Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə82/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   78   79   80   81   82   83   84   85   ...   98
AMEA-National Philosophy-2019


Con Viklif, 1377-ci ildə kilsəni dəbdəbəyə və dünyəviliyə meyilli olmaqda 

ittiham  edən  12  tezis  irəli  sürdü.  Onu,  əvvəllər  kral  sarayında  və 

universitetdə  dəstəkləyənlərin  çoxu,  1381-ci  il  geniş  miqyaslı  kəndli 

üsyanından  sonra  dəstək  vermədilər.  Çünki  sosial  bərabərlik  tələb  edən 

üsyançılar  arasında  onun  tərəfdarları  çox  idi.  Kenterber  arxiyepiskopunun 

təzyiqi  ilə  Oksford  universitetinin  ilahiyyatçıları,  onun  tezislərini  bidət 

xarakterli  olduğunu  bildirdilər.  Nəticədə,  Con  Viklif  və  onun  tərəfdarları 

universitetdən  qovuldular  və  kilsədən  uzaqlaşdırıldılar.  Con  Viklif 

Lattenfordda  gizlənərək,  Bibliyanı  ingilis  dilinə  çevirdi  və  özünün 

reformator  ideyalarını  əks  etdirən  ―Trialoq‖  əsərini  yazdı.  1384-cü  ildə 

vəfat etdi və 1428-ci ildə kilsənin qərarı ilə onun cəsədi yandırıldı. Çünki o, 

öz əsərində hər bir xristianın vasitəsiz (keşişlər və kilsə olmadan) Tanrı ilə 

əlaqə  yaratmasının  mümkün  olduğunu  irəli  sürmüş,  kilsənin  xüsusi 

mülkiyyət sahibi olmasına qarşı çıxmış, onların torpaq ərazilərinin dövlətə 

verilməsini  dəstəkləmiş,  yepiskopluğun,  indulgensiyanın,  ölümdən  sonra 

paklaşma  məkanı  və  evxaristiya  (çörək  və  şərabı  İsanın  bədən  və  qanı  ilə 

eyniləşdirən)  inancının,  yağlama  mərasiminin  ləğv  olunmasını,  kralın 

Tanrının  yer  üzərində  canişini  olduğunu  və  kilsənin  ona  tabe  olmasını 

istəmiş,  papaları  bidətçi  və  antixrist  hesab  etmişdir.  Onun  tərəfdarları  və 

onun təsirində olan xristianlar sonralar bir çox avropa ölkələrində lollardlar, 

qusitlər, valdenslər kimi tanınmışlar.  

Bir  çox  tarixçilər,  1381-ci  ildə  bütün  İngiltərəni  əhatə  edən  Uot  Taylerin 

rəhbərliyi  altındakı  kəndli  üsyanının  yüksək  səviyyəli  təşkili  və  üsyanda 

şübhəli məqamların olması ilə bağlı olaraq belə bir nəticəyə gəlmişlər ki, bu 

üsyan,  gizli  okkult  təşkilatı  olan  tampliyer  təriqəti  tərəfindən  təşkil 

olunmuşdur  (6).  Bu  üsyanda  Con  Viklifin  tərəfdarları  hesab  olunan 



lollardlar  təqib  nəticəsində  Şotlandiyaya  qaçmışlar.  Onların  başçısı  olan 

ingilis  keşişi  Con  Boll,  Viklifin  təliminin təblağatçısı  olmuş  və  buna  görə 

əvvəllər həbs olunmuşdur. Əgər biz bu üsyanın tampliyer təriqəti tərəfindən 

təşkil  olunduğunu  qəbul  etsək,  o  zaman,  Con  Viklifin,  onun  tərəfdarları 



851 

 

olan lollardların tampliyerlər ilə gizli əlaqədə olmasını iddia edə bilərik.  



*** 

1419-cu  ildə  keşiş  və  Praqa  universitetinin  rektoru  Yan  Qus (1415-ci  ildə 

oda  atılaraq  yandırılmışdır)  davamçıları  tərəfindən  baş  verən  qusitlər 

hərəkatı  (Praqa  üsyanı)  da  birbaşa  və  dolayı  olaraq  əvvəlki  üsyanların 

davamı idi. Çünki qusitlər (―Çex boqem qardaşları‖, çaşniklər və taboritlər) 

də  Viklifin  və  onun  təlimini  davam  etdirən  Yan  Qusun  ideyalarını  təbliğ 

edir,  katolikliyi  təkzib  edir,  katolik  keşişləri  məbədlərdən  qovub  öldürür, 

monastırları qarət edir, dini mərasimlərin çex dilində aparılmasını tələb edir 

və  özünəməxsus  Morav  kilsəsində  bir  araya  gəlirdilər.  Müqəddəs  Roma 

imperiyasının  imperatoru  Siqizmund  1420-ci  ildə  qusitlərə  qarşı  səlib 

yürüşü  başlatdı.  Qusitlər  onlara  qalib  gələrək  Çexiyanı  azad  etdilər  və 

Germaniyaya, Sileziyaya, Avstriyaya hücum etdilər. Lakin, mülayimyönlü 

qusitlər  (çaşniklər)  katolik  kilsəsi  ilə  danışıqlara  getdiyi  üçün,  hərəkat  öz 

məqsədinə çatmadı. Onlar, sonralar lüteranlara və kalvinistlərə qoşulmuşlar 

(7). 

 

1.4. Önreformasiya, İtaliya və Qafqaz Albaniyası əlaqələri 

XII-XIII əsrlərdə Avropada Fransanın cənubunda və İtaliya ərazisində gizli 

şəkildə  mövcud  olan  antikatolik  valdens  və  katar  (albiqoy)  hərəkatı 

olmuşdur. Valdens hərəkatının (8) yaradıcılarından birinin Lion taciri Peter 

Valdus  olduğu  bildirilir.  O,  ilkin  apostol  xristianlığından  çıxış  edərək, 

xüsusi  mülkiyyətə  qarşı  çıxmış,  sadə  həyat  tərzinin  xistianlığın  əxlaqına 

uyğun  olduğunu  bildirmiş,  Bibliyanın  hamı  tərəfindən  sərbəst  oxunmasını 

dəstəkləmiş  və  katolik  kilsəsinə  qarşı  çıxmışlar.  Lombardiyada  (İtaliya) 

yaşayan  qumiliat  (monastır  təriqəti),  Niderland  və  Almaniya  ərazilərində 

olan beqin qadın monarxları, beqard kişi monarxları hərəkatları da onlarla 

həmrəy  olmuşlar.  XII  əsrdə  papa  onları  bidətçi  elan  etmiş,  üzvlərini 

tonqalda  yandırmış  və  sağ  qalanlar  əsasən  Pyemont  (İtaliya),  Savoyi 

(Fransa)  və  Boqemiya  (Çexiya)  ərazilərində  gizlənmişlər.  Onlar, 

reformasiya  dövründə  kalvinistlərlə  birləşərək  Bibliyanın  fransız  dilinə 

çevrilməsində (1535) fəal rol oynamışlar. Katoliklərin onlara qarşı apardığı 

soyqırım  siyasətinin  qarşısını,  XVII  əsrdə  Con  Milton  və  Oliver  Kromvel 

almağa  çalışmışdır.  Görünür,  onların  qusit  və  lollard  hərəkatlarının 

meydana çıxmasında da öz təsiri olmuşdur.  

Avropada  geniş  yayılan  və  katolik  kilsənin  hakimiyyətinə  qarşı  XII-XIII 

əsrlərdə  ən  təhlükəli  xristian  təriqətlərindən  biri  olan  katarsonradan 

müxtəlif  qollara  və  təriqətlərə  bölünərək  fərqli  adlar  altında  tanınsalar  da 

(albiqoy,  boqomil,  pataren  və  s.),  onların  ilkin  qruplarının  və  ilk  adlarının 

pavlikian  olması  iddiası  daha  doğrudur  (9).  Akademik  Ziya  Bünyadov 



852 

 

―pavlikian‖  isminin  Qafqaz  Albaniyasında  olan  ―Paytakaran,  Paylakan, 



Balasakan‖  (Beyləqan)  toponimindən  meydana  çıxdığını  əsaslandırmışdır 

(10,  s.  34).  Qədim  mənbələr  də  onların  Qafqaz  Albaniyasından  olduğunu 

təsdiq edir (11). Lakin, onun yaranma tarixi VI-VII əsrlər göstərilsə də, tam 

dəqiq deyildir. Düşünürəm ki, bu hərəkat ilk dəfə III-IV əsrlərdə meydana 

çıxmış və VI-VII əsrlərdə isə daha çox tanınmağa başlamışdır. Bu hərəkat, 

Beyləqanda  III  əsrdə  Qreqori  peyğəmbərin  (Cərcis)  meydana  çıxması  ilə 

yarana bilərdi. Hətta, bu gün Beyləqanda Cərcis peyğəmbərin adı ilə bağlı 

bir ziyarətgah da mövcuddur. Onların yeni peyğəmbərlik hərəkatından irəli 

gəlməsini  təsdiq  edən  amillərdən  biri  də  o  idi  ki,  onlar,  ilkin  xristianlar 

kimi,  öz  dövrlərində,  bütün  xristian  icmalarının dinə  baxışları  ilə barışmır 

və onlar tərəfindən təqib olunurdular.  

Pavlikianlar  Qafqaz  Albaniyasında  olduğu  kimi,  Bizansda  da  xristian 

icmalarının  bidətlərinə  qarşı  mübarizə  aparmışlar.  Xilafət  onların  Bizans 

ərazisində yayılmasına maraqlı olduğu kimi, Bizans da onları təqib edərək 

Frakiya  ərazilərinə  (Bolqariya)  miqrasiya  etmələrində  maraqlı  idi  (12). 

Onlar,  Frakiyada  boqomil  hərəkatının  yaranmasına  səbəb  olmuş  və  bu 

hərəkat,  tədricən  Qərbi  Avropa  ölkələrinə  yayılmışdır.  Bu  baxımdan, 

xristianlığın  katar,  boqomil  təriqətləri  pavlikianlığın  təsiri  ilə  yaranmışlar. 

Bu təriqətlər, qərbi xristianlığı təmsil edən katoliklik üçün yad və zidd idi.  

Katarların  xristianlığa  baxışları  ilə  katolik  kilsənin  baxışları  arasında 

ziddiyyət  var  idi.  Bu,  katolik  kilsənin  hakimiyyəti  üçün  təhlükə  idi.  Buna 

görə  də,  kilsə  onlara  qarşı  səlib  yürüşünə  başlamışdır  (1209-1229). 

Katolikliyə  qarşı  çıxan  xristian  təriqətləri  təqiblərdən  və  soyqırımlardan 

qorunmaq üçün, gizli təşkilatlanmaya üstünlük vermişlər (13, s. 145). Təqib 

olunan  təriqətlərin  bir  araya  gəlməsini  təmin  edən  amil,  onların  vahid  bir 

düşmənə,  katolik  kilsəsinə  qarşı  mübarizəsi  olmuşdur.  Sonralar  bu  gizli 

təşkilatlar daha mürəkkəb bir struktura çevrilmiş və Avropada gizli mason 

təşkilatlarının meydana çıxmasına əsas vermişdir. 

Katar və ona yaxın olan təriqətləri səciyyələndirən xüsusiyyətlər: 

1.  Onlar  apostol  xristianları,  yevangelistlər,  asketlər  kimi  tanınmış  və 

katolik  kilsəsinin  (onlara  görə, ―iblis  məbədi‖) sərvət,  hakimiyyət  hərisliyi 

ilə ilkin apostol xristianlığından kənarlaşdığını iddia etmişlər.   

2.  Onların  təliminin  əsasını  manixeylik  (ontoloji  olaraq  ruhaniyyəti  xeyir 

və  dünyanı  şər  bilən  təlim)  təşkil  edirdi.  Katar  dini  baxışlarında  ontoloji 

dualizm  vardır:  işıq  və  zülmət,  tanrı  və  dünya.  Onlara  görə,  dünya  iblisin 

(lüsifer, üsyankar mələk) hakimiyyətində, Tanrı isə, gözəgörünməz bir nur 

aləmindədir. İsa, insanları bu zülmət aləmindən xilas etmək üçün gəlmişdir.  

3.  Onlar,  müqəddəsləri,  təsvirləri  (ikonaları),  dini  mərasim  əşyalarını 

təzkib  etmiş  və  onların  ilkin  xristianlığa  yad  ünsürlər  olduğunu  irəli 


853 

 

sürmüşlər. 



4.  Katar  keşişləri  də  ruhun  xilas  olması,  vəftiz  və  günahların  buraxılması 

mərasimini  yerinə  yetirir,  monastırlarda  yaşayır,  oruc  tutur  və  ibadət 

edirdilər.   

5.  Katarlar  Əhdi-Ətiq  (Tövrat)  kitabını  təkzib  edir  və  yalnız  İncili, 

xüsusilə,  Yuhannanın  yevangeliyasını  qəbul  edirdilər.  Onlar  İncili  xalq 

dilinə  tərcümə  etmiş,  lakin,  dini  mərasimləri  latın  dilində  həyata 

keçirmişlər.  

6.  Katarlar  ilkin  günahabatmaya  və  iradə  azadlığına  inanmır,  qadınların 

―Yevanın günahı‖ ilə heç bir əlaqələrinin olmadığını irəli sürürdülər.  

7.  Onlara  görə,  Hz.  İsa  və  Hz.  Məryəm  insan  şəklində  görünmüş 

mələklərdir və Hz. İsa insanların günahlarını öz üzərinə götürməmişdir.     

8.  Onlar canlıların öldürülməsini və yalanı ən böyük günah hesab edərlər. 

9.  Onlar  xaçı  və  digər  rəmzləri  qəbul  etmir  və  dini  mərasimlər  üçün 

kilsələri məqbul saymırdılar. Onlara görə, əsil tanrı məbədi könüldür. Dini 

mərasimləri təbiətdə və evlərdə keçirirdilər.   

10. Katarlara  görə,  yepiskopluq  vəzifəsi  silsilə  yoluyla  apostollardan 

başlayaraq ötürülə-ötürülə gəlir (14, s. 149).  

Katarların  bu  baxışları,  onlarla  bağlı  olan  bütün  təriqətlərin  (pavlikian, 

valdens,  albiqoy,  boqomil  və  s)  ortaq  baxışlarıdır.  Bu  baxışlar,  katolik 

kilsəsinin  dinə  baxışları  ilə  uyğun  gəlməsə  də,  sonralar  peyda  olan 

protestantların  baxışları  ilə  uyğun  gələn  cəhətləri  çox  idi.  Buna  görə  də, 

onların  XII-XIII  əsrlərdə  Avropada  katolik  kilsəsinə  qarşı  qaldırdığı 

qiyamlar və buna görə təqib olunmaları, önreformasiyanın başlanğıcı hesab 

oluna  bilər.  Protestantlığın  bu  təməl  üzərində  formalaşdığını  iddia  etmək 

olar.  

*** 


Reformasiyanın ilk öncə İtaliyada valdens, albiqoy və katar kimi təriqətlər 

tərəfindən  başlaması  barədə  məlumat  verdik.  XIV-XV  əsrlərdə  bu 

proseslərin  yenidən  baş  qaldırdığını  görürük.  İtaliyada  katolik  kilsəsinin 

özbaşınalığına  qarşı  çıxan  dominikan  təriqətinin  monarx  qadını  Sienli 



Yekatrina cəsarətlə deyirdi: "Tanrının on əmrini bir əmrə ―Bizə pul verin!‖ 

- əmrinə çevirdiniz. Roma, İblisin oturduğu cəhənnəmin dibidir.‖ (15). 

XV  əsrdə  tanınmış  Paduan  (Venesiya)  ailəsindən  olan  Cirolamo 

Savonarolanın  Florensiyada  başladığı  reformasiya  hərəkatı  daha  geniş 

vüsət  alır.  Çünki  bu  narazılıq  yalnız  sadə  xalq  arasında  deyil,  həm  də 

kilsənin hakimiyyətindən təngə gələn krallar, zadəganlar arasında da geniş 

yayılmışdı. Tacirlər və bankirlər də onlardan narazı idi. Çünki kilsə onların 

fəaliyyətinə maneçilik törədirdi. Katolik kilsəsinin daxilində bir çox keşişlər 

də (əsasən, aşağı rütbəli) papanın nüfuzuna qarşı idi. Bunu təsdiq edən əsas 



854 

 

amil,  reformasiya  hərəkatının  liderlərinin  keçmiş  katolik  keşişləri  olması 



idi.  Bundan  başqa  İtaliyada  katolik  kilsənin  dini  dəyərləri  ilə  toqquşan 

bidətçi xristian təriqətləri mövcud idi (valdens, albiqoy və ya katar). 

Cirolamo Savonarolanın başlatdığı reformasiya hərəkatında (1486) onun ən 

yaxın  silahdaşı,  ilkin  humanistlərdən  olan  Covanni  Piko  della  Mirandola 

idi.  Florensiyanın  başçısı  və  humanizm  hərəkatını  maddi  baxımdan 

dəstəkləyən  Lorenso  Mediçi  onların  hər  ikisi  ilə  yaxın  əlaqələri  var  idi. 

Savonarolanın  kilsəyə  qarşı  sərt  mövqeyi,  onun  həyatını  təhlükə  altına 

alırdı. Lakin, Fransız kralı VIII Karl onu, 1494-cü ildə Florensiyada fransız 

səfiri  vəzifəsinə  təyin  etmişdir.  O,  bu  hakimiyyətdən  istifadə  edərək, 

Florensiyada dünyəvi-meşşan mühiti dindar, sadə həyat tərzi mühiti ilə əvəz 

etmişdir.  Onun  sadə  xalq  arasında  nüfuzunun  artması,  hakim  təbəqəni 

narahat  etməyə  başladı.  Buna  görə  də,  o,  bidətdə ittiham  olunaraq  1498-ci 

ildə asıldı və sonra yandırıldı.  

XVI  əsrdə  Avropada  yayılan  protestantlıq  təriqətləri  (anabaptitizm, 

lüteranlıq,  kalvinizm,  antitrinitarizm  və  s)  İtaliya  ərazisində  (Venesiya, 

Florensiya,  Neapol,  Lukke,  Ferrare  və  s)  yayılmağa  başlayır.  İtaliyada 

reformasiya  və  humanizm  bir-biri  üzvi  şəkildə  bağlanır.  Humanizmin 

fəlsəfi  ideyaları  reformasiyasının  dini  ideyaları  ilə  bir  nəzəriyyə  şəklinə 

salınır.  Bu  nəzəriyyədə  nə  papa  institutuna,  nə  də  onun  təbliğ  etdiyi 

xristianlığa yer yox idi.  

Venesiya Romaya qarşı olduğu üçün, reformasiyanı dəstəkləyirdi. O dövrün 

ən  nəhəng  nəşriyyat  mərkəzi  burada  yerləşirdi.  Orada  Martin  Lüter  və 

Svinqlinin  əsərləri  italyan  dilində  çap  olunurdu.  Bundan  əlavə,  burada 

Padua universitetinə Germaniyadan çoxlu protestant tələbələr cəlb olunurdu 

ki,  onlar  əhali  arasında  reformasiya  ideyalarını  təbliğ  etsinlər.  Neapolda 

ispan  keşişi,  mistik  Xuan  de  Valdesin  rəhbərliyi  altında  yaradılan 

reformasiya  ideyaları  dərnəyi  güclü  təbliğat  işləri  aparırdı.  Onun  işini 

zadəgan nəslindən olan qadın Culiya Qonzaka davam etdirmişdir.  

Roma  papası  III  Pavel  1542-ci  ildə  reformasiya  tərəfdarlarına  qarşı 

inkivizisiya qərarı çıxardı və nəticədə, onlar İtaliyanı tərk edərək Avropanın 

müxtəlif ərazilərinə yayıldılar. Onların böyük bir qismi Auqsburq şəhərinə 

(Bavariya 

ərazisi)  köçdülər.  İnkivizitorlar  1560-cı  ildə  baldens 

təriqətçilərinin  yaşadıqları  şəhərlər  (La  Guardia  və  Santo  Xisto)  viran 

qoyuldu,  1567-ci  ildə  italyan  humanisti  Pyetro  Karnesekki  yandırıldı, 

antitrinitarizmin banisi olan Leliy Sosinin qohumları həbs edildi, humanist-

reformator  Aonio  Palerio  (1570),  utopist  Françesko  Puççi  (1597),  filosof 

Cordano  Bruno  (1600),  filosof  Culio  Çezare  Vanini  (1619)  edam  edildi. 

filosof  Tommazo  Kampanella  33  il  həbs  edildi,  Qaliley  öz  əqidəsindən 

imtina etməyə vadar edildi.    



855 

 

 



1.5. Reformasiya –protoburjuaziyanın açıq savaşı 

Avropada  katolik  kilsəsinin  ehkamlarına  qarşı  ilk  geniş  etirazlar  1517-ci 

ildə üzə çıxan Martin Lüter hərəkatı idi. O, özünün məşhur ―95 tezisi‖ ilə 

kilsəyə  qarşı  çıxdı.  Etirazların  başında  indulgensiya  məsələsi  (verilən  pul 

qarşılığında kilsənin günahları müvəqqəti bağışlanması ayinini icra etməsi) 

dayanırdı. Martin Lüterin başlatdığı inqilabi hərəkata bütün sadə insanlarla 

yanaşı,  bəzi  zadəganlar  da  gizli  şəkildə  qoşulur  və  ona  dəstək  verirdilər 

(Sakson başçısı Fridrix, kurfürist Georq Spalatin). Martin Lüter kim idi? 

Martin  Lüter,  Vittenberq  universitetinin  alman  mənşəli  ilahiyyatçı 

professoru idi. O, hələ gənc yaşlarından Avqustin təriqətinə daxil olmuşdur. 

Bu təriqətin öncüllərindən olan İohan Ştaupis ona himayədarlıq və dostluq 

etmişdir.  1508-ci  ildə  Lüter,  Vittenberq  universitetində  dərs  deməyə 

göndərilir  və  orada  Müqəddəs  Avqustinin  əsərlərini  araşdırır.  O,  1512-ci 

ildə  ilahiyyatçı  doktor  dərəcəsini  alır.  Sonra  onun,  katolik  kilsəsinin 

ehkamlarına  qarşı  açıq  irad  və  etirazları  dövrü  başlayır.  O,  ―müqəddəs 

ənənəni‖  (kilsə  qərarları,  papaların  fərmanları,  müqəddəslərin  adından 

söylənilən  rəvayətlərı,  hədisləri  və  s.)  inkar  edərək,  dini  biliklərin  yeganə 

mənbəyinin dini kitablar (İncil, Tövrat) olduğunu bildirir (16, s. 55).  

Martin  Lüter,  insan  və  Tanrı  arasında  kilsənin  vasitəçilik  missiyasının 

(günahların  bağışlanması,  ruhun  xilası)  uydurma  olduğunu  və  buna,  hər 

kəsin öz imanı ilə nail olacağını bəyan edir. Lüter, ruhani və dünyəvi həyatı 

bir-birinə  qarşı  qoyan  katolik  ehkamına  qarşı,  dünyada  əməyin  ilahi  bir 

nemət olması ideyasını qoyur. O, hər bir xristianın Bibliyanı sərbəst oxuyub 

düşünməsi fikrini dəstəklədiyi üçün, Bibliyanı alman danışıq dilinə tərcümə 

edir. Bütün bunlar, kilsənin onu bidətçi elan etməsinə kifayət edirdi. Lakin, 

o,  öz  tərəfdarları  ilə  birlikdə  Germaniyada  üsyan  hərəkatının  başlanğıcını 

qoyur.   

Martin Lüter başlatdığı hərəkat tezliklə Germaniyanın hər tərəfinə yayılır və 

ölkədə sosial-dini zəmində vətəndaş müharibəsi başlayır. Üsyançılar katolik 

kilsələrinə  təcavüz  edir,  monastırları  boşaldır,  kilsələri  qarət  edir,  yandırır 

və ikonaları sındırırdılar. Lüter, baş verən anarxiyanın qarşısını almaq üçün, 

əhalini  ―mənəvi  üsyana‖  dəvət  etdi.  Lakin,  artıq  gec  idi.  Üsyançılara, 

humanist  Uilrix  fon  Qutten  və  Frans  fon  Zikkinqenin  başçılığı  altında 

cəngavərlər də qoşuldu.  

1524-1526-cı illərdə ―hər yerdə bərabərlik və qardaşlıq‖ tezisi ilə çıxış edən 

Tomas  Münserin  başçılığı  ilə  geniş  kəndli  hərəkatı  başladı.  Artıq,  bu 

protobolşevik hərəkatının lideri Lüter deyil, keşiş-mistik Tomas Münser idi. 

O,  kilsələrlə  yanaşı,  zadəganların  da  mülklərini  qarət  edir,  sadə  insanların 

evlərindəki  bütləri  (ikonaları  və  digər  dini  əşyaları)  sındırır,  ilk  xristianlar 


856 

 

kimi xalq hakimiyyətini bərqərar etməyə çalışırdı. V Karlın hərbi təcavüzü 



nəticəsində  protestantların  bir  çox  liderləri  və  onlara  gizli  dəstək  verən 

knyazlar  həbs  edildi.  Protestantlar  radikal  (qnesiolüteranlar)  və  mülayim 

(melanxtonistlər) olmaqla iki yerə bölündü. Bu vətəndaş müharibəsi 1555-

ci  ildə  Auqsburq  dini  sülhü  ilə  bitdi  və  1580-ci  ildə  razılaşma  formulu 

əsasında  protestantların  mövcudluğu  məsələsi  öz  həllini  tapdı.  Nəticədə, 

lüteranlıq  Germaniyanın  və  Skandinaviyanın  bir  çox  şəhər  və 

knyazlıqlarında qəbul edildi. Protestantlıq sözünün mənası da buradan irəli 

gəldi. 


Martin  Lüter  hərəkatı,  kapitalizmin  və  Yeni  Dövrün  yaranmasında  dönüş 

nöqtəsi idi. O, alman dilini dini-mədəni həyata gətirdiyi üçün, milli dil və 

milli  şüurun  formalaşmasında  və  sonra  alman  milli  dövlətinin  meydana 

çıxmasında  mühüm  rol  oynadı.  Lakin,  bu  milli  şüurun  təməlində  irqçilik 

elementləri  mövcud  idi.  Çünki  Lüter,  yəhudiləri  ―müqəddəs  üçlüyü‖ 

tanımadıqları  üçün,  onların  təqib  olunmasını  dəstəkləyirdi.  Bu  baxımdan, 

əksər  protestantlardan  fərqli  olaraq,  lüteranların  yəhudilərə  münasibəti 

katoliklərdən fərqlənmirdi.     

*** 

Avropada  reformasiya  hərəkatının  ən  geniş  yayılan  təriqətlərindən  biri  də 



kalvinizm  idi.  Martin  Lüter  hərəkatı  bütün  Avropaya  yayılır.  Lakin, 

protestantlar  arasında  bəzi  dini  məsələlər  ətrafında  yaranan  mübahisələr, 

onların fərqli qollara parçalanmasına səbəb olurdu. 1529-cu ildə Marqburq 

disputu (evxarastiyanın real və ya rəzmi olması ilə bağlı) alman lüteranları 

ilə  Ulrix  Svinqlinin  rəhbərliyi  altında  olan  İsveçrə  protestantlarını  ikiyə 

böldü.  Ulrix  Svinqli  katoliklərlə  savaş  ərəfəsində  erkən  vəfat  etdi  (1531). 

Onun yolunu İsveçrədə yaşayan fransız Jan Kalvin (Koven) davam etdirdi.  

Jan Kalvin (1509-1564) vəkil ailəsində doğulan fransız ilahiyyatçısı idi. O, 

Parij  universitetində  hüquq  və  humanitar  elmlər  üzrə  təhsil  almış,  bir 

müddət hüquq ilə məşğul olduqdan sonra ilahiyyat sahəsinə meyil etmişdir. 

O,  Martin  Lüterin  əsərlərini  mütaliə  edir  və  Senekanın  əsərinə  şərhlər 

yazırdı.  1532-ci  ildə  doktor  elmi  dərəcəsinə  layiq  görülür.  1533-cü  ildə 

yazdığı  ―Xristian  fəlsəfəsi‖  məqaləsindən  sonra  kilsə  tərəfindən  təqib 

olunur  və  Fransanı  tərk  edərək  Bazel  (İsveçrə)  şəhərinə  yerləşmək 

məcburiyyətində  qalır.  O,  burada,  mühacir  fransız  protestanlarla  bir  araya 

gələrək  Bibliyanı  fransız  dilinə  çevirir.  1536-cı  ildə  Kalvin  İtaliyanın 

Ferrara şəhərinə gedir və orada kral XII Lüdovikin qızı hersoginya Renenin 

sarayında  qalır.  O,  hersoginyanı  reformasiya  hərəkatına  cəlb  edir.  Bir 

müddətdən sonra Cenevrəyə və Bazelə qayıdır.  

Cenevrə  ticarət  baxımından  sərbəst  yer  olduğu  üçün,  hər  yerdən  tacirləri 

özünə  cəlb  edirdi.  1535-ci  ildə  Cenevrə  əsasən  protestantların  əlində  olan 



857 

 

şəhər idi. Kalvin burada yaşayan fəal reformator Qiyom Farel ilə tanış olur. 



Buradakı  reformatorlar  Müqəddəs  Pyotr  katolik  kilsəsini  reformator 

kilsəsinə  çevirmişdilər.  Kalvin  bu  kilsədə  öz  məruzələri  ilə  çıxış  edərək 

protestantlar arasında şöhrət qazanır. Sonra onu Strasburqa dəvət edirlər və 

o,  burada  da  məşhurlaşır.  Sonra  Cenevrə  protestantları  onun  Cenevrəyə 

qayıtmasına  nail  olurlar.  O,  Cenevrədə  dini-ideoloji  və  siyasi  həyatı  öz 

təsiri altında saxlayır və ―Cenevrə papası‖ kimi şəhərdə teokratik diktatura 

rejimi  yaradır.  Kalvin  burada  öz  rəqiblərini  (antitrinitar  Miqel  Servet, 

libertinlər) edam yoluyla ortadan qaldırır. O, 1559-cu ildə Cenevrə ilahiyyat 

akademiyasını  açır  və  burada  protestant  keşişlər  yetirşdirir.  Beləliklə, 

Cenevrə  reformasiyanın  əsas  mərkəzlərindən  birinə  çevrilir  və  buradan 

digər Avropa ölkələrinin ərazisinə kalvinizm ideyaları yayılır.  

Jan Kalvin və onun tərəfdarları (kalvinistlər) yalnız Bibliyada tələb olunan 

şeyləri qəbul edir və bunun fövqündə olan hər şeyi inkar edirdilər. Onların 

dinə  yanaşmasında  maksimal  rasionalizm  mövcud  idi.  Onlar,  taleyin 

öncədən Tanrı tərəfindən yazıldığını qəbul edən fatalistlər idilər. Kalvinizm 

individualizm ideyasını inkişaf etdirir, ikonaçılığa, mərasimçiliyə və bir çox 

dini ayinlərə qarşı çıxır.  

Kalvinistlər  Fransada  quqenotlar  kimi  tanınırdılar.  1572-ci  ildə  Parijdə 

Varfolomey gecəsində 3 min kalvinist katoliklər tərəfindən öldürülmüşdür. 

Niderland  ərazisində  reformator  kilsəsinin  ətrafında  birləşən  kalvinistlər 

ikonalara qarşı üsyan hərəkatı başlatdıqları üçün, Niderland inqilabına təkan 

vermişlər. Böyük Britaniya ərazisinə daxil olan kalvinistlər puritanlar kimi 

tanınırdılar. Onlar, İngiltərə inqilabının baş verməsində əsas rol oynadılar. 

Lakin,  puritanların  anqlikan  kilsəsinə  münasibəti  birmənalı  olmadı.  Buna 

münasibətdə  onlar  iki  yerə  bölündülər:  konqreqasionalistlər  Şimali 

Amerikaya  miqrasiya  edərək,  orada  XVIII  əsr  inqilabını  ortaya  çıxardılar, 

digərləri isə, Şotlandiyanın dini həyatını müəyyənləşdirdilər.  

*** 


1.6. İngilissayağı reformasiya: yuxarıdan aşağıya doğru  

İngilis  reformatoru  və  humanisti  Vilyam  Tindeyl  1525-ci  ildə  Bibliyanı 

ingilis  dilinə  tərcümə  edir.  İngiltərə  kilsəsi  onun  əsərlərini  və  özünü  atəşə 

ataraq  yandırır  (1536).  İngiltərədə  Tüdorlar  sülaləsindən  olan  kral  VIII 

Henrix  katolik  kilsəsini  müdafiə  edərək  Martin  Lüterin  bidətçi  olduğunu 

bildirir.  Lakin,  sarayda  və  parlamentdə  protestantlığa  meyl  edən  nüfuzlu 

adamlar var idi. Onlara Tomas Kromvel, Tomas Mor, Tomas Kranmer aid 

idi.  


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin