Əfşarlar dövlətinin yaranması. Nadir şah.
Osmanlı dövləti İran Kürdüstanı, Kirmanşah və İraqın çox hissəsini ələ keçirmişdi. Beləliklə, Səfəvi dövlətinin varlığı təhlükə altında qalmışdı. Bunu başa düşən səfəvi feodalları öz aralarında olan ziddiyyətləri kənara qoydular, dövlətçilik naminə Nadir xanın ətrafında birləşə bildilər.Nadir xan Əfşar türk tayfalarından idi. O, Əbivərd və Nisa torpaqlarının feodalı idi və 500-600 nəfərlik süvari dəstəyə rəhbərlik edirdi. Qoçaqlığı və sərkərdəlik qabiliyyəti ilə müasirləri arasında tanınırdı. Səfəvilər dövlətinin taleyinin həll edildiyi dövrdə Nadir xilaskarlıq missiyasını öz üzərinə götürdü. O, II Təhmasibin yanında hərbi xidmətə daxil oldu və qısa müddətdə sərkərdəlik qabiliyyəti ilə bütün ölkədə məşhurlaşdı. Qoşun arasında böyük nüfuz qazanan Nadir osmanlılara qarşı hərbi əməliyatlara başladı.
Bu dövrdə Rusiya osmanlılarla düşmənçilik edir, Səfəvi dövləti ilə yaxınlaşma siyasəti yeridirdi. Belə bir şəraitdə fəaliyyətə başlayan Nadir, Xəzər dənizi sahillərində köçəri türkmənləri məğlub etdi, Astrabadı və Mazandaranı tutdu. 1727-ci ildə Əfqanları məğlub edib Heratı tutdu. 1729-cu ildə Nadir İsfahana gəldi. Nadir və İran feodalları osmanlılara qarşı mübarizəyə başlamağı irəli sürdülər. Şah II Təhmasib osmanlıların tutduğu torpaqların geri qaytarılmasını tələb etdi. Lakin osmanlılar onun bu tələbini rədd etdilər. Nadir Marağada olan osmanlı qoşununu məğlub etdi. Osmanlılar Təbrizə yeni Əsgəri qüvvə gətirsələr də, Səfəvi qoşunu .əhəri ələ keçirdi. Bu hadisə 1730-cu ilin sentyabr ayında oldu. Bir qədər sonra Ərdəbil şəhəri osmanlılardan təmizləndi. Nadir geniş hərbi plan hazırladı İrəvan istiqamətində hücuma keçdi. Lakin bu vaxt Xorasanda üsyan başladı və Nadir Xorasana getməli oldu. Nadirin qoşun və əyanlar arasında böyük nüfuza malik olması, əldə etdiyi qələbələr ordu və əyanlar arasında nüfuzdan düşmüş II Təhmasibi narahat edirdi. O, sarsılmış nüfuzunu bərpa etmək üçün İrəvan üzərinə hücuma keçdi. II Təhmasib Eçmiədzin yaxınlığında qalib gəlsə də, 1731-ci ildə İrəvan ətrafında gedən döyüşdə osmanlılara məğlub oldu. Osmanlı qoşunları Təbrizə doğru hərəkət etdi.Osmanlılar ölkənin içərilərinə doğru irəlilədilər. II təhmasib Həmədan yaxınlığında məğlub olub, Qəzvinə çəkildi. Osmanlıların İsfahana yolu açıldı. Osmanlı Əhməd paşa kifayət qədər qüvvəyə malik olmadığından qarətçiıiklə məşğul oldu və İsfahana doğru irəliləmədi. 1732-ci il yanvarın 16-da Səfəvilərlə Osmanlılar arasında Kirmanşah müqaviləsi imzalandı. Müqavilənin şərtinə görə İrəvan, Gəncə, Tiflis, Şamaxı çəhərləri ilə birlikdə Şirvan vilayəti, habelə Dağıstan osmanlıların ixtiyarında qaldı. Təbriz və Kirmanşah Səfəvilərə qaytarıldı. Araz çayı hər iki dövlət arasında sərhəd olmalı idi.
I Pyotrun ölümündən sonra saray çevrilişləri bu dövlətə fəal xarici siyasət yeritməyə imkan vermirdi. Uzunluğu 600 km, eni 100 km olan Xəzər vilayətlərini Səfəvi və Osmanlıların hücumlarından qorumaq çətin idi. Burada saxlanılan 10-minlik rus ordusunu saxlamaq çoxlu xərc tələb edirdi. Rusiya daha bu torpaqları əldə saxlaya bilmirdi. Rusiya Osmanlı dövlətini Xəzər dənizinə buraxmamaq üçün Səfəvi dövləti ilə yaxınlaşır. İki il Rusiya ilə Səfəvilər arasında danışıqlardan sonra 1732-ci il yanvarın 21-də Rəşt şəhərində müqavilə imzalandı. Müqavilə 8 maddədən ibarət idi. Müqaviləyə görə Kürə qədər olan Xəzər sahilindəki torpaqlar müqavilə bağlandıqdan beş ay sonra boşaldılmalı, Kürdən şimalda olan Osmanlı tərəfindən tutulmuş torpaqlar geri qaytarıldıqdan sonra Səfəvilərə verilməli idi. Hər iki dövlət arasında əbədi sülh bağlandı, bu və ya digər xarici dövlət onlardan birinə hücum edərsə, digəri ona köməklik göstərməli idi. Osmanlını Xəzər dənizinə buraxmamağı öhdəsinə götürdü. Müqavilədə Rusiya tacirlərinə güzəştlər verilməsi nəzərdə tutulurdu.
Nadir Xorasanda vəziyyəti nizama salandan sonra tərəfdarlarının razılığı ilə II Şah Təhmasibi hakimiyyətdən saldı, gözlərini çıxartdırıb Məşhədə göndərdi. Onun 8 aylıq oğlu Abbas Mirzəni III Abbas adı ilə şah elan etdi, özü isə onun vəkili oldu. Bundan sonra səfəvilərdə hakimiyyət faktiki olaraq Nadirin əlinə keçdi.
Nadir xan II Təhmasibin Osmanlı komandanlığı ilə bağladığı müqaviləni ləğv etdi. Nadir osmanlılardan işğal etdikləri torpaqlardan dərhal çıxmağı tələb etdi.Lakin rədd cavabı aldı. Nadir 100 minlik qoşunla üç istiqamətdə- Təbriz, Kürdüstan, Bağdad istiqamətlərində hücuma keçdi. Nadirin zərbələri altında Bağdad ətrafında osmanlı ordusu məğlub edildi. 1733-cü ilin fevralında Bağdadda Nadir və başda Əhməd paşa olmaqla Osmanlı komandanlığı arasında hərbi əməliyyatı dayandırmaq haqqında müqavilə bağlandı. Müqaviləyə görə Osmanlı dövləti son on ildə işğal etdiyi torpaqlardan qoşununu bıxarmalı idi. Lakin sultan bu müqaviləni təsdiq etmədi. Hər iki dövlət arasında hərbi əməliyyat yenidən başlandı. Lakin çox keçmədi sultn Nadirə müqavimət göstərməyin mənasız olduğunu görüb osmanlı ordusunun Cənubi Azərbaycandan çıxarılması haqqında əmr verdi.
Cənubi Azərbaycan Osmanlılardan təmizləndikdən sonra Nadir Şamaxıda sərbəst hakimlik edən Surxay xana və osmanlılara qarşı çıxmağı qərara aldı. Nadirin ordusunun Şirvana hücumunu eşidən Surxay xan Dağıstana qaçdı. Şamaxı əhalisi yadellilərə qarşı mübarizə aparmaq üçün silaha sarıldı. Şəhər iki ay mühasirədə qalandan sonra 1734- cü ilin sonunda Nadirin əmri ilə Şamaxı dağıdıldı, əhalisi Yeni Şamaxı adlanan Ağsuya köçürüldü. Nadir Qazıqumuxda gizlənən sürxay xanı ələ jeçirmək üçün hücum edib oranı dağıtdı. Surxay xan qaça bildi.
Nadirin ordusu Şamaxıdan Gəncəyə hücum etdi.Gəncə qarnizonuna Əli paşa və Krım sultanı Gəray başçılıq edirdi. Gəncə qalasının müdafiə divarları yeddi yerdən dağıldı. Lakin türklər Nadirin qoşununu şəhərə buraxmadı. Nadirin əmri ilə Gəncə çayının qarşısını kəsib, çayı şəhərə yönəltdilər. Lakin türklər bəndləri uçurdular, şəhəri təslim etmədilər. Şəhər 4 ay mühasirədə qaldı. Gəncəninmüdafiəsinin uzanması Nadirin Cənubi Qafqazı tutmaq planını poza bilərdi. Gəncənin müdafiəsi bu plan üçün o qədər də təhlükəli deyildi. Çünki türk qarnizonu kömək və ərzaq ala bilmirdi. Nadiri narahat edən osmanlıların Cənubi Qafqazın qərbində fəallaşması və Xəzər sahillərində rusların Gəncədəki türklərə kömək etmək ehtimalı idi. Buna görə də 1735-ci il martın 21-də Gəncədə Rusiya ilə Səfəvilər arasında müqavilə bağlandı. Müqaviləni Nadir xan və rus səfiri Qolitsın imzaladı.Gəncə müqaviləsinə görə, rus qoşunları Kürdən şimaldakı Azərbaycan torpaqlarından da çıxarıldı. Rus tacirlərinə Səfəvilər dövlətinin bütün ərazilərində gömrüksüz azad ticarət etmək hüququ verildi. Bundan sonra Nadir xan Gəncənin müdafiəsində müəyyən qüvvə qoyub İrəvan istiqamətində hücuma keçdi.. 1735-ci ilin iyununda Eçmiədzin yaxınlığında baş verən döyüşdə osmanlı qoşunları məğlub edildi. Bundan sonra Gəncə və Tiflis qarnizonları təslim oldu. 1735-ci ilin sonunda osmanlı qoşunları Cənubi Qafqazdan çıxarıldı. 1736-cı ildə Nadir xan Səfəvi dövlətinin bütün ərazisini xarici dövlətlərin tabeçiliyindən azad etdi. Nadir Cənubi Qafqazdan osmanlıları qovandan sonra Dağıstana hücum etdi və müvəffəqiyyət qazana bilmədi.
Nadir xan Dağıstandan Muğana, Kürlə Arazın birləşdiyi yerə - Suqovuşana gəldi. O, Səfəvi dövlətini əfqan və osmanlılardan xilas etmiş, böyük şöhrət qazanmışdı. 1736-cı ildə suqovuşanda qurultay çağırıldı. Qurultaya ruhanilər, bəylərbəyilər, xanlar, şəhər və kənd ağsaqqallaarı, tayfa başçıları, qazılar və .b. çağrılmışdılar. Qurultaya 10000 nəfərdən çox gələn var idi. Əvvəl Nadir xan şah olmaq istəmədiyini bildirdi. Halbuki Nadirin şah seçilməsi üçün əvvəlcədən hazırlıq görülmüşdü. Nəhayət Nadir aşağıdakı şətlərlə şah olmağa razılıq verdi:
Səfəvilərdən imtina etmək
Şiə məzhəbi ilə yanaşı, sünnü məzhəbinə də hörmət edilsin: “Çünki hər ikimiz bir peyğəmbər və Qurana itaət edirik, dinimiz birdir.”
Nadirə və onun varislərinə sədaqətli olmaq.
Nadir xanın bu çərtlərini qəbul edən qurultay iştirakçıları onu şah seçdilər. Şah III Abbası Məşhəd. atası II Təhmasibin yanına göndərdilər və onların hər ikisini öldürdülər. Beləliklə, səfəvilər dövlətinə (1501-1736) və sülaləsinə son qoyuldu və hakimiyyətə Əfşarlar sülaləsi (1736-1747) gəldi. Qurultayda Təbriz ruhanilərinin başçısı və Gəncə (Qarabağ) bəylərbəyi Ziyadoğlu nəslindən olan Şahverdi bəy Nadirin şah seçilməsinə qarşı çıxdılar. Təbriz ruhanilərinin başçısı dərhal öldürüldü. Borçalı, Qazax torpaqları isə Şahverdi bəydən alınıb gürcü feodallarına verildi. Dağlıq Qarabağda olan məlikliklər də Şahverdi bəydən alınıb Qarabağ bəylərbəyliyinə tabe etdirildi. Qarabağda olan qacarlar tayfasının bir hissəsi isə Xorasana və Əfqanıstanın sərhədlərinə sürgün edildi.
Nadir şah vilayətlərin köhnə və yeni hakimlərinə ehtiyatla yanaşırdı. Hakimlərin fəaliyyətinə nəzarət etmək üçün onların yanına naiblər təyin olundu. Nadir baş verəcək üsyanların qarşısını almaq üçün ərazi-inzibati islahatlar keçirdi. Şirvan, Çuxur-Səd, Qarabağ və Təbriz bəylərbəyliklərini vahid Azərbaycan bəylərbəyliyində birləşdirdi və qardaşı İbrahim xanı oraya bəylərbəyi təyin etdi. Nadir şah ölkənin idarə edilməsini oğlu Rzaqulu xana tapşırıb özü Hindistana hərbi səfər etdi.
Dostları ilə paylaş: |