Əbülhəsən Abbasov
YENĠLƏġƏN DÜNYADA FƏLSƏFƏNĠN MĠSSĠYASI
Bəşəriyyət qlobal miqyaslı dərin böhran yaşamaqdadır. Hadisə və
proseslərin get-gedə daha da dramatikləşməsi, hətta faciəvi və fəlakətli
xarakter alması göz qabağındadır. Bu bəşəri böhranın nüvəsini qlobal
kapitalizmin və onun əsas ideoloji daşıyıcısı olan neoliberalizmin hal-
hazırkı hakim modifikasiyasının – dəqiq desək, oliqarxik liberalizmin
durmadan artan ziddiyyətlərlə müşayiət olunan böhranı təşkil edir.
Hələ vaxtilə ―İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə‖ (1, s.
167-186) kitabımda əsaslandırdığım kimi, kapitalist trendinin ideya-siyasi
və sosial-fəlsəfi zəmini rolunda çıxış edən liberalizm ilkin başlanğıcdan
daha çox anqlosakson mahiyyətli olub və hansısa aksioloji dəyərlərlə
hesablaşmağı bir hədəf-məqsəd kimi qarşısına qoymayıb. Və Kant, Hegel
başda olmaqla, bir sıra görkəmli mütəfəkkirlərin onu insaniləşdirmək,
humanist dəyərlərə ―baş əydirmək‖ kimi cəhdləri də təsiredici bir nəticə
verməyib. Bütün hallarda, pul-gəlir maraqlarını rəhbər tutaraq kapitala
qulluq göstərmək humanist dəyərlərə, ümumi rifaha xidmətdən faydalı və
üstün olub. Təsadüfi deyildir ki, müxtəlif çeşidli indiki neoliberalizmin də
başlıca qayəsi bundan ibarətdir: hər vəchlə qlobal kapitalizmin total
hökmranlığını təmin və davam etdirmək. Əlbəttə ki, bu istiqamətdə
canfəşanlıq edən neoliberalizm fəlsəfəni də özünə yardımçı kimi görür və
var gücü ilə fəlsəfi fikri öz maraqları dairəsində formalaşdırmağa çalışır.
Nəticədə o baş verir ki, yaranmış bəşəri problemlər daha da mürəkkəbləşir
və dramatik xarakter alır, habelə, fəlsəfənin öz inkişafında ciddi maneələr,
―tromb‖lar yaranır. Beləliklə də, bütün elmlərin həm şahı, həm də
xidmətçisi olan fəlsəfənin funksionallıq qabiliyyəti azalır və o, öz
619
missiyasını lazımınca həyata keçirə bilmir.
Ən başlıcası – bu gün fəlsəfə üzərinə düşən nizamyaradıcılıq funksiyasını
reallaşdırmaqda çətinlik çəkir. Əslində, buna imkan verilmir, belə ki,
fəlsəfədən obyektiv, tərəfsiz mövqedən çıxış etməsini yox, kapital diktəsinə
tabe olmasını tələb edirlər. Maraqlı qüvvələrin diktəsinə tabe etdirilən
fəlsəfə isə heç vaxt obyektiv mövqedən gerçəkliyi işıqlandırıb, həqiqətləri
ortaya çıxara bilməz və deməli, elə ilk növbədə öz daxilində ədalətliliyi
pozmuş olar. Yəni, tarazlığa, nizama xidmətdə gücsüz və aciz qalar.
Ədalətdən uzaqlaşan fəlsəfə yalnız məkri niyyətlərin, merkantil maraqların,
maddiyatçılığın ideoloji təminatçısı rolunda fəaliyyət göstərə bilər. Bununla
da bəşəri və cəmiyyətdaxili ictimai natarazlığı, nizamsızlığı, müxtəlif
bəlalara yol açan ədalətsizlikləri artırmış olar. Bu gün vəziyyətin məhz belə
olduğunu biz, istər-istəməz, etiraf etməli və ciddi düşünməliyik, çünki
söhbət xalqların və ölkələrin, bütövlükdə, bəşəriyyətin taleyindən, onun
mövcud olub-olmamasından gedir. Düşünərək də, təxirəsalınmaz əməli
işlər görülməli, fəlsəfənin öz təyinatına cavab verən gücünü bərpa edib,
artırmaq üçün çalışmalıyıq. Milli fəlsəfəmizin də başlıca qayəsini bu gün
mən bunda görürəm. Bəs, konkret olaraq, nə etməliyik, ilk növbədə nəyə
nəzər-diqqət yetirməliyik?
Fikrimcə, görüləsi zəruri işlərin mərkəzində müasir və perspektiv
tələbatlara cavab verən yeni epistemoloji sistemin hazırlanıb, təqdim
edilməsi durur. Necə deyərlər, zamanını yaşamış köhnə alət-vasitələrlə
müasir gəmi yox, uzaqbaşı, taxtadan qayıq düzəltmək olar. Söhbət yalançı
yenilikçilik və orijinalçılıq etməkdən getmir, qətiyyən! Məsələnin məğzi
optimal metodoloji üsul və vasitələrin, yanaşma və prosedurların, işlək və
məhsuldar qnoseoloji zəminlərin, ontoloji təsvir və mənzərələrin, aksioloji
imperativlərin, fəlsəfi refleksiya fəzalarının, müvafiq anlayış-kateqoriyalar
sisteminin və hətta zəruri leksikanın, ifadə üslubunun təqdim-təklif
olunmasından ibarətdir. Ümumi şəkildə və vahid bir ad altında ifadə etsək,
fəlsəfə (həm özünün və başqa elmlərin sıçrayışlı inkişafı, həm də qarşısında
duran taleyüklü ictimai və bəşəri problemlərin effektiv həlli baxımından!)
yeni, qeyri-ənənəvi epistemologiyaya – postneoklassik epistemologiyaya
ehtiyaclıdır. Ehtiyaclıdır deyəndə, bu epistemologiyanı fəlsəfə özü işləməli
və qüdrətli idraki silah qismində həm özünə, həm də başqa elmlərə, ictimai-
bəşəri praktikaya təqdim etməlidir. Bu gün onun missiyasının zirvəsini bu
vəzifə-borcun ödənilməsi təşkil edir. Bütün elmlər kompleksinə
münasibətdə fəlsəfənin, eyni vaxtda, həm şahlıq, həm də xidmətçilik
statusu da elə bu borca sayğılı yanaşaraq düzgün-dürüst onu qarşılaması və
ödəməsi ilə ölçülür.
Bu, həm də, fəlsəfənin müdriklik elmi olduğunu bir daha təsdiqləmiş olar.
620
Belə ki, fəlsəfənin müdrikliyi onun öz içində (gerçəklikdən, ictimai
praktikadan təcrid olunmuş halda!) mənasız-məqsədsiz əlləşməsində, fikir
çürütməsində, sxolastik boşboğazlığında, yaxud da dolaşıq situasiyanı bir
daha bulandırmasında, hansısa naməlum universalilərə istinadlarla insanları
çaşdırmaqda, tapmacalar qarşısında qoymaqda deyil, düşüncə və əmələ
aydınlıq, nizam, pozitiv ruh gətirməkdə, xeyirli işlərə doğru yol göstərib,
səfərbər etməkdə, haqq-ədalətin zəfər çalmasına yaxından dəstək
verməsindədir. Fəlsəfi müdriklik məsuliyyətsiz-vicdansız düşüncədən,
psixopatik xəstə ―Mən‖in söz axınından, zəvzəkliyindən, qadınların bütün
təsərrüfat işlərinə qarışan zənəki kişilərin zəhlətökənliyindən, hər şeyi
mürəkkəbləşdirib dalana salmaqdan, zəkkutuma döndərməkdən ibarət
deyil. Fəlsəfi müdriklik – sadələşdirmək, özünü gözə soxmadan, daxili bir
zadəganlıqla fikir və əməl düyünlərini açmaq, idraki üfüqləri
genişləndirmək, məntiqi təfəkkür tərzini sərrastlaşdırmaq, gələcəklə bağlı
əsaslı qənaətlər, mesajlar, ilhamverici ideya-ideallar ortaya qoymaq,
mənfur-məkrli niyyətlərin qarşısını almaqla və insanlara fayda verməklə
bəşəri tərəqqiyə yardımçı olmaq deməkdir.
Xüsusi bir elm və idraki refleksiya sahəsi olan fəlsəfənin həm həqiqi
professionallığı, həm də milliliyi elə bununla ölçülür. Başlıca vəzifələrini
anlaya bilməyən və epistemoloji müəyyənliyi olmayan ―fəlsəfə‖ nə
professionallıq tələblərini ödəyə bilər, nə də milli olar, deməli, bəşəri fikir
xəzinəsinə də heç bir töhfə verə bilməz. Əksinə, alaq otu, bozalaq kolu
olaraq mədəni mühitə, elmi idrak məkanına zərər yetirər. Xeyir yox, ziyan
gətirər – parazitlik, müftəxorluq edən tüfeyli adam kimi! Təyinatını,
vəzifələrini, borcunu anlamayan, hansı idraki silahdan nə vaxt, necə və
harada istifadə etməyi bilməyən, ordan-burdan dilənçilik edən, müftə mal
çırpışdıran, yaxşı halda, başqalarının fikirlərindən yalnız kompilyasiya
etməyi bacaran, öz sözü, yolu-üslubu, siması olmayan, üstəlik, axsaq-
salxaq itələyici dildə və tərtibatda, diksindirici pafosla təqdim edilən
fəlsəfəçilik heç nəyə yaramaz! Onun nə milliliyi, nə də peşəkarlığı olar.
Qlobal, regional və lokal təhdidlərin günbəgün artdığı indiki tarixi dövrdə
bəşəriyyətin yeganə çıxış yolu dünyanın yenidən formatlaşmasında, yeni
nizam və fəaliyyət səviyyəsinə çıxmasındadır. Necə ki, bir müddət
istifadədən sonra kompüter yenidən formatlaşmaya ehtiyaclı olur, eləcə də
dünyanın qayda-nizam əldə etməsi, balanslaşdırılması və tarazlaşdırılması
üçün onun yenidən formatlaş(dırıl)ması qaçılmazdır. Kompüterə gəldikdə,
alternativ də var – təzəsini almaq olar, ancaq ―yeni dünya‖nı satın almaq,
prinsipcə, mümkün deyil.
Və bu gün fəlsəfə yuxarıda işarələdiyim, yəni, zəmanənin tələblərinə
adekvat epistemoloji sistem yaradıb, ortaya qoya bilirsə və bu müstəvidən
621
çıxış edərək taleyüklü problemlərin həllinə öz töhfəsini verirsə, deməli, o,
―müdriklik elmi‖ kimi öz adını doğruldur. Ən vacibi, yenidən
formatlaş(dırıl)ma zərurəti ilə üzləşmiş dünyaya qaneedici nizam əldə
etməsi üçün öz əvəzsiz töhfəsini verə bilər. Bu mənada fəlsəfənin dünyanın
işlərinə yaxından qarışmasına nəinki haqqı var, bu, həm də, onun ali
məqsədli bir borcudur.
Zəruri və təxirəsalınmaz həllini gözləyən bu formatlaşdırma məsələsi
―dünya problemləri‖ dediyimiz şəbəkədə ən ümdə və müəyyənedici bir
problem kimi, xüsusi prioritetliyə malikdir. Belə ki, bütün digər universal
təyinatlı başlıca məsələlər məhz həmin prioritet problemlə bağlıdır. Bu
sırada ―qlobal siyasi arxitektura‖ və ―dünya nizamı‖, beynəlxalq
münasibətlərdə ―yeni davranış kodeksi‖, ənənəvi və bu gün də fəaliyyətdə
olan geosiyasətin, konkret olaraq, ―geosiyasi realizm‖in, həmçinin,
beynəlxalq hüququn və qlobal təsərrüfat sisteminin yenidən baxılması kimi
aktual məsələlər durur. Eynilə, ənənəvi tərzdə hallanan sülh və müharibə,
beynəlxalq terrorizm, ekologiya, nüvə silahının yayılmaması, iqlim və
qlobal istiləşmə, dünyada yoxsulluğun və xəstəliklərin qarşısının alınması
kimi məsələlərin həlli də bilavasitə bu prioritet problemdən asılıdır (3).
Gördüyümüz kimi, bu məsələlərin hər biri qlobal əhəmiyyətli universal
problemlərdir ki, onların səmərəli həlli və praktiki reallaşması ayrıca
götürülmüş elmi idrak və fəaliyyət sahələri müstəvisində nəinki mümkün
deyil, hətta mütləqləşdirilərsə, olduqca ziyanlıdır, çünki onsuz da mövcud
olan dramatik situasiya artan xaos və qarşıdurmalar istiqamətində daha da
çıxılmaz vəziyyətə düşə bilər. Və biz bunu artıq aydınca görürük. Eyni
zamanda, pozitivə aparan çıxış yolu, sadəcə, elmlərarası yanaşmaya müra-
ciətdə və ona üstünlük verməkdə də deyil. Belə yanaşma zəruridir, ancaq
kafi deyil.
Fənlərarası sinergizmin, elmlərin üzvi surətdə sintezləşmiş inteqrativ
gücünün,
biliklər
mübadiləsinin
həm
idraki-koqnitiv
fəzanın
formalaşmasında, həm də mötəbər idraki silah kimi rolu danılmazdır.
Bununla belə, bütün bəşəriyyətə ünvanlanmış problem və çağırışların həlli
və cavablandırılması işində fənlərarası yanaşmanın əlahiddə bir vasitə
qismində uzunmüddətli tətbiqi yalnız ziyan gətirə, yeni-yeni problemlər
yarada bilər. Tarixi təcrübə bunu artıq Roma Klubu, 1983-cü ildən ABŞ-ın
Santa-Fe şəhərində fəaliyyət göstərmiş və göstərən ―Mürəkkəblik
İnstitutu‖nun, habelə, başqa mötəbər elmi qurum-mərkəzlərin, o cümlədən,
vaxtilə SSRİ-də məşhur olan ―Sistem tədqiqatları institutu‖nun timsalında
sübuta yetirib.
Bu ciddi tədqiqat mərkəzləri tərəfindən multidissiplinar zəmində çoxsaylı
layihə, konsept, trendlər işlənilib və onların da bir çoxu məhz gələcəyin
622
hesablanmasına, dünyanın proyektləşməsinə, proqnozlaşdırılması və
prolonqasiyasına həsr edilib, ancaq real faktlarla sübuta yetirilən həqiqət
ondan ibarətdir ki, bütün bu elmi külliyyat dünyanın ―ölü ilmə‖yə
düşməsinin qabağını ala bilmədi. Böyük qurbanlar, məsələn, SSRİ və
Yuqoslaviya kimi ölkələrin dağılması və yaxud bir sıra müsəlman
ölkələrinin viranə qalması baş verdi, ancaq pozitiv yüklü nizama, ümumi
sülhə və stabilliyə doğru səmərəli işlər görülmədi. Görüldüsə də, yetərincə
olmadı, bəslənən ümidləri doğrultmadı.
Onu da nəzərə alaq ki, məsələn, Roma Klubu 1965-ci ildən, ―Mürəkkəblik
İnstitutu‖ isə 1983-cü ildən başlayaraq fəaliyyət göstəriblər və hər birində
də tanınmış mütəxəssislər, o cümlədən, məşhur Nobel mükafatı laureatları
çalışıb. ABŞ-ın ―Mürəkkəblik İnstitutu‖ indinin özündə də fundamental
tədqiqatlar aparmaqdadır və yalnız ―idarəolunan xaos‖ nəzəriyyəsi ilə,
xüsusi təyinatlı və hazırlıqlı diplomatların, analitiklərin yetişdirilməsilə
məşhurlaşmayıb. SSRİ Nazirlər Şurasının Elm və Texnika üzrə Dövlət
Komitəsi və SSRİ Elmlər Akademiyası nəzdində fəaliyyət göstərmiş
Ümumittifaq Sistem tədqiqatları İnstitutu 4 iyun 1976-cı ildə Roma
Klubunun Beynəlxalq Tətbiqi Sistem Analizi İnstitutunun filialı (―fikir
fabriki‖) kimi yaradılmış və fəaliyyət göstərmişdir. 17 il onun direktoru
akademik D.M. Qvişiani (SSRİ-nin Baş naziri A.N. Kosıginin kürəkəni)
olmuşdur. 1992-ci ildən yeni ad altında – REA-nın Sistem analizi institutu
kimi tanınır. Bir sıra tanınmış şəxslər (B. Berezovski, P. Aven, Y. Qaydar,
V. Danilov-Danilyan, A. Jukov, M. Zurabov, L. Kantoroviç, B. Milner, N.
Svanidze, S. Şatalin və b.) vaxtilə məhz Sistem tədqiqatları institutunda
çalışmışlar.
Mürəkkəb sistemlərlə bağlı problemlərin həllinə yönəlik ümumi idraki
arsenalda multidissiplinarlıq bir ―hissə‖dir, ―tam‖ın özü deyil. Bəs, bu
―tam‖ daha nəyə, hansı digər vacib ―hissə‖lərə ehtiyaclıdır? Burada
vacibliyi təbii və qanunauyğun sayılan bütün tərkib ―hissə‖lərin üzərində
dayanmaq mümkün olmadığından, yalnız birinə - ―tam‖ın nüvəsini, hətta
deyərdim ki, ümumən mahiyyətini müəyyənləşdirən fenomenə -
FƏLSƏFƏYƏ diqqəti çəkmək istərdim. Fəlsəfənin müəyyənediciliyini və
ona xüsusi diqqətin vacibliyini nədə görürəm?
Birincisi, ümumbəşəri problemlər, ilk növbədə, elə təyinatına və
missiyasına uyğun olaraq universal təbiətli, inteqrativ gücə və
ümumiləşdirmə qabiliyyətinə qadir FƏLSƏFƏ-nin maraq və tədqiqat
obyektidir.
İkincisi, nəzərə alsaq ki, bir-biri ilə çarpazlaşan yuxarıda işarələdiyim
ümumdünya problemlərinin həlli, ilk öncə, dalana dirənmiş RUH-un
yenidən özünü tapması və dirçəlişi ilə bağlıdır, fəlsəfənin əvəzolunmaz rolu
623
daha aydın dərk olunar. Belə ki, məhz fəlsəfə ruhun intibahını təmin edə
biləcək elmi refleksiya zirvəsidir və bu həqiqəti də tarixin özü dəfələrlə
təsdiqləyib. Qüdrətli fəlsəfə olmayan məkanda ruhun sönməsi və ardınca
mənəviyyatın, insani dəyərlərin aşınması qaçılmazdır
Üçüncüsü, bir halda ki, həmin problemlərin başlıca hədəfi bu gün və
gələcək üçün yeni nizam, qayda-qanun yaratmaqdır, deməli, yenə də
fəlsəfənin fəal müdaxiləsi və iştiraki labüddür, çünki nizamyaradıcılıq,
birgəfəaliyyət mədəniyyətini formalaşdırmaq, həyatın bütün sahələri üzrə
rasional tarazlığa və səmərəli əməkdaşlığa əsas yaradan ―ölçü‖nü tanıtmaq-
aşılamaq, bu ―ölçü‖nü təfəkkürün və əməlin tənzimləyicisinə çevirmək
bilavasitə fəlsəfənin missiyasıdır.
Nəhayət, dördüncüsü, yalnız fəsəfə dünya problemlərinin həllinə yönəlmiş
ümumelmi səyləri, multidissiplinar cəhdləri vahid və məhsuldar məcrada
birləşdirə, elmlər və bütün digər faktorlar arasında yaradıcı mübadiləni,
dialoqu, qarşılıqlı bəhrə verən əməkdaşlığı yüksək səviyyədə təmin edə
bilər. İstər nəzəri işlərdə, istərsə də praktiki fəaliyyətdə ―ümumi məxrəc‖ə
aparan yol fəlsəfədən keçir. Ali hədəflərə istiqamətlənmiş inteqrallaşdırma
gücü və səriştəsi məhz fəlsəfəyə məxsusdur.
Sual yaranır: yaxşı, konkret olaraq, hansı fəlsəfədən söhbət gedir? Bu
fəlsəfənin şərtləri, məzmun-mahiyyəti, ideya və prinsiplər sistemi nədən
ibarətdir? Ona, təyinatına uyğun olaraq, həm şah əzəməti, həm də icraçılıq
sərrastlığı verən nədir?
Bu suallara keçən əsrin 80-ci illərindən üzü bəri öz məqalə və kitablarımda
münasibətimi bildirməyə çalışmışam, daha doğrusu, onları cavablandırmaq
cəhdində olmuşam. Bu məqsədlə, şərti olaraq, ―postneoklassik fəlsəfə‖
adlandırdığım fenomenin zəruri tərkib hissələrini, idraki daşıyıcılarını,
təfəkküri əsaslarını, ideya və prinsiplər sistemini bacardığım qədər
işləmişəm. Qısaca deyim ki, söhbət mürəkkəb sistemlər nəzəriyyəsi və
mürəkkəblik fəlsəfəsi üzərində qaynaqlanan, tənqidi-sinergetik təfəkkürlə
silahlanmış yeni (postneoklassik) fəlsəfədən gedir. O fəlsəfədən ki, onun
inşası konkret şərtlər daxilində həyata keçirilir.
Bu şərtlər sisteminin məğzini isə, fikrimcə, aşağıdakılar təşkil edir:
- konkret tarixi səciyyə daşıyan təkcə, xüsusi və ümumi xarakterli
göstəricilərin, imkan və zərurətlərin nəzərə alınması, başqa sözlə desək,
real gerçəkliyə adekvat, mütənasib münasibətin gözlənilməsı;
- bəşəriyyətin keçdiyi tarixi təkamül yolunun hər bir mərhələsinə sayğılı və
dözümlü münasibətin göstərilməsi, mərhələlərin siyasi konyukturadan,
keçici maraqlardan uzaq, doğru-düzgün qiymətləndirilməsi və
dəyərləndirilməsi;
- dini və etnik birliklərin, xalqların və millətlərin tarixinə, özünəməxsus
624
varlığına, mədəni irsinə, tarixi yaddaş koduna həssaslıq, nəzəri və əməli
fəaliyyətdə bu fenomenlərlə hesablaşmaq;
- bəşəri tərəqqi və ictimai ədalət amalından qaynaqlanan insan ləyaqətinə
və şəxsiyyət suverenliyinə hörmət hissinin yüksək tutulması, aksioloji
imperativlərin ödənilməsi;
- sağlamlaşdırıcı birgəyaşayış və birgəfəaliyyət mədəniyyətinin
mahiyyətindən irəli gələn tələblərin, ölçü və meyarların təmin olunması;
- məntiq və zəka gücündən istifadə, zəmanə ilə ayaqlaşan rasionallıq və
elmilik, əqli suverenliyin yüksək tutulması;
- xəyalpərəstlikdən və ifrat tərəflilikdən uzaq durmaq, idraki və əməli
fəaliyyətdə reallığın yaradıcı və sağlamlaşdırıcı davamı kimi çıxış etmək,
―yumşaq hesablamalar‖a üstünlük vermək;
- dünya miqyasında fəzilətlərin tərəqqisinə xidmət edən sinergetik
başlanğıcların qidalanmasına və özünütəşkil qabiliyyətlərinin güclənməsinə
yardımçı olan, mənəvi dəyərlərin və ədalətin qərarlaşmasına yol açan
düşüncə tərzinin, təfəkkür üslubunun formalaşdırılması;
-
liberalizm,
sosial-demokratiya,
(neo)konservatizm,
sosializm,
demokratiya, avtoritarizm, etatizm, praqmatizm, pozitivizm, ekzisten-
sializm, marksizm, strukturalizm, postmodernizm və sair ideya-siyasi,
ideoloji,
sosial-fəlsəfi
cərəyan
və
konsepsiyaların
rolunu
mütləqləşdirməmək, əksinə, hansısa ―izm‖lərə münasibətdə rasionallıq
tələblərindən
irəli
gələn
sərbəstliyi
gözləmək, ontoloji varlığı
qnoseologiyanın girovuna çevirməmək;
- ümumiyyətlə, qnoseologiyanın ontologiya ilə münasibətində yumşaq, bir-
birini rövnəqləndirən əlaqə və nisbətlərə üstünlük vermək, təfəkkür –
gerçəklik, şüur – varlıq, subyekt – obyekt əlaqə və nisbətlərində mümkün
qədər uzlaşmaya, identikliyə nail olmaq;
- qnoseologiyanın imperativləri pozitiv-sağlamlaşdırıcı dəyərlər aşılayan,
insanın şüurlu varlıq kimi statusunu yüksəldən aksiologiyanın tələb və
çərçivələri ilə sərhədlənməli, ―yumşaq güc‖ rolunda çıxış etməli.
Bu şərtlər, eyni zamanda, yeni – funksional və evristik epistemologiyanın
səciyyəvi xüsusiyyətləridir ki, bunu da, müvafiq olaraq, postneoklassik
epistemologiya adlandırıram. Söhbət elə bir epistemoloji sistemdən gedir
ki, aparıcı elmi-koqnitiv paradiqma, kreativlik mənbəyi rolunda çıxış edir
və məzmun-mahiyyət tutumu etibarilə özündə metodoloji, qnoseoloji,
ontoloji və aksioloji təfərrüatları, hədəf və vəzifələri, tələb və vasitələri,
habelə, müvafiq leksika və prosedurları ehtiva edir.
Ən başlıca şərt-amal isə ondan ibarətdir ki, dünyanın rekonstruksiyası və
yenidən formatlaşdırılmasının mühüm vasitəsi kimi postneoklassik fəlsəfə
və onun epistemoloji sistemi bəşəriyyəti ―inteqrallaşmayan‖ (hesablanma-
625
yan) fenomenlər qarşısında aciz qoymasın, idraki gücsüzlüyü hər hansı
―universalilər‖ə, mistik və transsendent obrazlara, ehkamlara istinadlarla
ört-basdır etməsin, onsuz da artıq dərəcədə şübhəli, qeyri-müəyyən və
problematik olan situasiyanı bir daha mürəkkəbləşdirməsin, mövcud
duruma pozitiv nəticələrlə yekunlaşa biləcək inkişaf yönümü və stimulu,
təkamül düstur-formulu versin və bu istiqamətdə yararlı, məhsuldar üsul və
yanaşmalar, işlək mexanizmlər təklif edib irəli sürsün.
Göründüyü kimi, postneoklassik fəlsəfə öz amal-məqsədi və idraki
təfərrüatları baxımından həm klassik fəlsəfi praqmatizmlə, həm də
pozitivizmlə müqayisədə xeyli dərəcədə ümumi və oxşar cəhətlərə
malikdir. Postneoklassik fəlsəfənin bunlardan əsas fərqi elmi daşıyıcılar
cəhətdən daha müasir, zəngin, işlək və məhsuldar olmasında, əqli-
intellektual və aksioloji müddəalara, insani determinatlara, Əxlaq və Zəka
tələblərinə önəm verməsindədir.
Postneoklassikada hiss, duyğu, təsəvvür, inam, əməl, ağıl, intellekt daha
dərin və məzmunlu qarşılıqlı münasibətlərdədir – birinin avtonomluğu
digərlərinin funksional tələbləri ilə hesablaşır, belə ki, səlahiyyətlər bölgüsü
üzvi vahidliyin ödənilməsi ilə şərtlənir. Burada biliyin əhəmiyyəti, başlıca
olaraq, onun sanogen (sağlamlaşdırıcı) praktiki nəticələri ilə müəyyənləşir,
mütərəqqi perspektivin aydınlaşmasına və reallaşmasına verdiyi töhfə ilə
ortaya çıxır.
Danılmaz faktdır: biz tez-tez ictimai tərəqqidən, elmi-texniki-texnoloji
uğurlardan danışırıq, hətta vaxtaşırı Qurana istinad edərək ―alim öldüsə,
aləm öldü‖ deyirik, ancaq bütün bunların nələrin hesabına mümkün olduğu
və başa gəldiyi haqda az düşünürük. Həm də yetərincə və məqsədyönlü
çalışmırıq, fədakarlıq göstərmirik! Fərdi və kollektiv yaşam tərzində
onilliklər boyunca formalaşmış ―konfort zonası‖ndan çıxmağı qarşımıza bir
məqsəd kimi qoymuruq, iradə və ağıl nümayiş etdirib problemlərin həllinə
girişmirik, ağır zəhmət hesabına başa gələn zəruri işləri görmürük.
Addımbaşı, çətinliklərlə qarşılaşan kimi, asan, lakin aldadıcı və uğursuz
yolun yolçusu oluruq. Elmin və onun üzərində pərvazlanan rasionallıqla,
daim inkişaf prosesində olan Həqiqətlə deyil, müqəvvalığında,
invariantlığında sementləşmiş, sümükləşmiş Ehkamlarla dostluq edirik.
Ehkamların, əsatirlərin, xəyalpərəstliyin hökmranlığı şəraitində isə
professional milli fəlsəfə boğulur, tükənir, qol-budaq aça bilmir.
Bir daha vurğulayıram: bütün bu ―nələrin‖ içərisində başda fəlsəfə durur.
Professional fəlsəfə varsa, deməli, professional işlək epistemologiya,
təbiətə, cəmiyyətə, dünyaya münasibətdə yüksək şüur süzgəcindən keçmiş,
daxilən bütövləşmiş və kamilləşmiş idraki silah var. Professional,
zəmanənin tələblərinə cavab verən fəlsəfə varsa, deməli, bütün elmlərin
626
(riyaziyyat, fizika və kimyadan tutmuş tarix, psixologiya və pedaqogikaya
kimi) ata-anası, qayğıkeş himayədarı var və onlar yetim deyillər. Təsadüfi
demirlər ki, fəlsəfə həm elmlərin şahı, həm də himayədarı və xidmətçisidir.
Professional fəlsəfə müxtəlif obyektiv və subyektiv səbəblərdən hansısa
bölgədə, arealda, cəmiyyətdə tənəzzülə uğrayırsa, gücünü və təsirini
itirirsə, şübhəsiz, bu coğrafiyada qaneedici idarəçilikdən, ümidləri
doğruldan hakimiyyət sistemindən, xalqın suverenliyindən, milli intibah və
inkişafdan danışmaq əbəsdir. Uzun müddət, bəlkə də, professional
fəlsəfəsiz yaşamaq olar, ancaq çox yazıq, rəzil gündə!
Əgər vaxtilə böyük mütəfəkkirlər – Çarlz Pirs, Uilyam Ceyms, Con Dyui
– fəlsəfi praqmatizm vasitəsilə ruhun sıçrayışlı dirçəlişinə, insani səylərin
səfərbərliyinə və ABŞ-ın möhtəşəmlik qazanmasına, onun danılmaz elmi-
texniki-texnoloji inkişafına və siyasi, sosial-iqtisadi qüdrətinə yardımçı
olmuşdularsa, çox istərdim ki, bizim tərəfimizdən inşa edilən
postneoklassik milli fəlsəfə də lokal, regional və ümumbəşəri miqyaslarda
ali hədəflərə çatmaqda insanlara, xalqlara və dövlətlərə təsirli dəstək,
etibarlı yardımçı olsun! Mütərəqqi ideallara doğru hərəkətdə kamil, işlək
fəlsəfənin olması ən mühüm, zəruri şərtdir.
Bəşəriyyət yeni bir praqmatik fəlsəfəyə, qlobal sinergizmə və
özünütəşkilatlandırmaya rəvac verən meqatrendə ehtiyaclıdır! Bu ehtiyacın
ödənilməsi naminə biz, millət olaraq, öz töhfəmizi verə bilərik və
verməliyik! Fəlakət ssenarilərini durduracaq, kleptokratiya həmlələrinə son
qoyacaq, bəşəriyyətin Xeyir niyyətlər üzrə yönləndirilməsini təmin edəcək
Ədalətli Nizamın yollarının, üsul və vasitələrinin tapılması, formalaşması
istiqamətində yorulmadan çalışmalı, araşdırmalar aparmalıyıq. Bu, həm də,
bizim ―zəka suverenliyi”mizin təsdiqi deməkdir. Zəka suverenliyi isə
dövlət, xalq, millət, şəxsiyyət suverenliklərini şərtləndirən mühüm atribut
və zəmindir. Biz də, bütün imkan və resursları səfərbər edərək, çalışmalıyıq
ki, bəşəriyyət bu gün fəaliyyətdə olan ―geosiyasi realizm‖in total
hökmranlığından azad olsun. O ―geosiyasi realizm‖dən ki, mahiyyətcə
sosial darvinizmin ən eybəcər və qlobal miqyaslı formasıdır (2).
Yeri gəlmişkən, bir mühüm məqamı vurğulamaq istərdim. ―Geosiyasi
realizm‖dən xilas olmaq, hər şeydən öncə, müasirliklə səsləşən və
qaneedici perspektivə xidmət edə biləcək professional fəlsəfə ilə bağlıdır,
lakin bu fəlsəfənin ətə-qana dolması yalnız Qərb fəlsəfi irsinə müraciət
etməklə mümkün deyil. Əksinə, bu fəlsəfi arealla məhdudlaşmaq xeyirdən
çox, ziyan gətirə bilər. Vərdiş etdiyimiz çərçivələr götürülməli, qəliblər
sındırılmalıdır. Bu gün bir danılmaz zərurətdir ki, fəlsəfə (öz pozitiv
inkişafı, qlobal və ictimai-praktiki əhəmiyyəti, məhsuldarlığı baxımından)
son əsrlər boyunca formalaşmış qərbpərəstliyə, avropasentrizmə tənqidi
627
yanaşsın, artıq qüsurları göz qabağında olan idraki refleksiya
elementlərindən azad olsun, mədəniliyi və sivilliyi, zəka qüdrətini və
alicənablığını artıran mənbələri yalnız Avropa və Amerika məkanında
axtarmasın, insani-bəşəri cəhətdən hədsiz dərəcədə qeyri-qənaətbəxş olan,
nifrət və aqressiya, özgələşmə və ayrı-seçkilik, fraqmentləşmə və
dikretləşmə toxumu səpən postmodernizmi özünə bayraq etməsin!
Birmənalı surətdə vurğulayıram: hal-hazırda dəbdə olan və bizlərdən də
bəzi yazıçı və filosofların arxasınca süründüyü (guya, müasirlik və qabaqcıl
mədəniyyətlilik naminə!) postmodernizmin nəinki müasir dünyanın
inteqrasiyasına bir maneədir, o, doğurduğu öz destruktiv hadisə və
prosesləri ilə cəmiyyətləri, xalqları içindən parçalayır, əsrlər boyu
formalaşmış insani bağlantıları, birgəyaşayış ənənələrini, sosial institutları
dağıdır. Biz artıq arzu olunan inteqrallaşmanı, birləşməni müasir Avropa
simasında görüb reallaşdıra bilmərik. Belə vahidləşmə yalnız aldanmış
―ağlın‖ doğurduğu təsəvvürdə, xəyallarda yaşaya bilər, iri kapitala, pul-
gəlir ideologiyasına, istismarçılıq və istehlakçılıq nəfsinə, ―parçala – hökm
sür‖ düsturuna xidmət edər, necə ki də edir! Bunun adını qloballaşma,
müasir dünyanın mövcudluq üsulu qoya bilərlər, ancaq bu, qlobal tələnin,
fəndgirliyin,
hiylənin
mahiyyətini
heç də dəyişmir. Mənfurluq
mənfurluğunda qalır!
İnsana, xalqlara və onların suverenliyinə birbaşa zərbə endirən, ölkələrə
divan tutan bu məkrli trendə, qlobal təsirli iblislər beyninin bu layihəsinə
demokratiya, insan haqları, liberal dəyərlər adı altında müəyyən bəzək-
düzək də verərlər, konservatizmə neoliberalizm də qatarlar, ömür boyu iri
kapitalın qulluğunda dayanmış sosial-demokratiyaya yeni nəfəsliklər də
açarlar, daxilən tamamilə haqqa-ədalətə, insafa-mürvətə yad olanlardan
dəstə-dəstə hacılar, möminlər elektoratı da təşkil edərlər – təki üfunəti
bütün dünyanı basmış qlobal kapitalizm qorunsun, bədbəxt edilmiş
adamlar, xalqlar, ölkələr hesabına bir ovuc imtiyazlı şarlatanların çoxdan
həddləri keçmiş firavanlığı təmin edilsin. Bir sözlə, bəşəriyyət başqa
alternativə ehtiyaclıdır və müasir fəlsəfə bu məsələdə öz gücünü ortaya
qoymalı, optimal çıxış yollarını göstərməlidir.
Mən başqa alternativ zərurətini vurğulamaqla heç də tamamilə Qərb fəlsəfi-
mədəni irsinə aid zəngin xəzinənin kənara atılmasını nəzərdə tutmuram.
Əksinə, bütövlikdə Qərb fəlsəfi-mədəni ənənəsindən bacarıqla
bəhrələnməyi vacib bilirəm. Söhbət qlobal kapitalizmin, məkrli transmilli
korporasiyalar şəbəkəsinin humanizmlə hesablaşmayan, bəşəri vahidliyi
içindən dağıdan, dünya xalqlarını amansız istismara məruz qoyan,
qütbləşməni dərinləşdirən trendinə aludə olmamaqdan, bu mənfur gediş
düsturuna-formuluna qarşı əməli iş aparıb, optimal yol seçməkdən, ədalətə
628
və birgəyaşayış mədəniyyətinə qol-qanad verən alternativ trenddən gedir.
Elə bir işlək konsepsiyadan ki, beynəlxalq münasibətlər sisteminə yeni
nəfəs, yeni alqoritm gətirərək bütün xalqlar, ölkələr üçün mövcudluq və
tərəqqi mənbəyi olsun, bəşəriyyətin vahidliyi ideyasına xidmət etsin.
Bu kontekstdə düşünərkən və yaranmış real situasiyanı nəzərdən keçirərkən
hesab edirəm ki, ən yaxşı alternativ nümunəsi kimi Çin Xalq
Respublikasının ali rəhbərliyi tərəfindən irəli sürülmüş Yeni İpək Yolu
layiəsini göstərmək olar. Çinin ―Bir kəmər – bir yol‖ konsepsiyası bütün
xalqlar və dövlətlər üçün yeni şanslar yaradır, onlara layiqli yaşamaq və
inkişaf etmək imkanı verir. Bu layihə beynəlxalq münasibətlərin sağlam
düşüncə və sinergetik əməl birliyi əsasında tam yeni bir modelidir ki,
köhnə dünya durumuna xas olan geosiyasi, iqtisadi-ticari, etno-milli, dini-
mədəni qarşıdurmaların, münaqişə və lokal müharibələrin aradan
qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. Layihənin fəlsəfi-etik,
mənəvi-mədəni
imperativlərindən,
elmi-texniki
və
texnoloji
üstünlüklərindən, maddi-maliyyə təminatının etibarlı olmasından çıxış
edərək, artıq indidən əhəmiyyətli uğurdan, alınacaq nəticələrin
məhsuldarlığından danışmaq olar. Şübəhəsiz ki, Azərbaycanın belə bir
mühüm və perspektivli layihədə yaxından iştirakı olduqca vacibdir. Bu
iştirak, həm də, ölkəmizin öz özəl meqatrendini müəyyənlişdirməkdə və
təkmilləşdirməkdə əhəmiyyətli rol oynaya bilər. Bu mənada da milli
fəlsəfəmizin üzərinə böyük məsuliyyət düşür. Bir çox ciddi məsələlər
ortaya çıxır ki, onların qaneedici həlli fəlsəfəsiz mümkün deyil. İnteqrasiya
məqsədi daşıyan layihə elə ilk növbədə inteqrativ funksiya daşıyan
fəlsəfənin idrak obyekti olmalıdır.
Qeyd edim ki, ―Yeni İpək Yolu‖ ideyası keçən əsrin 90-cı illərin
ortasından başlayaraq Beynəlxalq Şiller İnstitutu (1984-cü ildə yaradılıb)
tərəfindən gündəmə gətirilib. Məhz bu qurum Çinin siyasi və iqtisadi
dairələri ilə sıx əməkdaşlığı əsasında bu ideyanı inkişaf etdirib və kifayət
qədər irəli aparıb. Bu işdə iki tanınmış alimin – Lindon Laruş və onun
həyat yoldaşı, silahdaşı Helqa Tsepp-Laruşun böyük rolu olub. Hal-hazırda
Helqa Tsepp-Laruş həmin İnstitutun direktorudur və əhəmiyyətli
fəaliyyətini davam etdirməkdədir.
Beynəlxalq Şiller İnstitutunun işləyib irəli sürdüyü məhsuldar fiziki
iqtisadiyyat konsepsiyası hal-hazırda həyata keçirilən Yeni İpək Yolu
layihəsinin nüvəsini təşkil edir. Bu konsepsiyanın özü müharibə və
dağıntılara, xalqların amansız istismarına, ayrı-ayrı ölkələrin məhvinə rəvac
verib, yol açan spekulyativ maliyyə imperiyasına, totalitar kapitalizmə qarşı
olan bir ümidverici alternativdir. Düşünürəm ki, yalnız belə alternativ
konsepsiya və trendlər hesabına Britanıyanın BP kimi mənfur şirkətinin
629
istismarçı fəaliyyətinə, Siti və Uoll-strit hökmdarlığına son qoymaq olar.
Qarabağ probleminin, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün
həllini də mən bu məcrada görürəm. Azərbaycana qarşı yapılan məkrli
siyasətin, Ermənistana edilən himayədarlığın, hər cür dəstəyin başında da
məhz Britaniya, onun transmilli korporasiyalarla bir yerdə qurduğu sirli-
gizli fəaliyyət durur. Və çox vaxt bu fəaliyyətin həqiqi təşəbbüskarları və
təşkilatçıları gizlədilir, bizə məlum olmur, belə ki, ünvanlar və müəlliflər
ustalıqla ört-basdır edilir, dəyişdirilir, tamam başqa, aldadıcı və yayındırıcı
mənbələr, güclər ictimaiyyətə göstərilir. Bəzi hallarda Britaniya şeytanları
qurduqları tələləri, həyata keçirdikləri həmlələri rusun, farsın adından
edirlər. Bununla da, üstəlik, xalqlar arasında əlavə düşmənçilik toxumu da
səpə bilirlər. Əslinə qalanda, indiki ABŞ Britaniyanın əlində güclü bir alət,
silahdır ki, dünya xalqlarını təhdid və basqı altında saxlayır. Bu kontekstə
düşünərkən, mən gözüyumlu surətdə, heç bir incəlikləri nəzərə almadan
Avropaya inteqrasiyadan danışmağı, sadəcə, gerizəkalılıq, fəlsəfi-siyasi
nadanlıq əlaməti kimi qiymətləndirirəm. Milli fəlsəfəmiz, apardığımız
siyasətə zəmin olaraq, bu barədə ciddi düşünməli, öz töhfəsini verməlidir.
Ümumiyyətlə, Böyük Tarixin belə bir ―fokuslaşma nöqtəsi‖ndə gələcəyə
layiqli irəliləyiş imkanını o xalqlar qazanacaqlar ki, Haqqın və Ədalətin
təntənəsi naminə mübarizə aparan Zəkanın möhtəşəmlik, qüdrət və əzəmət
qazanmasında onların öz əvəzsiz töhfəsi, rolu və yeri olacaq. Yaradıcı və
məhsuldar əməli işin önündə güclü Zəkanın, deməli, qüdrətli Fəlsəfənin
olması, vacibliyi danılmaz həqiqətdir. Ümumiyyətlə, vurğulayım ki,
Dostları ilə paylaş: |