Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   70   71   72   73   74   75   76   77   ...   98
AMEA-National Philosophy-2019


Ədəbiyyat

1.Azərbaycan  Qanunvericiliyinin  Gender  ekspertizası.  Nigah  və  Ailə  haqqında 

Qanunlar Məcəlləsi. Bakı, 1999. 

2.Miller Cin Beyker.Yeni qadın psixologiyası. Bakı, 2000. 

3.Azərbaycan Respublikası Konstitusiyası, Bakı, Qanun, 2002. 

4.Azərbaycan Respublikasının statistik göstəriciləri. Bakı, Elm, 2003.

 

5.Nigar Ələkbərova. Siyasi elmin tarixi və metodologiyası. Bakı, 2005. 



6.Azərbaycan Sovet Ensiklopediyası. 1-ci cild, Bakı, 1976. 

7.Azərbaycanda  qadınlar  və  kişilər.  Azərbaycan  Dövlət  Statistika  Komitəsi.  Bakı, 

Səda, 2017. 

8.www. az.stat.com.

 

 

Zeynəddin ġabanov 



 

AZƏRBAYCAN FĠLOSOFLARININ DÜNYANIN ELMĠ 

MƏNZƏRƏSĠNĠN FƏLSƏFĠ DƏRKĠNƏ MÜNASĠBƏTĠ   

 

Fəlsəfi  fikirlər  dünyanın,  cəmiyyətin  inkişafı  ilə,  burada  baş  verən 

sosiomədəni və siyasi hadisələrlə bağlı olaraq  dərinləşir, daha böyük məna 

yükü daşıyır, yeni paradiqmalarla zənginləşir. Düşünən insan daim axtarışa 

çıxır, mahiyyətə enmək istəyir, hadisə və prosesin səbəbini tapmaq üçün səy 

göstərir,  dünyanın  elmi  mənzərəsinə  yeni  baxış  bucağından  nəzər  yetirir, 

idrakını ―itiləyərək‖  təbiətin və cəmiyyətin inkişafına xidmət edəcək yeni 

fikirlər  irəli  sürür.  Filosoflar  daim  fikirləşir,  müəyyən  məkan  və  zaman 

daxilində  yeni  ideyalarını  cilalayır,  müasirliyin  nəbzini  tuturlar.  Bunun 

nəticəsində  müasir  fəlsəfə  inkişaf  etmiş  bütün  elmlər  üçün  fayda  verə 

biləcək  bir  elm  sahəsinə  çevrilmişdir.  Hələ  yunan  filosofu  Platon  üçün 

fəlsəfə  əbədi  və  keçici  olmayan  haqqında  təfəkkür  idi.  Pifaqor  fəlsəfə 

dedikdə, həqiqətin üzə çıxarılmasını deyil, müdrikliyə məhəbbət və mənəvi 

həyat  sevgisini  başa  düşürdü.  Aristotel  fəlsəfənin  kökünü  təəccübdə, 

heyrətdə görürdü - predmetini isə «ilkin başlanğıc və səbəblər»in tədqiqi ilə 

əlaqələndirirdi.  Böyük  filosofun  fikrincə,  fəlsəfə  eyni  zamanda  fəaliyyətin 

məqsədini başa düşməyə kömək edir. Fəlsəfəyə can atanlar fayda götürməyi 

demək olar ki, düşünmürlər.  

XX əsr fəlsəfəsi özünün yeni-yeni sahələri ilə diqqəti cəlb edir. Bu sahələr, 

texnikanın fəlsəfəsi, elmin fəlsəfəsi, mədəniyyətin fəlsəfəsi, həyat fəlsəfəsi 

və s.- dir. Həmin sahə fəlsəfələri müasir dillə desək, fəlsəfi biliyin ənənəvi 

sahələrini  əhatə  edir.  Onlar  ontologiya,  fenemonologiya,  epistomologiya, 

aksiologiya,  fəlsəfi  antropologiya    və  s.  adlarla  təqdim  olunur.  Bəzi 

tədqiqatçılara  görə  fəlsəfənin  üç  başlıca  mövzusu  vardır.  Bunlar:  dünya, 



773 

 

insan  və  dünyaya  münasibətdir.  Təbiidir  ki,  hər  bir  mövzunun  müzakirəsi 



öz problemlərini doğurur (1, s.102). 

Fəlsəfə bəşəriyyətin mənəvi mədəniyyətinin ən qədim və dəyərli sahəsidir. 

Təsadüfi  deyildir  ki,  müasir  Avropa  və  Amerikanın  təhsil  ocaqlarında 

fəlsəfənin  tədrisinə  böyük  əhəmiyyət  verilir.  Bütünlükdə,  ümumdünya 

fəlsəfi  fikrini,  eləcə  də  ayrılıqda  hər  bir  xalqın  milli  fəlsəfəsini 

mənimsəmədən  yeni  cəmiyyət  qurucularının  yetkin  şəxsiyyət  kimi 

formalaşdırılması problem olaraq qala bilər. 

―Fəlsəfə‖  anlayışının  etimologiyasına  münasibət  bildirən    Azərbaycanlı 

alim-tədqiqatçı  E.Hüseynov  yazır  ki,  "fəlsəfə"  terminini  adətən  yunan 

dilindən  birbaşa  (etimoloji)  anlamda  "müdrikliyi  sevmək"  kimi  tərcümə 

edirlər.  Amma  fəlsəfə  (philosophy)  termininin  ikinci  hissəsində  özünə  yer 

alan  Sophia  anlayışı  dəqiq  tərcümədə  "müdriklik"  anlamını  vermir.  Yəni 

əslində biz "Sophia'nı sevmək" ilə rastlaşırıq, amma Sophia'nın nə olduğunu 

bilmədən hətta ilkin anlamda (etimoloji anlamda) belə fəlsəfənin nə demək 

olduğunu  anlaya  bilmirik.  Fəlsəfə  terminini  Avropa  dillərinin  terminoloji 

tərkibinə  daxil  edən  qədim  yunan  filosofu  Platonun  yanaşmasında  Sophia 

bir  insanın sahiblənə  biləcəyi,  özününkü  edə  biləcəyi  bir  subyektiv  reallıq 

deyildir. Sophia mükəmməl qurulmuş harmonik reallığın (bu realııq bizim 

duyğu  orqanlarımız  vasitəsilə  siqnallar  qəbul  etdiyimiz  maddi  dünya 

anlayışının ekvivaenti deyil) əsasında duran, daxilən ona xas olan obyektiv 

bir prinsipdir. Bütün həqiqət orada gizlənir. İnsan həyatının və imkanlarının 

məhdud olması səbəbindən insan həmin obyektiv reallıq ilə heç bir zaman 

qovuşa bilməz, ən ali həqiqətə heç bir zaman çata bilməz. Həmin həqiqəti 

yalnız müəyyən məsafədən "sevə" bilər, yəni qovuşa bilməsə də hər zaman 

ona  can  ata  bilər.  Bu  səbəbdən  fəlsəfə  termininin  "həqiqəti  sevmək" 

şəklində  tərcüməsi  daha  dəqiq  (amma  yenə  də  tam  deyil)  sayıla  bilər.  Bu 

kontekstdə maraqlı məqam ezoterik (mistik) fəlsəfi düşüncədə Sophia həm 

də reallığın (ümumi tamın) qadın başlanğıc kimi qəbul edilməsidir - həmin 

başlanğıcın  (bir  qadın  qəlbi  və  ruhu  ilə  olduğu  kimi)  dərk  edilməsi  bütün 

həqiqətin (sirlərin) açarı ola bilərdi, halbuki prinsipcə həmin başlanğıc qeyd 

etdiyimiz  məhdudiyyətlər  səbəbindən  ayrıca  bir  insan  tərəfindən  sonadək 

dərk edilməzdir, ona tərəf yalnız can atmaq olar, amma qovuşmaq mümkün 

deyildir  -  onu  yalnız  müəyyən  məsafədən  "sevməklə"  kifayətlənməli 

olursan (4).  

Milli-mənəvi dəyərlərin, əxlaqın, adət və ənənələrin yeni nəslə çatdırılması, 

davam  etdirilməsi  üçün  mədəni  abidələrin,  bədii  ədəbiyyatın,  milli  fəlsəfi 

fikrin  rolu  böyükdür.  Milli  ruhu  qorumaq,  inkişaf  etdirmək  və  nəsildən-

nəslə  çatdırmaq  üçün  ən  yaxşı  mühit  milli  dövlətçilik  şəraitində  yaranır. 

Milli  dövlət  ancaq  ərazinin,  maddi  sərvətlərin  deyil,  həm  də  milli-mənəvi 


774 

 

dəyərlərin  qorunmasına  xidmət  edərək,  milli  ruhu  həyat  tərzinə  çevirmə 



imkanına  qadirdir.  İstər  dövlətçilik  ideologiyası  olsun,  istərsə  də  milli 

ideologiya  eyni  bir  təməl  üzərində-milli  fəlsəfi  fikir  zəminində  formalaşır. 

Milli  dövlətin  dövlətçilik  ideologiyasının  təşəkkülündə  milli  fəlsəfi  fikir 

əsas yer tutur. 

Fəlsəfə  millətin  inkişafında,  onun  intellektual  qabiliyyətinin  nümayişində 

mühüm rola malikdir.  Azərbaycanın görkəmli filosofu Əbülhəsən Abbasov 

bu məsələyə xüsusi diqqət yetirərək yazır: ―Fəlsəfə sadəcə olaraq, ―millət‖ 

fenomen-məfhumunun  nə  olduğunu,  hansı  praktiki  və  nəzəri  əhəmiyyət 

daşıdığını, mütərəqqi inkişafda, sivilizasion gedişatda xüsusi rol oynadığını 

anladıb-öyrətməklə kifayətlənmir, o, millətin özünü yaradır!  Fəlsəfəsiz nə 

millət və milli siyasət, nə də dövlət və milli dövlətçilik məfkurəsi, ənənəsi 

mövcud  deyil  və  olmayıb.  Belə  ki,  ―millət‖  qapalı  və  mütləq  mənada 

dəyişməz  (invariant)  fenomen  deyil,  o,  kifayət  qədər  variativ,  dinamikliyi 

ilə  fərqlənən  varlıq-prosesdir.  Burada,  etnik  sintezləşmə  və  ümumiliklə 

yanaşı,  ümumi siyasətdə, vahid hüquqi məkanda, dövlətləşmədə iştirak var, 

sosial-siyasi-iqtisadi  dəyər  və  institutlar  hesabına  sisteməqovuşma, 

birgəyaşayış  duyumuna  və  mədəniyyətinə  daxilolma  var.  Millət—

mütləqləşdirilmiş ―sabitlik əmsalı‖ yox, tarixi və sosial zaman cərəyanında 

fəal  iştirak  edən,  stabil  elementlərini  qorumaqla  yanaşı  daim  özünü 

təşkilatlandıran,  mövcudluq  və  inkişaf  naminə  zəruri  dəyişikliklərə, 

yeniliklərə həssas olan fenomendir.  Bütün bunlar isə yalnız xoş niyyətlər, 

ülvi  hisslər,  ümid-güman  hesabına  baş  vermir;  daha  çox  nəzəri refleksiya, 

rasional ağıl, elmi biliklər və onlardan qaynaqlanan əməli-praktiki fəaliyyət 

hesabına  reallaşır.  Və  burada  fəlsəfi  biliklər  sisteminin,  onun  kamilliyinin 

rolu  əvəzsizdir...  Əgər  sual  olunarsa  ki,  cəmiyyət-millət-dövlət  rabitəsində 

mütərəqqi sinergizmi qidalandıran ən başlıca amil-şərt nədir, deyə bilərik—

intellektual  əmtəənin  istehsalı  və  onun  optimal  dövriyyəsi!  Xüsusilə  də 

informasion  cəmiyyətlərin  vüsət  tapdığı  indiki  dövrdə!  Fəlsəfənin  isə  bu 

amil  –  şərt  kontekstində  hansı  müstəsna  əhəmiyyətə  mailk  olduğunu 

anlamaq o qədər də çətin deyil. İstər cəmiyyətin və intellektual resursların 

idarə  olunmasının  nəzəri  əsaslarının  işlənib  hazırlanması  olsun,  istər 

çoxsaylı  sosial  sifarişlərin  çözülməsinə  xidmət  edən  epistemoloji  bazanın, 

idrakı  texnologiyaların  yaradılması  olsun—fəlsəfənin  rolu  danılmazdır! 

Müasir dünyanın öz tərəqqisinə görə səcdə edib, baş əyəsi bir neçə varlıqlar 

içərisində fəlsəfənin yeri xüsusidir. ―Tərəqqi‖ dedikdə, yalnız elmi-texniki-

texnoloji və  mədəni zirvələrin fəth olunması yox, həm də əxlaqlı yaşamaq 

nəzərdə  tutulur  ki,  bunun  üçünsə  Xeyir  və  Şərin  mahiyyətini  dərk  etmək, 

sosial  məsuliyyət  və  vicdan  borcu,  mənəviyyat  və  ədalət  haqqında 

mükəmməl biliyə malik olmaq gərəkdir. Və bütün bu qazanc və zərurətlərin 


775 

 

ödənilməsi,  fəlsəfəsiz  mümkün  deyil.  Söhbət,  şübhəsiz  ki,  fəzilətlərə, 



sağlam düşüncəyə, qurucu işlərə yol açan fəlsəfədən gedir (2, s. 6-7). 

Milli  fəlsəfəni  bir  millətin  ağıl  səviyyəsinə  uyğun  olaraq  formalaşan 

spesifik  bir  fəlsəfə  adlandırmaq  da  olar.  Milli  fəlsəfə  bir  millətin  sahib 

olduğu  xalis  dil  bazası  üzərində inşa  edilməlidir.  Əks  təqdirdə  formalaşan 

fəlsəfə  vətəndaş  hüququ  qazana  və  milliləşə  bilməyəcək.  Odur  ki,  hər 

fəlsəfə  istənilən  millət  içərisində  özünə  yer  tapa  bilmir.  Milli  fəlsəfəmiz 

başqalarının  deyil,  ―öz  ağılımızın‖  məhsulu  olmalıdır,  o  elə  bir  ağıldır  ki, 

bütün  fikri  düyünlərimizi  məhz  onun  yardımı  ilə  açırıq.  Hər  bir  milli 

fəlsəfənin  ―açar  sözlər‖i  olur,  belə  ki,  həmin  sözlər  insana  həmin  dildə 

fəlsəfələşmək  imkanı  verir.  Odur  ki,  açar  sözlər  xalis  olmadığı  təqdirdə 

həmin  dildə  fəlsəfələşmək  effektiv  olmur.  Bu  baxımdan,  milli  fəlsəfədə 

xalis  dil  bazası  nə  qədər  zəngin  olarsa,  bir  o  qədər  o  dildə  fəlsəfələşmək 

asanlaşar.  Milli  fəlsəfənin  açar  sözləri  dedikdə  fəlsəfənin  ən  mərkəzi 

anlayışları nəzərdə tutulur. Belə ki, həmin anlayışlar fəlsəfənin altqurumunu 

təşkil  edirlər.  Digər  bütün  anlayışlar  isə  üstqurum  kimi  onların  üzərində 

inşa edilir. Fəlsəfənin iki əsas hissədən - ontoloji və epistemoloji hissədən 

ibarət  olduğunu  nəzərə  alsaq,  zənnimcə,  öz  ağlımızda  bu  iki  sahəyə  dair 

xalis  açar  sözlər  mövcuddur.  Bu  açar  sözlər  aşağıdakı  kimidir:  varlıq-

nəsnə;bilik-öznə.Fəlsəfənin birinci hissəsini ―varlıq-nəsnə‖, ikinci hissəsini 

isə  ―bilik-öznə‖  təşkil  edir.  Fəlsəfə  varlıqdan  bir  nəsnə  kimi  danışır,  öznə 

isə  onu  bilik  şəklində  qavramağa  çalışır.  Nəsnə-öznə  anlayışı  fəlsəfənin 

mahiyyəti hesab olunan ―nə-öz-söz‖ formulunu ifadə edir. Yəni nəsə var, öz 

onu dərk edir və daha sonra onu sözlə ifadə edir. Nəsnə varlığı təmsil edir, 

öznə  onu  bilik  şəklində  dərk  edir  və  daha  sonra  bu  ikisinin  sintezindən 

―söz‖ doğur:  

―Nə(snə)-öz(nə)-(nə)s(nə)öz(nə)‖. 

Hər bir millətin formalaşdırdığı milli fəlsəfə ilə yanaşı ―beynəlmiləl fəlsəfə‖ 

də  vardır.  İkinci  fəlsəfə  birincinin  dili  ilə  ifadə  olunur  və  onun  rənginə 

boyanır.  Başqa  sözlə,  milli  ağıl  həmin  beynəlmiləl  fəlsəfi  normaları, 

qaydaları  özününküləşdirir.  Obrazlı  ifadə  etsək,  milli  ağıl  bir  arı  kimi 

universal fəlsəfi qaydalar adlanan çiçəklərdən şirə alaraq ondan milli fəlsəfə 

adlanan bir bal istehsal edir. Bu zaman əldə edilən yeni fəlsəfi məhsul artıq 

həmin millətə xas olur. Düzdür, həmin məhsul universal olsa da, milli ağıl 

sistemində bir hissə kimi tama tabe olur. 

Fəlsəfə  tarixində  ―Azərbaycan  məktəbi‖  adlı  fəlsəfi  məktəb  olub.  Bu 

məktəbin  böyük  görkəmli  filosofları  vardır.  Düzdür,  onlar  müəyyən 

səbəblərdən  dolayı  öz  xalis  ana  dillərində  fəlsəfələməsələr  də, 

formalaşdırdıqları  fəlsəfi  irs  milli  ağılın  məhsulu  olmuşdur.  Bu  isə  o 

deməkdir ki, milli fəlsəfəmizin ―Azərbaycan məktəbi‖ adlı bir bazası vardır. 


776 

 

Bizim  üzərimizə  düşən  görəv  isə  həmin  məktəbdən  xammalları,  ideyaları 



alaraq xalis ana dilimizdə fəlsəfələməkdir. 

Vitqenşteynin  ―həyat  tərzləri  (forms  of  life)‖  nəzəriyyəsindən  çıxış  edərək 

deməkolar ki, milli fəlsəfədə ―kimlik‖ müstəsna rola malikdir. Odur ki, bir 

qeyri-Azərbaycanlı  birisi  bir  Azərbaycanlı  kimi  milli  fəlsəfəmizi  dərk  edə 

bilməz.  Onu  dərk  edə  bilmək  üçün,  mütləq,  milli  ağıla  malik  olmaq 

gərəkdir,  çünki  azəri  həyat  tərzini  yaşamayan  birisi  bu  millətin  milli 

fəlsəfəsini  dərindən  anlaya  bilməz.  Bəli,  əgər  uzun  bir  müddət  bu  millətin 

içərisində  yaşayaraq  onların  həyat  təcrübələrində  yaxından  aktiv  iştirak 

edərsə,  bu  zaman  milli  fəlsəfənin  dərkinə  yaxınlaşa  bilər.  Bir  sözlə,  bir 

millətin milli fəlsəfəsini anlamq üçün onun həyat tərzini yaşamaq lazımdır. 

 Azərbaycan fəlsəfə məktəbində iki fərqli paradiqma olub. Biri fəlsəfi, o biri 

isə irfani idi. Fəlsəfi paradiqma aləmə ―varlıq-yoxluq‖ pəncərəsindən, irfani 

paradiqma  isə  ona  ―işıq-qaranlıq‖  pəncərəsindən  baxırdı.  İrfani  paradiqma 

öz fəlsəfi sistemində varlığı ―işıq‖la, yoxluğu isə ―qaranlıq‖la əvəz etmişdi. 

Əlbəttə,  bu,  formal  bir  əvəzetmə  deyildi,  çünki  onlar  aləmə  fərqli  bir 

aspektdən  yanaşırdılar.  Belə  ki,  onlar  mənəvi  eynəklə  baxırdılar  nəsnə  və 

olaylara.  Ancaq  fəlsəfi  paradiqma  ardıcılları  eyni  eynəklə  baxmırdılar 

aləmə. Zənnimizcə, milli ağıldakı varlıq və yoxluq anlayışları maddi inkişaf 

və  tənəzzülü  ifadə  edən  ―varlılıq  və  yoxsulluq‖  anlayışları  ilə  sıx 

əlaqədardır.  Elə  buna  görə,  irfani  paradiqmada  varlıq(=varlılıq)  işıqla, 

yoxluq(=yoxsulluq)  isə  qaranlıqla  ifadə  olunurdu.  Bu,  ona  görə  idi  ki, 

varlılıq işıq, yoxsulluq isə qaranlıq bəxş edirdi insana. Buradan aydın olur 

ki, milli ağılda mənəvi inkişafa gedən yol maddi inkişafdan keçir. Deməli, 

milli fəlsəfəmiz hər iki amala xidmət etməlidir (3). 

Azərbaycan  filosoflarından    Füzuli  Qurbanov  yazır  ki,  ―milli  fəlsəfə  necə 

mümkündür‖  haqqında  danışanda  ilk  olaraq  iki  şeyi  fərqləndirməliyik. 

Birincisi,  ümumiyyətlə  metafizika,  ontologiya  olmadan  heç  bir  fəlsəfi 

sistemin mövcudluğundan söhbət gedə bilməz. Nə cərəyanın, nə məktəbin, 

nə də ayrıca bir istiqamətin mövcudluğu mümkün deyil. İkincisi, fəlsəfənin 

metafizikası  prizmasından  baxanda  milli  fəlsəfə  anlayışı  ifadəsi  nəyi  əks 

etdirə bilər, özündə hansı pozitiv, konstruktiv məzmun daşıya bilər. Bu iki 

sualın  işığında  araşdırmalar  aparanda  belə  bir  mənzərə  yaranır. 

Mütəxəssislərin  rəyinə  görə  milli  fəlsəfə  anlayışına  iki  yanaşma 

mövcuddur.  Birinci  yanşma:  ümumiyyətlə  milli  fəlsəfə  mövcud  deyil. 

Çünki  fəlsəfə  özü  universal  təfəkkürün  məhsuludur,  fəlsəfənin  milli  rəngi 

olmur  və  o  dünyanın  ən  ümumi  formaları  haqqında  elmdir.  Dünyanın  ən 

ümumformaları 

haqqında 

elmdirsə, 

onda 


ayrı-ayrı 

milli 


özünəməxsusluqlara  malik  olan  xalqların  ruhi,  mənəvi  dəyərləri  burada 

necə  əks  oluna  bilər?  Bu  suala  da  bu  yanaşmanın  tərəfdarları  belə  cavab 



777 

 

verirlər: Milli özünəməxsus olan dəyərlər ümumi formanın ayrı-ayrı tərkib 



hissələri kimidir ki, onların da qarşılıqlı əlaqəsi ümumi dialektik bir vəhdət 

formalaşdırır.  Deməli,  birinci  yanaşmaya  görə,  buradan  belə  çıxır  ki, əgər 

milli  fəlsəfə  yoxdursa  da,  şərti  olaraq  onun  bir  mövcud  olma  forması  ola 

bilər, o da kulturoloji yanaşmadır. Yəni ki, mədəniyyət hadisəsi olaraq hər 

bir  xalqın,  cəmiyyətin  dünya  mədəniyyət  sistemindəki  yeri,  rolu, 

funksiyaları,  qarşıya  qoyduğu  məqsəd,  özünəməxsusluğu,  milli 

psixologiyası,  milli  şüurun  psixologiyası  və  s.  kimi  məsələləri 

ümumformanın  yaradılması  naminə  öyrənilə  bilər.  Bu  formada  müstəqil 

olaraq milli fəlsəfə anlayışını qəbul etmirlər. 

İkinci  yanaşmada  isə  bunun  əks  tezisi  irəli  sürülür  ki,  milli  fəlsəfə 

mövcuddur,  milli  fəlsəfə  vardır  və  onun  mövcudluğu,  varlığı  hər  bir 

millətin,  xalqın  özünəməxsus  mədəniyyətinə,  təfəkkür  tərzinə,  həyat 

tərzinə,  psixologiyasına,  şüura  malik  olmasıdır.  İkinci  bir  tərəfdən,  bunun 

fonunda  hər  bir  cəmiyyətin  özünün  öz  həyat  strategiyaları,  məqsədləri 

olmasıdır.  Üçüncüsü,  cəmiyyətlər  bir-birindən  inkişaf   səviyyələrinə  görə 

fərqlənirlər. Deyək ki, onların birində milli dövlət vardır, digərində yoxdur, 

bir  başqasında  başqa  cürdür  və  bütün  bu  fərqliliklərin  fonunda  hər  bir 

millətin özünün fəlsəfi dünyagörüşü, həyata fəlsəfi baxışlar sistemi, özünün 

düşündüklərinin  həyata  interpritasiyası  üsulu,  məntiqi  ola  bilər.  Deməli, 

milli fəlsəfə bu cür ola bilər. İkinci variantda deyirlər ki, regional fəlsəfə və 

regionun  fəlsəfəsi  formasında  milli  fəlsəfə  mövcud  ola  bilər.  Məsələn, 

regional fəlsəfə deyəndə ―azərbaycan fəlsəfəsi‖, burada ―Azərbaycan‖ sözü 

kiçik  hərflə  yazılır.  Region  fəlsəfəsi  deyəndə,  ―Azərbaycan  fəlsəfəsi‖, 

burada  Azərbaycan  artıq  regionun,  ölkənin  konkret  bir  ifadəsi  kimi.  Və 

nəhayət,  milli  fəlsəfənin  mövcudluğunun  üçüncü  forması  kimi  hər  bir 

cəmiyyətinin  özünün  konkret  tarixi,  retrospektiv  reallıqları  ilə  müasir 

dünyada,  müasir  zamanda,  zamanın  hər  bir  müasir  anında  qarşısına 

qoyduğu vəzifələrin ümumi səviyyədə dünyada gedən proseslərin fonunda 

öyrənilməsi ilə məşğul olar ki, milli fəlsəfə bu formada da mövcud ola bilər 

(5). 

Azərbaycan filosoflarının təfəkkürünün məhsulu olan sanballı əsərlərdə bir-

birindən  maraqlı  fikir  və  ideyalar  yer  alır.  Belə  ki,  təbiətdə  və  cəmiyyətdə  

cərəyan  edən  proseslərin  son  dərəcə  mürəkkəb  olduğunu  qeyd  edən 

filosoflarımız  bildirirlər  ki,  müasir  dövrdə  elmlər  onların  mahiyyətini 

açmaqda  yeni  nailiyyətlər  əldə  etməkdədir.  Belə  şəraitdə  insanların  çevik 

təfəkkürə  malik  olması  həmişəkindən  daha  zəruridir.  Bununla  əlaqədar 

varlığın  -  təbiət,  sosial  həyat  və  insanın  daxili  dünyası  kimi  üç  əsas 

sahəsinin  sirrlərinin  dərindən  mənimsənilməsində  fəlsəfi  dünyagörüşünün 

rolu durmadan artır. 


778 

 

Fəlsəfəni  bilmək  kamil  şəxsiyyətin  zəruri  keyfiyyətlərinin  insanda 



formalaşmasına  kömək  edir,  həqiqətə,  xeyirxahlığa  yiyələnməyə  şərait 

yaradır.  Fəlsəfə  insanı  təfəkkürün  adi  tipinin  məhdud,  səthi  çərçivəsindən 

qoruyaraq,  dəqiq  elmlərin  nəzəri  və  empirik  anlayışlarını  inkişaf  etdirir. 

Yüksək  təfəkkür  mədəniyyətinin  göstəricilərindən  biri  subyektin  idrakı 

ziddiyyətlərdən  yan  keçməməsi,  ondan  çəkinməyərək  həll  etməyə 

çalışmasıdır.  Dialektik  inkişaf  etmiş  təfəkkür  formal-məntiqi  ziddiyyətlərə 

imkan verməyərək obyektin real ziddiyyətlərini həll etməyə cəhd edir və bu 

yolla özünün yaradıcı antidoğmatik xarakterini təzahür etdirir (1, s.78). 

Filosoflarımızın  fikrincə,  demokratik  cəmiyyət  quruculuğunda  fəlsəfi  tə-

fəkkürün  tarixiliyi  prinsipinə  riayət  olunması,fəlsəfənin  real  həyatla 

ayrılmaz  əlaqəsinin  təmin  edilməsi  xüsusilə  vacibdir.  Belə  ki,  mücərrəd, 

qapalı xarakterli fəlsəfə siyasi-iqtisadi və mənəvi həyatda baş  verən əsaslı 

dəyişiklikləri, köhnə stereotiplərin ləğv olunması prosesini, demokratiya və 

aşkarlığın inkişafını tam  əks etdirə bilmir. Cəmiyyətimizin tarixinin indiki 

dönüş  mərhələsində  fəlsəfənin  gerçəkliyə  münasibətini  dəyişdirmək,  onu 

mürəkkəb həyat problemlərinin həllinə yönəltmək tələb olunur. Bu mənada 

fəlsəfənin  əsl  sosial-tarixi bilik,  həyatda  daimi  əlaqəli  dünyagörüşü  olması 

indi həmişəkindən daha vacibdir. 

Qeyd  etmək  lazımdır  ki,  fəlsəfə  xüsusi  reallıqla-mümkün  olan  dünya  ilə 

əlaqədar  olur.  İmkan  dedikdə  -  insanın  ətraf  mühitlə  ən  ümumi,  universal 

əlaqələrinin  zəruri  tərəfi  başa  düşülür.  Ən  ümumi  haqqında  iki  mənada 

danışmaq  olar:  abstrakt-  ən  ümumi  və  konkret-ən  ümumi,  həmin  mə-

nalardır. Bu da onu subut edir ki, fəlsəfə biliyin nəzəri formasıdır. O, xüsusi 

elmlərin  adi  əlamətlərindən  məhrumdur.  Fəlsəfə  özünün  tarixindən 

ayrılmazdır.  Eyni  zamanda  ənənə  ilə  əlaqənin  qırılmasına  yönəldilmişdir. 

Fəlsəfə  adi,  həm  də  qeyri-  adi  dildə  danışır.  Fəlsəfə  insanın  tələbatından 

doğur,  lakin  özünün  şübhələri  ilə  sabitliyi  dağıdır.  O  ən  ümumi  haqqında 

danışsa da, ancaq ayrılıqda götürülmüş şəxsiyyətin sorğularına cavab verir. 

Bəzi  tədqiqatçılara  görə  yuxarıda  qeyd  etdiyimiz  ziddiyyətlər  fəlsəfədən 

ayrılmazdır və onun mövcduluğunun iki formasını doğurur (1, s.128). 

Fəlsəfi  problemləri  "xalis"  şüur  problemləri  kimi  deyil,  real  gerçəklikdə 

mövcud  olan,  zəruri  olan  problemlər  kimi  çıxış  etdiyini  qeyd  edən 

filosoflarımıız, onların nəzəri həllinin birdəfəlik başa çatmadığını bildirirlər. 

Həyat  inkişaf  etdikcə  bu  problemlərə  münasibət  yeniləşir  və  zənginləşir. 

Filosofların  qənaətinə  görə,  fəlsəfi  problemlərin  həlli  onların  keçmişinin 

ümumiləşdirilməsinə,  müasir  vəziyyətinin  təhlil  edilməsinə  və  gələcəyinin 

proqnozlaşdırılmasına  əsaslanır.Nəzəri  təfəkkür  forması  kimi  fəlsəfə təkcə 

keçmişi  və  müasir  dövrü  öyrənməklə  məhdudlaşmır,  həm  də  gələcəyə 

müraciət edir. Fəlsəfi təfəkkürün gələcəyin dünyagörüşü modellərini, obraz 


779 

 

və ideallarını yaratdığını bildirir. 



İnsana  fəaliyyətinin  uğurlu  olması  üçün  düzgün  məqsəd  müəy-

yənləşdirməyin,  müvafiq  qərar  qəbul  etməyin  son  dərəcə  vacib  olduğunu 

bildirən filosoflar, dünya haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik 

olmağı tövsiyə edirlər. 

Öz  elmi  axtarışlarını  daim  dərinləşdirməyə,  həqiqətə,  dünyanın  sirlərinə 

daha  dərindən  yiyələnməyə  cəhd  göstərən  milli  düşüncəyə  malik 

filosoflarımız  bildirirlər  ki,  dünyagörüşü  insana  obyektiv  reallıqvə  burada 

insanın  yeri  haqqında,  insanın  onu  əhatə  edən  gerçəkliyə  və  özünə 

münasibəti 

haqqında 

sistemli 

biliklərverir. 

Onun 

məzmununa, 



filosoflarımız,  həm  də  bu  biliklər  əsasında  formalaşan  əqidə  və  ideallar, 

idrak və fəaliyyət prinsipləri, dəyər oriyentasiyalarını daxil edirlər. 

Azərbaycan  filosoflarını  dünya  binasının  quruluşu,  maddi  ilə  mənəvinin 

münasibəti, dünyada baş verən dəyişikliklərin qanunauyğun və ya təsadüfi 

olması,  xeyir  və  şər,  həqiqət  və  yalan,  həyatın  mənası,  ölüm  və  ölməzlik, 

insan ləyaqəti, məsuliyyət və başqa fəlsəfi məsələlər maraqlandırır. Onların 

fikrincə,  hər bir insan çox vaxt özü də hiss etmədən fılosofluq edir, əsrlər 

boyu fəlsəfəni düşündürən məsələlər barədə fikirləşir (4, s.253). 

Filosoflarımız  fəlsəfəni  bəşər  tarixində  baş  vermiş  böyük  mədəni 

çevrilişinayrılmaz tərkib hissəsi adlandırırlar. O həm də insanın mahiyyəti, 

məqsədi və taleyi, həyatın ağıllı təşkili ilə bağlı məsələlərə  dair    maraqlı  

fikirlərini bölüşdürürlər. 

Azərbaycan filosofları bildirirlər ki, fəlsəfənin elm, siyasət, sosial praktika 

və  mənəvi  mədəniyyətlə  qarşılıqlı  əlaqəsinin  daha  qabarıq  nəzərə  çarpma-

sına  baxmayaraq,  fəlsəfə  əsrlər  boyu  mənəvi  fəaliyyət  forması  kimi  öz 

müstəqilliyini qoruyub saxlaya bilmişdir. 

Milli  filosofların  araşdırmalarına  görə,  fəlsəfə  nəzəri  elm  kimi    müxtəlif 

məsələləri  əhatə  edir:  insan  tərəfindənidraki,  sosial  və  təbiət  reallığının 

mənalandırılmasını  təmin  edir;  bu  münasibətdə  hər  bir  konkret  mərhələdə 

əldə edilmiş miqyasları və səviyyəni onu daha da genişləndirmək məqsədilə 

müəyyənləşdirir;  insanların  əqidəsinin  normativ-dəyər  əsaslarını  işləyib 

hazırlayır,  dünyanın  nəzəri  mənzərəsini  verir;  idrakın  prinsiplərini  və 

yollarını  göstərir;  təbii  və  ictimai  bütövlük  daxilində  insanın  yerini,  onun 

həyatının  mənasını  müəyyən  edir;  insanların  dəyərlərini,  prioritetlərini, 

ideallarını və məqsədlərini işləyib hazırlayır ( 5, s.193). 

Fəlsəfənin  mövzularını  insanların  real  həyatı  ilə  sıx  əlaqədə  axtaran 

filosoflarımız,  fəlsəfənin  əhəmiyyətini  belə  ifadə  edirlər:  o,  praktiki 

fəaliyyət üçün mühüm əhəmiyyət kəsb edən emosional-iradi əhval-ruhiyyə 

yaradır; subyektin müvafiq yaradıcılıq növünə nə dərəcədə uyğun gəldiyini 

göstərir; insanların həyat fəaliyyəti tiplərini formalaşdırır; onların sınaqdan 



780 

 

keçirilməsini  və  mümkün  olanın  reallığa  çevrilməsini  təmin  edir;  insana 



özünü  reallaşdırmaq  üçün  proqram  verir;  onun  həyatının  vətəndaşlıq 

mövqeyini, mənasını və amalını müəyyən edir. 

Filosoflarımızın  təbirincə,  yalnız  fəlsəfəni  öyrənməklə  insanlar  özlərinin 

dünya  haqqında  kortəbii  formalaşan  təsəvvürlərindəki  səthiliyi  və 

yanlışlıqları  aradan  qaldıra  bilir,  dünya  haqqında  düşünülmüş,  sistemli  və 

səhih məlumat əldə edirlər. 

Həyatı son dərəcədə mürəkkəb, burada gedən prosesləri isə çox ziddiyyətli 

və  rəngarəng  adlandıran  filosoflarımız  onları  anlamaq  üçün  inkişafın 

meyilləri  və  perspektivlərini  düzgün  müəyyənləşdirə  bilmək  üçün  geniş 

erudisiyaya,  həqiqi  fəlsəfi  biliklərə  malik  olmaq  zəruriliyini  irəli  sürürlər. 

İnsanın praktiki fəaliyyəti və mədəni həyatının əsasında duran dünyagörüşü 

problemlərinin  izahında  fəlsəfənin  rolunun  misilsiz  olması  qənaətinə 

gəlirlər. 

Filosoflarımız  fəlsəfəni insanın malik olduğu biliklər sisteminin, dünyanın 

elmi  mənzərəsinin  nəzəri  bünövrəsi  adlandırır.  Onlar  həm  də  cəmiyyətdə 

normal mənəvi mühitin, insanın mənəvi dünyasının formalaşmasına kömək 

etdiyini,  mühüm  tərbiyəvi  əhəmiyyətə  malik  olduğunu  bildirirlər. 

Fəlsəfənin  əsaslarına  yiyələnmiş  adamın  istənilən  elm  sahəsində  uğurlu 

fəaliyyət  göstərə  biləcəyinə  əmindir.  Eyni  zamanda,  fəlsəfə  digər  elmlərin 

optimal  inkişafına  kömək  edir,  onlarda  baş  verən  metodoloji  çətinlikləri 

aradan  qaldırır.  Fəlsəfə  insanı  idrak  nəzəriyyəsi  ilə  silahlandırır,  yəni 

gerçəkliyi mənəvi mənimsəməyin yollarını və vasitələrini müəyyənləşdirir. 

Fəlsəfəni  bilən  adamda,  filosofların  fikrincə,  düzgün  məntiqi  təfəkkür 

formalaşır, o, həyatı tənqidi və yaradıcı surətdə öyrənir. 

Fəlsəfə  humanist  idealların,  ümumbəşəri  dəyərlərin  qərarlaşmasına  kömək 

edir.  Fəlsəfə  həm  də  gerçəkliyi  insanların  tələbatlarına  uyğun  şəkildə 

dəyişdirməyin  mühüm  alətidir.  Ölkəmizin  yaşadığı  açıq  cəmiyyətə  keçid, 

demokratik  və  hüquqi  dövlət  quruculuğu  vəzifələrinin  həllində  fəlsəfənin 

rolunun və əhəmiyyətinin durmadan artdığını bildirirlər. 

İnsanlar  malik  olduqları  biliklərə  əsaslanaraq  öz  həyat  və  fəaliyyət  proq-

ramlarını, davranış istiqamətlərini müəyyən edirlər.İnsanların fəaliyyətində 

biliklə  yanaşı,  sərvətlər,  dəyərlər  də  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 

sonuncular  vasitəsilə insan  həyatda  baş  verən  hadisələrə  və  proseslərə fəal 

münasibətini  bildirir,  onları  öz  məqsədi,  tələbatı  və  mənafeləri 

mövqeyindən  qiymətləndirir  və  bu  halda  insanın  ədalət  və  ədalətsizlik, 

xeyir  və  şər,  gözəllik  və  eybəcərlikkimi  normativ  anlayışlardan  istifadə 

etdiyini söyləyir. 

Filosoflarımızın  qənaətinə  görə,  insanların  sosial  vəziyyətini,  milli 

xüsusiyyətlərini,  mədəni  səviyyəsini,  fərdi  psixoloji,  iradi  keyfiyyətlərini 


781 

 

səciyyələndirən  dünyanı  hissetmə,bütövlükdə  dünyagörüşünə  əhəmiyyətli 



dərəcədə  təsir  göstərir  (7,  s.16).  Mənəvi-əxlaqi  hisslər  olan  həya,  vicdan 

əzabı, mənəvi borc, mərhəmət, başqasının halına yanmaq  - hər bir dövrdə 

insanların dünyagörüşünün mühüm tərəfini təşkil etdiyini bildirirlər. 

İnsanların  dünyagörüşünün  strukturunda  onlar  tərəfindən  dərindən  qəbul 

edilən,  öz  həyat  mənafelərinə  uyğun  hesab  olunan  biliklər  -  əqidə  xüsusi 

yeri  tutur.  Əqidə  və  məsləkin  rolu  o  qədər  böyükdür  ki,  onların  həyata 

keçirilməsi  yolunda  insanlar  hətta  öz  həyatını  da  qurban  verə  bilirlər. 

Biliyin  əqidəyə  çevrilməsi  o  vaxt  baş  verir  ki,  insanlarda  bu  biliklərə, 

onların məzmunu və mənasına inam yaranır və möhkəmlənir. 

Demokratik  cəmiyyətin  qurulmaqda  olduğu  müasir  dövrdə  fəlsəfi  tə-

fəkkürün  tarixiliyi  prinsipinə  riayət  olunması,  fəlsəfənin  real  həyatla 

ayrılmaz  əlaqəsinin  təmin  edilməsi  xüsusilə  vacibdir.  Belə  ki,  mücərrəd, 

qapalı xarakterli fəlsəfə siyasi-iqtisadi və mənəvi həyatda baş verəm əsaslı 

dəyişiklikləri, köhnə stereotiplərin ləğv olunması prosesini, demokratiya və 

aşkarlığın inkişafını tam  əks etdirə bilmir. Cəmiyyətimizin tarixinin indiki 

dönüş  mərhələsində  fəlsəfənin  gerçəkliyə  münasibətini  dəyişdirmək,  onu 

mürəkkəb  həyat  problemlərinin  həllinə  yönəltməktələb  olunur  (7,  s.148). 

Bu  mənada,  filosofların  fikrincə,  fəlsəfənin  əsl  sosial-tarixi  bilik,  həyatda 

daimi  əlaqəli dünyagörüşü olması indi həmişəkindən daha vacibdir! Başqa 

sözlə deyilsə, yeni şəraitdə qarşıda duran problemləri həll edə bilmək üçün 

fəlsəfə açıq xarakter daşımalıdır. 

Fəlsəfə  düşüncə  sahibi  olan  alimlərimiz  qeyd  edirlər  ki,  cəmiyyətdə 

obyektiv  ilə  subyektiv,  varlıq  ilə  şüur,  maddi  ilə  mənəvi  bir-birilə  sıx 

əlaqədə  və  çulğaşmış  şəkildə  çıxış  edir.  Bu,  təbiidir,  çünki  insanların 

yaratdığı bütün nemətlər öz təbiətinə görə insanin əməyinin, vərdiş, bilik və 

yaradıcılığının maddiləşmiş təcəssümüdür. 

Onlar  izah  edirlər  ki,  insan,  onun  humanist  idealı  fəlsəfi  dünyagörüşünün 

mərkəzi  məsələsidir.  Fəlsəfə  insanın  mənəvi  azadlığını  təbliğ  edir.  Çünki 

hazırda  baş  verən  əsaslı  dəyişikliklər,  fəaliyyətin  bütün  sahələrində  özünü 

göstərən  ssiyentizm  yəni  elmiləşmə  və  texnisizm  insanın  şəxsiyyət 

göstəricilərinə  güclü  mənfi  təsir  edir.  Nəticədə  şəxsiyyətin  mənəvi 

kasadlaşması baş verir. Belə şəraitdə texniki və sosial inkişafa insan ölçüləri 

baxımından yanaşmağın rolu və əhəmiyyətidurmadan artır. Bu zərurət həm 

də  indiki  şəraitdə  insanların  fəaliyyəti  və  dünyagörüşünün  kəskin  surətdə 

siyasiləşməsi meyli ilə izah olunur. Həmin meyil də şəxsiyyətin humanizmi 

üçün  müəyyən  təhlükə  yaradır.  Beləliklə,  fəlsəfənin  daha  da 

humanistləşməsi,  onun  yeniləşməsi  və  inkişafının  əsasını  təşkil  edir. 

Cəmiyyətin yaşadığı indiki keçid dövründə, ictimai həyatda özünü göstərən, 

qeyri-stabillik  halları  və  çətinliklər,  köhnə  davranış  stereotiplərinin  və 


782 

 

ideallarının  əsaslı  surətdə  yeniləşməsi  humanistləşməni  daha  da 



zəruriləşdirir. 

Filosoflara  görə,  fəlsəfə  müəyyən  konkret  mədəniyyətin  və  bütövlükdə 

insanların ictimai həyatının əsasında duran ən ümumi anlayışları, ideyaları, 

təsəvvürləri,  təcrübə  formalarını  üzə  çıxarır.  Belə  ümumi  kateqoriyalara, 

universal anlayışlara misal olaraq varlıq, materiya, dəyişilmə, inkişaf, səbəb 

və  nəticə,  təsadüf  və  zərurəti  və  onlarca  başqalarını  göstərmək  olar.  Real 

gerçəklikdəki  hadisə  və  proseslər  arasındakı  ən  ümumi  əlaqələri  və 

münasibəti ifadə edən bu kateqoriyalarsız nə gündəlik həyatda, nə də elmdə 

və praktiki fəaliyyətin heç bir sahəsində keçinmək mümkün deyildir. Onlar 

təfəkkür prosesinin zəruri tərəfini təşkil edir. 

Filosoflarımız  bildirir  ki,  mədəniyyət  sistemində  fəlsəfə  tənqidi  süzgəc 

rolunu həyata keçirir. O, müxtəlif dünyagörüşlərində yaranmış olan müsbət 

tərəfləri toplayır və onu gələcək nəsillərə ötürür. 

Azərbaycan  filosofları  gündəlik  təcrübəni,  praktiki  və  elmi  bilikləri  nəzəri 

cəhətdən ümumiləşdirir, sintez edirlər. Fəlsəfi təfəkkürün praktiki, idraki və 

qiymətverici  tərəflərin  vəhdətini  təmin  etmək  sahəsindəki  rolu  ictimai 

həyatda  çox  mühümdür.  Belə  ki,  həmin  üç  tərəfin  ahəngdarlığı  və 

mütənasibliyi ictimai inkişafın zəruri şərtidir. Məsələn, deyək ki, bu və ya 

digər  tarixi  dövrdə  yeridilən  siyasət  yalnız  elm  və  əxlaq  ilə  düzgün 

əlaqələndirildikdə tam dolğun reallaşa bilər. Xüsusilə də bugünkü şəraitdə 

bəşəriyyətin  ümumi  mənafeyinə  uyğun  gələn  dünyagörüşü  oriyentasiyası 

mədəniyyətin  bütün  vəzifə  və  sərvətlərinin  birləşdirilməsini  -  elmi, 

humanist və əxlaqi tərəflərin əhatə olunmasını tələb edir. Bu işdə isə fəlsəfi 

təfəkkür müstəsna yer tutur (12, s.342). 

Filosoflar  bildirir  ki,  fəlsəfə  həm  də  mühüm  mədəni-tərbiyəvi  funksiya 

yerinə  yetirir.  Onu  öyrənərkən  insanın  təfəkkür  və  ümumi  mədəniyyəti 

yüksəlir. Fəlsəfəni bilən adam dünyada və cəmiyyətdə gedən prosesləri izah 

edərkən  adi  şüur  səviyyəsinə  xas  olan  dayazlıq,  dağınıqlıq  və 

ziddiyyətlilikdən azad olur. 

Fəlsəfi kateqoriyalar və anlayışlarda gerçəkliyin bu və ya digər tərəfinə aid 

çox  qiymətli  informasiyalar  toplanılır,  təhlil  edilir  və  nəsildən-nəslə 

ötürülür. 

Fəlsəfi  metodun  digər  metodlardan  üstünlüyünü  bildirən  filosoflarımıza 

görə, fəlsəfə elmi biliklərin artmasına, yeni elmi müddəaların yaranmasına 

kömək  edir.  Bu,  fəlsəfi  və  formal  məntiqi  metodun  vəhdətdə  tətbiqi  ilə 

təmin  olunur.  Nəticədə  fəlsəfə  müəyyən  nəzəri-dünyagörüşü  və 

ümummetodoloji  xarakterli  yeniliklər  yarada  bilir.  Digər  tərəfdən  fəlsəfi 

metod  başqa  metodlarla  birləşdikdə  mürəkkəb  nəzəri  və  fundamental 

problemlərin  həllində  xüsusi  elmlərə  mühüm  köməklik  göstərir.  Fəlsəfə 


783 

 

həm  də  ayrı-ayrı  elmlərə  hipotez  və  nəzəriyyələr  yaratmaqda  kömək  edir. 



Belə  ki,  yeni  nəzəriyyə  təkcə  empirik  şərtlər  üzərində  qurulmur.  Bu  işdə 

nəzəri müddəalar çıxış nöqtəsi rolunu oynayır. 

Fəlsəfə ilə digər elmlərin əlaqələrini təhlil edən filosoflarımız bildirirlər ki, 

fəlsəfə  və  xüsusi  elmlər  bir-birilə  qarşılıqlı  təsirdəçıxış  edir,  qarşılıqlı 

surətdə  bir-birini  zənginləşdirirlər.  Fəlsəfə  ilə  digər  konkret  elmlərin 

müqayisəsi  sübut  edir  ki,  fəlsəfənin  idraki  imkanları  çox  böyükdür  və  o, 

biliklər sistemində mühüm yer tutur. Fəlsəfə ilə elmin əvvəlcə tarixən eyni 

kökdən    yarandığını,  sonralar  onların  bir-birindən  ayrı  inkişaf  etdiyini 

bildirirlər.  Lakin  onların  inkişafı  bir-birindən  təcrid  olunmuş  halda  deyil, 

bir-birilə  sıx  dialektik  əlaqədə  baş  vermədiyini  qeyd  edirlər.  Onlar  qeyd 

edirlər ki, konkret hadisələri öyrənən xüsusi elmlərdən fərqli olaraq fəlsəfə 

ən  ilkin  səbəblər,  ilkin  prinsiplər,  varlığın  ən  ümumi  əsasları  haqqında 

təlimdir. Buna görə də fəlsəfə xüsusi elmlərdən daha güclüdür. 

Varlıq  mövzusunun  fəlsəfədə  mərkəzi  yer  tutduğunu  filosoflar  aşağıdakı 

səbəblərlə izah edirlər: birincisi, bütöv bir tam kimi dünyanın varlığının və 

insanın  varlığının  öyrənilməsi  fəlsəfənin  əsas  predmetidir.  İkinci,  varlıq 

haqqında təlim (ontologiya) fəlsəfənin ən mühüm tərkib hissəsidir. Nəhayət 

hər  bir  fəlsəfi  cərəyan  öz  baxışlarını  izah  edərkən  birinci  növbədə  varlıq 

anlayışına  əsaslanır.  Buradan  aydın  olur  ki,  varlıq  fəlsəfənin  əbədi  və 

dəyişməz məsələsidir (7, s. 284). 

Varlıq  ətrafında  gedən  fəlsəfi  axtarışlar  öz  mahiyyətinə  görə  müəyyən  bir 

şəxsin  və  ya  sosial  qrupun  mənafeyi  ilə  məhdudlaşmır.  O,  bütünlükdə 

cəmiyyəti  düşündürən  və  narahat  edən  məsələdir.  İnsanın  təkcə  maddi 

fəaliyyəti  deyil,  həm  də  mənəvi  həyatı  (elmlə,  bədii  yaradıcılıqla  və 

incəsənətlə  məşğul  olması)  onun  varlıq  haqqındakı  təsəvvürləri  ilə  sıx 

bağlıdır.  Bundan  əlavə  varlığın  anlaşılması  insanları  xoşbəxtliyə,  vicdanlı 

olmağa,  öz  borcunu  başa  düşməyə  yönəldən  cəhdlərin  mənbəyidir.  Bir 

halda  ki,  varlığı  yalnız  insan  öz  təfəkkürü  ilə  dərk  edə  bilir,  deməli,  onu 

bilmək insanı öz həqiqi mövcudluğunu, əzəli varlığını anlamaq, əldə etdiyi 

azadlıq səviyyəsini mənalandırmaq üçün son dərəcəzəruridir. 

Varlıq  anlayışının  geniş  və  dar  mənada  işləndiyini  bildirən  Azərbaycan 

filosofları qeyd edir ki, birinci halda dünyada mövcud olan hər şey (cansız 

təbiət, üzvi aləm, cəmiyyət, Yer kürəsi, bütövlükdə Qalaktika) varlığa daxil 

edilir.  Belə  yanaşdıqda  insanların  siyasi  fəaliyyəti  və  mənəvi  fəaliyyətinin 

bütün  məhsulları,  elmi,  şüuru,  ideya  və  baxışları,  hiss  və  təsəvvürləri  də 

varlığa  daxildir.  Sözün  məhdud  (dar)  mənasında  varlıq  dedikdə  isə  in-

sanların şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv 

reallıq başa düşülür Bu halda varlığın iki əsas növünü-obyektiv reallığın və 

subyektiv reallığın bir-birindən fərqliliyi vurğulanır. 


784 

 

Filosoflarımız belə bir həqiqəti də bizə mesaj göndərir: bütöv bir tam kimi 



götürülən dünya əbədi xarakter daşısa da, buradakı konkret cismlər, təbiət 

hadisələri və canlılar müvəqqətidir, onlar fasiləsiz surətdə dəyişilirlər. 

Filosoflarımız şüuru bütün dövrlərdə fəlsəfi fikrin diqqət mərkəzində duran 

problem adlandırmaqla qeyd edir ki, fəlsəfənin əsas predmetini təşkil edən 

dünyagörüşü məsələləri sırasında şüur öndə durur və insanın dünyada yeri 

və  rolunun  izahı  şüurun  anlaşılmasından  başlayır.  Şüuru  bilmədən  insanın 

ətraf  dünya  ilə  qarşılıqlı  münasibətlərini  aydın  təsəvvür  etmək  qeyri-

mümkündür.Xüsusən  də  bu  münasibətlərin  özünəməxsus  xarakterini  başa 

düşmək  üçün  şüurun  təbiətini  öyrənmək  lazımdır.  Fəlsəfə  şüura 

ümumnəzəri  planda  yanaşır.O,  şüuru  insanın  və  cəmiyyətin  fəaliyyəti 

baxımından  təhlil  edir.  Ona  dünyagörüşünün  çıxış  nöqtəsi  kimi  yanaşır. 

Fəlsəfə  həm  də  şüuru  insanın  gerçəklik  ilə  münasibətlərinin  özünəməxsus 

forması kimi mənalandırır. 

Şüur birdən-birə hazır şəkildə meydana çıxmamışdır. O, uzun davam edən 

təkamülün  nəticəsi  kimi  yaranmışdır.  İnsanın  heyvanlar  aləmindən 

ayrılması və əmək fəaliyyəti şüurun yaranmasında mühüm rol oynayır (7, s. 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin