Ədəbiyyat:
1. Ə.Tağıyev. milli kimlik və multikultural proseslər. Bakı, 2017.
2. Füyuzat (1906-1907) Transliterasiya edəni, çapa hazırlayanı və öz sözün
672
müəllifi O.Bayramova. bakı, Çağıoğlu, 2006.
3. http://www.e-qanun.az/framework/25154
4. Ə.Tağıyev. Milli kimlik fəlsəfəsi. Bakı, 2013.
5. Z.Göyalp. Türkçülüyün əsasları. Bakı, 1991.
6. Ə.Tağıyev. İnsan və millət fəlsəfəsi. Bakı, 1991.
Rafail Əhmədli
XIX ƏSR AZƏRBAYCANDA MĠLLĠ ġÜURUN
FORMALAġMASINDA SOSĠAL-SĠYASĠ AMĠLLƏRĠN ROLU
Milli şüurun formalaşmasında fəlsəfi, ədəbi-bədii və maarifçilik ideyaları
ilə yanaşı, sosial-siyasi ideyalar da mühüm rol oynayır. Çünki sosial-siyasi
ideyası olmayan bir xalqın milli şüurunun formalaşması yarımçıq qalar,
millət milli hədəflərə tam çata bilməz, xalq hadisələrin arxasınca sürünər,
sonda xalq uçuruma yuvarlanar. Sosial-siyasi ideyalar geniş düşüncə,
uzaqgörənlik, bəlli strategiya, böyük risk və cəsarətli addım tələb edir.
Bütün ictimai ideyalar kimi sosial-siyasi ideyalar da mənəvi istehsalın
məhsuludur. Sosial-siyasi ideyaların əsasını siyasi şüur təşkil edir. Bəllidir
ki, cəmiyyətdən kənarda şüur, xüsusilə ictimai şüur yoxdur. İctimai şüurun,
xüsusilə onun spesifik yönü olan siyasi ideyaların, sosial fikirlərin mənəvi
istehsal prinsipi ilə sıx əlaqəsi vardır. Deməli, sosial-siyasi ideyalar təkcə
fərdi-psixoloji hadisə deyil, həm də ictimai-tarixi xarakter daşıyır. Bu
anlamda (XIX əsr və xüsusilə) XIX əsrin sonu XX əsrin əvvəllərində
Azərbaycanda milli şüurun formalaşmasında sosial-siyasi ideyaların xüsusi
yeri vardır. Milli şüurun formalaşması bütün dövrlərdə xalqın (mövcud
olduğu) mürəkkəb sosial-siyasi və mədəni-etnik sistemdə mühüm bir
element olmuş, olur və gələcəkdə də olacaqdır. Bütün xalqlar özlərini
maksimum dərəcədə dərindən dərk etməyə, öz (intellektlərinin) fikir və
mülahizələrini anlatmağa çalışır.
Milli şüurun formalaşmasında milli ideyalar əsas rol oynayır. Çünki milli
ideya cəmiyyətin, xalqın və qarşılıqlı olaraq yaradılacaq dövlətin mənasıdır.
Bu məna olmasa, istər cəmiyyətin və xalqın, istərsə də yaradılacaq dövlətin
gələcəyi olmaz. O, tarixən məhvə məhkumdur.
Milli şüurun formalaşmasında milli ideyaların tərkib hissəsi olan sosial-
siyasi ideyalar mənsub olduğu xalqın milli dövlət quruculuğu praktikası ilə
qırılmaz surətdə bağlıdır. Ümumiyyətlə, XIX əsr və XX əsrin əvvəlləri
Azərbaycan xalqının sosial-siyasi həyatında mühüm dəyişikliklər dövrü
olmuşdur. Bu dövrün ilk 30 ilində Azərbaycan ərazisi xarici işğalçıların
hücumlarına məruz qalmış, bu hücumlar nəticəsində ölkədə xeyli miqdarda
673
insan tələfatı olmuş, yüzlərlə ailə doğma yurd-yuvasını tərk etmək
məcburiyyətində qalmış, şəhər və kəndlər xarabaya çevrilmiş, məhsuldar
qüvvələrə ağır zərbələr vurulmuşdur.
Bu dövrdə çar Rusiyasının ağır zərbələri nəticəsində Azərbaycan
dövlətçiliyi sarsılmış, ölkə və xalq iki hissəyə – Şimala və Cənuba
parçalanmışdı. 1813-cü il ―Gülüstan‖, xüsusilə 1828-ci il ―Türkmənçay‖
müqavilələri ilə ikiyə parçalanan Azərbaycanın təkcə elmi-mədəni, mənəvi-
ideoloji deyil, həm də sosial-siyasi həyatı çar Rusiyası və Qacarlar
dövlətinin timsalında iki müxtəlif geosiyasi məkanda və geoinzibati rejimdə
cərəyan etməyə başlamışdı. Quzey Azərbaycan xanlıqları çar orduları
tərəfindən işğal edildikdən sonra bu xanlıqların bir qismi məcburən
Rusiyanın hakimiyyətini qəbul etmiş, bəzi xanlıqlar isə ona qarşı çıxmışlar.
Qarabağ, Şəki və Şamaxı xanlıqları rus hakimiyyətini qəbul etdikləri üçün
onların idarəçiliyi olduğu kimi saxlanılmış, Gəncə, Bakı və Quba xanlıqları
Rusiya hakimiyyətini qəbul etmədikləri üçün onların əraziləri işğal
edildikdən sonra oradakı xanlıq idarə sistemi ortadan qaldırılmışdı. Lakin
Rus hakimiyyətini qəbul edən xanlıqların da ömrü uzun sürməmiş, 1819-
1826-cı illər arasında Şəki, Şamaxı, Qarabağ və Lənkəran xanlıqlarında da
xanlıq idarə sistemi ləğv edilmişdi. Azərbaycanda mərkəzi Şuşa olan
―Müsəlman Əyalətləri Rəisliyi‖ yaradılmış və ona Rus zabiti başçı təyin
edilmişdi. Quzey Azərbaycan xanlıqları əyalətlərə və dairələrə bölünmüşdü.
Əyalət və dairələrin başına da Qafqazın baş komendantı tərəfindən
komendantlar təyin edilmişdi. Əyalətin komendantı özünü bu əyalətin xanı
hesab edirdi. Bu komendantların bəylərə torpaq bağışlamaq və ya torpaqları
onlardan geri almaq və digər səlahiyyətləri var idi. Əslində bu
komendantlar əyalətlərin mütləq hakimi idilər. Onların yalnız ölüm hökmü
vermək kimi yetkiləri yox idi.
Komendant üsul-idarəsi dövlət xəzinəsinə xeyli ziyan vurduğundan çar
hökuməti onu ləğv etmiş, öz hökmranlığını möhkəmləndirmək üçün onun
yerinə ―Zaqafqaziya diyarının idarə olunması üçün müəssisə‖ adlı yeni
islahat sənədi qəbul edib tətbiq etməyə başlamışdı. Bu islahat sənədi ilə
Zaqafqaziyanın, o cümlədən də Quzey Azərbaycanın inzibati quruluşu
dəyişdirilərək onu Ümumrusiya inzibati ərazi bölgüsünə uyğunlaşdırmışdı.
Bütün bunlar Azərbaycan sosial-siyasi həyatına və Azərbaycan xalqının
milli şüurunun formalaşmasına da öz təsirini göstərmişdi. Azərbaycan xalqı
çox mürəkkəb və keşməkeşli bir tarixə malik olduğundan onun milli
şüurunun formalaşması xeyli ağrılı-acılı olmuşdur. Belə ki, XVIII əsrin
birinci yarısından başlayaraq, Azərbaycan dövlətinin ayrı-ayrı xanlıqlara
parçalanması, əsrin sonlarına doğru səfəvilərlə əfşarlar dövlətinin qalıqları
üzərində Qacar Türk dövlətini meydana çıxması və nəhayət, çar
674
Rusiyasının Azərbaycanın quzeyini öz müstəmləkəsinə çevirməsi
Azərbaycan ərazisi ilə yanaşı Azərbaycan xalqının da ikiyə parçalanmasına
səbəb olmuşdu. Bu ikiyə parçalanma təkcə maddi və mənəvi ayrılığa deyil,
sosial-siyasi sahədə də öz təsirini göstərmiş, Azərbaycan düşünürlərinin də
dünyagörüşündə müəyyən fərqliliklərə yol açmışdı.
Bəlli olduğu kimi, milli şüurun təşəkkülü, formalaşması və inkişafı
müəyyən tarixi təkamül mərhələləri ilə bağlıdır. Milli siyasi şüur cəmiyyət
həyatında baş verən sosial-siyasi ideyalara və praktikaya əsaslanaraq inkişaf
edir. Ona görə də, bu problem xalqın fərdlərinin məsuliyyəti ilə, siyasi
mədəniyyətin inkişaf dərəcəsi ilə yanaşı, xalqın keçmiş olduğu uzun tarixi
inkişaf yolu və içində yaşadığı mövcud şəraitlə, dövrün sosial-siyasi
hadisələrinin ona təsiri və s. bu kimi amillərlə bağlıdır. Əgər milli şüurun
formalaşmasında
sosial-siyasi
ideyaların
müəllifi
Azərbaycan
mütəfəkkirləri idisə, onun praktikaya tətbiqinin müəllifi Azərbaycan xalqı
idi.
Azərbaycan xalqında təməlləşən və gerçəkləşməsi uğrunda bütün milləti
belə ölüm-dirim savaşına sövq edən «dövlətçilik fikrinin» mənbəyini hər
şeydən əvvəl mədəni inkişaf nəticəsində etnik «milliyət» halından sosial-
siyasi mənada «millət» halına keçməsində aramağın lazım olduğunu
bildirən milli ideoloq Mirzə Bala Məhəmmədzadə Avropadan Azərbaycana
bir sıra ictimai, iqtisadi fikirlərin gəlməsini qəbul etməklə bərabər, həm də
göstərirdi ki; «dövlət fikri Azərbaycan üçün yeni və yabançı bir fikir deyil.
Çünki Azərbaycan türkü əsrlər boyu eyni ərazi üzərində müstəqil, müəzzəm
və qüdrətli dövlətlər qurmuş və hakimiyyət həyatı yaşamış bir millətdir» (3,
s. 72).
Azərbaycan türkünün xarakterik xüsusiyyətlərini şərh edən Mirzə Bala
göstərir ki, bu xüsusiyyət «hər türk üçün müştərək bir səciyyə olan
hürriyyətə məftunluq, hakimiyyət və istiqlal qürurundan ibarətdir. Türk heç
bir zaman məhkum və əsir olmamışdır. Onun üçündür ki, məhkum
bulunduğu son əsrlər ərzində daima məğrur, təkəbbürlü olmuş, hür və
sərbəst olmağa can atmışdır. Bu onun daima müstəqil, hakim kimi yaşamış
olduğunun nişanəsidir» (3, s. 73).
Tarixən Azərbaycanda mövcud olmuş müstəqil dövlətlərin qısa xülasəsini
şərh edən Mirzə Bala qeyd edir ki, «Azərbaycanda dövlət fikri bu
torpaqlara türklərlə bərabər gəlmiş, onlarla bərabər yaşamış, bərabər
təkamül və inkişaf edərək çağdaş bir şəkil almışdır» (3, s. 73-74).
Azərbaycanın şimalının çar Rusiyası tərəfindən müstəmləkəyə çevrilməsi,
feodal istismarı, ağır vergilər xalqın sosial həyatında mühüm dəyişikliklərə
və xalqın haqlı narazılıqlarına səbəb olmuşdu. ―Hələ 1826-cı ildə Gəncədə
müstəmləkə zülmünə qarşı üsyan olmuş, lakin çar hökuməti dairələri bu
675
üsyanı amansızlıqla boğmuşdular‖. (2, s. 586).
Bu üsyanın yatırılmasına baxmayaraq, Azərbaycan xalqının mübarizə əzmi
qırılmamış, ―XIX əsrin 30-cu illərində müstəmləkə və feodal əsarəti
əleyhinə bir neçə böyük üsyanlar baş vermişdi. Amansız müstəmləkə zülmü
və feodal istismarı kəndləri mütləqiyyətə və feodallara qarşı mübarizəyə
qaldırmışdı. Müstəmləkə əleyhinə ilk böyük çıxış 1830-cu ildə Car-Balakən
ərazisində baş vermişdi‖. (1, s. 106).
Üsyançılarla müstəmləkə qoşunları arasında dəfələrlə şiddətli toqquşmalar
olsa da, bu üsyan da çar qoşunları tərəfindən qan içində boğulmuşdu.
Lənkəranın keçmiş xanı, 1826-1828-ci illər Rusiya-Qacar müharibəsi
dövründə bir çox bəylərlə birlikdə Qacar şahının tərəfinə keçərək ona
sığınan Mir Həsən xan və onun ətrafında birləşən narazı feodallar 1831-ci
ilin 5 martında 30 silahlı atlı ilə sərhəd çayı olan Astara çayını keçərək
Lənkəran tərəfə hərəkət etməsi xəbəri lap əvvəlcədən geniş xarakter almış
kəndli üsyanının başlanması üçün siqnal olmuşdu. Bu dövrdə çar ordusunun
əsas qüvvələri çarizmə və müstəmləkəçilik əleyhinə mübarizəyə qalxmış
Dağıstan dağlılarına qarşı göndərildiyindən bu ərazidə rus qoşun qüvvələri
məhdud idi. Hökumət qüvvələrinin üsyançılara qarşı ciddi müqavimət
göstərə bilmədiyi bir şəraitdə yerli əhali tərəfindən göstərilən kömək ilk
dövrdə Mir Həsən xanın müvəffəqiyyət qazanmasını təmin etmiş və 10
mart 1931-ci ildə üsyançılar Lənkəran şəhərini qismən mühasirəyə
almışdılar. Əyalət komendantının üsyançılara qarşı yerli əhalidən təşkil
edilib Ərçivan kəndində yerləşdirdiyi süvari dəstə bütün heyəti ilə
üsyançıların tərəfinə keçib qiyamçı xanın oğlu Abdulla Bəyə qoşulmuşdu.
Bütün bunlara baxmayaraq, iki ay davam edən Lənkəran üsyanı toplarla
silahlanmış hökumət qoşunları tərəfindən amansızcasına yatırılmış,
Basovun kazak dəstəsi tərəfindən təqib edilən Mir Həsən xan əvvəlcə
Lənkərana, mayın 5-də Astara mahalına qaçmış, mayın 7-də isə cəmi 20
nəfərdən ibarət dəstəsi ilə Astara çayından Azərbaycanın cənubuna keçərək
canını qurtarmışdı. (1, s. 107-111).
Bir neçə il sonra, 1837-ci ildə Azərbaycanın şimalında, Quba əyalətində
mütləqiyyətin sosial və müstəmləkə zülmünə qarşı XIX əsrdə Quzey
Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı – kəndli çıxışları
alovlanmışdı. Çarizm tərəfindən Quba əyaləti kəndlilərinə müstəmləkə
zülmü, Azərbaycanda təyin etdiyi vəzifəli şəxslərin əhalini açıq şəkildə
soyması, onların azğınlığı və özbaşınalığı üçün əlverişli şərait yaradan
komendant üsul-idarəsinin bərqərar olması 1837-ci il Quba kəndlilərinin
üsyanının əsas səbəbi idi. Həmçinin hökumət dairələrinin Varşavada
yerləşən süvari müsəlman alayında xidmət üçün könüllülər tələb etməsi
Yuxarıbaş mahalı kəndlilərinin səbir kasasını dolduran sonuncu damla oldu.
676
Könüllülərin tamamilə yerli əhali hesabına təchiz edilməli olduğundan,
əslində çarizm bu aktla çar hakimiyyət orqanlarının əlavə özbaşınalıqları
üçün mənbə olan yeni mükəlləfiyyət tətbiq edirdi. Bu tələb kəndlilər
tərəfindən əsgəri mükəlləfiyyətin başlanması kimi qəbul edilmiş və 1837-ci
ilin aprel ayında əyalətdə kütləvi kəndli hərəkatının başlanmasına təkan
vermiş və az zaman içərisində digər qonşu mahallara yayılaraq bütün
əyaləti bürümüşdü. Vəziyyətin ciddiliyini nəzərə alan hökumət müəyyən
güzəştlərə getməyə məcbur olsa da kəndlilərin mükəlləfiyyətlərin
azaldılması haqqındakı əsas tələbləri yerinə yetirilmədiyindən 1837-ci ilin
avqust ayında Quba əyalətində kütləvi silahlı üsyan başlamışdı. Üsyana
Xulud kəndinin kəndxudası Hacı Məhəmməd başçılıq edirdi. Hacı
Məhəmməd 1837-ci ilin avqust ayının əvvəllərində Şeyx Şamilin müridi
Əmir Əli ilə görüşmüş, görüşdə Əmir Əli Şeyx Şamilin Yuxarıbaş
kəndxudalarının adına ünvanladığı məktubunu ona vermişdi. Şeyx Şamil bu
məktubunda onları çar hökuməti nümayəndələrinin yalançı vədlərinə
inanmamağa, əldə silah öz hüquqlarını müdafiə etməyə çağırırdı. Məktubda
Şamil yazırdı: ―Silaha sarılın, üsyan qaldırın!‖ (1, s. 112, 113, 114).
Hacı Məhəmməd 1837-ci ilin 20 avqustunda üsyan bayrağını qaldıraraq çar
müstəmləkələrinə qarşı silahlı üsyana başladı. Artıq bir neçə gündən sonra,
Barmaq mahalı istisna olmaqla, bütün əyaləti kəndli üsyanının alovları
bürümüşdü. Üsyanda kəndxuda və kəndlilərlə yanaşı, Quba şəhərinin
sakinləri və çarizmin torpaq siyasətindən narazı olan bir çox Quba bəyləri
də iştirak edirdi. Hacı Məhəmmədə onun ən yaxın silahdaşlarından olan
Yarəli də qoşulmuşdu. Üsyançılar Hacı Məhəmmədi özlərinin xanı
seçmişdilər. Bütün bunlara baxmayaraq, topla silahlanmış çar qoşunları
Quba üsyanını da amansızcasına yatırmış, Hacı Məhəmmədi isə Mirzə
Məhəmməd xan ələ keçirib hökumət qüvvələrinə təslim etmişdi. Çar
nümayəndələri məhkəmə quraraq Hacı Məhəmmədi edam etmiş, üsyanın 4
fəal iştirakçısını hərbi məhkəməyə vermiş, Yarəli isə dağlara çəkilərək
gizlənməyə müvəffəq olmuşdu (1, s. 114, 115, 116).
Quba üsyanının amansızlıqla yatırılmasına baxmayaraq 1838-ci ildə Şəki
əyalətində çar müstəmləkə zülmünə qarşı keçmiş Şəki xanlığını bərpa
etmək uğrunda üsyan başlamış, üsyana Qacar dövlətinə sığınmış Şəki xanı
Səlim xanın oğlunun göndərdiyi Məşədi Məhəmməd başçılıq etmişdi. O,
Dağıstanlıların köməyi ilə Şəki əyalətinə gəlmiş, yerli əhalini öz ətrafına
toplayıb şəhəri tutmuşdu. Özünü Şəki xanının varisi elan edən Məşədi
Məhəmməd tezliklə ələ keçirilmiş və Nuxa həbsxanasına salınmışdı. O,
Nuxa həbsxanasından Dağıstana qaçaraq burada Rutullu Ağa bəylə əlaqə
yaratmışdı. O, Ağa bəyin tərkibində çar hökumətinin təqiblərindən dağlara
qaçmış şəkililərlə bərabər 5 minlik dəstəsi ilə Şəki əyalətinin ərazisinə daxil
677
olmuşdu. Xaçmaz mahalının bir çox sakini də bu dəstəyə qoşulmuşdu.
Əyalətin Şəki və Vartaşen mahallarının əhalisi də üsyançılara açıq-aşkar
rəğbət bəsləyir, onlara köməklik göstərirdilər. Əhalinin köməyi ilə Ağa
bəyin dəstəsi sürətlə yaxınlaşmağa müvəffəq olmuş, çar qoşunu geri
çəkilməyə və qala divarları arxasında gizlənməyə məcbur olmuşdular. Bir
neçə gün ərzində Nuxa yaxınlığında üsyançılarla çar ordusu arasında
toqquşmalar olmuş, lakin tərəflərdən heç biri həlledici qələbə qazana
bilməmişdi. Nəhayət, sentyabrın əvvəllərində Nuxadakı çar qarnizonu
kömək aldığından üsyançılar sentyabrın 3-də şəhəri tərk etməyə məcbur
olmuşdu. Çar qoşunları üsyançıları təqib edərək onları məğlubiyyətə
uğratmış, Məşədi Məhəmməd Qacar dövlətinin ərazisinə qaçmış, beləliklə,
Şəki üsyanı da məğlubiyyətə uğradılmışdı (1, s. 117, 118).
Azərbaycanda baş verən bu kəndli hərəkatları və üsyanları pərakəndə,
qeyri-mütəşəkkil olduğundan, üsyana rəhbərlik edə biləcək vahid mərkəzin
olmadığından hamısı məğlubiyyətlə nəticələnmiş və müstəmləkəçi çar
orduları tərəfindən amansızlıqla yatırılmışdı. Bütün bunlara baxmayaraq, bu
üsyanların hamısı hər yerdə keçmiş xanlıqların yerində yaradılmış, hərbi
müstəmləkə idarə sisteminə qarşı çevrilmişdi.
Pərakəndə halda baş verən üsyanlar amansızlıqla yatırılsada, etnos olaraq
öz dövlətini qurmaq ugrunda mubarizədə bütün qeyri insani təzyiqlərə
məruz qalsada, dini, əxlaqi, və mənəvi sıxıntılarla üzləşsədə Azərbaycan
xalqı XIX əsrdən milli şüuru inkişaf etmiş, milliyyət halindan öz dövlətini
qurmaq ugrunda mübarizə aparan, vahid siyasi iradə qoya bilən millət
halında çıxa bilmişdir.
Mirzə Balaya görə, bir toplumun ortaq istəyi ilə, ortaq qərar və iradəsi ilə
toplu qeyrətləri nəticəsində dövlət yaratması demək, o toplumun millət
halına gəlməsi deməkdir. Millətlərin milli dövlət qurduğu və milli dövlət
qurmaq üçün uğraşdığı və mücadilə etdiyi zaman vardır. Çünki millət
varlığını qorumaq və gələcəyini əmniyyət altına almaq üçün dövlət halında
təşəkkül edir. Dövlət halında təşəkkül tapmayan və yaxud dövlət qurmaq
üçün mücadilə etməyən milli toplumlar hələ millət olmamış deməkdir (5, s.
7-8).
Mirzə Bala Millət və dövlət, demokratiya və dövlət, qanun və dövlət,
cəmiyyət və dövlət, dövlət və milli dövlət və Türk dövlətçilik tarixinə həsr
etdiyi «Millət və dövlət» adlı məqaləsinin son bölümündə Türk dövlətçilik
tarixindən qısa şəkildə bəhs edərək belə bir nəzəri fikir irəli sürmüşdür ki,
millətin öz hakimiyyəti və Milli dövlət yaratmaq üçün Avropada XVIII
əsrin sonlarından etibarən başlayan hərəkat Türk tarixində VI-VII əsrlərdə
başlamışdır (4).
Azərbaycan kəndlilərinin çarizmə və mülkədar bəylərə qarşı mübarizəsi,
678
xüsusilə, 1840-cı ildə çar tərəfindən Rusiyada çoxdan tətbiq edilən
təhkimçilik rejiminin Azərbaycanda da tətbiq edilərək bəylərin torpağın tam
sahibi, kəndlilərin isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası
kəsilmədən davam etmişdir. Əgər çar Rusiyası Quzey Azərbaycanın hərbi-
siyasi istilasını XIX əsrin ilk 30 illiyi ərzində silah gücünə başa çatdıra
bilmişdisə,
bu,
Azərbaycan
torpaqlarının
mənimsənilməsi
və
iqtisadiyyatının Rusiyanın iqtisadi mənafelərinin xidmətinə cəlb olunması
prosesi kifayət qədər uzun sürmüşdür. Bunun əsas səbəblərindən biri çar
Rusiyasının işğal etdiyi ərazilərdə ―Komendant üsul-idarəsi‖nin tətbiq
edilməsi idi.
Belə ki, yerli iqtisadiyyatın özünəməxsusluğundan Azərbaycanda mövcud
olan mürəkkəb sosial-siyasi və iqtisadi münasibətlər sistemindən baş
çıxarmayan müxtəlif rütbəli çar məmurlarının mülahizələrinə əsaslanan
Rusiya hökumətinin uzun müddət sabit sosial-siyasi və iqtisadi siyasəti
olmadığından bu siyasət tamamilə iflasa uğramışdı. 30-cu illərin xalq
üsyanlarında
iştirak
edən
Azərbaycanın
imtiyazlı
təbəqələrini
cəzalandırmaq, həmçinin həmin təbəqələrin torpaqları hesabına xəzinə
mülklərini genişləndirmək istəyən çar hökuməti kəskin müqavimətlə
qarşılaşaraq geri çəkilməyə məcbur olmuşdu. Ona görə də çar hökuməti 6
dekabr 1846-cı il çar fərmanı və 1847-ci il ―Kəndli Əsasnaməsi‖ ilə Şimali
Azərbaycanın sosial-siyasi elitası ilə ittifaq bağlamağa məcbur olmuş,
tiyuldar bəylərin hüquqlarını mülkədarlarla eyniləşdirmiş və xüsusi torpaq
sahibi olan kəndlilərin üzərində bəylərin geniş hüquqlarını təsbit etmişdi.
Lakin çarizmin Azərbaycan kəndlilərini Rusiyada olduğu kimi torpağa
təhkim edib onları təhkimli kəndliyə çevirmək cəhdi baş tutmamışdı.
Çar hökuməti, eyni zamanda, yerli feodalların, özünün həqiqi bəylərin və
bəyliklərini ləğv edərək onların yerinə təyin etdiyi saxta bəylərin və
ruhanilərin ittifaqını möhkəmləndirməklə Şimali Azərbaycanda özünə
sosial
dayaq
yaratmış,
şəriət
məhkəmələrinin
səlahiyyətlərini
genişləndirmiş, yaratdığı süni bəylərin və ağaların torpaq sahibkarlığı
hüquqlarını qanunvericilik yolu ilə təsdiq etmişdi. Beləliklə də çar
hökumətinin inzibati məhkəmə sistemində etdiyi dəyişikliklər zəhmətkeş
kəndlilərin vəziyyətini yüngülləşdirməmiş, əksinə, sosial və milli əsarəti
daha da ağırlaşdırmışdı. Çarizmin bu islahatları onun Azərbaycandakı və
ümumən
bütün
Cənubi
Qafqazdakı
mövqeyinin
daha
da
möhkəmləndirilməsinə, mütləqiyyətin buralardakı müstəmləkə siyasətinin
yeni vəzifələrinin həyata keçirilməsinə yönəldilmişdi. Artıq xalq kütlələri
təkcə çar məmurları ilə deyil, yerli süni bəy və mülkədarlarla da qarşı-
qarşıya gəlməyə məcbur olmuşdu ki, bu işdə Azərbaycanda yaranan yeni
bir hərəkat – ―Qaçaq Hərəkatı‖ mühüm rol oynamışdı.
679
Ümumiyyətlə, tarixən istilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və
məhv edilməyə çalışılan xalqla, istismar edən, məhv edən imperialist
rejimlər arasında mübarizə həmişə davam etmişdir. XIX əsrdə də bu
mübarizə Azərbaycan xalqının Rus imperialist rejiminə qarşı olmuşdur.
Quzey Azərbaycan xalqının bu istismarçı və zalım rejimə qarşı mübarizə
formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən
Azərbaycan xalqı çar imperialist idarəsinə vergi verməməklə, onların
istehsal etdikləri məhsulları almamaqla, məcburi işlərdən boyun qaçırmaqla
öz etirazlarını bildirmiş, bəzi hallarda çar məmurlarını öldürməklə bunu
həyata keçirmiş, bəzən də kütləvi şəkildə rus işğalçılarına qarşı üsyanlar
etmişlər.
Bütün bunlarla yanaşı, Quzey Azərbaycanda milli şüurun formalaşmasında
əsasən istismarçı rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə
prosesində meydana gələn Maarifçilik hərəkatı ilə yanaşı Kəndli
üsyanlarının və Qaçaq hərəkatının da mühüm rol olmışdur.
Dostları ilə paylaş: |