Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   31   32   33   34   35   36   37   38   ...   98
AMEA-National Philosophy-2019


Xəliyəddin  Xəlilli 

 

OD FƏLSƏFƏSĠNĠN ĠLKĠN VƏTƏNĠ AZƏRBAYCAN,  

ġ.C.ƏFQANĠ VƏ  M.Ə.RƏSULZADƏ 

 

Mütləq  ruhun  bəşər  tarixində  ilk  dəfə  Azərbaycanda  doğub,  insan  ruhuna 



377 

 

qovuşub  dünyanı  dərk  etmə  elmi  −  ―Od  fəlsəfəsi‖nin  Azərbaycanda 



yaranması,  bu  ölkənin  elmi-intellektual  səviyəsinin  yüksək  olması  ilə 

zaman-zaman  dünyanı  mənəvi  intellektual  dəyərlərlə  qidalandırmaqda 

mühüm rol oynamışdır (11, s.6-11; 12,  8, s.37-38,72; 13, s. 34; 14, s. 322, 

376-377; 16, s. 299-302). 

Azərbaycan dünya zəka işığının − ruhunun ilk ocağı olmaqla bəşəriyətin ilk 

yaradıcılıq enerjisini vermişdir. Bəşəriyətin Azərbaycandan doğan zəka-ruh 

hadisəsini  məşhur  Amerika  filosofu  Uill  Dürant  obrazlı  şəkildə  aşağıdakı 

kimi  təsvir  edir:  ―Əgər  siz  Avropanın  xəritəsini  nəzərdən  keçirsəniz,  onda 

asanlıqla  müşahidə  edəcəksiniz  ki,  Yunanıstan  sanki  əyilmiş  barmalarını 

Aralıq  dənizinə  tərəf  uzadan  bir  skelet  əlinə  bənzəyir.  Ondan  cənubda 

böyük  bir  ada  −  Krit  adası  yerləşir.  Bizim  eradan  əvvəl  ikinci  minillikdə 

həmin o qəsbkar barmaqlar həmin o adadan sivilizasiyanın və mədəniyətin 

başlanğıcını  ələ  keçirə  bilmişdir.  Egey  dənizi  boyunca  Şərqə  doğru  Kiçik 

Asiya yerləşmişdir; həmin Kiçik Asiya bu gün sakit və durğun görünsə də, 

o  vaxt  −  Platon  dövrü  ərəfəsində  öz  sənayesi,  ticarəti,  mücərrəd 

mühakimələri ilə çiçəklənmə çağını keçirirdi. İoniya dənizi boyunca qərbə 

doğru  isə  sanki  dənizdə  əyilmiş  bir  qüllə  kimi  görünən  İtaliya,  sonra 

Siciliya  və  İspaniya  durur.  O  günlər  onların  hər  birində  çiçəklənən  yunan 

koloniyaları  vardı.  Və  nəhayət,  o  vaxt  ―Herakl  sütunları‖  adlanan 

Cəbəllütariq  boğazı;  bu  elə  bir  qaranlıq  qapı  idi  ki,  onu  antik  dənizçilərin 

əksəriyyəti  keçməyə  cəsarət  etməzdi.  Şimalda  isə  Fessaliya,  Epir  və 

Makedoniya  adlı  hələ  ki,  mədəniyətdən  uzaq,  yarı  vəhşi regionlar  var  idi. 

Bu regionlardan gələn və ya onlardan adlayaraq cənuba doğru sel kimi axan 

enerjili tayfalardan Homer və Perikl yunanıstanının dühası törəyir... 

Xəritəyə  sonuncu  dəfə  bir də  baxın  və  Afinanın  tutduğu  mövqeyi  diqqətlə 

müşahidə  edin:  bu,  Yunanıstanın  böyük  şəhərləri  içərisində  onun  ən  uzaq 

şərqində  yerləşəndir.  O,  Yunanıstanın  sanki  bir  qapısı  olmaq  üçün  son 

dərəcə  əlverişli  vəziyətdədir.  Məhz  bu  qapı  vasitəsi  ilə  yunanlar  Kiçik 

Asiyanın işgüzar şəhərlərinə keçə bilər, eləcə də Asiyanın qədim şəhərləri 

öz zinət əşyalarını öz mədəniyətlərini gənc Yunanıstana göndərə bilirdilər‖ 

(15, s. 11-12). 

Beləcə,  Avropanın  ilk  qabaqcıl  xalqı  yunanlar  varlıq  qanunları  fəlsəfəni 

Zərdüşt-Avesta-Od    fəlsəfəsini  Azərbaycan  maqlarından  mənimsədilər. 

Maqlar  ilk  yunan  filosoflarının  müəllimləri  oldu.  İlk  yunan  filosofları 

Avestanı oxuyub mənimsəmələri, yüksək qiymətləndirmələri, onun müəllifi 

Zərdüştdən,  dövrü  və  xdmətindən  ətraflı  məlumat  verdilər.  Azərbaycan 

maqlarının şagirdi olması haqqında  ətraflı məlumatı olan Pifaqor fəlsəfəni 

hikmətsevərlik,  ―hikməti  sevmək‖  mənasında  Avestadan  mənimsəmişdir 

(11, s. 6-11; 12, s. 8-10, 40-78; 16, s. 299-308). 



378 

 

Tarixi faktlar fəlsəfənin dünyada üç mərkəzi kimi göstərilən Hindistan, Çin, 



Yunanıstan varlığın od, torpaq, su, hava başlanğıcı haqqında fəlsəfəni, onun 

qanunlarını  özündə  ehtiva  edən  Zərdüşt-Avesta  fəlsəfəsini  Azərbaycandan 

mənimsəmişdir.  

Bütün  Asiyada  mənimsənilib,  üç  imperiyanın  dövlət  dininə  çevrilmiş 

Zərdüşt fəlsəfəsi − dininin ziyarətgahının ancaq Azərbaycanda olmasını ört-

basdır edib, bunu diqqətdən yayındıran uydurma hind-avropa nəzəriyəçiləri 

―od fəlsəfəsi‖nin kəşfini adlarına çıxmışlar.  İngilis fəlsəfə tədqiqatçısı Meri 

Boysun  qənaətinə  görə  Zərdüşt-Avesta  fəlsəfəsi  bəşəriyətə  bütün  etiqad 

növlərindən daha artıq dərəcədə təsir göstərmişdir (12, s. 48). 

―Ya  Mazda,  yaxşı  oda,  bilik  mənbəyinə  can  atmaqla‖,  ―Od  elmimizi 

verməkdə  davam  edir  uca  Armati‖  −  deyə  ―işıq  elmindən‖  bəhs  edən, 

sonralar  fəlsəfənin  yeni  mərkəzləri  kimi  formalaşan  Hindistan,  Çin  və 

Yunanıstan ―Od fəlsəfəsi‖ni (17, s.53-55, 66-67; 15, s. 11-12; 12, s. 37-38), 

ilahi elmi, Zərdüştdən, onun qanunlarını ―Avesta‖ kitabından mənimsədilər. 

Beləcə  bütün  qədim  dövr  və  orta  çağda  Azərbaycan  dünya  elm  və 

fəlsəfəsində öz mövqeyini birincilər sırasında qoruyub saxladı (12; 17; 18; 



19). 

Yer  məkanında  Mütləq  ruhun  ilkin  doğduğu  Azərbaycandan  əqli  zəka  və 

elmi biliklərin Avropa da daxil olmaqla  müxtəlif ölkələrə axını davam etdi. 

XVII  əsrin  sonu  −  XVIII  əsrdə  elm  Şərqdən-Qərbə  keçdiyi  zaman 

Avropada  elmi-nəzəri  təfəkkür  VIII  əsr  İslam  Şərqi  səviyəsində  deyildi. 

XVIII  əsrdə  Avropa  elmləri  və  fəlsəfəni  Şərqdən  hazır  aldı.  Qərbi 

Avropanın  bu  dövr  elmi  durumuna  nəzər  saldıqda  aydın  olur  ki,  onun  bu 

dövrdə  nail  olduğu  elm  İslam  Şərqindən,  birinci  növbədə  Azərbaycan 

alimlərini plagiatdan başqa bir şey deyildir (12; 15; 16; 17; 18; 19; 20, 35; 

21, s. 76; 22, s. 98-133). 

Şərq-Qərb münasibətlərindən bəhs edən rus sovet tarixçisi S.Smirnov yazır 

ki, XV-XVII  yüzillikdə Avropa Şərqdən (Osmanlı nizamından) həvəslə və 

məcburiyət qarşısında özünə lazım olanı öyrənib mənimsəyirdi, Şərqə həsəd 

aparırdı.  Şərq  ruhu  Avropaya  daxil  olub,  onu  çalxalayıb  oyadırdı  (19,  s. 

151-152). 

Şərqdən  elmi,  fəlsəfəni,  mədəniyəti  mənimsəyib  dərhal  iqtisadi,  siyasi-

sosial,  mənəvi-ideoloji  həyata  tətbiq  edən  Avropa  milli  həyatın  bütün 

sahələrində  uğur  qazandılar.  Beləliklə  elm,  sosial-siyasi,  mənəvi-ideoloji 

sahədə  uğurlar  qazanan  Şərqlə  müqayisədə  üstünlüyə  nail  olan  Avropa 

siyasi xadimləri və elm adamları avropalıların ali irq olub, dünyada elm və 

mədəniyəti də əzəldən onların yaradıb yayması haqqında irqçilik nəzəriyəsi 

yaratdılar. Dünyanın kütləvi işğalına başladılar və sürətlə bu siyasəti həyata 

keçirdilər. 


379 

 

Şərqdən  əxz  etdiyi  elm  və  fəlsəfə  ilə  qazandığı  yaradıcılıq  enerjisini 



xalqların  işğalı  və  əsarətinə  sərf  edən  Avropa  öz  ölkələri  istisna  olmaqla 

dünyanın  qalan  bütün  xalqlarının,  birinci  növbədə  də  türk-müsəlmanların 

səfaləti  və  alçaldılmasına  yönəltdilər.  Bütün  bəşəriyət  Avropa  əsarətində 

inləməyə məcbur edildi.  

Avropanın  ən  məşhur  şərqşünas  filosofu  E.Renanın  mülahizələrinə  görə, 

İslam dini elmə, fəlsəfəyə, azadlığa təşviq etmir. İslam aləmində fəlsəfə ilə 

məşğul  olanların  hamısı  məhv  edilmiş,  kitabları  yandırılmışdır.  O,  Şərq-

İslam  fəlsəfəsi  haqqında  bu  qənaətdə  idi  ki,  ―İslam  fəlsəfəsi  deyilən  şey 

yunan  fəlsəfəsinin  tör-töküntüsündən  başqa  bir  şey  deyildir  və  heç  kəs 

onlara müraciət edib faydalanmayıb‖ (5, s.52). 

Beləcə,  bəşəri  sivilizasiyanın  beşiyinin,  bütün  yaradıcılığa,  insanlığa 

töhfələri  danılır,  amansızcasına  alçaldılır,  təhqir  olunurdu.  Ədalətsizlik, 

insafsızlıq,  ölçüsüzlük  o  həddə  çatmışdı  ki,  sanki  hər  şey  taleyin  ümidinə 

buraxılmış, Allahın müdaxiləsinə qalmışdı.  

Gözlənilən baş verdi. Mütləq ruh Azərbaycandan dünyaya ―Od fəlsəfəsi‖ni 

Azadlıq  −  İstiqlal  ideologiyası  kimi  yenidən  doğdu.  Onun  banisi 

avropalıların  ―Böyük  bir  müsəlman‖,  ―Böyük  bir  şərqli‖,  ―Müsəlman 

dünyasının  mümtaz  siması‖  adlandırdığı  Şeyx  Cəmaləddin  Əfqani  idi. 

Ş.C.Əfqani  Azərbaycanda  doğulmuş  Azərbaycan  türkü  idi.  Hindistanlılar 

onu  −  hind,  ərəblər−  ərəb,  farslar  − fars,  əfqanlar  −  əfqan  kimi  tanıyır  və 

qiymətləndirir,  Anadolu  türkləri  də  onu  özününkü  hesab  edirdi.  Bütün 

dünyada  elm  və  fəlsəfədə  birincilik  qazanmış,  lakin  elm  və  fəlsəfənin 

mahiyətindən 

imtina  edib,  ―ilahi  elm‖  olan  fəlsəfəni  Avropa 

müstəmləkəçiliyinin  alətinə  çevirən  Avropa  alim  və  filosoflarının  fəlsəfi 

mühakimə və şərhləri ilə razılaşıb səhvlərini etiraf etdirməsindən görünür 

ki,  o,  adi  istedad,  talant  deyil.  Mütləq  ruhun  ilkin  ocağı  Azərbaycandan 

nurlanan  bəşəri  dahi  idi.  Mülahizələri  ilə  Avropa  filosoflarının  rəğbətini 

qazanıb,  onları  ilahi  fəlsəfə  yoluna  qaytarmağa  müvəffəq  olduğundan, 

dövrünün  birinci  bəşəri  filosofu  səviyəsinə  yüksələn  Ş.C.Əfqani  həm  də 

dövrünün  ən  parlaq  din  xadimi  idi.  Odur  ki,  onun  şərhlərində  tərəqqinin, 

tənəzzülün,  elmin,  fəlsəfənin  inkişaf  səbəbləri,  tarixi  və  rolu  çox  aydın  və 

dəqiq  izahını  tapdığından  mübahisəsiz,  birmənalı  qəbul  olunurdu.  O, 

Avropa  mərkəzçilik  ideologiyasının  təkzibi  üçün  Parisdə  fəlsəfə  klubunda 

Avropa  filosofları  qarşısında  konkret  faktlara  istinadən  söylədiyi  nitqində 

―Dünyanın  sultanı  həmişə  elm  olmuş,  elmdir  və  elm  olaraq  qalacaqdır... 

Dünyanın  həqiqi  hökmdarı  olan  elm  ancaq  vaxtaşırı  paytaxtını  dəyişmiş, 

gah Məşriqdən Məqribə, gah da Məqribdən Məşriqə getmişdir. Bütün var-

dövlət,  sərvət  əsasən  elmin  məhsullarıdır...  Dünya  elm  üstündə  bərqərar 

olur. Elmi bəşəriyətin əlindən alsan, daha dünyada insanlıqdan əsər qalmaz. 


380 

 

Elm  bir  nəfərin  gücünü  on  nəfərə,  min  və  on  min  nəfərə  bərabər  edir‖. 



Avropa  müstəmləkəçiliyinin  qələbələrinin  səbəbində  elmin  rolundan  bəhs 

edərək  deyir:  ―Bütün  dünyanı  öz  təsiri  altında  saxlayan  Avropanı, 

Hindistanı zəbt etmiş ingilisi, Tunisi işğal etmiş Fransanı götürün Bunlar nə 

ingilisin  hünəridir,  nə  də  fransızların,  bunlar  ancaq  onların  elminin 

hünəridir‖ (5, s. 196). 

―Hər halda İslam fəlsəfəsi deyilən şey yunan fəlsəfəsinin tör-töküntüsüdür‖ 

deyən  E.Renana  cavab  olaraq  Ş.C.Əfqani  bildirdi  ki,  ―Elmə  qarşı 

mühafizəkarlıq bütün dinlərdə olmuşdur. Katolik dinində bu, indi də vardır. 

Amma nəzərə almaq lazımdır ki, İslam dininin yaranması ilə ərəb dünyası 

vəhşilikdən  xilas  oldu.  Xüsusən  İran  (Azərbaycan  −  X.X.)  və  yunan 

fəlsəfəsini  əldə  etdikdən  sonra  ərəb  elmləri  misli  görünməmiş  şəkildə 

sürətlə  inkişaf  etdi  və  bu  inkişaf  ərəblərin  nüfuzu  altında  olan  bütün 

məmləkətlərdə  hiss  olundu.  O  zaman  Rum  və  Bizans  asimani  və  fəlsəfi 

elmlərin mərkəzi idi. Sonra elə bir zaman gəldi ki, bu iki mədəniyət alimləri 

təhqiqat  və  tədqiqatdan  geri  qaldılar  və  elm  üçün  qaldırdıqları  bayraqlar 

yox  oldu.  Ərəb  ayıldı  və  mədəni  millətlərin  əldən  verdikləri  elmi  əldə 

etməyə  çalışdı.  Buna  görə  də  onlar  köhnəlmiş  elmləri  təzədən  diriltdilər. 

Ərəblər həmin köhnəlmiş elmlərə o qədər gözəllik və parlaqlıq bəxş etdilər 

ki,  heç  bunlar  keçmişdə  o  elmlərdə  yox  idi‖.  Sözünə  davam  edən 

Ş.C.Əfqani dedi ki, ―bu doğrudur ki, ərəblər fəlsəfəni yunanlardan almışlar. 

Ərəblərə məxsus elmlər iranlılardan (azərbaycanlılardan − X.X.) gəlirdi, bir 

fərqlə  ki,  bu  elmləri  ərəb  alimləri  genişləndirmiş,  ona  məntiqi  nizam  bəxş 

etmişlər.  Bunun  oxşarlığını  başqa  millətdə  az  tapmaq  olar.  Fransızlar, 

almanlar, ingilislər Rumdan və Bizansdan o qədər də uzaq deyildilər. Bu iki 

elm  xəzinəsindən  istifadə  etmək  onlar  üçün  daha  asan  idi,  amma  buna 

baxmayaraq  istifadə  etməmişlər.  O  vaxta  qədər  ki,  ərəb  mədəniyətinin 

məşəli  Bizans  dağlarının  başında  nur  saçan  gün  gəlib  çatdı  və  öz  işığını 

Qərbə  tərəf  saldı.  Artıq  elə  bir  vaxt  gəldi  ki,  avropalılar  Aristoteldən 

asanlıqla  istifadə  etməyə  başladılar,  halbuki  ərəb  ictimaiyətində  Aristotel 

çoxdan  dolaşırdı.  Aristotel  ərəb  paltarı  geyənə  qədər  Avropa  ona  maraq 

göstərmir və heç onu xəyalına da gətirmirdi‖ (5, s. 53-54). 

Ş.C.Əfqani yekun olaraq bildirdi ki, bir vaxtlar avropalılar elmləri Şərqdən 

əxz etmişlər, indi ―biz Avropaya müraciət ediriksə, öz malımızı geri istəmiş 

oluruq‖ (5, s.23). 

Ş.C.Əfqani  çıxışına  son  verəndə  fəlsəfə  klubunda  −  zalda  heyrət,  həsəd, 

etiraz səsləri bir-birinə qarışdı. O, yenidən kürsüyə yaxınlaşdı. Əvvəlkindən 

fərqli  olaraq  bu  dəfə  Ş.C.Əfqani  kürsüyə  yaxınlaşanda  bir  anda  səslər 

kəsildi,  zalda  tam  sakitlik  yarandı.  O,  elm  haqqında  çıxışına  obrazlı  bir 

əlavə edərək dedi: ―Elm ki, bu qədər gözəlliyə və hüsnücamala malikdir, o, 


381 

 

insanlığı heç vaxt mükəmməl surətdə razı sala bilməz. Həmin insanlıq son 



idealı əldə etməyə can atan ictimai varlıqdır və alimlərin, filosofların görə 

bilmədiyi  bütün  qaranlıq  üfüqlərdə  pərvaz  etmək  istəyir‖  (5,  s.  54).  Onun 

bu  obrazlı  ifadəsi  artıq  heç  kimdə  etiraz  oyatmadı.  Yeni  fikir,  zəka  çırağı 

olması  hamıya  aydınlaşdı.  Paris  fəlsəfə  klubunun  liderlərindən  E.Renan 

kürsüyə yaxınlaşıb, sükut içində Ş.C.Əfqaniyə baxmaqda olan dinləyicilərə 

bildirdi: ―Təqribən iki ay əvvəl tanış olduğum Şeyx Camaləddin şəxsən məni 



öz təsiri altına salmışdır. Onunla mən hər dəfə söhbət edəndə mənə elə gəlir 

ki,  İbn  Sina,  İbn  Rüşd  və  yaxud  insanları  əsarət  zəncirindən  qurtarmağa 

çalışmış başqa Şərq dahilərindən biri ilə üzbəüz oturub söhbət edirəm (5, 

s. 54). 

Özünü  alim,  filosof  kimi  göstərən  idrakı  sönük  müasirlərindən  və  eyni 

zamanda  müasirlərimizdən  fərqli  olaraq  Ş.C.Əfqani  Avropada  elmi  və 

fəlsəfəni    əlahiddə,  əlçatmaz  hesab  edib  qarşısında  vahimələnmədi 

(Fəlsəfənin  üç  qanunu  Azərbaycanda  −  bəşəriyətin  ilk  filosofu  Zərdüşt 

tərəfindən  kəşf  olunmuş  və  ―Avesta‖  kitabında  şərh  olunmuşdur.  Bundan 

sonra  fəlsəfənin  anlayışlarından,  ayrı-ayrı  predmet  və  hadisələrindən  bəhs 

olunmuşdur − X.X.).  

Təhsilindən  və  tərcümeyi-halından  göründüyü  kimi,  Ş.C.Əfqani  Paris 

fəlsəfə  klubunda  Avropa  filosofları  ilə  polemikada  o,  Şərq  filosoflarının 

fəlsəfi  baxışlarına  söykənirdi.  Bu  sahədəki  bilikləri  əsasında  Avropa 

filosoflarını  İslam  Şərq  fəlsəfəsini  dərk  etmədikləri  qənaətinə  gətirdi, 

razılaşdırdı.  ―Elmin  vətəni  yoxdur‖,  ―elm  onu  mənimsəyənindir‖  deyən 

Ş.C.Əfqani elə bu dövrdən Avropa filosoflarının ―Avesta‖ kitabında təqdim 

olunan  fəlsəfənin  qanunları,  Şərqdən  aldıqları  elmi  bilgilər  əsasında 

təbiətşünaslığın və sosial həyatın dərkini yeni səviyəyə qaldırılması şərhləri 

ilə tanış oldular. Ş.C.Əfqani sübut etdi ki, varlığın bütün formalarının dərki 

onun  haqqında  çoxsaylı  informasion  məlumatlarla  deyil,  onun  varlığını 

ehtiva edən təməl qanunlarının dərki və qiymətləndirilməsindən keçir. 

Ş.C.Əfqaninin Avropadakı elmi görüşləri heç də böyük Avropa mütəfəkkiri 

K.Yaspersin dediyi kimi ―əzəli bilmək arzusundan (23, s. 514) doğan elmi 

fədakarlıq,  deyil,  ―əzəli  sübut  etmək  müdrikliyi  idi;  Mütləq  ruhun  ilkin 

ocağında  nəinki  yenidən  doğması,    hələ  sönməməsi,  bu  ocağın  yenidən 

canlanması  kimi  də  qiymətləndirilə  bilər.  Göründüyü  kimi,  Ş.C.Əfqani 

nəinki  Avropa  elm  və  fəlsəfəsinin  nüfuzu,  təsiri  altına  düşür,  elmi-fəlsəfi 

eridusiyası, idrakı səviyəsi ilə ondan üstün olduğunu nümayiş etdirərək, elm 

və  fəlsəfə  nümayəndələrində  heyrət  doğurur.  Onlara  qarşı  iddialarla  çıxış 

edir. 


Milliliyin  və  dindarlığın  fövqündə  duran,  bəşəri  mütəfəkkir  Ş.C.Əfqani 

―azadlıq  və  demokratiya‖  libası  geymiş  Avropanın  təcavüzünü  dəf  edib, 



382 

 

Şərq  xalqlarının  müstəmləkə  əsarətindən  qurtarıb,  azad  milli  cəmiyət 



quruculuğuna  çatdırmağın  yolunu  müəyyən  etmək  missiyasını  üzərinə 

götürmüş  kimi  çıxış  edirdi.  Fəaliyətindən  göründüyü  kimi,  o,  həyatını  bu 

bəşəri missiyanın həllinə həsr etmişdi. 

Problemə  təsir  göstərmək,  onun  həllinə  nail  olmaq  üçün,  birinci  növbədə 

ona düzgün yanaşma  metodu tapılmalı idi. Ş.C.Əfqani tərəqqi və tənəzzlü 

tarixi  bir  qanunauyğunluq  kimi  qiymətləndirsə  də,  eyni  zamanda  hər  bir 

xalqın tənəzzülünün onun mənəvi durumundan, ruhundan doğduğunu, onun 

çoxşaxəli  səbəblərini  də  yüksək  səviyədə  görürdü.  Tarix  dəfələrlə  sübut 

etmişdir  ki,  insan,  cəmiyət,  xalq  ağır  vəziyətə  düçar  olarkən  fəlsəfəyə  üz 

çevirməkdən, ona sığınmaqdan başqa çarəsi qalmır (14, s.323). 

İlahi  fəlsəfəyə  vaqif  olan  Ş.C.Əfqani  tarixi-mənəvi  yaradıcılığı  ilə  bütün 

bəşəriyətə  yaradıcılıq  ruhu  və  nümunəsi  vermiş,  nəhayət  sönüb 

müstəmləkəçilərə  yem  olan  Şərqin  ayağa  qaldırılması,  insanlıqda  yerini 

almasının fəlsəfi ruha yiyələnmədən keçdiyini bütün incəliyi ilə dərk edən 

Ş.C.Əfqani  fəlsəfəyə  üz  tutaraq  yazdı:  ―Fəlsəfə  insan  əxlaqını 

müəyyənləşdirən elmdir, fəlsəfə dünya mədəniyətinin əsasıdır‖ (5, s. 195). 

Bunun  ardınca  insanlığın  mənəvi  dünyasında,  onun  bütün  səviyəsində 

fəlsəfi ruhun funksiyasını bütün aydınlığı ilə şərh etdi. Fəlsəfənin tərkibində 

elmin  funksiyasından  bəhs    edən  Ş.C.Əfqani  göstərir:  ―dünyanın  sultanı 

həmişə elm olmuşdur, elmdir və elm olaraq qalacaqdır... Deməli bütün var-

dövlət,  əsasən  elmin  məhsuludur.  Dünya  elm  üstündə  bərqərar  olur.  Elmi 

bəşəriyətin əlindən alsan, daha dünyada insan qalmaz‖ (15, s. 196-197). 

Elmləri  ayrı-ayrılıqda  təsnif  edən,  onun  predmetindən  bəhs  edən,  onların 

əlaqə və münasibətlərini şərh edən Ş.C.Əfqani əsaslandırır ki, ―elmlərin heç 

biri öz mövzu dairəsindən kənara çıxmır. Yaxşı diqqət etsək görərik ki, bu 

elmlərin hər birinin mövzusu ümumi elmin bədəni üçün bir üzv kimidir və 

bunların  heç  biri  ayrı-ayrılıqda  yaşaya  bilməz  və  bəşəriyətə  xeyir  də  verə 

bilməz...  Deməli,  elə  bir  elm  gərək  ki,  bütün  elmlərin  ümumi  ruhu  kimi 

olsun  və  onların  hər  birini qoruyub  saxlasın,  onların hər  birinin tərəqqi  və 

inkişafına zəmin yaratsın − bu, fəlsəfə elmidir‖ (5, s. 197). 

―Dünya  elm  üstündə  bərqərar  olur.  Elmi  bəşəriyətin  əlindən  alsan,  daha 

dünyada insan qalmaz‖ − yazan Ş.C.Əfqaninin elmin funksiyası və faydası 

haqqında  şərhindən  görünür  ki,  onun  qənaətincə  elm  heç  də  həmişə 

insanlığa  yaradıcılıq  ruhu,  fayda  vermir.  Elm  ancaq  fəlsəfi  təfəkkür 

mühitində yaradıcılıq göstərə bilir. O, bu haqda yazır: ―Bir millətdə fəlsəfə 

yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar tapa 

bilməz  və  həmin  millət  ayrı-ayrı  elmlərdən  lazımi  nəticə  çıxarmaqda 

çətinlik  çəkər‖.  Şərhinə  davam  edən  Ş.C.Əfqani  yazır  ki,  fəlsəfi  ruh 

olmadan  elmlərdən  nəticə çıxarmaq  mümkün  olmur  (5,  s.  197).  O,  sözünə 


383 

 

davam edərək yazır: ―Deyə bilərəm ki, fəlsəfi ruha malik olan bir millətdə 



ayrı-ayrı elmlər olmasaydı, şübhəsiz, həmin fəlsəfi ruh milləti başqa elmlərə 

yiyələnməyə vadar edəcək. İnsanda insanlığı oyadan, insanın şərəfini bəyan 

edən,  insana  doğru  yolu  göstərən  də  fəlsəfədir.  Mənən  tənəzzülə  uğrayan 

millətin,  hər  şeydən  əvvəl  fəlsəfi  ruhu  zərər  çəkir,  bundan  sonra  ayrı-ayrı 

elmləri və ədəb-ərkan qaydaları tamam yox  olub aradan gedir‖ (5, s. 196). 

―İnsanlığın  məzmunu...  özünün  mənlik  şüurunda  varlığını  əldə  edən  azad 

ruhdur‖ (25, s. 42) fəlsəfə ideologiyası əsasında milli demokratik dövlətlər 

quran,  məişətin,  həyatın  bütün  sahələrində  xalqlarına  yetərli  hüquq  və 

azadlıqlar  verən  Avropa  dövlət  başçıları  və  siyasətçiləri  bütün  dünyanın, 

birinci növbədə İslam-Şərq dünyasının cəlladına çevrilmişlər. Mədəniyətin, 

elmin,  fəlsəfənin  −  bütövlükdə  bəşəri  sivilizasiyanın  beşiyi  yorulmuş, 

əzilmiş, əsarət altında kölələşmiş, bir qədər də simasızlaşmış Şərqin istiqlal-

azadlıq  ideologiyasını  yaratmaq,  xalqlara  yiyələndirmək  və  həyata 

keçirmək  missiyasını  Mütləq  ruh  yenə  ―Od  fəlsəfəsi‖nin  beşiyi 

Azərbaycanın,  onun  övladı,  öz  sözləri  ilə  desək,  Ş.C.Əfqaninin  ―çiyninə‖ 

qoymuşdu.  

Ş.C.Əfqaniyə  görə,  dünyanın  göz  önündə  olan  seyri,  Avropa  və  Asiya 

xalqlarının  həyat  tərzinin  müqayisəsi  insanlığın  mahiyətinin  onun 

azadlığında, azadlığın isə insanın ruhunda olmasını zəka sahiblərinə bütün 

aydınlığı ilə göstərirdi. Beləliklə, Şərqi Avropanın müstəmləkəçiliyindən və 

özlərinin  despotik  rejimlərinin  əsarətindən,  köləliyindən  xilas  yolu  ruhun, 

onun  hələ  Avropaya  bəlli  olmayan  ən  dərin  qatlarına  enilməli,  təməlinə 

çatmalı,  bu  təməldən  onu  yenidən  hərəkətə  gətirməli  vəzifəsi  bütün 

aydınlığı  ilə  Ş.C.Əfqaninin  gözləri  önündə  dayanırdı.  İnsanlığı  köləlikdən 

xilas  etmək  üçün  o,  mənəvi-ruhi  varlıq  kimi  aydın  təsəvvür  olunmalıdır. 

Ş.C.Əfqani  insanlığın  mənəvi  varlıq  olması  haqqında  fəlsəfədəki  bilgiləri 

yeni  faktlarla  və  mülahizələri  ilə  daha  da  zənginləşdirdi.  Xalqların  tarix 

səhnəsinə gəlməsi və məhv olub yox olmasının mənəviyat hadisəsi olmasını 

faktlarla  hər  kəsin  başa  düşəcəyi  səviyədə  şərh  edirdi.  Ş.C.Əfqani  ―Milli 

vəhdət  fəlsəfəsi  və  dil  birliyinin  həqiqi  mahiyəti  əsəri‖    Onun  fəlsəfəsinin  

proqram  əsası  kimi  qiymətləndirilə  bilinər.  Müsəlman  və  Şərq  xalqlarının 

etnik  mənəvi  durumunu  bilavasitə  öyrənmək  üçün  səyyah,  dərviş  kimi 

Hindistandan  başlamış  Şərq  ölkələrini,  İslam  xalqlarının  həyatını 

öyrənməyə başladı. O, əkinçi, maldar, sənətkar, ticarətçi, ziyalı, din xadimi, 

dövlət  başçıları  ilə  görüşür,  xalqın  real  vəziyəti  və  gələcəyi  haqqında 

düşüncələri ilə tanış olurdu. O, müəyyən etdi ki, Hindistan xalqları da daxil 

olmaqla  İslam  xalqlarının  dili  müxtəlif  təsirlərdən  pozulub  elə  bir  həddə 

çatmışdır  ki,  nəinki  bu  xalqların  sosial  təbəqələri,  hətta  fərdlər  belə  bir-

birini aydın başa düşmürlər. Yazarların dilini nəinki xalq başa düşmür, hətta 


384 

 

onların  özləri  bir-birinin  dilini  başa  düşmədiklərindən  bir-birilərinin 



əsərlərini  oxuya  bilmirlər.  Ərəb  və  fars  dilində  yazmaq  ənənəsi  türk-

müsəlman  xalqlarında  milli  dil  yaradıcılığını  öldürmüşdür.  Bu  xalqlarda 

təhsilin  ərəb  və  fars  dillərində  olması,  əhalinin  çox  az  hissəsini  əhatə 

etməsi,  elmi  və  digər  bilgiləri  xalqın  üzünə  bağlanmışdı.  Təhsilin  ana 

dilində olmaması, İslam dininin öz mahiyətini itirib mövhumata çevrilməsi, 

intellektual  səviyənin  ardıcıl aşağı düşməsi,  milli  mənlik  şüurunun  ölməsi, 

mövhumatın dini İslamı şüuru, milli şüuru sıxışdırıb aradan çıxarması, onu 

məhv  etməsi  türk-müsəlman  xalqların  etnik-milli  xarakter  xüsusiyətlərini 

itirib  əfsanəvi-mövhumi  etiqadlara  yönəltmişdi  ki,  bu  da  nəticədə  xalqları 

cahil  səviyəyə  endirmişdi.  Bu  və  digər  səbəblərdən  Asiya  xalqları,  birinci 

növbədə  türk-müsəlman  xalqları  düşünmək,  yaratmaq  qabiliyətini,  həyat 

ruhunu  itirmiş,  okeanda  kompassız  qalmış,  hansı  səmtə  getmək  lazım 

olduğunu bilməyən gəmi vəziyətində idi. Odur ki, Avropanın aciz köləsinə, 

yem bazasına çevrilmişdi. 

Ş.C.Əfqani  dəqiq  müəyyənləşdirdi  ki,  Şərq  xalqları,  birinci  növbədə  türk-

müsəlman  xalqları  ciddi  mənəvi  travmalara  məruz  qalaraq,  dəyərlər  və 

intellektual  səviyə  itkisinə  uğramışdır.  Odur  ki,  bu  xalqlar  normal 

həyatlarını bərpa etmək üçün mütləq fəlsəfi terapiyadan keçməlidirlər (24). 

Fəlsəfə  tarixçiləri  hələ  qədimdən  fərdlərin  fəlsəfi  terapiya  olunduğundan 

bəhs  edir  və  onu  da  bildirirlər  ki,  fəlsəfi  terapiyanı  ilk  dəfə  XX  əsrin 

əvvəllərində  L.Vittgenşteyn,  ondan  sonra  E.Form  tədqiqata  cəlb  etmişdir 

(14, s.183-246). Lakin fəlsəfə tarixinə obyektiv yanaşdıqda bütün aydınlığı 

ilə  görünür  ki,  fəlsəfi  terapiyanı  ilk  dəfə  elmi  səviyədə  yaradan  və  tətbiq 

edən  Ş.C.Əfqanidir.  O,  birinci  dəfə  xalqların  mənəvi  durumunda,  mənəvi-

sosial  strukturunda  toplumu  yaradan  mənəvi  sistemin  element,  hissə, 

yarımsisteminin  hər  birini  ayrılıqda  təsvir  etmiş,  funksiyasını  göstərmiş, 

onu vahid sistem kimi birləşdirən vəhdət yaradıcı dəyərləri bütün aydınlığı 

ilə  əsaslandırmışdır.  Bunun  ardınca  tənəzzülə  uğramış  Şərq,  o  cümlədən 

müsəlman  xalqların  mənəvi  orqanlarının,  bütövlükdə  varlığının  müalicə 

üsul və vasitələrini diqqətə çəkmişdir.  

Dinin  vəhdət  yaradıcı  əsaslardan  olmasını  göstərən  Ş.C.Əfqani,  öz  varlığı 

dövründə dinini bir neçə dəfə dəyişib, lakin ölməyən millətlərdən bəhs edir, 

ancaq dilini  dəyişməsi  ilə toplumun  əriyib,  başqa toplumlar  içərisində  yox 

olması  faktını  diqqətə  çəkir.  Xalqları  düşdüyü  yerdən  qaldırmaq  üçün 

―şüuru-milli  məfkurə‖  lazımdır  yazan  Ş.C.Əfqani  milli  şüuru  özünüdərk, 

özünü  qiymətləndirmə,  xalqlar  arasında  yerini  göstərən  zəka,  məfkurə 

toplumun mütərəqqi gələcəyini təmin edəcək milləti və vətəni tam − bütöv 

ifadə  edən,  onu  öz  ətrafında  birləşdirən  vahidləşmiş  fikir  yığını,  ideyalar 

məcmusu ideologiya idi (5, s. 60-61). 


385 

 

Millət  yaradıcı  səbəblər,  toplum  əxlaqının  qorunması  və  yaşadıcısı  dininə 



mühüm əhəmiyət verirdi. İslam dinini bəşəriyətin ən mütərəqqi və elm dini 

kimi  qiymətləndirirdi.  İslam  dininin  mövhumu  vəziyətə  düşməsini, 

savadsız,  cahil  dini  başçıların  yarıtmazlığının  nəticəsi  hesab  edirdi.  Milli 

vəhdət yaradıcı mənəvi dəyər kimi İslam dinindən istifadə üçün, islahatlarla 

bu  dini  mövhumatdan  təmizləyib,  ―Qurani-Kərim‖  təməlinə  qaytarmağı 

müsəlman xalqların qarşısında duran zəruri vəzifə hesab edirdi.  

Toplum  yaradan  başlıca  dil,  din  kimi  əsaslarla  bərabər  Ş.C.Əfqaninin 

insanı,  onunla  birlikdə  toplumu  yaradan  element  və  yarımsistemlərdən  də 

xüsusi bəhs edir. Göstərir ki,  insanın bədən üzvlərinin hər birinin özünün 

ruhi  funksiyası  olmaqla,  biri  digərinə  xidmət  edir,  onlar  arasında  rabitə 

yaradır.  Hamısı  birlikdə  fərdi,  onun  həyat  ruhunu  yaradır.  ―Nə  qədər  ki, 

həyat  ruhu  öz  qüvvə  və  qüdrətini  saxlayır,  onda  bir-birindən  fərqli  və 

təzadlı  üzvlərin  qarşılıqlı  rabitəsi  pozulmur,  əksinə,  daha  da  artır,  onların 

fəaliyətinin  vahid  yaşama  meyli  də  çoxalır...  Həyat  ruhu  söndükdə  və  ya 

zavala uğradıqda həmin müxtəlif ünsürlərin  birliyi də yavaş-yavaş pozulur. 

Nəhayət  az  keçdikdən  sonra  həmin  bədən  üzvləri  və  əzaları  tamamilə 

dağılır, insan da yox olur və ölüb gedir‖ (24, s. 8-9). 

―Həyatda  insanlar  arasındakı  birliyin  yaranma  vacibliyi  də,  dağılma 

səbəbləri  də  belədir‖  yazan  Ş.C.Əfqani  göstərir  ki,  insan  təzadlı,  fərqli, 

müxtəlif  funksiyalı  bədən  üzvləri  və  əzaların  qarşılıqlı,  bir-birinə  xidmət 

edən  vahid  ruhundan  yarandığı  kimi,  toplumda  müxtəlif  vəzifələri  və 

funksiyaları  icra  edən  sosial  təbəqələrin  birləşdirici,  yaradıcı  ruhundan 

törəyir.  O,  bu  haqda  yazır:  ―Başqa  millətlərlə  qonşu  kimi  yaşayan, 

aralarında  möhkəm  müamilə  və  mübadilə  əlaqələri  olan  bir  millət  insan 

cəmiyətinin  möhkəm  əsaslarını  təşkil  edən  bütün  təbəqələrə  malik 

olmadıqca heç vaxt öz milliliyini, məziyət və hüquqlarını qoruyub saxlaya 

bilməz. 

Hər  bir  millətin  içərisində  bu  təbəqələr  olmalıdır,  faydalı  elmləri  yayan 

ziyalılar,  cəmiyət  üçün  xeyirli  fənləri  təsis  edən  yaradıcı  fazil  və  alimlər, 

insan  hüququnu  mühafizə  edən  siyasi  xadimlər,  fəzilətin  və  ədalətin 

keşikçiləri  olan  qanunşünaslar,  xalqın  əxlaqını  saflaşdırmağa  çalışan 

nəsihətçilər,  lətif  və  şairanə  kəlamlarla  yatmış  insanları  oyadan  və  xalqın 

xarakterini qüvvətləndirən ədiblər və şairlər, öz sənətlərini elmi əsaslar üzrə 

inkişaf etdirən sənayeçilər, torpağını  əkinçilik fənni əsasında  əkib becərən 

əkinçilər,  iqtisadiyat  qanunları  əsasında  millətin  ticarət  yollarını  arayıb 

tapan tacirlər. 

Əgər bu təbəqələr hər hansı bir millətdə mövcud olmasa, əlbəttə o millətin 

fərdləri  arasında  məişət  və  həyati  əhəmiyətli  əlaqələr  get-gedə  qırılar  və 

millətlər məhv olar‖ (24, s. 11-12). 


386 

 

Ş.C.Əfqani  fəlsəfi  sistemində  insanlığın  yaranışı,  onun  mənəvi  dəyərlər 



sisteminin vəhdətinin formalaşması və mühafizəsində idraki güc-zəka kimi 

fəlsəfi  ruh    mühüm  yer  tutur.  O,  yazır:  ―İnsanda  insanlığı  oyadan,  insan 

şərəfini  bəyan  edən,  insana  doğru  yolu  göstərən  də  fəlsəfədir.  Mənən 

tənəzzülə uğrayan millətin hər şeydən əvvəl fəlsəfi ruhu zərər çəkir, bundan 

sonra  ayrı-ayrı  elmləri  və  ədəb-ərkan  qaydaları  tamam  yox  olub  aradan 

gedir‖.  

―Dövlətin möhkəmliyi ədalətindən, millətin diriliyi elmindən asılıdır‖ yazan 

Ş.C.Əfqani göstərir ki, ―bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı 

alim olsa da, o millətdə elmlər  intişar tapa bilməz və həmin millət ayrı-ayrı 

elmlərdən  lazımınca  nəticə  çıxarmaqda  çətinlik  çəkər...  Fəlsəfi  ruha  malik 

olan  bir  millətdə  ayrı-ayrı  elmlər  olmasa  da,  şübhəsiz,  həmin  fəlsəfi  ruh 

milləti başqa elmlərə yiyələnməyə vadar edəcək‖ (24, s. 29-30). Göründüyü 

kimi,  Ş.C.Əfqani  milli  ruhda  fəlsəfənin  birləşdirici  və  dərkedici, 

yaradıcılığa  sövqedici  roluna  xüsusi  önəm  verir.  Onun  yaradıcılığında 

fəlsəfə  milli  arzu  doğuran,  ideya  və  ideologiya  yaradan  elə  mənəvi  bir 

sistemdir ki, təkləri, fərdləri birləşdirir, ümumiyə qoşur, onda birgə fəaliyət, 

birgə  yaşayış  qayda  və  normaları,  harmoniya  yaradır;  onlarda  ideyalar 

doğurub  ideologiya  səviyəsinə  çatdıraraq  sonda  özünüdərk  səviyəsinə 

yüksəldir.  Özünüdərk  isə  insanlığı,  xalqları,  millətləri,  nəhayət  mütərəqqi 

bəşəriyəti  yaradır.  Ş.C.Əfqani  yaradıcılığında  toplumu  yaradan  mənəvi 

dəyərlər sistemində mənlik şüuru azadlıq ruhunu doğurur, nəhayət insanlıq 

öz  mahiyətini  tapır.  Beləliklə,  insanlıq  öz  azadlığını  tapmaq  mərhələsində 

müstəqil  yaradıcılıq  qüvvəsi  (ikinci  təbiət  −  X.X.)  səviyəsinə  çatır  və 

bütünlüklə  mənəvi  varlıq  mahiyəti  kəsb  edir.  Hər  bir  toplumun  mənlik 

şüurunu, özünüdərki ancaq milli dil, din, adət-ənənə, mənəvi dəyərlər, milli 

fəlsəfə  mühitində  formalaşır,  onda  azadlıq  ruhu  yaradır.  Nəhayət  azadlıq 

ruhu toplumları milli dövlət quruculuğuna sövq edir.  

Ş.C.Əfqani fəlsəfəsində dil milli-mənəvi, sosial strukturun təməli və vəhdət 

yaradıcı  əsası,  etiqad  sistemi  olan  dində  mühüm  vəhdət  yaradıcı  funksiya 

daşıyır; adət-ənənə tənzimləyici sistemdə əsas funksiyaya malikdir. Mənəvi 

dəyərlər  özünəməxsusluqları,  milli  xarakter  yaradan  təməl  əsasıdır;  fəlsəfi 

ruh bütün mənəvi dəyərləri, intellektual bilgiləri vahid sistem halına salan, 

özünürefleksiya  doğurmaqla  toplumu  mənlik  şüuruna,  özünüidarə,  özünü 

qiymətləndirmə  və  adlandırmaya  −  millət  olma,  milli  orqanizm  səviyəsinə 

çatdıran yaradıcı sistemdir. 

Mənəvi  dəyərlər,  inam,  etiqad,  adət-ənənə,  idrak  və  s.-dən  ibarət  mənəvi 

sistemin  yatdığı  bu  milli  orqanizm,  əkinçi,  maldar,  sənətkar,  sənayeçi, 

hərbçi,  ziyalı  və  b.  sosial  təbəqələrdən  ibarətdir.  Etnosun  ilkin 

təşəkkülündən yaranan və yaşam prosesində ardıcıl zənginləşən bu mənəvi 


387 

 

dəyərlər  sistemi  ilə  vahid  adət-ənənə,  əxlaqi  dəyərlər  əsasında  yaşayan  və 



bir-birinə  xidmət  edən,  biri  digərinin  tələbatını  ödəyən  sosial  təbəqələrin 

vahid orqnizmini yaradır. Nəticədə milli obrazını təcəssüm etdirir.   

Ş.C.Əfqani  fərdin  bədənində  bir  orqanın  normal  işləməməsi,  funksiyasını 

icra  edə  bilməməsi  ilk  öncə  fərdin  bədəninin  zəifləyib  tədricən  bütün 

orqanların qarşılıqlı funksiyasını pozub onun ölümü, məhvi ilə nəticələndiyi 

kimi millətdə sosial təbəqələrdən hər hansı birinin funksiyasını normal icra 

edə  bilməməsi  ilk  onca  onu  zəiflədir,  tədricən  bütün  sosial  sistemin 

harmonik yaradıcı fəaliyətini pozur, tədricən onu dağıdıb məhv edir. 

Milli  həyatda  iqtisadiyatın,  maddi  istehsal  sahələrinin,  texniki  tərəqqinin 

yerini və rolunu yüksək qiymətləndirən Ş.C.Əfqani bütün hallarda xalqların 

yaranması, yaşaması, zəfərləri və ölüb tarixin yaddaşına keçməsini mənəvi 

səbəblərlə  izah  edirdi.  Odur  ki,  onu  müstəqil  mənəvi  varlıq  kimi 

dəyərləndirir,  onu  ən  kiçik  elementlərinə  qədər  araşdırır,  hər  bir  element, 

hissə,  yarımsistemin  funksiyasını,  sistemdə  yeri  və  rolunu  dəqiq 

müəyyənləşdirir.  Beləliklə,  Ş.C.Əfqani  etnos  yaradıcı  və  yaşadıcı  bütün 

dəyərləri,  mənəvi  sistemin  strukturunu,  şərtləri  və  təsirləri  dəqiqləşdirib, 

azadlıq  ruhunu  itirmiş  xalqların  həyat  ruhunu  yenidən  canlandırmaqla 

onları  azad  insani  həyata  qaytarmaq  üçün  marifçi-demokrat  kimi  inqilabi 

fəaliyətə başladı. O, qətiyət və əminliklə bütün bəşəriyətə elan etdi: ―Bütün 

yenilən  millətlər  mənəvi  muxtariyətlərini  təkrar  qazanacaqlar  və  zəfəri 

paylaşacaqlar‖ (5, s. 214). 

Bu  mənada  Ş,C.Əfqani  fəlsəfəsini  diktatura  və  müstəmləkə  rejimlərin 

kölələşdirib  azadlıq-istiqlal  ruhundan  məhrum  etdiyi  xalqların  müalicəsi  − 

terapiyası  fəlsəfəsi  adlandırmaq  daha  düzgün  olar.  Beləliklə,  azadlığın  − 

istiqlalın  ideologiya  səviyəsinə  çatan  fəlsəfi  təlimini  yaradan  zəmanəsinin 

adamlarının  səyyar-dərviş  adlandırdığı  bu  filosof  Hindistandan  başlamış 

Qacarlar  monarxiyası,  Ərəbistan,  Şimali  Afrika,  Mərkəzi  Asiyanı  piyada 

gəzərək əkinçi, maldar, sənətkar, yazar, şair, elmmənsəb, din xadimi, dövlət 

başçısı  və  s.  hər  bir  zümrənin  nümayəndəsi  ilə  görüşür.  Milli  vicdanının 

oyadılması  mümkün  olan  hər  kəsi  oyadır,  xalqlarının  vaxtilə  yaratmış 

olduğu  azadlıq  çırağını  zəif,  ilk  işartılar  səviyəsində  olsa  da,  qəlblərində 

yenidən  yandırır,  onların  sönmüş  olan  milli  ruhlarını  oyadır.  Milli  ruhun 

bütün gücü ilə alovlandırmaq üçün dilin, dinin, dəyərlərin, adət-ənənələrin 

təmizlənib  ona  sarılmasını,  təhsil  və  mətbuatla  özünün  və  dünyanın 

qavranılmasını, onu dərindən dərk etmək üçün elmə yiyələnməsini, onların 

hamısının  milli  ruhda  vəhdət  yaratması,  milli  fəlsəfi  səviyəyə 

yüksəldilməsini tövsiyə edir. Fəlsəfi səviyəyə yüksəlmiş idrakı dərk etməni 

milli  ruha  hopdurub,  milli  fəlsəfəyə  çevirməklə  özlərini  dərk  edəcəklərini, 

azadlığın  zərurət  olduğunu  duyub,  görüb,  dərk  edib,  bütün  maneələri  dəf 


388 

 

edib,  istiqlallarına  qovuşacaqlarını  bütün  xalqlara  inandırmağa  çalışırdı. 



Ş.C.Əfqani  fəlsəfəsində  azadlıq  fərdin,  toplumun  fəlsəfi  ruh  səviyəsinə 

yüksəlib Mütləq ruha qovuşmuş, heç bir məhdudlaşdırma, təzyiq qarşısında 

susmayan,  şərəf,  ləyaqət  və  heysiyətin  qorunması  üçün  tərəddüd  etmədən 

maddiyatını  qurban  verməklə  simvollaşan  əbədi  ruhdur.  Təsadüfi  deyil  ki, 

Ş.C.Əfqani  İstanbul  həbsxanasından  dostlarına  yazırdı  ki,  bunlar  məni 

öldürməklə  fikirlərimi  öldürəcəklərini  düşünürlər.  Anlamırlar  ki,  fikir 

sahibini  öldürmək  onun  fikrini  öldürə  bilmək  deyil,  başa  düşmürlər  ki, 

mənim  fikirlərim  çoxdan  şüurlara  həkk  olunub.  Əfqanıstanda  Qacarlar 

monarxiyasında,  Hindistanda,  Misirdə,  Osmanlı  imperiyasında,  Fransa  və 

İngiltərədə,  müəyyən  müddət  ABŞ  və  Kanadada,  qısa  müddət  Rusiyada 

yaşayan  Ş.C.Əfqaniyə  bu  ölkələrin  imperator  və  monarxları  rahatlıq 

vermirdi.  Tez-tez  bir  ölkədən  digərinə  ya  qovulur,  ya  da  sürgün  olunurdu. 

Onu  ən  çox  təqib  edən  dövrün  ən  güclü  imperiyası  İngiltərə  idi.  Ədalət 

naminə  deməliyik  ki,  Hindistanda,  Misirdə  ona  qarşı  ilk  üsyanları  təşkil 

edən də Ş.C.Əfqani idi. Beləliklə Şərqin, bütün türk-müsəlman dünyasının 

ilkin  mədəniyət  ocaqlarını  piyada  gəzib  dolanan,  oradakı  zəka  və  milli 

vicdanı  hələ  tam  sönməmiş,  milli  duyğulu  fərdləri  aşkarlayıb  ilk  öncə 

onlarda  tarixi  yaddaşı,  milli  vicdanı  oyadaraq,  onları  yeni  məktəblər  və 

mətbuat,  müxtəlif  yazılı  əsərlər  vasitəsi  ilə  toplumda  təmiz  aydın  ana  dili 

vasitəsi ilə milli dəyərləri, adət-ənənələri, bütövlükdə tarixi yaddaşı oyadıb 

xalqda  ardıcıl  idraki  qabiliyəti  yüksəltməklə  özünüdərk  səviyəsinə 

çatdırmağı bir vəzifə olaraq qarşıya qoyurdu. Ş.C.Əfqani fəlsəfəsində milli 

özünüdərk,  sağlam  qan  dövranı  canlı  orqanizmi  qidalandırdığı  kimi 

toplumu  mənəvi  qida  ilə  təmin  edir,  onu  milli  ideologiya  ətrafında 

birləşdirməklə qarşıda duran milli problem və vəzifələrin həllinə yönəldirdi. 

Şərq − Azərbaycan − Zərdüşt − Avesta fəlsəfəsini, orta əsrlər İslam dünyası 

elm  və  fəlsəfəsini  mənimsəyib  tərəqqiyə  çatan,  azadlıq-demokratiya  donu 

geyinən Avropa bütün dünya xalqlarına, xüsusilə tənəzzül dövrünü yaşayan 

türk-müsəlmanları  əsarətə  alıb  kölələşdirmə  yolu  tutdu.  Tarixin  belə  bir 

məqamında Mütləq ruhun ilkin doğuş məkanı Azərbaycanda Ş.C.Əfqaninin 

ruhunda  Mütləq  ruh  yenidən  doğdu.  Azərbaycanda  adi  əkinçidən  dövlət 

başçısına  qədər  hamının  Ş.C.Əfqaninin  şəxsiyətinə  böyük  marağı  var  idi. 

Müasir fikir adamlarından bir qədər yüksəkdə, əlçatmaz olduğunu hər kəs 

anlayırdı.  Onun  görüşləri  heç  vaxt  təsirsiz  qalmırdı.  Ş.C.Əfqani  ilə  görüş 

zamanı müstəmləkəçi, diktator dövlət başçıları onun inqilabi ideyalarından 

həyəcanlandıqları  kimi,  qəlbində  milli  və  azadlıq  ruhu  hələ  tam  sönməmiş 

istiqlal  axtarışlı  şəxslərin  varlıqları  lərzəyə  gəlir,  ruhən  coşub  daşırdılar. 

Müxtəlif  janrlarda  yazdığı  əsərlərin  predmeti  və  aydın  şərhi,  yeni  dünya 

düzümü  doğuran  ruhi-mənəvi  gücü,  mənəviyatın  bütün  sahələrinə  təsir 


389 

 

edib,  onu  oyadacaq  və  canlandıracaq  təsiri,  yaradıcı  insanları  elə  ilk 



təmasda mənəvi təsir gücü ilə özünə bağlaya bilməsi göstərir ki, dövrünün 

fövqündə, vəhyi-peyğəmbəranə dahi idi.  

Ş.C.Əfqani  dinindən,  dilindən  asılı  olmayaraq  Şərq  ölkələrini  gəzir, 

xalqların ruhi vəziyətini müşahidə edib dəyərləndirərək, söndürülmüş milli 

yaradıcılıq ruhunun yenidən bərpasının fəlsəfi əsas və metodlarını yaradıb 

içərisindən  seçdiyi  zəki  şəxslər  və  tələbələri  vasitəsi  ilə  toplumun 

mənəviyatına aşılayır, onların milli ruhunu yenidən oyadırdı. Beləliklə, XIX 

əsrin  üçüncü  rübündən  Hindistandan  başlayıb  Mərkəzi  Asiyanı,  Şimali 

Afrikanı, Şərqi Avropanı əhatə edən müstəmləkəçiliyə və diktatura rejiminə 

qarşı istiqlal və demokratiya hərəkatı Ş.C.Əfqani fəlsəfəsindən doğan milli 

istiqlal  hərəkatı  olub,  ona  özü  və  tələbələri  başçılıq  edirdi.  Ş.C.Əfqani 

fəlsəfəsi ilə yaranan bu milli hərəkat müstəmləkəçiliyə və diktaturaya qarşı 

adi  siyasi  və  demokratik  mübarizə  deyildi.  Bütöv  bir  milli-mənəvi 

quruculuq  hərəkatı  idi.  Müsəlmanlarda  təfəkkürü  ölmüş  milləti  dini 

mövhumatdan  təmizləmək,  İslam  dinini  ―Qurani-Kərim‖  təməlində  bərpa 

etmək, dirçəltmək və mənimsəmək; ümmətçilikdən millətçiliyə − milli dilə, 

adət-ənənəyə,  dəyərlərə  keçmək  və  bu  zəmində  milli  mənəviyatı 

canlandırmaq,  milli  şüur  zəminində  milli  orqanizmdə  hər  bir  sosial 

təbəqənin  öz  vəzifəsini  dərk  etməsi  və  funksiyasını  icra  etməsi;  elmlərə 

yiyələnib  milli  intellektual  səviyəni  yüksəltmək;  milli  mənəviyatın 

oyadılması və canlandırılması üçün milli təhsil, mətbuat, teatr, kitabxana və 

s. yaratmaq, mənəvi intellektual yüksəlişə nail olmaq, onu milli ideologiya 

və  fəlsəfə  səviyəsinə  çatdırmaq,  bu  prosesin  milli  dövlət  quruculuğu  ilə 

tamamlanması  və  b.  vəzifələr  nəzərdə  tutulurdu.  Hindistan  və  Şimali 

Afrikada  xalqların  mənlik  şüurunu,  milli  ruhunu  ingilis,  fransız 

müstəmləkəçiləri,  30  türk  xalqının  Rus  imperiyası,  Cənubi  Azərbaycan 

türklərinin İranda 10 əsr hakimiyətdə olan doğma türk sülalələri, üç qitəni 

əhatə  edən  Osmanlı  imperiyasında  türkləri  milli  kimlik  şüurundan,  türk 

ruhundan məhrum edən doğma hakimiyətləri idi. 

İmperiyaların  müstəmləkəçi  istismar,  alçaltma  və  assimilyasiya 

siyasətindən,  öz  diktator  rejimlərinin  təzyiqindən,  təhsilin  düzgün 

qurulmaması,  dinin  mahiyətini  itirib  mövhumatı  xarakter  alması  və  milli 

şüuru  əvəz  etməsi  və  s.  səbəblərdən  milli  mənlik  şüurunu  itirməsi,  dilləri 

pozulmuş  Hindistan,  Osmanlı  imperiyası,  Qacarlar  monarxiyası,  Ərəb 

dünyası, Rusiya imperiyası əsarətində Şərqi Avropa və Mərkəzi Asiyadakı 

türk  və  müsəlmanlar  Ş.C.Əfqaninin  milli  fəlsəfəsinin,  peyğəmbəranə 

inqilabi  fəaliyətinin  təsiri  altında  tədricən  milli  mənliklərini  dərk  etməyə, 

dillərini  düzgün  qiymətləndirib  onu  təmizləməklə  doğma  dil  vasitəsilə 

unutdurulmuş  tarixlərinə  yiyələndikcə  tədricən  milli  özünüdərk  səviyəsinə 


390 

 

yüksəlib  insan,  millət  üçün  azadlığın  zəruriliyini  dərk  etməyə,  istiqlal 



mübarizəsi  yolunu  tutmağa  başladılar.  Beləliklə,  Ş.C.Əfqaninin  istiqlal, 

demokratiya fəlsəfəsi canlı ideologiyaya çevrilib Hindistandan qərbə doğru 

bütün  Avroasiyada,  Şimali  Afrikada  hakim  olmaqla  dövlət  başçılarından 

tutmuş, ziyalı, zadəgan, dindar, sənayeçi,  əkinçi-maldar − bütün zümrələri 

hərəkətə 

gətirmiş, 

onun  ardıcıllarına  −  mütərəqqi  yenilikçilərə 

−istiqlalçıların  və  milli  azadlığı  məhv  edən  mənəvi  infeksiya 

mühafizəkarların  qarşılıqlı  mübarizəsi  kimi  vüsət  almışdı.  Göstərilən 

hüduda  Ş.C.Əfqaninin  bilavasitə  davamçıları  yetişdi.  Təsadüfi  deyil  ki, 

onun  ən  parlaq  istiqlalçı,  savaşçı  ardıcılları  Azərbaycan  türklərindən 

doğuldu.  Bəşəriyətin,  türk  dünyasının  ən  parlaq  istiqlalçılarından  Əhməd 

Ağaoğlu Parisdə Sorbon Universitetinin tələbəsi olarkən Ş.C.Əfqani ilə bir 

mənzildə yaşamış, onun Paris fəlsəfə klubunda Avropa filosofları, xüsusilə 

antiislamçılığı ilə fərqlənən Ernest Renanla polemikalarının şahidi olmuşdu. 

Təsadüfi  deyil  ki,  onları  yaxından  tanıyanlar  Ə.Ağaoğlunun  davranış  və 

yaradıcılıq  üslubunda  Ş.C.Əfqani  eyniyətindən,  xatırlatmasından  həmişə 

bəhs  etmişlər.  Ə.Ağaoğlu  isə  bütün  yaradıcılığı  boyu  onun  mənəvi 

ucalığından  həmişə  bəhs  etmişdir.  Azərbaycan  türklərindən  bəşəriyətin 

istiqlal,  azadlıq  ideologiyasını  zənginləşdirən  dahilərdən  Ə.Hüseynzadə 

Əfqani  ilə  şəxsi  görüş  və  münasibətlərindən  bəhs  etməsə  də,  Ş.C.Əfqani 

fəlsəfəsi onun yaradıcılığından günəş şüası kimi keçir (29). 

Türk-müsəlman  dünyası  ictimai  fikri-fəlsəfəsi,  elmi,  tarixi,  ədəbiyatı, 

jurnalistikası, mətbuatı, hüququ, dini, bütün hissi və hissiyatı Ş.C.Əfqaninin 

milli  vəhdət  fəlsəfəsi  əsasında  yenidən  qurulmaya  yönəlmişdi.  Beləliklə, 

türk-müsəlman  dünyasının  böyük  simaları  və  Ş.C.Əfqaninin  tələbələri 

Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  və  Z.Göyalp  müsəlman  Şərq  dünyasında 

diktatura  və  müstəmləkəçiliyin  milli-mənlik  şüurunu,  elmi-intellektual 

səviyəsini və etnik dəyərlərini məhv etməklə kölələşdirdiyi xalqları azadlıq 

və  istiqlala  çatdıracaq  fəlsəfi  sistem  yaratdılar.  Bu  fəlsəfə  türk-müsəlman 

xalqların  mənəviyatını  ilkin  təməlində  türkləşmək,  islamlaşmaq  və 

müasirləşmək  düsturu  əsasında  yenidən  qurulması  zəruriliyini  müəyyən 

etdi.  Bu  düsturda  Türkləşmək  −  türk  xalqlarının  mövhumi  İslam 

ümmətçiliyindən  çıxıb  hər  bir  xalq  öz  əslinə,  kökünə,  soyuna  qovuşmalı, 

özünü  dərk  etməli,  həmişə  yaşar  mənəvi  dəyərlərini  bərpa  etməli;  İslam 

dinini  “Qurani-Kərim”  təməlində  mövhumatdan  təmizləməli,  onun  inam 

etiqad,  əxlaq  və  göstərişlərini  olduğu  kimi  qorumalı;  müasirləşmək  − 

dünyada mövcud olan qabaqcıl elmi-texniki yeniliklərə, idrak metodlarına 

yiyələnməklə  milli  və  bəşəri  intellekt  istehsalında  yerini  bərpa  etmək, 

dünyanın  yeni  düzənində  yer  almaq  və  onunla  birlikdə  gələcəyə 

addımlamaq mənaları alırdı 


391 

 

Bu  fəlsəfə  adi  qara  camaatdan  başlamış  bütün  sosial  təbəqələrin  şüuruna 



aşılanmaqla  sürətlə  türk-müsəlman  dünyasında  hakim  fəlsəfi  ideologiyaya 

çevrildi. Bu ideologiyanın dönməzlik alması üçün yeni yaradılan təsisatlar 

−  məktəb,  mətbuat,  qəzet,  jurnal,  ədəbiyat,  publisistika,  poeziya,  nəsr, 

dramaturgiya,  kitabxana,  teatr,  musiqi  və  folklor,  elmi-fəlsəfi  əsərlər, 

birliklər  və  xeyriyə  cəmiyətləri  xalqların  mənəviyatını  milli-mənəvi 

qidalarla, şüurunu elmi bilik və idrakı üsullarla ―Qurani-Kərim‖ təməlində 

mənəvi-dini  bilgilərlə  qidalandırmaqla  sürətlə  milli  mənlik  şüuruna 

yiyələnib,  millətlər  arasında  imzaları  ilə  görünməyə  yönəltdi.  Bu  yönəlik 

onları intellektə təhrik etdi. İntellekt öz növbəsində onları sağlam dini şüura 

istiqamətləndirdi.  Beləliklə,  türk-müsəlman  dünyasında  istiqlal  və  azadlıq, 

demokratiya uğrunda dönməz mübarizə başladı. 

Yuxarıda  bəhs  etdiyimiz  kimi,  Azərbaycanda  XVIII  əsrdən  sönmədə  olan 

Şərq − İslam dünyasının tərkib hissəsi idi. Bütün İslam − Şərq dünyası kimi 

milli-mənəvi,  intellektual  tənəzzülü  o  da  keçirirdi.  A.A.Bakıxanovun 

―Gülüstani-İrəm‖  əsərinin  yazılma  səbəbləri,  əsərdə  milli-mənəvi 

məsələlərə  münasibət,  Rus  imperiyasının  Azərbaycanı  işğalının  ilk 

günündən süqutuna qədər ona qarşı fasiləsiz silahlı mübarizə aparan ―xalq 

intiqamçıları‖nın  mübarizəsi  göstərir  ki,  Azərbaycan  xalqı  siyasi  cəhətdən 

məğlub  olsa  da  o,  Rus  imperiyasına  mənən  enməyib,  milli  yaradıcı  ruh 

dönməzdir,  o,  kölələşməmişdir.  Bu  çoxsaylı  səbəblər  içərisində  

Azərbaycanın  Mütləq  ruh  −  Zəkanın  ilkin  doğduğu  ocaq,  bəşəri  ―Od 

fəlsəfəsi‖nin  ilkin  vətəni  olmaqla  burada  mənəvi  dəyərlərin  və  intellektin 

zəngin xəzinəsi yaranmış, yaşamış və toplanmışdı. Bu mənəvi enerji ocağı 

tam  sönməmiş,  varislik  əlaqəsi  kəsilməmişdi.  Səfəvi  sülaləsinin  süqutu, 

Rusiya,  Fransa,  İngiltərə  imperialist  dövlətləri,  onların  alətləri  fars  və 

ermənilərin təsiri ilə separatçı ünsürlər mərkəzləşmiş Azərbaycan dövlətini 

feodallıqlara  parçaladılar.  ―Türk  tayfaları  əfşarlar  və  qacarlar  bir-biri  ilə 

mübarizə aparmaqla ümumi düşmənin qələbəsi üçün imkan yaratdılar‖ (31, 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin