Tomas
Kromvel
kral VIII Henrixin birinci müşaviri, ingilis
reformasiyasının əsas ideoloqu və anqlikan kilsəsinin əsasını qoyanlardan
idi. O, Londonda sadə bir ailədə dünyaya gəlmişdir. Gənclik illərində
858
Florensiyada Friskabaldilərin bankında işləmiş və oradan tanınaraq yüksək
vəzifələrə ucalmışdır. Vatikan arxivləri, onun, 1514-cü ildə Romada
arxiyepiskop Yorksinin, kardinal Kristofer Beynbricin agenti olduğu və
Müqəddəs Roma Rotası Tribunalı qarşısında ingilis kilsəsinin hesabatlarını
hazırladığı bildirir (17).
O, Roma ilə İngiltərə arasında siyasi və iqtisadi fəaliyyətlə məşğul olmuş və
1523-c ildə İngiltərə parlamentinə deputat seçilir. Kral VIII Henrixin lord-
kansleri kardinal Tomas Uolsi (o, ölkənin daxili və xarici siyasətini
müəyyənləşdirirdi) onu İngiltərə sarayında ―Məxfi Şura‖ üzvü olmasına
qədər dəstək verir. Tomas Uolsi vəfat etdikdən sonra onun yerini Tomas
Kromvel tutur.
İngiltərədə reformasiya hərəkatı aşağıdan deyil, yuxarıdan başlayır. 1532-ci
ildə Parlamentdə anqlikan kilsəsinin əsası qoyulur. Yəni, İngiltərədəki
kilsənin başçısı papa deyil, İngiltərə kralı olur. Tomas Kromvel bu
məsələdə əsas rol oynayır. Humanist-filosof, lord-kansler Tomas Mor bu
hadisədən sonra, reformasiyanın əleyhdarı və Roma katolik kilsəsinin
tərəfdarı kimi öz vəzifəsindən istefa verir və bununla T. Kromvelin
reformasiya istiqamətində islahatlarının yolu açılır. O, öz istəklərinə nail
olur. Lakin, onun saraydakı rəqibləri, Kromvelin bir xain kimi edam
olunmasına nail olurlar.
Tomas Kromvelin bacısı oğlu Riçard, İngiltərədə puritan hərəkatının lideri
Oliver Kromvelin ulu babası idi. Ancaq, Tomas Kromvelin karyera xəttinin
Florensiyadan başlaması və sonra onun İngiltərə sarayında yüksək
vəzifələrə gətirilməsi, bir çox mətləblərə aydınlıq gətirir.
1553-cü ildə hakimiyyətə gələn Kral VIII Henrixin Yekatrina Araqondan
(ispan kralının qızı) olan qızı Mariya Tüdor (Qanlı Meri) qatı katolik kimi
kontrreformasiya hərəkatı başlatdı. İngiltərədə reformatorlar edam edildi və
bir çoxları ölkəni tərk edərək canlarını qurtardılar.
1558-ci ildə İngiltərə və İrlandiyanın kraliçəsi I Yelizaveta (Kral VIII
Henrixin Anna Boleyindən olan qızı) yenidən, atası kimi, reformasiya
hərəkatını dəstəkləyir. 1571-ci ildən başlayaraq, müasir anqlikan kilsəsinin
əsası qoyulur. Reformasiya nəticəsində protestantlar anqlikanlara
(yepiskopçular) və puritanlara (antiyepiskopçular) bölünür. Bunun ardınca,
İngiltərə inqilabına səbəb olan monarxistlərin (yepiskop krala tabe olduğu
üçün) və respublikaçıların siyasi qarşıdurması başlayır. Anqlikanların
təqibləri nəticəsində puritanlar iki yerə bölünür (presviterian və
konqreqasionalist) və Şimali Amerika qitəsinə miqrasiya edirlər (1620-
1640). Lakin, katoliklər, XVII əsrdə İngiltərədə öz hakimiyyətlərini bərpa
etməyə cəhd edirlər (terror, yakobit hərəkatı).
XVII-XVIII əsrdə 39 dini maddəyə əsaslanan anqlikan kilsəsi iki
859
strukturdan ibarət oldu: Ali kilsə - ilkin xristianlıqdan reformasiyaya qədər
olan ənənələri, aşağı kilsə - reformasiyanın dəyərlərini davam etdirdi. Buna
görə də, anqlikan kilsəsinin katolikliyə və ya protestantlığa aid olduğunu
müəyyənləşdirməkdə tədqiqatçılar çətinlik çəkirlər.
1.7. Reformasiya hərəkatlarını birləşdirən ümumi cəhətlər
-
Önreformasiya və reformasiya hərəkatlarının bir-biri ilə əlaqəli olması
və bir-birinin içindən doğması şübhə yaratmır. Avropada önreformasiya
hərəkatı XII-XIII əsrlərdə İtaliya və Cənubi Fransa ərazilərində
tampliyerlər, valdenslər, katarlar tərəfindən başladı. Əslində, İtaliya, Fransa
və İsveçrə bir-birinə yaxın məsafəli sərhədlərdə yerləşdikləri üçün, onlardan
birində baş verən hadisələr digərinə sürətlə sıçrayırdı. İtaliya və Cənubi
Fransa ərazilərində üzə çıxan önreformasiya hərəkatlarının qarşısı
qəddarlıqla alındı və onun üzvləri buradan Avropanın digər ərazilərinə
yayıldılar. Sonra, biz, bu hərəkatın yeni təzahür formalarını İngiltərədə Con
Viklifin lollardlar hərəkatında və onların iştirakı ilə 1381-ci il
Uot Taylerin
rəhbərliyi altındakı
kəndli inqilabında, sonra eyni proseslərin Çexiya
ərazisində Yan Qusun başçılığı altında baş verən qusitlər üsyanında, XV
əsrdə tanınmış Paduan (Venesiya) ailəsindən olan Cirolamo Savonarolanın
Florensiyada başladığı reformasiya hərəkatında, XVI əsrin əvvəllərində
Almaniya və İsveçrədə üzə
çıxan lüteranlıq və kalvinizm qiyamlarında,
Fransada
quqenotlar,
Niderlandda
anabaptistlər və mennonitlər,
İngiltərədə
geniş yayılan puritan hərəkatlarında müşahidə edirik.
Bu hərəkatların
liderləri bir-biri yaxın əlaqədə olmuşlar.
-
Önreformasiya və reformasiya hərəkatlarının ikl mərkəzi
İtaliya
(Venesiya, Genuya, Florensiya) və cənubi Fransa idi. Önreformasiyanın
ilk dəfə tampliyerlər, valdenslər və katarlar hərəkatı tərəfindən başlaması,
sonra onların Avropaya yayılması və bütün reformasiya dövründə bu
ərazilərin əsas qərargah qismində çıxış etməsi bunu təsdiq edir.
Reformatorlardan olan Cirolamo Savonarola və ilk humanistlərdən olan
Covanni Piko della Mirandola Florensiyanın başçısı və humanizm
hərəkatını maddi baxımdan dəstəkləyən Lorenso Mediçinin himayəsi
altında idilər. Jan Kalvin İtaliyanın Ferrara şəhəri və orada kral XII
Lüdovikin qızı hersoginya Rene ilə yaxın əlaqələri var idi. Kral VIII
Henrixin birinci müşaviri, ingilis reformasiyasının əsas ideoloqu və
anqlikan kilsəsinin əsasını qoyan Tomas Kromvel Florensiyada
Friskabaldilərin bankının kadrlarından idi. Martin Lüterin Rozenkreyser
(gül və xaç) təriqəti ilə bağlı olduğu və həmin təriqətin də tampliyer
təriqətinin davamı olduğu bildirilir.
-
Önreformasiya və reformasiya hərəkatları aşağıdan sadə xalq
860
arasından başlayan protobolşevik inqilabları idi. Lakin, İngiltərədə
reformasiya həm aşağıdan, həm də yuxarıdan başlamışdır. Ancaq, bu
hərəkatı gizli şəkildə dəstəkləyənlər arasında mövcud rejimdən narazı olan
həm katolik din xadimləri, həm də zadəgan ailələri olmuşdur.
Reformasiyanın liderlərinin çoxu katolik kilsənin keşişləri olmuşlar.
-
Önreformasiya və reformasiya hərəkatları Avropada milli hərəkatın
təməlini qoymuşlar. Onlar kilsənin əsaslandığı latın dilindən imtina etdilər.
Çünki refomasiyanın inqilabi ideyalarını aşağı kütləyə çatdırmaq lazım idi.
Sadə insanlar isə, öz etnik dillərində danışıb başa düşürdülər. Buna görə də,
Bibliyanı və yazılan əsərləri onların dilində yazmaq gərəkirdi. Bu isə, milli
şüurun formalaşmasına təkan verdi.
-
Avropada XII-XIV əsrlərdə yaranan universitetlərin bəzi müəllim-alim
heyəti reformasiya hərəkatının və humanizmin ideya rəhbərləri oldu. Con
Viklif Oksford universitetinin ilahiyyatçı alimi, Yan Qus Praqa
universitetinin ilahiyyatçı rektoru, Martin Lüter Vittenberq universitetinin
alman mənşəli ilahiyyatçı professoru,
Jan Kalvin Parij universitetinin
ilahiyyatçı alimi idilər.
-
Bu hərəkatların feodal katolik sistemə qarşı qoyduqları tezislər, bəzi
istisnalar xaricində mahiyyətcə bir-birindən fərqlənmirlər. Onlara görə,
katolik kilsə bidətlərlə dolu, ilkin xristianlıqdan uzaqlaşmış,
sərvət və
hakimiyyət hərisliyinə aludə olmuş bir ―iblis məbədi‖dir. Buna görə də,
ondan qurtulub yeni reformasiya xristianlığına keçid, onlar üçün zərurət idi.
Onlar reformasiyanın mahiyyətini öz tezisləri ilə əsaslandırmağa
çalışırdılar.
Onlar, papaya tabe olmamağı, monax və monastırların ləğv
olunmasını, Bibliyanın sərbəst oxunmasını, Romaya vergi verilməməsini
tələb edirdilər.
Önreformasiya və reformasiya hərəkatlarının əsas tezisləri aşağıdakılardır:
-
İlkin apostol xristianlığına qayıtmaq;
-
Qeyri-dünyəvi asket həyat tərzi keçirmək və dünyada əməyin ilahi bir
nemət olduğunu qəbul etmək (M. Veber hesab edirdi ki, asketizm və
qənaətcillik, ilkin kapitalın toplanma mənbəyi və kapitalist münasibətlərin
başlanğıc mərhələsi idi);
-
Müqəddəs dini şəxsiyyətləri ortadan qaldırmaq;
-
Dini təsvirləri (ikonaları) ləğv etmək;
-
Əksər dini mərasimlərdən və dini mərasim əşyalarından qurtulmaq
(k
alvinistlər Bibliyada tələb olunan şeyləri qəbul edir və bunun fövqündə
olan hər şeyi inkar edirdilər);
-
Bibliyanı milli dillərə çevirmək;
-
Dini ibadət yerlərini kilsədən daha çox, təbiət qoynuna və evlərə
daşımaq;
861
-
Kilsənin xüsusi mülkiyyət sahibi olmasına qarşı çıxmaq və dövlətə
tabe olmasını dəstəkləmək;
-
Hər bir xristianın vasitəsiz (keşişlər və kilsə olmadan) Tanrı ilə əlaqə
yaratmasını təmin etmək və insan-Tanrı arasında kilsənin vasitəçilik
missiyasının (günahların bağışlanması, ruhun xilası) uydurma olduğunu və
buna, hər kəsin öz imanı ilə nail olacağı bəyan etmək;
-
İ
nsan öz inam və əməlləri ilə bağışlana bildiyi üçün,
indulgensiyanı
ləğv etmək;
-
Katolikliyin ölümdən sonra paklaşma məkanın olması (bərzəx)
inancını batil hesab etmək;
-
Evxaristiya (çörək və şərabı İsanın bədən və qanı ilə eyniləşdirən)
inancını batil hesab etmək (
Evxarastiyanın real və ya rəzmi olması ilə bağlı
lüteranlar ilə svinqli tərəfdarları arasında ixtilaf var);
-
Qadın hüquqlarına katoliklərdən daha çox önəm vermək;
-
Yəhudilərə katoliklərdən daha çox müsbət yanaşmaq (Martin Lüter
istisnadır);
-
Dinə maksimal rasionalist yanaşmaq;
-
Fatalizmə meyilli olmaq (Kalvinistlər taleyin öncədən Tanrı tərəfindən
yazıldığını qəbul edirlər);
-
İndividualizmə meyilli olmaq (Kalvinizm individualizm ideyasını
inkişaf etdirir);
-
İnamın sevgini formalaşdırmasına inanmaq (sxolastlar isə, əksinə,
sevginin inamı formalaşdırdığına inanırlar);
-
İnsan Tanrıya itaət etməlidir. İsa, Tanrı və insan arasında yeganə
vasitəçi olduğu üçün, nicat yalnız ona inamla gerçəkləşə bilər.
1.8. Önreformasiya və reformasiya hərəkatlarına təkan verən amillər
Önreformasiya və reformasiya hərəkatlarına təkan verən amillər
in başında
XII əsr Avropa intibahı dayanırdı. Bu dövrləri səciyyələndirən əsas
hadisələr aşağıdakılar idi:
1. Avropada ilk universitetlərin açılması:
XI əsr (Bolonya-İtaliya), XII əsr (Moden-İtaliya, Parij), XIII əsr (Oksford,
Monpelye,
Kembric,
Parij,
Paduan-İtaliya,
Salamanka-İspaniya,
Neopolitan-İtaliya,
Sien-İtaliya, Tuluz-Fransa, Koimbriski-Lissabon,
Madrid) və XIV-XV əsrlərdə onların sayı daha da artmışdır.
2. Sxolastikanın son mərhələsində fəlsəfənin və naturfəlsəfənin tədricən
sxolastik teologiyaya alternativ kimi ortaya çıxması və onu, tədricən
sıxışdırması, həmçinin, qeyri-ənənəvi baxışların meydana çıxması
müşahidə olunur.
3. Qədim yunan və ərəb dilində olan elmi və fəlsəfi əsərlərin kütləvi
862
şəkildə latın dilinə tərcümə edildiyi və milli dillərdə ilk əsərlərin yazıldığı
müşahidə olunur:
- Alman Notker (950-1022) Vil (İsveçrə) şəhərində zadəgan ailəsində
doğulan alman mənşəli benedikt monarxı idi. O, Aristotelin ilk
şərhçilərindən hesab olunur. Notker, latın dilindən bir çox mətnləri alman
dilinə
(ləhcələrindən
birinə)
çevirmişdir. Hətta, alman dilinin
qrammatikasını yazmışdır. Bununla, alman ədəbiyyatının banisidir.
- İmperator xronikası (1150)- alman dilində yazılan tarixi əsərdir.
- Mayster Ekhart (1260-1328) Xoxxaymda (Türingiya, Almaniya) tanınmış
ailədə doğulan teoloq-mistik və filosof-panteist olmuşdur. O, alman
ədəbiyyat dilinin formalaşmasında mühüm rol oynamışdır.
- Martin Lüter ―İncil‖ kitabını 1522-ci ildə latın dilindən alman dilinə
tərcüməsini nəşr etdirmiş, dini mətnlərin və dini mərasimlərin alman dilində
olmasını təmin etmişdir.
- Nikolay Orem (1330-1382) – Lizyede (Normandiya, Fransa) doğulan
yepiskop idi. O, V Karlın əmri ilə Aristotelin bir çox əsərlərini şərhlərlə
birlikdə latın dilindən fransızcaya tərcümə etmişdi.
- Fransua Rable (1483-1553)- Şinonda (Fransa) doğulmuş fransız satiriki
olmuşdur. O, ―Qarqantüa və Pantaqrüel‖ əsəri ilə fransız ədəbiyyatının
əsasını qoymuşdur.
- Kollej de Frans- burada XVI əsrdən başlayaraq fransız dilində dəsr
keçirilir. Jan Kalvinin ―Xristianlıq inancının əsasları‖ (1540), Pyer de la
Ramenin ―Dialektika‖ əsərlərinin fransızcaya çevrilməsi fransız dilinin
inkişafında mühüm rol oynayır.
- Dante (1265-1321) Florensiyada doğulan şair və teoloq idi. O, ilk dəfə
italyan dilində yazaraq italyan ədəbiyyatının əsasını qoymuşdur.
- Ceffri Çoser (1340-1400) – O, London şəhərində doğulan ingilis mənşəli
şair idi. ―Kenterberiy hekayələri‖ əsəri ilə ingilisdilli ədəbiyyatın əsasını
qoymuşdur.
- Uilyam Şekspir (1564-1616) – Uorikşerdə (İngiltərə) doğulan ingilis
mənşəli şair idi.
Göründüyü kimi, Avropada XI-XII əsrdən başlayaraq, universitetlərin
yaranması, milli dillərdə ilk ədəbiyyat nümunələrinin meydana çıxması və
latın-yunan dilində olan dini-fəlsəfi ədəbiyyatdan bəzi fraqmentlərin milli
dillərə tərcümə edilməsi, milli mədəniyyətlərin formalaşmasına təkan
vermişdir. Bu proses, ilk öncə sxolastikanın daxilində zəif şəkildə baş
vermişdir. O, protestanlığın ortaya çıxması ilə daha da intensivləşmişdir.
Çünki katolik və protestant məzhəbləri arasında gərgin qarşıdurma
zəminində baş verən uzunmüddətli vətəndaş müharibələri ənənəvi sistemin
zəifləməsinə və yeni baxışlara zərurətin yaranmasına səbəb olmuşdur.
863
Məhz, bu yeni baxışlar protestantlar tərəfindən ortaya atılmışdır. M. Veber
təsadüfi olaraq protestantlığı ―kapitalizmin ruhu‖ adlandırmamışdır.
Sual oluna bilər ki, orta əsrlərdə və hətta, qədim dövrlərdə məktəblər və
universitetlər olmuşdursa, nəyə görə əhali kütləvi savadsız olmalı idi?
Düzdür, həmin dövrlərdə həm Şərqdə, həm də Qərbdə tanınmış tədris
mərkəzləri olmuşdur. Lakin, Yeni Dövrdən fərqli olaraq, burada təhsil
xalqın əksəriyyətinin danışdığı etnik dildə deyil, ona yaxşı aydın olmayan
bir dildə aparılırdı. Həmçinin, əhalinin çox cüzi hissəsini çıxmaq şərti ilə,
əksəriyyət yoxsulluq içində yaşayırdı. Bu insanların yüksək təhsil
mərkəzlərində oxumaq imkanları yox idi (bəzi istisnaları çıxmaq şərti ilə).
Yeni Dövrə qədər avropa cəmiyyətlərində, həmçinin, dünyanın digər
yerlərində sosial təbəqələşmə, kütləvi savadsızlıq, sadə xalq dilində təhsilin
olmaması, hüquq bərabərsizliyi, fikir və söz azadlığının olmaması, elmi-
texniki inkişafın olmaması cəmiyyətin bir bütün olmasına mane olmuşdur.
Bunlar aradan qaldırılmadan bütün cəmiyyəti bir araya gətirən milli şüur
formalaşa bilməzdi.
Orta əsrlərin əsas elm və təhsil mərkəzləri dini xarakter daşıyırdı. Yeni
Dövrə qədər Avropanın əksər məktəb və universitetlərində sxolastik dini
tədris latın dilində aparılırdı. Halbuki, bu dilin heç bir praktiki əhəmiyyəti
yox idi. Bu dildə, yanlız, kilsələrdə savadlı keşişlər, bu tədris mərkəzlərində
dərs deyən ilahiyyatçılar bilirdilər.
Nəyə görə katolik kilsə latın dilindən imtina etmirdi?
- Birincisi, latın dilində danışmaq ilahiyyatçılara xüsusi bir status verirdi.
Onlar, dini və fəlsəfi mətnlərə açarı olan seçilmiş insanlar kimi, savadsız
əhalini özlərinə tabe etməyə imkan əldə edirdilər. Bu insanların dini
öyrənmək və məlumat almaq üçün başqa alternativləri yox idi. Bu durum,
kilsənin xalq üzərində hakimiyyətini gücləndirirdi.
- İkincisi, bu dildə hələ xristianlıqdan əvvəl yazılan əsərlər, fəlsəfi
traktatlarla yanaşı, ilkin orta əsrlərdə yazılan xeyli sayda dini əsərlər
mövcud idi. Bu ənənənin davam etdirilməsi üçün, latın dilinin öyrənilməsi
vacib idi. Biz, hələ Yeni Dövrdə bu ənənənin qismən davam etdirildiyini
görürük. Məsələn, bu günə qədər bütün elm sahələrində anlayış və terminlər
bazası latın dilinə əsaslandığı üçün, əksər sahələrdə (tibb, tarix, filologiya) o
tədris olunur.
- Üçüncüsü, xristianların müqəddəs kitabı sayılan İncil ivrit və aramey
dilindən yunan və latın dillərinə tərcümə edilmişdir. Bundan sonra, onun
nədənsə orijinal dildə olan mətnləri kölgədə qalmış və yalnız latın və yunan
tərcümələri ortada qalmışdır. Halbuki, xristianlar latın və yunan dilində
deyil, İncil kitabının orijinal ivrit və aramey dilində tədris sistemini qurmalı
idilər (Məsələn, müsəlmanlar elm və tədris dilini Kurani-Kərimin klassik
864
ərəb dili üzərində qurduqları kimi). Çünki orijinal dini mətnlər ivrit və
aramey dilində olduğu üçün, onun şərhləri də ona əsaslanmalı idi. Belə
olduğu təqdirdə, romalılar öz ənənəsindən imtina etməli və qulları hesab
etdikləri yəhudi ilahiyyatçılarının təsiri altında olmalı idilər. Çünki onlar,
ivrit dilində olan İncili onlar kimi şərh edib oxuya bilməzdilər.
- Dördüncüsü, yəhudi ilahiyyatçılar Hz. İsanı və onun təlimini qəbul
etmirdilər. Onların bundan imtina etməsi, Romanın ona sahib çıxmasına
şərait yaratdı. Romanın antisemitizm siyasəti, ilkin xristianlığın
yəhudilikdən uzaqlaşdırılaraq, romalaşdırılmasına səbəb oldu. Bu, Şərq və
Qərb
xristianlığı fenomenlərini ortaya çıxardı. Bu xristianlığın
avropalaşdırılması prosesinin başlanğıcını qoydu. Sonrakı dövrlərdə bu
proses daha da dərinləşdi.
- Beşincisi, antik düşüncənin və mədəniyyətin davam etdirilməsi, Romanın
varlığını davam etdirmək demək idi. Roma imperatoru Konstantinin
xristianlığı qəbul etməsində də əsas məqsəd bu idi. O, anlayırdı ki, əks
təqdirdə, Romanın varlığı mümkün deyildir. Romanın xristianlarla
məcburiyyət üzündən bağladıqları ittifaq, xristianlığın qlobal bir təlimə
çevrilməsinə şərait yaratdı. Çünki, Roma Şərq və Qərbə hökm edən böyük
bir imperiya idi. Təbii ki, bu imperiyanın qəbul etdiyi dini təlim də, ellinizm
mədəniyyətinin qlobal funksiyasını yerinə yetirməli idi. Tədricən ellinist
roma və monoteist yəhudi loqoslarının sintezindən meydana çıxan yeni
milli loqos, Yeni Dövrə qədər ümumavropa loqosunu təşkil etdi. Bu gün,
ondan ayrılan avropa milli loqoslarının hər biri özündə bu rüşeymi daşıyır.
- Altıncısı, dini və dünyəvi təhsilin latın dilində deyil, çoxsaylı etnik
dillərdə aparılsaydı, katolik kilsəsinin Avropa üzərindəki hakimiyyəti sona
çatardı. Sonrakı dövrlərdə baş verən hadisələr bunu təsdiq etdi.
2. İtaliya (Venesiya, Genuya, Florensiya) – kapitalizmin ilk beşiyi (XII-
XIII əsrlər) və Renessansın vətəni
Avropada mövcud feodal sistemə qarşı antisistem önreformasiya hərəkatı
XII-XIII əsrlərdə İtaliya və Cənubi Fransa ərazilərindən başladı
(tampliyerlər, valdenslər, katarlar).
Katolik kilsəsi Venesiyanı ortadan qaldırmaq üçün, Fransa və İspan
imperiyaları ilə Kambrey liqasını qurur. Lakin, bu birlik, papanın özü
tərəfindən 1509-cu ildə dağıdılır. Çünki o, ispan və fransızların təsiri altına
düşməkdən qorxur. Venesiya oliqarxları katolik kilsəsi və onun təsiri
altında olan iqtidarlarla yeni mübarizə yolu seçir. Bu, 1648-ci ilə qədər bir-
birinin qanını tökən reformasiya və kontrreformasiya hərəkatları idi.
Venesiya hər iki hərəkatı öz əlində saxlayıb idarə etməyə çalışmışdır (18).
Filosof Bertran Rassel XVI əsrdə İtaliyada baş verən hadisələri belə
865
səciyyələndirir: ―Reformasiya və kontrreformasiya, eyni dərəcədə, az sivil
xalqların İtaliyanın ağıllı hakimiyyətinə qarşı üsyanıdır. Reformasiya
üsyanları siyasi və teoloji xarakter daşımış, papanın nüfuzundan və onun
sayəsində xəzinəyə daxil olan vergilərin verilməsindən imtina edilmişdir.
Kontrreformasiya üsyanı, İntibah dövrünün intellektual və mənəvi azad
İtaliyasına qarşı idi. Papanın qüdrəti azalmadı, əksinə, artdı və eyni
zamanda, məlum oldu ki, onun nüfuzu, Borcia və Medici kimilərinin
özbaşınalığı ilə uzlaşmır. Xülasə, reformasiya almanlarla, kontrreformasiya
ispanlarla bağlı idi. Dini müharibələr, həm də İspaniyanın güclü olduğu
dövrdə öz düşmənləri ilə apardığı müharibələr idi.‖ ( Dostları ilə paylaş: |