s. 58-59) deyə qacar sülalə başçıları məhz milli şüur zəminində əfşarlara
müraciət edib, Azərbaycan dövlətçiliyini bərpa etmək naminə onları birliyə
dəvət edirdi. Lakin müxtəlif üsullarla Rus imperiyası qacarlar sülaləsinə
mərkəzləşmiş Azərbaycan dövlətçiliyini bərpa etməyə imkan vermədi,
separatçılığı gücləndirməklə Şimali Azərbaycanın işğalına nail oldu.
İmperiyanın Azərbaycanda birinci tədbiri milli mənlik şüurunu öldürmək
üçün göstərdiyi amansızlıq oldu. Bu məqsədlə milli özünüdərkin nüvəsi,
mənəvi enerjinin əsas istehsalçısı zadəgan zümrəsini məhv etməyə başladı.
Zadəganlığın müdafiəsində radikallıq göstərən Cəfərqulu xan Simbirskə,
Sankt Peterburqa (1823-1829) sürgün edildi. Sürgündən Qarabağa dönən
Cəfərqulu xan milli varlığın yaşadılması üçün ―güclü zadəgan zümrəsi‖nin
392
qorunması və yaşadılmasının vacibliyini şüurlara diktə etdi (8, s. 166).
A.A.Bakıxanovun elmi səviyəsi Rusiya tarixşünaslığında yüksək
qiymətləndirilən ―Gülüstani-İrəm‖ əsərində yazılan ―Tarix elmi dünyanın
təcrübəsini bizə kəşf edir... hər bir ölkənin tarixi orada yaşayan xalq üçün
faydalıdır; çünki, tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyətləri
bildirir, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla
saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər. Buna görə... yol
göstərmək məqsədilə... bu kitabı yazdım‖ (30, s. 10-11) deyən, milli
zadəganlığın qorunmasında fədakarlıq göstərən, milli yaşam üçün mənəvi
dəyərlərin, əxlaqın və elmi intellektual səviyənin yüksək səviyədə olması
zəruriliyinin xüsusi vurğulanması, xələfi (1; 2; 33) M.F.Axundovun
―adamların damarlarına təzə və isti qan dağıtmaq və onları hərəkətə
gətirmək lazımdır, göz qabağında olan bu əsas kökündən, dibindən
qoparılmalıdır‖ (32, s. 196) müddəaları, tarixi mənbələr, məlumatlar, elmi-
nəzəri müddəalar göstərir ki, Azərbaycan xalqının siyasi həyatında çöküş
olsa da, mənlik şüuru, milli ruh və elmi yaradıcılıq üçün intellektual səviyə
bütövlükdə sönməmişdi, milli-mənəvi, intellektual həyatı qidalandırmaqla
qorumaq və yaşatmaq üçün nəzərə çarpacaq mənəvi enerjiyə, gücə malik
idi. Elə bu səbəbdən də Avropa müstəmləkəçiliyinə cavab reaksiyası olaraq
bu mənəvi ocaq yenidən alovlanaraq, Şərqi Azadlıq üçün yenidən
qidalandırmağa başladı. Odur ki, Ş.C.Əfqaninin istiqlal, azadlıq fəlsəfəsinin
Azərbaycandan doğulması, Şərq İslam dünyasına buradan yayılması təbii-
mənəvi, bəşəri bir hadisə kimi qiymətləndirilməlidir.
Beləliklə, Ş.C.Əfqaninin istiqlal, azadlıq fəlsəfəsi Şərq dünyası müstəmləkə
əsarətində olan xalqların hələ milli mənliyi, ruhu, dəyərləri, zəkası tam
sönüb kölələşməmiş ziyalı, zadəgan,burjua və mülkədar, yazar, şair,
musiqiçi, din xadimi və s. cismində yaradıcılıq ruhu olan şəxslərin
mənəviyatını qidalandırıb onları oyadır, canlandırır, insanlığın mahiyətinin
özünüdərk edən azadlıq olduğunu şüurların yeridirdi. Beləliklə, müstəmləkə
Şərqində Ş.C.Əfqaninin filosof, yazar, nasir, şair, publisist, naşir, maarifçi,
burjua və tacir davamçıları − yeni ziyalı, zadəgan nəsli, zümrəsi yetişir.
Onlar müxtəlif üsullarla yaratdıqları mətbuat, məktəb, qrup, təşkilat vasitəsi
ilə xalqı milli özünüdərkə istiqamətləndirir, bu da təbii bir proses kimi
onlara istiqlal, azadlıq ideologiyası aşılayır. Müstəmləkə və diktatura
əsarətində olan xalqların istiqlal və azadlıq mübarizəsi vüsət aldı. Beləliklə,
Ş.C.Əfqaninin milli vəhdər fəlsəfəsi tənəzzülə uğramış xalqların yenidən
tərəqqi yoluna çıxması, milli inkişafın təbii qanunauyğunluğu kimi
doğulmuş Avropanın demokratik həyat tərzi məzmun və formalı yaşam
yolunu tutması üçün fəlsəfi terapiya idi. Odur ki, onun fəlsəfəsinin əsas
məzmununu ifadə edən ―Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi
393
mahiyəti‖ və başqa əsərlərindən hind, türk, ərəb, fars və b. xalqların
Ş.C.Əfqaninin ideya təsirində olan mütərəqqi ziyalı, burjua, aristokrat və b.
nümayəndələri xalqlarının durumuna uyğun istifadə etməklə istiqlql və
azadlıq yolu tutdular. Yuxarıda göstərdiyimiz kimi, Ş.C.Əfqaninin Osmanlı
və Azərbaycan türk tələbələri onun milli vəhdət fəlsəfəsini ―türkləşmək,
islamlaşmaq, müasirləşmək‖ formasında milli ideologiya yaratdılar. Tarixin
göstərdiyi və Ş.C.Əfqaninin tarixə istinadən yaratdığı fəlsəfədə milli
özünüdərk milli varlığın yaşamında birinci təməl əsas olduğu üçün türk
xalqlarının istiqlal və azadlıq mübarizəsində də türkçülük birinci başlıca
əsas kimi götürülmüşdür. Təsadüfi deyil ki, Ş.C.Əfqani fəlsəfəsinin türk və
dünya xalqlarının tarixindən aldığı əsaslar, Şərqin yeni intibahı prosesində
gedən istiqlal və azadlıq mübarizəsindən aldığı materiallar əsasında
yeniləşən şəraitə müvafiq yenidən işləyən və inkişaf etdiərn M.Ə.Rəsulzadə
türkçülüyün yaranma tarixindən bəhs edərkən, Ş.C.Əfqaninin milli fəlsəfi
ideyalarının türkçülüyün inkişafına təkan verdiyini, ―türkçülük ideologiyası
siyasi sistem kimi birinci plana çıxdı‖ğını, ―inqilabçı türkçülüyün
nəzəriyəsi‖nin də Ş.C.Əfqani olduğunu yazır (5, 9, 28).
Yuxarıda ictimai fikir tariximizə nəzərən (A.A.Bakıxanov nəzərdə tutulur,
ziyalı milli düşüncə və arzunun barometridir − X.X.) görünür ki,
Azərbaycan xalqı özünü rus imperiyası əsarətinə qarşı qoymuş, şüurlu və
elmi əsaslarla əsarətdən çıxma yolunu axtaran xalq idi; ―adamların
damarlarına təzə və isti qan dağıtmaq və onları hərəkətə gətirmək lazımdır,
göz qabağında olan bu əsas kökündən, dibindən qoparılmalıdır‖ − deyən
M.F.Axundov istiqlal üçün inqilabi yol tutulmasını tələb edirdi. Ondan
sonra doğulan, H.B.Zərdabi ilə başlayan − doğulan yeni milli ziyalı nəsli
milli özünüdərki reallaşdıracaq məsələlərin, işlərin həllinə təşəbbüs
göstərdilər, daha doğrusu başladılar. Bu sahədə ilk, ən böyük və təməl iş
H.B.Zərdabinin milli mətbuat yaratması − ―Əkinçi‖ qəzetinin nəşrinə nail
olması idi. Dünya xalqlarının təsərrüfat həyatının bütün sahələrindən,
qabaqcıl təcrübələr haqqında məlumat və tövsiyələr verən qəzetin ana
xəttini Ç.Darvinin ―yaşamaq uğrunda mübarizə‖ nəzəriyəsi və ―öz dilində‖
―elm və ədəbiyat meydana gətirmək‖ ideyası təşkil edirdi. Çarizmin türk-
müsəlman xalqlara anadilli məktəb və mətbuat yaratmağa icazə vermədiyi,
sərt senzura şəraitində belə bir taktika dahiyanə üslub idi. Birinci sayı
çapdan çıxanda naşiri, yazarı, mürəttibi bir nəfər − H.B.Zərdabidən ibarət
olan qəzetin ətrafında tezliklə yeni-yeni ziyalılar səfərbər olundu. 1877-ci
ildə rus-türk müharibəsi haqqında nəşr etdiyi məlumatlarda Osmanlı
tərəfkeşliyi ilə ―Əkinçi‖ qəzeti bağlansa da, Səid və Cəlal Ünsizadə
qardaşlarının ―Ziya‖, ―Ziyayi-Qafqaziyyə‖ və ―Kəşkül‖ qəzetləri nəşr
olundu. Bununla da xalqda milli mənlik şüurunun yenidən canlandırılması,
394
yaradılması, intellektual səviyənin yüksəldilməsi, dünya hadisələri
fövqündə özünüdərk, siyasi şüurun yaradılmasının ən mühüm vasitəsi, milli
mətbuatın əsası qoyuldu, yaradıldı. Bu hadisə mütərəqqi rus və Avropa
mütəfəkkirlərinin ―əqli və mənəvi inkişafa qabil‖, ―Qafqazın
sivilazsiyaçıları‖ (34, s. 128; 35, s.11) kimi qiymətləndirdikləri Azərbaycan
türklərinin milli özünüdərk və intellektual səviyəsini bərpa edib, istiqlal və
azadlıq yolu tutması üçün ilkin təkan oldu. Bir az sonra bunların sayı
getdikcə
artdı.
H.B.Zərdabini
―Azərbaycan
mətbuatının
piri‖
(M.Ə.Rəsulzadə) hesab edən, onun demokratik ənənələrini davam və
inkişaf etdirən böyük bir qələm ordusu yarandı. Onların arasında dörd nəfər
ən istedadlı publisist meydana çıxdı: bunlar Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə və Ömər Faiq Nemanzadə idi (5,
s. 123).
―Hər xalqın tarixi ona öz millətinin təbiət və adətindəki xüsusiyətləri
bildirər‖, yol göstərmək məqsədilə ―Gülüstani-İrəm‖ əsərini yazdığını
deyən A.A.Bakıxanov, Azərbaycan türkləri arasında farsca yazmaq
ənənəsinə son verən, Azərbaycan türkcəsini şeirdə, nəsrdə, dramaturgiya və
elmdə yüksək səviyədə işlədən, Azərbaycan ədəbiyatına gətirdiyi
dramaturgiya janrı ilə xalqı ilə üz-üzə oturub danışan, ona ―qəflət
yuxusundan oyan və zalımın atasının goruna od vur‖ deyən M.F.Axundov
toplumundan sadəcə olaraq ―millət‖ deyə bəhs edirdilər. Ş.C.Əfqani
haqqında Qafqazda məlumat yayan ―Ziyayi-Qafqaziyyə‖ qəzetinin naşirləri
Ünsizadə qardaşları qəzetə əlavə kimi nəşr etdikləri ―Kəşkül‖ dərgisində
XIX əsrin 80-ci illərin ilk çağlarında ―türk milləti‖ anlayışından istifadə
etməyə başladılar (36, s. 81; 8, s. 178). Təəssüf ki, ərəb dünyası, Hindistan,
müasir İran hüdudunda Ş.C.Əfqani fəlsəfəsinin maddiləşməsi prosesini
təhlil etməyə dil bilgimiz imkan vermir. Odur ki, Türkiyə və Azərbaycanda
bu fəlsəfənin milli yaradıcılıq təsirindən bəhs etməklə kifayətlənirik.
XVIII əsr Şərq müsəlman dünyasının tənəzzülünü yaşasa da, Azərbaycan
xalqında milli yaradıcılıq ruhunun tam sönməməsi, köləliyin ruha hakim
olmaması, toplumun qürurunu yaşatması, şərəfini qorumaq, təhsilə, elmə
can atması, elmi intellektual səviyəni yüksəltmək və s. mənəvi dəyərləri
qoruması, xalq qarşısında cavabdehlik hiss edən ziyalının varlığı xalqın
milli özünüdərki üçün bir ideya ehtiyacı aydın görünürdü. Bu ideya
Ş.C.Əfqani fəlsəfəsində doğma xalqına təqdim olundu. Beləliklə,
Ş.C.Əfqaninin milli-vəhdət fəlsəfəsində doğma türkcənin toplum üçün
birinci birləşdirici, yaradıcı təməl əsas olmaqla milli özünüdərk, ―Qurani-
Kərim‖dən doğan həmin din, elmi bilgilərə vahid yaradıcı impuls verən
fəlsəfə, cəmiyət qarşısında öz borcunu bilən, funksiyasını icra edən sosial
təbəqələrin olması və s. ideyalar, bu ideyaların həyta keçirilməsini təmin
395
edən təsisatların yaradılması ilk dəfə Ş.C.Əfqani tərəfindən irəli sürüldü.
Ş.C.Əfqani nəzəriyəçi ideoloq olaraq qalmayıb, ideyalarının həyata
keçməsinə bilavasitə rəhbərlik etməsi, onun fəlsəfəsinin sürətlə yaradıcılıq
doğurmasının əsas səbəblərindən idi. Ş.C.Əfqaninin fəlsəfəsini birinci,
sürətlə mənimsəyən doğma vətəni Azərbaycan xalqı, Azərbaycan türkləri
idi. Bunun əsas səbəblərindən biri vətənində milli yaradıcılıq ruhunun tam
sönməməsi idisə, digər səbəb onun sağlığında Ə.Ağaoğlu, Ə.B.Hüseynzadə
fəlsəfəsini yetişməsi, onların ardınca onun fəlsəfəsini yüksək səviyədə
yenidən işləyən M.Ə.Rəsulzadə kimi dahilərin yetişməsi idi. Ş.C.Əfqaninin
ideyaları yalnız elmi, fəlsəfi, siyasi üslubda deyil, çox yüksək səviyədə
obrazı yaradılaraq bədii əsərlər vasitəsilə sadə xalq dilində, xalq
təfəkkürünə aşılanırdı. Elə bu səbəbdən də Ş.C.Əfqaninin ideyaları digər
ölkələrlə müqayisədə Azərbaycanda sürətlə mənimsənilir və yaradıcı
mənəvi qüvvəyə çevrilirdi (5). Beləliklə, milli problemlərə sistemli yaradıcı
yanaşma yolu tutmağa nail olub, ―Hələ iyirminci əsrin əvvəllərinə kimi
Azərbaycan türkləri milli ədəbiyat, teatro, mətbuat və maarif məsələlərinə
şüuru etmişlər‖ (38, s. 14).
XX əsrin əvvəllərində Azərbaycana milli həyata qarşı yönəlmiş, Rus
imperiyasından daha təhlükəli, xəstə, nekrofil, cinayətkar təfəkkürün
mhsulu sosialist ideologiyası daxil oldu. Avropa təhsilindən, həyat
tərzindən, xəstə təfəkküründən doğan xəstə sosialist ideologiyası XIX əsrin
sonunda Rusiyaya, Rusiyadan XX əsrin əvvəllərində Azərbaycana keçdi.
Xəstə sosialist ideologiyası Rus xalqının tarixindən doğub, onun
mentalitetinə çevrilmiş, keçmişinə nifrət psixologiyasına tam uyğun
olduğundan sürətlə onun şüuruna hakim olub, dağıdıcı rus bolşevizmini
doğurdu (40).
XIX əsrin üçüncü rübündən Azərbaycan neftini talama siyasəti yeridən
Avropa və Rus imperializmi özlərinə milli-sosial baza yaratmaq məqsədi ilə
Azərbaycana çoxlu xristian fəhlə, işçi qüvvəsi gətirib yerləşdirmişdi.
Onların içərisində keçmişinə nifrət hissindən doğan dağıdıcı ruha malik
ruslar, nekrofil ermənilər çoxluq təşkil edirdi. Elə bu səbəbdən də
Azərbaycan, onun sənaye mərkəzi Bakı dağıdıcı kütlə ideologiyasının
mərkəzlərindən birinə çevrilmişdi. Sosialist insanların bərabərliyi şüarı ilə
pərdələnən Avropanın kriminal elementləri, mənsəbpərəstləri, milli
satqınlar, macəraçıları, anormal düşüncə sahibləri RSD(b)FP-nin
rəhbərliyində birləşmişdilər. Xüsusi mülkiyəti və onun sahiblərini məhv
edərək ictimai mülkiyət təşkil edib, ondan hamının eyni dərəcədə − bərabər
yararlanması şüarı altında hakimiyyətə, sahibkarlara qarşı mübarizəyə
başladılar. İnsanların, xalqların bərabərliyi, bütün dünya xalqlarının bərabər
yaşayacağı, sosializm quracağı şüarı ilə çıxış edən xristian sosial-demokrat
396
rəhbərləri və xristian fəhlələr də türk-müsəlman fəhlələrini, bütövlükdə
xalqını ikinci dərəcəli toplum kimi qiymətləndirirdi. Bu yanaşma türk-
müsəlman fəhlələrin heysiyətinə toxunurdu (42, s. 278).
Vahid dəyərlərə malik xalqı siniflərə bölən xüsusən onun ziyalı, zadəgan
yaradıcı təbəqəsini sinfi düşmən kimi şüurlara təlqin edən RSD(b)FP-nin
türk-müsəlman fəhlələri xristian fəhlələrlə müqayisədə ikinci dərəcəli hesab
etməsi bütün Azərbaycanı əhatə edən böyük bir sosial təbəqənin (fəhlələrin)
milli və siyasi şüurunun aydınlaşması və passiv kəndli təbəqəsini də
oyatması, milli ideallar uğrunda səfərbər etməsi üçün təkanverici hadisə idi.
Bu ideologiyanın Azərbaycana gəlişinin ilk 2-3 ilində azərbaycanlı gənclər
bu ideologiyanın təsirinə düşüb, sosial-demokrat təşkilatlar yaratmağa meyl
etsələr də, tezliklə ondan uzaqlaşdılar, bu ideologiyadan qəti imtina etdilər.
XX əsrin əvvəllərində Azərbaycana daxil olan sosial-demokrat (rus
bolşevik) ideologiyasından qəti imtina edilməsi Mütləq ruhun ilk
doğuşundan Azərbaycanda doğan tarixi yaradıcılıq ruhunun burada zəifləsə
də, kəsilməz yaşamının nəticəsi idi. Elə bu səbəbdən də Azərbaycan xalqını
təşkil edən bütün sosial təbəqələr vahid orqanizm kimi xəstə təfəkkürün
məhsulu olan yad sosialist ideologiyasından imtina etdilər. Azərbaycanın
bütün türk-müsəlman əhalisi seçkilərdə ancaq milli qüvvələrə səs verdi (8,
s. 214, 241).
1920-ci il 27 aprel işğalı zamanı N.Nərimanovun rəhbərlik etdiyi
azərbaycanlı bolşeviklərin sayı 300 nəfərdən artıq deyildi (39, 92). Tarix
aşkarladı ki, bunlar ictimai əmlakı talamaqla eyş-işrət içərisində yaşamaq
arzusunda olan ―macəraçılar‖ idi. İki milyonluq xalqın içində 300 nəfər
xəstənin olması çox böyük göstərici olmasa da, artıq millət üçün yaşatdığı
faciədən tarix özü danışdığından, burada əlavə bəhs etməyə ehtiyac yoxdur.
Rus imperiyasının mədəni həyatında dərin izlər buraxan 1905-ci il
inqilabına qədər Azərbaycan xalqına milli mənlik şüuru, özünüdərk
doğuran, dövrün tələblərini xalqın diqqətinə çatdıran ədəbiyat, teatr,
mətbuat, maarifin əsaslarının yaradılmasının nəticəsi idi ki, inqilabın elə ilk
günlərində xalq dövlət idarələrində, ictimai yerlərdə onun tatar, dilinin tatar
dili adlandırılmasına qəti etiraz etdi, məhz Azərbaycan türkü
adlandırılmasına nail oldu (37, s. 27).
İnqilabi şəkildə milli özünü adlandırma, milli mənlik şüuruna keçid
Azərbaycan xalqının milli ideallar naminə təşkilatlanmasına vüsət verdi.
Əlbəttə, bunun çoxsaylı səbəbləri arasında Ş.C.Əfqaninin milli vəhdət
fəlsəfəsini milli ideologiyaya çevirmiş tələbələri Ə.Ağaoğlu və
Ə.B.Hüseynzadənin Azərbaycan milli hərəkatına rəhbərlik etməsi idi. Məhz
onların 1905-ci ildə birbaşa ―Həyat‖ və ―Kaspi‖, ―Füyuzat‖ qəzetlərinə
rəhbərlik (redaktorluq) etməklə Ş.C.Əfqaninin milli vəhdər fəlsəfəsi
397
əsasında
yaradılan
milli-mənəvi
həyatın
canlandırılması
və
təşkilatlandırılması idi. Çarizmin bütün müqavimətinə baxmayaraq, milli
mətbuat vasitəsi ilə milli həyatın canlandırılması elə vüsət aldı ki, 1906-cı
ildən 1918-ci ilə qədər 12 il müddətində milli ideologiya zəminində 60-a
qədər qəzet və jurnal nəşr olundu (38, s.15).
Artıq 1905-ci il inqilabı başlayanda aydın milli şüura malik ziyalı, zadəgan,
fəhlə, kəndli, tacir, doğma ata kimi çıxış edən milli burjuaziyadan ibarət,
―türkləşmək, islamlaşmaq, müasirləşmək‖ müddəalarından ibarət yaradıcı
milli fəlsəfə zəminində vahid orqanizmə çevrilmiş Azərbaycan türklüyü var
idi. Toplumun idrak təcəssüm etdirib milli iradə nümayiş etdirə bilməsi
üçün fəlsəfi, ideoloji və siyasi liderin zəruriliyini nəzərə alsaq, Azərbaycan
türklərinə dövrün Ə.B.Hüseynzadə və Ə.Ağaoğlu kimi böyük dahilərin
rəhbərlik etməsi onun tərəqqi yoluna çıxmasının əsas səbəblərindəndir.
Təəssüf ki, kommunist Rus sovet tarixçiliyinin tərkib hissəsi olan
Azərbaycan sovet tarixçiləri xalqımızın mənəvi və ərazi itkilərindən
məlumat vermədən XIX əsrdə xalqımızı tam tənəzzül etmiş, ilk öncə çar
Rusiyasının əsarətində bir qədər mədəniləşmiş, XX əsr kommunist Rus
əsarətində ―çiçəklənən‖ bir xalq olduğundan bəhs edirlər. Hansı ki,
Azərbaycan xalqı Rus əsarətinə qarşı mübarizə şəraitində XIX əsrdə milli
tərəqqi yolunu qoruyub yaşadan böyük bir nəsil − şair, yazıçı, pedaqoq,
tarixçi, filosof − yaradıcı ziyalı yetişdirmişdir. XIXəsrin sonu XX əsrin
əvvəllərində Azərbaycan xalqının milli-mənəvi yaradıcılığı nəinki öz
tələbatını ödəmişdi, bəşər mədəniyətini qidalandırıb zənginləşdirmək
səviyəsinə çatmışdı. Xüsusilə tənəzzülə düşmüş xalqların mənəvi-sosial,
ideoloji-siyasi terapiyası sahəsində yaradılmış elmi, fəlsəfi, tarixi, əsərlər
bəlkə də dünyanın heç bir xalqı tərəfindən yaradılmamışdır. 1905-ci il Rus
inqilabı başlayanda tarix özü buna şahidlik etdi. Rus inqilabı Avropa burjua
inqilablarından fərqli, Avropa dövlətlərinin, siyasi xadimlərinin planlı
yönəltdiyi sosialist-proletar inqilabı idi (40). Belə ki, inqilabi hərəkatı
demokratik quruculuq uğrunda burjuaziya deyil, RSD(b)FP-nin rəhbərlik
etdiyi azadlıq, demokratiya haqqında heç bir təsəvvürü olmayan rus
proletariatı sosial ədalət demoqoqiyası ilə başladı. Fəhlə hərəkatının təsiri
altında çarın güzəşti ilə Rusiyada burjua partiyaları yarandı və liberal
islahatlar uğrunda mübarizəyə qoşuldu. Çarizmin bu güzəştlərindən rus
burjuaziyasından əlavə məhdud səviyədə əsarət altına salınmış xalqlara da
aid edildi. Odur ki, məhkum xalqların burjuaziyası, ziyalı və zadəganı da bu
güzəştdən cüzi istifadə edə bildi.
Azərbaycanın sənaye mərkəzi Bakı Sankt-Peterburqdan sonra Rus
imperiyasının ikinci proletar mərkəzi kimi qiymətləndirilsə də, inqilab
1903-cü ilin yayında buradan başladı, 1904-cü ilin dekabrında burada
398
―mazut konstitusiyası‖ adlandırılan hakimiyətin güzəştə məcbur
ediməsindən sonra 1905-ci ildə bütün imperiyanı əhatə etdi. İnqilabın
gedişində dünya proletariatının vahid birliyi şüarı ilə çıxış edən RSD(b)FP
nəinki türk-müsəlman xalqların fəhlə və digər zəhmətkeş zümrələri ilə
müttəfiqlik qurur, onların sıxışdırılmasında çarizmlə müttəfiq kimi çıxış
edirdilər. İnqilabi proses bütün Qafqaz hüdudunda çarizmlə RSD(b)FP-nin
müttəfiqliyi şəraitində milli qırğınla müşaiyət olunurdu. Ermənilər
Qafqazda türk-müsəlmanların qırğını üçün çarizmin vasitəçisi olduğu kimi,
RSD(b)FP-nin də aləti idi. Həyasızlıq o dərəcəyə çatmışdı ki, inqilabın ilk
günlərində ermənilər Bakıda Ramana, Balaxanı, Suraxanı, Zabrat və b.
ərazilərdən azərbaycanlı kəndliləri doğma torpaqlarından köçürülməsi
tələbi ilə çıxış etməklə bərabər, bunun ardınca özlərinə məxsus qorxu və
vahimə yaratmaq taktikası tətbiq etməyə başladılar. Bütün Qafqazda
ermənilər vasitəsi ilə kütləvi milli qırğın başladı. Çarizmin bu amansız
təcavüzü, irqçiliyi RSD(b)FP-nin beynəlmiləlçiliyi ilə üst-üstə düşürdü.
Təcavüz o qədər amansız idi ki, türk-müsəlmanlar üçün vəziyət çıxılmaz
görünürdü. Vəziyəti dərindən təhlil edən Şərq və Qərb fəlsəfəsinə
mükəmməl yiyələnmiş, Şərq inqilabı fəlsəfəsinin yaradıcısı, Ş.C.Əfqaninin
yaradıcı tələbəsi, mənəviyat qanunlarını dərindən bilən Ə.Ağaoğlu bildirdi
ki, təcavüzün qarşısı alınmasa, qorxu xalqın ruhuna hoparsa, bu millətin
sonu olacaq. Bir an gözləmədən fəaliyətə keçilməlidir. Beləliklə,
Ə.Ağaoğlu ―öz həyatından əl çəkəcək dərəcədə‖ (43, s. 21) təhlükəyə
atılaraq, düşməni dəf etmək üçün xalqı səfərbər etmə təşəbbüsünə girdi.
İlkin olaraq problemi qanun və hüquq çərçivəsində həll etmək üçün Qafqaz
canişini Voronsov-Daşkovun qəbuluna Ə.Ağaoğlu başda olmaqla millət
vəkilləri Kərbəlayı İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov,
Məmmədağa Vəkilov, Qarabəy Qarabəyov, Ələkbər Xanməmmədov, Ədil
xan Ziyadxanov və b. ibarət nümayəndə heyəti təşkil olundu. 1906-cı il
fevralın 20-də Qafqaz canişini Voronsov-Daşkov erməni nümayəndələri ilə
birlikdə Azərbaycan nümayəndə heyətini qəbul etdi. Qafqaz canişini etiraf
edir ki, o, bütün hadisələrdən xəbərdardır, Daşnaksütyunun terror fəaliyəti
qarşısında rus hökuməti acizdir. Azərbaycan nümayəndə heyəti bütövlükdə
qətiyətli idi. Lakin Ə.Ağaoğlu tamamilə fərqli idi. Canişinin dediklərinə
cavab olaraq Ə.Ağaoğlu ona bildirdi: ―İndi ki, belədir, indi ki, bir müsəlləh
partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib və
nəinki əlac etməyir, bəlkə onunla həməqidədirlər. Bizim istər hökumətdən,
istər ermənilərdən belə partiyanın götürülməyini təmənna etməyimiz
faydasızdır. Biz ancaq özümüz öz əlacımızı edək. Bizim də gərək
mükəmməl və müsəlləh partiyamız olsun. Bizim də gərək
daşnasütyunlarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə işlərə dözür,
399
gərək o biri tərəfdən də dözə, yoxsa ki, hərc-mərclik olar‖ ( Dostları ilə paylaş: |