Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə78/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   74   75   76   77   78   79   80   81   ...   98
AMEA-National Philosophy-2019


Nəticə 

Liberal dəyərlərin və bütövlükdə liberalizmin hökm sürdüyü cəmiyyətlərdə 

xüsusən  də  son  dövr  anqlo-sakson  tendensiyalar  mövcud  olduqca 


810 

 

multikulturalizm,  kommunitarizm  və  libertarianlıq  iddiaları  davam 



edəcəkdir. 

Bu 


zaman 

liberalizm 

daxilində 

multikulturalizmin 

mümkünlüyündən  tutmuş,  onun  və  sonuncunun  inkarına  qədər  fərqli 

mövqelər  içərisində  fikrimizcə,  müasir  liberalizmə  tolerantlıq  və  ədalət 

anlayışlarını  praqmatik  şəkildə  təqdim  edən  lebertarianlıq  baxışı  olduqca 

dəyərlidir.  Ən  azından  müasir  liberalizmin  hansısa  ideologiya  ilə  mümkün 

konvergensiyasına  nail  olmaqdan  öncə  elə  mövcud  durum  daxilində insan 

haqları  və  azadlıqlarına  nail  olmaq,  başqa  sözlə  deyilərsə,  yuxarıda  qeyd 

edilmiş  ―Hegel  liberalizmi‖ni  gerçəkləşdirmək  və  ya  ona  doğru 

təşəbbüslərin  sayını  artırmaq  bəlkə  də  bəşəriyyətin  tamamilə  itirilməmiş 

son  şanslarındandır.  Multikulturalizmin  aradan  gedib 

əvəzində 

interkulturalizmin  qərarlaşdığını  iddia  edənlərə  gəldikdə  isə  elə  onların 

özləri  də  vurğulayır  ki,  ―...xüsusilə  Avropa  mühitində  intişar  tapan 

interkulturalizm  diskursiv  olaraq  mənfi  çalar  daşıyan  multikulturalizmdən 

uzaqlaşmağa  və  fərqli  ad  altında  oxşar  modelin  yenidən  gündəmə 

gətirilməsinə  imkan  yaradır‖  (1,  s.162).  Bu  isə,  heç  də  multikulturalizmin 

tamamilə aradan qalxması olmayıb, yalnız onun yeni səviyyədə inkarından 

başqa bir şey deyildir. Halbuki, sözügedən inkar da multikulturalizm  kimi 

bir  əsasın  möhkəm  olduğundan  sonra  mümkün  hesab  edilə  bilər.  Deməli, 

qlobal  miqyasda  da  müasir  liberalizmin  fəsadlarını  aradan  qaldırmaq 

naminə  onun  daxilən  yenilənməsinə  və  ən  azından  klassik  dönəmlərində 

təsdiqini tapmış dəyərlərin yenidən dərk edilməsinə böyük ehtiyac duyulur. 

Bu  baxımdan  da  istənilən  növ  mücərrədliklərdən  çəkinərək  cəmiyyətdə 

yüksək  ədalət  və  bərabərlik  şərtlərini  bərqərar  etməkdən  ötrü  insana  və 

onun şəxsi ləyaqət hisslərinə mühüm önəm verilməlidir.         

 

Ədəbiyyat:  

1.  Məmmədli N. Multikulturalizm. Panaseya yoxsa alternativ. B., 2016. 

2.  Печерская  Н.В.  Современный  дискурс  справедливости:  Джон  Ролз  или 

Майкл Уолзер?//Общественные науки и современность. 2001, №2. 

3.  Хомяков  M.Б.  Брайн  Берри:  Либеральный  Универсализм  против 

мультикультурализма  и  национализма.  Журнал  социологии  и  социальной 

антропологии. 2007. Том X. № 1. 

4.  Azərbaycan multikulturalizmi. Ali məktəblər üçün dərslik. B., BBMM, 2017. 

5.  Abbasov  Ə.  İdarəetmənin  sinergetik  fəlsəfəsi:  yeni  dialoq  naminə.  Bakı, 

―MBM‖ Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2006. 

6.  Бенхабиб  С.  Притязания  культуры.  Равенство  и  разнообразие  в 

глобальную эру. Пер. с англ. Под ред. В.И.Иноземцева. М., Логос, 2003. 

 

 

                                                                                        



811 

 

  Hüseyn Ġbrahimov 



                                                                                         

DĠALOQ KONSEPSĠYASI MULTĠKULTURALĠZM  TARĠXĠNƏ 

FƏNLƏRARASI YANAġMANI TƏLƏB EDĠR 

 

Annotasiya.    Dialoq  mühiti  elə    prosesdir  ki,  bu  zaman  mütləq  milli-

mənəvi  dəyərlərin  tənəzzül  etməməsi  və  aşınmaması  istiqamətində  olduğu 

mövqeyindən asılı olaraq hər bir vətəndaş öz vəzifəsini yerinə yetirməli, bu 

yöndə bütün bilik və bacarığını səfərbər etməlidir. Bu məsələ həm də alim 

və  tədqiqatçıları  da  narahat  etməli,  onlar  məntiqli  fikir  və  ideyalarını  irəli 

sürməlidirlər. Doğrudur, bu istiqamətdə bəzi tədqiqat işləri işıq üzü görüb, 

lakin bu hələ kifayət deyildir. Əsas aktuallıq kəsb edən odur ki, necə etmək 

lazımdır ki, bizim  milli-mənəvi dəyərlərimiz,  əxlaqi qaydalarımız dünyanı 

öz  ağuşuna  almış  bu  prosesi  daha  da  zənginləşdirsin,  eyni  zamanda  türk 

dünyası mədəniyyətlərinin regional dialoquna təkan versin. Ancaq əksər öl-

kələrin timsalında bunun şahidi oluruq ki, qlobal-neqativ inteqrasiya prosesi 

ayrı-yarı  mədəniyyətlərə,  millətlərin  özünəxas  dəyərlərinə,  elmi-mədəni 

mühitinə  zərbə  vurmuş,  yad  elementlərin  milli  mədəniyyətlərin  tərkibinə 

daxil  olmasına  səbəb  olmuş,  bu  mədəniyyətlərin  zəifləməsi  istiqamətində 

cəhdlər olmuşdur.  



GiriĢ.  Mədəni  müxtəlifliyin  qorunması  -  etnik    fərqliliyin    saxlanılmasını  

və  bu  sahədə institut  və  qanunların  yaradılmasını  nəzərdə  tutur. Prosesə  

nəzər    yetirdikdə    görmək    olar    ki,  tolerantlıq    və  multikulturalizm  

anlayışları oxşar kateqorial aparat daşıyıcısıdır.Eyni zamanda hər iki anlayış 

mədəni  siyasətin  metodologiyasında  vacib  əhəmiyyət  kəsb  edərək  müasir 

insanın  dəyərlər  sistemini  müəyyyən  edir.  Cəmiyyət  insan  şəxsiyyətinin 

inkişafını  təmin  edən,  adamlarda  mənlik  və  ləyaqət,  haqq-ədalət,  qanuna 

hörmət  hissləri  doğuran  biliklər  sisteminin  zəruriliyinə  daim  ehtiyac 

duyur.Belə  sistemi  yalnız  keçmiş  və  bu  gün  barədə  dərindən  fikirləşmək, 

gələcək  üçün  proqnozlar  vermək  sayəsində  qurmaq  olar.Bundan  ötrü fikir, 

hisslər,  intuisiya  və  sair  xüsusiyyətlərin  sintezi  gərəkdir.  Mənəviyyatla 

birləşməyən  bilik  təhlükəli  ola  bilər  (3  s.20).  Bu  baxımdan 

multikulturalizmin elmi metodoloji bazasının yaradılıb möhkəmləndirilməsi 

məsələsi də Azərbaycanı düşündürür. Məsələyə yeni yanaşma metodları isə 

fənlərarası yaxınlamanı istisna etmir, əksinə daha zəruri edr. 

Bu  gün  Azərbaycan  elminin  coğrafiyası  ölkənin  demək  olar  ki,  bütün 

regionlarını  əhatə  edir,  bu  elmin  prizmasından  yer  altındakı  və  Xəzər 

dənizinin  dibindəki  təbii  sərvətlərlə  yanaşı,  həmçinin,  ölkə  ərazisindəki 

tarixi  abidələr  də  keçir.  Onlar  yüzlərlə  alimin    həyatının  məqsədinə 

çevrilərək elmi tədqiqatların nəticələri formasında xalqımıza xidmət edirlər 


812 

 

(2 s.34). 

     Bəzi  dövlətlər  multikulturalizm  siyasətini  dünya siyasi-mədəni mühiti 

zəminində,  bəziləri    isə    dar    etnoərazi    qrup    çərçivəsində    həyata  

keçirirlər.Multikulturalizm   tolerantlıq  olmadan, başqalarının  fərqliliyini  

qarşılıqlı    olaraq    qəbul  etmədən    təsviredilməzdir.  Müxtəlif    xalqlar  

arasında  razılıq  axtarışı  bu  gün  müasir  cəmiyyətin  qarşısında  duran  

əsas    məsələlərdəndir    və    multikulturalizm    bu    problemin    həllində  

mühüm vasitədir. 

Multikulturalizm    anlayışında    tədqiqatçı    D.  Martuçellinin    fikrincə,    4 

aparıcı  ideya   var:  

a) ədalətlilik  bərabərliyi- hər  kəsin  mənafeyini  nəzərdə  tutur. 

 b)  fərqlilik    bərabərliyi  –şəxsi    və    ümumu    maraqların    birləşməsini  

nəzərdə  tutur 

 c) fərqlilik  azadlığı –müstəqil  qərarların  mümkünlüyünü  nəzərdə  tutur 

 d) ədalətlilik  azadlığı –hər  bir  ayrı  fərdin  mənafeyinin  mümkünlüyünü  

nəzərdə  tutur.   

Digər    baxışlara,  dəyərlərə,  vərdişlərə    dözümlülük    müasir  dövrün 

beynəlxalq  əhvali-ruhiyyəsinə    çevrilməli,  tolerantlıq    böyük    çoxmillətli  

dövlətlər  üçün siyasi həyat tərzi daşımalıdır. 

Mədəniyyətlərin  kəsişməsindən  vüsət  alan  pozitivizm  tolerantlığın  

digərlərinə    məhəbbətlə  yanaşı,  özünə    yüksək  inamla  da  yanaşmanın 

metodologiyasını tələb edir.  Bu hər  hansı  bir  cəmiyyətin  hüquqi  şüur  

səviyyəsi,  milli    mədəniyyətin    əsl    gücü    və    yaxud    zəifliyi    məhz    bu  

keyfiyyətin  təzahürü  nəticəsində  özünü  göstərir. Hər bir ölkənin dünyada 

baş 


verən, 

cümlədən 



qloballaşma 

proseslərinə 

qoşulmasının 

özünəməxsusluğu  mövcuddur.  Müasir  dünya  dəyərləri  sistemi  qloballaşır, 

ölkələr  inteqrasiyaya  doğru  gedir,  sosial  və  siyasi  proseslər  belə  desək 

ümumiləşir.  Azərbaycan  belə  dünya  reallığına  istiqamətlənmiş  praqmatik 

mədəni  tərəqqi  kursunu  əsas  götürərək  son  on  ildə  humanizmi  və  sülhü 

mədəniyyətlərin  həll  etməli  olduğu  beynəlxalq  proqrama  çevirə  bilmişdir. 

təklif  edir  (9).  Bu  tezislər  həm  də  dünyanı  pozitiv  inteqrasiyaya    yeni 

çağrşlardır. 

Azərbaycan dövləti XX əsrdə ikinci dəfə məhz belə bir dövrdə öz müstəqil 

siyasətini  qurmuşdur.  Ümummilli  lider  Heydər  Əliyevin  dediyi  kimi: 

―Azərbaycanın  böyük  elmi  yaranmış,  Respublikamızın  milli  mədəniyyəti 

yüksək  səviyyələrə  qalxmışdır.  Azərbaycan  öz  mədəniyyəti,  elmi,  yüksək 

təhsili  ilə  böyük  bəşəri  keyfiyyətlərini  bütün  dünyaya  nümayiş  etdirə 

bilmişdir» (1 s.71-72). 

Hər  bir  ölkənin  dünyada  baş  verən,  o  cümlədən  qloballaşma  proseslərinə 

qoşulmasının  özünəməxsusluğu  mövcuddur  ki,  bu  amildə  də  ölkə 



813 

 

rəhbərinin  siyasi  kursunun  mühüm  əhəmiyyəti  vardır.  Yəni,  dünya  sistemi 



qloballaşır, ölkələr inteqrasiyaya doğru gedir, sosial və siyasi proseslər belə 

desək ümumiləşir.  

Müasir  qloballaşama  şəraitində  cəmiyyətdə  gedən  bütün  islahatlar  sosio-

mədəni  prosesləri  əhatə  edən  uzunmüddətli  perspektiv  kimi,  obyektiv 

şəkildə insanların  həyat tərzinə  də  əsaslı təsir  göstərir.  İkinci  tərəfdən  isə, 

bu  çoxcəhətli  islahatlar  təbəqələşmə  prosesini  sürətləndirir.  Müasir  sosio-

mədəni  hadisələrin,  tarixi  müasir  inkişaf  paradiqmalarının  dinamikasının 

tədqiq edilməsi cəmiyyətin yenidən təşkilində və idarə olunmasında müasir  

proseslərin öyrənilməsi zərurətini  daha da aktuallaşdırır. Siyasi mədəniyyət 

heç də mücərrəd bir proses kimi məkan və zamandan açılı olaraq formalaşmır. 

Sosial  reallıq,  cəmiyyətdəki  və  şəxsiyyətlər  arasındakı  münasibətlər,  mənəvi 

və  əxlaqi  dəyərlər  sistemi,  ictimai  rəy  və  ənənələr  siyasi  mədəniyyətin 

formalaşmasına  təsir  göstərir.  Müasir  siyasi  mədəniyyət  mədəni  siyasət 

ideyalarının  həm  də  beynəlxalq  aləmdə  qəbul  etdirilməsi  formasıdır.  Siyasi 

mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə 

də  onların  sosial  sistemin  başqa  ünsürləri  ilə  əlaqələrini  normalar,  sərvətlər, 

ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyət bir tərəfdən siyasi sistemin 

legitimliyini və səmərəli işini təmin edirsə, digər tərəfdən o, siyasətçilərin və 

onların  təmsil  etdikləri  qüvvələrin  ―oyun  qaydalarından‖  tutmuş  geniş  xalq 

kütlələrinin  siyasi  proseslərə  münasibətinədək  olan  səviyyəni  bildirir.  Siyasi 

mədəniyyət cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biridir. Onu 

ümumi  mədəniyyətdən  ayırmaq  müəyyən  mənada  şərtidir,  çünki  mənəvi 

mədəniyyətin  hüquqi,  əxlaqi,  estetik  və  s.  sahələri  bu  və  ya  digər  formada 

siyasi mədəniyyətə daxildir. 

Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin 

həyat  normasına  çevrilməsinə  geniş  imkan  yaradılması  və  digəri  aşkarlığın 

genişlənməsidir. Azərbaycanda siyasi mədəniyyət plyuralizmin geniş spektrini 

əhatə  edərək  bu  gün  mədəniyyətlərin  dialoq  axtarışları  özündə  ehtiva  edir. 

Məhz  bu  kontekstdən  də:  «Azərbaycan  –  yeni  zəmanənin  tələblərinə 

etinasızlıq  göstərə  bilməz,  hər  bir  dövlətin,  millətin,  etnosun  və  hətta 

şəxsiyyətin  mənafelərinə  toxunan  proseslərdən  kənarda  qala  bilməz. 

Gələcəyin  qlobal  cəmiyyətində  layiqli  yer  tutmaq  üçün  bütün  xalq,  ilk 

növbədə, siyasi, iqtisadi və elmi elitamız böyük səy göstərməlidir»(4 s.) 

Müasir  fəlsəfi  araşdırmalar  kontekstində  sosio-mədəni    paradiqmaların 

nəzəri cəhətdən təhlilində görürük ki, nəinki sosial fəlsəfə elmində, həm də 

ictimai  həyatda,  praktikada  problemlərin  öz  əməli  həllində,  tətbiqində 

müəyyən  boşluqlar  vardır(8  s.84).    Hazırda  həm  də    qloballaşmanın 

postmodern  düşüncə  dövrü  yaşayırıq,    onu  həm  də  informasiya  dövrü 

adlandırırlar, buna görə də ictimai məsuliyyətin də rolu, imkanları artır ki 


814 

 

bu da milli dövlətçilik maraqlarımızın yalnız korparativ əsaslarla deyil, ailə 



institutu  çərçivəsində  müdafiəsinə  köklənməlidir.  Cəmiyyətdə  baş  verən 

sosio-mədəni  paradiqmaların    bu  baxımdan  qlobal  və  innovasion 

problemlərinə  aid  olan  və  yeni  ideyaların  tətbiq  olunmasının  araşdırılması 

da  zəruri  əhəmiyyətə  malikdir  və  bu  mərhələnin  də  həlli  imknalrı 

fənlərarası yanaşma metodları ilə sürətləndirilə bilər. 

Azərbaycan və dunya ölkələri arasında mədəni əlaqələrin həm tarixi həm də 

müasir  əlaqə  körpüsü  vardır.  Bu  əlaqələr  çərçivəsində  mədəniyyətlərin 

dialoqunun axtarışı həm də mühüm geosiyası əhəmiyyət daşıyır.  

Burada  əsas  məsələ,  belə  demək  olarsa,  paradoksal  cəhət  ondadır  ki, 

bəşəriyyətin  tarixi  inkişafının  qanunvericiliyi  və  məntiqi  davamı  olan 

inteqrasiya  prosesləri  dünya  düzəninin  köklü  dəyişikliklərə  uğradığı  sistemli 

transformasiyalar 

mərhələsində 

baş 


verən 

hadisələrlə, 

ziddiyyətli 

münasibətlərlə müşayiət olunur.  

Tarixi  proses  boyu  mövcud  olan  sivilizasiyaların  yanaşı  yaşaması,milli  və 

dini-konfensiyaların  qonşu,  insanların  həyat  normalarının  və  dünya 

duyumlarının  birgə  formalaşdığı  prosesdir.  XX  əsrin  ikinci  yarısından 

başlayaraq  ―Roma  klubu‖nda  birləşən  alimlərin  bəşəriyyəti  böyük  sürətlə  öz 

inkarının  məhvinə  doğru  getməsi  haqqında  mülahizələri  bəşəriyyətin  qlobal 

probleminə diqqəti artırdı. Bu proseslər özlüyündə qlobal problemlərin axtarış-

ları  yolunda  ciddi  çağırışlar  idi.  Azərbaycanda  minilliklər  boyu  dinc  yanaşı 

yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək 

qorumuş, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə 

çox  mühüm  çalar  –  dövlət  siyasəti  əlavə  olunmuşdur  ki,    bu  da 

respublikamızda  multikultural  mühitin  uğurlu  perspektivlərini  təmin  edir. 

Lakin  Qərb  dünyasında  təqdim  olunan  multikulturalizm  həmin  ölkələrə 

sığınmış qaçqın və ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, 

sadəcə dözümlü münasibətdən ibarətdir(5.46). Dözümlülük özlüyündə fiziki 

hadisə  deyil,  tam  mənasında  mənəvi    proses        olaraq    özündə  kompleks 

mədəni təsirləri birləşdirir.  

Artıq dünya birliyi haqlı olaraq dialoqun fəlsəfəsini  bəşəriyyətə daha zəngin və 

güclü  dəstək  olacaq  mədəniyyətlərdə  axtarırlar.  Bunu  da  qeyd  etməliyik  ki, 

mədəni  siyasətin  həyata  keçirilməsinin  modernləşmə  axtarışları    həmin 

prinsiplərə söykənir. 

 

 



Ədəbiyyat

1.Əliyev H.Ə. Мüctəqillik yolu: seçilmiş fikirlər Б; Azərbaycan Universiteti 1997. 

136 s.  

2.Əlizadə  A.  A.  ―Dəqiq  ideoloji  məqsəd  ―–  Multikulturalizm.  Ədəbi-bədii,elmi 



815 

 

publisistik jurnal №1, 2016 -232 Səh.  



3.Mehdiyev  R.Ə.    ―Azərbaycançılıq  –  milli  ideologiyanın  kamil  nümunəsi‖. 

Multikulturalizm. ədəbi-bədii, elmi-publisistik jurnal,  №1, 2016- 232 Səh. 

4. Mehdiyev R.Ə.  Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı, –     Yeni    

Nəşrlər Evi. 2005, 464 с. 

5.Qurbanlı  M.Q.    ―Azərbaycan  multikulturalizm  modeli  dünya  səviyyəsində  ən 

mükəmməl  örnək  kimi  qəbul  olunur‖.  Multikulturalizm.  Ədəbi-bədii,elmi 

publisistik jurnal №1, 2016 -232 Səh.  

6.

 Chesterton K.G.The Man Who Was Thursday, 1908.



 

7. ``Azərbaycan``qəzeti  03  oktyabr  2014-cü  il  N 142 (2587) 

8.Ibrahimov H. Q.,Məmmədov Ş.A. Müasir İctimai Həyat Paradiqmalrı  B, ―Nafta-

Press‖  2015 125 səh. 

9. http://www.azadinform.az/news/a-113398.html 

 

 



Elmira Təhməzova 

 

AZƏRBAYCAN MĠLLĠ FƏLSƏFƏSĠNDƏ DƏYƏRLƏR PROBLEMĠ 

 

Fəlsəfə yarandığı gündən ona müxtəlif təriflər verilmişdir. Fəlsəfə məhz ən 

ümumi  biliklər  əsasında,  ən  ümumi  qanunların  dərki  sayəsində  dünyanın 

ümumiləşmiş mənzərəsini göstərir.  

Hansı məkanda yaranmasından, hansı xalqı, milləti təmsil etməsindən asılı 

olmayaraq  filosoflar  dünyanı  bir  insan  meyarı  ilə,  ümumbəşəri  dəyərlər 

mövqeyindən dərk etməyə çalışır və insan-dünya münasibətlərinin müxtəlif 

konsepsiyalarını  hazırlayırlar.  Məsələn,  Platon  dövlət  haqqında  yazarkən 

konkret milli reallıqdan deyil, ümumiyyətlə insanlar arasındakı münasibətin 

tənzimlənməsindən  danışır.  Platonda  insanlar  arasındakı  fərq  milli  deyil, 

olsa-olsa  sosial  səciyyə  daşıyır.  Aristoteldə  isə  dövlət  anlamı  milliliyin 

nəzərə  alınması  baxımından  bir  qədər  konkretdir  bununla  belə  mücərrəd 

insan-dövlət münasibətləri üstünlük təşkil edir.  

Milli  fəlsəfəyə  gəldikdə  isə  millətin,  vətənin  elmi-fəlsəfi  özünüdərk 

konsepsiyası  bütün  fərdlər  deyil,  milli  intelektin  səfərbər  olunması 

sayəsində,  milli  filosoflar,  ictimai-siyasi  liderlər  tərəfindən  işlənib 

hazırlanmalı  və  geniş  kütlələrin  sərəncamına  verilməlidir.  Lakin  elmi-

kütləvi,  fəlsəfi-publisistik,  poetik  dildə,  bədii  obrazlar  vasitəsilə, 

ədəbiyyatın, kütləvi informasiya vasitələrinin bütün mümkün imkanları ilə 

istifadə insanlara çatdırılmalıdır.  

Milli  ideologiyaya  söykənməyən,  kortəbii  fəaliyyətlət,  millətçilik 

hisslərindən  doğsa  da  son  nəticədə  o  xalqa  ziyan  gətirə  bilər.  Deyilənlər 

bədii  ədəbiyyat  və  başqa  sahələrə, habelə  kütləvi  informasiya  vasitələrinin 


816 

 

fəaliyyətinə də aiddir.  



Milli  ideologiyanın  da  əsasında  milli  fəlsəfi  fikir  dayanır.  Milli  dövlət 

maddi  sərvətlərin  deyil,  həm  də  milli-mənəvi  dəyərlərin  qorunmasına 

xidmət  edir.  Bu  zaman  milli  ruh  həyat  tərzinə  çevrilir.  Dövlətçilik 

ideologiyası  da,  milli  ideologiya  da  eyni  bir  təməl  üzərində  -  milli  fəlsəfi 

fikir zəminində formalaşır.  

Milli  mədəniyyətin  tərəqqisi,  xalqın  maariflənməsi,  ədəbi-bədii  və  fəlsəfi 

təfəkkürün  inkişaf  etdirilməsi  sahəsində  böyük  xidmətlər  göstərən 

ziyalılarımız  bu  gün  də  cari  problemlərin  mənfi  cazibəsinə  düşmədən, 

bəşəri  və  milli-mənəvi  dəyərlərimizi  tədqiq  və  təbliğ  etməklə  ümummilli 

tərəqqiyə xidmət edirlər.  

Etnik-milli  təfəkkürdən  milli  dövlətçilik  şüuruna  gedən  yol  milli  və 

ümumbəşərinin  sintezindən  keçir.  ―Milli‖  anlayışı  iki  məzmun  yükünə 

malikdir.  Birincisi,  hər  bir  millət  üçün  spesifik  olan,  onu  fərqləndirən 

xüsusiyyətləri,  ikincisi,  fərqli  cəhətlərlə  ümumi  cəhətlərin  vəhdətini  təşkil 

edir.  

İnsan müəyyən bir millətə mənsub olmazdan əvvəl insandır. Milliyyətindən 



asılı  olmadan  bütün  insanlar  üçün  ümumi,  zəruri  olan  cəhətlər  vardır. 

―Etnik-milli‖  anlamı  müxtəlif  qrupların  insanlarını  fərqləndirən  cəhətlərin 

əhatə  etdiyinə  görə  geniş  deyil.  ―Milli‖  anlamı  isə  hər  bir  insana  məxsus 

zəruri şərtləri əhatə etdiyindən və daha zəngindir.  

İnsanı  səciyyələndirən  keyfiyyətlərdən  çoxu,  onun  maddi  ehtiyacları, 

intellekti,  bilik  və  vərdişləri  ümümbəşəri  səciyyə  daşıyır.  Əsrlər  boyu 

əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki 

sərvətlər bütün insanlar üçündür.Lakin bu və ya digər millətə mənsub olan 

adamlar  müəyyən  dildə  danışır,  müəyyən  adət-ənənələri  qoruyub 

saxlayırlar. Bunlar etnik-milli xüsusiyyətlərə aiddir.  

Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik 

normaları  yaranır  və  onlar  hətta  ―etnik‖  birliklərə  nisbətən  daha  dayanıqlı 

ola bilirlər. 

Belə  ki,  ―milli‖  anlayışının  da  yenidən  dəyərləndirilməsinə,  onun 

məzmununa daxil olan yeni məna çalarlarına xüsusi diqqət yetirilməlidir.  

Milli  fəlsəfi  fikir  dünyanın  bir  insanla  münasibətini,  bir  insanın  dünyaya 

şəxsi,  fərdi  münasibətini  əks  etdirməkdən  fərqli  olaraq  milli Mənlə  dünya 

arasındakı münasibəti ifadə edir.  

Əlbəttə,  əsl  böyük  fəlsəfə  fərdi  Mənlə  dünya  arasındakı  münasibəti  əks 

etdirir. Fərdi Mən ümumbəşəri  milli Mənləri etiva etmək imkanına malik 

olduğundan,  daha  zəngindir.  Lakin  fərdi  Mən    heç  də  həmişə  özünü  dərk 

edə  bilmir.  Ayrı-ayrı  fərdlərin  özünüdərk  yolu  milli  və  ümumbəşəri 

özünüdərklərin ancaq müəyyən elementlərini etiva edir. Bu baxımdan, fərdi 


817 

 

şüur  daha  zəngin  olsa  da,  daha  çox  qeyri-müəyyəndir.  Ümumbəşəri  şüur, 



ümumbəşəri  özünüdərk  əsrlər  boyu  insanların  dünyaya  münasibətinin 

rasionallaşmış  ifadəsidir.  Burada  duyğudan,  emosiyadan  (xatirədən, 

nisgildən  və  s.)  daha  çox  geniş  biliklər  əhatə  olunur.  Lakin  insanın  dünya 

haqqındakı bilikləri müxtəlif pillələrdə təzahür edir.  

Hər bir fərdin öz dünyası olduğu kimi öz fəlsəfəsi də var. Müxtəlif fərdlərin 

fəlsəfəsini  yığıb,  vahid  ortaq  məxrəcə  gətirmək  mümkün  deyil.  Daha 

doğrusu, fəlsəfənin özünəməxsus toplanma qaydaları vardır.  

Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, 

milləti təmsil etmək səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan filosofların 

fəlsəfi konsepsiyalarından, bu konsepsiyaların şəbəkəsindən ibarət olur.  

Milli-fəlsəfi fikir milli ruhun özünün mövcudluğudur. Elə xalqlar vardır ki, 

onların nümayəndələri fəlsəfi traktatlar yazır, lakin onları səciyyələndirən, 

özəlləşdirən, fərqləndirən ruh yoxdur.  

Bu  böyük  dünyada,  böyük  xalqların  yaşadığı  dünyada,  böyük  tarixlər 

yaradan  və  böyük  nəzəriyyələr  yaradan  xalqlarla  birgə  yaşayıb  onlara 

qatılmamaq, fərqli qalmaq asan məsələ deyildir. ―Olduqca çətin bir problem 

ortaya çıxdı. Necə etmək lazımdır ki, öz dinini, milliyyətini itirmədən Qərb 

sivilizasiyasını qəbul edək‖ (3, s.79) – deyə professor Y.Rüstəmov yazırdı. 

Bəli,  qloballaşma  şəraitində  milli-mənəvi  dəyərlərimiz  həqiqətən  böyük 

təhlükələrlə  üzləşir  və  milli-fəlsəfi  fikrə  istinad  etmədən,  milli 

ideologiyanın formalaşmasını təmin etmədən və milli-sosial özünü qoruma 

şüuru  formalaşdırmadan  bu  təhlükədən  xilas  olmaq  çox  çətindir.  Buna 

möhkəm iradə lazımdır.  

İnsanların  mənəviyyatı,  əxlaqi  normaları  və  baxışları  ilə  bağlı  olan  milli 

mənəvi  dəyərlərin  yaradıcısı  xalqdır.  Hər  bir  xalq  milli  mənəvi  dəyərlər 

sisteminə  malikdir.  Bu  milli-mənəvi  dəyərlər  tariximiz,  dilimiz,  dinimiz, 

adət-ənənələrimiz, 

mədəniyyətimiz, 

ədəbiyyat  və  incəsənətimizdir. 

―Mənəvi  dəyərlər‖  insanı  cəmiyyətdə  fotmalaşdıran,  inkişafa  kömək  edən 

davranış  qaydalarıdır.  Bu  qaydalar  dünya  sivilizasiyanının  təməli 

qoyulandan başlamışdır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə 

tanınan  Azərbaycan  xalqı  yaşatdığı  və  təbliğ  etdiyi  bəşəri  ideyaları,  adət-

ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutut. Uzun illər aparılan 

tədqiqatlar  zamanı  aydın  olmuşdur  ki,  qədim  köklərə  malik  Azərbaycan 

əsrlər  boyu  maddi  və  mənəvi  xəzinəsini  qoruyub  saxlaya  bilmişdir. 

Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, 

o vaxtdan bəri çox az dəyişmişdir. Bu dəyərləri ―Dədə Qorqud‖ (XI əsr) və 

―Koroğlu‖ (XVI əsr) kimi türk dastanlarında görmək olar. Qədim dövrlərdə 

―Dədə  Qorqud‖,  ―Manas‖,  ―Koroğlu‖  dastanları,  xalqımıza  mənsub  olan 

dahi  şairlərimiz,  yazıçılarımız  –  Nizami,  Füzuli,  Nəsimi  və  digərləri 


818 

 

tariximizi,  mənəvi  dəyərlərimizi  əks  etdirən,  bizi  dünyada  tanıdan  ölməz 



əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus 

milli-mənəvi  dəyərlər  o  cümlədən,  ümumbəşəri  dəyərlər  əsasında  tərbiyə 

etmiş,  onda  vətənpərvərlik,  Vətənə  məhəbbət  hisslərini  daim 

gücləndirmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr 

yaşayaraq  əsrimizə,  yeni  yüzilliyə  qədər  gəlib  çatmışdır.  Xalqın  toy-büsat 

mərasimi,  bayram  adət-ənənələri,  Novruz  mərasimləri,  yas  mərasimləri, 

İslam dininin təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən 

dəyərləri  onun  milli-mənəvi  dəyərlərini  özündə  yaşadır.  Bütün  bunların 

kontekstində  Azərbaycan  vətəndaşının  varlığı  göstərilir.  Müasir  insanın 

formalaşması  və  özünü  təsdiqi,  məhz  milli-mənəvi  dəyərlərin  aşılanması 

prosesi  ilə  bağlıdır.  Azərbaycan  xalqı  azad  və  suveren  dövlət  quraraq 

mədəni  iqtisadi  islahatlar  aparmaqla  öz  milli-əxlaqi  dəyərlərinə,  tarixinə 

qayıdır,  demokratik  ölkələrin  təcrübələrindən  istifadə  edir.  Milli-mənəvi 

dəyərlərin  təbliği  məqsədilə  kitabxanalarda  həyata  keçirilən  kütləvi  tədbir 

formaları,  milli-mənəvi  dəyərlərin  mühafizəsi  və  gələcək  nəsillərə 

ötürülməsində  əhəmiyyət  kəsb  edən  beynəlxalq  hüquqi  sənədlər  bu 

cəhətdən  çox  önəmlidir.  Milli-mənəvi  dəyərlər  və  Azərbaycançılıq  –  bu 

sözlər  hər  bir  Azərbaycan  vətəndaşı  üçün  döğma,  əziz  və  müqəddəsdir. 

Xalqımız,  millətimiz  keçmişin  bütün  buxovlarından  azad  olduqdan  sonra 

əlindən alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına 

yeni zəmin yarandı. Müsair tariximizin səhifələrində yer almış milli oyanış 

dövründə  millətin  həmin  dəyərlər  uğrunda  canından  belə  keçməyə  hazır 

olması,  xalqımızın  milli  dəyərlərə  sadiqliyinin  nümunəsidir.  1969-cu  il 

iyulun  14-də  Azərbaycanda  siyasi  hakimiyyətə  gələn  ümummilli  lider 

Heydər  Əliyev  ilk  gündən  hər  cür  ideoloji-siyasi  səddə  sinə  gərərək 

Azərbaycan  xalqının  milli  özünüdərki  üçün  bütün  zəruri  tədbirləri  həyata 

keçirməyə  başlamış,  ictimai  şüurdakı  qorxunu,  ehtiyatlılığı  aradan 

qaldırmağı,  cəmiyyəti  bütün  sahələr  üzrə  gələcək  mənəvi  yüksəlişə 

gücləndirmək,  onu  öz  şanlı  keçmişinə,  soy-kökünə  qaytarmaq,  habelə 

zəngin  bədii irsini,  mədəniyyətini, incəsənətini,  adət-ənənələrini  yaşatmaq, 

ana  dilini  inkişaf  etdirmək  üçün  bir  sıra  tədbirlər  həyata  keçirmişdir.  O, 

Azərbaycan  xalqının  milli-mənəvi  irsini  ehtiva  edən  ideyanın  – 

Azərbaycançılığın  təşəkkül  və  inkişafına  müstəsna  diqqət  vermişdir. 

Liderin 


milli 

ideologiyanın 

ən 

mühüm 


istiqamətlərindən 

və 


komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də 

mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev cənabları onu üç 

tərkib hissəyə ayırırdı: dil, din, adət-ənənə. Heydər Əliyev cənabları milli-

mənəvi  dəyərlərimizin  öyrənilməsini,  qorunub  saxlanmasını  və  inkişaf 

etdirilməsini  əsas  vəzifələrdən  biri  kimi  irəli  sürürdü.  Bunlarsız  millət 


819 

 

yoxdur. Bunları qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, 



müstəqilliyini  qorumaq  əzmindədir.  ―...Hər  bir  azərbaycanlı  öz  milli 

mənsubiyyətinə  görə  qürur  hissi  keçirməlidir  və  biz  Azərbaycançılığı  – 

Azərbaycan  dilini,  mədəniyyətini,  milli-mənəvi  dəyərlərini,  adət-

ənənələrini  yaşatmalıyıq‖  deyən  Heydər  Əliyev  ―Əlimi  Qurani-Şərifə 

basaraq  and  içirəm  ki,  Azərbaycan  xalqının  milli  və  mənəvi  ənənələrinə 

daim  sadiq  olacaq  və  bu  ənənələrin  müstəqil  dövlətimizdə  bərqərar 

olmasını, yaşamasını və inkişaf etməsini təmin edəcəyəm‖ (1, s. 30).O, eyni 

zamanda 


Azərbaycançılığı 

milli 


ideologiya 

kimi 


irəli 

sürür, 


mədəniyyətimizi,  mənəvi  dəyərləri  təkcə  milli  varlığımızın  yox,  həm  də 

siyasi  varlığımızın  –  dövlət  quruculuğu  prosesinin  mühüm  atributu  kimi 

dəyərləndirirdi.  Mənsub  olduğu  xalqın  tarixi  keçmişinə,  mədəni  irsinə  və 

mənəvi  dəyərlər  sisteminə  sönməz  məhəbbət  duyğularıyla  yanaşmışdır. 

Milli dövlətçilik və milli-mənəvi dəyərlər vəhdətdədir.  

Professor  Ə.Abbasov  dövlətçilikdə  milli  ideologiyanın  rolundan  yazarkən 

qeyd edir ki: ―Kamil milli ideologiyanın da başlıca vəzifəsi ondan ibarətdir 

ki,  insan,  cəmiyyət  və  millət  durumunda  azadlıq  məfhumunu  mədəniyyət 

atributuna  çevirməkdə  yardımçı  olsun,  birgəyaşayışın  əxlaq  qaydalarının 

zəruriliyini  və  mahiyyətini  aşılasın.  Birləşdirici  simvol  –  fenomenlərə, 

dəyərlərə  (hüquqi  dövlətə,  demokratiyaya,  milliliyə,  azərbaycançılığa, 

doğma  yurda,  Vətənə,  Torpağa,  Dilə  və  Dinə,  mədəni-mənəvi  irsə  və  s.) 

güclü motivasiya fərdi və ümumi istək, sevgi formalaşdırsın, böyük və çətin 

başa  gələn  məqsədlərə  çatmaqda,  taleyüklü  problemlərin  həllində  dayaq 

olsun‖ (4, s.192). 

Yalnız  milli  kimliyi  bəlli  olan  və  özünü  bir  millət  kimi  dərk  edən  xalqın 

bitkin  inkişaf  konsepsiyası  ola  bilər.  ―Mən  fəxr  edirəm  ki, 

azərbaycanlıyam‖  –  deyən  Ulu  öndər  bütün  həyatı  boyu  mənəvi-əxlaqi  və 

dini  dəyərlərimizin,  adət-ənənələrimizin  keşiyində  durdu.  Hələ  keçmiş 

sovetlər  dönəmində  tariximizin  qədimliyi  və  zənginliyinin  mühüm 

göstəricisi  olan  tarixi  abidə  və  eksponatların  qorunub  saxlanılması  və 

gələcək  nəsillərə  ötürülməsi  məqsədilə  Azərbaycanın  bütün  bölgələrində 

tarix-diyarşünaslıq  muzeylərinin  yaradılması  haqqında  sərəncam  imzaladı. 

Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, 

milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. 

O,  qadağalara  məruz  qalan,  milli  və  dini  bayramları,  adət  və  mərasimləri 

xalqa  qaytardı.  Türk  mədəniyyəti  və  mənəviyyatının  öyrənilib  təbliğ 

edilməsi,  keçmişdən  gələcəyə  ötürülməsi  yönündə  müstəsna  xidmətlər 

göstərirdi.  1994-cü  ildə  Səudiyyə  Ərəbistanına  rəsmi  səfəri  çərçivəsində 

müqəddəs Kəbəni ziyarət etməsi, Bibiheybət məscid-kompleksinin yenidən 

qurulmasına  xeyir-dua  verməsi  onun  dini-əxlaqi  dəyərlərə  sadiqliyinin, 


820 

 

Allahını və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi. 



Qloballaşan  dünyada  mənəvi  dəyərlərin  böyük  təhlükələrlə  üzləşdiyi 

zamanda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. 

Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 

13-də  verdiyi  ―Milli-mənəvi  dəyərlərin  pozulması  xalqımıza  qarşı 

bağışlanmaz xəyanətdir‖ –bəyanatı və ―Biz öz milli-mənəvi dəyərlərimizlə, 

adət-ənənələrimizlə  fəxr  edirik‖  –  deyən  ümummilli  liderin  ideyaları  bu 

gündə  yaşayır  və  həyata  keçirilir.  Sonra  isə  Azərbaycan  Prezidenti  İlham  

Əliyev  regionda  cərəyan  edən  proseslərin  istiqamətini  müəyyənləşdirən, 

ona  təsir  göstərən  ciddi  fenomenə  çevrilmişdir.  Prezident  İlham  Əliyevin 

konsepsiyasına  görə,  milli  ruhu  qorumağın,  inkişaf  etdirməyin  və  yeni 

nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət 

ancaq  ərazinin,  maddi  sərvətlərin  deyil,  həm  də  milli-mənəvi  dəyərlərin 

qorunmasına  xidmət  edir.  Dövlətçilik  hisslərinə  malik  olmadan  xalq  milli 

dövlətini  inkişaf  etdirə  bilməz.2008-ci  ilin  dekabrında  Bakıda  Avropa 

Şurasına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  konfransı  keçirilmişdir. 

Burada  cənab  İlham  Əliyev  qeyd  etmişdir  ki,  ―...Çox  istərdim  ki,  bu 

konfransın  keçirilməsindən  sonra  konkret  mexanizmlər  işlənilsin,  konkret 

fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də 

digər  şəhərlərdə  ənənəyə  çevrilsin‖.  (2,  s.  5)  bu  gün  Ulu  öndərin  ali 

ideyalarının  gerçəkləşməsində  cənab  İlham  Əliyevlə  birgə  onun  xanımı, 

Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO-nun 

xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  da 

yaxından iştirak edir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik 

irsimizdən  mənimsədiyi  tarixin  hansısa  mərhələsində  unutduğumuz  bu 

ənənələrin  müstəqil  Azərbaycan  dövlətində  yenidən  bərpası  faktı  məhz 

Mehriban  xanım  Əliyevanın  adı  ilə  bağlıdır.  Ölkəmizdə  və  ölkəmizdən 

kənarda  muğamın  yenidən  təbliği  buna  bariz  misaldır.  Məhz  bunun 

sayəsində milli-mənəvi dəyərimiz olan muğamımız sevilir və yaşayır.  



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin