Üsyanın yatırılması və əhəmiyyəti
Cəngavər dəstələri kəndlilərin dalınca düşüb onları damadağın etdilər.Bütün üsyan rayonlarında kral hakimləri amansız divan qurdular.Üsyan başçıları,o cümlədən Con Boll işgəncə ilə edam olundular.Özünün bütün vədlərindən imtina edən kral ölkənin hər yerinə əmrlər yazıb göndərdi ki,kəndlilər üsyandan əvvəl senyorların xeyrinə yerinə yetirdikləri bütün mükəlləfiyyətlərə yenə də danışıqsız əməl etsinlər.
1381-ci il üsyanı da Jakeriyanı məğlubiyyətə uğradan ümumi səbəblər üzündən məğlub oldu.Kortəbiilik,üsyanın kifayət qədər mütəşəkkil olmaması,onun iştirakçılarının yerli marağının üstün olması bununla nəticələndi ki,ölkənin çox rayonlarının üsyançıları Londona yürüşdə iştirak etmədilər.Kəndlilərin çoxuna xas olan “xeyirxah kral”a sadəlövhcəsinə inam Uot Tayleri məhv etdi və feodalların üsyanı darmadağın etməsini asanlaşdırdı.London şəhərinin yuxarı təbəqələrinin xəyanəti də üsyanın məğlub olmasına kömək etdi.Həmin ümumi səbəblərə bir də bu əlavə olunurdu ki,varlı və ortabab kəndlilərlə yoxsul kəndlilərin mənafeyi uyğun gəlmirdi.Buna görə də kəndlilər Londonda birgə hərəkət etmədilər.Nəticədə onlar ilk günlərdə əldə olunmuş qələbədən istifadə edə bilmədilər və vahimədən sonra özünə gələn feodallara mütəşəkkil müqavimət göstərməyi bacarmadılar.
Vəhşicəsinə divan tutulmasına baxmayaraq kəndli həyəcanları ölkənin ayrı-ayrı hissələrində 14-cü əsrin lap 90-cı illərinə qədər davam etdi.Kəndlilər içərisində aramsız çaxnaşma onların arasında lollardların təriqətçi təliminin təsirinin artmasında da özünü göstərirdi.Həmin vəziyyətin təzyiqi ilə hakim sinif və feodal dövləti güzəştə getməyə məcbur oldu – ağır vegilər bir qədər yüngülləşdirildi,sərt «işçi qanunvericiliyi» yumşaldıldı.Üsyanın ən mühüm nəticəsi bu oldu ki,o feodalları vahiməyə saldı və bununla da kəndlilərin təhçimkilikdən azad olunmasını sürətləndirdi:bu isə XIV əsrdə İngiltərənin iqtisadi inkişafının bütün gedişində hazırlanmışdı.XIV əsrin sonunda və XV əsrdə villanların çoxu ödənc verib azadlığa çıxdılar.
Beləliklə Uot Tayler üsyanı biyar təsərrüfatı sisteminə son zxərbəni vurdu. Üsyan senyor irticası hadisəsinə son qoydu və İnguiltərə kəndinə nisbətən mütərəqqi inkişaf yolunun – xırda əmtəə istehsal edən kəndli təsərrüfatının möhkəmlənməsinə və təhkimçilik mülkünün (manorun) dağılmasına doğru aparan yolun qələbəsinə şərait yaratdı.
Dostları ilə paylaş: |