Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi


).    4.  Yəhudilər – mədəniyyətlərarası körpü



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə85/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   81   82   83   84   85   86   87   88   ...   98
AMEA-National Philosophy-2019

25). 

 

4.  Yəhudilər – mədəniyyətlərarası körpü  



İspan  kralı  II  Araqonlu  Ferdinandın  təcavüzü  nəticəsində  Əndəlus 

müsəlmanları və yəhudilərinin bir çoxu ölkəni tərk etmək məcburiyyətində 

qaldılar. Xristianlığı formal olaraq qəbul edən bir qrup yəhudilər (marran) 

və  müsəlmanlar  (morisko)  təqiblərə  məruz  qalırdılar.  Çünki  katoliklər, 

onların formal xristian olduqlarını və öz dinlərini gizli şəkildə yaşadıqlarını 

iddia edirdilər. Buna görə də, onların çox az hissəsi istisna olmaqla (orada 

qalanlar  sürətlə  assimlyasiya  oldular),  İspaniya  ərazisini  tərk  etdilər. 

Müsəlmanlar Yaxın Şərq, Afrika, Kiçik Asiya ərazilərinə miqrasiya etdilər. 

Yəhudilər  isə,  Portuqaliya  (1506-cı  ildə  yəhudilər  katoliklərin  Lissabon 

soyqırımına məruz qalaraq oranı da tərk etməli oldular), İtaliya (Venesiya, 

Genuya)  və  Afrikanın  şimal  bölgələrinə,  Antverpen  liman  şəhərinə 

(Belgiya),  Osmanlı  ərazisinə  (İstanbul,  İzmir,  Edirnə),  Şimali  Amerikaya 

sığındılar.  

Yəhudilərin  İspaniya  və  sonra  Portuqaliyanı  tərk  etmələri,  əslində,  həmin 

ölkələr üçün böyük itki idi. Çünki onlar, mədəniyyətlərarası əlaqələndirmə 

funksiyasını  yerinə  yetirməyi  bacaran,  ticarət,  maliyyə  və  sələmçiliklə 

məşğul olmaqla böyük sərvətlərə malik olan, diasporalarının dünyaya geniş 

yayılması  ilə  bağlı  geniş  əlaqələr  və  kəşfiyyat  məlumatları  əldə  edən, 

siyasət, elm, idarəetmə sahəsində böyük bilik və təcrübələr toplayan, etnik 

və  dini  kimlikləri  bir-birini  tamamlayan  mütəşəkkil  bir  xalq  idi.  Onlar,  bu 

baxımdan, qədim finikiyalılara daha çox bənzəyirdilər.     


873 

 

Avropanın katolik kilsəsinin güclü olduğu başqa yerlərində məskunlaşmaq 



yəhudilər  üçün  təhlükəli  idi.  Çünki  Qədim  Roma  və  onun  varisi  qismində 

iştirak  edən  katolik  kilsə  dini  və  irqi  zəmində  daima  yəhudilərə  qarşı 

antisemitizm siyasəti aparmış, onların avropa ərazisində məskunlaşmasının 

qarşısını  almış,  əksəriyyəti  katolik  olan  avropalıların  şüurunda  belə  bir 

stereotip  yaratmışdır  ki,  yəhudilər  Tanrı  İsanın  qatili  (Yəhudanın  ona 

xəyanət etdiyini və yəhudilərin onu öldürdüklərini) və Kainin (Hz. Adəmin 

xain  oğlu  Qabilin)  varisləridir.  Yəhudilərin  də  katolik  kilsəsinə 

düşmənçiliyi  ispan  və  portuqal  yəhudi  soyqırımları  ilə  məhdudlaşmırdı. 

Əslində, yəhudilərin bütün dünyaya dağılmasının əsas səbəbi, Qədim Roma 

imperiyasının İkinci Yerusəlim məbədini dağıtması olmuşdur.   

Katoliklərdən  fərqli  olaraq,  protestantların  yəhudilərə  münasibəti  müsbət 

idi.  Çünki  katolik  kilsəsi,  onların  hər  ikisinin  düşməni  idi.  1580-ci  ildə 

qəbul  edilən  ―razılaşma  formulu‖na  (1555-ci  ildə  Auqsburq  dini  sülh 

müqaviləsi əsasında) görə, Germaniya və Skandinaviyanın bir çox şəhər və 

knyazlıqlarında  lüteranlar  öz  dini  inanclarını  sərbəst  yaşamaq  imkanları 

əldə etmişdilər. Lakin, yəhudilərin onlar arasında məskunlaşması çətin idi. 

Çünki,  yəhudiləri  ―müqəddəs  üçlüyü‖  tanımadıqları  üçün  ittiham  edən 

Martin  Lüter  və  onun  davamçıları  (lüteranlar)  yəhudilərə  münasibətdə 

katoliklərdən  az  fərqlənirdilər.  Ancaq,  digər  protestant  qolları  onlara  daha 

tolerant  yanaşırdılar.  Digər  tərəfdən,  lüteranlar  müstəqil  dövlət 

yaratmadıqları  üçün,  katolik  kilsəsinə  bağlı  hakimiyyətin  təzyiqi  altında 

idilər.  

Avropa  ərazisinin  müxtəlif  yerlərinə  gizli  şəkildə  sığınan  yəhudilər  üçün, 

XVI  əsrin  sonlarında  ən  əlverişli  yer  Niderlandın  şimalındakı  Amsterdam 

şəhəri idi. Çünki burada 1581-ci ildə ispan müstəmləkəçiliyinə qarşı qalxan 

xalq,  I  Vilhelm  Oranskinin  rəhbərliyi  ilə  müstəqillik  qazanmışdır.  Bu 

ərazidə  protestantların  öz  əqidəsini  sərbəst  yaşaması  üçün  əlverişli  şərait 

yaranmışdır. Çünki alman mənşəli I Vilhelm Oranski bir lüteran kimi vəftiz 

olunsa  da,  sonralar  kalvinizmə  meyl  etmişdir.  Bu,  həm  Avropadakı 

protestantların, həm də yəhudilərin buraya və Niderlandın qonşu ərazilərinə 

toplanmasına səbəb oldu.  

 

5. XVII əsr Hollandiya “qızıl əsri”nin sirləri 

Niderlandda  yəhudilərlə  yanaşı,  protestantların  ictimai  mülkiyyəti 

(həmçinin,  qadınların  ümumi  olmasını)  və  poliqamiyanı  dəstəkləyən 

anabaptist  təriqətinin  mennonit  qolu  geniş  yayılmışdı.  Bu  təriqətin  qutterit 

qolu  Çexiya  ərazisinə  yerləşmişdir.  Anabaptizm  təriqəti  isə,  lüteranlığın 

bazasında  formalaşan  svinqlianlıq  təriqəti  ilə  yaxın  əlaqələri  var  idi. 

Mennonitlər 1535-ci ildə katoliklərin onlara qarşı törətdikləri qanlı Münser 



874 

 

hadisələrindən  sonra  Niderlandda  sığınmışdılar.  XVII  əsrdə  İngiltərədə 



meydana  çıxan  independent  təriqəti  ilə  anabaptistlərin,  mennonitlərin 

esxotoloji  baxışları  (İsanın  minillik  ilahi  səltənətinin,  ―5-ci  monarxiyanın‖ 

gələcəyinə inanırlar) üst-üstə düşürdü.  

Onlar,  ifrat  pasifist  (müharibəyə,  əsgərliyə  qarşı)  olduqları  üçün,  yerli 

hakimiyyətin narazılığına səbəb olurdular. Çünki  I Vilhelm Oranski ölkəni 

qorumaq üçün katolik İspaniya ilə müharibə edirdi. Bu savaş, 80 il (1568-

1648) davam etdi. Buna görə də, onlar, savaşlar zamanı yaşadıqları ölkələri 

tərk  edərək  başqa  yerlərə  köçürdülər.  Yəhudilər  də  azsaylı  xalq  olduğu 

üçün, savaşa meyilli deyildilər.  

Müharibədə  həlledici  amillərdən  biri  maliyyədir.  Çünki  onu  əldə  etdikdən 

sonra, muzdlu döyüşçülərdən də istifadə etmək mümkün idi. Həm də, yerli 

hollandlar  I  Vilhelmin  müstəqillik  mübarizəsi  ətrafında  sıx  birləşmişdi. 

Lakin,  Amsterdamda  bankir  və  tacirlərdən  ibarət  oliqarx  bir  sinif 

formalaşmışdı.  Onlar  dövlətin  müxtəlif  təbəqələrində  təmsil  olunur  və 

istənilən  qanunun  qəbulu  və  ləğvi  ilə  bağlı  qərar  verə  bilirdilər.  I  Vilhelm 

Oranski  özü  onlardan  asılı  duruma  düşmüşdür.  I  Vilhelm  İspaniya  ilə 

savaşdığı  üçün,  onların  maliyyə  dəstəyinə  daha  çox  arxalanırdı.  Bu  isə, 

oliqarxların  sarayda  hakimiyyətini  daha  da  gücləndirirdi.  Buna  görə  də,  I 

Vilhelmin  xalq  arasında  hörmətini  tədricən  itirir,  yerli  zadəgan  və 

knyazların narahatçılığına səbəb olurdu.    

XVII  əsr,  Niderlandın  qızıl  dövrü  kimi  səciyyələndirilir.  Çünki  bu  dövrdə 

Niderland  müstəqil  respublika  elan  edilmiş  (1588),  ticarət,  elm  və  sənət 

inkişaf etmiş, dini azadlıq tətbiq olunmuş,  ətrafdan ora güclü miqrasiyalar 

olmuş, Leyden universiteti yaranmış (1575) və o, Avropa elminin, təhsilinin 

mərkəzinə  çevrilmiş,  1602-ci  ildə  dünyada  ilk  səhmdar  və  transmilli 

Holland  Ost-İnd  Şirkəti  qurulmuşdur.  Əslində,  Qərbi  Avropada  ilk  milli 

dövlət  və  milli  inkişaf  ideyalarının  təməli  Niderland  ərazisində 

qoyulmuşdur.  

Qərbi  Avropada  ilk  milli  dövlət  və  milli  inkişafın  təməlinin  Niderlanddan 

başlaması nə ilə bağlı idi? 

XVII  əsrdə  Niderlandın  qızıl  dövrünü  yaşaması  təsadüfi  deyildi.  Məlum 

olur ki, XVI-XVII əsrlərdə Niderland insan və maliyyə kapitalının bir araya 

gəldiyi  ərazi  olmuşdur.  I  Vilhelm  Oranskinin  hakimiyyətdə  güclənən 

oliqarxlardan  asılı  olması  və  ölkənin  həmin  güclər  tərəfindən  idarə 

olunması  bir  reallıq  idi.  K.  Marks  Niderlandın  qızıl  dövrünü  ―XVII  əsrin 

nümunəvi  kapitalist  ölkəsi‖  kimi  səciyyələndirir  və  manufakturaların, 

gəmiqayırmanın, parça istehsalının yüksək səviyyəyə çatdığını, burada olan 

kapitalın bütün Avropada olan kapitaldan çox olduğunu bildirir (26). Onlar 

dünya  ticarətində  birinci  yerə  çıxır  və  Şərq-Qərb  ölkələri  arasında  ticarət 


875 

 

əlaqələrini  quran  nəhəng  beynəlxalq  subyektə  çevrilir.  O,  Fransa  və 



Germaniyanın  xarici  ticarətinin  böyük  hissəsini  öz  əlində  saxlayır. 

Amsterdamda  1609-cu  ildə  bank  yaradılır  və  bu  şəhər,  qiymətli  kağızlar 

üzrə birja mərkəzinə çevrilir.    

Bəs, Niderlandı idarə edən o güclər kim idi?    

Fransız  tarixçisi  F.  Brodel  ―Kapitalizmin  dinamikası‖  əsərində  yazır: 

―Kapitalizmin  inkişafının  ilk  böyük  mərhələsində  İtaliyanın  Venesiya, 

Genuya,  Florensiya  kimi  şəhər-dövlətlərində  hakimiyyət  pul  elitasının 

əlində idi. XVII əsrdə Hollandiyada zadəganlar ölkəni iş adamları, tacirlər 

və  böyük  maliyyəçilərin  maraqları,  hətta,  onların  göstərişi  əsasında  idarə 

edirdilər.  İngiltərədə,  1688-ci  il  inqilabından  sonra,  hakimiyyət 

Hollandiyaya bənzər bir vəziyyət aldı. Fransa bir əsrdən çox gecikdi: 1830-

cu ilin iyul inqilabından sonra burjuaziya nəhayət əminliklə hakimiyyəti öz 

əlinə keçirir.‖ 

F.  Brodelin  ―iş  adamları,  tacirlər  və  böyük  maliyyəçilər‖  kimi 

səciyyələndirdiyi  burjuaziyanın  Hollandiyaya  İtaliya  ərazisindən  gəldiyi 

göstərilir.  Lakin,  o,  İspanya  və  Portuqaliyadan  gələn  yəhudilərin  adını 

çəkmir. Əslində, Hollandiya burjuaziyası, İspanya və Portuqaliyadan gələn 

yəhudilərdən,  İtaliya  ərazisindən  gələn  burjuaziya  nümayəndələrindən 

(onlar arasında da yəhudilər var idi) təşkil olunmuşdur. 

Biz, yəhudilərin böyük qisminin İspanya və Portuqaliyadan sonra Niderland 

ərazisinə,  xüsusilə,  Amsterdama  sığındıqlarını  bilirik.  Onlar  arasında 

zəngin,  bilikli  və  təcrübəli  insanlar  kifayət  qədər  olmuşdur.  Təbii  ki, 

yəhudilər,  yaranmış  əlverişli  azad  mühitdən  yararlanaraq  ölkənin 

inkişafında mühüm rol oynamışlar. Onlar, bank və ticarət işlərində səriştəli 

olduqları  üçün,  bu  sahədə  önəmli  yerləri  öz  əllərində  saxlayırdılar.  Bu 

baxımdan,  Niderlandın  siyasi  və  iqtisadi  həyatında  aparıcı  rol  oynayan 

oliqarxlar  arasında  onların  sayı  çox  idi.  Onlar  arasında  məşhur  Barux, 

Lopes Suasso (İsaak İsrael), Pereyra (Abendan), Pinto, Mokatta, Qumpers, 

Rafael ailələri var idi. Onlar XVI əsrdə London, Antverpen, Bordo və digər 

şəhərlərdə məskunlaşmış və XVII əsrdə multikultural mühitin yaranması ilə 

bağlı olaraq Amsterdama köçmüşlər. Lopes Suasso Amsterdamın ən böyük 

vergi  ödəyici  kimi  böyük  nüfuz  sahibi  idi.  İspaniya  kralı  II  Karl  ona  irsi 

baron  rütbəsi  vermişdir.  Holland  Ost-İnd  şirkətində  onun  və  digər 

yəhudilərin  səhmləri  çox  idi.  O,  bankir  Pinto  ailəsi  ilə  qohum  olmuşdu. 

Pinto  ailəsi  Holland  Ost-İnd  şirkətini  idarə  edənlərdən,  Şimali  və  Cənubi 

Amerikada  iş  görən,  Niderlandın  büdcəsinin  zənginləşməsini  təmin  edən 

yəhudi ailələrindən biri idi.  Hollandiyada aşkenaz yəhudiləri XVIII  əsrdən 

başlayaraq  fəallaşdılar.  Bank  işləri  ilə  məşğul  olan  məşhur  aşkenaz 

yəhudilərinə  Koen,  Qoldsmit,  Bişofşaym,  Salamon  ailələri  aid  idi.  Onlar, 


876 

 

Amsterdamda  bir  neçə  bank  qurmuş  və  Holland  Ost-İnd  şirkətinin  idarə 



heyətində olmuşlar.  

Yəhudilərlə  yanaşı,  Hollandiyada  holland  protestantlardan  olan,  bank  və 

maliyyə  işləri  ilə  məşğul  olan  burjuaziya  da  mövcud  idi.  Sillem,  Borski, 

Van Loon, Van Lanşot, Pirson, Miz ailələri buna misal göstərilə bilər. Onlar 

güclənmək  üçün,  bir-biri  ilə  qohumluq  əlaqələri  qururdular.  Onların 

Britaniyadan olan və Hollandiyada fəaliyyət göstərən məşhur Berinq, Houp 

(şotland), Klifford ailələri ilə də əlaqələri var idi. Onlar, gəmi sənayesi, kölə 

alveri,  Amerikaya  emiqrasiyanın  təşkil  olunması,  müstəmləkə  malları  və 

almaz  ticarəti,  sənət  əsərlərinin  satışı  ilə  məşğul  olurdular.  Houp  ailəsinin 

Rusiya  ilə fəal  əlaqələrinə görə,  II  Yekatrina  bankir Henri  Houpa dvoryan 

titulu vermiş, lakin, o, bundan imtina etmişdir.  

İtaliyadan  gələn  burjuaziyanın  nümayəndələri  də  Hollandiyada  fəaliyyət 

göstərirdilər.  Florensiyalı  zadəgan  ailəsi  Strossilərin  Hollandiyada 

banklarının  filialları  açılmışdır  (27,  56).  Venesiya,  Genuya  oliqarxları 

Hollandiyanın  bütün  sahələrinə  sirayət  etmişdilər.  Bütün  Avropa 

Hollandiyanın  müstəqilliyinə  qarşı  çıxdığı  halda,  1619-cu  ildə  Venesiya 

onun  müstəqilliyini  tanımış  və  onun  dövlətçiyinin  qurulmasında  birbaşa 

iştirak etmişdir. 1618-ci ildə başlayan 30 illik müharibənin Venesiya hərbi 

strateqləri  tərəfindən  ortaya  qoyulduğu  söylənilir.  Çünki  onlar  İspaniya 

kralı ilə öz gəlirlərini bölüşdürmək istəmirdilər. Buna görə də, onlar, katolik 

kilsəsinə və onun təsiri altında olan İspan krallığına qarşı olan protestantları 

maliyyələşdirmək və onları bir-biri ilə toqquşdurmaqda maraqlı idilər.   

Tanınmış  tədqiqatçı  A.  Onopriyenko  yazır:  ―Venesiya  kapitalı  atlantik 

ticarətinə  rahat  daxil  olmaq  üçün,  yeni  bir  ada  ərazisinə  keçmək 

məcburiyyətində  idi.  Ticarət  şəhər-respublikaları  strategiyalarının  davamı, 

yeni  fəaliyyət  teatrı  olan  Hollandiyada  toqquşdu...  XVI  əsrin  ikinci 

yarısından  Hollandiyanın  şimalına  yeni  əməliyyatlar  axtaran  Venesiya 

kapitalı daxil oldu. Orada yəhudi və Venesiya kapitalları İspan tacının çətiri 

altında Hollandiya ticarət və sənaye pulları ilə tikilmiş bir evdə"evləndilər". 

Venesiya  kapitalları,  böyük  kapital  ittifaqına  dəniz  ticarətinin 

inhisarlaşması  və  qitə  zadəganlarının  manipulyasiyasını  təmin  edən 

çoxəsrlik ada strategiyasını gətirdi.‖ (28). 

Hollandiya burjuaziyasının ticarət və bank fəaliyyətləri Avropanın bir çox 

ölkələrini,  Amerika  və  Asiya  ölkələrini  əhatə  edirdi.  Hollandiyada  yeni 

avroatlantik  layihənin  əsası  qoyulurdu.  Çünki  Aralıq  Dənizi  ticarət 

loqistikası  layihəsi  iflasa  uğramışdır.  Yeni  layihədə  İspanya  və 

Portuqaliyadan  gələn  yəhudilər,  holland,  şotland  və  ingilis  mənşəli 

protestant  bankir  və  tacirlər  fəal  iştirak  edirdilər.  Holland  Ost-İnd  şirkəti 

yeni  burjuaziyanın  maraqlarını  bir  araya  gətirirdi. Tədqiqatçılar  İtaliyadan 


877 

 

gələn burjuaziyanın bu prosesdə aparıcı rol oynadığını və ilkin kapitalizmin 



İtaliyanın  Venesiya,  Genuya,  Florensiya  kimi  şəhər-dövlətlərində 

formalaşdığını  bildirirlər.  O  zaman,  XVII  əsr  Hollandiya  fenomeninin 

kökünü bu şəhər-dövlətlərdə axtarmaq doğru olardı. 

 

6. İngiltərə - transmilli burjuaziyanın yeni avroatlantik mərkəzi 

Hollandiyanın  ərazisi  müxtəlif  dövlətlərlə  sərhəd  olduğu  üçün,  daima 

müharibələr  meydanına  çevrilirdi.  Xüsusilə,  burjuaziyanın  burada  qələbə 

çalması, onun Avropanın nəhəng dövlətlərinin hədəfinə çevrilməsinə səbəb 

olurdu. 


Bu 

baxımdan, 

burjuaziya, 

bütün 


resurslarını 

burada 


yerləşdirməkdən  ehtiyat  edirdi.  Bunun  üçün,  daha  təhlükəsiz  və  dünya 

sularına,  avroatlantik  məkana  çıxışı  olan  yeni  bir  əraziyə  sığınmaq  lazım 

idi. Bunun üçün ən əlverişli məkan, ada ölkəsi olan İngiltərə idi.  

Bura yerləşmək bir tərəfdən asan, digər tərəfdən çətin idi. Ona görə asan idi 

ki, burjua təbəqəsinin əlindəki böyük sərvətlər istənilən dövlət üçün yararlı 

idi.  Ona  görə  çətin  idi  ki,  burjua  təbəqəsinin  sərvətləri  ilə  yanaşı,  böyük 

əlaqələri,  kəşfiyyat  məlumatları,  zəngin  idarəetmə  təcrübələri  və  gücləri 

vardı.  Təbii  ki,  onlar,  bu  imkanları  ilə  məskunlaşdıqları  dövlətdə  tezliklə 

hakimiyyəti  özlərindən  asılı  vəziyyətə  salacaq  və  sonra  onu  ələ 

keçirəcəkdilər  (Niderlandda  olduğu  kimi).  Buna  görə  də,  İngiltərə 

hakimiyyəti buna razı olmadı. Lakin, transmilli burjuaziya artıq öz hədəfini 

seçmişdi  və  ona  nail  olmaq  üçün  bütün  imkanlarını  işə  salmışdı.  Bunun 

üçün, ən əlverişli imkan, İngiltərədən təqib olunaraq Hollandiyaya sığınan 

protestantlar  və  onların  İngiltərədə  fəaliyyət  göstərən  tərəfdarları,  eyni 

zamanda,  parlamentdə  (əksəriyyət  presviterian  və  independent  puritan 

deputatlardan  ibarət  idi)  və  hökumətdə  yerləşən  5-ci  kolon  vasitəsilə 

hakimiyyətə qarşı qiyamlar təşkil etmək və orada hakimiyyət dəyişikliyinə 

nail  olmaq  planı  işlənib  hazırlandı.  İngiltərədə  Stüart  kral  ailəsinə  qarşı 

inqilab təşkil olunmalı və inqilabın lideri Oliver Kromvel olmalı idi.  

Oliver  Kromvel  –  protestant-puritan  ailəsində  doğulmuşdur.  O,  ingilis 

reformasiyasının və anqlikan kilsəsinin əsasını qoyan ictimai xadim Tomas 

Kromvelin  həm  genetik,  həm  də  ideoloji  varisi  idi.  O,  puritanların 

independent  qolunun  lideri  idi.  Oliver  Kromvel  həm  də  bir  hərbçi  və  bir 

sərkərdə  kimi  məşhurlaşmışdı.  O,  İngiltərədə  kral  hakimiyyətinə  qarşı 

başlayan  və  daxildə  bir  çox  qrupların  (anqlikanlar,  katoliklər,  ingilis 

puritanlar və şotland puritanlarının) və etnik qrupların (ingilislər, valliylər, 

şotlandlar,  irlandlar)  bir-biri  ilə  toqquşması  ilə  nəticələnən  vətəndaş 

müharibəsində  antiroyalist parlament  ordusuna rəhbərlik  etdi.  1642-ci  ildə 

başlayan  vətəndaş  müharibəsi  1645-ci  ildə  Oliver  Kromvelin  qələbəsi  ilə 

bitdi.  1649-cu  ilə  qədər  kral  tərəfdarları  ilə  inqilabçılar  arasında 



878 

 

münaqişələr  davam  etdi  və  1649-cu  ildə  Oliver  Kromvel  tam  qələbə  əldə 



edərək I Karlı edam etdirdi və həmin ilin may ayında monarxiyanın bitdiyi 

və  respublikanın  qurulduğu  elan  edildi.  K.  Marks,  bunu  ―İngiltərə  burjua 

inqilabı‖ kimi səciyyələndirdi.  

İngiltərə  burjua  inqilabından  sonra  hakimiyyət  Oliver  Kromvelin  əlində 

səfərbər  olundu.  O,  kilsənin  və  kralın  inhisarında  olan  bütün  sahələri  ləğv 

etdi.  Yalnız,  Ost-Hind  Şirkətinə  toxunulmadı.  Ölkədə  ticarət,  sahibkarlıq 

fəaliyyətləri  üçün  yeni  imkanlar  açıldı.  Anqlikan  kilsəsi,  digər  dinlər  ilə 

eyni statusa endirildi.  

1660-cı  ildə  parlament  monarxiyanı  yenidən  bərpa  etmək  və  II  Karlı 

hakimiyyətə dəvət etmək barədə qərar çıxarsa da, bu uzun çəkmədi. 1688-ci 

ildə şanlı inqilab nəticəsində parlament kral II Yakovun hakimiyyətini ləğv 

edir  və  Hollandiya  kralı  Oranlı  Vilhelm  İngiltərə  kralı  təyin  olunur  (O,  I 

Karlın nəvəsi idi). Beləliklə, Hollandiyada bir araya gələn burjuaziya üçün, 

İngiltərəyə qapılar açılır.  

Deməli,  İspanya  və  Portuqaliyadan  katolik  kilsənin  rəhbərliyi  ilə  qovulan 

yəhudilər,  həmçinin,  İtaliyanın  Venesiya,  Genuya  şəhərlərindən  gələn 

burjua  təbəqəsi  Amsterdamda  protestantlarla  əlaqəyə  girərək  güclü  bir 

transmilli  birlik  yaratmış  və  İngiltərədə  katolikliyə  meyilli  Stüartlar 

sülaləsini  ortadan  qaldıraraq  protestantların  lideri  III  Vilhelmi  taxta 

çıxarmışlar.  Bununla,  İngiltərədə  hakimiyyət  yəhudi-protestant  birliyinin, 

transmilli  hökumətin  və  transmilli  şirkətlərin  (Ost-Hind  Şirkəti)  əlinə 

keçmişdi. Bu hadisələr, Avropada Yeni Dövrün başlanğıcını qoydu.   

*** 

Yəhudilər İngiltərəyə necə yerləşdilər? 



Yəhudilər, Amsterdamda icma şəklində sərbəst yaşayaraq, bank-sələmçilik, 

ticarət  işləri  ilə  məşğul  oldular  və  kral  Oranski  sülaləsi  ilə  yaxın  əlaqələr 

quraraq  Yaxın  Şərq  və  Cənubi  Amerika  ilə  ticarət  əlaqələrini 

genişləndirdilər.  Onlar,  1621-ci  ildə  Holland  Vest-İnd  şirkətinin 

qurulmasında və idarə olunmasında yaxından iştirak etdilər. Avropada XVII 

əsrin  ilk  rübündən  başlayan  30  illik  müharibə  nəticəsində  Polşa  və  digər 

Avropa ölkələri ərazində yaşayan aşkenaz yəhudiləri də Niderland ərazisinə 

miqrasiya etdilər. Yəhudilər tədricən Niderlandın ticarət və maliyyə işlərini 

öz əllərinə aldılar. Lakin, aşkenaz və sefard yəhudiləri burada da bir araya 

gəlmədilər.  

Yəhudilərin  lideri  Menaşe  ben  İsrael  yəhudilərin  İngiltərəyə  yerləşməsi 

üçün Oliver Kromvel ilə danışıqlar aparırdı. Menaşe ben İsrael 1644-cü ildə 

Venesiya məktəbinin yetirməsi hesab olunan kabbalist, saray maqı, astroloq 

və kəşfiyyatçı, şotland əsilli Con Düri ilə tanış olur. Sefard yəhudilərin (29) 

İngiltərə  dərin  dövləti  və  puritanlarla  yaxın  əlaqələrə  girmələri,  onların 


879 

 

həyatında yeni bir səhifənin açılmasına şərait yaratdı. 



Spinozanın  müəllimlərindən  olan  Menaşe  ben  İsrael  ilahiyyatçı  və 

mütəfəkkir  kimi  tanınmışdır.  O,  XVII  əsrdə  yəhudilərin  İngiltərəyə 

qayıtmasını təmin etmişdir. O, bir kabbalist kimi  yəhudilərin bütün dünya 

ölkələrinə  yayıldıqdan  sonra  İsrail  dövlətini  qurmaq  üçün  messiyanın 

(Tövrata  görə,  Davud  peyğəmbərin  soyundan  olan  sonuncu  xilaskar 

peyğəmbərin)  gələcəyinə  inanırdı.  Avropa  ölkələrinin  əksəriyyəti 

yəhudilərə  sığınacaq  vermək  istəmirdilər.  Bunun  üçün,  onları  buna  razı 

salmaq  lazım  idi.  Onun  messiya  və  Cənubi  Amerika  hindularının  yəhudi 

mənşəli  olması  ilə  bağlı  fikirləri  ingilis  puritanlarının  diqqətini  çəkmişdi. 

Menaşe  ben  İsrael,  beləliklə,  ingilis  puritanlarla  müəyyən  əlaqələr  yarada 

bilir.  Onun  ingilis  parlamentinə  gördərdiyi  məktub  müəyyən  müzakirələrə 

yol açır. Bəziləri hesab edir ki, İsraili qurmaq üçün messiyanın gələcəyinə 

inanan yəhudilər ilk öncə xristianlığı qəbul etməlidirlər (30). 

Oliver  Kromvel  yəhudilərin  ölkəyə  daxil  olmasını  maddi,  yaxın  Şərq 

ölkələri ilə  ticarət  əlaqələri  və  kəşfiyyatda  istifadə  baxımdan  sərfəli  hesab 

etdiyi  üçün,  1653-cü  ildə  bir  qrup  yəhudi-marranı  ölkəyə  qəbul  etdi. 

Onların  İngiltərəyə  daxil  olmasına  şərait  yaradanlardan  biri  XIII  əsrdən 

İngiltərədə  məşkunlaşan  yəhudi-marran  Antonio  Fernandes  de  Karvalhal 

(Avraam İsrael) ailəsi idi. O, parlamentə maddi dəstək verir və həm də, öz 

kəşfiyyat şəbəkəsi ilə royalistlərin İspaniya, Portuqaliya ilə əlaqələri barədə 

məlumat toplayırdı (31).  

Yəhudilər  Oliver  Kromvelin  vaxtında  İngiltərədə  öz  sinaqoqlarını  tikdilər, 

icma hüquqlarını bərpa etdilər və ticarət-maliyyə işləri ilə məşğul oldular. 

Kromvelin  yəhudilərə  münasibəti  o  qədər  müsbət  idi  ki,  yəhudilər  onu 

özlərinin maşyahı (messiya) hesab edirdilər. Çünki 1290-cı ildə yəhudiləri 

ölkədən  sələmçilik  və  irqçilik  zəminində  kənarlaşdıran  (Polşaya 

yerləşdirən)  İngiltərə  kralı  I  Edvarddan  fərqli  olaraq,  Kromvel,  əksər 

ingilislərin  etirazına  baxmayaraq,  yəhudiləri  İngiltərəyə  yerləşdirərək, 

onlara  böyük  imkanlar  yaratdı.  Kromvelin  vəfatından  3  il  sonra  İngiltərə 

hakimiyyətinə onun tərəfindən qətl edilən I Karlın oğlu II Karl Stüart gəldi. 

O, atasının qisasını Kromveldən almaq üçün, onu qəbirdən çıxarıb boynunu 

vurdurdu  və  cəsədini  meydanlarda  dolaşdırdı.  Lakin,  II  Karl  yəhudilərə 

toxunmadı, əksinə, onların ölkəyə yerləşməsinə şərait yaratdı. Çünki onlar, 

kralın maliyyə məsələlərini idarə edirdilər. Amsterdamda olan yəhudilər və 

protestantlar  isə,  Holland  kralı  Vilhelm  Oranskinin  İngiltərəyə  hücumunu, 

Fransaya  sığınan  sonuncu  Stüart  kralı  II  Yakova  qarşı  təzyiqlərini 

maliyyələşdirirdilər. Nəticədə, İngiltərədə Stüartlar sülaləsinin hakimiyyəti, 

Holland  kralı  Vilhelm  Oranskinin  qələbəsi  ilə  başa  çatdı.  Yəhudi  bankiri 

Suassonun maliyyə dəstəyi ilə İngiltərə kralı olan III  Vilhelm,  II Yakovun 


880 

 

qızı II Mariya Stüart ilə evlənərək taxta sahib çıxdı. 1688-ci ildə baş verən 



bu hadisə, tarixə şanlı inqilab kimi düşdü.  III Vilhelm 1696-cı ildə yəhudi 

bankirlərə (Suasso, Pereyra) İngiltərə bankını yaratmaq imkanı verdi (daha 

əvvəl  Amsterdamda  yaratmışdılar).  Beləliklə,  yəhudilər  tədricən  Qərbi 

Avropa ölkələrində özlərinə yer etdilər və orada bank sistemlərini qurdular 

(Qoldsmit, Aaron Bencamin, Mokatto). Aşkenaz yəhudiləri Hollandiyadan 

İngiltərəyə XVIII əsrdə köç etdilər və onlar da burada öz bank sistemlərini 

yaratdılar (Koenlər, Rotşildlər, Montefior və s.) (32). 

 

7. Yeni Dövr fəlsəfəsinin təməlini qoyan filosoflar 

Yeni  Dövr  fəlsəfəsinin  təməlini  qoyan  filosoflardan  biri  Barux  Spinoza 

(latınca  -  Benediktus  de  Spinoza)  1632-ci  ildə  Amsterdamda  vaxtilə 

Potuqaliyadan  qovulan  tacir  sefard-yəhudi  ailəsində  doğulmuşdu.  O,  digər 

sefard yəhudiləri kimi kiçik yaşlarından dini təhsil almış, yəhudi, müsəlman 

və  latındilli  filosofların  əsərləri  ilə  tanış  olmuşdur.  Onun  ilk  müəllimləri 

(haham  İsaak  Aboab  da-Fonseka,  ravvin  Saul  Moyteyra  və  Menaşe  ben 

İsrael) kabbalist olmuşdur. Spinozanın sinif yoldaşı Moisey Zakuto sonralar 

Venesiya və Mantuedə nəzəri-kabbala məktəbinin yaradıcı idi. Bunlar onu 

göstərir  ki,  Spinozanın  ilk  təhsilini  əsasən  yəhudi  ilahiyyatı  və  kabbala 

təlimi  təşkil  etmişdir.  Spinozanın  oxuduğu  kitablar  daha  çox  Müsəlman 

Şərq mədəniyyətini təmsil edən yəhudi ilahiyyatçıları, kabbalistləri, filosof 

və  alimlərinin  əsərləri  (Avraam  inb  Ezra,  Maymonid,  Xasday  Kreskas, 

kabbalist  Avraam  Koqen  Errer,  Qersonid,  neoplatonik  Yəhud  Abrabanel), 

həmçinin, müsəlman müəlliflərin kitabları idi (İnb Sina, İbn Rüşd, Fərabi).  

Spinoza  da  Amsterdamda  olan  protestantlar  (kolleqiantlar  təriqəti)  ilə 

əlaqələr  qurmuşdur.  Onun  bu  hərəkəti,  dindar  yəhudi  icmasını 

qəzəbləndirir.  Ola  bilsin  ki,  onun  protestantlarla  yaxınlığı,  yəhudilik 

ehkamları  ilə  bağlı  fərqli baxışlarının formalaşmasına  təsir etmişdir.  Buna 

görə də, o, 1656-cı ildə yəhudi-sefard icmasından təcrid olunur (herem). Öz 

payını qardaşına sataraq ailəsini tərk edir (o zaman atası və anası da vəfat 

etmişdilər). O, Enden kollejinə daxil olur və burada bir qədər fərqli biliklər 

əldə  edir.  Yunan  və  latın  dillərini  öyrənir,  Qobbs,  Dekart,  Qassendi, 

Makiavelli,  Brunonun  əsərləri  ilə  tanış  olur.  Onun  bu  fəaliyyəti  yəhudi 

icmasını  daha  da  qəzəbləndirir  və  o,  Amsterdamı  tərk  edərək  yaxınlıqda 

olan  və  kolleqiantlar  təriqətinin  mərkəzi  olan  Reinsburq  kəndinə  yerləşir 

(Leyden yaxınlığında). O, kolleqiantlar təriqəti (33) ilə yaxın əlaqələr qurur.  

Kolleqiantlar  təriqəti  –  protestantlığın  əsasən  İngiltərədə  yayılan  və 

puritanlardan  ayrılan  İndependent  cərəyanının  (Robert  Broun)  Arminian 

fraksiyası  idi.  İndependent  cərəyanının  lideri  İngiltərədə  inqilabın  başında 

dayanan  Oliver  Kromvel  idi.  Onların  böyük  bir  hissəsi  Hollandiyaya 



881 

 

köçmüşlər.  



Spinozanın  kolleqiantlar  təriqətində  nüfuzu  böyük  olmuşdur.  O,  öz  geniş 

bilikləri  ilə  ətrafının  diqqətini  özünə  cəlb  edə  bilirdi.  1661-ci  ildə  London 

kral  elmi  cəmiyyətinin  (1660  ildə  yaradılan)  sədrlərindən  olan  Henri 

Oldenberq  onu  ziyarət  edir  və  onların əlaqələri  formalaşır. 1663-də  Haaqa 

yaxınlığına köçür və burada London kral elmi cəmiyyətinin bir çox üzvləri 

(Xristian  Qyüqens)  ilə  görüşür.  1670-ci  ildə  nəşr  etdirdiyi  ―Teoloji-siyasi 

traktat‖ əsərinə ateist damğası vurulur və o, təqib olunmağa başlayır. Buna 

görə,  o,  Haaqaya  köçür  və  orada  yaşayır.  Orada  Qotfrid  Leybnis  ilə  tanış 

olur.  Ona  Heydelberq  universitetində  müəllimlik  təklif  olunsa  da,  bundan 

imtina  edir.  1677-ci  ildə  vəfat  edir  və  vəfatından  sonra  bütün  əsərləri 

qadağan olunur. O, sonralar öz əsərlərini latın, ivrit, italyan, fransız, ispan, 

portuqal dillərində qələmə almışdır. 

Spinozanın  panteist  görüşləri  neoplatonizm  fəlsəfəsinə  əsaslanırdı. 

Renessans dövrünün filosoflarının  əksəriyyəti panteist idi. Spinoza onların 

baxışlarını  daha  sistemli  və  konseptual  şəkildə  təqdim  etməyi  bacardı. 

Panteizmin  ideyalarının  yayılması  burjua  təbəqəsənin  maraqlarına  xidmət 

edirdi.  Bunu,  Florensiyada  Mediçilər  ailəsi  tərəfindən  panteizmin  əsas 

mərkəzlərindən  olan  Platon  Akademiyasının  açılmasında  və  üzvlərinin 

maddi  himayə  olunmasında  fəal  iştirakında  müşahidə  etmək  mümkün  idi. 

Çünki  panteizm  bütün  dinləri  ortadan  qaldırır,  onları  ilahlaşdırılan  təbiətə 

itaət etməyə, ezoterik biliklərlə onun sirlərinə bələd olmağa şərait yaradırdı. 

Bu  cür  baxışlar,  yəhudilər  üçün  vacib  idi.  Çünki  onlar,  Avropada  dini 

diskriminasiyaya məruz qalan və bundan ən çox əziyyət çəkən əhali qrupu 

idilər.  Eynilə,  burjua  təbəqəsi  də,  katolik  kilsənin  sosial-mədəni  inhisarını 

ortadan  qaldırmaqla,  sekulyar  cəmiyyətdə  daha  rahat  öz  siyasi-iqtisadi 

məqsədlərinə  çata  bilərdilər.  Həmçinin,  panteizm  təlimi,  ateizm  və 

materializmə  əsaslanan  yeni  qlobal  bir  dinin  layihəsi  idi.  Renessans 

dövrünün mütəfəkkirləri də bu ümumi dindən geniş bəhs edirdilər.  

*** 

Yeni  Dövrün  siyasi  fəlsəfəsi,  iki  məşhur  ingilis  filosofu  Tomas  Qobbs  və 



Con Lokk arasında gedən polemika ilə başlayır. Ölkədə yaranmış vətəndaş 

müharibəsi,  optimal  çıxış  yolunun  düşünülməsini  zəruri  edirdi.  Kromvel 

tərəfindən  təqib olunan royalistlərlə  (Stüart  krallığını dəstəkləyənlər)  birgə 

Parisə sığınan və sonra onları tərk edərək Londona qayıdan Tomas Qobbs, 

vətəndaş müharibəsinin gətirdiyi anarxiyanın səbəbini insanın təbii anarxist 

təbiəti  ilə  əlaqələndirir  və  cəmiyyəti,  insanı  bu  təhlükədən  qorumağın 

yeganə  rasional  yolunun  (ictimai  müqavilə  əsasında)  süveren  monarxiya 

dövlətinin (Leviafan) qurulmasında, dinin dövlətə tabe olmasında və onun 

hakimiyyətin alətinə çevrilməsində olduğunu bildirirdi.   


882 

 

Siyasi  liberalizm  nəzəriyyəsinin  banilərindən  olan  Con  Lokk,  Kromvelin 



cəhbəsində  olan  mütəfəkkirlərdən  olmuşdur.  O,  ―Məxfi  Şura‖nın 

üvzlərindən  olan  lord  Entoni  Eşlinin  oğlunun  müəllimi  və  həkimi  olmuş, 

onun  vasitəsilə  siyasətə  cəlb  olunaraq,  1669-cu  ildən  Kral  Cəmiyyəti 

Şurasının üzvü seçilmiş, sonra daha yüksək vəzifələrdə olmuşdur. Stüart II 

Yakov hakimiyyətə gələndə, lord Eşli ilə birlikdə Hollandiyaya sığınmış və 

inqilabdan  sonra  hakimiyyətə  gələn  Niderland  kralı  Vilhelm  Oranskinin 

hakimiyyəti dövründə İngiltərəyə qayıtmışdır. O, ―1688-ci il şərəfli inqilabı 

barədə  düşüncələr‖  əsərində  Vilhelm  Oranskinin  hakimiyyətə  gəlməsini 

ingilis  xalqının  azadlığının  və  azad  iradəsinin  gerçəkləşməsi  kimi 

dəyərləndirmişdir (34).   

Con  Lokkun―Məxfi  Şura‖nın  üvzlərindən  olan  lord  Entoni  Eşlinin  yaxın 

adamlarından  olduğunu  nəzərə  alsaq,  onun  dərin  dövlət  sirlərini  bilən  bir 

şəxs olduğunu iddia edə bilərik. O, məhz bu mühitdə ilkin liberal ideyalarla 

tanış  ola  bilərdi.  Çünki  katolik  və  şotland  əsilli  olan  Stüartların 

hakimiyyətinə alternativ layihə gətirmək lazım idi. Bu layihədə hakimiyyət 

anqlikan kilsəsinin və transmilli hökumətin əlində olmalı idi.  

Tomas  Qobbs  və  Con  Lokk  arasında  insanın  təbiəti,  əxlaqı  və  ona  uyğun 

olan  sosial  sistem  barədə  davam  edən  mübahisələr  liberal  düşüncənin 

təməlini  formalaşdırdı.  İnsanı  təbiətən  anarxist  hesab  edən  T.  Qobbsdan 

fərqli  olaraq,  C.  Lokk  ―insan  təmiz  lövhədir  (tabula  rasa)  və  onu 

formalaşdıran  sosial  mühitdir‖  tezisini  ortaya  qoydu.  Leviafan  ideyası, 

fərdin  azad  inkişafına,  onun  mənəvi  potensialının  üzə  çıxmasına  və 

cəmiyyətin tərəqqisinə (proqres) sədd  çəkirdisə,  C.  Lokkun  dinamik  sosial 

mühit  ideyası  proqresə  əsaslanırdı.  C.  Lokkun  görüşündən  belə  bir  nəticə 

çıxırdı ki, güclü dövlət qapalı və zorakı bir sistem yaratdığı üçün, gec-tez 

ortadan qalxacaq, lakin, vətəndaş cəmiyyətinin tərəqqisi dövlətlərin ortadan 

qalxması  ilə  dayanmayacaq  və  irəli  gedəcəkdir.  Buna  görə  də,  belə  bir 

nəticəyə  gəlindi  ki,  sosial  inkişafın  əsas  meyarı  dövlət  deyil,  vətəndaş 

cəmiyyətinin sonsuz proqresidir.  

Proqres  əsas  meyar  olduğu  üçün,  onun  dinamikasına  mane  olan  bütün 

ictimai  institutlar  (dövlət,  din,  ailə)  deformasiya,  adaptsiya  və  ya  ləğv 

olunmalı və proqresin əsas ölçü vahidi individ (fərd) olmalıdır. Proqres və 

individ  münasibətlərindən  ortaya  çıxan  yeni  dünyagörüşü  sistemi  – 

liberalizmdir. Əslində, proqresin fəlsəfəsi, transmilli hökumətin maraqlarına 

xidmət  edən  kapitalizmin  dünyada  genişlənməsinə,  individin  isə,  bu 

məqsədə  xidmət  etməsinə  yönəlmişdir.  C.  Lokkun  özü  də,  siyasi  elitanın 

içində  olan  şəxs  idi.  Çünki  o,  fərdin  azadlığından  bəhs  etdiyi  halda, 

Britaniya  qul  ticarəti sahəsinə  ən  böyük  sərmayə  qoyan  şəxslərdən  biri idi 

və  Vilhelm  Oranskinin  monarxiyasını  dəstəkləyirdi.  O,  yəhudi  və 



883 

 

xristianların  bir  cəmiyyətdə  yaşamasını  təmin  edən  tolerantlıq  ideyasını 



dəstəklədiyi halda, katolik kilsəsinə qarşı dözümsüzlük ifadə edirdi. Çünki 

hesab  edirdi  ki,  katoliklərin  başçısı  Romada  oturduğu  üçün,  onlar,  dövlət 

içində bir dövlətdirlər (35, s. 415). Halbuki, Britaniya ərazisində əksəriyyət 

təşkil edən şotlandlar, irlandlar məzhəb baxımından katolik idilər.    

*** 

C.  Lokkun  liberal  görüşünü  iqtisadi  tərəfdən  inkişaf  etdirən  Böyük 



Britaniyalı alim, şotland mənşəli Adam Smit oldu. O da, lord Taunşend və 

lord Keyms (Henri Hyum) vasitəsilə London kral cəmiyyətinə üzv seçilmiş 

və siyasi elitanın içinə daxil olmuşdur (36). O, C. Lokkun liberal ideyaları 

bazasında ―azad ticarət‖ (free trade), obyektiv iqtisadi qanunlar, azad bazar, 

iqtisadi  insan,  təbii  nizam  ideyalarını  ortaya  qoydu  və  bildirdi  ki,  hər  bir 

şəxs  kimliyindən asılı  olmayaraq,  sərbəst  sahibkarlıq  fəaliyyəti ilə  məşğul 

ola bilər. İqtisadi inkişafa təkan verən nəfsani istəklər ilə cəmiyyətin ümumi 

istəkləri bir-birini tamamlayır. Liberal iqtisadiyyat o zaman inkişaf edə bilər 

ki,  o,  milli  deyil,  transmilli  xarakter  daşısın.  Çünki  dövlət  sərhədlərinin 

mövcudluğu,  merkantilizm  iqtisadiyyatın  inkişafına  mane  olur.  Buna  görə 

də,  liberal  iqtisadiyyat  və  demokratiya  proqressin  təmsilçisi  kimi  dövlətin 

rolunu sıfıra endirməyə, fərdin rolunu isə, yüksəltməyə yönəlir (37). 

Adam Smit hesab edirdi ki, təbiətdə olduğu kimi, cəmiyyətdə də insanların 

qarşılıqlı  maraqları  və  bacarıqları  istiqamətində  ümumi  bir  iqtisadi  sistem 

formalaşır.  Bu  sistemi  hərəkətə  gətirən  mexanizmin  mahiyyətini,  xüsusi 

mülkiyyətə  əsaslanan  fərdi  eqoizm  və  onun  üzərində  qarşılıqlı  mənfəətə 

söykənən  ümumi  maraqlar  təşkil  edir.  A.  Smit  bu  mexanizmi,  iqtisadi 

sistemin  daxilində  tənzimləyici  və  istiqamətləndirici  xarakter  daşıyan 

―görünməz əl‖ adlandırmışdır (38, 66). 

A.  Smitin  ―Təbii  ehtiyatlar  məhdud,  insan  ehtiyacları  qeyri-məhduddur‖ 

tezisi,  kapitalizm  sisteminin  təməl  prinsipinə  çevrildi.  İnsanın  və  ümumən 

cəmiyyətin ehtiyaclarının qeyri-məhdudluğuna  əsaslanan iqtisadi şüur yeni 

bazarlar  əldə  etmək,  daha  çox  qazanmaq,  ətrafa  genişlənmək,  bu  yolda 

zəifləri əzmək, güclülərlə  rəqabətə çıxmaq, dünyanın təbii resurslarını əldə 

etmək,  onlardan  bəhrələnən  insanları  (xalqları)  genosidə  məruz  qoymaq 

(Maltus  nəzəriyyəsi),  hərbi  güc  tətbiq  edərək  imperializm  siyasəti  həyata 

keçirmək, başqa ölkələrin ərazilərini işğal etmək və digər bu kimi nəticələrə 

rəvac verir.  

A. Smitin gəldiyi maraqlı qənaətlərdən biri də bu idi ki, cəmiyyətin iqtisadi 

inkişafının  əsasında  dayanan  elmi-texniki  tərəqqi  və  fərdi  eqoizm  amilləri 

sonsuzadək davam edə bilməzlər. Çünki onun dediyi kimi, insan ehtiyacları 

qeyri-məhduddursa,  dünya  qeyri-məhdud  deyildir.  Yəni,  bir  cəmiyyətin 

daxilində  genişlənən  iqtisadi  sistem  həmin  cəmiyyətin  fövqünə  çıxaraq 


884 

 

digər  bazarlara  genişlənəcək  və  nəticədə  dünya  bazarını  ələ  keçirəndən 



sonra genişlənmək imkanları olmayacaqdır. O zaman, sistem qapanacaq və 

öz içindən tənəzzülə doğru irəliləyəcəkdir.  

İngiltərədə sefarad yəhudisi olan Devid Rikardo öz iqtisadi nəzəriyyəsi ilə 

XIX  əsrin  əvvəllərində  sosialist-utopist  cərəyanın  əsasını  qoydu 

(T.Qodskin,  U.Tompson,  F.  Brey).  Bu  nəzəriyyə,  kapitalizmin  zəhmətkeş 

insanların  əməyini  istismar  etdiyini  və  onu  düzgün  dəyərləndirmədiyini 

ortaya  qoydu.  Sonralar  sefarad  yəhudisi  olan  K.  Marks  da,  bu  nəzəriyyə 

əsasında  öz  ―kapital‖  əsərini  yazdı.  K.  Marks,  A.  Smitin  sistemin 

qapanması  və  öz  içindən  tənəzzülə  doğru  irəliləməsi  ideyasını  götürərək, 

onun üzərində öz tarixi dialektika metodologiyasını yaratdı. Yəni, ona görə, 

əvvəlki  ictimai-iqtisadi  formasiyalar  kimi,  kapitalizm  sistemi  də  öz 

imperailizm  mərhələsində  qapalı  sistemə  düşərək  öz  içindən  tənəzzülə 

gedəcəkdir. O zaman, onun genişlənməsinə təkan verən elmi-texniki tərəqqi 

fenomeni  də  sıradan  çıxacaqdır.  K.  Marks,  bunu  yeni  sosializm 

formasiyasına keçid kimi dəyərləndirirdi. A. Smit, D. Rikardo, K. Marks və 

digərləri  faizli  bank  kredit  sisteminin  üstündən  sükutla  keçdilər.  Halbuki, 

transmilli  qurumların  varlığı  əvvəllər  olduğu  kimi,  bu  gün  də,  məhz  bu 

sistem üzərində bərqərardır.  

*** 

Göründüyü  kimi,  liberal  nəzəriyyələrin  əsasını  qoyan  Con  Lokk  və  Adam 



Smit  öz  dövrlərində  siyasi  elitanın  içində  olan  şəxslər  kimi,  onların 

maraqlarına  xidmət  etmişlər.  Onlardan  sonra  gələnlər  də  mahiyyətə 

toxunmadan,  səthi  xarakterli  fərqli  fikirlər  irəli  sürmüşlər.  Bunlar, 

―demokratiya‖nın  və  bazar  iqtisadiyyatının  dünyada  genişlənməsinə, 

dövlətlərin ortadan qalxmasına və transmilli qurumların vətəndaş cəmiyyəti 

üzərində  gizli  hakimiyyətinə  şərait  yaratmışdır.  Əslində,  bu  strategiya, 

liberal  nəzəriyyələrin  yarandığı  ilk  gündən  nəzərdə  tutulmuşdur.  İngilis 

milli  loqosu,  milli  dövlətin  yaradılmasını,  transmilli  dünya  sisteminin 

qurulmasına  körpü  kimi  baxmışdır.  Bu  gün,  artıq  nəzərdə  tutulan  vaxt 

yetişmişdir.  Milli  dövlətlərin  etnik  dövlətlərə  parçalanması  və  qlobal 

sistemin yaranması fonunda, ingilis dilinin və ingilis milli fəlsəfi loqosunun 

dominant  olması  və  qloballaşması  hadisəsi  danılmaz  bir  həqiqətə 

çevrilməkdədir.   

Adam  Smit  və  Con  Lokk  liberalizmin  siyasi  və  iqtisadi  əsaslarını 

qoymuşdular. Bu ideyalar, tədricən Avropanın digər yerlərinə yayılırdı. Con 

Lokk,  Devid  Yum,  Adam  Smit  və  digər  ingilis  mütəfəkkirləri  Avropa 

ölkələrinə, ABŞ-na səyahət edir, oradakı yerli mütəfəkkirlərlə, maarifçilərlə 

əlaqələr  qururdular.  Bu  fikirlərin  yayılması,  transmilli  qurumun 

hakimiyyətinin  genişlənməsi  demək  idi.  Çünki  ideyalar  şüurlarda  dərk 


885 

 

olunduqdan sonra maddiləşir və özünü gerçəkləşdirmək ehtiyacı duyur.  



 

8. ABŞ və Fransa burjua inqilabları 

İngiltərədə  kök  salan  transmilli  burjuaziya  müstəmləkəçilk  siyasətinə 

başladı. Dünya bazarını ələ keçirmək üçün, böyük imperiyalar parçalanmalı 

və  onların  yerində  bazarlarını  ələ  keçirmək  üçün  kiçik  milli  dövlətlər 

yaranmalı  idi.  Transmilli  Ost-Hind  şirkəti  Hindistan  və  Şimali  Amerika 

bazarlarını  ələ  keçirdi.  Ona,  dünya  bazarını  ələ  keçirməkdə  ən  böyük 

maneə, güclü Fransa krallığı idi.      

Fransa  İngiltərənin  Şimali  Amerika  ərazisində  qurduğu  müstəmləkələri 

dağıtmaq  üçün,  qiyamçı  qruplara  (azadlıq  oğulları)  silah,  maliyyə  dəstəyi 

verdi.  1776-cı  ildə  ABŞ-da  qiyamçılar  qələbə  qazandı  və  müstəmləkəni 

ləğv etdilər. Bu qiyamçılar, vaxtilə İngiltərəni tərk edən puritanlar idilər.  

İngiltərənin  transmilli  hökuməti  bu  qiyamın  qisasını  almaq  üçün,  1789-cu 

ildə Fransada burjua inqilabını həyata keçirdi və kral XVI Lüdoviki taxtdan 

salaraq öldürülməsinə şərait yaratdı. Fransada anarxiya pik həddə çatdı və 

bunun  nəticəsi  olaraq  xalq  içindən  çıxan  Napaleon  Bonopartın  rəhbərliyi 

altında yenidən monarxiya sistemi quruldu. Lakin, bu uzun sürmədi. Çünki 

transmilli  qurum,  Fransa  ilə  Rusiyanı  qarşı-qarşıya  gətirərək,  hər  iki 

rəqibini zəiflədib ortadan qaldırdı.  

Fransa inqilabının dalğalarının Avropanın katolikləri arasında yayılmasının 

qarşısını  almaq  üçün,  katolik  kilsəsi  İspaniya,  Portuqaliya  kimi  yerlərdə 

feodal  təsərrüfat  və  idarəetmə  sisteminin  dağılmasına  imkan  vermirdi. 

Lakin,  protestantların  çox  olduğu  yerlərdə  bu  ideyalar  sürətlə  yayılırdı. 

Onların yayıldığı ərazilərdə protestantlar sosial-siyasi gücə çevrilir, katolik 

kilsəsinə  qarşı  mübarizə  aparır  və  onun  hakimiyyətindən  qurtulmaq 

istəyirdilər.  Beləliklə,  katolik  kilsəsinin  hakimiyyətindən  qurtulan 

ərazilərdə  milli  dövlətlər  meydana  gəlirdi.  Çünki  onlar  ənənəvi  şəkildə 

yaşamaq istəmirdilər və yeni həyat tərzi üçün, milli inkişafdan başqa bir yol 

yox  idi.  Bu  isə,  mexaniki  sürətdə  milli  dövlətlərin  transmilli  qurumların 

təsiri altına düşməsinə səbəb olurdu.  

 

9. Maarifçilik və maarifçilər  

Maarifçilər üçün milli fəlsəfə nəyə görə aktual idi? 

Fəlsəfədə  millilikdən  bəhs  edəndə,  ilk  növbədə  ingilis,  fransız  və  alman 

fəlsəfəsi  kimi  oturuşmuş  anlayışlar  yada  düşür.  Çünki  Avropada  Yeni 

Dövrün paradiqmalarını ilk həyata keçirənlər, ilk milli dövlətləri yaradanlar 

və  imperialist  siyasət  kursunu  götürənlər  onlar  olmuşlar.  İlk  dəfə  sosial-

siyasi həyatda böyük inqilabi dəyişikliklər, liberal transformasiya prosesləri 

İngiltərə (Şanlı inqilab - 1688), ABŞ (müstəqillik deklarasiyasının qəbulu - 


886 

 

1776),  Fransa  (İnsan  və  vətəndaş  hüquq  deklarasiyası  -  1789),  Almaniya 



ərazilərində  baş  vermişdir.  XIX-XX  əsrlərdə  onların  təsiri  ilə  Avropanın 

digər  ərazilərində,  Asiyada  milli  ideyalar  maarifçilik  fəlsəfəsi  vasitəsilə 

yayılmışdı. 

Milli  dövlət  -  etnik,  dini,  sosial  kimliyindən  asılı  olmayaraq,  konkret  bir 

ərazidə  yaşayan  əhalini  konkret  bir  dil,  vətəndaşlıq  ideologiyası  və  milli 

strategiya ətrafında birləşdirmək, bu istiqamətdə onları assimlyasiya edərək 

siyasi  bir  millət  formalaşdırmaq  məqsədini  qarşıya  qoyurdu.  İmperialist 

siyasəti həyata keçirən milli dövlətlərin uzaq hədəfi də buna xidmət edirdi. 

Əslində, milli dövlətlərin hakim elitası, Yeni Dövrdə tarixi rekonstruksiya 

nəticəsində  hakimiyyətə  gələn  transmilli  qruplar  idi.  Onlar,  bazar 

iqtisadiyyatı  və  ETİ  vasitəsilə  yerli  və  dünya  bazarlarını  ələ  keçirmək, 

individualizm  ideyası  vasitəsilə  təhlükəli  ənənəvi  kollektiv  birlik 

formalarını  atomlara  bölmək,  sekulyarizm  və  ifrat  rasionalizm  vasitəsilə 

marginal  və  deist  bir  toplum  yaratmaq,  proqress  ideyası  vasitəsilə 

cəmiyyətləri  öz  strateji  məqsədləri  istiqamətində  səfərbər  edərək  istismar 

etmək  istəyirdilər.  Bunlar,  Yeni  Dövrün  əksər  filosoflarının  əsas  ideya 

istiqamətlərini  təşkil  etmişdir.  Yalnız,  XIX  əsrin  sonlarında  F.  Nitşe  buna 

―stop‖ demişdir.     

Milli  fəlsəfənin  formalaşması  və  inkişafında  müxtəlif  etnoslara  mənsub 

olan  filosoflar  fəal  rol  oynamışlar.  Məsələn,  yepiskop,  filosof  Corc  Berkli 

İrlandiyada  doğulan  irland  olsa  da,  öz  əsərlərini  latın,  ingilis  və  fransız 

dillərində yazmışdır. Şotlandiyada doğulan şotland əsilli filosof Devid Yum 

öz  əsərlərini  ingilis  dilində  qələmə  almışdır.  Demək  olar  ki,  Böyük 

Britaniya ərazisindən olan irland və şotland mənşəli mütəfəkkirlərin hamısı 

ingilis  dilində  yazıb  yaratmışlar.  Halbuki,  şotland  və  irlandların  öz 

dövlətləri, dövlətçilik ənənələri və milli dilləri olmuşdur.    

Filosofların yaşadıqları ərazi və yetişdikləri mühit də fəlsəfi əsərlərin dilinə 

təsir  etmişdir.  Məsələn,  Paul  Qolbax  Almaniyada  doğulan  alman  olduğu 

halda,  öz  əsərlərini  fransızca  yazmışdır.  Çünki  o,  gənc  yaşlarından  Parisə 

köçmüş  və  orada  yaşamışdır.  Yaxud,  Jan-Jak  Russo  Cenevrədə  (İsveçrə) 

doğulsa  da,  məşhur  fransız  filosofu  kimi  tanınmışdır.  Çünki  kiçik 

yaşlarından kimsəsiz qalan filosof, özünə Fransada sığınacaq tapmışdır.  

Maarifçilərin  ideyaları  köhnə  sistemin  fonunda  daha  ədalətli  və  aktual 

görünürdü.  Maarifçi  filosoflar,  katolik  kilsənin  hegemonluğu  altında  olan 

orta  əsrləri  ―zülmət  əsrləri‖  kimi  səciyyələndirməklə,  şüuraltı  şəkildə 

özlərinin  təmsil  etdiyi  maaarifçiliyi  ―aydınlanma,  ziyalı,  işıqlı‖  (the 

enlightenment)  kimi  təqdim  edirdilər.  Bununla,  maarifçilər,  qnoseoloji 

dualizm  paradiqmasından  çıxış  edərək,  teologiyaya  qarşı  azadfikirlilik, 

empirizm  və  skeptisizmə  əsaslanan  rasional  fəlsəfəni,  sekulyarizmi,  elmi 


887 

 

metodları  qoyurdular.  Onlar,  Bibliyanın  Tanrı  kitabı  olması  məsələsini 



şübhə  altına  alır  və  fitri  din  ilə  eyniləşdirilən  deizm  inancını  gündəmə 

gətirirdilər.  Dini,  kilsənin  nəzarəti  altında  saxlanılan  sosial  fenomen  kimi 

deyil,  fərdin  seçimi  ilə  bağlı  olan  şəxsi  fenomen  kimi  dəyərləndirirdilər 

(laiklik,  sekulyarlıq).  Cəmiyyətin  əksəriyyəti,  artıq,  bu  fikirləri  qəbul  edir 

və  onları  doğru  hesab  edirdilər.  Çünki  500  illik  tarixi  proses,  onların 

şüurunda  çox  dəyişikliklər  etmişdir.  ABŞ  və  Fransada  baş  verən  burjua 

inqilabları  və  hadisələrin  sonrakı  inkişafı  göstərdi  ki,  maarifçilərin  təbliğ 

etdikləri  azadlıq  ideyaları  əbəs  deyildi.  Onlar,  sanki,  barıt  çəlləyinə  atılan 

bir qığılcım idi.    

Yeni  Dövrdə  fransız  dili  Avropada  latın  dilini  əvəz  etdiyi  üçün,  o, 

beynəlxalq elmi-fəlsəfi dil statusu qazanmışdır. Almanlar və ingilislər də öz 

dillərini  yaymağa  cəhd  edirdilər.  Bu  xalqların  hər  üçü  germanmənşəli 

olsalar da, öz siyasi-iqtisadi maraqları istiqamətində fərqli milli kimliklərin 

formalaşdırılmasında maraqlı idilər. Çünki onların orta əsrlərdə qurduqları 

dövlətlər,  yaratdıqları  universitetlər  və  digər  amillər  buna  əsas  verirdi. 

Bundan  başqa,  bu  prosesləri  daxildən  idarə  edən  və  onları  yönləndirən 

siyasi-iqtisadi elitalar var idi. Onlar, bir-biri ilə yaxın əməkdaşlıq mühitində 

olan  maarifçiləri  açıq  və  gizli  şəkildə  dəstəkləyirdilər.  Lakin,  maarifçiliyi 

dəstəkləyən  məhcul  qüvvələr,  eyni  zamanda,  onların  təşkilatlanmasına  və 

güclənməsinə şərait yaradırdılar.   

Maarifçilik  fəlsəfəsi,  ilk  dəfə  milli  dillərdə  meydana  çıxan  böyük 

eksiklopediyalar  ilə  yayıldı.  İngiltərədə  Efraim  Çembers  (İngiltərədə 

tərcüməçi,  kitabşünas  1728-ci  il)  iki  cildlik  Siklopediya,  Almaniyada 

Yohan  Sedler  (1731-1754)  alman  dilində  68  cildlik  ―Böyük  universal 

leksikon‖  əsərlərini  ortaya  qoydular.  Deni  Didro  və  digər  maarifçilər 

tərəfindən  fransız  dilində  hazırlanan  35  cildlik  ensiklopediya  (1751-1780) 

Yeni  Dövrün  ən  tanınmış  və  mükəmməl  əsəri  hesab  olundu.  Bu  əsərlərin 

meydana  çıxmasında  bütün  resurslar  milli-mədəni  inkişaf  üçün  bir  araya 

gətirilirdi.  İngiltərə,  Fransa,  Almaniya  ərazisində  yaşayan  bütün  alim  və 

filosoflar  etnik  mənşələrindən  asılı  olmayaraq,  bu  milli-mədəni  inkişaf 

prosesində  iştirak  edirdilər.  Fransız  maarifçiləri  daha  çox  sosial  və  siyasi 

məsələlərə  ağırlıq  verdikləri  halda,  alman  maarifçiləri  din  və  əxlaq 

məsələlərinə  diqqət  yetirirdilər.  Lakin,  onların  hamısının  ortaq  hədəfi, 

feodal  sistemi  ortadan  qaldırmaq  və  liberal  dəyərləri  (demokratiya,  bazar 

iqtisadiyyatı) həyata keçirmək idi.  

Cədvəl 1. Tanınmış avropa filosof və mütəfəkkirlərinin etnik mənşəyi  



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin