Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə72/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   68   69   70   71   72   73   74   75   ...   98
AMEA-National Philosophy-2019


Yeni rakurs 

Günümüzdə  ―qadının  refleksiyası‖  (hərçənd  qadın  məsələsinin  qoyuluşu 

eks  sovetlər  məkanında  bu  ifadəni  də  qeyri-məqbul  hesab  edir)  dedikdə, 

tarix  səhnəsində    qadın  obrazının  inkişaf  dinamikası  nəzərdə  tutulur.  Yəni 

mövzu  qadın  obrazlarının  dəyişməsi,  rol-modellərin  bir-birini  əvəzləməsi 

ətrafında  hallanır.  Müasirliyin  alternativ  nəzəriyyələri  məsələnin 



753 

 

araşdırılmasına 



öz 

yeni 


metodlarını 

təklif 


edirlər. 

Yuxarıda 

söylədiklərimizdən  də  göründüyü  kimi  feminist  nəzəriyyədə  məsələnin 

qoyuluşu  dəyişir.  Məsələn,  Qrizelda  Pollok  məsələni  araşdırma  rakursunu 

dəyişməyi  təklif  edir.  Bu  yanaşmanın  əsasında  klassik  ―qadın  obrazı‖ 

anlayışını  ―qadın  ideoloji  diskursda    məzmun  kimi‖  təsəvvürü  ilə 

əvəzləmək  durur.  Yəni  feminist  kritika  cinsi  reprezentasiya  məsələsini 

kontekstuallaşdırmaqdan söz açır (6, s. 40)

―Qadın  obrazı‖  anlayışından  imtinanın  əsasında  tarixi  diskursun  nəzəri 

əsasında  duran  patriarxal  interpretasiya  modelinə  etiraz  dayanır.    Bu 

modelin  qadın  obrazlarını  pozitiv  təsviri  ehtimalı  az  olduğundan 

(müzakirələr  gözəllik  idealları,  xeyirxahlıq,  mənəvi  təmizlik  kimi  ilk 

baxışda qadın obrazları ilə birbaşa əlaqəsi görünməyən məsələlər ətrafında 

aparılır)  reprezentasiya  ideologiyasından  danışmaq  daha  doğru  olar. 

Feminist  kritika  artıq  tanış  tekstlərin  altenativ  oxu  imkanı  məsələsini 

qabardır.  Yəni qadın müəlliflər aramaq əvəzinə məlum mətnlərin yenidən 

oxunması  əsasında  mövcud  ideologiyaya  ―qarşı  çıxan‖  tamaşaçı  və  ya 

oxuyucu  (resisting  reader)  imkanları  üzə  çıxarılır.  Cinsi  reprezentasiya 

məsələsinin 

kontekstuallaşması 

resepsiya 

və 


oxuyucu/tamaşaçı 

―cavabları‖na  əsaslanan  nəzəriyyə  əsasında  mənalandırılır.  Bu  planda  bir 

incəsənət  əsəri,  ədəbiyyat  nümunəsi  müxtəlif  estetik  ideologiyalar 

güzgüsündə  öz  tükədilməsi  tarixi  olaraq  da  interpretasiya  oluna  bilər. 

Estetik  ideologiyalar  da  öz  növbəsində  sosial  qrupların  ideologiyaları  ilə 

determinə  olunur.  Məlumdur  ki.  klassik  mədəniyyətin  bir  çox  teksti 

görünən ―qapalılığ‖a rəğmən semiotik planda müxtəlif resipiyent qruplarına 

ünvanlanmış olur. Feminist kritikanın ilk postulatı, burdan göründüyü kimi, 

mətnin çoxcalığı (çox sayda yozuma açıq olmasında) tarixdən tanış mətnləri 

təkrar  oxu  imkanını  sanki  legitimləşdirir.  Tamlıq,  əlaqəlilik,  ardıcıllıq, 

kogerentlik  və  ziddiyyətsizlik  ayrı-ayrı  fraqmentləri  birləşdirən  baxışla 

təyin  olunur.  Mətni  klassik  oxu  anlayışı  üçün  mətni  unifikasiyaedən  oxu 

anlayışı xarakterikdir. Hər şeyi, ayrı-ayrı elementləri ümumi bir əsasda izah 

cəhdidir.  Bu  əsas  isə  adətən  dominant  ideoloji  sxem  olur.  İzahagəlməz 

detallar əhəmiyyətsiz, müəllifin səhvi hesab olunur. 

Feminist  kritika  resepsiya  və  interpretasiyaya  biganə  qalmır,    marağı 

reprezentasiyaya,  təsvir  olunandan  onu  qavrayışa,  onu  interpretasiya  edən 

şüurda yaranan real həyatına, ―varlıq dünyada‖ya yönəldir. Feminist kritika 

kontekstində  birinci  dərəcəli  məsələ  hakimiyyət  və  onu  görmə  arasında 

münasibət  olur.  Yəni  dominant  ideologiyanın  reprezentasiya  siyasəti  və 

interpretasiyanı  necə  təyin  etməsi  məsələsi  araşdırılır:  biz  necə  görürük, 

kim  baxır,  nəyə  baxır,  hakimiyyət  münasibətləri  baxımından  bunun 

nəticələri  nədir  və  s.    Başqa  sözlə,  feminist  kritika  görmə  və  hakimiyyəti 


754 

 

eyni  düyündə  birləşdirir,  müxtəlif  vizual  praktikalar  vasitəsilə  tarixi  və 



sosial münasibətlər aşkarlanır- perspektivdən tutmuş nəzarətə qədər. 

Postfeministlərə  görə,  gender  hər  şeydən  öncə  reprezentasiya,  performans 

effektidir,  müxtəlif  mədəni  praktikalar-  dil,  ədəbiyyat,  incəsənət,  elm 

araçılığı ilə kişiyə, qadına aid olanın differensiasiyası prosesidir. Daha geniş 

fəlsəfi  kontekstdə  reprezentasiya  reallığın  mimetik  təkrar  istehsalı  kimi  öz 

əvvəlki  əhəmiyyətini  itirir.  Reprezentasiya  deyəndə,  ideyaların  təkrar 



istehsalı  üsulu,  mədəniyyətin  öz-özü  haqda  nə  düşünməsi,  yəni  dünyanı 

müəyyən  növ  görmə  üsulunun  manifestasiyası  başa  düşülür.  Məhz 

reprezentasiya  mədəniyyətdə  dominant  ideologiyanı,  tabelilik  formalarını 

legitimləşdirir  və  öz  əsasına  görə  siyasi  olur.  Məsələn,  «rəssamın  çəkdiyi 

rəsm onun görmə hisslərinin qeydə alınması yox, özünəməxsus ekran kimi 

qiymətləndirilə  bilər.  Bu  ekranda  bədən  hissələrdən  toplanır,  bizsə  onu 

fantaziya  matrisası  kimi  dəyərləndiririk.  Bu,  görülənin  registrasiyası  yox, 

vizuallaşmasıdır.  Və  nəyinsə  yox,  daha  çox  nə  üçünsə  vizuallaşmasıdır. 

Şəkil bütün referensiyaları, sitat, şüursuz investisiyaları, xatirələri ilə birgə 

mətnin məkanıdır»(7,  s. 330). 

Azərbaycan fəlsəfəsində qadının reprezentasiyası 

Hər  bir  xalqın  milli  düşüncəsi,  ilk  öncə  mədəniyyətin  ilkin  qaynaqları 

sayılan  folklor  nümunələrində  əksini  tapır.  Mədəniyyətin  əsasında  duran 

ənənənələr sistemi uyğun xalqın özünə xas dünyasını yaradır. Y. Evolanın 

fikrincə,  «ənənə  məzmununa  görə  insan  üçün  yalnız  inisiasiya  yoluyla 

anlaşıla  bilən  fövqəldünya  səviyyəsindəki  bilikləri  özündə  təcəssüm 

etdirir… Formanın deyil, məzmunun vacib olduğu belə ənənəvi dəyərlər ki, 

varlığın  sakral  əsaslarının  heç  kim  tərəfindən  şübhə  altına  alınmadığı  bir 

zamanda  yaradılmışdı»  (8,  s.197).  Bu  mənada  cinsi  simvolika,  bizim 

situasiyada  Azərbaycan  qadını  kimdir,  amalı,  məqsədi  nədir,  tarixdə  nə 

kimi rol oynaya bilər (mədəniyyətdə qadın subyektivasiyası məsələsi) kimi 

məsələlərin  ilkin  qoyuluşu,  kodları  məhz  miflərdə,  dastanlarda,  nağıllarda, 

atalar  sözləri,  bayatılarda  (qadın  düşüncəsi  daha  çox  bu  kiçikhəcmli, 

fraqmentar folklor nümunələrində əksini tapır) axtarılmalıdır. 

 Türk  tarixinin  ən  xarakterik  xüsusiyyəti  bu  tarixin  sənədləşməməsində, 

yazılı  mənbələrinin  olmaması  və  ya  çox  az  olmasındadır.  Türklərlə  bağlı 

məlumatlar qonşu xalqların yazılı mənbələrində aşkar olunur ki, onların da 

tərəfsiz olma ehtimalı azdır. Türk inanc sistemi də bu cür qarmaşalar içində  

itib-batır.  Türklərin  din  adı  olan  tanrıçılığın  (hərçənd  türklər  öz  dinlərini 

adlandırmır, 

bu 

dinin 


peyğəmbəri, 

ibadətgahı 

yoxdur) 

dual 


dünyagörüşündən evolyusiyası iddia olunur, onda yunan, Roma panteonuna 

uyğun strukturlar, ilahlar, ilahələr aranır. Bununla belə son araşdırmalar bu 

dinin  monoteist  görüşlərə  daha  yaxın,  panteon  təşkil  etməsi  iddia  olunan 


755 

 

ilahların  isə  Göy  Tanrı  ətrafında  cəmlənmiş  hami  ruhlar-əyələr  olması 



qənaətinə gətirir ( daha ətraflı bax- 9). 

Etnik-mədəni  birlikləri  var  edən,  mövcudluqlarını  təmin  edən  mifoloji 

strukturlardır. Ritual-mərasimləri şərtləndirən də bu strukturlardır. Zamanla, 

dövr dəyişdikcə mifoloji şüur arxa plana keçincə bu strukturlar yoxa çıxmış 

kimi görünsə də, onlar bədii ədəbiyyat və başqa sənət sahələrinə mifik ad, 

motiv, süjet olaraq səpələnib mədəniyyətin alt strukturları kimi yaşamaqda 

davam edirlər. Mifoloji struktur bütün sonrakı dəyişmə, transformasiyalara 

rəğmən  invariant  struktur  olaraq  qorununb  saxlanır.  Türk  mifologiyasının 

arxaik strukturlu belə obrazlarından biri  Ulu Ana, Ulu Ağ Ana, Ilahə Ana 

adlandırılan kompleks strukturdur. Bir neçə dəfə transformasiyaya uğrayan 

Ulu  Anadan  müstəqil  funksiya  daşıyan  obrazlar  meydana  çıxmış,  hər  biri 

ayrılıqda  fəaliyyət  göstərməyə  başlamışlar.  Onlar  bəzən  Ulu  Ananın  bir 

neçə  funksiyasını daşısalar da, ayrılıqda onu kompleks təmsil edə bilmirlər. 

Ulu  Ana  obrazı  ambivalent  təbiətli  ritual-mifoloji  varlıq  kimi  həm 

nizamlayıcı  kosmik  başlanğıc,  həm  də  dağıdıcı  xaos  başlanğıcıdır.  Ulu 

Anadan  qopan  eyni  mifoloji  struktur  bəzən  həm  oğul-uşaq  verir,  həm  də 

ona  mane  olub  əlindən  ala  bilir.  Ulu  Ana  su  stixiyası  ilə  bağlıdır  və  Yer 

üzündə nə varsa hamısına nəfəs, can verən odur. Hətta dağ və su əyələri hər 

şeyi  bilən  Yer  ananın  konkret  təzahür  şəkilləri  hesab  olunur.  Ulu  Ana 

metaforik  yox,  canlı  varlıq  olaraq  güman  ediləndir.  Arxeoloji  qazıntılar 

zamanı tapılan iri, sallaqdöşlü qadın heykəlləri onun artım, bolluq-bərəkət 

düşüncəsiylə  bağlı  olmasını  təsdiq  edir.  Kişi  şamanların  mərasim  icra 

edərkən  qadın  paltarı  geyməsi,  qadın  papağı  qoyması  Ulu  Ana  obrazının 

təcəssümü  olmalarından  irəli  gəlir.  Ullu  Ana  haqda  bu  söylənənlər 

mədəniyyətin  invariantlarını  üzə  çıxarmaqdan  çox  müasir  azərilərin 

davranış  məntiqini  anlamaq  istəyilə  bağlıdır.  Ulu  Ana  obrazı 

modifikasiyaya  uğramış  şəkli  ilə  mədəniyyətin  sonrakı  qatlarında, 

əfsanələrdə,  nağıllarda,  dastanlarda,  bayatılarda  yenidən  qarşımıza  çıxır. 

Məsələn, nağıllardan birində pəri qızı yeni doğulmuş körpəsini çaya (suya) 

atır,  məlum  əfsanədə  atası  Saranı  qurtarmaq  üçün  Arpaçaya  tullayır  (yeri 

gəlmişkən, su əyəsi hesab olunan Sarı qız da Ulu Ana obrazının törəməsi və 

ya  modifikasiyalarından  biridir).  Türklərdə  ana  kultu  məhz  Ulu  Ana 

strukturu  ilə  bağlıdır.  Iddia  olunduğu  kimi  patriarxal  dünyagörüşü  (oğul 

anası  statusu)  ilə  yox.  Məlumdur  ki,  Qərbi  Avropa  fikir  ənənəsi  yunan 

miflərinin yozumunu bir çox istiqamətdə universallaşdırır. Başqa xalqlarda, 

o  cümlədən,  bizdə  də  bənzər  strukturlar,  süjetlər  arayışı  müşahidə  olunur. 

Eyni  struktur,  süjetlər  tapılmayınca,  bu,  millətin  mənəvi  sərvətlərinin 

kasadlığı, zəifliyi ilə əlaqələndirilir və ya yanlış yozulur. 

Dastanlarda adı keçən bir olay- buta alma. Demək olar, bütün dastanlarda 


756 

 

ana  xətt  kimi  keçən  bu  olay  müasir  məntiqi-rasional  təfəkkür  baxımdan 



izahı yox kimi  görünür. Məlum  «Füzuli eşqi» üstünlük dərəcəsi yox, alay 

mövzusuna  çevrilib.  Bizim  ədəbiyyatımızda,  sənətimizdə  sevgi-məhəbbət 

mövzusu əndazəsini aşmış durumdadır. 

Qadın Azərbaycan dastan, nağıl və baĢqa folklor nümunələrində, Orta 

əsrlər, Yeni Dövrdə  sevgi obyekti kimi 

Dünyagörüşünün  ilkin  qatında  kosmoqonik  miflər  ağırlıqlı  olduğu  üçün 

burda sevgi mövzusu aydın formalamayıb. Qadın başlanğıc əsasən Ulu Ana 

mifik  strukuru  ilə  bağlıdır  ki,  burda  önə  çıxan  qadının  törədici,  təbiətlə 

assosiasiyalaşan  hami, bərəkət, məhsuldarlıq əlamətidir.  

Məhəbbət mövzusu dastanlarda önə çıxır. Buta alma süjeti, demək olar ki, 

bütün dastanlarda rastlanır. Buta alan kişi (oğlan yox?) və qız (qadın yox?) 

haqq  aşığına  dönüşür,  qəfil  çalıb-oxumağa  başlayır,  gizli  mətləblərdən 

xəbər bilir. Bu olayın mahiyyəti, zənnimizcə, şüurun genişlənməsi təcrübəsi 

yaşanmasındadır. Buta almaq bir növ inisiasiya mərasimi yaşamaq kimi bir 

şeydir.  Bütün  xalqların  taleyində  bənzər  təcrübələr  müşahidə  olunur.  O 

cümlədən, Dədə Qorqud dastanlarında ad almaq üçün gənclərin göstərməsi 

gərəkən hünər buna misaldır. Maraqlı odur ki, buta mövzusu ad dəyişsə də 

Azərbaycan  ədəbiyyatında,  mədəniyyətində  yaşamaqda  davam  edir. 

Azərbaycan  tarixində  böyük  şairlər,  dövlət  adamlarının  çoxunun  başından 

belə  bir  sevgi  macərası  keçir  və  onun  əsl  məzmunu  məhz  şüurun 

genişlənməsi aktıyla bağlıdır. 

Nağıllarda  qadın  yenə  də  sevginin  obyekti  durumundadır.  Gözəl  qənimət 

olaraq qəhrəmana verilir. Qarşılıqlı sevgi mövzu deyil, yəni qadın sevginin 

subyekti qismində çıxış etmir.  

Orta  əsrlər məhəbbət mövzusunun ən yüksək səviyyədə, Füzuli şeirlərində 

tərənnüm  olunduğu  dövrdür.  Doğrudur,  yenə  təsvir  olunan  kişi  hissləridir, 

qadın  canalan  afətdir.  Meydana  çıxan  qadın-şairələr  də  (Məhsəti 

Gəncəvinin  gözəl  rübailəri  bu  dövrə  aiddir)  kişi  forma  və  üsullarından 

faydalanır.  Bununla  belə  qadın-şairələrin  yaradıcılığını  bu  aspektdə  də 

araşdırmaq lazımdır. Çünki qadın bu şeirlərdə subyekt qismində çıxış edir. 

Yeni  dövr  deyəndə,  ilk  növbədə  maarifçilər  yada  düşür.    Azərbaycan 

maarifçilərinin  yaradıcılığında,  istər  erkən,  istər  sonrakı,  yetkin  dövründə 

qadın  azadlığı  aparıcı  mövzudur.  Sevgi  mövzusu  realist  ədəbiyyatın 

meydana çıxmasıyla arxa plana keçir. Qadın azadlığı mövzusunun bu qədər  

aktuallaşması isə məsələyə kompleks yanaşmayla bağlıdır. Yəni bu, qadının 

yox,  cəmiyyətin  məsələsidir  və  qadının  cahillikdən  qurtulması  bütövlükdə 

cəmiyyətin  qurtuluşu  deməkdir.  Bu  dövr,  xüsusən,  XX  əsrin  əvvəllərində 

ədəbiyyatda meydana çıxan qadın surətləri rəngərəngdir (Cəfər Cabbarlının 

əsərlərini yada salaq) və cəmiyyətin inkişaf istiqaməti, dominant diskursun 


757 

 

diktəsilə meydana çıxsa da, milli-fəlsəfi, mifoloji şüur elementləri müşahidə 



olunur (daha ətraflı bax 10)

Qadın islama görə 

Qadın  mövzusunun  rasional  planda  araşdırılması  deyəndə,  ən  qiymətli 

yazılardan  biri,  bəlkə  birincisi  Əhməd  bəy  Ağayevin  1901-ci  ildə    nəşr 

etdirdiyi  ―Qadın  islama  görə  və  islamda‖    məqaləsi  hesab  oluna  bilər. 

Məqalədə  müsəlman  dünyasında  qadın  əgər  belə  demək  mümükünsə,  ən 

tərəfsiz,  obyektiv  formada  təqdim  olunur.  Avropalı  tədqiqatçıların 

müsəlman qadını, islam haqda stereotiplərə dayalı, tərəfli yanaşmasına qarşı  

Əhməd bəy tam başqa qadın tarixi ortaya qoyur. Bu məqaləni oxuyanadək 

nəzərimdə  müsəlman Şərqində qadının tarixi fraqmentar, göydəndüşmə idi. 

Qatı  patriarxal  münasibətlərin  hakim  olduğu  müsəlman  dünyasında 

Məhsəti,  Sara  Xatun,  Möminə  Xatun,  Natəvan  kimi  qadınların  peyda 

olmasının məntiqi izahını tapmaq çətindi. Bu məqalə qadın mövzusu kimi, 

islamın  da  bir  çox  aspektinə  işıq  tutur.    Əhməd  bəy  xəbər  verir  ki,  qadın 

müsəlman  Şərqində  iddia  olunduğu  qədər  hüquqsuz,  cahil  şəxs  olmayıb. 

Islam da öz mahiyyətinə görə qadını buxov altda saxlayan, evdən çölə çıxıb 

sosiallaşmaya,  təhsil  almağa  qoymayan  qatı  patriaxal  sistem,  struktur 

qoruyucusu  deyil.  Əhməd  bəy,  bir  tərəfdən,  o  vaxtlar,  lap  indi  də  Qərbdə 

islamla,  onun  peyğəmbəri  ilə  bağlı  stereotpləri  dağıdır,  Quranda  qoyulan 

bəzi məsələlərə, məsələn, örtünmək məsələsinə aydınlıq gətirir. Islam tarixi 

boyu  qadının  vəziyyəti,  ona  münasibət  məsələsini  dövr-dövr,  mərhələ-

mərhələ nəzərdən keçirir. Göstərir ki, Məhəmməd peyğəmbərin dövründəki 

qadına,  onun  inkişafına    xoş  münasıbət  ümmiyə  və  abbasilər  dövründə 

davam edir. Amma müsəlman qadın obrazının zəif düşməsi bu sonuncuların 

hakimiyyəti dövründə başlanır. Bu, bir tərəfdən, Əhməd bəyin iddia etdiyi 

kimi  ifrat  zənginləşmə,  eyş-işrətə  uyma  ilə,  digər  tərəfdən,  öz  ən  yüksək 

inkişaf  səviyyəsinə  çatmış  ərəb  sivilizasiyasiyasının  tənəzzülə  başlaması, 

ona  fars,  suriyalı  təsirinin  artmasıyla  bağlıydı.  Müsəlman  tarixi  Ümmi 

Səlimə (birinci abbasi xəlifəsi İbn Səffanın qadını), Harun ər Rəşidin qadını 

Zübeydə  və  baçısı  Abbasə,  I  Mötəzidin  qadını  Qətr-un  Nada  (sonuncu  öz 

sarayında  ―Ədəbiyyat,  elm  və  sənət  həvəskarları  cəmiyyəti  ‖  yaratmış  və 

dəstəkləmişdi,  şəxsən  məhkəmə  tribunalında  çıxış  etmişdi)  kimi  maarifçi 

hökmdar  qadınlarıyla  yanaşı  mədrəsədə  təhsil  verən  qadın-alimlərə  də- 

Fərxun-Nisa  (ədəbiyyatçı),  Ümməl–Xeyr  Fatimə  və  Ümməl  İbrahim  əl-

Yezdani  kimi  teoloq  alimlərə  də  şahid  olub.  İslam  türk  mənşəli 

hökmdarların  hakimiyyəti    təhsilə,  o  cümlədən  qadın  təhsilinə  loyal 

münasibəti  ilə  seçilib.  ―Qaniçən‖  Teymurləngin  özü  və  oğulları  hər  yerdə 

məktəb,  kitabxana  açıb.  Qadına  münasibətin  kəskinləşməsi  islamda  məhz 

İran, Suriya təsiri ilə əlaqəlidir.  



758 

 

Əhməd  bəyin  məqaləsindən  çıxan  nəticə-  qadının  Şərqdə  Qərbdən  geri 



qalmasının  səbəbi  islamla,  onun  mahiyyəti  ilə  bağlı  deyi,  müsəlman 

Şərqində  müəyyən  səbəblərdən  dinə  verilən  xüsusi  mövqe  ilə  bağlıdır. 

―Müsəlman  dini  öz  mahiyyətinə  görə  həyatsevər,  proqressivdir.  Onda 

fatalizm  insan  taleyi  üstə  asılı  qarşısıalınmaz  güc  yox,  artıq  baş  vermişlə 

post factum barışmaq yönümlüdür‖ (11, s.108).  

Yusif  Vəzir  Çəmənzəminlinin  qadın  mövzusunda  Azərbaycanda  və  ondan 

kənarda  çap  etdirdiyi  yazılar  da  qadın  mövzusunda  araşdırmaların  ən  çox 

müraciət etdiyi mənbələrdəndir. 

―Arvadlarımızın  halı‖,  ―Qanlı  göz  yaşları‖,  ―Ana  və  analıq‖  haqda 

məqalələr qadının ağır vəziyyətini açıb göstərməklə bərabər məsələyə fərqli 

rakurslarda yanaşmağa da imkan verir. 

―Çadra  ətrafında‖  adlı  məqalədə  müsəlman  Şərqində  qadının  statusunu 

müəyyənləşdirmək  üçün  ta  qədimdən  türklərdə,  farslarda  və  ərəblərdə 

qadına  münasibəti  araşdırır.  Müəllif  məqalədə  ―qadın‖  sözünü  ifadə  edən 

söz-anlayışların  filoloji  təhlilini  verir  ki,  bizim  mədəniyyətimizdə 

adlandırmadan  (qadına  aşağılayıcı  münasibət)  qadına  münasibəti  ifadə 

etmək istəyən müəlliflərin əsas istinad mənbələrindəndir (12). 

Qadının türk, fars, ərəb cəmiyyətlərində vəziyyətini araşdıran ədib ilk öncə 

həyat  şərtlərindən  irəli  gələn  fərqlərə  diqqət  çəkir:  türk  qadınlar  ailə 

təsərrüfatının idarəediciləridir. Kişilər daha çox savaş, ulusun müdafiəsində 

görəvli  olduqlarından  ev,  təsərrüfat,  uşaqlar,  ticarət  onların  fəaliyyət 

sahəsidir.  Qadınlar  kişilərlə  bərabər  bir  növ  müasir  parlamenti  andıran 

siyasi  yığıncaqlara  qatıla,  söz  deyə  bilər.  Çəməmzəminli  yunan,  ərəb 

səyyahlarının  verikləri  məlumatlara  dayanaraq  ordu,  dövlət  başçıları 

arasında  türk  qadınlara  təsadüf  edilməsindən  xəbər  verir.  Herodot,  İbn 

Bətutənin  həməzənlər  (müasir  deyimlə  amazonlar)  haqda  verdikləri 

məlumatlar xüsusi maraq doğurur. Maraqlıdı ki, həməzənlər orta əsrlərdə də 

tarix səhnəsindən itmirlər. 15-ci əsr Avropa səyyahı Qlavixo Teymurləngin 

yanına  səfər  zamanı  Çin  hüdudlarında  yaşayan  həməzən-türklərdən  xəbər 

verir. Çəmənzəminli türklərdə saray həyatının təhlili zamanı qadının dəyişik 

vəziyyətinə  diqqət  çəkir-  türklərdə  çoxarvadlılıq  başlamış,  saray 

çəkişmələri qadına münasibəti və qadınlararası münasibəti dəyişmişdir.  

İranda günümüzdə qadına xüsusi münasibətin (bir tərəfdən qadın ən dəyərli, 

incə əşyadır, digər tərəfdən, heç bir hüququ yoxdur) köklərini açır, çadranın 

islamın ayrılmaz atributuna çevrilməsində farsların xidmətindən bəhs edir. 

Farslar  çox  məsələdə  olduğu  kimi  qadının  örtünməsində  də  ifrata 

varmışdılar  və  zamanla  bu  örtük    qadının  müsəlman  cəmiyyətində 

vəziyyətinin simvoluna çevrilmişdir. 

Ərəblərə gəlincə, Çəmənzəminlinin bir təsbiti maraqlıdı- ərəb qadını heç də 


759 

 

iddia  edildiyi  kimi  islama  qədər  haqsız-hüquqsuz,  evdən  bayıra  çıxmayan 



övrət deyildi. Səhrada kişilərlə bərabər at çapıb savaşan, gərəkəndə sözünü 

deməyi  bacaran  hüquq  sahibiydi.  İslam  onu  Həvvanın  günahının  varisinə 

çevirməklə  evə  qapayıb,  söz  haqqını  əlindən  aldı.  Əlbəttə,  Çəmənzəminli 

islamın  qadına  verdiyi  imkanları  (Quranda  təsbit  olunmuş  boşanmaq 

imkanı, qadın vərəsəliyi- islama qədər qadın nə atasından, nə ərindən vərəsə 

haqqına  malik  deyildi,  evlilik  təsbit  olunur,  ərin  qadın,  uşaq  qarşısında 

borcu  qanuniləşdirilirdi)  danmır,  amma  islamın  birmənalı  qadının 

vəziyyətini yaxşılaşdırmasını sual altına alır. 

Çəmənzəminli  müasiri  olduğu  XX  əsrin  əvvəllərində  tək  Azərbaycanda 

yox, bütün islam Şərqində qadının hüquqsuz, cahil vəziyyətini, bütövlükdə 

müsəlman  dünyasının  geridə  qalmasının  əsas  səbəblərindən  birini  dinin 

cəmiyyət həyatında artan rolunda görür. 

Çəmənzəminli  və  Əhməd  bəy  Ağayevin    müsəlman  Şərqində  qadının 

vəziyyətini  tarixi  təhlilindən  göründüyü  kimi  qadının  hüquq  və  azadlıq 

imkanları yüksələn xətt üzrə inkişaf etməmiş, zaman-zaman dəyişmişdir. 

Azərbaycanda  sovet  dövrü  qadın  məsələsinin  qoyuluşu  məqalənin 

əvvəlində təhlil olunur. 

Müasir  dövr  Azərbaycanda  qadın  rol-modellərin  çeşidlənməsi  (feminist 

nəzəriyyələrdə  cinsi  identiklik  məsələsinin  klassik  qoyuluşundan  qeyri-

klassik  qoyuluşuna  keçidə  uyğun)  Azərbaycanın  qloballaşan  dünyanın 

hissəsinə  çevrilməsi  fonunda  baş  verir.  Beynəlxalq  təşkilatların,  xüsusi 

maliyyə-qrant  təşkilatlarının  fəaliyyəti  ölkənin  qadın,  hətta  uşaq,  ailə 

siyasətinə  yön  verir.  Azərbaycan  qoşulduğu  beynəlxalq  konvensiya  və 

qərarlara,  eləcə  də  qəbul  etdiyi  qanunvericilik  aktlarına  görə  ölkənin  iç 

siyasətini müəyyənləşdirir.    

Belə bir dövrdə artan feminist meyllərdən söz açılır (məsələn, bax- 13) 

Feminist  şüarlar  istər  bəzi  qadın  QHT-lər,  siyasi  partiyaların  qadın  qolu 

(sosdemlər), eləcə də ədəbiyyatda, gənclər arasında tez-tez səsləndirilir. 

Ədəbiyyat bu meyl, şüarların əhatə çevrəsini təyin etmək üçün göstərici ola 

bilər. Elnaz Eyvazlı (14), Xuraman Hüseynzadə (15), Sevinc Pərvanə (16)

Günel  Mövlud  (17),    Sevinc  Çılğının  (18)  şeirləri  sadəcə  qadın  hiss-

duyğularını  dilə  gətirmir.  Qadının  yeni  situasiyaya-  kişinin  hüquq  və 

azadlıqlarla  yanaşı  onlara  görə  məsuliyyəti  də  qadına  qaytardığı  duruma 

cavab  reaksiyasıdır.  Qarşı  cins  nümayəndəsinin  bu  çağırışlara  cavabı  yeni 

mənəvi  situasiyadakı  qeyri-müəyyənliklə  yanaşı,  kişi  olma  üstünlüyünü 

qoruma xülyasından xəbər verir (19).  

Elnarə  Akimova  adı  çəkilən  dissertasiya  işində  (13)  müasir  Azərbaycan 

ədəbiyyatında yeni meyllərdən söz açarkən postmodernist meyllərə xüsusi 

deyinir.  Bəzi  əsaslandırmaların  absurd  olması,  məntiqi  səslənməməsinin 


760 

 

altını çizir. Kamal Abdullanın «Unutmağa kimsə yox» əsərinin qəhrəmanı 



aspirant  çiçəkli  yazının  şifrəsini  çözməklə  böyük  tarixi  həqiqətin  üstünü 

açacağına əmindir. Oysa çiçəkli yazının bir məhəbbət məktubu olması üzə 

çıxır  (20).  Məsələ  də  bundadır.  Bizim  milli  kimliyimiz  tarixi  sənədlərdə 

yox, bu məhəbbət məktubunda saxlıdır. 

Azərbaycanda feminizm olubmu və ya mümkünmüdür sualının cavabını elə 

bu  «feministlər»in  yaradıcılğına  azca  nəzər  salmaqla  müəyyənləşdirmək 

olar. Qərbdə feministlərin əsas tələbləri siyasi hakimiyyət tələb etmələri ilə 

bağlıdır.  Hətta  özəl  həyat  belə  bu  tələblərə  tabe  tutulur.  «Şəxsi  olan 

siyasidir».  Bizdə  qadının  etirazı  imkan,  hüquq  bərabərliyindən  yana  yox, 

kişinin  əvvəlki  kişi  olmamasından,  məsuliyyətsiz,  evə,  ailəyə  başçı 

funksiyasını  itirməsindən  dolayıdır.  Feminizmin  Qərbdə  inkişaf  tarixini 

izləmək  belə  bir  gerçəyi  ortaya  qoyur-feminizm  fərdi  azadlıq  ideyasıyla 

bağlıdır  və  bu  səbəbdən  Ingiltərə,  Fransa  kimi  ölkələrdə  meydana  gəlib 

inkişaf  edir.  Almaniya  kimi  kollektivist  cəmiyyətə  malik  ölkə  feminizm 

üçün əlverişsiz mühit hesab oluna bilər.  Bütün bu mülahizələr Azərbaycana 

münasibətdə fərqli qadın kimliyindən söz açmaq gərəyi doğurur. 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin