Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Kilsəni islah etmək uğrunda hərəkat



Yüklə 3,06 Mb.
səhifə136/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   132   133   134   135   136   137   138   139   ...   263
Orta srlr tarixi S D Skazkin

Kilsəni islah etmək uğrunda hərəkat. XIV əsrin ikinci yarısında İngiltərədə katolik kilsəni islah etmək uğrunda geniş hərəkat başlanır. Bu hərəkatda iştirak edən ayrı-ayrı ictimai qruplar kilsəni müxtəlif səbəblərə görə islah etmək istəyirdilər.

İngiltərə kral hakimiyyəti, hələ XIII əsrin sonlarından başlayaraq papaların asılılığından çıxmağa çalışırdı. Bu asılılığı vaxtı ilə Torpaqsız İoann qəbul etmişdi. 1309-cu ildən etibarən Avinyonda fəaliyyət göstərən papaların İngiltərə ilə əlaqədar olaraq yeritdikləri düşmənçilik siyasəti, yüzillik müharibədə Fransanı müdafiə etmələri ingilis krallarının bu istiqamətdə fəaliyyətini canlandırdı. Kral və parlament, saysız-hesabsız varı olan kilsənin dövlət vergilərindən boyun qaçırmasından narazı idilər. Buna görə də onu –kilsəni papaların təsiri altından çıxarmağa və kilsə torpaqlarını ələ keçirməyə çalışırdılar. Saray əyyanları və iri feodallar kilsə torpaqlarını müsadirə etmək hesabına öz mülklərini genişləndirmək və gəlirlərini artırmaq niyyətində idilər.


Kilsənin sərvətinə düşmən gözü ilə baxan cəngavərlər və şəhərlilər də kral və feodalları qızğın müdafiə edirdilər. Əhalinin bu təbəqələri ruhaniləri, xüsusilə rahibləri, tüfeylilikdə və


israfçılıqda təqsirləndirirdilər. Onlar kilsəni təkcə Roma təsirindən azad etməyə deyil, həm də islah etməyə -dini mərasimləri sadələşdirməyə, kilsəni öz sərvətindən, hər şeydən əvvəl, torpaq mülklərindən məhrum etməyə çalışırdılar; həm də kilsə əmlakını müsadirə edərkən özləri də varlanmaq ümidində idilər.

Katolik kilsəsinə qarşı, xüsusilə kəndlilər və şəhər yoxsulları içərisində dərin narazılıq vardı. Bu narazılıq onların feodalizm əleyhinə ümumi əhval-ruhiyyəsini əks etdirirdi. Kilsə feodalları kəndlilərin ən amansız istismarçıları idilər. Onlar biyarı və təhkimçilik hüququnu inadla saxlayırdılar. Kilsə öz sahibləri və başqa vergiləri ilə kəndliləri cana gətirmişdi. Artıq, XIV əsrin 60 – 70 -ci illərində xalq içərisində katolik kilsəsinə qarşı geniş hərəkat başlanmışdır.


Kilsə əleyhinə bu ümumi müxalifət yarandığı şəraitdə XIV əsrin 70-ci illərinin ortalarında Oksford universitetinin professoru Con Viklif (1320-1384) çıxış etdi. Viklif sübut edirdi ki, papanın İngiltərədən vergilər almağa və ümumiyyətlə, dünyəvi hakimiyyətin işinə qarışmağa hüququ yoxdur; əksinə, kilsə və onun başçısı bütün mülki işlərdə dünyəvi hökmdarlara tabe olmalıdırlar. O, buradan belə bir nəticəyə gəlirdi ki, ingilis kralının kilsə əmlakını müsadirə etmək hüququ vardır. Papa Con Vilkifin kilsə məhkəməsinə verilməsini tələb etdikdə, İngiltərə höküməti onu öz himayəsinə alın tamamilə müdafiə etdi. London şəhərləri də Vilkifin müdafiəsinə qalxdılar.


Müdafiə olunduğunu hiss edən Vilkif daha qətiyyətlə çıxış etdi. O, kilsənin kökündən islah olunması tələbini irəli sürdü və katolikliyin bir sıra əsas ehkamlarını rədd etdi. Həmin ehkanlardan biri “mərhəmət” haqqında, yəni xüsusi fövqəltəbii “vergi” dünyəvi adamlardan fərqli olaraq ruhanilərə verilib və bu “vergi onlara” möçin bəndələrin günahlarını bağışlamaq və ruhlarını “xilas etmək” qedrəti bəxş edir. Vilkif katoliklərin başqa bir ehkamını – fövqəl xəlqolma deyilən hissənin, guya maddi xarakter daşıması təlimini də rədd edirdi. O, papa və yepiskopların günahlarını bağışlamaq üçün fərman (indulkensiya) vermək hüququna malik olmasını, gizli tövbə ilə günahlarını bağışlamaq hüququnu şübhə altına alır və papalıq təsisatının özünün zəruriliyinə də şəkk edirdi. Vilkif elan edirdi ki, dini təlimin yeganə mənbəyi Müqəddəs yazıdır. Dünyəvi adamlar bunu başa düşsünlər deyə, Vilkif bibliyanın latıncasdan ingiliscəyə çevrilməsinə kömək etmişdi. O, mövcud ictimai quruluşa heç cür toxunmadı, əksinə, dindarları dünyəvi hakimiyyətə itaət göstərməyə, villanları feodallara tabe olmağa çağırdı.


Vilkifin görüşləri, başlıca olaraq, cəngavərlər və şəhərlilərin mənafeyi və əhval ruhiyyəsini əks etdirirdi. Əvvəlcə Vilkifi müdafiə etmiş saray dairələri onun sonrakı çıxışlarından qorxuya düşdülər və ondan üz döndərdilər. 1381-ci ildə Vilkif təlimi bir təriqətçi təlim kimi pisləndi.


Volkif təlimi sadə xalq içərisində böyük rəğbətlə qarşılandı. Belə ki, hələ ondan əvvəl lollardlar adlana xalq təbliğşiləri və ya yoxul keşişlər rəsmi kilsəyə qarşı çıxış etmişdilər. Onlar özləri də yarımdilənçi küzəran keçirir və xalqın ehtiyaclarını başa düşürdülər. Buna görə də onlar Vilkifin təlimindən isitfadə edərək ona məzlum xalq kütlələrinin müqəddəs arzularına uyğun ictimai məzmun verirdilər. Lollardlar yalnız rəsmi kilsəyə və ruhanilərə qarşı deyil, həm də feodallara, kral məmurlarına qarşı çıxış edir, mövcud quruluşun ədalətsizliyini ifşa edirdilər. Onlarım ən çox sevdikləri ”Adəm çit əkəndə, Həvva isə ip əyirəndə, bəs o vaxt zadəgan kim idi? ” zərbi-məsəli xalq kütlələrinin silkləri bərabərləşdirmək və zadəgan imtiyazlarini ləğv etmək arzularını ifadə edirdi.


Xalq təbliğçiləri içərisində öz istedadı və qarşısındakıları inandırmaq gücünə görə Con Boll xüsusuilə fərqlənirdi. O, kilsə ondabirinin ləğv olunmasını, kilsə əmlakının onun əlindən alınmasını tələb edir və nəinki silki bərabərsizliyi ləğv etməyə, hətta əmlak bərabərliyinə və əmlak ümumiliyinə çağırırdı. O deyirdi: “...İngiltərədə işlər ancaq o zaman yaxşı gedəcəkdir ki, hər şey ümumi olaraq, bir daha nə vassal, nə də lord olacaq, lordlar artıq ağa deyil, bizim kimi sadə adamlar olacaqdır ”. Con Boll və başqa “yoxsul keşişləri”in təbliği kəndlilər və şəhər yoxsullarını mənafeyini ifadə edirdi. F.Engels Con Bollu orta əsr kəndli-plobey təriqətinin nümayəndəsi adlandırırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin