Radif Mustafayev
MÜASĠR DÖVR LĠBERALĠZM ġƏRAĠTĠNDƏ
MULTĠKULTURALĠZMĠN DĠSKURSĠV ƏSASLARINA BAXIġ
GiriĢ
Keçən əsrin 60-cı illərindən başlayaraq Qərb aləmində gündəmə çıxmış
multikulturalizm düşüncəsinin və bütövlükdə ideologiyasının, o cümlədən
də artıq fəlsəfəsinin formalaşmasının başlıca səbəblərindən biri dünyada baş
verən qloballaşma prosesi, onun doğurduğu nəticələr hesab edilməkdədir.
Xüsusən də, 90-cı illərdə Sovet İttifaqının süqutundan sonra artıq
kapitalizm və sosializm dilemması öz ideoloji əhəmiyyətini itirdiyindən
nəinki postsosialist düşərgəsi cəmiyyətlərində, eləcə də liberalizmin
hegemon olduğu ölkələrdə də yeni yanaşmalar, başqa sözlə deyilərsə
postmodernist mövqelər özünü göstərməkdədir. Üstəlik buraya müasir dövr
cəmiyyətlərdəki mədəniyyətlərin siyasiləşdirilməsini və ya getdikcə
beynəlxalq
arenada
da
özünü
göstərməkdə
olan
siyasətin
mədəniləşdirilməsini (müxtəlif sivilizasiyaların toqquşmalarından tutmuş
dialoquna qədər mövcud konsepsiyalar timsalında) əlavə etsək onda çağdaş
dönəmdə multikulturalizm fəlsəfəsinin aktuallığını anlamaq mümkündür.
Amma müasir dövrün mürəkkəb geosiyasi reallıqları, bəlkə də müəyyən
anlamda sosializmlə kapitalizmin qarşılıqlı mübarizəsinin zəruri nəticəsitək
ortalığa çıxmış multikulturalizm ideologiyasını heç də bütövlükdə
dəstəklənməyərək hətta mövcud vəziyyəti əldə rəhbər tutub bir-çox Qərb
ölkələrində multikulturalizmin iflasından da bəhs edildiyinin şahidi oluruq.
Elə bu baxımdan Ümumilli Lider Heydər Əliyevin memarı olduğu
azərbaycançılıq ideologiyasının ləyaqətli davamçısıtək Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il yanvar ayının
10-da Nazirlər Kabinetinin iclasındakı nitqini xatırlamağımız tam yerinə
düşür: ―...bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə
hardasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu
ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla
gedəcəyik.‖ (1, s.114)
Həqiqətən də biz müasir dövrün inkişaf tendensiyalarını təhlil edərkən deyə
bilərik ki, multikulturalizm ideologiyası siyasi reallıqtək bəzi cəmiyyətlərdə
ciddi maneələrlə qarşılaşmış olsa da, onun ideya, fəlsəfi əsasları hətta qalib
hesab edilməli olan liberalizmin bütün daxili patternlərinə, xüsusən də
neoliberalizmə münasibətdə öz nəzəri, ideoloji əhəmiyyətini qoruyub
saxlamaqdadır. Odur ki, biz təqdim edilən məqalədə Azərbaycan
Respublikasında rəsmi dövlət ideologiyasının mühüm tərkib hissəsi elan
793
edilmiş multikulturalizmin elmi-fəlsəfi tədqiqi baxımından müasir dövrdə
sanki yeganə qalmış liberalizm şəraitində sözügedən fenomenlə bağlı
diskursiv əsaslara diqqət edilməsini qarşımıza vəzifə kimi qoymuşuq.
Xüsusən də, problemlə tanışlıq bizə deməyə əsas verir ki, sözügedən
istiqamətlər və bütövlükdə multikulturalizm fəlsəfəsi cəmiyyətdəki ədalət,
bərabərlik və azadlıq idealları ilə nəinki birbaşa əlaqəli, hətta onların müasir
ifadə forması da hesab edilə bilər. Buna sübuttək 2016-cı ildə nəşr edilmiş
Nicat Məmmədlinin ―Multikulturalizm. Panaseya yoxsa alternativ‖
kitabından müəllifin I.Bloemraad və M.Wridght kimi Qərb tədqiqatçılarının
mövcud akademik ədəbiyyatın ümumi təhlilindən multikulturalizm anlayışı
ifadəsinin dörd qrupda cəmləşdirməyin mümkünlüyü qənaətlərini misal
göstərə bilərik. Belə ki, bu qruplardan Azərbaycan multikulturalizm modeli
üçün əhəmiyyət kəsb edən ikinci sırada duranın multikulturalizmin ədalət
və bərabərliyin siyasi fəlsəfəsi olması, üçüncüsünün isə etnik, mədəni, irqi
və dini müxtəlifliyin tanınmasına və idarəedilməsinə istiqamətlənmiş
siyasət olduğu diqqət çəkməyə bilməz (1, s.15) Buna görə də biz, müasir
dövrdə liberalizmlə multikulturalizmin qarşılıqlı münasibətlərinin diskursiv
əsaslarına keçməzdən öncə ədalət və sosial ədalət anlayışlarının nəinki
təkcə Qərb sivilizasiyası əsasında, o cümlədən də Şərqə münasibətdə,
xüsusən də sivilizasiyaların qovuşağında yerləşmiş Azərbaycan bədii-
ictimai-ədəbi-siyasi-fəlsəfi fikri zəminində araşdırılmasını olduqca zəruri
hesab edirik. Bu baxımdan heç də təsadüfi deyildir ki, problemə bu cür
yanaşmağımızın doğruluğu özünü respublikamızda nəşr edilmiş ilk
multikulturalizmə
aid
ədəbiyyatın
da
məhz
Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqlarına həsr edildiyi ilə sübut olunur.
Amma yuxarıda qeyd etdiyimiz məqsədi nəzərə alaraq biz ədalət, bərabərlik
və azadlıq ideyalarından bəhs etdikdə belə əsasən müasir dövrün
liberalizminə və multikulturalizmə aid fikirlərin müqayisəsinə diqqət
çəkmək niyyətindəyik.
Bütövlükdə qeyd edək ki, müasir dövrün siyasət fəlsəfəçiləri tərəfindən son
onilliklərin ədalət haqqında iki qütb siyasi-fəlsəfi diskursu fərqləndirilir. Bu
ədalətin dərk edilməsində ağlın ilkin əhəmiyyətliliyindən çıxış edən
universal – rasionalistik nəzəriyyələr və ədaləti müəyyən sosial birliyin
internalizə edilmiş (daxili) kollektiv təsəvvürlərinin elementi kimi izah edən
partikulyarist nəzəriyyələrdir (2, s.77). Tədqiqatçı N.V.Peçorskaya qeyd
edir ki, nə rasionalizm, nə də ki, partikulyarizm homogen istiqamətlər
deyildirlər. Belə ki, məsələn, rasionalizmə cəmiyyət anlayışında bərabərlik
və individual azadlığın nisbətini müxtəlif cür izah edən libertarian və liberal
ənənələr daxildir. Partikulyarizm ideyaları da son dərəcə fərqli fəlsəfi
landşaft formalaşdırır. Onlar öz ifadələrini gah sosiosentrizmdə, gah əxlaqi
794
antropologiyada, gah da tarixilikdə tapırlar. Əgər sonuncunu kollektiv
təsəvvür elementi kimi nəzərdən keçirib kommunitarianlıq adlandırmaq
mümkündürsə, onda rasionalizmdə ortaq olan libertarianlığı liberallıqdan
fərqləndirən cəhət onun mədəni relyativizmidir.
Klassik və müasir liberalizm
Bir daha qeyd edək ki, multikulturalizmin Qərb ölkələrində 60-cı illərdən
başlayaraq kapitalist dövlətlərin idarəetmə fəlsəfəsinin tərkib hissəsinə
çevrildiyi tarixi faktdır. Sözügedən fenomenin müasir dövrün
reallıqlarından irəli gələrək liberalizmlə qarşılıqlı münasibətlərinin mühüm
əhəmiyyət kəsb etdiyi də danılmazdır. Bu baxımdan müasir dövrdə
liberalizm apologetiklərinin multikulturalizmə münasibət bildirdikdə onun
cəmiyyətdəki liberal əsaslara nə dərəcədə və necə uyğun olub-olmadığı
məsələsini daim diqqət mərkəzində saxladıqları olduqca səciyyəvi
hallardandır. Belə bir vəziyyəti işıqlandırmaq və ən başlıcası burada
cərəyan edən proseslərin mahiyyətini aydınlaşdırmaq üçün fikrimizcə,
müasir dövrdə liberalizmin müdafiəçilərindən biri olan Brayn Berrinin
multikulturalizmə qarşı kəskin mövqedən çıxış etməsi diqqət çəkməyə
bilməz. Sözügedən münasibətə aydınlıq gətirməyə çalışmış rusiyalı
tədqiqatçı M.B.Homyakov vurğulayır ki, mədəni relyativizmi özünün ən
başlıca düşməni hesab edən ―Berriyə görə liberal individi mənəviyyatın
yeganə subyekti tanıyan[lar], onun hüqüqlarını siyasi nəzəriyyənin yeganə
əsası hesab edən[lər]dir‖ (3, s.93). Deməli, bu istinaddan da göründüyütək,
həqiqətən də müasir dövrün liberalizminin əsasında ədalət, individual
hüquqların demək olar ki bərabər şəkildə həyata keçirilməsinin mədəni, dini
və digər mənsubiyyətlərinə baxmayaraq bütün qruplar üçün eyni olması
ideyası durur. Buradan da B.Berrinin fikrincə tolerantlıq mühüm liberal
dəyər olaraq liberal dövlət tərəfindən individləri müdafiə etmək məqsədilə
müəyyən etdiyi hədləri pozmayana qədər qanunun insan davanışını
nizamlamadığıdır. Başqa sözlə M.B.Homyakov ümumiləşdirir ki,
―Tolerantlığın sərhəddi ədalətin liberal konsepsiyası ilə dəqiq müəyyən
edildiyindən, deməli, tolerantlıq sosial institutların ―birici xeyirxahlığı‖ ola
bilməz‖ (3, s.93). Halbuki, sözügedən Qərb cəmiyyətlərində kapitalist
münasibətlər sistemi inkişaf etdikcə burada demək olar ki, klassik
liberalizm idealları ilə ortalığa çıxmış tolerantlığın böyük əhəmiyyət kəsb
etdiyinin və getdikcə də multikulturalizm ideyalarının hətta təntənəsi ilə
qarşılaşmış oluruq. Elə bu anlamda aşağıda mövqelərini açıqlayacağımız
London İqtisadiyyat Məktəbinin professoru Çandran Kukatasa diqqət etsək
oxuyuruq ki, ―...cəmiyyətdəki milli münasibətlərin tənzimlənməsinə
dövlətin müdaxiləsini qəbul etməyən zəif multikulturalizm klassik
liberalizmə əsaslanırsa, qeyd olunan münasibətlərin tənzimlənməsinə
795
dövlətin fəal müdaxiləsini vacib hesab edən güclü multikulturalizm müasir
liberalizmə əsaslanır‖ ( 4, s.22). Amma, fikrimizcə, ―müasir liberalizm‖
anlayışını daha dəqiq açıqlamış f.e.d., prof. Əbülhəsən Abbasova görə,
――Müasir Qərb liberalizmi‖ və yaxud ―Qərb liberal demokratiyası‖ dedikdə,
geniş planda, biz iki xətti nəzərdə tutmalıyıq: a) Hegel ―liberalizmi‖; b)
anqlosakson liberalizmi‖ni (5, s.167). Tədqiqatçının fikrincə, ictimai
praktikada reallaşması və nisbi zəfər çalması baxımdan, şübhəsiz ki,
üstünlük anqlosakson xəttinə məxsusdur. Hüquq və azadlıq, ədalət və
həqiqət zəminlərinin əvvəlcədən daha səlistliyi və universal məğziliyi
cəhətdən isə Ə.Abbasova görə, Hegel xətti danılmaz üstünlüyə malikdir.
Bu tezisin əsaslandırıldığı ―Hegel fəlsəfəsində ağa-qul problemi və insan
azadlığı‖ başlığı altında tədqiqatçı qeyd edir ki, ―Tarixən mövcud olan və
çoxları tərəfindən təbii vəziyyət sayılan cənab (ağa-R.M.)-qul
münasibətlərini Hegel hüquqla, həqiqi dövlət anlayışı və vətəndaş
cəmiyyəti ilə bir araya sığmayan hal sayır‖ (5, s.150). Hətta alimin
Hegeldən gətirdiyi birbaşa istinadda da ―...insanın yalnız azad varlıq kimi
hüququn predmeti ol‖ması fikri nə qədər də dəyərli görünsə belə əslində,
fikrimizcə, bəşər tarixinin sözügedən şəkildə gerçəkləşmədiyini və bunun
ancaq filosofun, burada konkret olaraq Hegelin fəlsəfi idealını ifadə etdiyini
söyləyə bilərik. Üstəlik, ədalət naminə qeyd edək ki, Hegeldə bəhs edilən
―təbii vəziyyət‖ ifadəsini ―...müxtəlif növ despotiyanı, mütləqiyyəti təbii hal
sayanların fikrinə münasibət‖ kimi dəyərləndirmiş Ə.Abbasovun qənaətini
liberalizmin klassiklərindən olmuş C.Lokkun təqdimatları ilə də
təsdiqləmək mümkündür. Halbuki, elə bəhs etdiyimiz mövzunun diskursiv
əsaslarına mühüm tövhə hesab edilə biləcək C.Lokkun baxışlarına diqqət
etmiş S.Benhabibdən oxuyuruq ki, ―Bildiyimiz kimi, Lokk təbii
vəziyyətində bütün insanların bərabər olduqlarının və təbiətən Xaliq
tərəfindən həyat, azadlıq və mülkiyyətə sahib olduqları ifadəsini
təsdiqləməkdən uzaq olmuşdur‖(6, s.66). Deməli, insan haqlarının yalnız
cəmiyyətdə və ya hər hansı birlik formalarında meydana gəldiyi kimi
haqlarla hüquqların eyniləşdirilməsi yanlışlığı sözügedən C.Lokka da xas
olmuşdur. Halbuki, S.Benhabibə görə, C.Lokkdakı ― ―Təbii hal/vəziyyət‖
özündə seçib qarşılıqlı gücləndirdiyi tarixi və psixoloji, analitik və kültürəl
[bir] metaforadır‖ (6, s.66). Bu metafora isə bizi, ―...adi hüququn hökmü
altında olmayan insanların durumuna yönəldir‖(6, s.66). Maraqlıdır ki,
fəlsəfi fikir tarixində müşahidəmizə görə, belə bir durumun mövcudluğu
etiraf edildiyi təqdirdə onun statusunun necə müəyyənləşdirilə bilməsi ilə
əlaqədar münasibətlərlə rastlaşmırıq. Üstəlik sözügedən metafora nə qədər
də hipotetik suallara cavab verən analitik abstraksiya olsa da, S.Benhabib
qeyd edir ki, ―Lokkun metaforasında dolayı da olsa ayrıca tarixi keçmişlərə
796
istinadlar vardır‖ (6, s.66). Başqa sözlə desək, C.Lokk nə qədər də
insanların bütövlükdə hər-hansı bir hakimiyyət formalarından kənarda
mövcud olduqlarını iddia etsə də, S.Benhabibə görə o yalnız tamamilə
vətəndaş idarəedilməsinin olmadığına yaxın insan birliyinin primitiv
formalarının tarixi mövcudluğunu qeyd etmişdir. Bizə görə isə, heç bir
insan birliyinin primitiv formaları tarixən mövcud olmasa da nəinki
insanlarla, hətta bütün mövcud olanlarla əlaqədar haqq anlayışının istifadəsi
olduqca anlamlıdır. Kifayət qədər idealist səciyyə daşısa da, fikrimizcə,
yalnız bu cür ümumi, pozitiv əsaslardan sonra istənilən mövcudluq
hüquqlarının nəinki mənalılığı, hətta meydana çıxma mexanizm və
prinsiplərini aydınlaşdırmaq heç də çətin olmur.
Yenidən C.Lokka qayıtsaq, S.Benhabibin təqdimatında görürük ki, o
kimsəsiz bir adada Qarsilazo de la Beqanın Peru tarixində xatırlatdığı iki
şəxsin və ya Amerika meşələrində isveçrəli ilə hindlinin görüşünə
antropoloji bir istinad edir. Bununla da o, S.Benhabibin təbirincə desək,
avropalıların keçmişini xatırlatmış olur. Ən başlıcası isə, tədqiqatçı bildirir
ki, C.Lokk tərəfindən təbii vəziyyəti təmsil edən hindlilərin məqsədli
şəkildə Avropanın vətəndaş cəmiyyəti tarixinin təkamülü mənzərəsinə
qoşulmalarının C.Tyullinin fikrincə iki vəzifəni yerinə yetirmişdir: ―Əvvəla,
Lokk siyasi cəmiyyəti elə müəyyən edir ki, hindli hakimiyyət onun
müəyyənliyinə legitim formada uyğun gəlmir...İkincisi, Lokk mülkiyyəti
elə izah edir ki, torpaq istifadə edilməsinin hindli adəti onun üçün
mülkiyyətin legitim variantı olmur‖ (6, s.66). Nəticədə, sonuncuya görə,
―[Şimali və Cənubi] Amerikanın kaloniyalaşdırılmasına qurama fəlsəfi
bəraət‖ verilmiş olur.
Bununla yanaşı psixoloji anlamda ―Təbii hal/vəziyyət‖ metaforası artıq
özünün tam formasında S.Benhabibə görə, ―...individualizmi, avtonomluğu,
müstəqilliyi və öz imkanlarına əminliyi təsdiqləyir‖(6, s.67). Başqa sözlə,
―İnsan ona verilmiş hüquqlara görə başqalarına heç bir borcu olmayan kəs
kimi nəzərdən keçirilir‖(6, s.67). Bir sözlə, ―Yeni burjua individi öz
qarşısında yalnız Xaliqi görür‖ (6, s.67). Amma S.Benhabib qeyd edir ki,
―Elə insan mövcudluğunun ―tanrı tərəfindən nizamsız əlaqələrində dünyaya
gəlmiş‖ bu başlanğıc müstəqilliyini və avtonomluğunu burjua individi indi
legitim
vətəndaş
idarəçilik
qanunlarından
vətəndaş
asılılığına
transformasiya etməlidir‖ (6, s.67). Bəlkə də sözügedən transformasiyanın
nəticələri kimi azərbaycanlı alim Ə.Abbasovun baxışları maraq doğurmaya
bilməz. Tədqiqatçıya görə, artıq anqlosakson ənənəsinin təşəkkül tapıb
zirvələnməsi nəticəsində bazar fundamentalizmi, ―kapital ideologiyası‖ elə
bir maddiləşmiş dünya və elə ―iqtisadi adam‖ yaratmışdır ki, hər bir individ
kiməsə rəqibə, düşmənə, yaxud da kimin üçünsə qurbana çevrilmişdir.
797
Xüsusən də, multikulturalizm baxımından bizi maraqlandıran cəhətlərə
diqqət etsək Ə.Abbasovun fikrincə, ―Müasir anqlosakson millətçiliyi
birbaşa nə mədəniyyətlə, nə etnosla, nə dinlə, nə irqlə (dərinin rəngi ilə)
bağlı deyil. O, aydın məzmuna malik deyil və kollektiv identifikasiya
funksiyasını sanki ötəri daşıyır: onun məqsədi vətəndaş cəmiyyəti
üzvlərinin səfərbərliyi hesabına bu cəmiyyəti potensial xarici təhdiddən
müdafiə etməkdir‖(5, s.182). Amma bizə görə bütün bu sadalanmışlar
―anqlosakson millətçiliyi‖ndə təzahür etdiyi kimi, çox təəssüflər olsun ki,
elə yuxarıda xatırlatdığımız M.B.Homyakovun sözügedən məqaləsində də
sətiraltı vurğulanan, lakin artıq açıq-aşkar təzahür etməkdə olan
anqlosakson milliyyətçiliyi ilə əlaqədardır. Belə ki, bu cəmiyyətlərdəki
multikultural durum da etiraf edilməsinə baxmayaraq daha çox son
zamanlar dəbdə olan ―multikulturalizmin iflası‖ barədə diskussiyalar önə
çıxmaqla əslində bütün bunlar Qərb aləmində sözün əsl mənasında
milliyyətçiliyin millətçiliyi üstələməsi deməkdir. Halbuki, İkinci dünya
müharibəsindən sonra daha çox millətçiliyə üstünlük verilən və çox ehtimal
ki, bu qayğılardan ortalığa çıxmış multikulturalizm indi milliyyətçi, radikal,
şovinist, irqçi, ksenofob təşəbbüslərlə üz-üzə qalmaqdadır. Necə deyərlər -
həqiqətən də, SSRİ-nin süqutundan sonra ―soyuq müharibə‖nin sanki
liberalizmin xeyrinə başa çatması və əsasən də sosialist düşərgəsinin
dağılması praktikada fərqli ―məntiq‖ ortaya çıxartmışdır. Bu anlamda
Ə.Abbasovun qeyd etdiyi kimi, ―Anqlosakson millətçiliyi (biz isə deyərdik
ki, millətçilik libasına girmiş milliyyətçiliyi – R.M.) yox olmadı, əksinə
daha da eybəcər (etik-əxlaqi və mənəvi baxımdan) mahiyyət alaraq bütün
dünyaya hegemenloq etmək cəhdinə girişdi, müxtəlif yerlərdə ―şər
mərkəzləri‖ axtarıb aşkarlamağa başladı‖(5, s.183). Nəticədə demokratiyanı
özünə simgə etmiş bu neoimperializm davranışları elə Qərb cəmiyyətlərinin
multikultural mənzərəsini ciddi şəkildə dəyişdirdiyindən artıq nəinki
multikulturalizmin inkişaf etdirilməsindən söhbət getməyib ard-arda bir çox
ölkə başçıları multikulturalizm siyasətinin iflasa uğradığını elan edərək
siyasi-ictimai,
sosial-iqtisadi
fəaliyyətlərinə
bu
istiqamətdə
yön
verməkdədirlər. Halbuki, bu ölkələrin xarici və daxili siyasətləri kompleks
şəkildə nəzərdən keçirilərsə, multikulturalizm sahəsində də tam bir
mənəzərə ortalığa çıxıb əslində elə bu cəmiyyətlərdəki yanlış və ən
başlıcası milliyyətçi təzahürlər ucbatından mövcud durumun hökm
sürdüyünü anlamaq heç də çətin deyildir. Üstəlik, prof. Ə.Abbasovun
vurğuladığı kimi, kapitalist münasibətlər sistemində olsa da belə yalnız
Hegel ―liberalizmi‖ni, Fukuyama demişkən, rasional etirafa doğru cəhd
hesab etmək olar. Çünki, tədqiqatçının aydınlaşdırdığıtək, ―Bu, ümumi
əsasda elə etirafdır ki, hər bir şəxsiyyətin azad və müstəqil varlıq kimi
798
ləyaqəti hamı tərəfindən qəbul və etiraf olunur‖ (5, s.165). Yaxud da alim
davam edir ki, ―Onun (Hegelin – R.M.) liberalizmi, anqlosakson
ənənəsində başlıca məqsəd kimi özünü göstərən ―pul əldə etmək‖
azadlığından və adi istəkləri ödəməkdən ibarət deyil. İnsanın, bizim
ləyaqətimizin daxilən və ümumən etiraf olunmasındadır‖ (5, s.165). Bir növ
sosial ədalətin liberalizm çərçivəsində mümkünlüyünü Hegelin baxışlarında
aşkarlamış Ə.Abbasov yazır ki, ―Yalnız ümumi və bərabər əsaslardan çıxış
etməklə etirafı rasionallaşdırmaq, əxlaqi-mənəvi dəyərlərlə uzlaşdırmaq
mümkündür‖ (5, s.165). Bunu ―Ziddiyyətli ağa-qul münasibətlər sistemində
gələcəyə aparan Hegel yolu‖ kimi şərh etmiş tədqiqatçıya görə ―Və tam
əminliklə söyləmək olar ki, bu yol ən perspektivli və optimal xətt kimi
özünün üstünlüyünü sübut etmişdir‖(5, s.165). Amma müasir dövr
liberalizm nəzəriyyəsinin bariz təmsilçisitək yuxarıda adı vurğulanmış
B.Berrinin baxışlarında da bərabərliyin üstünlük təşkil etdiyini, lakin
burada eqalitarizmin artıq multikulturalizmə qarşı istifadə edildiyinin şahidi
oluruq. Belə ki, onun 2001-ci ildə nəşr edilmiş ―Mədəniyyət və bərabərlik:
multikulturalizmin eqalitar tənqidi‖ kitabında müəllifin həm liberalizm
daxilində mümkün hesab edilən, həmçinin əsaən də ümumiyyətlə bütün növ
anti-liberal səciyyə daşıyan multikulturalizmə qarşı olduğu öz əksini
tapmışdır. Çünki, ona görə, liberalizmin cəmiyyətdəki müxtəlifliklərə
ədalətli münasibəti üçün kifayət qədər imkanları vardır. Elə bəlkə də,
yuxarıda bəhs edilmiş ―Hegel yolu‖ anlamında B.Berrinin baxışlarında
liberalizmin perspektivlərini görmək mümkündürsə, onun ―...liberalizm
müxtəlif əxlaqi nəzəriyyələrə neytral olduğu kimi, mədəniyyətə də neytral
yanaşmalıdır‖ (3, s.47) fikri heç də müasir dövrdə anqlosakson
liberalizminin əsl mahiyyəti ilə səsləşmir. Və ya mədəni kimlikdə özünün
qəbul etdiyi liberalizm əqidəsi üçün yolverilməz relyativizmi hiss
etdiyindən onun fikrincə, ―Mədəni varolmanın son məqsəd səviyyəsinə
qaldırılması bu məqsədin həmin mədəni qrupun üzvlərinin maraqlarından
qopması ilə nəticələnir‖ (3, s.47) ifadəsi olduqca metodloji səciyyə daşıdığı
halda, görəsən bu Qərb liberalizminin həyata keçirməyə çalışdığı
universalizmi nəzərdə tuturmu?! Yaxud da, ―Müəllifə (B.Berriyə - R.M.)
görə multikulturalizmin çatışmayan cəhəti ondan ibarətdir ki, qrupların
üzləşdiyi problemlərin kökü mədəniyyət məsələlərində axtarılır‖ (3, s.49).
Üstəlik o izah edir ki, ―...əslində əlverişsizliklərin mənbəyi qrup
mədəniyyəti ilə şərtlənmiş məqsədlər deyil, hamı tərəfindən paylaşılan
ümumi (məsələn, yaxşı təhsil) məqsədlərə nail olmaqda müvəffəqiyyətsiz
olmaqdır‖ (3, s.49). Əlbəttə, B.Berrinin təsvir etdiyi liberalizmə xas olan
oyun qaydaları nə qədər də neytral və heç bir fərqliliklərə varmadan hamıya
münasibətdə eyni və ya bərabərdirsə (equality principle) onun
799
M.B.Homyakov tərəfindən müəyyən edilmiş ―...hətta nəticədə liberalizm
bir mədəniyyətin inkişafına, digərinin isə məhvinə səbəb olacaqsa, buna
haqq qazandırmaq olar‖ (3, s.47) fikrini heç də doğru (fairness principle)
hesab etmək mümkün deyildir. Yaxud da N.Məmmədlinin təsvir etdiyitək
B.Berrinin liberal cəmiyyətdə fərdi faydanın ali məqsəd olduğunu əldə
rəhbər tutması və ―...bunun əldə olunmasının əsas yolu fərdi hüquq və
azadlıqların, o cümlədən birləşmək azadlığının təmin edilməsi‖ şəklində
münasibəti, özündə nə əxlaq, nə də mədəniyyətə aid olanları nəzərdə
tutmadıqda birbaşa da olmasa, impliçit olaraq yuxarıda bəhs olunmuş hər
bir individin kiməsə rəqibə, düşmənə, yaxud da kimin üçünsə qurbana
çevrilməsi yolunu açmaqdan başqa bir şey deyildir. Necə ki, heç də uzağa
getməyib B.Berrinin assosiasiyalarda birləşmək və onları tərk etmək
azadlığını təbliğ edərkən, aşağıda da görəcəyimiz kimi, fərdin qazanmaqdan
daha çox itirdikləri, ödənci göz önündə olub bu cür situasiyalarda ədalətli
qərarın verilməsinin olduqca çətin olduğu aşkarlanır. Hər halda B.Berri
buradakı üzvlərin elə tərbiyə edilməsi tərəfdarıdır ki, onlar istədikləri
zaman onu tərk edə bilsinlər. Lakin onun təklif etdiyi təhsil-tərbiyə
sisteminin
də
haraya aparacağı olduqca sual doğurmaqdadır.
M.B.Homyakovun fikrincə onun nəzəriyyəsini yalnız ədalətin ―universal‖
tələbləri maskalayır. Halbuki belə olduğu təqdirdə də B.Berrinin təliminin
daha da dolaşıqlığa düşdüyünü iddia edən tədqiqatçıya görə, başqa bir
tərəfdən bu nə başlıca müəyyən edilmişləri dəyişdirir, nə də ki,
reallaşdırılmaya təqdim edilənlərin nəticələrində fərqliliklərə gətirib çıxarır
(3, s.94).Üstəlik, hüquq və azadlıqların həmişə fərdi səciyyə daşıdığını
unutmasaq fərdi faydanın ümumi maraqlarla və ya insanın aid olduğu
qrupun mədəni verilənləri ilə kəsişmədiyi həqiqətən də müasir dünyada
Y.Habermasın ünsiyyətcil etməyə çalışdığı ―soyuq‖, Ç.Teylorun isə
sərrastcasına müəyyən etdiyi ―Özünə qapanmış‖ (buffered self) insan tipini
formalaşdırmışdır. Bu cür insanlardan ibarət cəmiyyətlərin nəinki
başqalarına, hətta öz cəmiyyət üzvlərinə qarşı dözümsüz və ya intolerant
davranmaları və beləliklə də ―multikulturalizmin süqutu‖ndan bəhs etmələri
heç də təsadüfi deyil, demək olar ki, bəlkə də dövrümüzün ən acı
reallıqlarındandır. Başqa sözlə desək, ictimai müqavilə nəzəriyyəsinin
müasir interpretasiyası üçün ilk növbədə ədalətin substansiyası deyil,
ədalətli qərarın işlənib hazırlanmasının universal prosedurunun axrtarışı
tipik olsa da, məsələn məşhur filosof Y.Habermasa görə ―müasir heterogen
cəmiyyətlər üçün ədalət...öncədən formalaşdırılmış substansional vahid
ideyaya istinad edə bilməz‖ (2, s.78). Buna görə də müəllif bildirir ki,
rasionalizmin müasir tərəfdarları əsas gücü prosedur ədalət konsepsiyasının
yaradılmasına verirlər. Prosedur ədalətin zəruri şərtinə gəldikdə isə bu
800
tərəfsiz mühakimə etmək prinsipini təmin edən şəraitlərin olmasıdır. Bu
anlamda N.V.Peçorskaya Y.Habermasın irəli sürdüyü ideal ünsiyyət
situasiyasının yaxud da C.Roulzun reflektiv tarazlıq vəziyyəti haqqında
olan baxışlarının çıxış edə bildiyini vurğulamışdır. Prosedur ədalətin ümumi
tələblərinə isə aşağıdakılar daxildir: 1) iştirakçıların bərabərliyi; 2)
iştirakçılarda gizli motivlərin olmaması; 3) diskusiya edən ictimaiyyətə açıq
olması (2, s.78).
Həmçinin, fikrimizcə, etnosla mədəniyyətin eyniləşdirilməsinin doğru
olmadığı fikrində haqlı hesab edilməli kimi B.Berri demokratiyanı yalnız
qərar verərəkən çoxluğa üstünlük verilməsi kimi məhdudlaşdırmaq cəhdi
heç də multikulturalizmin demokratiya ilə uzlaşmadığını deməyə əsas
vermir. Çünki, bizə görə, multikultural yanaşma ilə demokratiyanın daha da
humanist səciyyə daşıyıb zənginləşdiyini iddia etmək olduqca doğru və
ədalətli olardı.
Dostları ilə paylaş: |