Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   35   36   37   38   39   40   41   42   ...   98
AMEA-National Philosophy-2019


483). 

M.Ə.Rəsulzadənin milli konsepsiyasında milli vicdan və milli iman mühüm 

yer  tutur.  Bu  dəyərlərin  yaranması  və  milli  dirilikdə  funksiyasından  bəhs 

edən  M.Ə.Rəsulzadə  yazır:  ―Milli  vicdan  və  yaxud  milli  iman  milli 

dirilikdəki  əməl  və  arzunun  mövcudiyyətindən  və  onun  surəti-hiss  və 

bəyanından  hasil  oluyor.  Hər  millət  deyil,  hətta  bir  şəxsin  özünə  görə  bir 

əməli  vardır.  Buna  başqa  təbirlə  meyl  və  arzu  dəxi  demək  olar.  Bunun 

firəngcəsi  ―ideal‖  gəliyor.  Osmanıcada  son  zamanlarda  buna  ―məfkurə‖ 

deyə tərcümə edənlər də var‖.  

Milli əməl və milli vicdanın yaranıbda milli mənəviyyatda yer tutmasından 

bəhs  edən  M.Ə.Rəsulzadə  yazır:  ―...  Fəqət  bir  fərd  öz  mühitinin  faydasını 

düşünərək şəxsi deyil, qövmi və yaxud millət üçün bir əməl bəslərsə, buna 

böyük  əməl  demək  olar,  bu  kimi  adamlara  da  böyük  əməlpərvər,  yaxud 

məfkurəçi  ismi  verərər.  Məsələn,  ruslarda  Böyük  Pyotr,  Lomonosov, 

firənglərdə  Jan  Jak  Russo...  Bir  millət  arasında  bu  kimilər  məhdud,  ya 

məfruq  olarsa,  o  millət  müstəqil  və  sağlam  bir  vücud  üzü  görməz  və 

başqalarının  ziri-dəsti  olub,  ayaqları  altında  əzilər,  gedər.  Çünki,  şəxslərə 

mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət 

böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar? 

− Əsli arasında yaşadıqları mühitin özündən‖.  

M.Ə.Rəsulzadənin şərhindən aydın görünür ki, milli məfkurəçi şəxsiyətlər 

millətin vicdan və imanından doğulurlar (53, s. 70-71). 

Tarixdə  çoxsaylı  faktları  nümunə  gətirən M.Ə.Rəsulzadə  məfkurəçi  böyük 

şəxslərin  milli  diriliyin  mühüm  ünsürü    olduğunu  əsaslandırmaq  üçün 

məfkurəçi  milli  şəxsiyətlərin  haqqında  ölü  xalq  kimi  bəhs  olunan  Bolqar 

xalqının  tarixini  yazıb,  buradan  gələn  ruhu  yeni  nəslin  mənəviyatına  

aşılamaqla onları tarixə qaytarmalarını ətraflı şərh edir (53, s. 472). 


425 

 

Milli  varlığın  milli  diriliyin  yaranması  üçün  əsas  müddəalarının 



təqdimindən sonra  millətə aşağıdakı  kimi  tərif  verir: ―Milli  mədəniyyət  və 

yaxud  millət,  dil  birliyi,  adət  və  əxlaq  birliyi,  ənənati-tarixiyyə  və  nəhayət 

etiqadi  diniyyə  birliklərinin  məcmusundan  mütəşəkkil  bir  məhsuldur‖  (53, 

s. 486). 

Nəticə olaraq diriliyə tərif verərək yazır: ―Dirilik − dünyanı sevməkdən və 

öz  hüquq  və  namusunu  mühafizə  edə  biləcək  qədər  qüvvətli  olmaqdan 

ibarətdir‖  (53,  463).  Son  olaraq  millətin  və  gələcəyin  əsas  qurucusu 

gənclərə  müraciət  edərək  deyir:  ―Ey  millətin  istiqbalını  təmin  edəcək  türk 

gəncliyi, haradasan?!‖ (53, s. 479). 

Etnosun  həyati  qabiliyətinin  fəlsəfi  əsasları  haqqında  ―Milli  dirilik‖ 

əsərində  M.Ə.Rəsulzadə  milli  həyatın  maddi  tərəfinin  mənəvi  tərəflə 

həmahəng  olmasını  xüsusi vurğulayıb  diqqətə  çəkərək  yazırdı:  ―Dirilik  isə 

elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir... 

dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassi dünyapərvərlikdir‖ (53, 

s. 462).  

Lakin  onun  ilk  məqaləsində,  söykəndiyi  Ş.C.Əfqani  fəlsəfəsində,  həmişə 

diqqət  mərkəzində  saxladığı  düny  mütəfəkkirlərinin  yaradıcılığında  milləti 

hərəkətə  gətirən  qüvvə  mənəviyat,  mənəvi  güc,  arzu  və  ideyalar  olduğu 

xüsusi  vurğulanır,  milli  ideologiyanın  yaradılmasına  fövqəladə  həssaslıqla 

yanaşaraq,  bu  işdə  hətta  xalıqn  gizli  hiss  və  arzularının  nəzərə  alınmasını 

vacib bilərək göstərir ki, ―iştə millətin ümumən də mövcud olan hakim bir 

əməl  və  arzu  yolunda  bəslənən  gizli  hisslər  milli  vicdan  ilə  imanı  tövlüd 

ediyorlar‖, ―fəqət onlar bu arzulara bir şəkil və surət verməkdə acizdirlər‖ 

bu işin öhdəsindən ancaq ―ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin 

olunan, başqa təbirlə, ehzar olunan milli əməllər layihəsi xalqın əsl düşünüb 

də hiss və arzu etdiyi ilə təvafüq edərsə, məzkur əməl əsri bir surətdə xalq 

arasında iktişar edər və bollu tərəfdarlar qazanar. Yoxsa məxsus bir dairədə 

intişar tapıb nəhayət, nisyan bucağına atılıb qalar‖ (53, s. 470-471). 

Beləliklə,  ―Milli  dirilik‖  əsərində  Ş.C.Əfqaninin  ―milli  vəhdət‖  fəlsəfəsini 

yenidən  işləyən,  milli  özünüdərkdən  sonra  demokratiya  və  milli  dövlət 

quruculuğu uğrunda mübarizənin fəlsəfi əsaslarını yaradan M.Ə.Rəsulzadə 

bu  mübarizədə  hər  bir  sosial təbəqənin  göstərməli  olduğu  əməli  fəaliyyəti 

xüsusi  vurğulayaraq  real  üzləşilən  I  Dünya  müharibəsinin  dəhşətləri 

içərisində  tutulacaq  yoldan,  millət  olaraq  çıxılmasının  şərtlərini 

müəyyənləşdirdi. 

1915-ci  il  oktyabın  2-də  Bakıda  M.Ə.Rəsulzadənin  redaktorluğu  ilə 

fəaliyətə  başlayan  ―Açıq  söz‖  qəzeti  ilə  onun  fəlsəfi  və  istiqlal 

mübarizəsinin  yeni  mərhələsi  başlayır.  Qəzetin  adının  altındakı  ―Siyasi-

ictimai  və  ədəbi  Türk  qəzetəsi‖  təqdimindən  göründüyü  kimi, 


426 

 

M.Ə.Rəsulzadə Azərbaycanı yeni məzmunda − ―Türk yurdu, Türk vətəni‖ 



kimi dünyaya təqdim edir. Bu sözə qədər qəzetlərin, kitabların, məktəblərin, 

teatr  binalarının  üzərindəki  ―tatar‖,  ―müsəlman‖  sözündən  heç  vaxt 

xoflanmamış  rus  hərbi  senzoru  nə  rus-yapon  müharibəsində,  nə  də  alman 

cəbhəsində rus qoşunlarının məğlubiyət xəbəri belə həyəcanlandırmamışdır. 

Beləliklə, milli həyatı xalqa verəcək milli özünüdərk, milli mənlik şüurunu 

ifadə  edən  ―Türk‖  sözünün  canlandırdığı  mənəvi  dəyərlərin,  həyatı  gücün 

bir  andaca  üzə  çıxardığı  istiqlal  mübarizəsinin  yeni  mərhələyə  daxil 

olduğunu  göstərdi.  ―Açıq  söz‖  qəzetinin  birinci  sayındakı  ―Tutacağımız 

yol‖  adlı  baş  məqaləsində  M.Ə.Rəsulzadə  yazırdı:  ―Dəhşətlərinə  şahid 

olduğumuz bu yol bir həqiqəti-əsrimizin milliyyət əsri olduğunu isbat etdi. 

―Dünyanın xəritəsi hərbə dəyişəcək‖ − deyə heyrətlə qarışıq bir cümlə indi 

bir  çox  ağızlardan  eşidilməkdədir‖  (61,  s.171).  O,  xəbərdarlıq  edirdi  ki, 

―Dünya  xəritəsinin  alacağı  şəklə  vətəndaşların  fədakarlığı,  dövlətlərin 

təşkilatı  və  orduların  əzəməti  ilə  bərabər,  heç  şübhə  yoxdur  ki,  vüzuh  və 

rüsuh  peyda  etmiş  milliyyət  məfkurələrinin  də  böyük  bir  təsiri  olacaqdır‖ 

(61,  s.  171).  Xüsusi  vurğulayırdı  ki,  ―yalnız  əsasında  milli  başlanğıcın 

durduğu  və  ya  idarəetmə  sistemində  həmin  başlanğıca  xüsusi  verildiyi 

dövlətlər  bu  tarixi  sınaqdan  üzüağ  çıxacaqlar  (61,  s.171).  M.Ə.Rəsulzadə 

böyük uzaqgörənliklə göstərirdi ki, müharibədən sonrakı Avropanın siyasi 

meydanında  ―özlərini  kifayət  qədər  tanıtmış  və  istiqlal  üçün  müəyyən  bir 

ideal  məfkurə  yaratmış  millətlər  real  qüvvə  təşkil  edəcəklər  (61,  s.171). 

Bununla  da  o,  bir  qədər  örtülü  formada  olsa  da,  milli  dövlətin 

yaradılmasının zəruriliyini qeyd edirdi (48, s.43). 

M.Ə.Rəsulzadə  xüsusi  xəbərdalıq  edirdi  ki,  ―Yeni  əsaslar  üzərində 

qurulacaq  həyat  vahid  bir  ruh  və  müştərək  bir  qayəyə  malik  olmayan 

millətlərlə hesablaşmayacaq və belə bir silahdan məhrum olan cəmiyyətlər 

kimsəyə  söz  eşitdirə  bilməyəcəklər‖.  O,  həmvətənlərinə  bir  daha 

xəbərdarlıq  edirdi  ki,  ―Söz  eşitdirmək,  milli  varlığını  qorumaq  haqlarını, 

hürriyyətlərini əldə etmək üçün milliyyət məfkurəsi ətrafında birləşməyə və 

müştərək bir hala gəlməyə‖ səsləyirdi (61, s.171).  

Tarixin  bütünlüklə  təsdiq  etdiyi  bu  uzaqgörənliyi  söyləyəndə 

M.Ə.Rəsulzadənin  31  yaşı  vardı.  İkinci  Dünya  müharibəsi,  faşizmin  Karl 

Yaspers kimi dahiləri bədbinliyə uğradıb, özünəqapılmaya məcbur etdiyini 

nəzərə  alsaq,  31  yaşlı,  texniki  peşə  məktəbini  sona  qədər  oxumamış  bir 

gəncin  Birinci  Dünya  müharibəsinin  dəhşətləri  içərisində  bir  əjdahanın 

(imperiyanın) ağzında olan və digər əjdahaların onun ağzından alıb udmaq 

istədiyi  amansız  müharibə  (döyüş)  şəraitində  olan  xalqın  önünə  düşüb 

istiqlal  davası  açması,  onun  mənəvi  güc  və  zəka  mənbəyi  ancaq  Mütləq 

ruhdan doğan fəlsəfə ola bilər.  


427 

 

Beləcə, A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi əməlləri ilə canlanan, 



Ş.C.Əfqani  yaradıcılığı  ilə  fəlsəfi  ruh  qazanıb  yaradıcılıq  göstərən 

(Ə.B.Hüseynzadə, Ə.Ağaoğlu) Azərbaycan türk mənəviyatı M.Ə.Rəsulzadə 

yaradıcılığı  ilə  fəlsəfi  mahiyət  qazanaraq  müstəqil  yaradıcılıq  göstərdi. 

―Müsavat‖ partiyasını lideri və ideoloqu səviyəsinə yüksəlməsi, ―Açıq söz‖ 

qəzetinin  partiyanın  orqanına  çevrilməsi  M.Ə.Rəsulzadə  ideyalarının 

müxtəlif sosial təbəqlər arasında sürətlə mənimsənilməsinə şərait yaradırdı. 

M.Ə.Rəsulzadə ―Açıq söz‖ qəzetində nəinki Azərbaycan türklərinin istiqlal 

mübarizəsi  yollarından,  eləcə  də  rus  imperiyası  əsarətində  olan  türk  və 

müsəlman  xalqların  mənəviyatına  imperiyanın  təcavüzündən  bəhs  edir, 

onların  istiqlal  təşkilatları  ilə  əlaqələrinin  qurulmasını,  istiqlal 

mübarizələrini  istiqamətləndirirdi.  Odur  ki,  ―Açıq  söz‖  qəzeti 

Azərbaycandan  kənarda  da  oxunur,  onda  qoyulan  ideyalar  başqa  xalqlar 

arasında  da  mənimsənilirdi.  Beləliklə,  M.Ə.Rəsulzadə  fəlsəfəsi  rus 

əsarətində olan türk və müsəlman xalqların müstəqillik ideologiyası kimi də 

təsir gücü qazanmaqda idi. 

Romanovlar  sülaləsinin  bütün  hakimiyəti  dövründə  türk  və  müsəlmanlara 

qarşı amansızlıq ardıcıl yüksəldi. İmperiyanın Qafqazı əsarət altına saldığı 

elə ilk gündən burada türk və müsəlmanların müxtəlif formada, üstü örtülü 

didərgin  salınması  siyasətinə  1905-1907-ci  illər  inqilabı  zamanı  ermənilər 

vasitəsi  ilə  milli  qırğınlar  törədilməsi,  Birinci  dünya  müharibəsinin 

başlanması  ilə  rus  ordusu  və  bu  orduda  iştirak  edən  erməni  hərbi 

birləşmələri  müxtəlif  bəhanələrlə  türk  müsəlman  yaşayış  məskənlərini 

xarabazara  çevirib,  əhalisini  didərgin  salmaq  adi  hal  almışdı.  Müharibə 

zamanı  Cənubi  Qafqaz  cəbhəyanı  zona  hesab  olunurdu.  Odur  ki,  ən  kiçik 

etiraz hərbi qanunlar əsasında amansızlıqla məhv edilirdi. Odur ki, bütün bu 

ağır  şəraitdə  xalqın  ruhuna  istiqlal  hissləri  aşılasa  da,  ən  kiçik  siyasi 

addımını  atmaqda  belə  xalqı  amansızlıqla  üzləşdirib,  ruhuna  qorxu  hissi 

düşməsinə  imkan  vermirdi.  Hər  addımının  siyasi  şəraitini  nəzərə  alırdı. 

M.Ə.Rəsulzadə  istiqlal  duyğusunu  xalqın  ruhuna  nə  qədər  yoğursa  da, 

dövlət  müstəqilliyi  ideyasını  məqamı  çatana  qədər  elan  etmədi.  ―Milli 

dirilik‖  məqaləsində  ―milli  istiqlaliyyət  millətlərin  xüsusiyyətlərinin 

mühafizəsini təmin etmək‖ iqtidarındadır, ―Azıq söz‖ qəzetinin ilk sayında 

―milliyyət  millət  səviyyəsinə  keçid  etmək  üçün  milli  dövlətin 

yaradılmasının zəruri olduğunu‖ desə də, yalnız Fevral inqilabından sonra 

―millət − dövlət olmaq əzmində israr edən bir milliyyətdir‖ − dedi (48, s.45

və xalqı bu işə səfərbər etdi.  

Fevral  burjua  inqilabından  sonra  gələcəyin  siyasi  yolu  məsələsində  yenə 

M.Ə.Rəsulzadənin  rəhbərlik  etdiyi  ―Müsavat  partiyasının  baxışı 

Azərbaycan siyasi elitası üçün məqbul mövqe olduğu açkar oldu. 1917-ci il 


428 

 

aprelin  15-20-də  Bakıda  Birinci    Ümumqafqaz  müsəlmanlarının  qurultayı 



keçirildi.  Ölkənin  siyasi  gələcəyi  haqqında  M.Ə.Rəsulzadə  məruzə  etdi. 

Onun məruzəsində təklif olunan formada Azərbaycan türklərinin milli ərazi 



muxtariyəti  formasında    milli  dövlətçiliyin  yaradılması  zərurəti 

əsaslandırıldı və qəbul edildi. Həmçinin qurultayda birmənalı şəkildə milli 

tərkibli  hərbi  strukturların  yaradılması  haqqında  qərar  qəbul  edildi.  Bu, 

dövlət  müstəqilliyi  yolunda  atılan  praktik  addım  idi.  Qurultay  ictimai-

siyasi,  mədəni,  maarif  və  digər  qarşıya  qoyulan  vəzifələrin  icrasına 

başlamaq üçün milli fond yaratdı. Qurultayın fəxri qonağı H.Z.Tağıyev elə 

oradaca fonda 50 min rubl verdi (50, s. 138).  

Qurultayda  M.Ə.Rəsulzadənin  rəhbərlik  etdiyi  ―Müsavat‖  partiyası 

ətrafında  milli  elitanın,  siyasi  qüvvələrin  birləşməsi  baş  verdi.  Gəncədə 

N.Yusifbəylinin rəhbərlik etdiyi ―Türk Ədəmi-Mərkəziyyət Xalq Partiyası‖ 

ilə ―Müsəlman Demokrat Partiyası Müsavat‖ın birləşməsi haqqında razılığa 

gəlindi.  1917-ci  il  17  iyunda  partiyaların  birləşdirici  qurultayı  keçirildi. 

N.Yusifbəylinin  təklifi  ilə  birləşmiş  partiya  ―Türk  Ədəmi  Mərkəziyyət 

Firqəsi Müsavat‖ adlandırıldı. Bu partiyaların birləşməsi Azərbaycanın türk 

və  müsəlman  əhalisinin  milli,  dini,  siyasi  və  ideoloji  birliyinin  daha  da 

güclənməsində  həlledici  hadisə  oldu.  Qurultayda  M.Ə.Rəsulzadə  ―Milli 

istiqlala  malik  olmayan  bir  mir  millət,  hürriyyət  və  mədəniyyətini  də  hifz 

edə  bilməz.  İnsanlara  hürriyyət,  millətlərə  istiqlal!‖  sözləri  ilə  müstəqil 

dövlətçilik uğrunda mübarizəni rəsmi elan etdi.  

Bakıda  Qafqaz  müsəlmanlarının  qurultayı  başa  çatan  kimi  Azərbaycan 

siyasi  liderləri  milli  azadlıq  hərəkatını  Rus  imperiyasının  digər  türk  və 

müsəlman  xalqlarının  hərəkatı  ilə  uzlaşdırmaq  üçün  Ümumrusiya 

müsəlmanlarının 

qurultayının 

keçirilməsinin 

təşkilinə 

başladılar. 

Ümumrusiya  müsəlmanlarının  qurultayı  1917-ci  il  mayın  1-dən  11-ə  kimi 

Moskvada  Şəmsi  Əsədullayevin  Moskva  müsəlmanlarına  hədiyyə  etdiyi 

binada keçirildi. Qurultaya 600 nəfər nümayəndə dəvət olunduğu halda, 900 

nəfər  iştirak  edirdi.  Qurultaya  müzakirə  üçün  tatarların  nümayəndəsi 

Əhməd  Salikovun  milli-mədəni  muxtariyat,  M.Ə.Rəsulzadənin  təqdim 

etdiyi  milli  ərazi  federasiya  prinsipləri  əsasında  yaradılmış  demokratik 

respublika layihələri təqdim olunmuşdu (41, s.140). 

M.Ə.Rəsulzadənin  təklif  etdiyi  federasiya  təklifinə  Ə.Salikov  irad  tutaraq 

iddia etdi ki, federasiya idarə şəkli türk-müsəlman qövmlərini parçalayacaq. 

M.Ə.Rəsulzadə  türk  xalqlarının  tarixi,  dili,  ədəbiyatı,  məruz  qaldığı 

mənəvi-ideoloji, siyasi təzyiq və sarsıntılarından ətraflı bəhs edərək, hazırkı 

şəraitdə  federasiya  idarə  şəklinin  lazım  gəldiyini  əsaslandırdı.  Qurultay 

təkliflərin  müzakirəsinə  uzun  vaxt  sərf  etdi.  M.Ə.Rəsulzadə  bir  neçə  dəfə 

kürsüyə çıxmalı oldu. M.Ə.Rəsulzadənin çıxışı və ətraflı izahlarından sonra 



429 

 

onun  irəli  sürdüyü  Rusiyanın  gələcək  idarə  şəkli  milli  muxtariyat  ideyası 



qurultayda 271 səsə qarşı 446 səs çoxluğu ilə qəbul edildi (50, s.39). 

Qurultayda  iştirak  etmiş  görkəmli  tarixçi  Zəki  Vəlidi  Toğan  Azərbaycan 

nümayəndələrinin  qurultaydakı  fəaliyətini  xatırlayaraq  yazır:  ―  Moskvada 

toplanan  Ümumrusiya  müsəlmanları  qurultayına  azərbaycanlı  Əlimərdan 

bəy  Topçubaşov  rəyasət  ediyordu.  Emin  bəy  qonuşuyordu.  Bütün  konreyə 

azərbaycanlıların  hakim  olduğu  görünür,  Azərbaycan  liderlik  edirdi.  Əgər 

700 kişi içərisində Emin bəy və arkadaşları olmasaydılar, konfrans istiqlal 

muxtariyyət tezisinə rəy verməzdi‖ (56, s. 61). 

Qurultayın digər iştirakçısı, mühacir tatar istiqlal mübarizi Abdulla Taymas 

M.Ə.Rəsulzadənin qurultaydakı rolunu xatırlayaraq yazır: ―Bu parlaq fikri 

sayəsində Məhəmməd Əmini bütün Rusiya türklüyü tanımış, artıq o, sadəcə 

Azərbaycan  türkçülüyünün  deyil,  bütün  Rusiya  türkçülüyünün  əzizi 

olmuşdur‖ (41, s.146). 

Qurultaya 

azərbaycanlıların 

―rəyasət  etməsi‖,  ―bütün  kongreyə 

azərbaycanlıların hakim olması‖, kongredə ―parlaq fikir‖ sahibinin 33 yaşlı 

gənc  azərbaycanlının  olması  adi,  təsadüfi  hadisə  deyildi.  Mütləq  ruhdan 

Ş.C.Əfqaninin yaradıcı fəlsəfəsinin yaşamı, gələcəyə can atması idi. Məhz 

yaradıcı  fəlsəfi  ruha  malik  olmanın  nəticəsi  idi  ki,  Azərbaycan  türkləri 

bütün  rusiya  imperiyası  türk-müsəlman  xalqların  milli-azadlıq  hərəkatının 

lideri səviyəsinə yüksəlmişdir.  

Romanovlar  sülaləsinin  devrilməsindən  sonra  hakimiyəti  üzərinə  götürən 

Müvəqqəti hökumət Zaqafqaziyanı idarə etməsi üçün Transqafqazdan olan 

deputatlardan  ibarət  Zaqafqaziya  Komitəsini  yaratdı.  Lakin  komitə 

Zaqafqaziyada  intizam  yaratmaq  nüfuzunda  deyildi.  Həqiqətdə  türk-

müsəlman əhaliyə qarşı məğlub rus ordusunun, erməni hərbi birləşmələrinin 

təcavüzünün  qarşısını  almaqda  maraqlı  kimi  də  görünmürdü.1917-ci  ilin 

oktyabrında  dövlət  çevrilişi  ilə  bolşeviklərin  hakimiyəti  ələ  alması  ilə 

Qafqazda türk-müsəlman xalqlara qarşı yeni − bolşevik-daşnak təcavüzü də 

əlavə olundu. 

―Müsavat‖  partiyası  Peterburqdakı  bolşevik  hakimiyətini  tanımaqdan 

imtina  etdi.  Həqiqətdə  bu dövrdə  rus imperiyası  əsarətində  olan  polyak  və 

fin  xalqı  istisna  edilərsə,  imperiyanın  məhkum  xalqlarından  kimsə  siyasi 

müstəqillik tələb etmirdi. Hətta ―özlərini Qafqaz demokratiyasının mürşidi 

mövqeyində görən gürcülər də istiqlalçı deyildilər‖ (48, s. 62). 

Müəssislər  Məclisinə  seçkilərdə  ―Müsavat‖  partiyası  xalqın  dəstəyini 

qazandı.  1918-ci  il  yanvarın  6-dan  7-nə  keçən  gecə  bolşeviklərə  məxsus 

ÜRMİK Müəssislər Məslisini buraxmaq haqqında dekret qəbul etdi. 1918-

ci  il  fevralın  23-də  Zaqafqaziya  Seymi  Tiflisdə  işinə  başlayanda 

M.Ə.Rəsulzadə  təklif  etdi  ki,  Seym  Müəssislər  Məclisi  kimi  tanınsın, 


430 

 

Zaqafqaziyanın  konstitusiyasını  hazırlasın.  M.Ə.Rəsulzadənin  təklifiin 



qəbul  edilməsi  ilə  Peterburq  bolşevik  hakimiyətinin  tanınmasından  imtina 

edildi.  Zaqfqaziya  Seyminin  1918-ci  il  1  mart  iclasında  M.Ə.Rəsulzadə 

Seymdə  müstəqilliyin  tanınması  tələbi  ilə  çıxış  etdi.  Bu  zaman  Bakıda 

hakimiyəti  ələ  keçirən  bolşeviklərin  rəhbəri  S.Şaumyan  Bakını 

Azərbaycanın  paytaxtına  çevirmək  istəyənlərə  xarabazar  verəcəyi  ilə 

hədələyərək,  Bakı  şəhəri  və  Bakı  quberniyasında  kütləvi  türk-müsəlman 

qığınına  başlayaraq  30  min  nəfər  insanı  məhv  etdi.  Bakının  mədəniyət 

mərkəzi,  küçələri,  kəndləri  xarabazara  çevirdi.  Qırğın  o  qədər  dəhşətli  və 

amansız  idi  ki,  rus  artilleriyasının  Allahı  kimi  qiymətləndirilən  general 

Ə.Şıxlinski vəziyəti ―çıxılmaz‖ kimi qiymətləndirirdi. Belə bir ağır şəraitdə 

Azərbaycan  partiyaları  fraksiyasının  lideri  M.Ə.Rəsulzadənin  təklif  və 

təkidi  ilə  1918-ci  22  apreldə  Zaqafqaziya  Federativ  Respublikasının 

müstəqilliyi  elan  edildi.  Lakin  Seym  ardıcıl  olaraq  Zaqafqaziyada  olan 

təsirini itirirdi. Nəhayət 1918-ci il mayın 26-da Almaniya və digər xristian 

dövlətlərin  gizli  təsiri  ilə  gürcülər  Seymdən  çıxıb  müstəqilliklərini  elan 

etdilər.  Qafqaz  federasiyası  ideyası  M.Ə.Rəsulzadə  başda  olmaqla 

Azərbaycan  milli  liderlərinin  taktiki  gedişi  deyil,  Azərbaycanın  əbədi 

müstəqilliyini  Qafqaz  xalqlarının  birliyində  görürdülər.  Lakin  bu  birlikdə 

olan  xalqlardan  hər  birinin  hər  hansı  imperiya  ilə  müttəfiqlik  meylinin 

onların birliyini pozacağı Azərbaycan milli liderləri üçün gözlənilən idi və 

gözlənilirdi. Odur ki, milli liderləri Qafqaz federasiyasını qorumaqla yanaşı, 

parçalanacağı  anda  Azərbaycanın  Müstəqil  idarəsi  və  müdafiəsi 

istiqamətində tədbirlər görürdülər (8, s. 279). 

Beləliklə,  yaranmış  şəraiti  nəzərə  alan  Zaqafqaziya  Seyminin  Azərbaycan 

millət  vəkilləri  mayın  27-də  fövqəladə  iclas  keçirdi.  Yaranmış  şəraitdə 

Qafqazda  və  Azərbaycanda  siyasi  prosesləri  tənzimləmək,  Azərbaycanı 

idarə  etmək  üçün  legitim  hakimiyət  orqanı  yaradılmasının  zəruriliyini 

nəzərə  alaraq  hakimiyəti  öz  üzərinə  götürəcək    Milli  Şura  yaradılmasını 

qərara  aldı.  Zaqafqaziya  Seymindəki  bütün  müsəlman  fraksiyalarının 

nümayəndələrindən  ibarət  Mili  Şura  və  onun  rəyasət  heyəti  yaradıldı. 

Batum danışıqlarında olan M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və 

M.Seyidov  sədrin  müavinləri  seçildilər.  Milli  Şuranın  9  nəfər  üzvündən 

ibarət  icraiyyə  orqanı  yaradıldı.  F.X.Xoyski  yekdilliklə  icraiyyə  orqanının 

sədri seçildi. 

1918-cil  Mayın  28-də  Milli  Şuranın  ilk  iclası  keçirildi.  Milli  Şura 

beynəlxalq  vəziyəti,  Qafqazda  və  Azərbaycanda  yaranmış  siyasi  şəraiti, 

Bakıdan hərəkət edən bolşevik-daşnak qoşunlarının Yevlağı tutub Gəncəni 

təhlükə  altına  alması  və  s.  məsələləri  dərindən  təhlil  edib,  təxirə 

salınmadan  Azərbaycanın müstəqil  Respublika  elan  olunmasının  zəruriliyi 


431 

 

əsaslandırıldı.  Məsələ  Mili  Şura  üzvlərinin  səs  verməsinə  çıxarıldı.  Milli 



Şura üzvləri 24 səslə, 2 nəfər bitərəf qalmaqla Azərbaycanın müstəqilliyinin 

elan edilməsi haqqında qərar qəbul etdi və 6 bənddən ibarət “İstiqlaliyyət 

bəyannaməsi”ni elan etdi (50, s. 47-50). 

1918-ci  il  mayın  30-da  isə  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskinin 

imzaladığı radiotelqrafla dünya dövlətlərinin xarici işlər nazirlərinə, onların 

paytaxtı  −  İstanbul,  Berlin,  Vyana,  Paris,  London,  Roma,  Vaşinqton, 

Sofiya,  Buxarest,  Tehran,  Madrid,  Haaqa,  Moskva,  Stokholm,  Kiyev, 

Xristaniya (Oslo) və Kopenhagenə bu haqda xəbər göndərildi (57, s. 34). 



Beləcə,  Azərbaycan  xalqının  fiziki  varlığına  yaranmış  təhlükənin  aradan 

qaldırılmasının  “çıxılmaz”  kimi  göründüyü  bir  şəraitdə  M.Ə.Rəsulzadə 

dahi, mütəfəkkir, ideoloq, filosof, uzaqgörən siyasətçi kimi mümkünsüz kimi 

görünəni mümkün olana − həqiqətə çevirdi. 

Azərbaycan Xalq Cümhuriyətini − Azərbaycanın dövlət müstəqilliyini elan 

edib  onu  düşməndən  təmizlədi.  Azərbaycanın  müstəqillik  istəyənlərinə 

Bakını  ―xarabazar‖  kimi  verəcəyini  deyənlərə  cavab  olaraq  Bakını  bütün 

―Azərbaycanı və bütün türklüyü daimi işıqlandıran‖, hər bir azərbaycanlının 

―bismilləsi‖  (58,  s.  30,  49)  olan  müqəddəs  şəhərə  çevirdi. 

M.Ə.Rəsulzadənin  ideoloqu  və  qurucusu  olduğu  Azərbaycan  Cümhuriyəti 

Şərqdə türk-müsəlman xalqları arasında Azərbaycan türklərinin qurduğu ilk 

demokratik dövlət olmaqla bərabər, o, Avropa və ABŞ demokratiyasından 

da irəli gedib onların demokratiyasının ikili xarakterindən qəti imtina etdi. 

Avrop  dövlətləri,  o  cümlədən  ABŞ  öz  xalqı  üçün  demokratik  olub,  digər 

xalqlar  üçün,  xüsusilə  türk  və  müsəlmanlara  qarşı  irqçi  olduqları  halda, 

Azərbaycan  Xalq  Cümhuriyəti  daxili  və  xrici  siyasətində  irqindən, 

cinsindən,  milliyətindən  asılı  olmayaraq,  bütün  millətlərin  hüquq 

bərabərliyinin real təminatçısı kimi çıxış etdi. 

Rus  xalqının  tarixindən  doğan,  təbiətindən  çıxan,  intiqamlar  və  acıqlar, 

dağıdıcı  vulkan  −  bolşeviklik  (59,  s.42)  bəşəriyətin  ən  mütərəqqi,  ən 

demokratik  dövləti  olan  Azərbaycan  Xalq  Cümhuriyətini  tariximizdən 

gələn bütün yaradıcı fəlsəfi, ictimai-siyasi ideyalarımızı, adət-ənənələrimizi

milli  vicdan  və  imanımızı  məhv  edib,  bizi  mənəvi  təməlimizdən  ayıracaq 

dərəcədə zəiflətdi.  

Lakin  göründüyü  kimi,  ölmədik,  tarixi  şəraitdən  istifadə  edib  dövlət 

müstəqilliyimizi  bərpa  etdik.  Təəssüf  ki,  kiminsə  etiraf  etməsi  və 

etməməsindən 

asılı  olmayaraq  30  ilə  yaxın  müddətdə  dövlət 

müstəqilliyimizi  bərpa  etsək  də,  milli-mənəvi  durumumuzu  bərpa  edə 

bilmirik.  Ümumən  mənəvi  köklərə  bağlanmağımız  tövsiyə  edilsə  də, 

mətbuatımız,  ilk  növbədə  də  televiziya  kanallarımız  nəyi  necə  göstərməyi 

demədən hər şeyi Avropadan mənimsəməyi tövsiyə edirlər. Ancaq yaxşı və 


432 

 

vacib şeyləri nəinki Avropadan, bütün qitələrdən mənimsəmək vacibdir. 



Xalqımızın,  vətənimizin  bəşəri  inkişafına  təkan  verən  filosofu 

Ş.C.Əfqaninin  −  əgər  bir  millətin  hamısı  alim  olsa  belə  onun  fəlsəfəsi 

yoxdursa, o millət heç vaxt yaradıcılıq göstərə bilməz − müddəasını təqdim 

etmişik.  Tarix  onun  bu  müddəasını  bütünlüklə  təsdiq  etmişdir.  Varlığın 

maddi,  mənəvi,  sosial  bütün  formalarının  fəlsəfədə  ehtiva  olunan  vahid 

qanunu var. Məsələn, insanın bütün qan qrupları bir-biri ilə uyğunlaşmayıb 

bütün  insanın  qan  tələbatını  ödəyə  bilmədiyi,  bir-birinə  uyuşmayan  qan 

qrupunun birinin digərini öldürdüyü kimi bütün mədəniyətlər də bir-biri ilə 

uyğunlaşıb,  bir-birini  çiçəkləndirə  bilmir.  Təməl  əsası  uyğun  olmayan 

mədəniyətin qəbulu son nəticədə ilkin əsasları öldürməklə onun daşıyıcısını 

köklərindən  ayırıb,  assimilyasiya  edərək  yox  edir.  Bütün  hallarda  insanlıq 

tarixi  mənəviyat  tarixidir.  Mənəvi  dəyərlərin  ən  yüksəyi  fəlsəfi  ruhdur, 

milli-mənəvi  dəyərləri  vahid  sistemə  salmaqla,  yaradıcılıq  ruhu  verməklə 

yaşamını təmin edir. 

Yuxarıda  gördüyümüz  kimi,  türk-müsəlman  dünyasının  bütün  qabaqcılları 

İstanbula  toplaşaraq,  onu    türk-müsəlman  dünyasının  xilaskarı  kimi  bərpa 

etmək  istəsələr  də  buna  nail  ola  bilmədilər.  ―Osmanlı  imperiyası  türk 

dünyasının  istiqlal  və  tərəqqi  proseslərinin  lokomotivi  rolunu  oynaya‖ 

bilmədi (48, s.25). 

Bu  missiyanı  Azərbaycan,  məhz  M.Ə.Rəsulzadə  yerinə  yetirdi.  ―...  Əski 

Turanın  göbəyində  Azərbaycan  adında  bir  gənc  igid,  dəliqanlı  var.  Yeni 

Turanın  açarı  ondadır‖.  Xatirəsinə  davam  edən  M.Ə.Rəsulzadə  yazır: 

―Turançılıq,  türkçülük  ədəbi  məsləki  Türkiyə  və  Azərbaycanı  bir-birinə 

bağlayan  ən  davamlı  bir  bağ,  mətanətli  bir  ip  idi.  Turançılıq  məfkurəsi 

doğulunca  millət  beynəlmiləl  islamiyyətçilik  və  federasyon  formalarını 

çıxarmış, sosiologiyada da ―Türkləşmək, İslamlaşmaq, Müasirləşmək‖ kimi 

üç  ayaqlı  bir  şüar  ortaya  atılmışdı.  İstanbul  yurdçuları  bu  şüarları  nəzəri 

şəkildə yaymaqda ikən, Azərbaycan Turançıları bunu siyasi bir fəlsəfə kimi 

qəbul edərək,  qurduqları  milli  siyasi  partiyaların  prinsipi  elan etdilər‖ (60, 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin