Etnik göstərici
Filosofların adları
Böyük Albert (XIII əsr -dominikan), M. Ekhart
(XIII əsr - dominikan), M. Lüter, X. Tomazius, İ.
888
1. Alman mənĢəli
filosoflar
Kant, İ. Fixte, F. Şellinq, Q. Hegel, L. Feyerbax,
Bruno Bauer, Maks Ştirner, A. Şopenqauer, V.
Vindelband, V. Diltey, M. Veber (anası fransız),
Q. Rikkert, K. Yaspers, O. Şpenqler, Y. Habermas,
M. Haydeqqer, F. Brentano (alman-italyan), K.
Ştumpf.
Qeyri-alman
mənşəli
alman
filosofları
(Yəhudi mənşəlilər): K. Marks, L. Vitqenşteyn, Q.
Zimmel, T. Adorno, E. Fromm, Q. Markuze, E.
Qusserl, M. Xorkxaqmer, Z. Freyd.
Q. Leybnis (atası serb, anası alman), F. Nitşe
(polyak)
2. Ġngilis mənĢəli
filosoflar
Alkuin, Rocer Bekon, Uilyam Okkam, Tomas
Mor, Frensis Bekon, Con Lokk, Entoni Şeftsberi,
Ceremi Bentam, Tomas Qobbs, Çarlz Darvin,
Herbert Spenser, Tomas Qrin, Frensis Bredli, Corc
Mur, Bertran Rassel
Qeyri-ingilis
mənşəli
ingilis
filosofları
İoann Skot Eriuqen, Corc Berkli (irland),
İoann Duns Skot, İsaak Nyuton, Devid Yum, Con
Stüart Mill, Adam Smit (şotland)
Kenterberli Anselm (italyan), Devid Rikardo
(yəhudi-sefard), Alfred Ayer (yəhudi)
3.
Fransız
mənĢəli filosoflar
Pyer Abelyar, Monten, Rene Dekart, Qassendi,
Nikola Malbranş, Blez Paskal, Volter, Deni Didro,
Etyen Kondilyak, Jülyen Lametri, Şarl Monteskye,
Oqüst Kont, Sen-Simon, Şarl Furye, Pyer Prudon,
Jan Pol Sartr, Alber Kamyu, Merlo-Ponti, Qabriel
Marsel, Rolan Bart, Mişel Fuko, Jil Delez, Fransua
Liotar, Jan Bodriyar, Alen Badyu, Teyar de
Şarden, Jorj Batay, Qaston Başlyar, Lui Altüsser,
Pyer Burdye, Pyer Qvattari, Jak Lakan
Qeyri-fransız
mənşəli
fransız
filosofları
(Yəhudi mənşəlilər): Emil Dürkqeym, Derrida,
Anri Berqson, Levi-Stross, Jak Derrida, Jak
Mariten, Aleksandr Koyre.
Qolbax (alman), Jak Russo (isveç).
4. Italyan mənĢəli
filosoflar
Mark Siseron, Lukresiya Kar, Seneka, Mezoniy
Ruf, Mark Avreliy, Akvinli Foma, Mediçilər ailəsi,
Dante, Marsilio Fiçino, Cordano Bruno, Nikkolo
Makiavelli, Cambatista Viko, Antonio Cenavezi,
Qaliley, Melxior Coiya, Paskantonio Labriolauale
Qaluppi, Antonio Rosmini-Serbati, Vinçenso
889
Coberti, Trensio Mamiani, Luici Ferri, Avqusto
Vera, Bertrando Spaventa, Covanni Centile,
Benedetto Kroçe, Abbanyano, Canni Vattimo.
Qeyri-italyan
mənşəli
italyan
filosofları
Antonio Qramşi (alban).
Qərbi Avropa filosoflarının etnik mənşələri barədə məlumatlar tam şəkildə
araşdırılmamışdır. Lakin, əldə olan məlumatların bir çoxu, onların etnik və
milli kimliklərini bir-birindən ayırmağa imkan verir (cədvəl 1). Onu da
nəzərə almaq lazımdır ki, alman, fransız, ingilis milli kimliyində və onların
etnogenezisində bir çox xalqların nümayəndələri iştirak etmişdir (keltlər,
normanlar, hunlar, romalılar və s). Etnosları sosial konstruksiya materialları
kimi dəyərləndirən konstruktivizmə görə bunun heç bir əhəmiyyəti yoxdur.
Lakin, primordialist yanaşmaya görə, bu məsələ əhəmiyyətlidir. Çünki
müxtəlif tarixi sosial konstruksiyaların formalaşmasında iştirak edən
etnoslar, sadəcə bir inşaat materialı kimi deyil, öz sosial-mədəni matrisası
olan substansiyalar kimi daxil olurlar. Düşünürəm, hər iki yanaşmada
ifratçılıq vardır. Çünki matrisalarını itirən sosial substansiyalar, yəni,
assimlyasiyaya məruz qalan etnoslar da bir gerçəklikdir.
Nəticə. Yeni Dövr, qlobal tarixi rekonstruksiya idi. O, XVII-XVIII əsrdə
yeni milli dövlətlərin meydana çıxması ilə öz siyasi-hüquqi varlığını təsdiq
etdi. Bununla, orta əsrlərdən başlayaraq Avropada katolik kilsənin
ehkamları əsasında formalaşan tradisionalist paradiqma məğlub oldu və
onu, Yeni Dövrün liberal paradiqması əvəz etdi. Lakin, bu proses, öz
başlanğıcını önreformasiya (XII-XV) və reformasiya (XVI-XVII)
hərəkatlarından alırdı. 500 ildən çox davam edən bu kəşməkeşli proses
dəhşətli fəlakətlərə səbəb oldu.
Bu mübarizə, katolik kilsənin hakimiyyətindən və onun hegemoniyasından
narazı olan qüvvələrə lazım idi. Bu qüvvələr arasında kilsənin
müflisləşdirdiyi, aldatdığı, zülm etdiyi sadə insanlar, kilsə tərəfindən siyasi-
iqtisadi maraqları məhdudlaşdırılan kral, knyaz və zadəganlar, kilsə
tərəfindən təqib olunan fərqli fikir adamları, dini təriqətlər, ideoloji
cərəyanlar və yəhudi icmaları var idi. Onlar, düşmənləri üzərində qələbə
qazanmaq üçün, bir araya gəlmək, təşkilatlanmaq və ümumi konsepsiyadan
çıxış etmək məcburiyyətində olmuşlar. Müxtəlif xarakterli insan və qrupları
bir araya gətirmək üçün, gizli və mürəkkəb strukturların yaradılmasına
ehtiyac var idi. Belə strukturlar mason təşkilatları şəklində meydana
çıxmışlar. Buna görə də, təsadüfi deyildir ki, Yeni Dövrün, reformasiya və
önreformasiya hərəkatlarının, humanizmin görkəmli liderləri, filosofları,
890
siyasi xadimləri arasında mason təşkilatlarının üzvləri çox olmuşdur. Yeni
Dövrün paradiqması ilə mason təşkilatlarının konsepsiyalarının üst-üstə
düşməsi də buradan irəli gəlirdi.
Milli dövlətlər, katolik kilsənin təzyiqi və təsiri altında olan imperiyaların
parçalanması və müstəqillik əldə etməsi nəticəsində meydana çıxa bilərdi.
İmperiyaların parçalanması üçün, sadə xalqların, kəndlilərin ayağa
qaldırılması, silahlandırılması və idarə olunması lazım idi. Bu proseslər isə,
özbaşına baş verə bilməzdi. Bunun üçün inqilabi ideyalara, maliyyəyə,
təcrübəli, bilikli insanlar və qruplara ehtiyac var idi. Bu inqilabi proseslər,
paralel şəkildə həm təkamül (maarifçilik hərəkatı), həm də üsyan yoluyla
həyata keçirilməli idi. Lakin, şüurlarda inqilab etmək üçün, azadlıq
ideyaları sadə insanların danışdıqları dillərdə və sadə bədii formalarda
təbliğ olunmalı idi. Bu isə, milli şüurun, milli mədəniyyətin formalaşmasına
və onun üzərində milli dövlətçiliyin yaranmasına təkan verirdi. Bu
proseslərin dərinləşməsi, imperiyaların milli dövlətlərə parçalanmasına və
onlardan güc alan katolik kilsəsin zəifləməsinə səbəb olurdu. Nəticədə,
keçmiş imperiyalar ərazisində gücünü itirən katolik kilsənin yerini, ona
qarşı əsas mübarizə mərkəzləri olan mason təşkilatları və digər gizli
təşkilatlar tuturdu. Beləliklə, kilsənin hegemoniyasının yerində gizli
transmilli qrupların gözəgörünməz hegemoniyası qurulurdu.
Ədəbiyyat və qeydlər:
1. История философии: Запад-Россия-Восток (книга четвѐртая. Философия
XXв.). Второе издание. Ред. Н. В. Мотрошилова и А. М. Руткевич. М.:
«Греко-латинский кабинет» Ю.А. Шичалина, 2000. — с.252
2. Маньковская Н. Б. Эстетика постмодернизма. — М.: ИФ РАН — С. 132
3. https://ru.wikipedia.org/wiki/Различия_между_православием_и_католицизм
ом
4. Hospitalyerlər təriqəti Fələstində 1099-cu ildə yaranmışdır. Onlar, Fələstinə
gələn xristian ziyarətçilərin təhlükəsizliyinə və sağlamlıq məsələlərinə baxırdılar.
Onlar, xəstə ziyarətçiləri müalicə etmək üçün, Fələstində tibbi yardım mərkəzi
yaratmışlar. Bu gün işlənən ―hospital‖ sözü də buradan irəli gəlir.
5. Seward D. The monks of war: the military religious orders. — Archon Books,
1972. — 346 p.
6. Robinson, John J. Born in Blood: the Lost Secrets of Freemasonry. - Lanham,
US: Rowman and Littlefield,2009. — Silvercloud, Terry David. The Shape of God:
Secrets, Tales, and Legends of the Dawn Warriors. — Victoria, Canada: Trafford,
2007.
7. Katoliklərlə qusitlərin qarşıdurması bir qədər səngisə də, XVII əsrdən
başlayaraq qusitlərin bir hissəsi lüteranlara, digərləri kalvinistlərə qoşulmuş, radikal
qusitlər isə (taboritlər) öz kimliklərini bu günə qədər qoruya bilmişlər.
891
8. Valdenslər əksər protestantlar kimi, yəhudilərlə normal münasibətdə olmuşlar.
II Dünya müharibəsi zamanı İtaliya valdenslərinin yəhudiləri faşizmdən qorumaları
göstərir ki, orta əsrlərdə də onların yəhudilərlə münasibətləri pozitiv olmuşdur.
9. Katarlar (albiqoylar, yəni Albijuadan olan katarlar) xristian təriqəti, Fransa
(Lanqedok), İtaliya və digər avropa ölkələrində katarlar, Balkan və Bizansda
boqomillər (bolqar din xadimi Pop Boqomil tərəfindən yaradılmış) və onların qolu
olan patarenlər (Bosniya), babunlar (Makedoniya), Kiçik Asiyada pavlikianlar və
digər adlar (manixeylər, messalianlar, evxitlər, publikane və s) altında tanınırlar.
10. Z. M. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
11. https://az.wikipedia.org/wiki/Pavlikanlar_hərəkatı
12. Bizans ərazisində onların paytaxtı Tefriku şəhəri olmuşdur. Bu şəhər indi
Türkiyədə Ərzurum və Sivas arasında olan kiçik Divriqi şəhəridir. Onlar, bu
ərazidən Bizansın digər şəhərlərinə hücum edir, kilsələri dağıdır, dini ayin alətlərini
qərət edir və keşişləri girov götürürdülər. Xilafətdən bəzən himayə alırdılar. Xilafət
onları Bizansa qarşı bir silah kimi istifadə edirdi. Buna görə də, Bizans onları
Avropa istiqamətində uzaqlaşdırmaq qərarına gəlir.
13. Блюм Жан. Ренн-ле-Шато. Вестготы, катары, тамплиеры: секрет еретиков
/ Пер. с фр. А. Ю. Карачинского, И. А. Эгипти. — СПб.: Евразия, 2007. — 256
с.
14. Байджент М., Лей Р., Линкольн Г. Священная загадка. Иисус Христос.
Катары. Священный Грааль. Тамплиеры. Сионская община. Франкмасоны /
Пер. с фр. О. Фадиной. — СПб.: Кронверк-Принт; Норма-Пресс; Ривакс,
1993. — 368 с.
15. https://ru.wikipedia.org/wiki/Реформация_в_Италии
16. Смирин, М. М. Германия в XVI и в начале XVII в.// История средних
веков в двух томах / Под ред. С. Д. Сказкина. — 2-е изд. — — Т. 2. М.:
Высшая школа, 1977.
17. Kinney, Kinney, Arthur; Swain, David W. Tudor England: An
Encyclopedia. — Garland, 2001.
18. https://www.e-
reading.club/chapter.php/82838/22/Kalashnikov%2C_Kugushev_-_
19. Бертран Рассел. История западной философии. Кн. 3. Гл. V.
Контрреформация и Реформация. http://psylib.org.ua/books/rassb01/index.htm
20. https://www.e-
reading.club/chapter.php/82838/22/Kalashnikov%2C_Kugushev_-
_Tretiii_Proekt._Tom_II__Tochka_perehoda_.html
21. https://ru.wikipedia.org/wiki/Плифон
22. https://ru.wikipedia.org/wiki/пантеизм
23. Kordova şəhərinin əhalisi yarım milyon olduğu halda, həmin dövrdə Parisdə
38.000 əhali yaşayırdı. Şəhərdə 700 məscid, 60.000 ev, 70 kitabxana
(kitabxalaların birində 500.000 əlyazma kitab vardı), 900 hamam, küçələrdə
lampalar vardı (İslam ansikplodesi - https://islamansiklopedisi.org.tr/).
24. https://islamansiklopedisi.org.tr/endulus
25. Erol Toy, Cumhuriyet Gazetesi, 30 Temmuz 1979.
892
26. ttps://wg-lj.livejournal.com/621353.html
27. Crabb A. The Strozzi of Florence: widowhood and family solidarity in the
Renaissance. UniversityofMichiganPress; 2000.
28. А. Оноприенко. Мировой кризис 8: расцвет венецианских стратегий в
Голландии. https://historiosophy.ru/predel-razvitiya-kapitalizma-spiral-chetyryox-
venecij/
29. Sefarad yəhudilərinin İngiltərəyə daxil olması üçün, yəhudi ilahiyyatçı-
kabbalist, filosof, Amsterdamda ilk dəfə yəhudi tipoqrafiyasını yaradan (1627)
Menaşe ben İsrail yeni hökumət və İngiltərə puritanlarının liderləri ilə danışıqlar
apardı. Puritan liderlər ona bildirirdilər ki, yəhudilər vəd olunmuş torpaqlarına
qayıtmaq və öz messiyalarını qarşılamaq üçün, xristianlığı qəbul etməlidirlər.
Kromvelin nümayəndəsi Menaşe ben İsrail ilə görüşdü və nəticədə, yəhudilərin
1656-ci illərdə İngiltərəyə qeyri-rəsmi buraxılması qərarı verildi. Sonralar onların
ölkəyə daxil olması üçün heç bir maneə olmadı. Yəhudilərin zəngin və bilikli
olması da, görünür bu qərarlara təsir etmişdir ( Ковард Бэри. Оливер
Кромвель. — Ростов-на-Дону: Феникс, 1997. — С. 234.).
30. Манассе бен-Израиль // Еврейская энциклопедия Брокгауза и Ефрона. —
СПб., 1908—1913.
31. http://www.jewishencyclopedia.com/articles/4089-carvajal-antonio-fernandez
32. Karl Marks da ana tərəfindən məşhur bankir ailəsi olan Koenlərdən olmuşdur.
https://cyberleninka.ru/article/n/dinastii-evreyskih-finansistov-v-londone-v-xvii-xx-
vekah
33. Kolleqiantlar təriqəti, 1610-cu ildə Niderland ilahiyyatçısı Yakob Arminianın
davamçıları tərəfindən qurulmuşdur. Onlar, fatalizmi (ilkin günahabatmanı) təbliğ
edən kalvinistlərə qarşı çıxaraq iradə azadlığı (xeyir və şərin insanın seçimi ilə
olduğu, insanın günahkar doğulmadığı) fikrinə üstünlük vermiş, tolerantlıqları ilə
seçilmiş və buna görə əksər xristian icmaları tərəfindən təqiblərə məruz qalaraq
(Dortrext sinodu) XVIII əsrdə yoxa çıxmışlar (baptistlərə, rivayvellərə,
metodistlərə təsir etmişdir).
34. https://ru.wikipedia.org/wiki/Локк,_Джон
35. Нуреев Р. М. Теоретические основы критики меркантилизма. Дж.
Локк // Всемирная история экономической мысли: В 6 томах / Гл. ред. В. Н.
Черковец. — М.: Мысль, 1987. — Т. I. От зарождения экономической мысли
до первых теоретических систем политической жизни. — С. 414—418. —
606 с.
36. Hyum sülaləsi bu günə kimi Böyük Britaniyada lordlar palatasında yer alır.
Adam Smit, Edinburq universitetində çalışarkən lord Keyms (Henri Hyum) ilə tanış
oldu və onun himayəsində fəaliyyət göstərməyə başladı. Bu tanışlıqdan iki il sonra
(1750-1751), onun liberal iqtisadiyyat barədə əsəri meydana çıxdı. Şotland filosofu
Devid Yum ilə 1750-ci ildə tanış olur və onlar birgə şotland maarifçiliyinin əsasını
qoyurlar. O, Lord Taunşend ilə tanış olur və onun vasitəsilə London kral
cəmiyyətinə üzv seçilir. Аникин А. В. Шотландский мудрец: Адам Смит //
Исследование о природе и причинах богатства народов. — М.: Эксмо,
2009. — С. 879—901. — 960 с.
893
37. Смит А. Теория нравственных чувств. — М.: Республика, 1997.
38. Кейнс Дж. М. Общая теория занятости, процента и денег. - М., 1978
Əhməd QəĢəmoğlu
AHƏNGYOL ELMĠ VƏ ONUN MÜASĠR ELMĠ DÜġÜNCƏ ÜÇÜN
ƏHƏMĠYYƏTĠ
1.Ahəngyol elminin yaranma zərurəti.
İndiki zamanda ortada olan müasir elmi sistem əsasən XIV əsrdən sonra
qərb elmi düşüncəsinin təsiri altında formalaşmışdır. Elmin inkişafı
tarixində, qərb elmi estafedi əsasən orta əsr islam alimlərindən almışdır.
Amma bu zaman orta əsr islam alimlərinin elmin yaranması sahəsində
rasionallıq çərçivəsinə sığmayan biliklərinə, düşüncələrinə, şərtlərinə lazımi
əhəmiyyət verilməmişdir. Nəticədə müasir qərb elmi sistemi - onun təsiri
altında ümumiyyətlə bütün dünyadakı dünyəvi elmi sistemi, əsasən rasional
amillər, praqmatik yanaşmalar prinsipi ilə formalaşmışdır. Belə bir elmi
sistem ilk baxışdan xeyli cəlb edici görsənir və XX əsrin ortalarına qədər də
xeyli uğurlu olduğu düşünülmüşdür. Amma əslində, XX əsrin ikinci
hissəsindən başlayaraq elmdə alınan nəticələr yalnız rasional amillər
əsasında araşdırma aparmaqla arzu olunan nəticələri almağın mümkün
olmadığını göstərməkdədir. Qlobollaşma sürətləndikcə, daha da
mürəkkəbləşməkdə olan sistemlərdə isə bu daha da çətin olur. Ona görə də
yeni bir elmi paradiqmanın yaranmasına ehtiyac vardır. Bu elmi paradiqma,
elmin indiyədək keçdiyi inkişaf yolunda əldə etdiyi bütün nəticələrin nəzərə
alınması əsasında qurulmalıdır. Xüsusi ilə orta əsrlərdəki islam alimlərinin
əldə etdiyi bir sıra nəticələr xeyli faydalı ola bilər. Çünki onlar beş əsr
ərzində rasional amillərlə, rasional olmayan amillərin birlikdə nəzərə
alınması ilə araşdırmalar aparılması üçün yollar axtarmış, mühüm nəticələr
əldə etmişlər. Müasir elmin səviyyəsi həmin nəticələrdən daha faydalı
şəkildə yararlanmağa imkan verir. Bu isə müasir elmi sistemin
təkmilləşməsində mühüm rol oynaya bilər. Ahəngyol elmi bu sahədə
atılmış ciddi bir addımdır. Bu elmin əsas ideyasını dövrümüzün nəhəng
alimlərindən biri olan, müasir sistem nəzəriyyəsinin formalaşmasında
mühüm rol oynayan, fazzy logic elm sahəsini yaradan, Koiforniya
Universtetinin məşhur professoru L. Zadə dəstəkləmişdir. O Ahəngyol
elminin əsas tezislərini 2011 – ci ilin iyul ayının 7 – də BİSC elektron
jurnalında yayımlamışdır. Bundan sonra 15 ölkədə ahəngyol elmi haqda
məqalələr çıxmış, təqdimatlar keçirilmişdir. Müasir, yüksək indeksli
894
jurnallarda ahəngyolun tədbiqini əks etdirən məqalələr nəşr edilmişdir.
2. Ahəngyol elmi haqda
―Ahəngyol‖ yeni bir sözdür, harmoniya mənasında işlədilən ―ahəng‖ və
―yol‖ sözlərinin birləşməsindən yaranmışdır. Ahəngə(harmoniyaya)
aparan yol mənasında işlədilir. Bu mənada ahəngyol – istənilən bir sahədə
ahəng vəziyyətinin yaradılması, ahəng vəziyyətinə aparan yolun axtarılması
elmidir. 2008-ci ildə Azərbaycan sosioloqu və riyaziyyatşısı Əhməd
Qəşəmoğlu tərəfindən təklif edilmişdir. Bu elmin əsas müddəaları
aşağıdakılardır:
1. Bütün kainat vəhdətdə olan, sonsuz ölçülü bir orqanizmdir. Yer planeti,
bu planetdəki hər bir varlıq bu kainatın bir hissəsi, zərrəsidir. Kainat milyon
illərdir ki, ahəng prinsipi ilə mövcuddur və fəaliyətdədir. Kainatın
fəaliyyətinin əsas prinsipi ahəng prinsipidir. Kainatın hissəsi olan
cəmiyyətdə də baş verən proseslər kainatın mövcudluq və fəaliyyət prinsipi
olan ahəng prinsipinə uyğun davam etdikdə davamlı uğura nail olmaq olar.
Başqa hallarda, uğur əldə edilsə də davamlı olmayacaqdır. Müəyyən
müddətdən sonra uğursuzluq başlayacaqdır.
2. İndi bütün dünyanın haqqında danışdıqları, müəyyən qədər mücərrəd
olan dayanıqlı inkişafdan yox ahəngdar inkişafdan danışılmalı və onun əsas
yollarını müəyyənləşdirilməlidir. Elmin bu sahədəki əsas nəaliyyətlrini bir
araya gətirməklə, ahəngdar inkişafı pozan istənilən amilə qarşı daha diqqətli
olmaq lazımdır.
3. Müasir, ortada olan elm 14 – cü əsrdən sonrakı qərb elmim kanonları
əsasında, daha çox rasional, praqmatik yanaşmalar əsasında yaranmışdır.
Elmlərin mükəmmələşməsi üçün ilk növbədə riyaziyyat elmində ciddi
dəyişikliklər olmalıdır. Bu baxımdan fazzy-logic ilk mühüm dəyişiklikləri
etməyə başlamışdır. Bununla, elmlərin mükəmməlləşməsi üçün yeni bir yol
açılmışdır.
4. İndi yer üzündəki prosesləri araşdırarkən yer planetinin daxil olduğu
ierarxik sistemin təsir qüvvəsi lazimi şəkildə nəzərə alınmır. Yer üzərində
istəninilən bir sistemin əmələ gəlməsinin təkcə yer qanunlarına əsasən,
yalnız rasional amillərin təsiri ilə baş verdiyini araşdırmaq xeyli
məhdudiyyətlərə, anlaşılmazlıqlara səbəb olur. Fəlsəfədə və başqa elm
sahələrdində həll oluna bilməyən məsələlərin əsas səbəblərindən biri budur.
Bütün proseslərə, sonsuz kainat sistemi fonunda, yer planetinin bir başa
təsiri altında baxdıqda, ierarxik təsirlər daha ciddi şəkildə nəzərə alındıqda
daha uğurlu təhlillər aparmaq mümkündür.
5. Bu baxımdan Sistem nəzəriyyəsinin yenidən nəzərdə keçirilməsinə
böyük ehtiyac vardır. Bu, hər bir varlığın, eləcə də insanın mahiyyətini daha
düzgün anlamaqa kömək olar. Nəticədə bir çox elm sahələrində,
895
ümumiyyətlə müasir elmi dünyagörüşündə mühüm, müsbət dəyişikliklər
baş verər.
3. Əsas elmi baza:
Ahəngyol elmi şərq və qərb fəlsəfəsinin biri-birini tamamlayaraq tətqiqata
cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli
yanaşma metodlarından dərindən istifadə əsasında yaradılmışdır. Elmi
baza kimi konkret olaraq bu sahələrin adını çəkmək olar: 1)Ümumi şərq
fəlsəfəsi; 2) Orta əsrlər islam fəlsəfəsi, təsəvvüf; 3) Dini kitablar(fəlsəfi
potensial); 4)Sistem nəzəriyyəsi; 5) Orqanizmik, funksional-struktur
nəzəriyyə; 6) Fuzzy logic;
4. Ahəngyol elminin obyekti və predmeti:
Obyekti: İstənilən bir sahədə(varlıq, obyekt, proses) ahəng vəziyyətinin
araşdırılmasıdır. Ahəngyol elminə görə- fəlsəfə ahəngin dərkindən başlayır.
Ona görə də ahəngyol elminin obyekti həm də fəlsəfə elmidir.
Ppredmeti: İstənilən sahədə ahəng vəziyyətinin yaradılması, ahəng
vəziyyətinə aparan yolların tapılması üçün konkret elmi metodların
hazırlanmasıdır.
5. Ahəng kateqoriyası haqda:
Ahəng(harmoniya) - kainatın mövcudluğunu, fəaliyyətini tənzimləyən
qüvvənin insanın dərk edə biləcəyi əlamətidir.
Kainat sistemində hər bir təbii varlığın ahəng yaratmaq üçün xüsusi
təyinatı(missiyası) vardır. Öz təyinatını lazım olduğu qədər yerinə yetirən
hər bir varlıq ahəng vəziyyətindədir. Və əksinə, hər bir təbii varlıq özünün
təyinatını yalnız o zaman lazımi şəkildə yerinə yetirə bilər ki, o ahəng
vəziyyətində olsun.
Bir necə varlıq, obyekt o zaman ahəng vəziyyətindədir ki, aşağıdakı şərtlər
ödənmiş olsun: 1) onlar sistem əmələ gətirsinlər; 2) ümumi bir məqsədləri
olsun, ümumi məqsədə doğru can atsınlar; 3) bu məqsədə çatmaq üçün
onların resursları bütöv sistem əmələ gətirsin; 4) onlardan hər birinin o
biriləri bu məqsədə doğru fəaliyyətdə olmağa təsir gücü olsun və 5)
onlardan hər birinin həmin məqsədə doğru fəaliyyəti o birilərin də həmin
məqsədə doğru fəaliyyətlərini gücləndirsin. Belə olduqda həmin obyektlər
həmin məqsədə görə ahəng vəziyyətindədirlər.
Dostları ilə paylaş: |