Ədəbiyyat:
1. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. Bakı: Təhsil, 2006
2. Bağırova Nərmin. Azərbaycanın ilk peşəkar qadın pianoçusu Xədicə xanım
Qayıbova (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında). Bakı, 2012.
3. az.wikipedia.org› Hənifə Məlikova
4. azertag.az›xeber/ Bakida ilk qiz mektebi
5. az.wikipedia.org› Mədinə xanım Qiyasbəyli
6. az.wikipedia.org› Xədicə Qayıbova
7. az.wikipedia.org› Ayna Sultanova
8. az.wikipedia.org› Zivər Məmmədova
841
V
Rauf Məmmədov
AVROPADA MĠLLĠ ġÜURU VƏ MĠLLĠ FƏLSƏFƏNI
ġƏRTLƏNDĠRƏN SOSĠAL-TARĠXĠ AMĠLLƏR
GiriĢ.
Fəlsəfədə millilik və ya ―milli fəlsəfə‖ anlayışı, özündə ―millət‖, ―fəlsəfə‖
və ―milli fəlsəfə‖ anlayışlarını bir araya gətirir. Formal məntiq baxımından
―millət‖ və ―fəlsəfə‖ anlayışları ayrı-ayrılıqda bir-birinin nə həcminə daxil
olur, nə də bir-biri ilə kəsişirlər. Ancaq, onlar, bir-birinə zidd olan və bir-
birini istisna edən anlayışlar da deyillər. O zaman, bu anlayışlar arasında
necə bir əlaqə mövcuddur?
Bu əlaqəni müəyyənləşdirmək üçün, fəlsəfə tarixi materialları milli-etnik
baxımdan araşdırılmalıdır. Fəlsəfə tarixinin feminist və gender metodları
əsasında araşdırılması fəlsəfi təfəkkürün gender stereotiplərindən qurtula
bilmədiyini ortaya qoydusa, onun milli-etnik yanaşmalar əsasında tədqiqi
də,
fəlsəfə
və
milli-etnik
fenomenin hansı əlaqədə olduğunu
müəyyənləşdirə bilər.
Milli fəlsəfə, Avropada Yeni Dövrün (modern) maarifçilik fəlsəfəsi ilə
meydana çıxmışdır. Onu səciyyələndirən əsas əlamət, bu dövrdə milli
dövlətlərin yaranması və milli dildə fəlsəfi əsərlərin yazılması idi. İkincisi,
bu dövrün milli fəlsəfələrini səciyyələndirən xüsusiyyət, onların,
feodalizmin süqutu və yeni liberal sistemin doğuşu ərəfəsində milli azadlıq
zəminində meydana gəlməsi idi. Biz, millət anlayışına konstruktivizm
yanaşmasından baxsaq, o zaman, Yeni Dövrdən əvvəl milli fəlsəfənin
mövcudluğu məsələsini qəbul etməməliyik. Lakin, millətin bütün dövrlərdə
fərqli formalarda mövcud olduğunu irəli sürən primordialist yanaşmadan
çıxış etsək, o zaman, milli fəlsəfənin hər bir zaman fərqli formalarda
mövcud olduğunu söyləməliyik. O zaman, iki fərqli yanaşmaya münasibət
bildirmək üçün, qoyulan problemin hər iki yanaşma çərçivəsində
araşdırılması labüddür.
Ikinci Dünya müharibəsindən sonra meydana çıxan postmodernizm
ideyaları, modernizmin dəyərlərini kölgədə qoydu. Çünki əsasən yəhudi
mənşəli filosoflar Maks Horkhaymer, Teodor Adorno və başqaları
maarifçilik sistemini faşizmə yol açan ―totalitar sistem‖ kimi
dəyərləndirdilər (1,s. 33). Postmodernist filosofların əsas hədəfi,
modernizmin tənqidi üzərində qurulubdur. Postmodernist fəlsəfədə
dekonstruksiya konsepsiyasının qurucusu olan yəhudi mənşəli filosof Jak
Derridanın əsas hədəfi, Avropa fəlsəfi ənənəsi ilə mübarizə olmuşdur.
842
Əslində, bu ənənənin təməlini daha əvvəl polyak mənşəli filosof F. Nitşe
qoymuşdur.
A. Toyinbi, postmodernizmi din və mədəniyyətdə Qərb hakimiyyətinin
sonu hesab etmişdir (2, s. 65). Feminizm fəlsəfəsinin də tarix və
mədəniyyətə tənqidi yanaşması, hər şeyin yenidən dəyərləndirilməsi
məsələsini gündəmə gətirir. Bütün bunlar, fəlsəfədə post-neo-klassik
dövrün başlamasına təkan vermişdir. Bu transformasiya şəraitində milli
fəlsəfənin mövcud olub olmaması məsələsi yenidən gündəmə gəlir.
1. Milli özünüdərk prosesində reformasiya və önreformasiya hərəkatları
1.1. Böyük bölünmə: Qərbi Avropa fenomeninin zühuru
IV-V əsrlərdə xalqların böyük miqrasiyası, hun və german tayfalarının
hücumları, apardığı militarist və quldarlıq siyasəti nəticəsində dağılan
bütpərəst Roma imperiyasının yerində bir-biri ilə münaqişə edən kiçik
german tayfa-dövlətləri yarandı. VIII əsrdə german tayfaları tərəfindən
qurulan və güclü Karolinqlər sülaləsi tərəfindən idarə olunan Frank dövləti
Qərbi Avropa üzərində hakimiyyəti öz əlinə aldı. Onlar, öz hakimiyyətlərini
gücləndirmək üçün, dini ideologiyaya ehtiyac duydular. Bu ehtiyac, onları
katolik kilsə ilə birləşdirdi. Avropaya hücum edən müsəlman qoşunlarının
qarşısını alan bu ittifaqın nüfuzu daha da artdı. 800-cü ildə Roma yepiskopu
III Lev Frank kralı Böyük Karlı ―romalıların imperatoru‖ elan etdi. X əsrdə
Frank dövlətinin üç yerə parçalanması nəticəsində meydana çıxan Şərqi-
Frank Krallığının kralı Böyük I Otton papa XII İoann tərəfindən
―Müqəddəs Roma İmperiyası‖nın (962-1806) imperatoru kimi təqdim
olundu. Bu güclü krallıqların meydana çıxması və onların ərazi iddiaları,
onlara sığınan Roma katolik kilsəsinin Konstantinopola qarşı çıxmasına və
nəticədə, XI əsrdə böyük bölünməyə səbəb oldu.
XI əsrdə (1054) Roma imperiyasının şərqi-pravoslav (Konstantinopol) və
qərbi-katolik imperiyalarına (Roma) bölünməsi ilə Qərbi Avropa fenomeni
öz tarixi varlığını təsdiq etdi. IX əsrdə (863-867) Roma kuriyası I Nikolayın
Balkanları və digər əraziləri öz siyasi-iqtisadi nəzarəti altına almağa
çalışması, Konstantinopol patriarxı Fotiyin qəzəbinə səbəb olmuşdur.
Konstantinopol patriarxılığı, İtaliyada hakimiyyəti öz əlinə almaq uğrunda
papalıq ilə mübarizə aparırdı. Bu siyasi-iqtisadi maraqlara əsaslanan
toqquşmalar, dini-ideoloji bəhanələrlə (filioque) pərdələnir, hər iki kilsənin
ehkam, dini mərasim və dini terminlərində fərqlərin meydana çıxmasına
səbəb olurdu (cədvəl 1). XI əsrdə bu qarşıdurma pik həddə çatdı.
Konstantinopol latın, Roma isə, yunan dilini kilsənin və mədəniyyətin
dilindən uzaqlaşdırdı, iki kilsə arasında teoloji qarşıdurma daha da
dərinləşdi. Tərəfləri bir araya gətirmək (uniya) istəyənlərin cəhdləri baş
843
tutmadı. Çünki pravoslavlıq yunan, katoliklik isə latın millətçiliyinin əsasını
qoydu. Bu parçalanmanın əsasını, qədim Roma və Ellinizm mədəniyyətləri
arasında olan parçalanmada araşdırmaq doğru olardı (bu ayrıca bir
mövzudur).
Cədvəl 1. Roma-katolik və Provaslav kilsələri arasında doqmatik ixtilaflar
(3)
Provaslav kilsəsinin ehkamları
Roma-katolik kilsəsinin
ehkamları
Pravoslavlara
görə,
katoliklər
filiokve ilə bidətə yol vermiş və dinin
rəmzini
(Nikey-Konstantinopol)
pozmuşlar.
Müqəddəs Ruh həm Atadan, həm
də Oğuldandır (filioque).
Müqəddəs Üçlük varlıqda və onun
enerjisində təzahür edən əbədi və
əzəli başlanğıcdır.
Müqəddəs
Üçlüyün
enerjisi
məxluqdur (əbədi və əzəli deyildir).
Xeyir – Tanrının birbaşa enerjisidir
(yəni yaradılmayandır).
Xeyir - ilahi səbəbin nəticəsidir
(zaman və məkanda yaradılandır).
Sevgi - Müqəddəs Üçlüyün hər üç
sifətinin enerjisidir.
Sevgi - Müqəddəs Ruhun Ata və
Oğul, Tanrı və insanlar arasında
olan bağıdır.
Belə ehkam yoxdur.
Məryəm – təbii şəkildə doğulmuş
və
cismani
olaraq
qeybə
çəkilmişdir.
Kilsənin başçısı yalnız İsadır və onu
dünyada təmsil edən yoxdur.
Kilsənin görünən başçısı Papa,
görünməyən başçısı İsadır.
Belə ehkam yoxdur.
Papa məsumdur və səhvə yol verə
bilməz.
Yer və Göy kilsəsi vardır.
Ölümdən sonra paklanma yeri olan
bərzəx
aləmi
(Purgatorium)
mövcuddur.
Roma-katolik kilsəsi, Qərbi Avropa coğrafiyasını öz ideoloji təsiri altına
aldı. Bizans və müsəlmanlara qarşı səlib yürüşləri onun bu coğrafiya
üzərində hakimiyyətini gücləndirdi. Katolik təriqətlərinin böyük bölünmə
dövründə Rusiya ərazisini öz nəzarətləri altına almaq cəhdləri baş tutmadı.
Konstantinopol patriarxlığı burada xristianlığın meydana çıxmasında və
yayılmasında daha fəal rol oynadı. Konstantinopolun 1453-cü ildə türklər
tərəfindən fəthi, provaslavlığın siyasi mərkəzinin tədricən Moskvaya
köçməsinə (Moskva-üçüncü Roma) səbəb oldu.
844
Roma-katolik kilsəsi, qədim Roma imperiyasının siyasi-mədəni varisi kimi,
Qərbi Avropada roma-katolik identikliyinə əsaslanan matrisa formalaşdırdı.
Provaslav kilsəsi isə, Ellinizmin varisi kimi, Şərqi Avropa və Rusiyanın
provaslav-ellin matrisasını yaratdı. Lakin, sonralar katolik və provaslav
kilsələrinin bəzi elementlərini özündə birləşdirən sinkretik kilsələr meydana
çıxdı. Avrasiya məkanında bu matrisalar üzərində sonralar meydana çıxan
bir çox xristian millətlərinin təməli qoyuldu.
XI əsrdə böyük parçalanmadan sonra katolik kilsənin hakimiyyəti altında
formalaşan Qərbi Avropa sisteminin daxilində antisistem elementləri üzə
çıxdı. XII-XIII əsrdə İtaliya və Cənubi Fransada antisistem önreformasiya
hərəkatının ilkin elementləri yarandı. Bu hərəkat, tədricən böyüyərək XVI
əsrin geniş miqyaslı reformasiya hərəkatlarına təkan verdi (diaqram 1).
Diaqram 1. Xristianlıq tarixdə
Önreformasiya və reformasiya, hərəkatları vahid bir hərəkatın müxtəlif
tarixi mərhələləri idi. Bu hərəkat, dini ideyalara əsaslansa da, əslində,
hakim zümrələrin iqtisadi-siyasi maraqlarının toqquşmasının nəticəsi kimi
meydana çıxmışdı. Humanizm hərəkatı, reformasiyanın nəzəri-fəlsəfi
əsaslarının formalaşmasına xidmət etməklə yanaşı, onun ideyalarının
incəsənət yoluyla sadə insanlara çatdırılmasına çalışmışdı. Bu baxımdan,
humanizmi maaarifçilik hərəkatnın başlanğıcı hesab etmək olar.
Önreformasiya, reformasiya, humanizm hərəkatlarını birləşdirən ümumi
hədəf, katolik-feodal sistemin inhisarını ortadan qaldırmaq və onun yerində
liberal sistemi yaratmaq olmuşdur. Bu hədəf, onların bir araya gəlməsini,
gizli masonluqlar şəklində təşkilatlanmasını və antisistem kimi
formalaşmasını təmin etmişdir. Bu hərəkatların baxışlarında olan
845
paralelliklər, hərəkat liderləri və nümayəndələrinin əlaqəli fəaliyyətləri,
sistemli idarəetmənin mövcudluğu təsdiq edir ki, hərəkat, daima vahid bir
mərkəzdən konkret şəxslər tərəfindən yönəldilmişdir. Ciddi beyin mərkəzi,
güclü siyasi iradə və böyük maliyyə olmadan, bu cür hərəkatların yaranması
və idarə olunması real deyildir. Bu gün, dünyada baş verən sosial-siyasi
hadisələr, müəyyən hərəkat və fəaliyyətlər kimlər tərəfindən idarə olunursa,
orta əsrlərdə də onların sələfləri tərəfindən yönləndirilmişdir. Bu güclərin
kim olduqlarını müəyyənləşdirmədən öncə, katolik kilsənin qurduğu orta
əsr Qərbi Avropa sisteminin nədən ibarət olduğunu və kimlərin mənafeyinə
toxunduğunu ortaya qoymaq lazımdır.
1.2. Qərbi Avropa krallıqları və katolik kilsə “ittifaqı”
Kral hakimiyyətinin himayəsi altında olmağı seçən provaslav kilsəsindən
fərqli olaraq, katolik kilsə öz ruhani hakimiyyətini dünyəvi hakimiyyətin
üzərində görürdü. Buna görə də, o, Romada öz teokratik dövlətini
yaratmağa çalışırdı. Krallar kilsənin dəstəyini almaq üçün, onlara, İtaliya
ərazisində öz kiçik dövlətini qurmağa imkan yaradırdılar. Lakin, bu kiçik
teokratik dövlətin rəhbəri olan Papa, həm də Avropada olan bütün
katoliklərin rəhbəri idi. Onlar, evlənmədikləri (selibat) üçün, hər yeni papa
varislik yoluyla deyil, kardinalların səsverməsi ilə seçilirdi. Onların gücü,
Avropadakı güclü dövlətlərin dəstəyi ilə təmin olunurdu. Məsələn,
karolinqlər sülaləsinin hakimiyyəti bitdikdən sonra, papalar Roma
zadəganlarının əlində oyuncağa çevrilmişlər. 932-ci ildə yaranan
―Müqəddəs Roma İmperiyası‖ isə, kilsəni özünə tabe etməyə çalışmışdır.
Kilsə, onların dəstəyi ilə 1176-cı ildə öz müstəqilliyini qazanmışdı. Lakin,
katolik kilsənin məqsədi, Avropa üzərində yalnız dini-ideoloji deyil, həm də
siyasi-iqtisadi hegemonluq qazanmaq idi. Buna görə də, Avropa kralları
kilsəni həm də özləri üçün rəqib kimi görürdülər.
Katolik kilsənin hakimiyyətini səciyyələndirən xüsusiyyətlər aşağıdakılar
idi:
- Avropa krallarının hakimiyyətinin legitimliyi kilsə tərəfindən təsdiq
olunurdu.
- Krallıqların rəiyyəti dini-ideoloji baxımdan kilsəyə bağlı idilər.
- Kilsələr yerlərdə əhalinin mövcud sistemi ədalətli bir sistem kimi qəbul
olunması istiqamətində təbliğat işləri aparırdılar.
- Kilsələr, əhalini dini ayinlərə cəlb edərək qazandıqlarının böyük bir
hissəsini əllərindən alırdılar.
- Siyasi və dini-ideoloji baxımdan kilsədən asılı olan krallar, onlardan
ərazilər və böyük vergilər tələb edən kilsəyə qarşı gəlməkdən çəkinirdilər.
1119-cu ildə birinci səlib yürüşündən sonra Fələstin ərazisində Hüqo de
846
Peyn (İtaliyanın cənubunda Kampaniya vilayətinin Noçera de Paqani
ərazisində doğulmuşdur) tərəfindən yaranan tampliyer təriqəti (Yerusəlim-
Solomon məbədinin və İsanın miskin cəngəvərləri) 1291-ci ilədək papanın
hakimiyyəti altında Yaxın Şərq və Avropada bir çox əraziləri nəzarətdə
saxlayır, ondan əvvəl yaranan hospitalyer təriqəti (indiki Malta təriqəti) ilə
birlikdə Fələstin xristian ziyarətçilərinin təhlükəsizliyi məsələləri ilə məşğul
olurdular (4). Hospitalyer təriqətinin bir qolu kimi yaranan tevton təriqəti də
almanların katolik kilsəsinin rəhbərliyi altında qurduqları təriqət idi. Lakin,
onlar, 1291-ci ildə Misir Məmluk sultanı Xəlil Əşrəf tərəfindən Fələstindən
qovuldular. Bundan sonra, tampliyer təriqəti ticarət və maliyyə işləri ilə
məşğul olmağa başlamış və yoxsulluqdan qurtularaq böyük sərvət sahibinə
çevrilmişlər.
Tampliyerlərin aparıcı üzvlərinin əksəriyyəti mənşəcə fransız olduğu və
Fransada dərin iqtisadi və demoqrafik kök saldıqları üçün, onları fransız
təriqəti kimi səciyyələndirmişlər. Onlar, XII-XIII əsrdə Fransanın siyasi-
iqtisadi həyatında aparıcı rol oynayırdılar. Fransa kralları və Roma papası
iqtisadi baxımdan onlardan asılı duruma düşmüşdü. Tampliyerlər, faizli
kredit verməklə yanaşı, ziyarətçilərin üzərlərində pul, zinət əşyaları
daşımamaları üçün qəbz verirdilər. Onlar mühasibatlıq, nəğdsiz ödəmə,
mürəkkəb faizlər ilə bağlı zəngin bilik və təcrübəyə malik idilər. Avropada
sadə insanlardan tutmuş kral və papaya kimi onlara borclu idilər. Onlar,
bank işlərində o qədər səriştəli və məhsuldar idilər ki, II Filip (1179-1223)
Fransanın maliyyə nazirliyini 25 il onların öhdəsinə buraxmışdır. Onlar öz
hesablarından yollar salır, çoxlu qala və məbədlər tikirdilər. Tədqiqatçı
Desmond Stüard yazır: ―Tampliyerlərin iqtisadi fəaliyyəti, kilsənin
sələmçilik üzərindəki inhisarını dağıtdı. Heç bir orta əsr qurumu,
kapitalizmin inkişafı üçün bu qədər böyük iş görməmişdir.‖ (5, s. 123).
Tampliyer təriqətinin XIII əsrdə Fransada güclü siyasi-iqtisadi gücə malik
olduğu dövrdə, İtaliya ərazisində olan kiçik dövlətlərin həm öz aralarında,
həm də Roma papası ilə münasibətlərində gərginlik var idi. Roma papası öz
nüfuzu ilə bu gərginliyi tənzimləyə bilmədiyi üçün, nüfuzdan düşürdü. Bu,
Avropada papalığa olan etimadı azaldır və dini separatçılığa şərait
yaradırdı.
XIII əsrin sonlarında Sisiliyada hakimiyyətə gələn kral III Federiqo Papa
VIII Bonifasiyin taxtdan imtina etməsi əmrinə məhəl qoymadığı üçün, onu
bidətdə suçlayaraq kilsədən kənar elan etdi və Sisiliya keşişlərinə dini
ayinləri icra etməyi qadağan etdi. Xalq və kral buna məhəl qoymadılar.
Papa, İtaliya ərazisində Venesiya və Genuya arasında gedən münaqişələrin,
Florensiya kralı Karl Valuanın iddialarının qarşısını ala bilmirdi. Onun,
İngiltərə (Eduard I) və Fransa (Filip IV) arasında qarşıdurmaları
847
dayandırmağa, Germaniyada hakimiyyət davalarının qarşısını almağa gücü
çatmırdı. Eduard Ivə Filip IV öz ölkələrində Papanın iradəsinə qarşı çıxaraq
katolik ruhanilərinə vergi qoydular. Bu hadisələr, İngiltərə və Fransada
katolik keşişlərin Papadan deyil, öz krallarından asılı vəziyyətə düşməsinə
səbəb oldu. Papa, həmişə olduğu kimi, bu qarışıqlıqların qarşısını almaq və
gücünü artırmaq üçün, türk-müsəlmanları hədəf göstərərək, səlib yürüşləri
vasitəsilə Avropanı öz ətrafında səfərbər etməyə çalışırdı.
Fransa kralı IV Filip ilə Papa VIII Bonifasiyin münasibətləri elə bir həddə
çatdı ki, kral papanı cinayətlərdə ittiham etdi, papa isə kralı və onun
rəiyətini bidət əhli elan etdi. Papa ―iki qılınc‖ (unam sanctam) ehkamından
çıxış edərək, hər iki hakimiyyətin (ruhani və dünyəvi) ona mənsub
olduğunu və ruhani hakimiyyətin hər şeyin üstündə dayandığını bildirdi.
Fransa kralı IV Filip Romaya qoşun göndərərək papanı həbs edilməsini və
vəzifəsindən istefa etməsini tələb etdi. Papa öldürülür və ölümündən sonra
Fransanın Avinyon şəhərində onun sodomiya günahkarı və bidətçi olması
barədə məhkəmə qərarı çıxarılır. XIV əsrdə (1309-1378) katolikliyin dini
mərkəzi Roma deyil, Avinyon şəhəri (Fransa) olur. Yeni papa V Kliment
fransız mənşəli papa olur və o, kardinalları əsasən fransızlardan təyin edir.
XIV əsrin sonralarına kimi (1378) Avinyonda seçilən papalar fransız əsilli
olmuş və onlar, Fransa kralının dünyəvi hakimiyyətinə tabe olmuşlar.
İtaliya humanisti Petrarka Avinyonda kilsənin indulgensiya, simoniya
(kilsənin əşyalarının satılması) və digər gəlirlər hesabına zəngin həyatını
tənqid etmişlər.
Papalığın Avinyona köçürülməsi və Fransız kralı IV Filipin hakimiyyətinin
güclənməsi, ölkədə güclü siyasi-iqtisadi gücə malik olan tampliyer təriqəti
üçün təhlükənin başlanğıcı oldu. 1312-ci ildə Fransız kralı IV Filip və
Roma Papası V Kliment təriqətin sərvətlərini öz əllərinə keçirmək və onlara
olan borclardan qurtulmaq üçün, təriqəti bidətçi damğası adı altında ləğv
etmiş (onlara qarşı bir çox iftiralar atılmışdır) və üzvlərinə qarşı ağır
inkivizisiya cəzaları tətbiq olunmuşdur (işgəncələr, oda atmaq və s).
Onların sərvətləri Fransız kralı IV Filip tərəfindən mənimsənilmiş və bir
qismi də onların rəqibləri olan hospitalyer təriqətinə, həmçinin, dominikan,
kartezian, avqustin və selistin təriqətlərinə verilmişdir. Tampliyer
təriqətinin yerdə qalan üzvləri gizlinə çəkilmiş və ilk mason təşkilatı
şəklində təşkilatlanmışlar.
Bu hadisədən sonra Avropa kralları kilsənin asılılığından qurtuldular. Artıq,
papalar kralların dünyəvi hakimiyyətini təsdiq etmirdilər. Bu, Avropada
papalığın nüfuzunu günü-gündən aşağı salırdı. Bunlar Avropa kralları
arasında çəkişmələrin artmasına səbəb olurdu. İngiltərə və Fransa arasında
davam edən yüzillik müharibə hər ikisini zəiflətmişdi.
848
1367-ci ildə papa V Urban Romaya köçməyə qərar verir. Yerli əhali fransız
əsilli papanı qəbul etməkdən imtina etsə də, bu baş verir. Romada papalığın
əsas qərargahı Lateran sarayı yandığı (1308-ci ildə) üçün, yeni mərkəz
Vatikan olur. 1378-ci ildə V Urban vəfat edir və Romada onun yerinə papa
VI Urbanı Bartolomeo Prinyano seçilir. O, qeyri-italyan, xüsusilə, fransız
mənşəli kardinallara qarşı tədbirlər görməyə başlayır. Bu isə, katolik
kilsənin daxilində parçalanmaya və qarşıdurmaya səbəb olur. Təqib olunan
kardinallar özlərinə VII Klimenti (Cenevrəli Robert) papa seçirlər və o,
Romada papa VI Urbana qarşı hərbi təcavüzə keçir. Hərbi qarşıdurmalar
nəticəsində papa VII Kliment Avinyona qayıdaraq, orada papalıq
institutunu bərpa edir. Beləliklə, katolik kilsəsi bir-birinə düşmən olan və
bir-birini anafem (inkar) edən iki qütbə bölünür. Avropa ölkələri bu
qütbləşmədə üç qismə bölünür:
1. Roma tərəfdarları – İtaliya (mərkəzi və şimali), İngiltərə, Daniya, Polşa,
Norveç, Macarıstan, Flandriya (Niderland ərazisində)
2. Avinyon tərəfdarları – Cənubi İtaliya (Neapol, Sisiliya), Şotlandiya,
Fransa, İspaniya ərazisində (Kastiliya, Leon, Araqon, Navarra, Savoyya),
Kipr, Uels.
3. Orta mövqedə dayananlar – Portuqaliya, Burqundiya (Fransa ərazisi),
ikiyə bölünən monastır təriqətləri, ikiyə bölünən Müqəddəs Roma
imperiyası (X-XVIII əsrlərdə mövcud olan dövlətüstü italyan, alman,
balkan, frank və digər xalqların birliyi)
İki kilsəni bir araya gətirmək üçün, Piza şəhərində 1409-cu ildə toplantı
keçirilir. Tərəflər bu toplantıda iştirak etmirlər. Lakin, baş tutan toplantı
yeni Piza papası V Aleksandrı seçir. German imperatoru Siqizmund 1414-
1418 illərdə Konstans şəhərində böyük məclis təşkil edir və 1417-ci ildə bu
məclis hər üç papanı ortadan qaldıraraq, dördüncü papa V Martinanı seçir.
Bununla, katolik kilsənin bölünməsinə son qoyulur və katolik kilsənin
mərkəzi əvvəlki kimi yenidən Roma olur. Lakin, kilsənin əvvəlki nüfuz və
gücünü bərpa etmək mümkün deyildi.
***
Göründüyü kimi, Avropada krallıqlar ilə katolik kilsə arasında ittifaq
formal xarakter daşımışdır. Əslində, onların öz aralarında bir-biri ilə
toqquşan dərin siyasi-iqtisadi mənafeləri mövcud idi. Katolik kilsənin
maraqları, katoliklik və Roma matrisası üzərində sivilizasyon kimliyi
formalaşdırırdısa, krallıqların ondan müstəqil olmağa çalışması milli
identikliyin təməlini qoyurdu. Bunu, dini mərkəzin Romadan Avinyona
köçürülməsində müşahidə etdik.
Katolik kilsənin daxilində kardinallar arasında və kilsənin himayəsi altında
formalaşan katolik təriqətlərdə milliləşmə prosesləri müşahidə olunurdu.
849
Məsələn, Tevton təriqəti əsasən almanlardan ibarət olduğu üçün alman
təriqəti, tampliyer təriqəti əsasən fransızlardan ibarət olduğu üçün fransız
təriqəti hesab olunurdu. Lakin, onlar, katolik olduqları üçün, milli identiklik
arxa plana keçirdi. Deməli, katolik kilsənin yaratdığı sistemin çökməsi,
milli identikliyin ortaya çıxmasına səbəb ola bilərdi. Bu isə, təhlükəli idi.
Çünki kilsədən savayı, sivilizasyon birliyi qoruyan alternativ bir qurum və
ideya yox idi. Kilsə, bunu istəmədiyi kimi, krallıqlar da istəmirdilər. Çünki
onlar da, sistemin çökməsi nəticəsində öz hakimiyyətlərinin itirilməsindən
qorxurdular. Buna görə də, onlar, sadəcə olaraq, dini mərkəzi öz əllərində
saxlamağa çalışırdılar.
Katolik kilsənin və kralların mənafeləri ilə tacir, bankir və zadəganlardan
ibarət olan üçüncü zümrənin mənafeləri üst-üstə düşmürdü. Çünki bu
zümrə, daima kralların və kilsənin qurduğu sistemdə təqib olunur və
maneçiliklərlə üzləşirdilər. Dini zümrədən üçüncü protoburjua zümrəsinə
çevrilən tampliyerlərin taleyi təsdiq etdi ki, krallıqlar və kilsə, onların
meydana çıxmasına imkan verməyəcəkdir. Deməli, protoburjua zümrəsinin
öz maraqlarını önə çəkməsi və qələbə qazanması üçün, krallıqlar və kilsənin
maraqlarını ifadə edən feodal sistem çökməli idi.
Bu necə baş verməli idi?
Təbii ki, bu, aşağıdan, yoxsul və məzlum əhalinin protobolşevik inqilabı
vasitəsi ilə baş verə bilərdi. Bunun üçün əsas da var idi. Çünki əhali, hakim
təbəqənin zülmündən məzlum duruma düşmüşdür. Xristianlıqda sosial
ədalət ideyalarının təbliği və kilsənin real sifətinin ortaya qoyulması,
üsyanların genişlənməsi üçün əsas verirdi. Lakin, savadsız xalq kütləsinin
sosial partlayışı, protoburjua təbəqəsi üçün də təhlükəli idi. Deməli, bu
silahdan ehtiyatlı şəkildə istifadə etmək və onu yönləndirmək lazım idi.
Eyni zanamda, alternativ sistemin strateji layihəsi olmadan, sosial prosesləri
idarə etmək və yönləndirmək mümkün deyildi. Deməli, belə bir layihənin
ortaya qoyulması zərurəti mövcud idi. Bu layihə, ənənəvi sistemi
çökdürməli və sonra onu əvəz etməli idi.
Tampliyerlərin
məğlubiyyət
səbəbi,
onların
xalq
tərəfindən
dəstəklənməməsi oldu. Onlar, mövcud sistemin, onların çiçəklənməsinə və
güclənməsinə göz yumacaqlarını düşündülər. Tampliyerlərin iqtisadi gücü,
onların siyasi gücünü də artırırdı. Təbii ki, nə krallar, nə də kilsə bununla
barışa bilməzdi. Lakin, tampliyerlər tamamilə ortadan qalxmadılar. Onların
İngiltərə, Şotlandiya, Flandriya, Normandiya və İtaliyada da kifayət qədər
üzvləri olmuşdur. İngiltərədə də (iki məbədləri vardı) onların mövqeyi
güclü idi. Xüsusilə, onlar, Şotlandiyaya sığınmışlar. Çünki Şotland kralı
Robert Brüs (1306-1329) katolik kilsəsindən təcrid edildiyi üçün, kilsənin
qanunları onun ölkəsində işləmirdi. Bəlkə də, təsadüfi deyildir ki, Avropada
850
ilk protobolşevik inqilib Böyük Britaniya ərazisində baş qaldırdı. Bunu,
önreformasiyanın ilk protestant hərəkatı kimi də səciyyələndirmək olar.
1.3. Önreformasiya – protobolşevik, yoxsa protoburjua inqilabları?
XIV əsrdə katolikliyə qarşı çıxış edən yanlız Fransa krallığı deyildi. XIV
əsrdə katolikliyin Avinyona köçürülməsi və kilsənin fransızlaşdırılması,
Fransa ilə yüzillik müharibə şəraitində olan İngiltərəni narahat etməyə
bilməzdi. Çünki Avinyon, Fransanın tərəfini müdafiə edir və İngiltərəni
ittiham edirdi. Bu, İngiltərədə kilsənin müstəqil olması və onun
ingilisləşdirilməsi ideyasını ortaya qoydu. Oksford universitetinin alimi
Dostları ilə paylaş: |