Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Kənddə sinfi mübarizənin və şəhərlərdə ictimai ziddiyyətlərin kəskinləşməsi



Yüklə 3,06 Mb.
səhifə135/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   131   132   133   134   135   136   137   138   ...   263
Orta srlr tarixi S D Skazkin

Kənddə sinfi mübarizənin və şəhərlərdə ictimai ziddiyyətlərin kəskinləşməsi.

Senyor irticası və “ işçi qanunvericiliyi” ingilis kəndində sinfi mübarizənin xeyli şiddətlənməsi ilə nəticələndi. “İcma qanunvericiliyi”ndən, başlıca olaraq, yoxsul kəndlilər – təkcə təhkimli kəndlilər deyil, azad kəndlilər də zərər çəkdilər. Çox hallarda, artıq, biyarı yaddan çıxarmış olan tam torpaq payına malik olan villanlar üçün senyor irticası, xüsusilə,


dözülməz olurdu. Villanlar “qəsdlər” düzəldir, biyara keçməkdən və artırılmış rentanı ödəməkdən imtina edirdilər. Qanunlarım qadağan etməsinə baxmayaraq əmək haqqının artırılması uğrunda mübarizə məqsədilə kənd təsərrüfatı fəhlələrinin gizli ittifaqları yaradılırdı. Kotterlər və muzdurlar sözü bir yerə qoyaraq, hər addımda qanunların müəyyən etdiyi əmək haqqı ilə işə girməkdən imtina edirdilər.

İngilis kəndliləri məhdud, kortəbii çıxışlardan XIV əsrin ikinci yarısında böyük rayonlar miqyasında baş verən daha kütləvi və mütəşəkkil hərəkatlara keçdilər. İngilis kəndlilərinin sinfi şüuru da artır ki, bu da, həmçinin o dövrün xalq yaradıcılığı və ədəbiyyatında da öz əksini tapır. XIV əsrin ortalarında nəcib qaçaq Robin Qud haqqında xalq dastanları (balladaları) yaranır. Robin Qud və onun silahdaşları – müxtəlif səbəblər üzündən meşələrə qaçmış və “qanundan kənar” adamlar bu dastanlarda yoxsulların müdafiəçisi və xalqı incidənlərin – dünyəvi və ruhani lordların, kral məmurlarının barışmaz düşmənləri kimi təsvir olunurlar.


XIV əsrdə iri şəhərlərin hamısında, xüsusilə Londonda əhalinin əmək bölgüsü və sərvətinin artması ilə ictimai mübarizənin də nəzərə çarpacaq dərəcədə şiddətlənməsi və mürəkkəbləşməsi müşahidə olunur. Bu dövr – sex nümayəndələrinin şəhər idarəçiliyinə buraxılması uğrunda sexlərin yuxarı oliqarxiya təbəqələrinə qarşı həlledici döyüşləri dövrü idi. XIV əsrdə, özü də sexin öz kütlələri daxilində, yeni ictimai ziddiyyətlərdə yaranır. Bu ziddiyyətlər həm “böyük” sexlərə - əsasən, ticarət sexləri ilə “kiçik” sexlər – başlıca olaraq sənətkarlıq sexləri arasında, həm də ayri-ayrı sexlər daxilində varlı ustalarla yoxsul ustalar arasında gedirdi. Nəhayət, XIV əsrin ikinci yarısından ustalara usta köməkçiləri arasındaki ziddiyyət ən böyük şəhərlərin həyatında nəzərə çarpacaq rol oynamağa başlayır. Bu dövrdə sexlərin qapalı vəziyyətə keçməsi ilə əlaqədar olaraq əmək haqqının miqdarı, iş gününün uzunluğu məsələləri usta köməkçiləri qarşısında xüsusi kəskinliklə durmağa başlayır. Elə bu əsas üzərində də onlarla ustalar – sahibkarlar arasında tez-tez toqquşmalar baş verir. Bu toqquşmalar “işçi qanunvericiliyi” nəticəsində xeyli şiddətlənir.


Yüzillik müharibə xalq kütlələrinin münasibətlərini daha da ağırlaşdırır. Müharibə küllü miqdarda xərc tələb edirdi. Bu isə artıqlanan vergilər və müsadirələr hesabına əldə olunurdu. Həmin vergilərin, müsadirələrin ağırlığı, əsasən, əhalinin zəhmətkeş təbəqələrinin üzərinə düşürdü.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin