Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   80   81   82   83   84   85   86   87   ...   98
AMEA-National Philosophy-2019

19). 

İtaliyanın  Venesiya,  Genuya,  Florensiya  kimi  şəhər-dövlətləri  Avropada 

burjuaziyanın  ilk  meydana  çıxdığı  yerlər  olmuşlar.  IV-V  əsrlərdə  Roma 

imperiyasının  hun  və  german  tayfaları  tərəfindən  məğlub  edilməsindən 

sonra,  bu  ərazilərə  müxtəlif  yerlərdən  miqrantlar  axışmağa  başlamış  və 

burada  ticarət  əlaqələri  inkişaf  etmişdir.  Bir  tərəfdən,  bu  ərazilərin  Aralıq 

Dənizinə  çıxışının  olması,  Şərq  və  Qərb  arasında  körpü  rolunu  oynaması, 

digər tərəfdən, quru ərazilərdən gələn hərbi təhlükələrdən qismən qorunma 

imkanlarının  çox  olması,  tacirlərin  maraqlarının  bu  əraziyə  yönəlməsinə 

səbəb olmuşdur. Burada toplaşan tacirlər arasında yəhudilər, Yaxın Şərqdən 

olan  tacirlər  kifayət  qədər  olmuşdur.  Buna  görə  də,  Venesiya,  Genuya, 

Florensiya 

kimi 

şəhər-dövlətlərinin 



əhalisi 

müxtəlif 

xalqların 

nümayəndələri ilə zəngin idi. Burada formalaşan ilk burjuaziya təbəqəsi də 

transmilli  xarakter  daşıyırdı.  Buna  görə  də,  onların  maraqları  milli  deyil, 

transmilli  iqtisadi  maraqlara  söykənirdi.  Məsələn,  Bizans  hakimiyyəti 

Venesiya tacirlərindən narazı idilər. Çünki onlar, Bizans ilə müharibə edən 

müsəlmanlara  silah  satırdılar.  Həmçinin,  onlar,  müsəlmanlara  qarşı  səlib 

yürüşlərinin təşkil olunmasında maraqlı idilər. Çünki bunun üçün bankirlər 

səlibçilərə  faizli  kreditlər  verirdilər.  Venesiya,  Florensiya  burjuaziyası  bir 

tərəfdən  katolik  sistemə  qarşı  qaldırdıqları  reformatorları  maddi  baxımdan 

himayə  edirdilər,  digər  tərəfdən,  kilsənin  içinə  qədər  sızaraq  bir  çox 

kardinalları  öz  əllərinə  alır,  hətta,  Roma  papası  vəzifəsinə  qədər  yüksələ 

bilirdilər.  Məsələn,  Mediçilər  ailəsinin  renessans  və  reformasiya 

nümayəndələrini dəstəkləməsi danılmaz bir faktdırsa (Mediçi Lorenso), bu 

ailədən dörd Roma papasının olması (Lev X, Lev XI, Piy IV, Kliment VII), 

iki  kraliçənin  olması  (Fransa  kraliçələri  olan  Yekatrina  Mediçi  və  Mariya 

Mediçi) və uzun müddət Florensiyaya başçılıq etdikləri tarixi faktlardır.      

Venesiyada 1172-ci ildə burjua nümayəndələrindən (bankir ailələri, tacirlər, 

oliqarxlar) ibarət 

parlament  (Maggior  Consiglio  – ―Böyük  Şura‖) 

yaradılır 

və  o,  hökmdarı  (doja)  və  hökuməti  təyin  edir.  Onlar  üçün,  Avropada 

yaranan  yeni  xristian  Frank  dövləti  və  sonra  Müqəddəs  Roma  İmperiyası 



866 

 

böyük  bazarlardan  biri  idi.  Onun  Yaxın  Şərq  bazarına  çıxışına  Bizans 



dövləti mane olurdu. Buna görə də, Venesiya 1204-cü ildə Konstantinopola 

qarşı  səlibçi-katoliklərin  hərbi  təcavüzünü  təşkil  etdi  və  şəhəri  xaraba 

qoyaraq, ölkənin bütün sərvətlərinə sahib çıxdı. XIII-XIV əsrlərdə Venesiya 

bütün Avropanın maliyyə mərkəzi idi (20).   

Venesiya  Bizansın  çökməsini  istəyirdi.  Buna  görə  də,  bir  tərəfdən,  səlib 

yürüşlərini maliyyələşdirir, digər tərəfdən, türklərə silah və başqa dəstəklər 

verərək, Konstantinopolu ələ keçirmələrinə şərait yaradırdı. Lakin, 1453-cü 

ildə  Konstantinopolun  türklər  tərəfindən  ələ  keçirilməsi  nəticəsində  onlar, 

planlaşdırdıqları  məqsədlərinə  çata bilmədilər.  Çünki türklər,  özləri  dünya 

ticarətinə  nəzarəti  öz  əllərinə  almağa  çalışdılar.  Bu,  İtaliya  burjuaziyası 

üçün böyük zərbə idi.  

Bu  durumdan  çıxmaq  üçün,  Şərqə  yeni  yolların  kəşf  olunması  vacib  idi. 

İspanlar  Amerikanı  (1492),  portuqallar  Afrikaətrafı  okean  yolu  ilə 

Hindistana  çıxışı  kəşf  edirlər.  Amerika  və  Hindistana  yeni  yolların  kəşf 

olunması,  avroatlantik  mərkəzin  formalaşmasına  şərait  yaratdı.  Buna  görə 

də,  Qərbi  Avropa  ərazisi  aktuallıq  qazandı.  Lakin,  Qərbi  Avropa 

hökmdarları  katolik  kilsəsi  ilə  sıx  bağlı  idilər.  Onların  hakimiyyəti  kilsə 

tərəfindən  təsdiq  olunurdu.  Qərbi  Avropaya  yerləşmək  üçün,  kilsənin 

hakimiyyətini zəiflətmək lazım idi. Kilsənin əlindən bu hakimiyyəti almaq 

asan  deyildi. 

1453-cü  ildə  türklər  tərəfindən  Konstantinopolun  fəth 

olunması,  1492-ci  ildə  Əndəlusun  rekonqistlər  tərəfindən  ələ  keçirilməsi, 

Amerika və Hindistana alternativ yolların kəşf edilməsi, bu dövrdə katolik 

Fransa və İspanyanın Avropada böyük imperiyalara çevrilərək Venesiyanın 

maddi  maraqlarını  təhdid  altına  alması  ərəfəsində,  katolik  Fransa  və 

İspanyanın  Avropanın  siyasi-dini  mərkəzi  olan  İtaliya  uğrunda  savaşı 

(1494),  Avropada  katolik  kilsənin  teokratik  hakimiyyətinə  qarşı  yönələn 

humanizm  (renessans)  və  reformasiya  hərəkatları  (protestantlıq)  meydana 

çıxdı.  

Avropada  meydana  çıxan  humanizm  (renessans)  və  reformasiya 

hərəkatlarının (protestantlıq) ideoloji və maliyyə mərkəzi İtaliya ərazisi idi. 

Çünki burada şəhər dövlətlərdə (Venesiya, Genuya, Florensiya) formalaşan 

ilk burjua təbəqəsi güclü hakimiyyətə malik idi. Bankirlərdən və tacirlərdən 

ibarət  olan,  müxtəlif  etnik  qrupları  təmsil  edən  bu  təbəqənin  maraqları  nə 

katolik  kilsəsi  ilə,  nə  də  krallıqlarla  uzlaşırdı.  Onların  iqtisadi  maraqları 

tələb  edirdi  ki,  kilsə  və  krallıqları  özlərinə  tabe  etsinlər.  Buna  görə  də, 

humanizm (renessans) və reformasiya hərəkatları baş qaldırdı.  

*** 


İtaliya ərazisində Avropada hökm sürən ictimai sistemə alternativ dəyərlər 

sistemi formalaşırdı. Bir tərəfdən Venesiya, Genuya, Florensiya kimi şəhər 



867 

 

dövlətlərin  siyasi-hüquqi  strukturu,  digər  tərəfdən,  burada  formalaşan 



iqtisadi  münasibətlər,  həmçinin,  bu  ərazilərdə  meydana  çıxan  mədəniyyət 

özünəməxsus xarakter daşıyırdı. O, Avropada katolik kilsənin təsiri altında 

olan  sistemə  alternativ  kimi  yaranmışdı.  Çünki  İtaliya  Aralıq  Dənizinə, 

yəni, dünya ticarətinə girişi olan və bununla da, dünyaya açılan bir qapı idi. 

O,  Avropa  ilə  Şərq  arasında  körpü  rolunu  oynayırdı.  Buna  görə  də,  bu 

ərazilər müxtəlif mədəniyyətlərin və fərqli etnik qrupların bir araya gəldiyi 

məkana çevrilmişdir.  

Renessans latınca ―Dirçəliş‖ sözündəndir. Yəni, katolik kilsənin Avropada 

qurduğu  orta  əsr  sisteminə  qədər  olan  dəyərləri,  ona  alternativ  olaraq 

yenidən  dirçəltmək  gərəkirdi.  Bu  proses,  XIV  əsrdə  İtaliyadan  başladı. 

Çünki 

Venesiya, Genuya, Florensiya kimi şəhər dövlətlərini idarə edən yeni 



protoburjua təbəqəsi, onun Avropada iqtisadi-siyasi maraqlarına mane olan 

katolik  sistemi  çökdürməkdə  maraqlı  idi.  Buna  görə  də,  bu  prosesin  bir 

tərəfi humanizm (renessans), digər tərəfi reformasiya hərəkatları oldu.  

Renessans  ilk  mərhələdə  daha  çox  dünyəvi  incəsənət  vasitəsilə  özünü 

biruzə  verdi (Leonardo  da Vinçi,  Mikelancelo,  Rafael  Santi, Tisian,  Dante 

Aliqyeri). Daha sonra dünyəvi antik fəlsəfəni kilsənin sxolastik fəlsəfəsinə 

qarşı  qoydu.  Beləliklə,  burada  kilsənin paradiqmasına  qarşı  antiparadiqma 

formalaşdı:  teosentrizm-antroposetrizm  (humanizm),  ruhanilik-dünyəvilik, 

sxolastika-antik fəlsəfə. 

1453-c ildə Konstantinopolun türklər tərəfindən fəthi nəticəsində, Bizansın 

bütün  maddi  və  mənəvi,  elmi-fəlsəfi  resursları  Venesiya,  Genuya, 

Florensiya  şəhər  dövlətlərinə  yerləşdi  (hələ  fəthdən  əvvəl).  Bununla, 

sxolastik  Avropa  üçün  yad  olan  yunandilli  platonçu  təlimlər  və  filosoflar 

(Georqiy Qemist Plifon, Trapezuntlu Vasiliy) Avropaya ayaq açdı. 

Konstantinopoldan  İtaliyaya  gələn  yunan  Georqiy  Qemist  Plifon  (1355-

1452)  Platonun  təlimini,  neoplatonizmi,  şərq  dinlərinin  ideyalarını,  şərq 

fəlsəfəsini  Avropaya  gətirən  şəxs  hesab  olunur.  Onun  gətirdiyi  ideyalar, 

Avropada  renessansın  əsas  prinsiplərinə  çevrilir.  O,  həmçinin,  ərəb  və 

yəhudi  fəlsəfəsinin  bilicisi  kimi  tanınmışdır  (Onun  Elisey  adlı  bir  yəhudi 

filosofun  tələbəsi  olduğu  bildirilir).  Konstantinopolda  sxolastlara  qarşı 

platon  məktəbini  yaratdığı  və  bidətçi  baxışları  ilə  seçildiyi  üçün  təqib 

olunmuş  və  Konstantinapolu  tərk  edərək  Florensiyaya  gəlmişdir.  İtaliyada 

Mediçilər  ailəsinə  ona  sahib  çıxmışdır.  Ola  bilsin  ki,  onun  bu  ailə  ilə 

əlaqələri  Konstantinopolda  olduğu  müddətdə  də  olmuşdur.  Bu  şəxsin 

qaranlıq məqamları həddən artıq çoxdur. Lakin, onun dərindən öyrənilməsi 

vacibdir.  Çünki  Renesans  mədəniyyətinin  başlanğıcını  onun  adı  ilə 

başlamaq olar.  

Georqiy  Qemist  Plifon  katoliklik  və  provaslavlıq  arasında  qarşıdurmanın 



868 

 

səbəbini,  Aristotelin  Platonun  təlimini  təhrif  etməsində,  yanlış  fəlsəfi 



fikirlər  irəli  sürməsində  görür  və  çıxış  yolunu  bütpərəst  neoplatonizm 

ideyalarının  təbliğ  olunmasında,  Platonun  ideyalarının  bazasında  dayanan 

müdriklərin  təliminin  (Zoroastr,  stoiklər,  brahmanlar,  Midiya  maqları) 

öyrənilməsində  görürdü.  Onun  baxışları,  xristianlıq  ehkamlarının  fövqünə 

çıxır  və  neoplatonizmin  bütpərəstlik  fəlsəfəsinə  əsaslanırdı.  O,  Zoroastrı 

bütün  şərq  fəlsəfəsinin,  xaldey  təliminin  banisi  kimi  səciyyələndirirdi. 

Bununla,  həqiqətin  öyrənilməsində  yanlız  xristianlığa  deyil,  müxtəlif  şərq 

təlimlərinə  baş  vurmağın  önəmini  irəli  çəkirdi.  Digər  tərəfdən,  o,  etnik 

mənsubiyyət əsasında öz etnomədəni sərhədləri, ordusu, milli valyutası olan 

milli dövlət ideyasını ortaya qoyurdu (21).  

İspaniyada  Əndəlus  müsəlman  dövlətindən  ərəbdilli  filosofların  təlimləri 

İtaliyada  və  Fransada  yayılırdı  (İbn  Sina-Avisenna,  İbn-Rüşd-Averroes). 

Averoizmin latın davamçıları Brabant Siqer, Dakiyalı Boesiy, Covanni Piko 

della Mirandola, Raymund Lulliy və digərləri olmuşlar.  

Bunlar,  Qərbi  Avropa  üçün,  yeni  və  gözlənilməz  hadisələr  idi.  Sxolastik 

dünyagörüşünə  zidd  olan  bu  təlimlərin  Avropaya  daxil  olması  və 

yayılmasında  maraqlı  olan  protoburjua  qüvvələri,  bununla  sxolastik 

paradiqmasını ortadan qaldırmaq məqsədini daşıyırdılar.  

Georqiy  Plifonun  qoyduğu  irs  üzərində  məşhur  tacir  və  bankir,  ictimai-

siyasi  xadim  Kozimo  Mediçi  1462-ci  ildə  Florensiyada  (Kareci)  Platon 

Akademiyasını yaratdı və oranı filosof Marsilio Fiçinonun rəhbərliyi altında 

neoplatonizmin mərkəzinə çevirdi. Marsilio Fiçino, Georqiy Plifonun varisi 

idi.  Akademiyaya  o  dövrün  zadəganları,  diplomaları,  tacirləri,  məmurları, 

ilahiyyatçıları,  həkimləri,  universitet  alimləri,  şairlər,  rəssamlar,  keşişlər, 

Mediçi  ailəsinin  üzvləri  və  digərləri  cəlb  olundu.  Akademiyada  toplanan 

filosof  və  mütəfəkkirlər  platonçu,  neoplatonçu,  qeyri-xristian  təlimlərinin 

tərəfdarları  (Hermes  Trimegist,  Orfey,  Zoroastr),  okkultist  (magiya, 

astrologiya), panteist və mistiklər kimi tanınırdılar.  

Buna paralel olaraq eyni tipli akademiyalar Mediçi ailəsinin himayədarlığı 

ilə Romada humanist Pomponio Leto (Roma Akademiyası 1468), Neopolda 

Covanni Pantano tərəfindən açılmışdır. Florensiya Platon Akademiyasının, 

Roma  və  Neopol  akademiyalarının  üzvləri  və  onların  təsiri  altında  olan 

şəxslər,  Avropada  renessans  humanizminin  əsasını  qoydular.  Florensiya 

Platon  Akademiyasının  tanınmış  üzvləri  Marsilio  Fiçino,  Xristoforo 

Landino,  Covanni  Piko  della  Mirandola,  Covanni  Nezi,  Ancelo  Polisiano, 

Naldo  Naldi,  Sandro  Bottiçelli  və  digərləri  idi.  Onlar  II-III  əsrdə  yaşayan 

neoplatonçuların (Porfiriy, Yamvlix, Prokl, Dionisiya Areopaqita) əsərlərini 

yunancadan  latıncaya  çevirərək  onlardan  yararlanırdılar.  Lakin,  onların 

görüşləri  katolik  kilsəsinin  aristotelizmə  əsaslanan  sxolastik  görüşlərinə 


869 

 

(Akvinli  Foma  tərəfindən  sistemləşdirilən)  zidd  olduğu  üçün,  daima  kilsə 



tərəfindən  təqib  olunurdular.  Buna  baxmayaraq,  Mediçilər  ailəsi  və  digər 

tanınmış ailələr onları həbslərdən və təqiblərdən xilas edirdilər.  

Renessans 

dünyagörüşü 

paradiqmasını 

səciyyələndirən 

ümumi 

xüsusiyyətlər: 



-  Antroposentrizm - onların fəlsəfi dünyagörüşü idi. Yəni, cismani insan, 

varlığın  əsas  meyarı  kimi  səiyyələndirilirdi.  Bu  həm  kilsənin 

teosentrizminə,  həm  də  antik  fəlsəfənin  kosmosentrizminə  qarşı  qoyulan 

paradiqma  idi.  O,  insanın  mənəvi-etik  aspektlərinə  deyil,  onun  cismani-

estetik aspektlərinə yönələn, yaradıcı insanı ilahlaşdıran bir sistem idi. Buna 

görə  də,  o  dövrün  rəssamları  çılpaq  insan  rəsmləri  ilə,  insanın  estetik 

varlığını  kult  obyektinə  çevirirdi.  Bu  kult,  insanın  təfəkkürünü 

metafizikadan və kosmosdan ayırıb, sosial varlığa yönəldirdi.  

-  Sosial-fəlsəfi ideyalar meydana çıxdı. Onlardan bir qismi utopik (Tomas 

Mor,  T.  Kampanella),  digər  qismi  realist  nəzəriyyələr  idi  (Jan  Boden,  N. 

Makiavelli). Jan  Boden  güclü  monarxiya  dövlətini dəstəkləyirdi.  O, sosial 

münaqişələrin  kökünü  gəlirlərin  qeyri-bərabər  şəkildə  bölüşdürülməsində, 

siyasi  partiyaların  mübarizəsində  və  dini  dözümsüzlükdə  görürdü.  Buna 

görə  də,  vətəndaşların  xüsusi  mülkiyyət  hüququnun  və  əqidə  azadlığının 

tanınmasını, qul institutunun ləğv olunmasını vacib hesab edirdi. Makiavelli 

güclü dövlət-respuklika naminə, ―dövlət maraqlarını‖ əxlaqın üstündə görür 

və vətəndaş azadlığına xüsusi önəm verirdi. Bu yanaşma, dövlətdə kilsənin 

və  onun  mənəvi  normalarının  arxa  plana  keçməsini  təmin  edirdi.  Bu 

metafizik-utopist  ―ilahi  şəhər‖  ideyasına  qarşı  real  ―vətəndaş  şəhəri‖ 

ideyasını  qoydu.  Plifonun  görüşləri  isə,  etnomədəni  əsaslarda  milli  dövlət 

ideyalarının təməlini qoyurdu.   

-  Skeptisizm, rasionalizm, individualizm və fərdi təşəbbüskarlığın inkişaf 

etdirilməsini dəstəkləyirdilər (Mişel Monten, 

Nikolay Kuzanlı və s.

). 

-  Həqiqətin  meyarı  =təcrübə+fayda  formuluna  əsaslanırdı.  Sonralar 



meydana  çıxan  müasir  təbiət  elmlərinin  metodologiyası  buradan 

qaynaqlanırdı.  

-  Neoplatonçu  panteist  dünyagörüşü  aparıcı  idi  (İoann  Skot  Eriuqen, 

Meyster  Ekhart, 

Nikolay  Kuzanlı,  Cordano  Bruno

).  Panteizmə  görə, 

Xristian  Tanrısı  təbiət  ilə  eyniləşir,  təbiət  isə  ilahlaşırdı.  Bu  yanaşma, 

yaradılış anlayışını ortadan qaldırırdı. Çünki təbiət, kosmik ruha immanent 

idi.  Tanrı  təbiətdə  aşkar  olduğu  üçün,  onun  təbiətdən  kənarda  varlığı 

mövcud  deyildir.  O  zaman,  tanrını  okkultizm,  təbiət  elmləri  vasitəsilə 

təbiətin  özündə  kəşf  etmək  lazımdır.  Əslində,  Riçard  Dokinzin  sözləri  ilə 

desək, panteizm bəzədilmiş ateizmdir (22).  

-  “Ümumi din”konsepsiyasından çıxış edirdilər. Marsilio Fiçino Platonun 


870 

 

fikirlərinin  xristianlığa  daha  çox  uyğun  olduğunu  göstərməyə  çalışırdı.  O, 



bir  neoplatonçu  kimi,  bütün  dinlərin  ilahi  vəhylərə  əsaslandığını,  fəlsəfi 

intellektin  isə,  onların  nurundan  nurlandığına  əsaslanaraq,  sadələşdirilmiş 

(mərasim  və  ehkam  fərqliliklərindən  azad  olan)  ―ümumi  din‖  ideyasından 

çıxış  edirdi  (XVI  əsrdə  Jan  Bodenin  əsaslandırmaq  istədiyi  ―təbii  din‖ 

anlayışı buna istinad edirdi). Buna görə də, əksər humanistlər neoplatonizm 

çərçivəsində  müxtəlif  təlimləri  bir  araya  gətirməyə  çalışırdılar.  Nikolay 

Kuzanlı  xristianlıq  ilə  islamın  bir-birinə  yaxınlaşması  ideyasından  çıxış 

edirdi. Sonralar dinlərarası dialoq ideyası da buradan qaynaqlanırdı.  

-  Heliosentrikçilik (Günəş  sistemi)  mövqeyindən  çıxış edirdilər.  Nikolay 

Kuzanlı, Cordano Bruno, Qaliley, N. Kopernik. 

-  Ezoterik(magiya,  astrologiya,  kabbala,  əl-kimya)  təlimlər  inkişaf 

etdirilməyə  başladı  (Marsilio  Fiçino,  Covanni  Piko  della  Mirandola, 

Nikolay Kuzanlı, Cordano Bruno və s.).  

Göründüyü  kimi,  İtaliyada  protoburjua  təbəqə  katolik  kilsənin  Avropada 

qurduğu  ictimai  paradiqmaya  qarşı  alternativ  paradiqma  yaradırdı.  Bunun 

üçün,  antroposentrizm,  humanizm,  individualizm,  rasionalizm,  skeptisizm, 

sekulyarizm,  neoplatonizm,  şərq  dinləri,  okkultizm,  heliosentrizm, 

ezoterizm,  ümumi  din,  ilkin  milli  dövlət  ideyaları,  praqmatizm  kimi  yeni 

ideyaların meydana çıxmasına və inkişaf etməsinə dəstək verirdi. Renessans 

dövrünün ideyaları İtaliyadan Avropanın bütün hissələrinə yayılırdı.  

 

3. Əndəlus əmirliyi  – aydınlığa açılan pəncərə 

Danılmaz bir tarixi faktdır ki, İspaniya ərazisində VIII-XV əsrlərdə mövcud 

olan  Əndəlus  xilafəti  reconquista  hərəkatının  (VIII-XV  əsrlərdə  xristian 

dövlətlərinin  hərbi  təcavüzləri)  təzyiqlərinə  baxmayaraq,  X-XI  əsrlərdən 

Pireney  yarımadasının  elmi-mədəni  baxımdan  inkişafında  əsas  rol 

oynamışdır.  Çünki  həmin  dövrlərdə  Müsəlman  Şərqində  bütün  sahələrdə 

yüksək  inkişaf  müşahidə  olunurdu.  Əndəlus,  Müsəlman  Şərqi  ilə  Avropa 

arasında yerləşdiyi üçün, islam mədəniyyətinin bir hissəsi kimi, onun bütün 

nailiyyətlərini  sürətlə  mənimsəyirdi.  Bu  özünü,  sürətli  şəhərləşmə 

prosesində  (23),  memarlıq  və  sənətdə,  savadlılıq  səviyyəsinin  yüksək 

olmasında, qadınların cəmiyyətdə heç bir sıxıntıya məruz qalmadan sərbəst 

fəaliyyətində,  inkişaf  etmiş  elm  və  təhsil  müəssisələrində,  böyük 

kitabxanalarda,  yaradılan  azadfikirlilik  mühitində  və  bir  çox  məsələlərdə 

buruzə  verirdi.  Təsadüfi  deyildir  ki,  burada,  İbn  Baccə,  İbn  Tufeyl,  İbn 

Hazm,  İbn  Tumlus,  İbn  Ərəbi,  İbn  Rüşd,  Musa  b.  Meymun  (yəhudi),  İbn 

Gebirol  (yəhudi)  kimi  məşhur  filosoflar,  Əbul  Qasım  Məcriti  (İbn 

Xəldunun  müəllimi),  Cabir  b.  Əflah,  İshak  əl-Bitruci  kimi  astronom  və 

riyaziyyatçılar, İbn Vafid, İbn Haccac, İbnul-Baytar, İbn Bassal kimi zooloq 



871 

 

və botaniklər, Əbul Qasım Zəhravi, Əbu Mərvan Əbdülməlik b. Zuhr, təbib 



və kimyaçılar yetişmişdir.  

XII  əsrdə  Tuleytulanın  baş  keşişi  Raymundu  Bağdadda  olan  Beytül-

hikməyə  bənzər  müəssisə  yaradıb,  bütün  elm  sahələrinə  aid  olan  ərəbdilli 

ədəbiyyatı  latın  dilinə  tərcümə  etdirdi.  XIII  əsrdə  belə  müəssisələrin  sayı 

artdı.  Avropalılar  bu  tərcümələr  vasitəsilə  yunan  filosofları,  xüsusilə, 

Aristotel  ilə  tanış  oldular.  İbn  Rüşdün  fikirləri  Avropada  böyük  maraq 

doğurdu  və  yeni  yaranmaqda  olan  universitetlərdə  tədris  olundu.  Yəhudi 

filosof Musa b. Meymun  İbn Rüşdün fikirlərini davam etdirməklə, yəhudi 

və  xristianlar  arasında  tanındı.  Əndəlusda  toplanan  müsəlman,  xristian  və 

yəhudi alim və mütərcimləri, orada yaşayan və təhsil alan insanlar vasitəsilə 

Pireney  yarımadasının  digər  ərazilərinə  yayılırdı.  Xüsusilə,  İtaliyanın 

renessans mədəniyyətinin mərkəzinə çevrilməsi də bununla bağlı idi.  

Əndəlusdə  bütün  dinlərin  nümayəndələri  (müsəlmanlar,  yəhudilər, 

xristianlar),  müxtəlif  etnik  qruplar  yaşayırdılar.  Onlar,  sərbəst  şəkildə  öz 

dinlərinə  itaət  edir  və  ayrıseçkiliyə  məruz  qalmırdılar.  Çünki  tolerant 

multikultural  mühit  hökm  sürürdü.  Ərəb  və  roman  dilləri  paralel  şəkildə 

istifadə  olunurdu.  Bir  çox  xristian  və  yəhudi  alimləri  öz  əsərlərinin  bir 

qismini ərəb dilində yazır, digər qismini də öz dillərində (ivrit-ibrani, latın) 

qələmə alırdılar. Onlar, sərbəst ticarətlə məşğul ola bilirdilər. Çünki burada 

hər  bir  vətəndaşın  dini  kimliyindən  asılı  olmayaraq,  xüsusi  mülkiyyət 

hüququ var idi. Bu mühit, xristianları özünə cəlb edirdi. Bir çox xristianlar 

(vestqot zadəgan ailələri) bundan təsirlənərək islam dinini qəbul etmişdilər. 

Çünki onların burada gördükləri inkişaf səviyyəsi, Qərbi Avropada 500-600 

ildən  sonra  (XVIII-XIX  əsr)  müşahidə  olunmağa  başladı.  Lakin,  İtaliya 

ərazisi  yaxın  olduğu  üçün,  orada  Yeni  Dövrdə  müşahidə  olunan  sistemin 

əksər elementləri artıq XIV-XV əsrlərdə mövcud idi.    

Əndəlusdə  yəhudilərə  münasibət  çox  yaxşı  idi.  Onlar,  yüksək  vəzifələrdə 

çalışırdılar  (Kordova  xəlifəsi  III  Əbdürəhmanın  müşaviri  Hasday  ibn 

Şaprut, xəlifənin vəziri Şmuel ha-Naqid və s). Sefard yəhudiləri ərəb dilinə 

və müsəlman mədəniyyətinə bələd olmaqla yanaşı, latın, ispan, portuqal və 

digər  avropa  dillərinə  də  bələd  idilər.  Bu  baxımdan,  onlar,  xristian-

müsəlman  mədəniyyətləri  arasında  körpü  rolunu  oynayırdılar.  Müsəlman 

filosof  və  alimlərinin  əsərlərinin  ərəb  dilindən  latın  və  ispan  dillərinə 

tərcümə edilməsində və müxtəlif ideyaların Avropaya yayılmasında mühüm 

rol  oynamışlar.  Təsadüfi  deyildir  ki,  sefarad  yəhudiləri  Əndəlus  dövrünü 

yəhudi mədəniyyətinin qızıl dövrü hesab edirdi (24).   

Lakin,  XIII-XV  əsrlərdə  Əndəlus  dövləti,  rekonqistlərin  hərbi  təcavüzləri 

və  kəşfiyyat  əməliyyatlarının,  daxili  siyasi  çəkişmələrin  nəticəsində 

zəifləyərək parçalanmışdı. XIII-XIV əsrlərdə Müsəlman Şərqinin monqollar 


872 

 

tərəfindən  işğal  olunması  və  ənənəvi  beynəlxalq  ticarət  əlaqələrinin 



çökməsi,  onun  zəifləməsinin  əsas  səbəblərindən  biri idi.  Avropanın  Yaxın 

Şərqə  açılan  digər  qapısı  olan  Konstantinapolun  1453-cü  ildə  türklər 

tərəfindən fəth olunması, Avropa ölkələrinin kollaps durumuna düşməsinə, 

daxildə  iqtisadi  gərginliyin  artmasına  və  sosial-siyasi  təşvişlərə  səbəb 

olmuşdur.  İspaniyada  olan  müsəlman  və  yəhudilər  nəticədə  bu  təşvişlərin 

ilk  qurbanına çevrildilər.  1492-ci  ildə  Əndəlus, rekonqistlər  tərəfindən  ələ 

keçirildi. İspan kralı II Araqonlu Ferdinand və onun qadını Katolik İzabella 

1492-ci  ildə  İspaniya,  Sardiniya  və  Sisiliya  ərazisində  yaşayan  bütün 

müsəlman və yəhudilərə üç ay ərzində katolikliyi qəbul etmək və ya ölkəni 

tərk etmək barədə qərar verdilər (Qranat edikti). Hərbi təcavüz nəticəsində 

bütün  mədəniyyət  abidələri  dağıdıldı,  Qrenada  kitabxanasının  bir  milyon 

cilddən çox kitabları yandırıldı.  

Məşhur fransız fiziki Pyer Küri bununla bağlı olaraq demişdir: ―Müsəlman 

Əndəlusdən  bizə  30  kitab  qaldı  və  biz  atomu  parçalaya  bildik.  Əgər 

yandırılan  bir  milyon  kitabın  yarısı  qalsaydı,  çoxdan  kosmosda 

qalaktiklərarası səfərə çıxardıq.‖ (


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin