“Millət” və “milli fəlsəfə” iĢığında: Azərbaycanda fəlsəfi-elmi
təfəkkürün bir transformasiyası haqqında
Biz, bir sıra tədqiqatçının mili fəlsəfə kateqoriyasına aid etdiyi təlimlərin
qısa xarakteristikası üzərində məqsədli şəkildə dayandıq. Təbii, onların hər
birinin daha geniş və dərin kontekstdə fəlsəfi refleksiyası vacibdir. Ancaq
burada başlıca məqsədimiz ―Azərbaycan milli fəlsəfəsi‖ ideyasının
yuxarıda vurğulanan özəlliklər işığında necə görünməsindən ibarətdir.
Öncə, bir məqama aydınlıq gətirməyə çalışaq. ―Milli fəlsəfə‖ ifadəsinin
konkret fəlsəfi ölçülməsi lazımdır. Burada ―milli‖ sözü şərtidirsə, onda
tarixin bütün mərhələlərində hər bir etnosun (o cümlədən, xalqın)
təfəkkürünün özünün həyat tərzini refleksiya etməsi ilə bağlı formalaşan
(əgər varsa) fəlsəfi təsəvvürlər sistemini bura aid etmək olar. Həmin
meyarla qədim romalıların fəlsəfəsini (məsələn, yuxarıda vurğuladığımız
K.Sekstiyin fəlsəfəsi) ―milli‖ hesab etmək olar. Ancaq bu bölgünün
bütövlükdə fəlsəfi təfəkkür üçün hansı faydanı verəcəyinin fəlsəfi anlamı
elə də aydın deyil.
651
Başqa mövqedən yanaşaraq, ―milli‖ sözünə tarixi-siyasi və mənəvi-əxlaqi
kateqoriya kimi baxsaq, onda ―milli fəlsəfə‖ ifadəsi hər bir etnosun
təkamülünün ancaq konkret mərhələsinə aid ola bilər. Yəni Avropa
sosioloji-fəlsəfi fikrində formalaşmış ―millət‖, ―milli‖ anlayışları işığında
―milli fəlsəfə‖ tamamilə fərqli məzmun kəsb etmiş olur. Burada tarixin
müəyyən mərhələsində etnosun (daha dəqiq, cəmiyyətin) sosial-mədəni
inteqrasiyasının xüsusi forması olan millətin kollektiv şüurunun
özrefleksiyasından bəhs etmək olar. Lakin bu refleksiya da birbaşa həyat
tərzinin fəlsəfi dərkini təşkil edər. Yəni milli fəlsəfə adlandırılan idraki
prosesin başlıca hədəfi konkret cəmiyyətin milli kimliyi ilə şərtlənən həyat
fəlsəfəsi olar. Burada dövlət anlayışı da açar rolunu oynayan faktorlardan
birinə çevrilir, çünki Avropa təcrübəsində millətlə dövlət bir-biri ilə sıx
bağlıdır, hətta birinin varlığı digərinin mövcudluğu ilə şərtlənir.
Deməli, milli fəlsəfədən ikinci anlamda danışmaq lazım gəlirsə hər bir
cəmiyyətin millətləşməsi mərhələsinə baxmaq gərəkdir. Onda sualı belə
qoymaq doğru olardı: Azərbaycan milləti nə zaman formalaşıb? (eyni qayda
ilə alman, rus, fransız, ingilis, italyan, yunan və digərlərini nəzərdə tutmaq
olar). Və bu məsələni Azərbaycan dövlətçiliyi ilə sıx bağlılıqda götürmək
daha uyğun olardı. Müqayisə üçün deyək ki, Avropa millətləri müasir
anlamda XVII-XVIII əsrlərdən başlayaraq formalaşıblar. Milli dövlətlər isə
əsasən XVIII-XIX əsrlərdə formalaşıb. Ancaq bu proses iki istiqamətdə
gedib: bir qrup xalqlar dövlətdən millətləşməyə keçid ediblər, digərləri isə
millətləşib dövlətə keçiblər. Məsələn. ingilislər və fransızlar millətdən
dövlətə, almanlar və italyanlar isə dövlətdən millətə keçid ediblər. XIX
əsrdə İtaliya və Almaniyada dövlət formalaşandan sonra onların əsas şüarı
belə olub: ölkəni yaratdıq (məsələn, İtaliyanı), indi də milləti yaratmalıyıq
(yəni italyanları). ―Millət‖ anlayışının özünün də Avropada təkamül özəlliyi
olub. Öncə, o, cəmiyyətin yalnız seçilmiş təbəqəsinə aid edilib (əsasən Orta
Əsrlərdə), sonralar isə bütün əhaliyə aid olunub. 1789-cu ildə fransızların
―üçüncü təbəqəsi‖ özünü millət elan edib. Bu keçidin nəzəri platformasını
Maarifçilik filosofları hazırlamışdılar. XVIII əsrin başlanğıcında Fransa
Akademiyası milləti eyni dövlətdə, eyni ölkədə, eyni qanunlara görə
yaşayan və eyni dildən istifadə edən əhalinin toplumu kimi tərif etmişdi (5,
s. 33-34).
Azərbaycanda fəlsəfi təfəkkürün təkamülünə yuxarıda vurğulanan
məqamların işığında nəzər salsaq, maraqlı qənaətlər əldə edə bilərik. Öncə
qısaca baxılan problemin tarixi aspekti üzərində dayanaq.
Heydər Əliyev Yeni əsr və III minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına
etdiyi müraciətdə vurğulamışdı: ―...Yunan-Roma mədəniyyətinin, bütün
antik sivilizasiyasının güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və
652
incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik
olmağa başlamışdır‖. Yəni Azərbaycanda fəlsəfi-elmi təfəkkürün
təkamülünün ideya-mənəvi stimulu ölkənin müxtəlif mədəniyyətlərin
kəsişmə sahəsi olması ilə şərtlənib. Məhz həmin təməl üzərində ictimai,
humanitar və təbiət elmləri qarşılıqlı əlaqədə və vahid elmi mühitdə tərəqqi
edib. Hələ IV-VII əsrlərdə Azərbaycanda əsas elmi istiqamətlər mövcud
olub. ―Tənsarın məktubu‖ adlı mənbədə bu barədə yazılıb.
Daha əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan qədim dövrlərdən
vahid fəlsəfi-elmi-mədəni məkanın tərkibində olub. Bu prosesdə V-VI
əsrlərdə Bizansın Akademiyaları ləğv etməsi xüsusi rol oynadı. Orada
çalışan alimlər Şərqə üz tutmağa məcbur qaldılar. Onların sırasında Afina
Akademiyasının rəhbəri suriyalı Damask VI əsrdə indiki İran ərazisində
yerləşən Cündişapur Akademiyasını yaratdı. IX əsrdə məşhur Bağdad
Akademiyası (―Beytül-hikmət‖ – ―Hikmət evi‖) meydana gəldi. Həmin
Akademiyanın öz dövrü üçün yüksək səviyyəli elmi kadrları vardı. Orada
riyaziyyat, tibb, biologiya, astronomiya, həndəsəni öyrənirdilər (6, s. 10).
Bağdad Akademiyasının tarixi xidmətlərindən biri fəlsəfi-elmi ədəbiyyatı
ərəb dilinə tərcümə etməsindən ibarətdir. Bunun sayəsində İslam aləmində
vahid elmi mühit formalaşdı. Eyni zamanda, geniş məkanda kadrların
qarşılıqlı mübadiləsi baş verdi. Bu da öz növbəsində bütöv elmi mühitin
formalaşmasına ciddi təkan verməli idi. Həmin dalğa üzərində Azərbaycan
ərazisində çoxlu sayda sanballı elmi tədqiqat ocaqları - akademiyalar
yarandı. Bütövlükdə Akademiya təsisatı, Azərbaycanda elmi fəaliyyətin
təşkilinin əsas forması oldu. Akademik A.Əlizadə bu bağlılıqda vurğulayıb:
―Tarixi Azərbaycan ərazilərində IX-XIV əsrlərdə yaranan Akademiyalar
elmlərin strukturlaşması, fəaliyyətin təşkili, elm sahələrinin inkişaf
etdirilməsi və ümumilikdə yaradıcılıq qabiliyyətinin yüksəldilməsi
prosesində ciddi rol oynadı‖ (6, s. 10-11). O cümlədən, İsfahan, Həmədan,
Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Şamaxı, Marağa, Urmiyə və digər
şəhərlərdə yaradılan elmi-tədqiqat mərkəzləri vahid Azərbaycan elmi
mühitinin formalaşmasına ciddi təkan verdi. Həmin mərkəzlər arasında sıx
fəlsəfi, elmi və ideya əlaqələrin mövcud olması barədə tutarlı qaynaqlar
mövcuddur.
Azərbaycanın elm ocaqlarının fəaliyyəti ancaq müsəlman fəlsəfi-elmi
məkanı ilə məhdudlaşmırdı. Akademiyalar geniş xarici əlaqələrə malik idi.
Müxtəlif ölkələrdən, o cümlədən Çin, Hindistan, Misir və Yunanıstan kimi
güclü fəlsəfi-elmi ənənəyə malik ölkələrdən Azərbaycanda elm öyrənməyə
gələnlər az deyildi. Məsələn, Azərbaycanda ilk akademiya sayılan Şamaxı
akademiyasında çoxlu əcnəbi alimlər çalışırdılar. Həmin akademiyanın
əsasını məşhur Azərbaycan həkimi və alimi Ömər Osman oğlu qoymuşdu.
653
N.Tusinin rəsədxanasında Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan
Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin
Dəbiranini, Buxaradan Cəmaləddin əz-Zeydi Buxari, Hindistandan
Kəmaləddin Əflatun əl-Xindi və digərləri də çalışıblar. Pekin
rəsədxanasının əsasını qoyanlardan olan Fao Mun Çi Marağa
rəsədxanasında astronomiya elmini öyrənib.
XIII əsrdə Azərbaycan tarixçisi və həkimi Fəzlullah Rəşidəddin Təbrizdə
böyük akademiya təşkil etdi. Bu elm ocağı Təbriz yaxınlığındakı ―Rəbi-
Rəşidi‖ (―Rəşidi kvadratı‖) adlanan ərazidə yerləşirdi. Akademiyanın izləri
indi də həmin yerdə qalmaqdadır. Dünyanın müxtəlif guşələrindən Təbriz
Akademiyasına elm öyrənməyə gəlirdilər. Onların sırasında Çin, Misir,
Hindistan və hətta Qərb ölkələrini təmsil edənlər olub.
Maraqlıdır ki, Təbriz Akademiyasında müasir anlamda şəhərcik salınmışdı.
Orada alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş
laboratoriyalar mövcud olub. Akademiyanın yaxınlığında ―Fəxrabad‖ adlı
yerdə böyük botanika bağı salınıb. Tarixi məlumatlara görə, F.Rəşidəddinin
Akademiyasında 1000 yerli tələbə yetişdirilib, xaricdən gəlmiş 6000 gənc
elm öyrənib. Bunların gündəlik tələbatları dövlət tərəfindən ödənilirdi.
Deməli, həmin dövrdə fəal Azərbaycan elmi mühiti mövcud idi. Bunlar
göstərir ki, Təbriz Akademiyası dövrünün qabaqcıl elm ocaqlarından idi.
Maraqlıdır ki, burada sadəcə elm öyrənməyirdilər, elmi tədqiqatlar
aparmırdılar, həm də alim həyatının müxtəlif aspektlərini əhatə edən elmi
mühit formalaşdırırdılar.
N.Tusinin özü Təbrizdə akademiya təşkil etmişdi. Bu alimin özünün
fəaliyyəti müxtəlif elm sahələrini əhatə edirdi. Onu tibdə statistik metodu
ilk olaraq tətbiq edən alim kimi də, məşhur ―Əxlaqi-nasir‖, ―Fərəcnamə‖,
―Cavahirnamə‖ əsərlərinin müəllifi kimi də tanıyırlar. Bunlarla yanaşı,
Azərbaycanda
Akademiyanın
bir elmi struktur olaraq ənənəyə
çevrilməsində ciddi rol oynamış iki özəlliyi vurğulamaq lazımdır.
Bunlardan biri Tusinin Alimlər Yığıncağını təşkil etməsi idi. Bu, müasir
anlamda Akademiyanın Rəyasət Heyəti deməkdir. Hələ XIII əsrdə
Azərbaycanda elm sahəsində idarəetmənin və yeni elmi kəşfləri kollegial
müzakirənin xüsusi modeli mövcud idi. Digər özəllik N.Tusinin yaratdığı
Akademiyanın Azərbaycanın müxtəlif bölgələrində hissələrinin olması ilə
bağlıdır. Marağa rəsədxanası bunun gözəl nümunəsidir. Bu elm məbədi
Savalan dağındakı bir düzənlikdə 12 ilə tikilib. Orada laboratoriyalarla
yanaşı, 400 minə qədər fondu olan böyük bir kitabxana da vardı.
Rəsədxanada 100-ə qədər alim işləyirdi.
Marağada tətbiq edilən 10 cihazdan 5-i yeni idi. Burada yeni astronomik
cihazlar da yaradılmışdı. Onlardan göy cisimlərinin müəyyən anda üfüqi
654
koordinatlarını təyin edən aləti, günəşin meridianda hündürlüyünü təyin
edən aləti, yer və göy (ulduz) qlobuslarını və göy cisimlərinin istənilən anda
üfüqi koordinatlarını dəqiq təyin edən fırlanan kvadratı göstərmək olar.
Bütün bunların həmin dövrdə Azərbaycanda görkəmli elm adamlarının
yetişməsində ciddi rol oynadığını inkar etmək olmaz. Xaqani Şirvani,
Nizami Gəncəvi, Fələki Şirvani, Mahmud Şəbüstəri dünyada tanınmış
simalardandırlar. Həmin dövrün görkəmli Azərbaycan mütəfəkkirlərinin
―...əsərlərində olduqca dəyərli elmi və bədii-fəlsəfi fikirlər öz əksini tapıb.
Bu bəii-fəlsəfi ideyalar...qloballaşan...müasir dünyanın xilas yollarına cavab
vermək iqtidarına malikdir‖ (6, s. 11).
Həmin dövrdə riyaziyyatçı Übeyd Təbrizi ―Risalət ül-hesab‖ (―Hesab üzrə
kitab‖) əsərini yazdı. Nəcməddin Əhməd Naxçıvani İbn Sinanın tibb və
fəlsəfə üzrə əsərlərinə şərhlər və əlavələr yazıb. Hinduşah Naxçivani XIV
əsrdə farsca-türkcə ―Sihahül-əcəm‖ lüğətini tərtib edib. Əbu Əbdulla
Məhəmməd ibn Nəmvar Təbrizin ―Ədvar ül-həmmiyyat‖ (―Ən mühüm
dərmanlar‖) adlı kitabı məşhurdur. Yusif İbn İsmayıl Xoylunun (o, ―İbn
Kəbir‖ təxəllüsü ilə yazıb) 1311 ildə yazdığı ―Cameyi-Bağdadi‖ (―Bağdad
toplusu‖) isə dövrünün ən mükəmməl əsərlərindən sayılır.
Burada bir məqamı vurğulamağa ehtiyac duyuruq. Orta Əsr Azərbaycan
alimləri haqqında əcnəbi mənbələr çoxlu məlumatlar verirdilər. Onların bir
qismi tarixi Azərbaycan ərazisində olmuş, bəziləri isə azərbaycanlı elm
adamlarından dərs alırdılar. Bu sırada Əbu Tahir Əhməd əs-Süləfi
İsfəhaninin (1083-1181) ―Mu‘cəmü‘s-Səfər və Ərbəinü‘l-Büldaniyyə‖, Əli
ibn Əsakirin (1105-1175) ―Tarixu-Mədinəti-Diməşq‖, Elmi dairələrdə
İbnü‘l-Fuvati kimi tanınan Kəmaləddin Əbü‘l-Fəzl Əbdürrəzzaq ibn Əhməd
əş-Şeybaninin (1244-1323) ―Təlxis Məcməü‘l-Adab fi Mu‘cəmü‘l-Əlqab‖
və başqa əsərləri göstərə bilərik. Bu mənbələrdə həmin dövrdə yaşayıb-
yaratmış Azərbaycan alimləri haqqında qiymətli informasiyalar mövcuddur.
Bunlar onu sübut edir ki, Orta Əsr Azərbaycan alimləri bütün İslam
dünyasında tanınırdı və onlardan bilik öyrənməyə can atanların sayı az
deyildi.
Beləliklə, IX-XIV əsrlərdə Azərbaycanda humanitar və dəqiq elmlər (tibb,
riyaziyyat, fizika, astronomiya, həndəsə və s.) pərakəndə halda və fərdi
olaraq deyil, vahid idarəetmə mexanizminə malik, konkret struktur-
funksional özəlliklərə sahib olan təşkilati formada inkişaf edirdi. Bu, ölkədə
yaradıcı insanların yetişdirilməsində və elmi ənənənin sistemlilik məzmunu
kəsb etməsində böyük rol oynayırdı. Bu kontekstdə onu vurğulamaq
gərəkdir ki, həmin dövrdə elm iki kateqoriyaya bölünürdü. Birinci, dini
elmlər. Bura dinləri araşdıran ilahiyyət elmi, dilçilik, ədəbiyyat və tarix
daxil idi. İkinci, ―fəlsəfə‖ adı altında nəzəri və praktiki elmlər cəmləşmişdi.
655
Bura təbiətşünaslıq, riyaziyyat, yunan fəlsəfəsi, etika, evdarlıq elmi və
siyasət aid idi.
İslam mədəniyyətinin çiçəklənmə dövrünün başa çatması ilə müsəlman
ölkələrində elm və təhsilin inkişaf dinamikası dəyişdi. Ancaq Azərbaycanda
akademiyalar fəaliyyətini davam etdirirdilər (6, s. 11). Məktəblər və
mədrəsələr mövcud idi. XV əsrdə Əbdürrəşid Bakuvi Azərbaycanın insan
sağlamlığına müalicəvi təsir edən təbii sərvətlərini öyrənirdi. O, həmçinin
ölkənin coğrafiyası və təbiəti ilə bağlı qiymətli məlumatlar toplayırdı.
Ə.Bakuvi Bakıdakı neft ehtiyatlarından yazırdı (6, s. 11-12).
Həmin yüzillikdə Azərbaycanda əsasən sufilik inkişaf edirdi. Şəms
Məqribi, Şah Qasım Ənvar, Seyid Yəhya Bakuvi, Yusif Miskuri tanınmış
sufilər idilər. Yəhya ibn Bəhaəddin Bakuvinin «Əsrar ət-talibin» («Həqiqət
axtaranların sirləri») adlı fəlsəfi əsəri ilə yanaşı, astronomiyaya və tarixə
dair kitabları da vardır. İmadəddin Nəsimi Şərq fəlsəfəsini dərindən
mənimsəyirdi. O, dövrünün məşhur mütəfəkkirlərindən biri idi.
XVI əsrdə təbabət sahəsində Əlaəddin Həkim Təbrizi öz yeri olan alim
hesab edilirdi. Riyaziyyat sahəsində Abdulla Şeyx Şəbüstəri tanınmış elm
adamı idi. Həmin dövrdə Həsənbəy Rumlu və İsgəndər bəy Münşi
əhəmiyyətli tarixi əsərlər yazırdılar. Həsənbəy Rumlunun ―Əhsənüt təvarix‖
/ ―Tarixlərin ən yaxşısı‖/, İsgəndər bəy Münşinin isə ―Tarixi-aləmarayi-
Abbasi‖ (―Aləmi bəzəyən Abbasın tarixi‖) əsəri öz elmi qiymtələrini indi
də saxlamaqdadırlar. XVI əsr Azərbaycan elmində Sadiqbəy Əfşarın /1533-
1610/ öz yeri vardır. Onun ―Məcməül-xəvas‖ əsəri məşhurdur. Sadiqbəy
Əfşar əsasən rəssamlıq və qrafika ilə məşğul olub.
Burada Azərbaycanda elmi-fəlsəfi təfəkkürün təkamülü baxımından vacib
sayıla bilən bir məqamı vurğulamaq gərəkdir. IX-XVI yüzilliklərdə
Azərbaycan alimləri konkret bir elm sahəsi ilə yanaşı, əsaslı fəlsəfi biliyə də
sahib idilər. Bu, təbii ki, Orta Əsrlərin xüsusiyyəti ilə bağlı olan haldır.
Eyni zamanda, ayrıca Azərbaycanda fəlsəfi-elmi təfəkkürün konkret
məzmunu aspektində ciddi elmi məna kəsb edən xüsusiyyətdir. Çünki
Azərbaycanda fəlsəfi təfəkkür bir tərəfdən yunan rasionalizmi, digər
tərəfdən isə dini dünyagörüşünün qarşılıqlı əlaqəsi müstəvisində
formalaşmışdı. Həmin özəllik Azərbaycan elm adamlarının fəaliyyətində
birbaşa əks olunurdu. Onlar eyni dərəcədə müxtəlif elm və sənət sahələrinin
biliciləri idilər. Buna görədir ki, həmin dövrdə azərbaycanlı alimləri hətta
uzaq Hindistana və Çinə işləməyə dəvət edirdilər. Hökmdarlar isə
memarlıq, miniatür sənəti və digər sahələrdə alim biliyindən yararlanırdılar.
XVII əsrdə Mirzə Məhəmməd Təbrizi, Molla Mömin İman, Molla Əliqulu
Xalxali, Nəcibəddin Rza Təbrizi tanınmış alimlərdən idilər. Mövlana Mirzə
Məhəmməd bin Həsən Şirvani fəlsəfə ilə yanaşı, riyaziyyat və
656
astronomiyaya dair traktatların müəllifidir. O, «Hikmətül-eyn»
(«Mahiyyətin hikməti»), «Mətləül-ənvar» («Şüaların çıxması yeri») kimi
əsərlərə əlavələr, izahlar və şərhlər yazıb. Yusif Qarabağı
Ş.Y.Sührəvərdinin işraqilik fəlsəfəsini inkişaf etdirıb. Mirzə Abdulla
Əfəndi Təbrizi 10 cildlik «Riyazül-üləma» əsərini yazıb.
Yusif Məhəmmədcan oğlu Qarabaği XVII əsrdə Şərqdə məşhur
məntiqşünaslardan idi. O, Mərkəzi Asiyada da elmi fəaliyyət göstərirdi.
Şərəfəddin Hüseyni Təbrizi-Laləvi 1617-ci ildə ―Ənfəsül-əxbar‖ (―Ən
dəyərli xəbərlər‖) adlı əsər yazıb. Bu əsər həmin dövrdə məşhurlaşmışdı.
Hüquqşünas alim Məhəmməd Əmin ibn Sədrəddin Şirvani ―Fəvaidül-
Xaqaniyyə‖ adlı əsərində İlsam aləmində ilk dəfə elmlərin təsnifatını verib.
Həmin dövrdə Rəcəbəli Təbrizi və Məhəmməd Hüseyn ibn Xələf Təbrizi
tanınmış elm adamları idilər.
XVIII əsr Azərbaycan dilində müxtəlif elm sahələrinə aid əsərlərin
meydana gəlməsi ilə xarakterizə olunur. Hesaba aid ―Üsul asaba‖
(―Yeddiliklər üsulu‖), astronomiyaya dair ―Kitabi-ruznamə‖ buna misaldır.
―Kitabi-ruznamə‖də astronomik cədvəllər də yer almışdı. Həmin yüzildə
təbabət üzrə ―Kitabi-tibbi-mənafeül nas‖ (―Təbabətə dair faydalı kitab‖),
tarix problemləri üzrə ―Təvarixi-zamani Şah Abbas ibn Xudabəndə‖ və
―Səfəviyyə padşahları‖ əsərləri işıq üzü gördü.
XVIII əsrin II yarısında Azərbaycan dilində lüğətlər tərtib edildi. Ölkədə
memarlığın yüksəlişi davam etdi. Bu sırada Bakıdakı böyük xan sarayı
kompleksini, Şamaxıdakı ―Bakıxanov evləri‖ni, Şuşadakı ―Qara
Böyükxanım‖ qəsrini, İrəvandakı ―Göy məscid‖i və başqalarını göstərmək
olar. Bu əsrdə milli dekorativ-tətbiqi sənət də inkişaf edib. Azərbaycan
xalçaları dünyada məşhur idi.
XV-XVIII əsrlər Azərbaycanın sosial-siyasi, iqtisadi və mədəni sahələrdə
əhəmiyyətli transformasiyalar dövrü olduğundan elmi fəaliyyət sferasında
da dəyişikliklər müşahidə edilirdi. Akademiyaların həmin dövrdə elmi
mühitdə təşkilati aspektdə mövqeyi zəifləyir və sonra, ümumiyyətlə, sosial-
mədəni səhnədən çıxır. Ancaq yenə də bəzi yerlərdə elmlərin
öyrədilməsində Akademiya ənənəsi saxlanırdı. Məsələn, Şamaxıda
akademiya qaldı. Ümumilikdə isə Akademiyalarda əsası qoyulmuş elmi
mühit bütövlüyünü qoruya bildi.
Müəyyən mərhələlərdə Azərbaycan alimləri vətəni tərk etməyə məcbur
qalsalar da, onların fəaliyyətində Təbriz, Marağa, Şamaxı, Ərdəbil,
Naxçıvan və başqa elmi mühitin qaydaları qalmaqda idi. O cümlədən,
Sührəvərdi, Bəhmənyar, Miyanəci və digər filosofların ideyaları inkişaf
etdirilirdi. Azərbaycan məktəb və mədrəsələrində Orta Əsrdə formalaşmış
elmi ruh saxlanmaqda idi. Əsrlərin keşməkeşlərində intellekt çırağını
657
sönməyə qoymayan azərbaycanlılar XIX-XX əsrdə fəlsəfə və elm sahəsində
öz dəst-xəttlərini inkişaf etdirdilər.
Akademik A.Əlizadə vurğulayır ki, XIX əsr Azərbaycan tarixində bir neçə
aspektdə dönüş nöqtəsi sayıla bilər. Vətən coğrafi, siyasi və mədəni olaraq
ikiyə bölündü. Tarixi torpaqlar fərqli geomədəni mühitlərə düşdülər (6, s.
12). Ölkənin şimal hissəsi Rusiya və Avropa elmi-mədəni mühitinə
inteqrasiya olmağa başladı. Bu dəyişiklik başqa məqamlarla yanaşı,
Azərbaycanda Maarifçiliyin meydana gəlməsinə təkan verdi. Bir neçə əsr
müsəlman fəlsəfi-elmi və mədəni mühitində ciddi yer tutmuş Azərbaycan,
yeni şərtlər daxilində fərqli sosial-mədəni mühitdə özünə yer tapmalı idi.
Azərbaycan mütəfəkkirləri bütövlükdə sosial-mədəni sahədə yeniləşmələrin
həyata keçirilməsini tam dərk edirdilər. Bu bağlılıqda A.A.Bakıxanov,
Həsənbəy Zərdabi, M.F.Axundzadə, Qasımbəy Zakir, Mirzə Kazımbəy,
Mirzə Cəfər Topçubaşovun fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Eyni
zamanda, Azərbaycanın təhsil ocaqlarında və elmi mərkəzlərdə dünyəvi
elmlərin öyrənilməsinə üstünlük verildi (6, s. 12). Maarifçilərin bu
addımları elmi təfəkkürün müasirləşməsində böyük rol oynadı. Tədricən
aydın olurdu ki, tamamilə yeni təhsil sisteminə keçid zəruridir. Bu
kontekstdə alimlərin də vurğuladığı kimi əhəmiyyətli məqamlardan biri
XIX əsrdə Azərbaycanda ictimai-humanitar fikrin inkişafı ilə fundamental
elm sahələrinin mənimsənilməsi və inkişaf etdirilməsinin paralellik təşkil
etməsi ilə bağlıdır (6, s. 12).
Həmin dövrdə Azərbaycanda biologiya və aqrar elmlərin inkişafında Həsən
bəy Zərdabi ilə Nəcəf bəy Vəzirov müstəsna rol oynadılar. Nəcəf bəy
Vəzirov Qafqazın bitki örtüyünü ilk öyrənən alimlərdən idi. Tibb sahəsində
araşdırmalar Bakı Həkimlər Cəmiyyətində aparılırdı. Burada M.M.Vəkilov,
Ə. Axundov, Ə.M.Mehmandarov və başqaları çalışırdı.
XIX əsrdə tarix üzrə Azərbaycanda bir neçə əsər yazıldı. Onlardan
Qarabağa həsr edilmiş Mirzə Adıgözəl bəyin yazdığı ―Qarabağnamə‖ni,
Mir Mehdi Xəzaninin ―Kitabi-tarixi Qarabağ‖ını, Rzaqulu bəy Mirzə
Cavanşir oğlunun ―Tarixi-Qarabağ‖ını göstərmək olar. Bu əsərlərdə
gətirilən faktlar Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu bir daha
təsdiq edir.
XIX əsr Azərbaycan alimləri Rusiyanın şərqşünaslıq elmində hiss ediləcək
rol oynayıblar. Mirzə Kazımbəy, Əbu Turab Vəzirov, Mirzə Məhəmməd
Şəfi, Sadıx bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov,
Mirzə Abdulla Qaffarov, Mirzə Cəfər Rizayev və başqaları şərqşünaslıq
sahəsində tanınan alimlər idilər. Azərbaycan alimləri Rusiyanın müxtəlif
universitetlərində dərs deyirdilər.
Azərbaycan elmi XIX əsrdə yeni səviyyəyə qalxdı. Humanitar və təbiət
658
elmlərinin demək olar ki, bütün sahələrində elm adamları yetişdilər. Onlar
yeni təhsil sisteminin tələblərinə uyğun bilik sahibləri idilər. Eyni zamanda,
azərbaycanlı alimlər əhalinin dünyəvi elmlər üzrə maariflənməsi üçün ciddi
çalışırdılar. Azərbaycan maarifçiləri faktiki olaraq tarixi missiya yerinə
yetirirdilər. Bununla Azərbaycan elmi mühitinin təkamülündə yeni
mərhələnin – rus-avropa elmi mühitinə inteqrasiyanın XIX əsrdə konkret
məzmun kəsb etdiyini demək olar. Bu məqam Azərbaycanda elmi
fəaliyyətin təşkilində də islahatların aparılması zərurətini diqtə edirdi. O
cümlədən, orta və ali təhsilin və elmi tədqiqatın yeni tələblərə uyğun təşkili
böyük aktuallıq kəsb etməyə başladı. XX əsr bu istiqamətdə ciddi
yeniliklərin meydana gəldiyi yüzil oldu.
Keçən əsrin əvvəllərində Azərbaycanda dünya elminin inkişaf
dinamikasının tələblərinə cavab verən ali təhsil məktəbləri, elmi
cəmiyyətləri və elmi-tədqiqat qurumları yaradılmasına ciddi ehtiyac
meydana gəldi. Lakin çar hökuməti bu istiqamətdə əsaslı addımlar atmadı.
Həmin dövrdə zəngin azərbaycanlıların mesenatlığı sayəsində cəmiyyətdə
yüksək təhsilli intellektuallar fomalaşdı. Tarixi təcrübə göstərdi ki, məhz
həmin adamlar ölkənin siyasi taleyində əhəmiyyətli yer tutdular. O dövrün
azərbaycanlı mesenatları – ―Hacı Zeynalabdin Tağıyev, Ağa Şəmsi
Əsədullayev, Ağa Musa Nağıyev, İsa Bəy Hacınski, Ağa Musa Muxtarov
və başqaları milli mədəniyyətin və oyanışın intişarında ciddi rol oynadılar‖
(6, s. 13). Cəmiyyətin böhran dövründə bu cür insanlar yetişdirməsi xalqın
tarixən elmə, təhsilə, yüksək mədəniyyətə meylli olmasının göstəricisidir.
Dostları ilə paylaş: |