Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   33   34   35   36   37   38   39   40   ...   98
AMEA-National Philosophy-2019

44, s. 114-115). 

Sözləri  birbaşa  Qafqaz  canişinin  üzünə  deyən  Ə.Ağaoğlu  ―özümüz  öz 

əlacımızı  edərik‖  sözlərini  xüsusi  vurğuladı.  Tiflisdən  qayıdan  Ə.Ağaoğlu 

Gəncə 

şəhərində  ziyalı  və  zadəganların  iştirakı  ilə  ―Qafqaz 



Müsəlmanlarının    Müdafiə  Komitəsi‖  adlandırılıan  ―Difai‖  (Müdafiə) 

partiyasını yaratdı. ―Difai‖ xəbərdarlıq edərək bildirdi ki, ―Daşnak partiyası 

əmin  olsun  ki,  heç  vaxt  biz  öz  millətimizin  bədbəxtliyi  üzərində  erməni 

millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik‖ (36, s. 121-122).  

―Difai‖  partiyası  rəsmi  surətdə  bildirdi  ki,  türk  və  müsəlmanlara  qarşı 

terrorla  məşğul  olan  ermənilərlə  bərabər,  onları  bu  işə  təhrik  edən  rus 

idarəsinin  yüksək  vəzifəli  məmurları  və  yerli  satqınlar  da  aradan 

götürüləcək  (36,  s.  124).  Qısa  müddətdə  Azərbaycanın  bütün  şəhər  və 

bölgələrində ―Difai‖ partiyasının ilk təşkilatları yaradıldı, erməni terroruna 

qarşı  kütləvi  mübarizəsi  başlandı.  Qısa  müddətdə  vətənində  xalqına 

saymazlıq  göstərən  ermənilər,  rus  imperiyası  məmurları  və  yerli  milli 

satqınlara  Azərbaycan  türklərinə  məxsus  sahibinə  düzgün  qulluq 

göstərməyən  itlərə  tətbiq  olunan  elə  bir  qulaqburması  tətbiq  olundu  ki, 

çarizmin  yerli  nümayəndələri,  ermənilər,  milli  satqınlar  yeri  və  rəhbərliyi 

heç kimə məlum olmayan ―Difai‖ partiyasının qanunları ilə razılaşmalı, bir 

dövlət  kimi  hesablaşmağa  məcbur  oldular.  Gəncə  (Yelizavetpol) 

qubernatoru  Qafqaz  canişininə  raportunda  yazırdı:  ―Bir  neçə  ay  bundan 

əvvəl  belə  bir  partiyanın  mövcudluğundan  xəbəri  olmayanlar  da  indi 

―Difai‖ni  tanıyırlar,  hamı  onun  hərəkətlərini  təqdir  edir,  ona  inanır.  Məhz 

buna  görə  də  partiyanın  nümayəndələrinə  qarşı  cəza  tədbirlərindən 

çəkinirəm.  Həm  də  hamı  hər  yerdə  partiyanın  üzvlərinin  adını  və 

hərəkətlərini son dərəcə məxfi saxlayır‖ (45, s. 24). 

Bununla  bərabər  bir-birindən  məharətlə  istifadə  edən  ermənilər  və  Rus 

imperiyasının  Bakı  kəndlərinin  neftlə  zəngin  doğma  torpaqlarından 

köçürülməsi  siyasətinə  qarşı  Ə.Ağaoğlu  Sankt-Peterburq  və  Moskva 

məhkəmələrində apardığı mübarizə nəticəsində ―Bakı müsəlmanlarının neft 

və mədən evləri öz əllərində qaldı‖ (43, s. 21).  

Ə.Ağaoğlunun  Vətən  və  millət  qarşısında  xidmətlərindən  bəhs  edən 

―Azərbaycan‖ qəzeti  yazır: ―Bizi İstanbul və Avropaya bildirdi, bizim də 

dünyada var olduğumuzdan lazım olan yerlərə xəbər verirdi...‖ (43, s. 22). 

Göründüyü  kimi,  XVIII  əsrdən  Azərbaycan  xalqının  həyatında  başlayan 

mənəvi  tənəzzül  onun  dövlətçiliyinin  parçalanması,  milli  müqavimətin 

lazımi səviyədə olmamasından rus imperiyası əsarətinə düşülməsi və elə bu 

vaxtdan  A.A.Bakıxanovla  başlayan  milli  varlığın  bərpası  istiqamətində 

mənəvi  axtarışın  M.F.Axundov  tərəfindən  bir  qədər  dərinləşdirilməsi, 

nəhayət  Ş.C.Əfqani  tərəfindən  milli  varlığı  yaradan  mənəvi  sistemin 



400 

 

obyektiv  müəyyən  edilməsi,  fəlsəfi  sistem  yaradılması,  bu  sistemin 



Ə.Ağaoğlu  və  Ə.B.Hüseynzadə  tərəfindən  Azərbaycan  xalqının  mənəvi 

durumunun  özünəməxsusluğuna  müvafiq  yaradıcı  fəlsəfi  sistem  kimi 

yenidən  işlənməsi  və  ruha  aşılanması  milli  özünüdərk,  bunun  nəticəsi 

olaraq  milli  təşkilatlanma,  milli  iradə  ilə  varlığını  dünyaya  çatdırma  ilə 

nəticələndi.  ―Difai‖  partiyasının  yaranması  milli  həyatın  bütün  sahələrinin 

mənəvi-sosial  sistemin  işləklik  səviyəsini,  harmoniyasını,  sosial  qrupların 

ziyalı,  zadəgan,  burjuaziya,  mülkədar,  tacir,  əkinçi,  maldar,  fəhlə, 

sənətkarların vəhdətdə vahid orqanizm səviyəsində olub millət olma iddiası 

üçün  yetərli  mənəvi  enerji  təcəssüm  etdiyini  göstərdi.  Elə  bu  günlərdə 

Azərbaycan xalqının milli arzusunu, ona nail olma iradəsini göstərən digər 

ən  böyük  əməl  Xeyriyə  cəmiyətlərinin  yaradılması,  bu  işdə  imkanı  və 

qabiliyəti  olan  bütün  zümrə  və  fərdlərin  göstərdikləri  fədakarlıqlardır. 

Azərbaycanda  ilk    Xeyriyə  cəmiyəti  H.B.Zərdabi  tərəfindən  1872-ci  ildə 

çox  çətinliklə  yaradılıb.  Üzvlük  haqlarının  kəsilməsi  ilə  qısa  müddətə 

fəaliyətini dayandırsa da, 1905-ci il inqilabı günlərində Xeyriyə cəmiyətləri 

yaranır  və  onların  sayı  sürətlə  artırdı.  Təsadüfi  deyil  ki,  bu  günlərdə  ilk 

Xeyriyə  cəmiyəti  ―Hidayət‖i  də  Ə.Ağaoğlu  yaratmışdı.  Cəmiyətin  idarə 

heyəti  H.Z.Tağıyev,  İsa  bəy  Hacınski,  Mir  Məhəmməd  Kərim,  Molla 

Ruhulla,  Mustafa  bəy  Əhmədov  və  b.  ibarət  idi.  Bunun  ardınca  (1905) 

H.Z.Tağıyevin  dövlətdən  icazə  alması  ilə  ―Müsəlman  Xeyriyə  Cəmiyəti‖ 

yaradıldı. Cəmiyətin idarə heyəti H.Z.Tağıyev, Ə.Topçubaşov, Ə.Ağaoğlu, 

Ə.B.Hüseynzadə,  İsmayıl  bəy  Səfərəliyev  və  b.  ibarət  dövrün  qabaqcıl 

ziyalıları və milli burjua nümayəndələri idi. Bunun ardınca ―Nicat‖, ―Nəşri-

maarif‖,  ―Səadət‖,  ―Ümid‖,  ―Səfa‖,  ―Cəmiyyəti-Xeyriyyə‖  və  başqa 

cəmiyətlər  yarandı.  Artıq  1908-ci  ildə  təkcə  Gəncədə  15  mədəni-maarif 

cəmiyəti fəaliyət göstərirdi (41, s. 73). 

Xeyriyə  cəmiyətlərində  maarifçilik  planlı,  sistemli  vahid  dövlət  siyasəti 

xarakteri  daşıyırdı.  Onların  həyata  keçirdiyi  bütün  tədbirlər  milləti  başqa 

xalqlarla  rəqabətdə,  varlığını  qorumağa  və  yaşatmağa  imkan  verməyi 

nəzərdə  tuturdu.  Şəhər  məktəbləri,  gecə  kursları  türk-müsəlman 

öyrəncilərini  qısa  vaxtda  peşəyə  yiyələndirməklə  texniki  bilik  tələb  edən 

müəssisələrdə  işlənə  bilməsini  təmin  etmək  üçün  təşkil  olunurdu.  Sənət 

məktəblərinin  və  ―yetimlər  məktəbi‖nin  açılmasının  məqsədi  haqqında 

deyilirdi:  ―bir  sənət  şöbəsi  bulundurmaq,  bununla...  bir  parça  yemək  üçün 

daha  məsum  çağlarında  küçələrdə...  başqalarının  çəkmələrini  silməklə, 

dilənməklə əxlaqsızlıq və tərbiyəsizlik çirkabları içərisində çürüyən... millət 

balalarının  gələcəklərini,  onların  məişət  yollarını  təmin  etməkdən  ibarət 

idi‖.  ―Anaları,  qadınları  bisavad  olan  camaat  kor  kimidir‖  −  deyən 

H.Z.Tağıyev  Azərbaycanın  cahil  mollalarının  müqavimətini  qırıb  Bakıda, 


401 

 

ardınca əyalətlərdə qız məktəbləri açıb, maliyələşdirilməsini də öz üzərinə 



götürdü. 1906-cı ildə Tiflisdə təşkil etdiyi Qız məktəbinin işləməsi üçün 25 

min  manat  toxunulmaz  kapital  ayırdı  ki,  bundan  gələn  gəlir  məktəbin 

ehtiyaclarına sərf olunsun (8, s. 204-205). 

Yuxarıda  Azərbaycan  xalqının  mənəviyatına  etdiyimiz  ekskurs  xalqın 

mənəvi  varlıq  (maddi  və  bioloji  tərəfini  inkar  etmirik)  olaraq  tərəqqi  və 

tənəzzülünün  mənəviyatla  bağlı  olduğunu  aydın  göstərdi.  İntellektual  və 

milli  xarakterinin  zəifləməsi  ilə  XVIII  əsrdə  Azərbaycan  xalqı  tənəzzül 

edib,  dövlətçiliyi  parçalanıb,  bir  hissəsi  Rus  imperiyasının  əsarətinə  düşsə 

də mənəvi dəyərləri, həyat ruhu − yaradıcılıq ruhu tam sönmədiyindən rus 

əsarətinə qarşı dirəniş Azərbaycan xalqının hər nəfərinin (xəstə təfəkkürlü 

tək-tək  fərdlər  istisna  olmaqla)  qəlbində  müəyyən  səviyədə  azadlıq  ruhu 

doğururdu.  Bu  şüurdan  Azərbaycan  xalqının  yeni  nəsil  ziyalı  və  alimləri 

yetişirdi.  Ş.C.Əfqaninin  milli  mənəvi  fəlsəfəsinin  ―faydalı  elmləri  yayan 

ziyalılar,  cəmiyət  üçün  xeyirli  fənlər  təsis  edən  yaradıcı  fazil  və  nur 

mənbəyi  bu  alimlər‖  Ə.Ağaoğlu,  Ə.B.Hüseynzadə  və  başqaları  mənəvi 

həyatı  yaradıcılıq  göstərəcək  səviyəyə  çatdırmaq  üçün  fərdlərin,  sosial 

təbəqələrin  hər  birinin  ruhunun  və  intellektinin  qidalandırılması  üçün 

təsisatları təşkil etdilər, ideyalar verdilər. Bu ideyalar Azərbaycan xalqının 

hər  bir  sosial  təbəqəsinin  ruhuna  aşılandı,  bu  sosial  təbəqələr  −  ziyalı, 

zadəgan,  burjuaziya,  tacir,  kəndli,  fəhlə,  sənətkar  və  b  vəhdət  halına  gəlib 

vahid arzu, ideyaya yiyələnməklə bəşər tarixində ilk dəfə dünya nizamının 

qurucusu  kimi  çıxış  etmiş  Böyük  Türk  irqinin  varisi  olduğunu  dərk  etdi. 

Milli  özünüdərk,  varisi  olduğu  mədəniyətdən,  mənəviyatdan  şüurlu 

qidalanma,  milli  mənəvi  dəyərlərin,  adət-ənənələrin,  mənəvi  normaların 

ölçüsü milli vicdanı oyatdı ki, bu vicdan, əxlaq hər kəsə daxilində köləliyi 

qadağan  etdi.  Azərbaycan  türkləri  sürətlə  siyasi  bir  millət  kimi  təşəkkül 

etdi.  Ş.C.Əfqaninin,  onun  yaradıcı  tələbələri  Ə.Ağaoğlu,  Ə.B.Hüseynzadə 

və  b.  yaradıcı  ideyaları  və  şəxsiyətləri  Azərbaycan  xalqının  bütün  sosial 

təbəqələrinin  ruhunda  milli  qürur,  ləyaqət  və  şərəfi  ideyalaşdırır,  bu 

ideyalar  sürətlə  vahid  milli  ideologiya  kimi  təşəkkül  edir,  milli  bir  coşqu 

yaradırdı. Bu milli coşqudan Azərbaycanın yeni ziyalısı − müəllim, filosof, 

alim, şair, yazıçı, dramaturq, musiqiçi, rəssam və s. doğulurdu. 

1905-ci il Rus inqilabı sosial-siyasi, ideoloji bir zəlzələ olaraq imperiyanın 

zorla bir-birinə pərçim edilmiş divarlarını (mənəvi-ideoloji − X.X.) çatlatdı. 

Bu çatların qopub ayrılmasının qarşısını almaq üçün imperiya xalqlara söz, 

mətbuat, seçki və b.. hüquqlar verməklə güzəşt etdi, geri çəkildi. 

Əsri duyan, milli mənlik şüuruna malik ziyalı və burjuaziyası olan xalqlar 

bu güzəştdən faydalandılar. Bu xalqlardan biri də Azərbaycan türkləri idi. 

Azərbaycan  türkləri  bütün  XIX  əsr  müddətində  Rus  imperiyasına  qarşı 


402 

 

dirəniş  prosesində  Krım  və  Kazan  tatarları  ilə  qarşılıqlı  anlaşmada 



olmuşdular.  1883-cü  ildə  Krım  tatarı  İsmayıl  Qaspıralının  rəhbərliyi  ilə 

―dildə, fikirdə, işdə birlik‖ ideyası yürüdən ―Tərcüman‖ qəzetinin fəaliyəti 

prosesində  Krım  tatar  və  burjuaziyası  ilə  Azərbaycan  türkləri  sanki 

vahidləşəcək  qədər  eyni  ideyaların  daşıyıcısına  çevrilmişdilər.  Odur  ki, 

Azərbaycan  və  Tatar  ziyalı  və  burjuaziyası  bütün  türk  və  müsəlman 

xalqların  imperiyaya  qarşı  mübarizədə  müttəfiqliyinin  yaradılması  ideyası 

ilə çıxış etdilər. Ə.M.Topçubaşov, Y.Akçuraoğlu, İ.Qaspıralı, A.İbrahimov 

Ümumrusiya  Müsəlmanlar  İttifaqının  yaradılması  işinə  başladılar. 

Beləliklə,  1905-ci  il  15  avqustda  Ə.M.Topçubaşov,  İ.Qaspıralı  və 

Y.Akçuraoğlunun  rəhbərliyi  və  təşkilatçılığı  ilə  Nijni-Novqorod  şəhərində 

Rusiya  Müsəlmanlar  İttifaqının  təsis  qurultayı  keçirildi  və  Rusiya 

Müsəlmanlar  İttifaqı  təşkilatı  yaradıldı.  Növbəti  qurultaya  qədər  təşkilatın 

proqram və nizamnaməsinin hazırlanması qərara alındı.  

Ümumrusiya  Müsəlmanlar  İttifaqının  ikinci  qurultayı    1906-cı  il  13 

yanvarda 

Sankt-Peterburq 

şəhərində  keçirildi.  Qurultaya  sədrliyi 

Ə.M.Topçubaşov  edirdi.  Qurultay  onun  yazdığı  proqram  və  nizamnaməni 

qəbul  etdi.  Qurultay  I  Dövlət  Dumasında  Rusiya  müsəlman  deputatları 

fraksiyasının yaradılmasını qərara aldı və ―Rusiya Müsəlmanları İttifaqı‖nın 

taktikasını  müəyyən  etdi.  I  Dölət  Dumasında  milli  hüquq  və  azadlıqlar 

uğrunda  mübarizə  aparan  müsəlman  millət  vəkilləri  Parlamentdə  vahid 

fraksiyada  birləşdilər.  Fraksiyanın  sədri  Ə.M.Topçubaşov  seçildi. 

Ə.M.Topçubaşovun  rəhbərlik  etdiyi  müsəlman  fraksiyası,  onun 

azərbaycanlı  millət  vəkilləri  I  Dövlət  Dumasında  Rus  imperiyasının  milli 

mənəviyata  qarşı  yönəlmiş  iyrəncliklərini  ifşa  edən  ən  mübariz 

nümayəndələr  idi.  Artıq  onlar  Azərbaycan  xalqının  istiqlal  mübarizəsini 

Peterburqun  Qış  sarayına,  I  Dövlət  Dumasının  kürsüsünə  gətirmişdilər. 

Millət  vəkili  İsmayıl  xan  Ziyadxanlı  I  Dövlət  Dumasının  tribunasından 

imperiyanın  üzünə  deyir:  ―Zaqafqaziya  bir  əsr  bundan  əvvəl  ruslar 

tərəfindən  işğal  edilmişdir.  Bir  əsr  müddətində  biz  müsəlmanlar  əsir  kimi 

həyat  sürmüşük,  təqiblərə  məruz  qalmışıq,  bizə  heç  bir  haqq  və  hüquq 

verilməmiş,  kölə  halına  salınmışıq...  Ölkəmiz  istila  edilən  kimi  dərhal 

varlığımıza  təcavüz  edildi‖.  Sözünə  davam  edən  İ.Ziyadxanlı  Rus 

imperiyasının  yüz  illik  qeyri-insani  fəaliyətini,  Qafqazda  gedən  erməni-

müsəlman müharibəsində təşkilatçının o olduğunu imperiyanın üzünə dedi 

(36, s. 126-130). I Dövlət Dumasının tribunası yenicə yetişməkdə olan rus 

və  əsarət  altına  salınmış  xalqların  millət  vəkillərinin  inqilab  tribunasına 

çevrilməsilə  onun  qarşısında  dayana  bilməyən  çar  II  Nikolay  I  Dövlət 

Dumasını  buraxdı.  Kadet  partiyası  buna  etiraz  etdi.  Etiraz  bəyannaməsi 

imzalayan deputatlar arasında Ə.M.Topçubaşov və İ.Ziyadxanov da var idi. 


403 

 

Odur  ki,  onlar  üç  ay  azadlıqdan  məhrum  edilməklə  bərabər,  bir  daha 



deputat  seçilmək  hüququndan  da  məhrum  edildilər.  Çarizmin  bu  kimi 

təzyiqlərinə  baxmayaraq,  artıq  Ş.C.Əfqaninin  terapiyası  Azərbaycan 

türklərinin  mənəviyatında  öz  işini  görmüşdü;  milli  ziyalının  Azərbaycan 

türkcəsini sağlamlaşdırması, bu dildə məktəb və  mətbuatın yaradılması və 

b.  mənəvi  tədbirlər  bütün  sosial  təbəqələri  milli  özünüdərkə  çatdırmış, 

H.Z,Tağıyev  başda  olmaqla  milli  burjuaziya  və  ziyalının  ciddi  səyi 

nəticəsində ―Azərbaycan türklərinin hər addımında qabaqlarına tikan düzən

işlərində  maneə  quran  ruhanilər...  onların  kor  tərəfdarlarının  iradəsi 

sındırıldı‖ (38, s. 21).  

H.Z.Tağıyevin  vəsaiti  hesabına  Bakı  qazisi  Mir  Məhəmməd  Kərim 

―Qurani-Kərim‖i  Azərbaycan  türkcəsinə  tərcümə  edib,  nəşr  edərək  xalqın 

istifadəsinə  verdi  (38,  70).  Bununla  da  İslam  dini  tədricən  öz  inam  və 

etiqadlarını,  əxlaqi  və  iradi  dəyərlərini  bərpa  yönümü  aldı,  milli  həyatın 

müxtəlif  sahələrini  deyil,  onu  bütövlükdə  qiymətləndirən,  milli  mənəvi 

həyatın  ən  kiçik  elementlərinin,  hissə,  yarımsistem  və  sistemlərin,  hər  bir 

sosial  təbəqənin  milli  orqanizmdə  funksiyasını  bilən  və  onların  fəaliyətini 

məqsədəmüvafiq uzlaşdırmağı və istiqamətləndirməyi bacaran, onları vahid 

ideyaya  yiyələndirən  ―nur  mənbəyi  alimlər‖,  milli  ―fəlsəfi  ruh‖  yaratmış 

Ə.Ağaoğlu, Ə.B.Hüseynzadə və Ə.Topçubaşov kimi mənəviyata yaradıcılıq 

ruhu  verən  filosoflar  yetişmişdir  ki,  artıq  milli  hərəkat,  milli azadlıq,  haqq 

və hüquqlar uğrunda mübarizə dönməz idi. Rus imperiyası türk-müsəlman 

xalqları  əsarətə  saldığı  elə  ilk  gündən  onların  din  və  adət-ənənəsinə 

alçaldıcı  münasibət  göstərməsi,  onlara  qarşı  xristianlaşdırma  siyasəti 

yeritməsinə  cavab  reaksiyası  olaraq  xalqda  dini  hissləri  və  əməlləri 

gücləndirdi. Elə bu səbəbdən də inqilab illərində müsəlman birliyi, ittifaqı 

təbii  bir  proses  kimi  gücləndi  və  son  nəticədə  siyasi  birliyə  çevrildi. 

İmperiyada,  xüsusən  Azərbaycan  kimi  sənaye  mərkəzləri  xristianlarla 

məskunlaşdırılır, əyalətlərdə gözlənilməz hadisələr baş verir, milli qırğınlar 

törədilirdi.  Vəziyəti  təhlil  etmək,  ona  nəzarət  etmək  üçün  ―Rusiya 

Müsəlmanlar  İttifaqı‖nın  III  qurultayı  1906-cı  ilin  10  avqustunda  Nijni-

Novqorod  şəhərində  təşkil  olundu.  Qurultayda  Ə.M.Topçubaşov  və 

İ.Qaspıralının  məruzələri  xüsusi  maraq  doğurdu.  Qurultay  əvvəlki 

qurultaylarla  müqayisədə  daha  canlı  və  siyasi  cəhətdən  mütəşəkkil  keçdi, 

rəsmi  olaraq  təşkilatı  siyasi  partiya  elan  etdi.  Qurultayda  15  avqust  hər  il 



bütün  Rus  imperiyası  müsəlmanlarının  birlik  günü  kimi  qeyd  edilməsi 

qərara alındı. Bakı Rusiya imperiyası müsəlmanlarının mərkəzi elan edildi 

(36, s. 163). 

Bakı  Ş.C.Əfqaninin  şəxsində  Azərbaycanda  doğan  yeni  dövr  Şərq 

intibahının ocağı kimi  görünmədə idi. Elə bu səbəbdən də 1907-ci ilin 20 



404 

 

fevralında  açılan  II  Dövlət  Dumasında  müsəlman  fraksiyası  daha 



mütəşəkkil  idi.  F.Xoyski  və  X.Xasməmmədov  Dumanın  müsəlman 

fraksiyasının  büro  üzvü  idilər.  Ə.M.Topçubaşov  deputat  seçilməsə  də 

Dumanın müsəlman fraksiyasının işində yaxından iştirak edirdi. Həlledici, 

gərgin  anlarda  isə  fraksiyanın  iclaslarına  şəxsən  rəhbərlik  edirdi.  I  Dövlət 

Duması  kimi  II  Duma  da  inqilabi  mövqe  tutduğundan  3  iyun  1907-ci  il 

tarixdə  çar  tərəfindən  qovuldu.  İmperiya  əsarətinə  saldığı  türk-müsəlman 

xalqları  ―qeyri-yetkin‖  elan  edərək,  onların  seçki  hüququnu  daha  da 

məhdudlaşdırdı.  Orta  Asiya  xalqlarını  bütünlüklə  seçki  hüququndan 

məhrum etdi. III Dövlət Dumasına seçkilərdə Zaqafqaziya əhalisinə cəmi 5 

deputat  yeri  verilmişdi.  Beləliklə,  əvvəlki  Dumalarda  46  millət  vəkili  ilə 

təmsil  olunan  müsəlman  fraksiyası  1  noyabr  1907-ci  ildə  açılan  III 

Dumasında  8  nəfərlə  təmsil  olunmuşdu.  Dumanın  müsəlman  fraksiyasına 

yenə  Ə.M.Topçubaşov  rəhbərlik  edirdi.  X.Xasməmmədov  Dumanın 

müsəlman  fraksiyasının  dövlətin  türk-müsəlmanlara  qarşı  qeyri-insani 

siyasətini  ifşa  edərək,  onlara  vətəndaş  və  siyasi  hüquqlar  tələb  edən  ən 

inqilabi millət vəkili idi (41, s. 71). 

1912-ci  ilin  noyabrın  10-da  açılan  IV  Dövlət  Dumasında  Qafqaz 

müsəlmanları  27  yaşlı  gənc  millət  vəkili  M.Y.Cəfərovla  təmsil  olunurdu. 

Müsəlman fraksiyası 7 nəfərdən ibarət idi. Dövlət Duması yarandığı gündən 

ardıcıl  olaraq  dağılmaqda  olan  imperiyanı  qoruyub  möhkəmlətmək,  əsarət 

altına  alınmış  xalqları,  xüsusilə  türk-müsəlmanları  müxtəlif  üsullarla 

kölələşdirmək,  mənəvi-psixoloji  cəhətdən  simasızlaşdırıb  məhv  etmək 

siyasəti  yeridirdi.  Bütün  qəddarlıqları  ilə  bərabər  Duma  senzuradan 

keçmədən söz demək mümkün olan yeganə müəssisə idi. Gənc Azərbaycan 

millət  vəkili  M.Y.Cəfərov  Dumanın  ən  məhsuldar  və  inqilabçı,  hökumətə 

etimadsızlıq göstərən deputatları sırasında idi. Əvvəllərdə olduğu kimi, IV 

Dövlət  Dumasının  fəaliyəti  dövründə  də  Ə.M.Topçubaşov  və  b. 

Azərbaycan  ziyalıları  Sankt-Peterburqa  gedib,  müsəlman  fraksiyasını  yeni 

materiallar,  mülahizələr,  dəyişən  şəraitə  uyğun  yeridiləcək  yeni  taktiki 

üsulların hesablanması və b. üsullarla kömək edirdilər (46, s. 96-119). 

Azərbaycanın  rus  imperiyası  əsarətində  olan  türk-müsəlman  xalqların 

intellektual zəka mərkəzi olması bütün aydınlığı ilə görünürdü. Bu dövrün, 



daha  doğrusu  Ş.C.Əfqaninin  şəxsində  yeni  dövr  Şərq  intibahını  doğuran 

Mütləq  ruhun  doğuşundan  yaranan  ən  görkəmli  dahilərdən  biri 

M.Ə.Rəsulzadə idi. O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində 

dini aristokratiyaya mənsub ailədə anadan olmuşdur. Atasından ilk və dini 

təhsil  almış,  dövrünün  ənənəsinə  uyğun  ondan  fars  dilini  mükəmməl 

öyrənmişdir. Bunun ardınca S.M.Qənizadənin yaratdığı və müdiri olduğu II 

―Müsəlman-rus‖ məktəbində oxumuşdur. Lakin ailənin maddi ehtiyaclarını 


405 

 

ödəmək üçün uşaq yaşlarından işləməyə  məcbur olur. Bir sənət öyrənmək 



məqsədilə  Bakı  Texniki  Məktəbinə  daxil  olur,  lakin  burada  təhsilini  sona 

çatdıra  bilmir.  M.Ə.Rəsulzadənin  bu  məktəbdə  təhsilini  başa  vura 

bilməməsi  haqqında  sovet  məktəbi  yetişdirmələrinin  müxtəlif  qeyri-

obyektiv  mülahizələri  var.  Həqiqət  bundan  ibarətdir  ki,  ailəsinin  maddi 

ehtiyacı onu işləməyə məcbur etsə də, o, bir fəhlə peşəsi öyrənmək üçün bu 

məktəbə  gəlsə  də,  istedadı  bu  təhsil  müəssisəsinə  sığmırdı.  Çox  yüksək 

yaradıcılıq qabiliyətinə və sonsuz milli duyğuya malik idi. Elə bu səbəbdən 

də sanki rus müstəmləkəçiliyinin düşməni kimi doğulmuşdu. Milli ruhu yad 

kimsəyə,  hər  hansı  rusa  sığınmanı  qəbul  etmədiyindən,  Bakıda  fəaliyət 

göstərən çarizmin qəddar düşməni RSD(b)FP-yə də qoşulmur. 1902-ci ildə 

özü  müxtəlif  litseylərdə  oxuyan  azərbaycanlı  tələbələrdən  ibarət  müstəqil, 

milli  gizli  gənclik  dərnəyini  yaradır.  1903-cü  ildə  bu  dərnəyi  ―Müsəlman 

Gənclik  Təşkilatı‖na  çevirir.  İmperiyanın  milləti  üzərindəki  qeyri-milli, 

ruhu  təhqir  edən  əməllərini  milli  hissiyatı  qəbul  etmir,  mənliyinə  sığdıra 

bilmir,  inqilabi  bir  çıxış  yolu  axtarırdı.  O,  bu  haqda  duyğularını  yazıb 

həmvətənləri ilə bölüşmək istəsə də, bunu edə bilmirdi. Nəhayət bu cəsarəti 

ona  oxucusu  olduğu  ―Şərqi-rus‖  qəzetinin  özündən  gəlir‖  (47,  s.  62).  İlk 

məqaləsini  ―Şərqi-rus‖  qəzetinə  göndərir.  Məqalədə  Bakı  şəhəri  İçərişəhər 

əhalisinin,  hətta  sıralarında  M.Ə.Rəsulzadənin  tanışlarının  da  olduğu 

azərbaycanlıların kişili-qadınlı hamısının Qubernator (Filarmoniya) bağında 

istirahət edərkən ―ana dillərini pis bildikləri ruscaya dəyişmələri eyiblənir‖, 

(47, s. 63) sonda ―Bakı əhlindən təvəqqe edilirdi ki, öz uşaqlarından balaca 

olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa heç bir niyyət tutmasınlar‖ 

(48,  s.  12).  Qəzet  məqaləni  nəşr  etməklə  bərabər  ―təqdir  və  təşviqə  səbəb 

olmuşdu‖  (47,  s.  63).  Beləliklə,  bu  hadisə  gənc  Əmində  özünə,  tutduğu 

yolun düzgünlüyünə əminlik yaradır. 

Azərbaycanda  Avropanın  mütərəqqi  sosial-demokrat  donuna  girmiş 

monarxist,  irqçi  və  müstəmləkəçi  RSD(b)FP-nin  rus  və  Avropa 

burjuaziyası,  dünyanı  yenidən  bölmək  uğrunda  mübarizə  aparan  böyük 

dövlətlər  açıq,  gizli  Azərbaycan-Bakı  nefti  uğrunda  mübarizə  aparırdılar. 

Azərbaycanın sənaye mərkəzi Bakıda həyat anbaan siyasiləşir, Bakı siyasət 

qazanı  kimi  qaynayırdı.  Bu  siyasət  fırtınası  gənc,  coşqun,  vətənpərvər, 

millət  sevər,  təcrübəsiz  M.Ə.Rəsulzadəni  bir  sahildən  digər  sahilə  tullasa 

da,  şüurunda  çaşqınlıq  yaradıb,  bu  siyasi  fırtınada  xalqına  düzgün  yol 

müəyyən etmək məcburiyətini bir an belə unutdura bilmirdi. Bakıda bütün 

münasibətlər  anbaan  siyasiləşirdi.  Azərbaycan  xalqının  bu  siyasi  fırtınada 

milli  yolunu  azmaması,  itirməməsi  üçün  siyasi  bir  partiyanın  yaradılması 

zərurətini  dərk  edən  M.Ə.Rəsulzadənin  rəhbərliyi  ilə  və  onun  ―Müsəlman 

Gənclik  Təşkilatı‖nın  üzvləri  1904-cü  ilin  sonunda  ―Hümmət‖  təşkilatını 


406 

 

yaratdılar,  eyni  adlı  qəzetini  nəşr  etdilər.  Qəzetin  naşirlərindən  biri 



M.Ə.Rəsulzadə  idi.  Təəssüf  ki,  M.Ə.Rəsulzadənin  azərbaycanlı 

tədqiqatçıları  onun  inqilabi  fəsliyətə  RSD(b)FP-nin  sosial-demokrat 

ideyasının  təsiri  altında  başlaması  qənaətindədirlər.  Lakin  onlar 

M.Ə.Rəsulzadənin  yetərli  dini  −  İslamı  təhsilində  insanların  ―azadlıq  və 

bərabərliyi‖  ideyasının  qırmızı  xətlə  keçməsini  nəzərə  almırlar.  Təsadüfi 

deyil  ki,  M.Ə.Rəsulzadənin  yaratdığı  ―Müsəlman  Gənclik  Təşkilatı‖ 

yaranmasından  az  sonra  ―Müsəlman  demokrat  ―Müsavat‖  cəmiyəti  adı  ilə 

fəaliyət göstərmişdir (41, s. 49; 51, s. 42).  

M.Ə.Rəsulzadənin  RSD(b)FP  ilə  təması  Bakı  Komitəsi  nəzdində 

―Müsəlman sosial-demokrat ―Hümmət‖ təşkilatının yaradılması (50, s. 22

səbəbləri  və  zərurəti  onun  aşağıdakı  şərhində  bütün  aydınlığı  ilə 

cavablandırılır.  O,  yazır:  ―Milli  Azərbaycan  hərəkatının  hər  dürlü  siyasi, 

sosial,  iqtisadi  və  kültürəl  (mədəni)  hərəkatları  üzərində  müəssir  olan 

mərkəzi  müəssirlər əksəriyətlə  burada  bulunurdu.  Bakı  sənayesində,  petrol 

ocaqlarında  çalışan  işçilərin  böyük  bir  qismi  ilə  orta  məktəblərdə  təhsil 

edən  gəncliyin  mühüm  qismini  Azərbaycan  türkləri  təşkil  edirdilər.  Bu 

səbəblə  burada  fəaliyətdə  bulunan  ümumi  ixtilal  və  müxalifət 

cərəyanlarının  yanında  müstəqilən  hərəkatda  bulunan  yerli  və  milli 

qruplarla  təşkilatlar  da  vardı.  O  cümlədən,  tərəfimdən  təşkil  olunmuş, 

üzvlərin  müxtəlif  rus  liselərində  və  digər  orta  məktəblərdə  oxuyan 

Azərbaycan  türk  tələbələrindən  ibarət  gizli  bir  dərnək  vardı...  Cəmiyət 

xüsusilə  gənclik  içindəki  hər  cür  qaynaşma  və  birləşmələri    öz  nüfuzları 

altına  almaq  üçün  rəqabət  edən  bolşeviklərlə  menşeviklərin  fürsət 

qaçırmayan propaqandistləri, təbii, bizim dərnəyə soxulur, hər necə olsa da, 

bizləri  öz  hesablarına  qazanmaq  istəyirdilər.  Bolşevik  fraksiyası  Tiflisə 

nisbətən Bakıda qüvvətli idi‖ (49, s. 13-14).  

İmperiya  ilə  bağlı  Bakıda  olan  müxtəlif  təmayüllü  təşkilatlarla 

M.Ə.Rəsulzadənin  əlaqələrinin  səbəbləri,  yaratdığı  gizli  dərnəyin 

RSD(b)FP  təsirindən  qorunması  bütün  aydınlığı  ilə  ifadə  olunmuşdur. 

RSD(b)FP Bakı təşkilatı yarandığı gündən o da imperiya kimi yerli türk və 

müsəlmanlara,  məhz  yerli  fəhlələrə  ikinci  dərəcəli  adamlar  kimi  baxması, 

onların heysiyətini alçaltması aydın görünürdü (42, s. 278).  

1905-ci il inqilabının başlanması ilə bolşeviklərin bu pərdəli siyasəti bütün 

çılpaqlığı ilə aşkarlandı. Odur ki, M.Ə.Rəsulzadə və arkadaşları RSD(b)FP 

ilə  əaqəni  kəsmək  məqsədilə  yaranışda  sosial-demokrat  əlamətləri  kəsb 

etmiş  ―Hümmət‖  təşkilatını  buraxdılar.  Göründüyü  kimi,  M.Ə.Rəsulzadə 

milli istiqlal hərəkatına milli dəyərlər və təfəkkürlə gəlmiş, sürətlə bəşərin, 

insanlığın  azad  quruculuq  ideyalarını  mənimsəyən  nurlu  zəka  sahibi 

olduğunu  ardıcıl  nümayiş  etdirmişdir.  Göründüyü  kimi,  17  yaşından 


407 

 

M.Ə.Rəsulzadə xalqın milli-mənəvi ehtiyaclarını təmin etmək üçün mənəvi



ideoloji,  siyasi  cəhətdən  sürətlə  ardıcıl  təkmilləşmişdir.  ―Hümmət‖ 

təşkilatını yaradanda onun 20 yaşı vardı. Gənc M.Ə.Rəsulzadənin bu siyasi 

fırtına,  milli  təcavüz  şəraitində  milli  yolu  itirməməsinin  hər  kəsin  görə 

bilməyəcəyi  səbəbi  vardı.  Adi  texniki  peşə  məktəbi  təhsilini  tam  başa 

vurmamış  M.Ə.Rəsulzadənin  Avropanın  qabaqcıl  universitetlərində  təhsil 

almış,  istedadı  ilə  fərqlənmiş,  siyasi  təcrübəyə  malik  böyük  dövlətlərə  və 

siyasi  güclərə  arxalanan  siyasətçilərə  uduzmadan  zəka  gücü  sayəsində  bu 

təcavüzkar  düşmən  qüvvələr  arasında  milli  yolu  sevmək  və  xalqı  buradan 

arzu  olunan  gələcəyə  aparmaq  onun  Mütləq  Zəka,  Ruhla  bağlılığından, 

missiyasından  xəbər  verir.  Təsadüfi  deyil  ki,  18  yaşında  yazdığı  birinci 

məqaləsində xalqı yaradan və yaşadan iki mənəvi qüvvəni, elmi − intellekti 

və tərbiyə ilə yaradılan milli xarakteri müəyyən etmiş, həmvətənlərinə kiçik 

yaşlardan övladlarına aşılanmasını tövsiyə etmişdir. 

XVIII əsrdə tənəzzülə uğrayan, lakin milli-mənəvi hüceyrələri tam ölməyən 

Azərbaycan  mədəniyətinin  A.A.Bakıxanov,  M.F.Axundov,  H.B.Zərdabi 

tərəfindən  canlandırılan,  Ş.C.Əfqani  fəlsəfəsi  ilə  həyat  ruhu  almış  bu 

mənəvi  hüceyrələr  birləşdi,  bütövləşdi,  sistemləşdi,  yaradıcı  qüvvəyə 

çevrilib  milli  istiqlal  fəlsəfəsini  yaratdı.  M.Ə.Rəsulzadə  Azərbaycanda, 

eləcə  də  türk  dünyasında  milli  özünüdərk  fəlsəfəsini  yaradan 

Ə.B.Hüseynzadə,  Ə.Ağaoğlu  və  bu  fəlsəfənin  hüquq  sistemini  quran,  onu 

hüquq  fəlsəfəsinə  çevirən  Ə.Topçubaşov  kimi  dahilərin  yanında  ilk  əmək 

fəaliyətinə  başlaması  ona  hüdudsüz  yaradıcılıq  təcrübəsi  qazandırdı. 

M.Ə.Rəsulzadə  Ş.C.Əfqaninin  şəxsində  Azərbaycanda  Mütləq  ruhdan 

doğan  milli  yaradıcı  fəlsəfə  ilə  birlikdə,  onun  ruhundan  doğuldu.  Artıq 

Azərbaycanda  Ş.C.Əfqani  fəlsəfəsi  ilə  milli  yaradıcılıq  qazanmış,  mənəvi 

inkişaf  yoluna  düşmüş  məktəb,  mətbuat,  ədəbiyat,  incəsənət,  musiqi, 

―Qurani-Kərim‖  təməlinə  qayıtmada  olan  İslam  dini  vardı.  Milli  mənlik 

şüuruna  dayanan  milli  ideologiya  vardı.  Milli  həyatın  yüksək  təbəqələri 

tərəfindən  kütlənin  şüuruna  aşılandı.  Rus  imperiyasının  yaratdığı 

məşəqqətlərə,  rəzilliyə,  alçaltmalara  qarşı  inqilabi  səviyədə  milli  qürur, 

yaradıcılıq göstərilirdi. 

M.Ə.Rəsulzadənin  ―Kaspi‖  qəzeti  mətbəəsində  Ə.B.Hüseynzadə, 

Ə.Ağaoğlu,  Ə.M.Topçubaşov  mühitində,  dövrünün  ən  yüksək  mətbuat, 

elmi-siyasi,  mənəvi-ideoloji  şəraitində  mürəttib  kimi  əmək  fəaliyətinə 

başlaması  mətbuatın  texniki,  ədəbi,  hüquqi  qanun  və  qaydalarının 

incəliklərinə  yiyələnməklə  bərabər,  dövrün  mətbuatı  qarşısında  duran 

mədəni-mənəvi, ədəbi-bədii, elmi, siyasi-ideoloji vəzifələri, buna çatmağın 

mənəvi  qanunlarını  da  çox  yüksək  səviyədə  mənimsədi.  ―Həyat‖, 

―Füyuzat‖,  ―İrşad‖,  ―Tərəqqi‖,  ―Təkamül‖,  ―Yaddaş‖  və  b.  qəzet  və 


408 

 

jurnallarda müxtəlif janrlarda yazdığı yazıları ilə çıxış etdi. Mətbuatda fəal 



çıxış etməklə bərabər ―Səfa‖, ―Nicat‖, ―Ədəbi yurd‖, ―Cəmiyyəti-xeyriyyə‖ 

və  b.  cəmiyətlərdə  fəaliyət  göstərməklə  bütün  sosial  təbəqələrin  milli  arzu 

və istəklərinin canlı şahidi olmaqla real həyatdan aldığı materiallar əsasında 

müxtəlif  qəzet  və  jurnallarda  milli-mənəvi  həyatın  canlandırılması  üçün 

ideyalar  verən  elmi-nəzəri,  publisistik  məqalələr  nəşr  etdirirdi.  Dövrün 

mətbuatından  məlum  olduğu  üzrə  o,  Azərbaycan  xalqının  bütün  sosial 

təbəqələri, siyasi qüvvələri tərəfindən tanındığı kimi, Bakıda yaşayan qeyri-

müsəlman  xalqların  nümayəndələri,  imperiya  dövlət  orqanları,  inqilabi-

siyasi  təşkilatlar  tərəfindən  də  tanınır  və  dəyərləndirilirdi.  RSD(b)FP 

rəhbərliyində  terrorçu  kimi  məşhur  olan  İ.V.Stalinlə  münaqişələrinə 

(―Hümmət‖in  RSD(b)FP-yə  birləşdirilməsinə  etiraz  −  X.X.)  baxmayaraq, 

1907-ci  il  sentyabrın  29-da  Xanlar  Səfərəliyevin  Bibiheybətdə  dəfnindəki 

mitinqdə  İ.V.Stalin,  Qafqazın  başqa  məşhur  inqilabçıları  ilə  bərabər 

M.Ə.Rəsulzadənin  də  çıxış  etməsi  onun  Azərbaycan  inqilabı  hərəkatında, 

siyasi qüvvələr arasında zəka və nüfuz sahibi olmasının göstəricisidir. 

M.Ə.Rəsulzadə  inqilabi  fəaliyəti  ilə  paralel  xalqda  azadlıq,  özünəinam 

hisslərini canlandırmaq üçün nəsr, nəzm, publisistika janrlarında mətbuatda 

ardıcıl  çıxış  edirdi.  Nəhayət  1908-ci  ilin  dekabrın  5-də  onun  ―Nicat‖ 

Xeyriyə cəmiyəti tərəfindən ―Qaranlıqdan işıqlara‖ pyesi tamaşaya qoyulur. 

Bu  əsərlə  M.Ə.Rəsulzadə  Azərbaycan  dramaturgiyasında  ilk  dəfə  açıq 

şəkildə  Rus  müstəmləkəçiliyinə  qarşı  çıxır,  xalqı  ilə  üz-üzə  danışır. 

Göründüyü  kimi,  dramaturgiya  janrı  təsadüfən  seçilməmişdir.  Çarizmə  və 

erməni  terroruna  qarşı  ―Difai‖  təşkilatını  yaradan  Ə.Ağaoğlu  imperiyaya 

qarşı  hərbi-siyasi  güc  mənbəyi  kimi  qiymətləndirilmədə  idi.  1907-ci  ilin 

sonunda  ölkədə  inqilabi  hərəkat  dalğasının  aşağı  düşməsi  ilə  imperiya 

inqilabi  qüvvələrə  və  onun  liderlərinə  qarşı  hücuma  keçdi.  Çarizmin 

Azərbaycan  milli  qüvvələrindən  məhvi  üçün  birinci  hədəf  seçdiyi  liderlər 

Ə.Ağaoğlu,  Ə.B.Hüseynzadə  və  M.Ə.Rəsulzadə  idi.  Göründüyü  kimi,  23 

yaşlı  M.Ə.Rəsulzadə  Azərbaycanda  imperiyaya  qarşı  təhlükə  yaradan 

inqilabi-siyasi  lider  kimi  qiymətləndirilirdi.  Ə.Ağaoğlunu  hər  an  ölüm 

təhlükəsi izlədiyindən o, 1908-ci ilin sonlarında Vətənini tərk edib İstanbula 

sığınmağa  məcbur  oldu.  Gənc  M.Ə.Rəsulzadə  Qacarlar  monarxiyasına 

keçdi, 1909-cu ilin əvvəllərində Ə.B.Hüseynzadə İstanbula mühacirət etdi. 

M.Ə.Rəsulzadə Qacarlar monarxiyasına gedərkən ölkədə ideoloji və siyasi 

ocağı  Cənubi  Azərbaycan,  Təbriz  olan  inqilabi  məşrutə  hərəkatı  vüsət 

almışdı.  Odur  ki,  Qacarlar  monarxiyasına  daxil  olan  kimi  M.Ə.Rəsulzadə 

rejimə  qarşı  mübarizə  aparan  S.H.Tağızadə,  H.Nəvvab,  S.Mirzə,  S.M.Rza 

və  b.  siyasi  mübarizlərə  qoşulur.  Səttarxan  və  Bağırxanla  təmasda  olur, 

onların  rəhbərlik  etdiyi  məşrutə  hərəkatında  iştirak  edir.  Qacarlar 


409 

 

monarxiyasında  M.Ə.Rəsulzadə  coşqun  inqilabi  situasiyanın  iştirakçısı 



olmaqla  bərabər,  Azərbaycan  türklərinin  tarixi  və  müasir  mənəvi 

durumunun  dərki  üçün  əlverişli  bir  mühitlə  üzləşir.  Ona  Azərbaycan 

türklərinin    tarixi  şöhrətini  və  müasir  mənəvi  ölüm  səviyəsində  duruma 

enməsinin  səbəblərini  öyrənməklə  bu  durumdan  çıxmağın  yollarını 

axtarmağa sövq edir. Qacarlar monarxiyasında ilk öncə ―Tərəqqi‖ qəzetinin 

müxbiri  kimi  fəaliyət  göstərən  M.Ə.Rəsulzadə  1909-cu  ilin  mart-avqust 

aylarında bu qəzetdə ―İran məktubları‖ rubrikası ilə 43 məqalə nəşr etdirir 

(52, s. 298-444).  

Elə buradaca M.Ə.Rəsulzadənin yaradıcılığı ilə bağlı bir haşiyəyə çıxmağa 

ehtiyac  duyuram.  M.Ə.Rəsulzadə  yaradıcılığına  xeyirxah  münasibətlə 

yanaşıb,  onu  gələcək  nəsillərə  təqdim  etmək  istəyənlərin  hamısına  böyük 

hörmətlərim  var,  elə  bu  əməllərinə  görə  onların    qarşısında  baş  əyirəm. 

Lakin  nəzərə  almaq  lazımdır  ki,  M.Ə.Rəsulzadə  yaradıcılığı  hər  kəsin, 

nəinki orta və yüksək səviyəli elmlər doktoru, professorların, hətta bundan 

yüksək səviyəli alimlərin də, hər kəsin onun tədqiqatçısı olub, onu olduğu 

səviyədə şərh etməsi çətin işdir. M.Ə.Rəsulzadə türklüyün XX  əsrdə bəşər 

tarixinə  verdiyi  elə  bir  bənzərsiz  dahidir  ki,  dünyanın  ən  ağır  mənəvi 

duruma  düşmüş  hər  hansı  bir  xalqı  onun  müəyyən  etdiyi  üsulla  qısa 

müddətdə  özünü  mənən  bərpa  edə  bilər.  Bu  cəhətdən  Qustav  Le  Bonun 

yaradıcılığından  sonra  M.Ə.Rəsulzadənin  yaradıcılığı  ilə  müqayisə  olacaq 

ikinci  filosof  yoxdur.  Qustav  Le  Bondan  sonra  M.Ə.Rəsulzadə  tənəzzülə 

düşmüş  xalqların  özünübərpa  probleminin  həlli  üsullarını  daha  da 

zənginləşdirmişdir.  

M.Ə.Rəsulzadənin  dünyagörüşünə  Qacarlar  monarxiyası  məşrutə  hərəkatı 

mərhələsinin  təsir  etdiyini  deyən  tədqiqatçılar  ―Səttarxan  hərəkatı‖  ifadəsi 

istisna edilərsə, heç bir mənəvi-ideoloji siyasi hadisədən bəhs etmədən onun 

dünyagörüşünün  təməl  əsasları ifadə  olunmuş  ―İran  məktubları‖ndan  bəhs 

edərkən  ―Bu  məktublar  əsrin  əvvəllərindəki  İran  siyasi  mühitini  və  böyük 

ədibin İrandakı fəaliyətini öyrənmək üçün son dərəcə qiymətli məxəzlərdir‖ 

və  ya  ―M.Ə.Rəsulzadə  ilkin  vaxtlarda  İranda  ―Tərəqqi‖  qəzetinin  xüsusi 

müxbiri kimi fəaliyətə başladı. Xalqın güzəranının ağırlığı, mübarizliyi və 

qətiyəti  onu  ciddi  maraqlandırırdı.  M.Ə.Rəsulzadənin  ―Tərəqqi‖  qəzetində 

―İran məktubları‖ başlığı ilə çap edilən yazıları böyük diqqətə səbəb oldu‖. 

Bu  kimi  yanaşmalar  və  tədqiqatlarla  M.Ə.Rəsulzadə  zəkasına,  nəinki 

fəlsəfəsini,  jurnalistikasını  belə  heç  kimə  təqdim  etmək  olmaz,  çünki 

mümkün deyil. 

M.Ə.Rəsulzadənin 

milli 


fəlsəfəsinin 

təməl 


əsasları 

Qacarlar 

monarxiyasındakı  həyatı  və  fəaliyəti  mərhələsində  aydınlaşır.  O,  burada 

türklüyün  tarixi  əzəmətinin  abidələri  ilə  bərabər  son  ölüm  nəfəsində  olan 



410 

 

xurafatı  duyumu  ilə  çulğalaşmış  məşrutə  uğrunda  mübarizəsini,  hara 



gedəcəyini bilməyən liderlərini, milli həyatın harasında olduğunu bilməyən, 

hara  necə  gedəcəyini  bilməyən  qəhrəmanı  Səttarxanın  fəaliyətinin;  feodal-

zadəgan  zümrəsinin  hakimiyətə  yarınmaq  üçün  ölkədə  heç  bir  islahatı 

dəstəkləməməsi; Azərbaycanda xalqın qızının, oğlanının namusuna təcavüz 

edən  Rəhim  xanın  və  onun  kimilərin  hakimiyət  tərəfindən  dəstəklənməsi; 

dövlət başçısı monarxın ingilis və rus müstəmləkəçiliyinin əlində oyuncaq 

olması,  xalqına  deyil,  imperialistlərə  xidmət  göstərməyə  hazır  olması, 

xalqını  rus  kazaklarının  talanına  verməsi  −  bütün  bu  səhnələrin  hamısına 

M.Ə.Rəsulzadə  mənəvi  ölüm  hadisəsi  kimi  yanaşır.  ―Tərəqqi‖  qəzetinə 

1909-cu  il  3  avqustda  göndərdiyi  məktubunda  Qacarlar  monarxiyasının 

paytaxtı  Tehran  milli  meydanı  Topxanada  edam  cəzasını  təsvir  edərək 

yazır: ―Dövrü sabiq xanlar ilə hesablaşmıyorlar, boğazlarından alıb dardan 

asıyorlar. Əhali bu edamlardan xeyli xoşlanır. Topxana meydanında yığılan 

cəmaətin  halına  diqqət  yetirilirsə,  müstəbidlərin  edamından  bu  dərəcə  bir 



həzz apardıqları insanı heyrətə salıyor. 

İnsan  nə  qədər  düşər,  nə  qədər  alçaqlanarmış,  cəmaət  yanında  böyük 

hörmətlərə, artıq şanlara dara olan bir ―molla‖nı alırlar da, haman cəmaətin 

alqışları  altında  boğazına  tənab  salıb  dardan  asıyorlar,  kimsə  etiraz 

etmiyor... 

Axşam  tərəfi  qürub  yaxınlaşıyor.  Tehranın  istisindən  qaçıb    zirzəmilərdə 

gizlənən  əhali  axşam  kölgəsindən  bilistifadə  bayıra  çıxmış  ―görək  bu  gün 

kimi asacaqlar‖ güman ilə Topxana meydanına yığılmış, kəsrət edilmişdir. 

Meydandan qalxan ğubar Tehranı, quru havaya olduqca bulandırmış kəsafət 

vermiş,  insan  boğulur.  Amma  tamaşa  üçün  gələn  cəmaət  məhkum 

boğulunca boğula-boğula qalar da tamaşasını təkmil etmək istəyir. 

İzdhamda  böyük  bir  xəlcan  və  hərəkət  görnüyor.  Qarışqa  kimi  hərəsi  bir 

tərəfə dartınır, boylanır, özünə hündür yer hazırlayır ki, asılacaq olanı iyicə 

görsün, tamam təfsilatı bilsin. 

Nagah dar ağacının yanında cavan bir mücahid çıxıb əhaliyə ixtar ediyor ki, 

bu gün növbə seyyiati-qanuni şəkianə və iqdamati-irticapəstanə və məvazi-

xəyanətkarənəsi ilə məşhur olan əmudi mütləqiyyət Şeyx Fəzullahdır.  

Cavan  xütbəsini  təmam  edər-etməz,  ―zindan-bad-məcazat‖  sədası 

asimanfərsa olyor. 

Bu sədadan sonra izdiham bir daha xəcanlaşıyor. Yer üstə davada olanların 

mühacələridir eşidilir.  

―Muzand,  midavada‖  −  deyə  izdiham  tamam  qulaqlarını  şəkləyir.  Bütün 

nəzərlər dar ağacına tərəf olunur. 

Nagah ―zindanbad azad!‖, ―zindanbad qanun‖ − deyə izdiham bir ağızdan 

olduğu kimi dad ediyor... 



411 

 

Tamaşadan geri qalmışları görürəm ki, qaça-qaça gəlir, gülyor, ―zindabadi 



azadi‖, ―zindanbadi-qanun Məhəmmədi‖ − deyə qışğırırlar. 

Ümumi bir şadlıqdır. 

Nə qədər bir təbəddül!.. 

Şeyx Fəzullahın oğlu Şeyx Mehdi dəxi atasının edamından xoşhaldır. 

Bu  adamı  bir  gün  irəlidən  tamam  tehranlılar  hər  soqaqda,  hər  küçədə 

göryorlarsa,  atasının  edam  olunacağından    dolayı  təbrik  edər  təhniyyət 

dilyorlar idi. 

Bu  isə  tamam  bu  alqışları  qəbul  edib,  cavabında  ―zindanbad  mükafat‖, 

―əcazat‖ − deyə atasının cəzalanmasını lazım bilyor idi... 

Şeyx  Fəzullahdan  sonra  sabahı  acudanbaşı  dəxi  dardan  asıldı.  Cəmaət 

haman hal ilə şadlıq ediyor, bu edamlardan nəhayət dərəcə razı qalıyor idi... 

Zira  böylə  bir  edam  beynənnas  bir  bədxahlıq  ihdas  ediyor.  Məsələn, 

axırıncı  dəfə  acudanbaşını  asdıqda  xırda  uşaqlar  gəlib  ayağından  tutub 

dartır idilər. 

Cəmaət  ilə  bərabər  bütün  mətbuat  dəxi  edamları  təqdir  ediyor.  Hansı 

qəzetəyə  baxsanız,  edam  cəzasını  təqdir  edən  bir  ayeyi-Quraniyyə  ilə 

başlanan birər məqalələr görəcəksiniz!..‖ (52, s. 419-421). 

Göründüyü  kimi,  M.Ə.Rəsulzadə  Qacarlar  monarxiyasında  ―...  Cəmaətin 

halına  diqqət  yetirilirsə,  müstəbidlərin  edamından  bu  dərəcə  bir  həzz 

apardıqları insanı heyrətə salıyor. 

İnsan nə qədər düşər, nə qədər alçalarmış‖ − deyə gördüklərindən dəhşətə 

düşür.  


Təəccübünü  ifadə  edərək  yazır:  ―İnsan  dəryaları  fəth  ediyor,  suyu  məğlub 

ediyor, fəqət bu vasitə ilə qitaəti-xəmsəyi zəmində cəzrairi-müxtəlifdə olan 

insanları  bir-biri  ilə  rabitə  və  bənd  edib  dəhr  ilə  elədiyi  mübarizədə 

müttəhid  etmək  əvəzinə  bir-birlərinə  hücum  edib,  yek-digərlərini 

nurlandırmaq,  mərifətləndirmək  üçün  bilik,  mərifət,  hissi-bəradəri 

aparmaqları yerində, bir-birini tələf və məhv etmək məqsədilə aləti-naziyə 

və təxribiyyə daşıyorlar... 

Əvət,  təbiət  insanların  mədəniyətinə  gülyor.  Atəşin  və  müdhiş  bir  surətdə 

gülyor‖ (52, s. 283-284)  deməsi gənc M.Ə.Rəsulzadənin hələ insanlığın − 

mənəvi varlığın mənəvi-ideoloji, sosial-siyasi qanunlarını bilmədiyi, sadəcə 

ülvi  hisslərlə  yaşayıb,  daxilində  özünün  də  bilmədiyi  bir  qüvvə  onu  şəxsi 

ehtiyaclarını  unutdurub  insanlığın  bu  naqisliklərini  yox  etmək  üçün 

mübarizəyə atmışdır.  

Gördüyü  faciə  və  dəhşətlər,  amansızlıq,  ona  qarşı  olan  təqib,  yaşadılan 

məhrumiyətlər  onu  xalq  üçün  azad  insan  cəmiyəti  quruculuğu  idealından 

döndərə bilmir. O, mənəviyat qanunlarını mükəmməl bilmək zərurətini dərk 

edir.  Bu  məqsədə  nail  olmaq  üçün  Qacarlar  monarxiyasında  fəaliyət 


412 

 

göstərmək  dəhşətli  olduğu  qədər  də  insanlığın  mənəvi  həyatının  müxtəlif 



çalarlarına daxil olmaq, onu öyrənmək üçün əlverişli idi. Beləliklə, Qacarlar 

monarxiyasında  inqilabi  fəaliyətində  davam  etməyə  qərar  verən 

M.Ə.Rəsulzadə  Türk  tarixinin  trixi  əzəmət  nümunəsi  Qacarlar 

monarxiyasında  dini,  mənəvi,  intellektual  səviyənin  itirliməsinin  acı, 

ağlasığmaz  vəziyətlərinin  şahidi  olur.  İnsan  mənəviyatsızlığının, 

despotizmin bütün faciələrini ona açır, o, burada insanlığı yaradan və məhv 

edən  mahiyətə  daxil  olmağa  inadkarlıq  göstərir.  Şimali  Azərbaycanda 

olduğu  kimi,  Cənubi  Azərbaycanda  da  azadlıq  ruhunun,  məşrutə 

hərəkatının onu doğma yurdundan didərgin salmış rus imperiyasının əli ilə 

boğulması M.Ə.Rəsulzadənin ruhunu sarsıdır. Vətəninin, Millətinin istiqlal 

ruhuna,  mənliyinə  təcavüz  edən  bu  şər  qüvvənin  dəf  edilməsi  yolunu 

tapmağı 


öz 

varlığının 

mənası 

kimi 


qiymətləndirir. 

Qacarlar 

monarxiyasındakı  hərcmərclik,  milli  simasızlaşma,  rus,  ingilis  imperiyası 

özbaşınalığı M.Ə.Rəsulzadə ideallarına inamsızlıq yaradıb onu ruhdan sala 

bilmir,  onu  hadisələri  doğuran  səbəbləri  dərindən  dərk  etməyə 

istiqamətləndirir.  Bu  günlərdə  Qacarlar  monarxiyasında  məşrutəçi  və 

demokratik qüvvələrdə narahatlıq doğuran, onlarda ruh düşkünlüyü yaradan 

hadisələrdən  biri  məşrutə  hərəkatından  sonra  mülkədar  və  kiçik  burjua 

təbəqələrinin  −  ―Etidaliyn‖  partiyasını  yaradaraq,  monarxiyanı  müdafiəyə 

qalxması idi. M.Ə.Rəsulzadə ilk dəfə bu sualın cavablandırılmasında artıq 

mükəmməl  bir  filosof  kimi  çıxış  edir,  ―Mühafizəkar  və  ya  sosialist-

mühafizəkar partiyaların tənqidi‖ kitabını yazır, əsər 1910-cu ildə Tehranın 

―Taros‖ nəşriyatında çap olunur (53, s. 84-107).  

M.Ə.Rəsulzadə əsərdə bütün hadisələrin obyektiv və subyektiv səbəblərini 

göstərir,  bunun  əyani  sübutu  üçün  tarixə  ekskurs  edir.  Göstərir  ki, 

anaxaqanlıqdan  ataxaqanlığa  keçid  mərhələsindən,  ataxaqanların  yanında 

fəal, qabiliyətli adamlardan ibarət bir zümrə yaranır. Dövlətin yaranması ilə 

bu  zümrə  daha  da  fəallaşır,  hökmdarın  yanında  yer  almağa,  hakimiyətdən 

faydalanmağa çalışırlar. Milli dövlətlərə keçid, siyasi partiyaların yaranması 

ilə bu zümrə xalqlara adı xoş gələn partiyalar yaratmaqla, xalqın vasitəsilə, 

onu  aldadaraq,  hakimiyətə  yarınır  və  ondan  öz  məqsədləri  üçün  istifadə 

edir. ―Dünyanın mədəniyət tarixi və mədəni millətlərin təkamülünün gedişi 

bizim  müddəamız  üçün  aydın  sübutdur.  Hazırda  müəyyən  dərəcədə  və 

qismən  milli  hökumət  quruluşunda  olan  Avropa  məşrutə  və  respublika 

dövlətlərinin  hər  biri  hakimiyəti  imtiyazlı  sinfin  cəngindən  çox  qanlar 

bahasına alıb öz əllərinə keçirmişlər‖ (53, s. 86).  

M.Ə.Rəsulzadə  ayrı-ayrı  xalqların tarixində  belə partiyaların  çox  olmasını 

misal gətirərək göstərir ki, ―Etidaliyun‖  partiyasının adını eşidən kimi onun 

da hakimiyətdən bəhrələnmək üçün yaradıldığını düşündüm, məramnaməsi 


413 

 

ilə  tanış  olan  kimi  düşüncəmdə  haqlı  olduğum  aydınlaşdı.  Bir  də  ki,  hər 



hansı partiyanı ən yaxşı tanıdan onun fəaliyətidir. Qacarlar monarxiyasının 

―Etidaliyun‖  partiyası  da  müxtəlif  xalqların  bu  mahiyətli  ada  malik 

partiyaları  həmişə  eyni  əməlin  sahibi  olmuşlar.  ―Başqa  məmləkətlərdə 

mühafizəkar və sağ firqələr bu kimi gözəl, xoşagələn aldadıcı adlar altında 

zühr etmişlər. Fəlsəfi təhsil nöqteyi nəzərindən mədəniyət tarixinə və dünya 

dövlətlərinin  bu  məsələnin  həllindəki  problemlərinin  inkişafına  diqqətlə 

yanaşsaq  görərik  ki,  bu  firqələrin  belə  tədbirlərə  əl  atması  təbiidir.  Çünki 

adları onların əsas məqsədlərinə uyğun gəlir‖ (53, s. 89).  

Qacarlar  monarxiyasının  ―İctimaiyun‖  partiyasının  yaranma  səbəbləri  və 

məqsədlərinə aydınlıq gətirən M.Ə.Rəsulzadə yazır ki, bütün bunlar azmış 

kimi, bir-birinə zidd Etidaiyun ideyalarını − İctimaiyun (sosialist) ideyaları 

ilə  birləşdirmək  istəyirlər  −  yazaraq,  bu  ideologiyanın  yaranma  tarixi, 

ideoloji  mahiyətini  şərh  edərək  yazır:  ―Avropada  sosialist  adlanan 

―İctimaiyun‖  elə  bir  firqədir  ki,  yalnız  Avropanın  konservatorları  deyil, 

hətta  onların  demokratlarını,  liberallarını  və  radikallarını  da  ―Etidaliyun‖ 

(mühafizəkar) sayaraq, onlarla mübarizə aparırlar. Bunlar (yəni sosialistlər) 

elə  firqədir  ki,  təkcə  siyasi  bərabərlik  deyil,  ictimai-iqtisadi  bərabərlik  də 

tələb edirlər. Bunlar Avropa məişətinin bütün kiçik və böyük məsələlərində 

nüfuzu  olan  kapitalizm  üsul-idarəsinin  əleyhinə  çıxıb  onu  (kapitalizmi) 

Avropa, Amerika, Yaponiya və s. yerlərdə dağıdıb sosializm idarə üsulunu 

bərqərar  etmək  istəyirlər.  Çünki  onlar  bütün  bəşəriyətin  səadətini 

sosializmdə  görür  və  öz  ali  məqsədlərinə  çatmaq  üçün  təkamül  qanunu 

sosializm amalına uyğun bilərək, siyasi hakimiyəti mənafeyi olanlarla üst-

üstə düşən siniflərə vermək istəyirlər‖ (53, s. 93). 

Sosialist partiyaların ideologiyasından məlumat verən 25 yaşlı gənc, texniki 

peşə  məktəbi  tamamlayacaq  təhsil  almamış  M.Ə.Rəsulzadə  K.Marksın 

təkamülçü 

sosializmi,  ondan  sonra  yaranan  inqilabçı  sosialist 

ideologiyasının  sinifi,  ideoloji,  sosial-iqtisadi-milli-mənəvi  əsaslarını 

dərindən şərh edərək yazır ki, onların ―aralarında heç bir fərq yoxdur‖ (53, 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin