99).
S. Xəlilov ―İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri‖
kitabında fəlsəfəyə münasibət məsələsini araşdıraraq qeyd edir: ―...bu gün
Azərbaycanda fəlsəfəyə münasibət qənaətləndirici deyil. Fəlsəfəsiz
yaşamaq az qala normaya çevrilmişdir. ― Bizdə fəlsəfə yoxdur, filosof
yoxdur‖ fikri az qala fəxrlə söylənir və fəlsəfəsiz həyatın əslində bizə nə
kimi bir aqibət hazırladığı barədə heç düşünülmür də.
Milli və ümumbəşəri maraqların subyektləri real ictimai qüvvəyə
çevrilmədikdə, hər şey fərdi iqtisadi maraqlar və nəfsani hisslərin təsir
dairəsinə düşdükdə, maraqlar fəzasında şəxsi amalları ifadə edən
vektorların istiqaməti güclü ümummilli və ümumbəşəri hisslərin təsirilə
ümumi yön almadıqda fəaliyyətlər sistemi əvəzinə fəaliyyətlərin xaosu
yaranır ki, burada əvəzləyici vektor sıfıra bərabər olur. Hamı hansı isə
istiqamətdə hərəkət edir, hamı çalışır-vuruşur, fəaliyyət göstərir, ümummilli
inkişaf əmsalı isə yenə də sıfra bərabər olur. Millət nə özü inkişaf edir, nə
də bəşəriyyətin inkişafında müsbət rol oynaya bilir.
Fərdi fəaliyyəti, səyləri yönəldən maraqlar adi şüur səviyyəsində
müəyyənləşdirildiyi halda, ümummilli və ümumbəşəri maraqların
tənzimlənməsi və fəaliyyət üçün əsas götürülməsi fərdi şüurun strukturunda
fəlsəfi təfəkkürün iştirak dərəcəsindən asılı olur‖ (2, s.3).
Müəllif daha sonra qeyd edir: ―Dünya fəlsəfi fikrini Qərb fəlsəfəsi ilə
eyniləşdirən və İslam Şərqində yaranmış fəlsəfi fikir nümunələrini ya
ilahiyyat kimi, ya da orijinallıqdan uzaq şərh nümunələri kimi təqdim
etməyə çalışan müəlliflər təəssüf ki, çoxluq təşkil edirlər. Bizim vəzifəmiz
isə ilk növbədə fəlsəfənin ümumbəşəri səciyyəsi ilə yanaşı, həm də milli
səciyyə daşıdığını və milli məfkurənin ayrılmaz komponenti və hətta əsası
olduğunu göstərmək və bu sahədə əldə edilmiş biliklərin fəlsəfə proqramları
və dərsliklərin strukturuna daxil edilməsindən ibarətdir. Diqqəti belə bir
cəhətə də yönəltmək lazımdır ki, bu cür təşəbbüslər əsasən ―fəlsəfə tarixi‖
kitabları ilə əlaqədar göstərilir. ―Fəlsəfənin əsasları‖ isə çox vaxt yenə də
Qərb modelinə uyğun surətdə qurulur. Ayrı-ayrı fəlsəfi problemlərin
şərhində bir qayda olaraq Qərb filosoflarının konsepsiyaları və modelləri
istifadə olunur. Milli fəlsəfi fikir isə guya ancaq tarixi keçmişimizi
öyrənmək baxımından dəyərli ola bilərmiş. Lakin bu o zaman unudulur ku,
fəlsəfi biliklər məhz milli düşüncə tərzinin nəzəri əsasları və
metodologiyası kimi təqdim olunmalı və insanlara kənardan gələn yad bir
bilik kimi deyil, onların daxili aləmini ifadə edən biliklər sistemi kimi
formalaşmalıdır. Biz hələ bu işin öhdəsindən gələ bilməmişik və ona görə
də, Qərb fəlsəfi bilik strukturlarını təqdim etmək məcburiyyətindəyik ‖ (2,
s.4).
737
Milli fəlsəfi fikir millətin özünüdərk mərhələsində üzə çızır. Əlbəttə, bu isə
heç də bütün millətlərə nəsib olmur. Deməli, ―millət‖ anlayışını etnosdan
fəqrləndirən əlamətlərdən biri məhz milli-etnik təfəkkürlə milli-siyasi
təfəkkürün vəhdətindən doğan milli fəlsəfi fikrin formalaşmasıdır.
Milli-fəlsəfi fikrin nəzəriyyə halında bir sıra millətlərdə üzə çıxmaması, bu
o demək deyil ki, bir sıra millətlərin tamamilə yoxluğuna gətirib çıxarır.
Ədəbi-bədii fikir vasitəsilə də milli özünüdərk anları üzə çıxa bilər. Ədəbi-
bədii fikrin rolu həmişə Azərbaycan xalqının milli inkişafına güclü təsir
etmişdir. Ona görə də xalqımızın milli-fəlsəfi fikri də öz əksini çox vaxt
elmi işlərdə, monoqrafiyalarda deyil, bədii ədəbiyyatda tapmış və bu
əsasdan da fəlsəfi təfəkkürə gedən yol ədəbiyyatla bağlıdır. Bəşəriyyətin
inkişaf yoluna nəzər saldıqda deyə bilərik ki, böyük fəlsəfi fikir məktəbləri
olan bir çox xalqların, yəni, yunanların, ingilislərin, fransızların, almanların
milli-etnik özünütəsdiqi bədii ədəbiyyatda daha böyük rol oynamışdır.
Fəlsəfə elmləri doktoru, professor Ə.Abasov ―Müasir Azərbaycana hansı
fəlsəfə lazımdır?‖ məqaləsində müzakirəsinə ehtiyac duyulan böyük
problemləri belə sıralayır: ilk növbədə bu əsasən, bütövlükdə dünyəvi
proseslərin gedişinə və ayrı-ayrı ölkələrin siyasi, iqtisadi və mədəni inkişaf
ssenarilərinin dəyişməsinə həlledici təsir göstərən geopolitologi amildir.
Cəmiyyət həyatı və dünya dövlətlərinin müasir modellərinin xarakterinə
amiranə təsir göstərən qloballaşma nəzərdə tutulur; sonra, Azərbaycanın
təcrübəsinə uyğun modernləşmə prosesləri çərçivəsində qalmaqla müasir
dövrün sosiomədəni inkişaf modeli kimi mühüm paradiqmasını müzakirə
etmək lazım gəlir. Məhz bu kontekstdə milli mədəni irs cəmiyyətin
dayanıqlı konsolidasiyasına və ölkənin pozitiv inkişafına ya mane olur, ya
da mədəniyyətin uğurlu təsir modeli olduqda ona yardım edir; sosiomədəni
problemlərə müraciət onu göstərir ki, müasir şəraitdə mədəniyyətin ümumi
qəbul edilmiş maddi və mədəni tərkib hissələrinə bölünməsi nəinki kifayət
deyil, həm də mədəni ənənə və ictimai inkişafın qarşılıqlı əlaqə
modellərinin nəzəri qaydalarının praktiki gerçəkləşdirilməsinə əngəl
törədir; belə vəziyyət müzakirə edilən diskursa bu qüsuru qismən aradan
qaldıran sosial mədəniyyət konseptini daxil etməyi israrla təklif edir.
Azərbaycan cəmiyyətinin optimal inkişafı və onun, müəyyən mədəni
daşıyıcısı olan fərdinin fəaliyyəti üçün hansı sosiomədəni modelə
(M.Veberin ―protestant etikası‖ yanaşmalarının islam mədəni
gerçəkliklərinə uyğunlaşması kontekstində) üstünlük verilməsini məhz bu
rakursda müəyyənləşdirmək olar (8, s. 25-26).
Biz Azərbaycanda dinamik və sabit inkişafa kömək edən məxsusi ―etikanı‖
formalaşdırmalıyıq. Lakin bu zaman yeni mədəni özünü identikləşdirmə,
Yaponiya və bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, yəni
738
modernləşmənin çoxsaylı risk və təhlükənin aradan qaldırılmasına yardımçı
olan məxsusi ənənə Qərb siyasi dəyərlərinin mənimsənilməsinə kömək
etməlidir. Qərb politoloji terminologiyasında bu proses belə göstərilir.
―Müasir liberal dövlətin əsaslandırılmasına zəmin belə bir təsəvvür idi ki,
hökumət siyasi dünyanın maraqlarına uyğun olaraq din və ənənəvi
mədəniyyət tərəfindən hansısa əxlaqı tələbi dəstəkləməyəcək. Əsas dəyər
tolerantlıq olmalıdır.Əxlaqi konsensusun yerini siyasi nizamı təmin edən
aydın qanun və ictimai institutların tutması fərz edilir ‖ (10, s. 21,22).
Fəlsəfənin bütün zamanlar üçün əsas məsələsi insan varlığının vəhdət və
bütövlüyünyn isbatlanması olmuşdur. Bu gün belə isbatın prinsipial
mümkünsüzlüyü sübut edilmişdir, ona görə də, idrak natamam və nisbi
biliyi formalaşdırmağa məhkum olmuşdur. Belə ki, yeni idrak mexaniki
determinizmi ardıcıl dəf edən dünyagörüşü sferasında dünyanın vahid
mənzərəsinin əvəzinə zəruri seçim tələb edən bir sıra ehtimali ssenarilər
təklif edir.
Nəhayət, qeyd etmək olar ki, millətin fəlsəfi fikri onun hər bir üzvünün
fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etmək səlahiyyəti olan, milli
ruhun daşıyıcısı olan, milli özünüdərk baryerini keçmiş olan tək-tək
şəxsiyyətlərin-filosofların fəlsəfi konsepsiyalarından, bu konsepsiyaların
şəbəkəsindən ibarət olar.
Ədəbiyyat:
1.Abbasov Ə.F. Fəlsəfə millətləşmənin və müstəqil dövlətçiliyin zəruri əsasların-
dandır//Müasir fəlsəfə və Azərbaycan:tarix,nəzəriyyə,tədris. Toplu. Bakı, Elm,
2011, s. 6-7.
2. Xəlilov S.S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi
məsələləri.(Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Akademiyası.-AFSEA).
―Fəlsəfə jurnalına əlavə‖. ―İlay‖ MMC mətbəsi,B.2008.
3.Axundov M.F.Kritika. Bədii və fəlsəfi əsərləri. B. ―Yazıçı‖.1987,s.333-334.
4.Əfqani C.Seçilmiş əsərləri.Tərtib edəni.-prof. Şamil Qurbanov. B.1993.s.33.
5. Hüseyn Cavid. Əsərləri 3 cilddə.3-cü cild,B,2003.s.361.
6 .Cəfər Cabbarlı. Seçilmiş əsərləri.s.292.
7. Ziya Göyalp. Türkçülüyün əsasları. B. Maarif. 1991.s.33.
8. Abasov Ə.S. Müasir Azərbaycana hansı fəlsəfə lazımdır?// Müasir fəlsəfə və
Azərbaycan: Tarix,Nəzəriyyə,Tədris. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutu. B, ―Elm‖, 2011, s.6-7 və 25-26.
9. Ахундов М.Ф. Избранные произведения. Azərnəşr.B.,1987, s.99.
10. Фукуяма Ф. Великий Разрыв. M: ACT, 2003, с.21-22.
739
Qudsiyə Əliyeva
MĠLLĠ FƏLSƏFƏNĠN FORMALAġMASI VƏ ĠNKĠġAF
XÜSUSĠYYƏTLƏRĠ
Müasir elm anlayışı, konkret tədqiqat obyekti və empirik yanaşmalar ilə
səciyyələnir. Ənənəvi fəlsəfə bu parametrlərə cavab vermir. Çünki
metodoloji baxımdan bu mümkün deyildir. Lakin, fəlsəfə rasionallıq və
məntiqi təfəkkür baxımından elm ilə kəsişir.
Əksər elmlər fəlsəfənin bazasında meydana çıxmışdır. Çünki fəlsəfə, Yeni
Dövrə qədər elmin özünü təmsil etmişdir. Empirik metodologiyanın
meydana çıxması, onun arxa plana keçməsinə səbəb olmuşdur. Halbuki,
empirik tədqiqatlar sahəsi qədim və orta əsrlərdə elm kimi deyil, bir sənət
sahəsi kimi tanınmışlar. Empirik təfəkkür məhdud olduğu üçün, onun qeyri-
məhdud fəlsəfi təfəkkürə ehtiyacı vardır. Xüsusilə, bu gün, bu əlaqəyə daha
çox ehtiyac vardır. Onu fəlsəfədən başqa heç bir bilik sahəsi təmin edə
bilməz. Bu gün, fənlərarası əlaqə əsasında müasir elmi dünyagörüşü
sisteminin yaradılması, yeni paradiqmaların formalaşdırılması fəlsəfənin
funksiyalarına aiddir. Bu baxımdan, fəlsəfə elm haqqında elmdir. O,
elmüstü elm kimi daha obyektiv və ümumbəşəridir.
Fəlsəfə, elm kimi sırf kumulyativ xarakterli deyildir. Çünki elm
aksiomaların, fəlsəfə isə, əksər hallarda inkarların üzərində qurulur. Qərb
fəlsəfəsinin nigilizmi üzərində qurulan Nitşe fəlsəfəsi bunu təsdiq edir.
Çünki mütləq həqiqətə səy göstərən təfəkkür özünüinkar mərhələlərindən
keçməlidir. Bu baxımdan, fəlsəfə, elmdən fərqli olaraq, saatın əks
istiqamətinə yönəlir.
Fəlsəfənin idrak obyekti həqiqətdir. Fəlsəfənin həqiqəti, elmin həqiqətindən
fərqlidir. Həqiqətə münasibətdə hər ikisi nisbidir. Lakin, elmdən fərqli
olaraq fəlsəfinin obyekti nisbi həqiqət deyildir. Məhz bu müstəvidə fəlsəfə
müxtəlif dünyagörüşü sistemləri ilə kəsişir və bir dünyagörüşü sisteminə
çevrilir. Fəlsəfənin obyekti mütləq həqiqət olduğu üçün, o, bu dünyagörüşü
sistemləri arasında əlaqə yaradıb ümumi bir dünyagörüşü sistemi
yaratmalıdır. Yəni, o, dünyagörüşləri üstündə bir dünyagörüşü, hikmətüstü
bir hikmət olmalıdır. Bu baxımdan, o, daha subyektiv və millidir. Çünki
subyektivlik və millilik, obyektivlik və ümumbəşərilikdən daha dərin
məzmuna malikdir.
Milli olmaq nə deməkdir?
Millət (nation) anlayışı, orta əsr avropasında istifadə olunsa da, Yeni
Dövrdə kapitalizmin formalaşması ilə fərqli bir mənaya gəlmişdir. Modern
milli dövlətdə fərdin seçim və azadlığı, kollektiv dəyərlərin üstündədir.
740
Milli dövlətin (national state) vətəndaşları kimliyindən asılı olmayaraq,
vətəndaşı olduğu dövlətin kimliyini daşıyır və onun milli dəyərlərini
mənimsəyirlər. Bu dəyərlərin başında milli dil gəlir. O, təhsil vasitəsilə
cəmiyyətin bütün üzvlərinə yayılır.
Millilik - Yeni Dövrdə Avropada meydana çıxan millət, milli dövlət
konsepsiyaları və vətəndaş kimliyi ilə bağlı olan bir anlayışdır. O, proqress,
modernləşmə, demokratiya, bazar iqtisadiyyatı, sənayeləşmə, şəhərləşmə,
azad mətbuat, fikir və söz azadlığı kimi anlayışlarla səciyyələndirilir. Milli
dövlətlərdə, bütün vətəndaşlar etnik-dini kimliyindən asılı olmayaraq,
bərabərhüquqlu şəkildə seçib seçilmək, öz ana dilində təhsil almaq
hüququna malikdirlər. Bu baxımdan, millilikdən bəhs olunanda, Yeni Dövr
nəzərdə tutulur.
Bundan əvvəlki dövrlər milli hesab oluna bilərmi?
Yeni Dövrə qədər avropa cəmiyyətlərində, həmçinin, dünyanın digər
yerlərində sosial təbəqələşmə, kütləvi savadsızlıq, sadə xalq dilində təhsilin
olmaması, hüquq bərabərsizliyi, fikir və söz azadlığının olmaması, elmi-
texniki inkişafın olmaması cəmiyyətin bir bütün olmasına mane olmuşdur.
Bunlar aradan qaldırılmadan bütün cəmiyyəti bir araya gətirən milli şüur
formalaşa bilməzdi. Buna görə də, Yeni Dövrdən əvvəlki dövrlər milli
hesab oluna bilməz.
Milli fəlsəfə nədir?
Elm ümumbəşəridir. Onu hər hansı bir xalqa aid etmək absurddur. Bütün
dövrlərdə olduğu kimi, müasir dövrdə də dünyanın tanınmış elmi
mərkəzlərində çalışan insanlar müxtəlif etnosların nümayəndələrindən
təşkil olunublar. İntellektual resursların müəyyən bir mərkəzdə toplanması,
elmin yüksək səviyyədə təşkili və onların müəyyən strateji bir istiqamətdə
yönləndirilməsi elmin inkişafını təmin edir. Təbii ki, bu ilk növbədə,
təhsilin və iqtisadiyyatın inkişafından asılıdır.
Fəlsəfədə bu mümkündürmü?
Fəlsəfədə rasionallıq baxımından elm ilə kəsişdiyi üçün, müəyyən
parametrlər üst-üstə düşür. Fəlsəfənin inkişafı üçün, filosofların mütəmadi
şəkildə bir araya gəlmələri, disputların olması, azadfikirliliyin tam təmin
olunması zəruridir. Çünki bu təməl üzərində meydana çıxan orijinal fəlsəfi
ideyalar və onlar üzərində formalaşan özünəməxsus fəlsəfi məktəblər milli
xarakter daşıyacaqdır. Ən azı ona görə ki, onlar müəyyən bir sosial-mədəni
mühitin məhsuludurlar. Ortaya çıxan məhsul hansı dildə və hansı mühitdə
yetişirsə, onu təmsil edir. Məsələn, muğam musiqisi əksər müsəlman
ölkələrində bu və ya digər şəkildə mövcuddur. Onlar arasında Azərbaycan
muğamının özünəməxsus yeri vardır. Milli muğam məktəblərindən kənarda
mövcud olan obyektiv muğam yoxdur. Eynilə, milli və dini fəlsəfələrin
741
fövqündə obyektiv bir fəlsəfə mövcud deyildir. Biz, alman, fransız, ingilis
fəlsəfəsinə diqqət yetirəndə də bunu görürük. Filosoflar müəyyən fəlsəfi
məktəblərin təsiri altında yetişir və onun üzərində fəlsəfə yaradırlar. Fəlsəfi
dil formalaşdıqca, fəlsəfə də inkişaf edir. O olmadan, fəlsəfi təfəkkür də
formalaşa bilməz.
Fəlsəfə də, rasionallıq baxımından elm ilə kəsişdiyi üçün, müəyyən
parametrlər üst-üstə düşür. Fəlsəfənin inkişafı üçün, filosofların mütəmadi
şəkildə bir araya gəlmələri, disputların olması, azadfikirliliyin tam təmin
olunması zəruridir. Çünki bu təməl üzərində meydana çıxan orijinal fəlsəfi
ideyalar və onlar üzərində formalaşan özünəməxsus fəlsəfi məktəblər istər-
istəməz milli xarakter daşıyır. Ən azı ona görə ki, onlar, müəyyən bir sosial-
mədəni mühitdə və konkret bir dildə ortaya çıxırlar. Fəlsəfi dil
formalaşdıqca, fəlsəfi mühit də inkişaf edir və yaxud əksinə. Çünki onlar
bir-birini tamamlayırlar.
―Milli fəlsəfə‖ anlayışında ―milli‖, ―fəlsəfə‖ anlayışının əlamətini ifadə
edir. Lakin, fəlsəfənin belə bir əlamətə malik olmasını birmənalı şəkildə
təsdiq etmək mümkün deyildir. Çünki bu, fəlsəfə üçün yeni bir əlamətdir.
Onun olub-olmamasını müəyyənləşdirmək üçün, fəlsəfənin nə olduğunu,
onun necə meydana çıxdığını və hansı istiqamətdə inkişaf etdiyini yenidən
dəyərləndirmək lazımdır. Çünki bu günədək fəlsəfəyə bu kontekstdə baxış
olmamışdır. Ancaq, bu o demək deyildir ki, biz, indiyədək deyilənləri
doğma kimi qəbul etməliyik. Bəzi hallarda paradoksların sübut olunması
elmə böyük töhfələr gətirir. ―Milli fəlsəfə‖ anlayışının dəyərləndirilməsi,
fəlsəfəyə metodoloji baxımdan yeni bir baxışın formalaşmasına təkan verə
bilər.
Fəlsəfə milli ola bilərmi?
Bu günədək fəlsəfə adı altında tanınan təlimin yarandığı və inkişaf etdiyi
yer qədim Yunanıstandır.
Bu gün fəlsəfədə qəbul olunan yunan, çin, hind, klassik alman fəlsəfəsi
anlayışları mövcuddur. Bu fəlsəfələri birləşdirən və bir-birindən
fərqləndirən cəhətlər vardır. Birləşdirən ümumi fəlsəfi yanaşmadırsa,
fərqləndirən özünəməxsusluqlardır. Biz, bunu milli fəlsəfə adlandıra
bilərik.
Milli fəlsəfənin formalaşmasında və inkişafında dövlətin öz rolu vardır.
Qədim Şərq fəlsəfəsinin mərkəzləri olan Çin, Misir, Babil qədim güclü
dövlətlər olmuşlar. Bu dövlətlərin özünəməxsus siyasəti və ideologiyası,
özünəməxsus şüurun formalaşmasına təsir göstərmişdir. Məhz, bu şüur
üzərində özünəməxsus fəlsəfə məktəbləri yaranmışdır. Qədim Konfutsi,
Dao, Budda təlimlərinin meydana çıxmasında bu amillərin öz rolu
olmuşdur (1, с.44).
742
Azərbaycan böyük türk və müsəlman dünyasının tərkib hissəsi olduğu
üçün, onun fəlsəfəsi də Müsəlman Şərq fəlsəfəsinin ayrılmaz bir hissəsidir.
Azərbaycanda milli dövlət quruculuğu, XX əsrin əvvələrindən başlayır.
Sovet dövründə azərbaycan dilində milli fəlsəfə yaranmışdır. Elmlər
Akademiyasının Fəlsəfə İnstitutu, son 40-50 ci illərdə Azərbaycanda milli
fəlsəfənin inkişafında mühüm rol oynamışdır. XX əsrin əvvəllərində
qoyulan türkçülük-islam-müasirlik və bu gün onun davamı kimi meydana
çıxan azərbaycançılıq ideyası milli fəlsəfənin əsas mahiyyətini təşkil edir.
Bu gün Azərbaycanda aparılan multikulturalizm siyasətinin təməli,
azərbaycan milli fəlsəfəsinin əsasında dayanır. Bunun əsas tərkib hissələrini
ailə, ümumbəşərilik və tolerantlıq təşkil edir.
Bu gün orta və ali təhsil sistemi filosof yetişdirə bilirmi? Bunun üçün necə
təhsil olmalıdır? Milli fəlsəfənin inkişafı üçün nə edilir?
Milli fəlsəfənin inkişafı zəruridir. Bunun üçün, azərbaycan dilində fəlsəfi
terminlərin dəqiqləşdirilməsi istiqamətində bir çox işlər görülübdür.
Azərbaycan fəlsəfəsi irsi, fəlsəfə tarixi kontekstində ciddi araşdırılır.
Bunlar, milli fəlsəfi ənənəmizin bərpa olunmasına və nəsillərarası əlaqənin
yaradılmasına şərait yaradır. Bizim əsas problemlərimizdən biri varislik
prinsipinin pozulmasıdır. Biz, bu gün, sovet dövründə əldə etdiyimiz
nailiyyətlərimizi qoruyub saxlaya bilmirik. XX əsrin 30-cu illərində də öz
minillik irsimizdən qırılmışdıq. Əlifbanın bir neçə dəfə dəyişməsi, bu irsin
davam etdirilməsinə ciddi zərbə vurmuşdur. Lakin, digər tərəfdən, rus dili
və mədəniyyəti vasitəsilə, Azərbaycan, avropa fəlsəfəsinə yol açmışdır (3,
s.55). F. Axundovun şəxsiyyəti milli fəlsəfə sahəsində önə çıxır. F.
Axundovun şəxsiyyəti ziddiyyətli, müəmmalı olduğu qədər də, olduqca
cəlbedici və maraqlıdır. Onu, birmənalı şəkildə dəyərləndirmək çətindir.
Təhsildə fəlsəfəyə maraq çox azdır. Fəlsəfə seçim fənni kimi
universitetlərdə az və aşağı kurslarda tədris olunur. Tələbələrdə fəlsəfəyə
maraq yarada bilən pedaqoqların sayı çox azdır. Əksər pedaqoqlar,
auditoriyalarda öz mühazirələri və şəxsiyyətləri ilə fəlsəfəni cansıxıcı və
lazımsız bir təlim kimi tanıdırlar. Ümumən götürsək, gənc əhali arasında
fəlsəfəyə münasibət müsbət deyildir. Belə bir cəmiyyətdən filosoflar
çıxarmaq çətindir. Milli fəlsəfənin yaradılması və inkişafı probleminin
kökünü burada axtarmaq lazımdır. Buna görə də, təhsildə fəlsəfə məsələsi
barədə ciddi düşünmək və müəyyən tədbirlər görmək vacibdir.
Biz, Avropada olduğu kimi İntibah yolunu seçməliyik. Yəni, F. Axundova
qədər olan fəlsəfi irsimizi müasir tələblər səviyyəsində dirçəltməliyik.
Ümumiyyətlə, mədəni inkişaf tariximizdə olan qırılma nöqtələrini
birləşdirməli və ümumi varislik prinsiplərimizi bərpa etməliyik. Bu əlaqələr
bərpa olunduqdan sonra, milli fəlsəfə fenomeni ortaya çıxacaqdır. Çünki
743
heç bir xalqın mədəni inkişaf tarixi digərininkini təkrarlaya bilməz. Fəlsəfi
irsdə özünəməxsusluq, milli fəlsəfənin təməlində dayanır. Buna görə,
müasir fəlsəfəmizi yaradanda daha çox öz fəlsəfi irsimizə istinad etməliyik.
O zaman, fəlsəfə ilə cəmiyyət arasında olan anlaşılmazlıq tədricən ortadan
qalxacaq və fəlsəfi refleksiya artacaqdır.
Fəlsəfə ―əsrin ruhudur‖ deyimi vardır. Əgər elədirsə, onda niyə Aristotelin
formal məntiqi, Platonun bir çox ideyaları bu günədək aktualdır. Yaxud, İbn
Xəldunun cəmiyyət və dövlət barədə ortaya qoyduğu ―ümman
konsepsiyası‖ nədən bu qədər maraq doğurur?
Belə çıxır ki, cəmiyyətdəki inkişaf elmi-texniki xarakter daşıyır. İnsanlar
mənəvi-psixoloji baxımdan az dəyişikliyə məruz qalırlar. Buna görə də,
Aristotelin, Platonun, İbn Xəldunun bir çox ideyaları bu günədək öz
aktuallığını qoruyur.
Nəsimi və ya Nizaminin fəlsəfəsini milli və müasir hesab etmək olarmı?
Onlar bizimlə eyni ərazidə yaşadıqları üçünmü millidirlər? Nizami Gəncəvi
İran ərazisində yaşasaydı, biz onu özümüzün mütəfəkkiri hesab edə
bilərdikmi?
Nizami Gəncəvini və Nəsimini milli kimliklə bağlayan sosial-mədəni
ənənələrdən gələn milli ruhdur. O, onların əsərlərində əks olunmuş və
bizimlə ünsiyyətə girmişdir. Lakin, milli ruhun nə olduğu, fəlsəfənin
tədqiqat obyektidir. Milli ruhun özünəməxsusluğunu hiss edən və dərk
etməyə çalışan təfəkkür, milli fəlsəfəni yaradan təfəkkürdür. Kollektiv
psixika kültürün obyektləşmiş nəticəsi, dünya duyumudur. Onu yaradan
etnos və millətdir.
Milli ruh, özünü dildə ifadə edir. Dil şüuru strukturlaşdırır. Fəlsəfə bu
şüurun fövqündə refleksiya etmir. Deməli, dil ilə milli fəlsəfə arasındakı
əlaqə milli ruh ilə təmin olunur. Fəlsəfi dilin formalaşması, milli fəlsəfənin
başlanğıcıdır. Nizaminin əsərlərinin dili fars dili olsa da, milli ruhu fars
deyildir. Bu baxımdan, onun fəlsəfəsi və milli ruhu, milli fəlsəfənin
yaranmasında iştirak etmişdir. Bunu, orta əsrlərdə yazıb yaradan əksər
mütəfəkkirlərimizə aid etmək olar.
Milli rəmzlərimiz milli düşüncənin atributlarıdır: səkkizgüşəli ulduz, bayraq
rəngləri, aypara, novruz, dövlət və milli bayramlar, adət-ənənələr. Bunlar
xalçaçılıq (buta) sənətində, geyimlərdə, rəqsdə, mətbəxdə, musiqidə və
memarlıqda əks olunur. Bu simvol və miflər etnosun ümumi kültürəl
xarakterini ifadə edir. Milli elementlər maddi və mənəvi kültürdə aşkar
olur. Mənəvi kültür şifahi və yazılı şəkildə ifadə olunur və kültür yoluyla,
varisliklə ötürülür. A.E. Smit bunu etnosimvolizm adlandırır. Sonra bunlar
fəlsəfədə rasionallaşaraq milli fəlsəfənin tərkib elementlərinə çevrilirlər.
Fəlsəfənin elit bir məşğuliyyət olduğunu da söyləyirlər. Təbii ki, bu orta
744
əsrlər üçün xarakterik sayıla bilərdi. Çünki yaxşı təhsil almadan fəlsəfə ilə
məşğul olmaq çətindir. Orta əsrlərdə zadəgan ailələrdən olan insanlar yaxşı
təhsil alır və onlardan bəziləri də fəlsəfi refleksiyaya malik olurdular.
Lakin, Müsəlman Şərqində X-XII əsrlərdə mütəfəkirlər arasında yoxsul
ailələrdən olan insanlar da olmuşdur. Bu onu göstərir ki, Müsəlman
Şərqinin həmin dövrlərdə inkişafının əsas səbəblərindən biri də, hamının
təhsil almaq imkanlarının olması idi. Səlcukilər dövründə Nizamiyyə
mədrəsələrinin geniş yayılması və böyük elmi mərkəzlərin ortaya çıxması,
sivilizasyon və milli özünüdərkin əsasında dayanmışdır.
Fəlsəfə milli müstəvidə yaranaraq ümumbəşəri müstəviyə keçir. Çünki onu
yaradan öz ana dili ilə millidir. Onun fəlsəfəsində əks olunan milli ruh
sözün mənasının dərinliklərinə vardıqca ucalır və genişlənir. O, ucalmaqla
və genişlənməklə fəlsəfi dili və milli ruhu da ucaldıb genişləndirir. Buna
kosmopolitizm deyil, ümumbəşərilik demək olar. Çünki o, öz kökündən
ayrılmadan universallaşır və hamı tərəfindən sevilir. Biz Şekspiri, Tolstoyu,
Nəsimini, Nizamini bu səbəbdən sevir və oxuyuruq. Ancaq, onlar, eyni
zamanda, öz xalqlarının milli fəlsəfəsini, milli ruhunu ifadə edirlər.
Azərbaycan fəlsəfəsində irfan və sufizm fəlsəfəsi önə çıxmışdır. Bu fəlsəfə
milli ruhda özünə yer tapmışdır. Azərbaycanda milli muğam məktəbi və
xalçaçılıq sənəti bu ruhun ifadəsidir. O, mif, epos, klassik ədəbiyyatın
içindən keçərək bu günədək gəlmişdir. Fəlsəfənin onlardan fərqi odur ki, o,
milli ruhun irrasional müstəvidən rasional səviyyəyə endirilməsinə şərait
yaradır. Bunu etmədən milli fəlsəfədən danışmaq olmaz. İdeal fəlsəfənin
yüksək səviyyəsinə ucalan panloqist F. Hegel, alman milli kimliyini aşa
bilməmişdir (2, с.77). SSRİ dövründə marksizm ilə məhdudlaşan fəlsəfə,
onun fövqünə çıxa bilmirdi.
Filosof sistemin içində yaşasa da, onun fövqünə çıxmağı maksimum
bacarmalıdır. Çünki onun obyekti həqiqətdir. Həqiqət isə, sistemin içində
məhdudlaşa bilməz. Lakin, Həqiqət sistemin daxilində obyektiv şəkildə də
təzahür oluna bilməz. Filosof isə, sistemi tam şəkildə tərk edə bilməz. Bu
zaman, fəlsəfənin ən yüksək refleksiyası milli çərçivədə baş verən
refleksiyadır. Bu refleksiya özünütəsdiq formasıdır. İnsanların iqtisadi
maddi maraqları öndədirsə, milli fəlsəfə onlardan da öndədir. Çünki onlar
gələcəyini və hara gedəcəklərini bilmək istəyirlər. İnsan bilmədiyi tərəfə
gedəndə dağınıq olursa, bildiyi tərəfə gedəndə daha mütəşəkkil və inamlı
olur. Bu inam onu dağılmaqdan və yox olmaqdan qoruyur və müqavimət
etmək üçün stimul yaradır.
Dostları ilə paylaş: |