Bir çox burjua tarixçiləri, xüsusilə ingilis və Amerika tarixçiləri İngiltərə parlamentini, guya “sinfi olmayan” (“siniflər xaricində duran”) xalq nümayəndələri orqanı kimi məhd edirdilər. Həqiqətdə isə, İngiltərə parlamenti hər hası orta əsr silki nümayəndələr məclisi kimi büsbütün feodallar sinfinə, qismən də şəhərin yuxarı təbəqələrinə xidmət edirdi və onun “xalq hüququ” (“demokratiya”) ilə heç bir əlaqəsi yox idi. Kralla tək-tək hallarda toqquşmasına baxmayaraq parlament, bütünlükdə kralın fəaliyyətini məhdudlaşdırmaqdan daha çox, onu öz nüfuzu ilə möhkəmləndirirdi. Parlament, xüsusilə, feodal dövlətinin kəndlilər əleyhinə olan bütüb tədbirlərini fəal surətdə müdafiə edirdi.

Parlamentin və silki monarxiyanın meydana gəlməsi İngiltərənin siyasi mərkəzləşmədəki müvəffəqiyyətlərini və xüsusilə, ölkədə ümumdövlət silki qruplarının – baronlar, cəngavərlər və şəhərlilərin yaranmasını faktiki əks etdirirdi. Öz növbəsində, parlament də özünün meydana gəlməsi ilə feodal dövlətinin daha da möhkəmlənməsinə kömək etdi. Hakim sinfin əlində alət olan parlament, hər halda, XIII – XIV əsrlərdə İngiltərədə mütərəqqi rol oynadı. Çünki o, feodalların ən irticacı təbəqəsinin – baronların siyasi iddialarını məhdudlaşdırır və kralın siyasətini cəmiyyətin o zaman üçün nisbətən qabaqcıl təbəqələrinin – cəngavərləri və şəhərin yuxarı təbəqələrinin mənafeyinə uyğun istiqamətə yönəldirdi. Şəhər nümayəndələrinin parlamentə buraxılması şəhərli silkinin müəyyən hüquqlarının və artmaqda olan əhəmiyyətinin rəsmi olaraq təsdiq edilməsi demək idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin