Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Uot Taylerin başçılığı ilə kəndli üsyanı



Yüklə 3,06 Mb.
səhifə137/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   133   134   135   136   137   138   139   140   ...   263
Orta srlr tarixi S D Skazkin

Uot Taylerin başçılığı ilə kəndli üsyanı.

XIV əsrin sonlarına doğru ingilis kəndlilərinin vəziyyəti xeyli pisləşir.Yüzillik müharibənin yenidən qızışması ilə əlaqədar olaraq kral II Riçardın (1377-1399) zamanında yeni vergilər alınması kəndliləri xüsusilə hiddətləndirdi.1377-ci ildə parlament əhaliyə birdəfəlik adambaşı vergi qoydu.Bu vergi 1379-cu ildə yenidən alındı.1380-cı ildə isə həmin vergi üç dəfə artırılaraq bir daha toplandı.Bu vergi və onun toplanılması zamanı yol verilən sui - istifadə hallarıüsyanın başlanması üçün bəhanə oldu.


Üsyan 1381-ci ilin yazında İngiltərənin cənub-şərqində-ossoks qraflığında başlandı.Kəndlilər vergi yığanları qovdular və onların bəzilərini öldürdülər.üsyan dərhal aşkar surətdə antifeodal xarakter aldı.O tezliklə İngiltərə qraflığının coxunu (40 qraflıqdan 25-ni)əhatə etdi.Kəndli dəstələri monastrları və feodal mülklərini dağıdır,kəndli mükəlləfiyyətlərini təsbiq edən sənədləri yandırırdılar.Onlar kilsə feodallarına-yepiskoplra və abbatlara,habelə kralın məhkəmə hakimlərinə və dölət aparatının başqa nümayəndələrinə xüsusilə nifrət edirdilər;kəndlilər onları xalqın müsibətlərinin əsas müqəssirləri hüsab edirdilər.Kəndliləri qonşu şəhərlərin şəhər yoxsulları müdafiə edirdilər


Üsyan Londonda qonşu olan qraflıqlarda-Esseksvə Kentdə daha mütəşəkkil keşməsi ilə fərqlənirdi.Kent kəndliləri bundan bir az əvvəl kilsə orqanlarının həbs etdikləriCon Bollu məhbəsdən azad etdilər;o,üsyanın başçılarından biri oldu.Əsas üsyan başçısı kənd taxtapuşçusu Uot Tayler oldu.Həmin üsyan da adətən onun adı ilə adlandırılır.O,hərbi işlə tanış idi;yaxşı təşkilatçılıq istedadına malik olduğunu göstərdi və üsyançılar içərisində böyük nüfuza malik idi.


Esseks və Kent kəndliləri iki böyük dəstə ilə Londana yaxınlaşdılar.Onların məqsədi II Riçardla görüşüb vəziyyətlərini yüngülləşdirməyi xahiş etmək idi.Kəndlilər kütləvi suretdə «xeyirxah kral»a inanır və özlərinin bütün bədbəxtliklərinin səbəbini onun sarsaq müşavirlərində görürdülər.Şəhər bələdiyyə rəisi əmrinin ziddinə olaraq şəhər yoxsulları şəhər qapılarını üsyançıların üzünə bağlamağa qoymadılar.Kəndlilər Londona girib xalqın ən nifrət etdikləri kral müşavirlərinin evlərini yandırmağa və dağıltmağa başladılar;onlar məhbəsləri dağıdıb dustaqları buraxdılar London kəndlilkərin hakimiyyəti altına düşmüş oldu.Kral faktiki olaraq onların əsiri idi.Üsyançılar xüsusilə mənfur əyanları,o cümlədən ingilis kilsəsini başçısı,eyni zamanada İngiltərənin kansleri olan Kenterberi arxiyepiskopu Sedberini «xainlər»kimi edam etdilər


Kəndlilərin kralla birinci görüşü Londonun şəhər kənarında – Mayl-Enddə oldu.Onlar krala “Mayl-End proqramı” adlana tələblər verdilər.Bu prqram ilə kəndlilər təhkimçiliyin və biyarın ləğvinə,bir formada kicik pul rentası (akrdan 4pens )qoyulmasına,İngiltərənin bütün şəhərlərində və kiçik yerlərində belə azad ticarət hüququna və üsyanda iştirak edənlərin bağışlanılmasına nail olğama calışırdılar.Proqram kəndlilərin nisbətən varlı və mülayim (mötədil)əhvali-ruhiyyəli hissəsinin mənafeyini əks etdirirdi.




O bütövlükdə feodalizm quruluşuna toxunmur,ancaq biyar və təhkimçiliyin aradan qaldırılmasını nəzərdə tuturdu.Kral bu tələblərlə razılaşmalı oldu.Kəndlilərin bir hissəsi kral sözünə inanıb Londonu tərk etdi.Lkin bu güzəştlərlə qane olmayan bir cox üsyançılar,xüsusilə kənd yoxsulları Uot Tayler və Con Bolla birlikdə Londonda qaldılar.Onlar kraldan yeni görüşə gəlməsini tələb etdilər.Bu zaman Londonun şəhər yoxsulları onları incidənlərə,cıxışdıranlara



divan tutmağa başlamışdılar.Bundan bərk qorxuya düşən London varlıları üsyançılara qarşı qüvvə toplamağa başlamışdılar


Kral ikinci dəfə kəndlilərlə görüşmək üçün Smitfildə gəlməyə məcbur oldu.«Smitfild proqramı»kimi məlum olan tələblər Mayl End tələblərindən xeyli irəli getmişdi.İndi kəndlilər kraldan “bütün qanunlar”ın ləğv olunmasını tələb edirdilər.Bundan başqa üsyançılar kilsə torpaqlarının alınıb kəndlilərə paylanılmasını tələb edir ,senyorların tutduqları icma torpaqlarının geri qaytarılmasında təkid edirdilər.Onlar senyorların bütün imtiyazlarının ləğv olunması və silklərin bərabərləşdirilməsi,habelə təhkimçilik hüququnun ləğv edilməsi tələbini irəli sürürdülər.Bu proqram feodal istismarına,təhkimçilik və silki quruluşa qarşı yönəldilmişdi.


Feodallar üsyanın öhdəsindən hiylə və xəyanətlə gələ bildilər.Danışıqlar zamanı Londonun bələdiyyə rəisi Uot Tayleri xaincəsinə öldürdü.


Cəngavərlər və varlı şəhərlilərdən ibarət silahlı dəstə özünü çaparaq kralın kömətinə yetirdi.Kəndlilərə bol-bol vədlər verib onları evlərinə dağılışmağa razı sala bildilər.Başçəlarından məhrum olmuş kəndlilər ikinci dəfə aldandılar.Onların son dəstələri Londonu tərk etdilər





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin