s. 95).
Sosialist ideologiyasını bütün incəliyinə qədər şərh edən M.Ə.Rəsulzadə
yazır: ―Əcəba! Yarım arşınlıq xətlə, tam iftizarla öz adlarına ―İctimaiyun‖
sözünü də əlavə edən bizim (Qacarlar monarxiyası − X.X.)
―etidaliyunumuzun‖ fəlsəfi nəzəriyələri mütərəqqi dünyanın sosialistləri ilə
eynidirmi? Bizim mühafizəkarlarımız kapitalistlər əleyhinə mübarizə
aparırlarmı? Onların fikri hakimiyəti proletariata verməkdirmi? İran
qadınlarını çadradan çıxarıb Milli Məclis kürsüsündə oturtmaq istəyirlərmi?
Onlar mülkədarlarln torpaqlarını zəbt edib, əkinçilər arasında bölüşdürməyə
razılıq verirlərmi? Ölkə qanunlarını fəhlələrə yazdırmaq istəyirlərmi?‖
414
Şərhinə davam edən M.Ə.Rəsulzadə yazır: ―Onların məramnaməsinə
baxmayaraq, hərəkətlərindən bizə məlumdur ki, onlar yuxarıdakı fikirlərə
heç yaxın da deyillər və ola da bilməzlər. Çünki, əvvələn İranda Amerika
və Avropa kapitalizmi yoxdur ki, sosialistləşib kapitalizm əleyhinə
mübarizə edəsən, kapital və kapitalizm olmadığı üçün proletariatizm də
yoxdur və mövcud olmayan bir sinfin hakimiyəti haqqında danışmaq da
qeyri-mümkündür‖.
Sosialist ideologiyasını dərindən təhlil edən
M.Ə.Rəsulzdə birmənalı nəticə çıxararaq yazır: ―Sosializmin həqiqətə
çevrilməsi yalnız boş bir xəyaldır‖ (53, s. 97).
Tarixin təcrübəsinə, fəlsəfəsinə istinad edən M.Ə.Rəsulzadə yazır: ―Amma
biz heç vaxt siyasi hürriyyətin iksir gücünə, yəni ictimai və iqtisadi
ziddiyyətləri məhv edərək bütün milləti müttəhid bir partiyaya çevirmək
gücünə malik olduğunu güman etmirik. Dünyanın ilk azad məmləkəti və bir
neçə yüz il öncə parlamenti olan İngiltərə hələ indi də bir partiyalı ölkə
deyildir. Əksinə, hürriyət və azadlıq bir-birinə zidd olan partiyaların
təşkilinə səbəb olmuşdur. Bütün Avropa millətlərinə inqilab və azadlıq
nümunəsi olan Fransada da müxtəlif firqələr mövcuddur. Azadlıq olan
ölkələrdə və fikirlərini açıq-aşkar mübadilə edən cəmiyyətlərdə aydındır ki,
müxtəlif əqidə və fikirlər meydana çıxır. Azadlığın ilk günlərindən biri
digərinə zidd partiyaların əsası qoyulur. Çünki, təbiət müxtəlif və fikirlər
qarışıqdır‖ (53, s. 101).
Beləliklə, təbiətin, insanlıq tarixinin fəlsəfəsinə söykənən M.Ə.Rəsulzadə
qəti əminliklə, ilahi uzaqgörənliklə doğma xalqının, o cümlədən bütün
dünya xalqlarının iqtisadi və azadlıq mübarizəsinin gələcəyi haqqında
qənaətini belə ifadə edir: ―Bəli, təkamül qanunu kainatın ən güclü
qüvvəsidir. Onun tələbi ilə tarixin təkərləri sabit və müəyyən bir nizamla
hərəkət edir. Onu öz hərəkətindən saxlaya biləcək bir qüvvə yoxdur. Bu
təkərlərin fırlanmasına mane olmaq istəyənlər məğlubiyyətdən başqa bir
nəticə əldə etməyəcəklər‖ (53, s. 86).
Yaradıcılığından göründüyü kimi, bu əsərə qədər məqalələrində insanlığın
müəyyən hadisələrindən, mənəvi-ideoloji, sosial-siyasi və s. sahələrinin
element, hissə və yarımsistemlərindən bəhs edən M.Ə.Rəsulzadə
―Mühafizəkar və sosial-mühafizəkar partiyaların tənqidi‖ əsərində tarixə
fəlsəfi sistem kimi yanaşmaqla azadlıq və istiqlalı millətlərin yaşayacağı
təbii-milli qanun kimi qiymətləndirməklə bəşəri filosof kimi çıxış edir. Elə
bu mənəvi zəka gücü ilə də milli həyatın canlandırılması və
təşkilatlandırılmasının
üsul
və
vasitələrini
yaratmağa
başlayır.
M.Ə.Rəsulzadə 1909-cu ilin avqustunda xalq həyatının canlandırılması və
təşkilatlandırılmasının birinci dərəcəli vasitəsi, aləti ―İrani-Nou‖ (Yeni İran)
qəzetini təşkil edir. Bu qəzetin həyatından yazan müəlliflər bildirirlər ki,
415
―İrani-Nou‖ qəzetinin imtiyaz sahibi Seyid Məhəmməd Şəbüstəri (Əbu
Ziya), Baş redaktoru isə M.Ə.Rəsulzadə idi ( 51, s. 46).
‖İrani-Nov‖ qəzetinin 23 avqust birinci sayında qəzetin gücündən bəhs
edərək ―Qəzetin qüvvəsi qala dağıdan və qranit deşən toplardan çoxdur.
Qəzet millətin danışan dilidir. Bir millətin ki, qəzeti yoxdur, elə bil ki, o
millətin dili yoxdur. Dili olmayan isə dilənçi və möhtacdır. Biz insanlar ki,
qəzetimiz yoxdur, beynəlxalq aləmdə cənub və şimal qonşuların
informasiya tör-töküntülərini yeyirik. Hər sahədə ehtiyac olub, əlimizi ona-
buna açırıq. Məgər bu sahədə dilənçi deyilik?‖ − deyə yazan
M.Ə.Rəsulzadə təşkil etdiyi bu qəzetin İran xalqının mənəviyatında boşluq
yaradılmış bütün sahələrdən ayrıca bəhs edir, onun qidalandırılmasını
qəzetin qarşısında duran əsas vəzifə olaraq seçildiyini bildirir (53, s. 7-9).
Qacarlar monarxiyasında xalqların azadlıq, istiqlal mübarizəsinin sistemli,
səmərəli mübarizəsinin təşkili məqsədilə S.H.Tağızadə, H.Nəvvab, S.Mirzə,
S.M.Rza və b. ilə birlikdə İran Demokrat Partiyasını yaradır və Mərkəzi
Komitəsinin üzvü seçilir. Təsadüfi deyil ki, partiyanın məramnaməsini
M.Ə.Rəsulzadə yazmışdır, partiyanın bir çox iclaslarını o idarə etmişdir. Bu
partiyanın fəaliyətindən bəhs edən dövrün yazarları göstərirlər ki, onun
təşkilatçısı Heydər Əmioğlu olmuşsa, partiyanın əsas nəzəriyəçisi
M.Ə.Rəsulzadə idi. Göründüyü kimi, artıq 25 yaşlı M.Ə.Rəsulzadədən
müasirləri nəzəriyəçi kimi bəhs edirlər (51, s. 45).
Vətənini əsir etmiş, millətinin ruhuna təcavüz etmiş, özünü yurdundan
didərgin salmış rus imperiyası M.Ə.Rəsulzadənin ürəyinə sancılan, qəlbini
ağrıdan, mənini sarsıdan şər ruh idi. Fövqəl qəhrəmanlığı ilə ona bu ağrını
unutduracaq qədər qürurlandıran, gələcəyə ruhlandıran insanlığın idealı
uğrunda Səttarxan hərəkatının ordu deyil, pozqun küçə toplantısı rus
kazakları vasitəsilə məhv edilməsi M.Ə.Rəsulzadə ruhunu, iradəsini
zədələyəcək, əlindən alacaq dərəcədə yeni sarsıntıya məruz qoydu. O,
çətinliklə də olsa, bu sarsıntıdan çıxıb özünü psixoloji cəhətdən bərpa edə
bildi, inqilabi fəaliyəti, insan ruhuna fəhmi yeni vüsət aldı. Fəaliyətinin
inqilabi mövqe tutmasında ―İrani-Nou‖ qəzeti mühüm rol oynadı. Artıq
onun ―İrani-Nou‖ qəzetində nəşr etdirdiyi məqalələrində yeni səviyə, təsir
gücü aydın görünür. Yazılarının mənəvi təsir gücü insan ruhunun ən incə
məqamlarına qədər işləyir. Artıq o, bütünlüklə ruh adamı, yaradıcı filosof
kimi təcəssüm edir. Bu cəhətdən 1910-cu il 14 yanvar tarixdə ―İrani-Nou‖
qəzetində nəşr olunan ―Şər arvadlar‖ məqaləsi son dərəcə təsirlidir.
M.Ə.Rəsulzadə düzgün olaraq yazır ki, spirtli içki şərin anasıdır. Övlad
verən ananın deməli əri də var, o da şərdir. Axı, şərin anası tək şərab deyil.
―Beləliklə, mən o fəlsəfəyə inanıram ki, xəbisliyin anaları vardır. Bunlardan
biri də çox barlı-bəhrəli olan işsizlikdir. Bəli, işsizlik şərin birinci, beş
416
hərəmidir, ―öz qadıncığazlarını İranda tapmışdır... Bu qədər gördüyünüz
rəngarəng dilənçi və müxtəlif cinsli gədaların hər biri cürbəcür oyun və
hoqqabazlıqla alçaqcasına hər kəsə əl açırlar, rəzalət dilini hamının
hüzurunda işə salır və rüsvayçılıqla dolanırlar. Bunların hamısı şərin
sevimli övladlarıdır, işsizlik anasından doğulublar. Bəziləri söz gəzdirmək,
fitnəkarlıq, casusluqla məşğuldurlar. Bunlar Tehranda o qədər artmışlar ki,
hətta bir qismi xarici səfirlərin siyasi məqsədlərinə, o birisi ―ruhani‖lərin
dığdığına, üçüncüsü şeytanpərəstlərə qulluq edirlər, dördüncüsü isə qorxulu
yalan xəbərlərlə aləmi bir-birinə vurub, meydan qızışdıranlara alət olublar.
Bunlar hamısı hiyləgər işsizliyin əziz balalarıdır‖... Şəri aradan qaldırmaq
üçün M.Ə.Rəsulzadə yazır: ―Şəri məğlub etmək və ailəsini dağıtmaq üçün
arvadlarının sayını azaltmaq lazımdır. İlk aradan götürüləsi qadın
işsizlikdir. Onun çarəsi nə qədər tez olsa, bir o qədər yaxşıdır‖ (53, s. 34-
35).
Beləcə, M.Ə.Rəsulzadə Qacarlar monarxiyasında hamının gözü qabağında
olan, lakin bu həyata vərdiş etdiklərindən hər kəsin görüb qiymətləndirə
bilmədiyi işsizliyin böyük mənəvi faciələri ilə bərabər eyni ilə hamının
gördüyü, lakin dəyərləndirə bilmədiyi bəşəriyətin böyük hadisələri
haqqında cəmiyətə xəbərdarlıq edib yazırdı: ―Belə görünür ki, bütün
dünyanın işləri bir-birinə dəyib, əlaqələr kəsilir. XX əsrdə dinclik və
rahatlıq barədə düşünmək olmayacaq. Bir qovğa qurtarmamış, ayrı bir
inqilab başlayır, siyasət aləmi günbəgün dəyişir. Siyasət səmasının qaranlıq
üfüqündən sabah hansı ulduzun parlayacağını və teatr pərdəsinin arxasından
aktyorların hansı birbaşa bu oyun səhnəsinə daxil olacağını heç kəs bilmir‖.
Şərhinə davam edən M.Ə.Rəsulzadə dünya dərdləri içərisində Qacarlar
monarxiyasının vəziyətindən bəhs edərək yazır: ―Lakin hər nə olursa-olsun,
bizim ulduzların üfüqləri qaranlıqdır... Əcnəbi qoşunlar heç bir səbəb
olmadan hələ də bizim ölkədə qalmaqdadır və getmək xəyaında deyillər. Nə
vaxt ki, bu barədə müzakirə olur, bizim dost və düşmənlərimiz yekdilliklə
deyirlər ki, ―ruslar İranı boşaldacaqlar‖ (53, s. 12-13).
Qacarlar monarxiyasının daxili və xarici həyatının hansı sahəsinə nəzər
saldıqda burada yaranmış rəzalətdə Rus imperiyasının izi görünürdü. Odur
ki, M.Ə.Rəsulzadə hansı mövzuda yazır-yazsın, rus rəzalətindən bəhs edir,
Şimali Azərbaycanda sətiraltı dediyi sözləri burada bütün çılpaqlığı ilə
deyirdi. Rus qoşunlarının nəzarətində olan bütün Qacarlar monarxiyası kimi
M.Ə.Rəsulzadə də burada onun nəzarətində idi. Odur ki, ―İrani-Nou‖
qəzetində M.Ə.Rəsulzadənin fəaliyəti uzun sürmür, az vaxtdan sonra bir
gün hərbi nazirliyin əmri ilə bir zabitin rəhbərliyi ilə 10 nəfər əskər onu
nəzarətə götürmək üçün redaksiyaya gəlirlər. Beləliklə, M.Ə.Rəsulzadə
―İrani-Nou‖ qəzetinin redaktorluğundan istefa verib, 1911-ci ilin mayında
417
İstanbula getməyə məcbur olur. M.Ə.Rəsulzadənin ―İrani-Nou‖ qəzetində
fəaliyətini dayandırıb, bu ölkəni tərk etməyə məcbur edilməsində Qacarlar
rejimi, Rus imperiyası ilə bərabər Böyük Britaniya imperiyasının da
yetərincə təzyiqi onun yaradıcılığının, siyasi fəliyətinin böyük təsir gücünün
nəzərə alınmasının, qiymətləndirilməsinin nəticəsi idi. M.Ə.Rəsulzadənin
İstanbula getməsindən sonra ―İran Demokrat Firqəsinin fəaliyətinin
büsbütün pozulmuş və nizam-intizama əməl olunmamasından‖, həmçinin
―İrani-Nou‖ qəzeti mövqeyini qoruyub saxlaya bilmədiyindən hər ikisinin
fəaliyətini dayandırmağa məcbur olması M.Ə.Rəsulzadənin böyük mənəvi-
ideoloji, siyasi təsir gücünə malik olmasının göstəricisidir. M.Ə.Rəsulzadə
tarixdə bəlkə də heç kimlə müqayisə olunmaz zəka gücünə malik
şəxsiyətdir. Texniki-sənət məktəbini başa vurmağa imkanı olmayan, Bakı
mühitində fars və rus dillərini öyrənən 20-25 yaşlarında bir gəncin dünya
tarixinə, ictimai və fəlsəfi fikrinə son dərəcə yüksək bələdlik, lazımi anda
onlar üzərində müqayisələr aparmaqla yeni ideyalar yaratmaq, nəticələr
çıxarmaq, ictimai elmlərdə bir insanın nail olması heyrət doğurur. Gənc
M.Ə.Rəsulzadə mənəvi həyatı Hegel kimi fəhm edən nadir filosoflar
səviyəsində zəka gücünə malik idi. Elə bu səbəbdən də Şimali
Azərbaycanda 1905-1907-ci illər rus inqilabının ardınca Qacarlar
monarxiyasında məşrutə hərəkatında iştirakı, burada mənəvi-sosial həyatın
çöküşünün, mənəvi durumun canlı şahidi olması talant sahibinə bir insan və
ya heyvan skeletində əzaların yerini, formasını, funksiyasını öyrənən
zooloq kimi insanı bir fərd və toplum olaraq mənəvi varlıq kimi yaradan
mənəvi element və hissələrin hər birinin ayrılıqda funksiyasını, vəhdətdə
yaratdığı yeni keyfiyətləri, eləcə də bu dəyərlərdən hər hansı birinin
itirilməsi, bütövlükdə bu sistemin pozulmasının yaratdığı mənəvi
dəyişikliyi canlı müşahidə etmək şəraiti qazanmaqla mənəvi varlıq, onun
müxtəlif durumu və səviyələri haqqında zəngin real biliklər qazandı.
Qacarlar monarxiyası kimi İstanbul mühiti də M.Ə.Rəsulzadənin insanlığın,
toplumun yaranma və yaşam qanununun dərki üçün təkanverici imkana
malik idi. Qacarlar monarxiyası türk və müsəlmanlığın ölüm vəziyətinə
çatana qədər tənəzzülü, mənəvi durumun, əxlaqın, dinin əcaib məzmun və
forma almış durumunun müşahidəsi insanda məyusluq doğurmaqla bərabər,
bu şəraiti yaradan səbəblərin axtarışına da sövq edirdi. İstanbulda bu
xəstənin xilasına can atan, həyatını bu yolda qurban verməyə hazır düşüncə
sahiblərinin ideyaları həqiqəti aşkar etmək üçün intellektual qida mənbəyi
idi. Rusiya imperiyası əsarətində olan, istiqlal mübarizəsi aparan xalqların
təqib olunan lider və fikir adamlarının, o cümlədən Qacarlar
monarxiyasının təsirindən bura sığınan məşrutəçi və demokratik ideyalı
şəxslərin türk və müsəlmanlığın xilası yolunda ardıcıl polemika və fikir
418
mübadiləsi gedirdi ki, fəlsəfi düşüncə bu mülahizələr arasında ortaq
məxrəci tapmaqla, türk və müsəlman xalqların mənəvi müalicəsinin
üsulunu aşkarlamaqla onların gələcək yaşam yolunu müəyyən edə bilərdi.
Bu mühit 26 yaşlı gənc M.Ə.Rəsulzadənin milli-mənəvi həyatı − millətin
yaranma və yaşam qanununun sistem halında obyektiv, elmi fəlsəfi
düşüncəyə yiyələnməsi üçün çox əlverişli mühit idi.
Türkiyəyə gələndə M.Ə.Rəsulzadənin maddi durumu çox ağır olmuş, hətta
ayaqqabısı belə yox imiş. İki ilə yaxın S.H.Tağızadənin mənzilində yaşayan
M.Ə.Rəsulzadə ayda bir lirə əmək haqqı ilə fars dili dərsi deməyə məcbur
olmuş, bu vəsaitlə yaşamışdır (51, s. 49).
M.Ə.Rəsulzadə Türkiyəyə gələndə türkçülüyün ilk azərbaycanlı baniləri,
demokratik islahatçı liderləri Ə.B.Hüseynzadə, Ə.Ağaoğlu burada
məskunlaşıb, rus imperiyasından mühacirətə məcbur olmuş türkçülərdən
Y.Akçura, osmanlıdan Z.Göyalp kimi fikir nəhənglərinin üzvü olduğu
―Cəmaləddinin ruhu məndə yaşar‖ − deyə hayqıran Məmməd Əmin
Yurdagilin rəhbərlik etdiyi, 1908-ci ilin sonunda yaradılan ―Türk Yurdu‖
dərnəyində, osmanlının, bütövlükdə türklüyün nicatını axtarırdılar.
M.Ə.Rəsulzadə bu cəmiyətə daxil olanda mənəviyatını, ruhunu,
təfəkkürünü qidalandıran, arzu etdiyi, axtardığı bir həyata qovuşdu. Burada
təmasa girdiyi ―Gənc türklər‖ təşkilatının liderləri və üzvləri,
―Cəmaləddinin ruhu məndə yaşar‖ − deyə hayqıran Məmməd Əmin
Yurdaqul, ―Azadlıq nəğməkarı‖ kimi ad çıxarmış Məmməd Akif Ərsoy,
türkçülüyün başqa poetik yaradıcıları ilə təmas ona yaradıcılıq ruhu verirdi.
Bir sözlə bütövlükdə yaradıcı vətən, millət fədailəri mühiti türkçülüyün
fikir istehsalçıları mərkəzində idi. Əslində bu dərnək Ş.C.Əfqani fəlsəfəsi
zəminində yaradılan bir fəlsəfə cəmiyəti idi ki, onun aparıcı üzvləri də
bilavasitə onun tələbələri idilər. Ş.C.Əfqani ilə bağlı əsas xatirələr də, onun
ən mühüm əsərləri də elə burada toplanmışdı. Deməli, fəlsəfi ruhun
mövcudluğu burada mütləq gələcəyə aparan yaradıcı ideyalar doğurmalı idi.
Bu mühit 27 yaşlı gənc, zəka çevikliyi ilə həmişə diqqəti cəlb edən
M.Ə.Rəsulzadə üçün yeni yaradıcılıq impulsu verəcəyi gözlənilən idi.
Beləliklə, M.Ə.Rəsulzadə burada türkçülüyün elmi mərkəzi funksiyasında
olan ―Türk yurdu‖ dərnəyində fəaliyətə başlayır və onun 1911-ci ilin
payızında fəaliyətə başlayan ―Türk yurdu‖ jurnalı ilə əməkdaşlıq edir.
Yaradıcılığından göründüyü kimi, M.Ə.Rəsulzadə özü də yetərli bədii,
poetik qabiliyətə, bu sahədə əsərlərə malik olsa da, kütlə, bütövlükdə xalq
üçün daha cazibədar olan bu üslubu deyil, Türkiyədə bədii-poetik,
publisistik, elmi-nəzəri, fəlsəfi formada çulğaşıq türkçülük ideologiyasında
çıxış etməyin elmi-fəlsəfi formasını seçdi. Hətta bu fikir axınları içində onu
―vəcdə gətirənlər‖ olsa da (53, s. 28) Vətəninin və Millətinin əsarətdən
419
gördüyü acılar, məhrumiyətlər, mənəvi alçaltmalar 27 yaşlı gənc
M.Ə.Rəsulzadəni soyuqqanlılığa məcbur edir, bu fikir axınları içərisində
istiqlala yönəldən fikirləri tapmağa və ya onların vəhdətindən həqiqəti ifadə
edəcək yeni bir fikir istehsal etmək istəyinə düşürdü. Dinlədiyi fikir axınları
içərisində Ş.C.Əfqaninin istiqlal mübarizəsi haqqında xatirələr onu birinci
olaraq Əfqaninin yaradıcılığı ilə ciddi tanışlığa sövq etdi. Əsərləri ilə ilk
tanışlıqda Ş.C.Əfqaninin milli fəlsəfəsinin əsaslarını əks etdirən ―Milli
vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti‖ əsərini farscadan
türkcəyə tərcümə edib ―Türk yurdu‖ jurnalında nəşr etdirdi. Onun bu
addımı Ş.C.Əfqaninin milli fəlsəfəsini yüksək qiymətləndirdiyindən, onun
türk xalqları arasında sürətlə kütləvi yayılması istəyindən doğurdu.
Tədqiqatçıların qənaətinə görə ―Şeyx Cəmaləddin Azərbaycan ziyalıları
arasında ən çox qiymətlənlərdən və əsərlərini tərcümə edib yayanlardan biri
M.Ə.Rəsulzadədir. Onun nəzərində Şərqdən bu böyük mütəfəkkiri İslam
dünyasının əvəzsiz mücahidlərindən və fədailərindən biri olmaqla bərabər,
həm də ―Şərqin inkişaf və tərəqqi bayrağını yüksəklərə qaldıranların‖
önündə dayanan bir dahidir‖ (5, s. 147).
Beləliklə, biz M.Ə.Rəsulzadənin İstanbulda Ş.C.Əfqaninin əsərləri ilə
tanışlıq və onun doğma türkcəyə tərcüməsi və türkçülük ideyası mühitində
bir qədər yaşamasından sonra yazdığı əsərlərdə, ciddi dünyagörüş fərqi,
daha doğrusu bitkin bir fəlsəfi təfəkkürün formalaşmasının şahidi oluruq.
Bu cəhətdən onun dünyagörüşünün formalaşması haqqında Azərbaycan
türk tədqiqatçılarından Aydın Balayevin ―Əvvəlcə Rusiya, sonra isə
İrandakı inqilabi fəaliyətinin nəticələrindən dərin məyusluq hissi keçirən
M.Ə.Rəsulzadə məhz türkçülük ideyaları və Ş.C.Əfqaninin yaradıcılığının
təsiri altında milli məfkurə və ideallara doğru həlledici addımlar atmış oldu.
İstanbulun həmin dövrdəki siyasi mühiti bütün bu illər ərzində Azərbaycan
türkləri üçün ―milli nicat yolu‖ axtarışında olan M.Ə.Rəsulzadənin siyasi
baxışlarının qəti olaraq formalaşmasında həlledici rol oynadı‖ (48, s. 23-24)
qənaəti ilə tam razıyıq. Deyilənlər M.Ə.Rəsulzadənin əsərlərində bütün
aydınlığı ilə görünür. M.Ə.Rəsulzadə İstanbulda olduğu müddətdə Osmanlı
imperiyası və türkçülüklə bağlı siyasi hadisələr o qədər sürətlə gedirdi ki,
Osmanlının İtaliya ilə müharibədə, Balkan müharibələrində ardıcıl
məğlubiyəti imperiyada etnik və dini mənsubiyəti fərqli etnosların vahid
millət kimi ―qovuşması‖ ideyası süqut edib turançılığı bir qədər canlandırsa
da, Osmanlı imperiyasının rəhbərliyi altında məhkum türk xalqlarının
qurtuluş hərəkatı ideyası da iflasa uğradı, bir illüziya olduğu aşkarlandı (48,
s. 24-25).
Bütün bunlar M.Ə.Rəsulzadənin yaşadığı, onu mənən və təfəkkürən
qidalandıran türkçülük mühitində, onun gözü qabağında baş verirdi.
420
Türklüyün ardıcıl məğlubiyəti M.Ə.Rəsulzadənin qəlbini nə qədər incitsə
də, türklüyün gələcəyini düşünən və düşüncələrinə inanan kiçik bir mühit
M.Ə.Rəsulzadəni yaradıcılığa, türklüyün xoşbəxt gələcəyinə yolların
axtarışına sövq edirdi. Sözsüz, M.Ə.Rəsulzadə türklüyün ağır məğlubiyəti
günlərində ―İran türkləri‖ əsərini türkçülərin türklüyün xoş gələcəyinə olan
ümidlərinin, arzularının təsiri altında yazmışdır. Belə ağır şəraitdə,nikbinlik
duyulmayan mənəvi təsirlər altında yazılmasına baxmayaraq, bəlkə də elə
bu səbəbdən əsərdə M.Ə.Rəsulzadə yaradıcılığında yeni mərhələ başlayır,
elmi-fəlsəfi prinsiplərinin əsasları qoyulur. Əsərdən göründüyü kimi,
burada nə türkçülüyün eyforiyası, nə də reallığın doğurduğu məyusluq var.
Sırf fəlsəfi üslubda yazılmış əsərdə türk tarixində ilk dəfə ―İran
(Azərbaycan − X.X.) türklərinin nümunəsində milli həyatı yaradan və məhv
edən mənəvi əsaslardan sistem halında bəhs olunur, onların müxtəlif tarixi
vəziyətini müəyyən edən mənəvi sistemlərin təsirindən ayrı-ayrılıqda bəhs
olunur. Beləliklə, milli həyatın təbii-coğrafi şəraiti, iqtisadi-siyasi, sosial
həyatının hər bir sahəsindən aydın, dəqiq bəhs edən M.Ə.Rəsulzadə milli
həyatın mənəvi əsasları üzərində xüsusi dayanaraq, onu mənəvi varlıq kimi
dərindən təhlil edir, milli tərəqqi və tənəzzül hadisələrinin məhz
mənəviyatla
bağlılığını tarixi faktlarla əsaslandırır, dünyagörüşü
formalaşmış, hadisələrə obyektiv yanaşan filosof kimi çıxış edir (53, s. 86-
166).
Artıq məşəqqətli hadisələr içərisində bərkiyən, həyata göz açdığı gündən
fövqəladə şəraitdə yaşamağa və fövqəladə vəziyətlərdən düşüncəsi ilə çıxış
yolu tapmağa alışmış, fəlsəfi təfəkkürə malik M.Ə.Rəsulzadə türklüyün
xilası ideyasının türkçülərin ideyaları arasında olacağına inanırdı. Çünki, bu
ideyaların hamısı doğma olmaqla bərabər, həm də bəşəri idi. Həyatı boyu
heç vaxt bilgi eqosu göstərməyən M.Ə.Rəsulzadə zəkavi gücünü
qiymətləndirirdi. O, türkçülər arasında fikir fərqini, onların fikirlərindəki
məqbul cəhətləri və hazırkı şərait üçün fayda verməyəcək tərəflərini bütün
aydınlığı ilə görürdü. Turançılıq − türk birliyi ideyasına xələl gətirməmək
üçün (48, 36) bu fikirlərdən hansının tərəfində olduğunu qabartmadan şəxsi
mövqeyini özünəməxsus üslubda bildirirdi. İstanbul türkçüləri arasında
hakim olan turançılığa da belə incə bir üslubda yanaşdı.
Nəhayət ki, M.Ə.Rəsulzadə axtarışına nail oldu. Həqiqətən türkçülüyün
xilası turançılıqda idi. Dünya hadisələrini, ayrı-ayrı türk xalqlarının
durumunu dərindən təhlil edən M.Ə.Rəsulzadə göstərdi ki, türk birliyinə,
turançılığa nail olmaq üçün hazırkı şəraitdə ümumidən xüsusiyə deyil,
xüsusidən − ―real və konkret milli məqsədlər güdən‖ türkçülükdən −
ümumi məqsəd − milli istiqlal uğrunda mübarizədə onların bərabər hüquqlu
ittifaqının yaradılması ilə türk birliyinin, onun xoşbəxtliyinə nail olmaq
421
ideyasını irəli sürdü (48, s. 27).
Məhz elə bu ideyası əsasında türkçülük ideyalarına əsaslanaraq Azərbaycan
türklərinin milli-istiqlal mübarizəsi taktikasını yaratmağa başladı. Hələ
İstanbula gələndən bir az sonra burada cəmləşən türkçülük ideoloqlarının
təsiri ilə Bakı və Tehranda çəkdiyi acıların təsirindən çıxmağa müvəffəq
olan M.Ə.Rəsulzadə 1911-ci ildə Bakıdakı arkadaşlarına milli partiyanın
yaradılması zərurətini anlatdı. Onlardan Məhəmməd Əli Rəsuloğlu,
Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu 1911-ci ilin oktyabr ayında
―Müsəlman Demokratik ―Müsavat‖ Partiyası‖nı yaratdılar. 1913-cü ildə
Romanovlar sülaləsi hakimiyətinin 300 illiyi ilə əlaqədar verilmiş əfvi-
ümumidən istifadə edərək M.Ə.Rəsulzadə vətənə döndü. Qısa müddətdə
―Müsavat‖ partiyasının ideoloqu və liderinə çevrildi. Vətənə dönən
M.Ə.Rəsulzadənin yazdığı ilk əsər iki şeir kitabına yazdığı ―Təzə kitablar‖
adlı rəydir. Birinci kitabın məzmunundan bəhs edən M.Ə.Rəsulzadə
göstərir ki, ―Bu əfəndi şu vacibi kitabında əvvəla elmi, saniyən məhəbbəti,
salisən tərbiyəni kəndi millətinə təlqin etmək istəmiş və bunları da şeirlər
hüsula gətirmiş!‖.
Şeirdən nümunələr göstərən M.Ə.Rəsulzadə kitab haqqında belə nəticəyə
gəlir ki, ―İştə şairimiz nə demək istədiyini kəndisindən başqa bilən
olmayacaqdır‖... (53, s. 178).
İkinci kitabın müəllifi Bakı ticarət məktəbinin şagirdidir. M.Ə.Rəsulzadə
kitab haqqında təəssüratını belə ifadə edir: ―Binaən əleyh məzkur kitabı
oxuyan zaman şagird əfəndinin türk, fars və ya ərəb − hankısından
olduğunu anlamaq mümkün deyildir. Düşündükcə bunları hər birindən
olmadığına hökm etmək lazım gəliyor. Zira kitabı türkcə yeni qiraətə
başlamış uşaqlar üçün yazmaq istəmiş, lakin təkcə imla nədir? − əsla
bunları bilməyə ehtiyac hiss etməmişdir‖ (53, s. 178-179).
M.Ə.Rəsulzadə Azərbaycan gənclərinin camaatın marağına səbəb olan
kitabların yazılmasından doğan sevincini belə ifadə edir: ―Az bir zamandan
bəri bir çox gənclərimiz və ürafamızın həmiyyətilə vücuda gələn əsərləri
görüb də şad olmamaq qabil deyildir. Məəmaftun, bu əsərlər mütaliə
edildiyi zaman, insanı bir çox nöqtələr düşünməyə məcbur ediyor.
Məsələn, bir əsərin mütaliəsində, əcaba, bunu yazan nə məqsədlə yazmış və
yazdığı zaman kəndi iqtidarını düşünmüşmü? Əgər bunu yazdısa, yazdığı
əsərin əfkari−ümumiyyə üzərində nasıl bir təsir buraxacağını aramış və
anlamışmı? Yazdıqlarını kimlər oxuyacaq və nasıl bir iqtidara (savada)
malik olan kimsələr mütaliə edəcək. Mütaliə edənlərə nə surətlə fayda verə
biliyorum − deyə təsirlənmişmi?.. və ilaxır kimi suallar mütaliə əsasında hər
kəsin xatirinə gəlir zənnindəiz‖ − deyə yazarları gənclik, xalq qarşısında
məsuliyətə dəvət edir (53, s. 176).
422
M.Ə.Rəsulzadənin bəzi tədqiqatçıları ―Milli dirilik‖ əsərini onun ―bu dövr
yaradıcılığında... xüsusi yer tutduğunu‖, digəri ―Milli dirilik‖ başlığı ilə
maraqlı yazılar çap etdirdi‖ yazır. Lakin onların şərhində ―xüsusi yerin‖ və
―maraqlı‖ olanın nədən ibarət olduğu deyilmir. Tədqiqatçılardan Aydın
Balayev ―Milli dirilik‖ əsərini ciddi araşdırmış, məzmununu aydın şərh
etmişdir.
M.Ə.Rəsulzadənin 1911-ci ildə farsca nəşr olunan ―Bəşərin xoşbəxtliyi‖
(təəssüf ki, əsər hələ tapılmamışdı) əsəri istisna edilərsə, ―İran türkləri‖
əsəri milli-mənəvi varlığın yaranması, onun tərəqqi və tənəzzül səbəbləri,
ümumiyətlə milli həyatın mənəvi tərəfləri haqqında yazdığı ilk elmi-nəzəri-
fəlsəfi əsərdir. Bu gün də bu əsər səviyəsində Qacarlar monarxiyasında
(indiki İran) obyektiv olaraq türk və fars qarşılıqlı mənəvi təsirindən, onun
nəticələrindən bəhs edən ikinci bir əsər yoxdur. Demək olar ki, orta əsrlər
Şərq-İslam alimləri, xüsusən N.Tusi istisna edilərsə, ümumtürk tarixində
mənəvi dəyərlərin yaranma və məhv olma səbəbləri, onun funksiyaları
haqqında belə bir əsər yazılmamışdı. Artıq bu əsərlə M.Ə.Rəsulzadə milli-
mənəvi həyatın bütün elementlərini ehtiva edən elmi-nəzəri sistem
yaratmaq istəyinə düşür. Bir inqilabçı olaraq, milli arzulara malik siyasi
liderin milli-mənəvi həyatı tam təsəvvür etmədən, onu yönəltmək və arzu
olunan istiqamətə, hədəfə aparmağın mümkünsüzlüyünü M.Ə.Rəsulzadə
dərk etdi. Milli əməlsizlikdən doğan mənəviyatdakı boşluğu görür və bu
haqda yazırdı: ―Bizdə işlərimizin ruh və mənəviyatına aid olmaq üzrə
böyük bir boşluq var: Əməl (ideal) boşluğu, bu boşluq hər tərəfdən hiss
olunuyor. Bunun mürəvvici olmaq məcburiyyətində olan mətbuat demək
olar ki, hakkdan ziyadə idealsızdır... Məlumdur ki, mağazaların
caməkanlarını dolduran yazılar əksəriyyətlə cavanlarımızın qələmindən
çıxyor. Cavanlar içərisində bəzi xudpəsəndləri olmaqla bərabər − çox kərə
də səmimiyyət və hüsniyyətlə qələmə sarılıyorlar. Arzu olunan nəticəni
verə bilmiyorlarsa, qüsur özlərində deyil, mühitimizin əməl nöqteyi-
nəzərindən boşluğundadır. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin
olunuz ki, fövqəladə və müasir bir əsər gözləmək xatadır. Binaən əleyh
böyük əməllər nəşrinə xidmət edəlim ki, bütün nöqsanlarımızı ancaq bu
islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh verəcək, diriliyimizə
milli bir dirilik bəxş edəcəkdir‖ (53, s. 475-476).
Artıq Şimali Azərbaycanda, Qacarlar monarxiyasında, Osmanlı imperiyası
həyatında gördüyü mənəvi çırpıntılar və durum, İstanbul türkçülüyündən
aldığı fərqli canatmalar, Ş.C.Əfqaninin ―Milli vəhdət‖ nəzəriyəsi və dünya
fəlsəfəsindən aldığı elmi-nəzəri bilgilər M.Ə.Rəsulzadə türk milli-mənəvi
həyatını obyektiv əks etdirən milli-fəlsəfi sistemi yaratmağa imkan verirdi.
Odur ki, millətin − mənəvi olaraq dirilik obrazını sistem halında yaratmağa
423
təşəbbüs etdi. Əsərindən göründüyü kimi, M.Ə.Rəsulzadə ―Milli dirilik‖
deyəndə toplumun normal, yaradıcı mənəvi durumunu nəzərdə tuturdu.
Beləliklə, M.Ə.Rəsulzadə ―Milli dirilik‖ əsərində toplumu, onun
özünəməxsusluğunu yaradan, ona mənəvi yaradıcılıq enerjisi verən
yarımsistem, hissə və mənəvi dəyərlərin vəhdətdə bir-birini hərəkətə
gətirən, vahid sistem kimi fəaliyət göstərən sistemini müəyyən etdi,
fəlsəfəni yaratdı.
Beləliklə, M.Ə.Rəsulzadə ―Milli dirilik‖ əsərində milli fəlsəfənin təməl
əsaslarını yaratdı. M.Ə.Rəsulzadə yaradıcılığından göründüyü kimi, bu
sistem ―Milli dirilik‖ əsərində ilkin olaraq o qədər dəqiq, düzgün müəyyən
edilmişdir ki, onun sonrakı yaradıcılığı dövründə əsaslara deyil, ancaq üst
sistemə cüzi əlavələr edilmişdi.
M.Ə.Rəsulzadənin millət konsepsiyası Şərq intibahı doğuran Ş.C.Əfqaninin
milli vəhdət fəlsəfəsinin yenidən işlənib, yeni daha yüksək səviyəyə
qaldırılması olaraq yaradıcı davamıdır, XX əsrdə dünyada millət haqqında
yaradılmış ən mükəmməl, ən yüksək səviyəli fəlsəfi konsepsiyalar
sırasındadır. M.Ə.Rəsulzadənin ―Milli dirilik‖ əsərindəki millət
konsepsiyasının əsas müddəa və mülahizələrini qısaca oxucuya təqdim
edirik. O, yazırdı: ―Hər millət yaşadığı mövqe, keçdiyi tarix, mənsub
olduğu irq nəticəsi olaraq bəzi xüsusiyyətləri vardır ki, o xasiyyətlər onlara
məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi-mədəniyyətdə xüsusi bir taqım
ibda və ixtiralar vücuda gətiriyor ki, onların əsillikləri (orijinalnost)
müdəqqiqlər nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət
olunmuşsa, hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar
sənətdə, fransızlar zarəfətdə, ingilislər gəmiçilikdə‖... (53, s. 463-464).
M.Ə.Rəsulzadə etnik birliyin üç inkişaf mərhələsi və bu mərhələləri
müəyyən edən keyfiyət, xarakter xüsusiyətlər haqqında yazır: ―Qövmiyyət
− narodnost‖ yalnız nəsil və dil birliyi; milliyət − natsyonalnost‖ − dil və
mədəniyət birliyi və ―millət − natsiya‖ da mədəniyət və milli birliyi dərk
etməklə‖ − yəni mədəni və milli diriliyini dərk etdiyi, milli mənlik şüuruna
malik olması ilə yaranır (53, s. 468).
Milli birliyi yaradan əsaslardan bəhs edən M.Ə.Rəsulzadə göstərir:
―Milliyyətin ümidə rükünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin
hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil
milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən
böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan
siyasətçilər də əsil bunun üçündür ki... Ən əvvəl bir millətin dilini yaddan
çıxarmağa səy edərlər. ―Milli əsaslardan ―din daha qüvvətli bir ictimai
amildir‖ (53, s. 476) yazan M.Ə.Rəsulzadə müəllimi Ş.C.Əfqani kimi onu
dildən sonra ikinci əsas hesab etsə də, tarixin bəzi məqamlarında ondan
424
təsirli olduğundan bəhs edərək yazır: ―Din nə qədər dildən sonra gələn bir
amil isə də, bəzi şərait daxilində ondan daha müəssər bir qüvvət şəklini də
ala bilir‖ (53, s. 480).
―Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və təməddün amili
təsəvvür oluna bilməz‖ − yazan M.Ə.Rəsulzadə şərhinə davam edərək
göstərir: ―Milliyyət amillərindən birisi də tarix ilə adət və ənənədir. İllərdə
bir miknət və qüvvət tapa bilmək üçün millətlər həman tarixlərindən
istimdad edərlər. Zəif düşdükləri, əzilib, inqiraza tərəf çəkildikləri, hətta
inqiraz bulub, hər bir iqtidar və qüvvətdən düşmüş olduqları zamanda belə
keçmişin qüvvətli və parlaq dəmlərini xatirə salmaqla istiqbal üçün bir
ümid bəslərlər. Keçmişini iyicəsinə tədqiq etmiş olan millətlər daima
mazinin ölüb topraqlar altında çürümüş olan qəhrəmanlarından birər ideal
modeli yapıb da onu gələcəyin bir nümunüyi− həmasəti kəsdirərlər‖ (53, s.
Dostları ilə paylaş: |