Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   82   83   84   85   86   87   88   89   ...   98
AMEA-National Philosophy-2019


Etnik göstərici 

Filosofların adları 

 

 

Böyük  Albert  (XIII  əsr  -dominikan),  M.  Ekhart 

(XIII  əsr  -  dominikan),  M.  Lüter,  X.  Tomazius,  İ. 


888 

 

1.  Alman  mənĢəli 



filosoflar 

Kant,  İ.  Fixte,  F.  Şellinq, Q.  Hegel,    L.  Feyerbax, 

Bruno  Bauer,  Maks  Ştirner,  A.  Şopenqauer,  V. 

Vindelband,  V.  Diltey,  M.  Veber  (anası  fransız), 

Q. Rikkert, K. Yaspers, O. Şpenqler, Y. Habermas, 

M.  Haydeqqer,  F.  Brentano  (alman-italyan),  K. 

Ştumpf. 

Qeyri-alman 

mənşəli 

alman 


filosofları 

(Yəhudi mənşəlilər): K. Marks, L. Vitqenşteyn, Q. 

Zimmel,  T.  Adorno,  E.  Fromm,  Q.  Markuze,  E. 

Qusserl, M. Xorkxaqmer, Z. Freyd. 

Q.  Leybnis  (atası  serb,  anası  alman),    F.  Nitşe 

(polyak) 



 

2.  Ġngilis  mənĢəli 

filosoflar 

Alkuin,  Rocer  Bekon,  Uilyam  Okkam,  Tomas 

Mor,  Frensis  Bekon,  Con  Lokk,  Entoni  Şeftsberi, 

Ceremi  Bentam,  Tomas  Qobbs,  Çarlz  Darvin, 

Herbert Spenser, Tomas Qrin, Frensis Bredli, Corc 

Mur, Bertran Rassel 

Qeyri-ingilis 

mənşəli 


ingilis 

filosofları 

İoann Skot Eriuqen, Corc Berkli (irland),  

İoann Duns Skot, İsaak Nyuton, Devid Yum, Con 

Stüart Mill, Adam Smit (şotland)  

Kenterberli  Anselm  (italyan),  Devid  Rikardo 

(yəhudi-sefard), Alfred Ayer (yəhudi) 

 

 

3. 

Fransız 

mənĢəli filosoflar 

Pyer  Abelyar,  Monten,  Rene  Dekart,  Qassendi, 

Nikola Malbranş, Blez Paskal, Volter, Deni Didro, 

Etyen Kondilyak, Jülyen Lametri, Şarl Monteskye, 

Oqüst Kont, Sen-Simon, Şarl Furye, Pyer Prudon, 

Jan  Pol  Sartr,  Alber Kamyu,  Merlo-Ponti,  Qabriel 

Marsel, Rolan Bart, Mişel Fuko, Jil Delez, Fransua 

Liotar,  Jan  Bodriyar,  Alen  Badyu,  Teyar  de 

Şarden,  Jorj  Batay,  Qaston  Başlyar,  Lui  Altüsser, 

Pyer Burdye, Pyer Qvattari, Jak Lakan 

Qeyri-fransız 

mənşəli 


fransız 

filosofları 

(Yəhudi  mənşəlilər):  Emil  Dürkqeym,  Derrida, 

Anri  Berqson,  Levi-Stross,  Jak  Derrida,  Jak 

Mariten, Aleksandr Koyre. 

Qolbax (alman), Jak Russo (isveç). 



 

4. Italyan mənĢəli 

filosoflar 

Mark  Siseron,  Lukresiya  Kar,  Seneka,  Mezoniy 

Ruf, Mark Avreliy, Akvinli Foma, Mediçilər ailəsi, 

Dante,  Marsilio  Fiçino,  Cordano  Bruno,  Nikkolo 

Makiavelli,  Cambatista  Viko,  Antonio  Cenavezi, 

Qaliley,  Melxior  Coiya,  Paskantonio  Labriolauale 

Qaluppi,  Antonio  Rosmini-Serbati,  Vinçenso 


889 

 

Coberti,  Trensio  Mamiani,  Luici  Ferri,  Avqusto 



Vera,  Bertrando  Spaventa,  Covanni  Centile, 

Benedetto Kroçe, Abbanyano, Canni Vattimo. 

Qeyri-italyan 

mənşəli 


italyan 

filosofları 

Antonio Qramşi (alban). 

 

Qərbi Avropa filosoflarının etnik mənşələri barədə məlumatlar tam şəkildə 



araşdırılmamışdır. Lakin, əldə olan məlumatların bir çoxu, onların etnik və 

milli  kimliklərini  bir-birindən  ayırmağa  imkan  verir  (cədvəl  1).  Onu  da 

nəzərə almaq lazımdır ki, alman, fransız, ingilis milli kimliyində və onların 

etnogenezisində  bir  çox  xalqların  nümayəndələri  iştirak  etmişdir  (keltlər, 

normanlar, hunlar, romalılar və s). Etnosları sosial konstruksiya materialları 

kimi dəyərləndirən konstruktivizmə görə bunun heç bir əhəmiyyəti yoxdur. 

Lakin,  primordialist  yanaşmaya  görə,  bu  məsələ  əhəmiyyətlidir.  Çünki 

müxtəlif  tarixi  sosial  konstruksiyaların  formalaşmasında  iştirak  edən 

etnoslar,  sadəcə  bir  inşaat  materialı  kimi  deyil,  öz  sosial-mədəni  matrisası 

olan  substansiyalar  kimi  daxil  olurlar.  Düşünürəm,  hər  iki  yanaşmada 

ifratçılıq  vardır.  Çünki  matrisalarını  itirən  sosial  substansiyalar,  yəni, 

assimlyasiyaya məruz qalan etnoslar da bir gerçəklikdir.   



Nəticə.  Yeni  Dövr,  qlobal  tarixi  rekonstruksiya  idi.  O,  XVII-XVIII  əsrdə 

yeni milli dövlətlərin meydana çıxması ilə öz siyasi-hüquqi varlığını təsdiq 

etdi.  Bununla,  orta  əsrlərdən  başlayaraq  Avropada  katolik  kilsənin 

ehkamları  əsasında  formalaşan  tradisionalist  paradiqma  məğlub  oldu  və 

onu,  Yeni  Dövrün  liberal  paradiqması  əvəz  etdi.  Lakin,  bu  proses,  öz 

başlanğıcını  önreformasiya  (XII-XV)  və  reformasiya  (XVI-XVII) 

hərəkatlarından  alırdı.  500  ildən  çox  davam  edən  bu  kəşməkeşli  proses 

dəhşətli fəlakətlərə səbəb oldu.   

Bu mübarizə, katolik kilsənin hakimiyyətindən və onun hegemoniyasından 

narazı  olan  qüvvələrə  lazım  idi.  Bu  qüvvələr  arasında  kilsənin 

müflisləşdirdiyi, aldatdığı, zülm etdiyi sadə insanlar, kilsə tərəfindən siyasi-

iqtisadi  maraqları  məhdudlaşdırılan  kral,  knyaz  və  zadəganlar,  kilsə 

tərəfindən  təqib  olunan  fərqli  fikir  adamları,  dini  təriqətlər,  ideoloji 

cərəyanlar  və  yəhudi  icmaları  var  idi.  Onlar,  düşmənləri  üzərində  qələbə 

qazanmaq üçün, bir araya gəlmək, təşkilatlanmaq və ümumi konsepsiyadan 

çıxış etmək məcburiyyətində olmuşlar. Müxtəlif xarakterli insan və qrupları 

bir  araya  gətirmək  üçün,  gizli  və  mürəkkəb  strukturların  yaradılmasına 

ehtiyac  var  idi.  Belə  strukturlar  mason  təşkilatları  şəklində  meydana 

çıxmışlar. Buna görə də, təsadüfi deyildir ki, Yeni Dövrün, reformasiya və 

önreformasiya  hərəkatlarının,  humanizmin  görkəmli  liderləri,  filosofları, 



890 

 

siyasi  xadimləri  arasında mason  təşkilatlarının  üzvləri  çox  olmuşdur.  Yeni 



Dövrün  paradiqması  ilə  mason  təşkilatlarının  konsepsiyalarının  üst-üstə 

düşməsi də buradan irəli gəlirdi.  

Milli  dövlətlər,  katolik  kilsənin  təzyiqi  və  təsiri  altında  olan imperiyaların 

parçalanması və  müstəqillik əldə etməsi nəticəsində meydana çıxa bilərdi. 

İmperiyaların  parçalanması  üçün,  sadə  xalqların,  kəndlilərin  ayağa 

qaldırılması, silahlandırılması və idarə olunması lazım idi. Bu proseslər isə, 

özbaşına  baş  verə  bilməzdi.  Bunun  üçün  inqilabi  ideyalara,  maliyyəyə, 

təcrübəli, bilikli insanlar və qruplara ehtiyac var idi. Bu inqilabi proseslər, 

paralel  şəkildə  həm  təkamül  (maarifçilik  hərəkatı),  həm  də  üsyan  yoluyla 

həyata  keçirilməli  idi.  Lakin,  şüurlarda  inqilab  etmək  üçün,  azadlıq 

ideyaları  sadə  insanların  danışdıqları  dillərdə  və  sadə  bədii  formalarda 

təbliğ olunmalı idi. Bu isə, milli şüurun, milli mədəniyyətin formalaşmasına 

və  onun  üzərində  milli  dövlətçiliyin  yaranmasına  təkan  verirdi.  Bu 

proseslərin  dərinləşməsi,  imperiyaların  milli  dövlətlərə  parçalanmasına  və 

onlardan  güc  alan  katolik  kilsəsin  zəifləməsinə  səbəb  olurdu.  Nəticədə, 

keçmiş  imperiyalar  ərazisində  gücünü  itirən  katolik  kilsənin  yerini,  ona 

qarşı  əsas  mübarizə  mərkəzləri  olan  mason  təşkilatları  və  digər  gizli 

təşkilatlar  tuturdu.  Beləliklə,  kilsənin  hegemoniyasının  yerində  gizli 

transmilli qrupların gözəgörünməz hegemoniyası qurulurdu.  

 

 



Ədəbiyyat və qeydlər: 

1.  История философии: Запад-Россия-Восток (книга четвѐртая. Философия 

XXв.). Второе издание. Ред. Н. В. Мотрошилова и А. М. Руткевич. М.: 

«Греко-латинский кабинет» Ю.А. Шичалина, 2000. — с.252 

2.  Маньковская Н. Б. Эстетика постмодернизма. — М.: ИФ РАН — С. 132 

3.  https://ru.wikipedia.org/wiki/Различия_между_православием_и_католицизм

ом 

4.  Hospitalyerlər  təriqəti  Fələstində  1099-cu  ildə  yaranmışdır.  Onlar,  Fələstinə 



gələn  xristian  ziyarətçilərin  təhlükəsizliyinə  və  sağlamlıq  məsələlərinə  baxırdılar. 

Onlar,  xəstə  ziyarətçiləri  müalicə  etmək  üçün,  Fələstində  tibbi  yardım  mərkəzi 

yaratmışlar. Bu gün işlənən ―hospital‖ sözü də buradan irəli gəlir. 

5.  Seward  D. The  monks  of  war:  the  military  religious  orders. —  Archon  Books, 

1972. — 346 p. 

6.  Robinson,  John  J. Born  in  Blood:  the  Lost  Secrets  of  Freemasonry. -  Lanham, 

US: Rowman and Littlefield,2009. — Silvercloud, Terry David. The Shape of God: 

Secrets, Tales, and Legends of the Dawn Warriors. —  Victoria, Canada: Trafford, 

2007. 

7.  Katoliklərlə  qusitlərin  qarşıdurması  bir  qədər  səngisə  də,  XVII  əsrdən 



başlayaraq qusitlərin bir hissəsi lüteranlara, digərləri kalvinistlərə qoşulmuş, radikal 

qusitlər isə (taboritlər) öz kimliklərini bu günə qədər qoruya bilmişlər. 



891 

 

8.  Valdenslər  əksər  protestantlar  kimi,  yəhudilərlə  normal  münasibətdə  olmuşlar. 



II Dünya müharibəsi zamanı İtaliya valdenslərinin yəhudiləri faşizmdən qorumaları 

göstərir ki, orta əsrlərdə də onların yəhudilərlə münasibətləri pozitiv olmuşdur.  

9.  Katarlar  (albiqoylar,  yəni  Albijuadan  olan  katarlar)  xristian  təriqəti,  Fransa 

(Lanqedok),  İtaliya  və  digər  avropa  ölkələrində  katarlar,  Balkan  və  Bizansda 

boqomillər (bolqar din xadimi Pop Boqomil tərəfindən yaradılmış) və onların qolu 

olan patarenlər (Bosniya), babunlar (Makedoniya),  Kiçik  Asiyada pavlikianlar və 

digər adlar (manixeylər, messalianlar, evxitlər, publikane və s) altında tanınırlar. 

10. Z. M. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007 

11. https://az.wikipedia.org/wiki/Pavlikanlar_hərəkatı 

12. Bizans  ərazisində  onların  paytaxtı  Tefriku  şəhəri  olmuşdur.  Bu  şəhər  indi 

Türkiyədə  Ərzurum  və  Sivas  arasında  olan  kiçik  Divriqi  şəhəridir.  Onlar,  bu 

ərazidən Bizansın digər şəhərlərinə hücum edir, kilsələri dağıdır, dini ayin alətlərini 

qərət edir və keşişləri girov götürürdülər. Xilafətdən bəzən himayə alırdılar. Xilafət 

onları  Bizansa  qarşı  bir  silah  kimi  istifadə  edirdi.  Buna  görə  də,  Bizans  onları 

Avropa istiqamətində uzaqlaşdırmaq qərarına gəlir.  

13. Блюм Жан. Ренн-ле-Шато. Вестготы, катары, тамплиеры: секрет еретиков 

/ Пер. с фр. А. Ю. Карачинского, И. А. Эгипти. — СПб.: Евразия, 2007. — 256 

с.  


14. Байджент  М., Лей  Р., Линкольн  Г. Священная  загадка.  Иисус  Христос. 

Катары.  Священный  Грааль.  Тамплиеры.  Сионская  община.  Франкмасоны / 

Пер.  с  фр.  О.  Фадиной. —  СПб.:  Кронверк-Принт;  Норма-Пресс;  Ривакс, 

1993. — 368 с. 

15. https://ru.wikipedia.org/wiki/Реформация_в_Италии 

16. Смирин, М. М. Германия в XVI и в начале XVII в.// История средних 

веков в двух томах / Под ред. С. Д. Сказкина. — 2-е изд. — — Т. 2. М.: 

Высшая школа, 1977.  

17. Kinney, Kinney, Arthur; Swain, David W. Tudor England: An 

Encyclopedia. — Garland, 2001.  

18. https://www.e-

reading.club/chapter.php/82838/22/Kalashnikov%2C_Kugushev_-_ 

19. Бертран Рассел. История западной философии. Кн. 3. Гл. V. 

Контрреформация и Реформация. http://psylib.org.ua/books/rassb01/index.htm 

20. https://www.e-

reading.club/chapter.php/82838/22/Kalashnikov%2C_Kugushev_-

_Tretiii_Proekt._Tom_II__Tochka_perehoda_.html 

21. https://ru.wikipedia.org/wiki/Плифон 

22. https://ru.wikipedia.org/wiki/пантеизм 

23. Kordova  şəhərinin  əhalisi  yarım  milyon  olduğu  halda,  həmin  dövrdə  Parisdə 

38.000  əhali  yaşayırdı.    Şəhərdə  700  məscid,  60.000  ev,  70  kitabxana 

(kitabxalaların  birində  500.000  əlyazma  kitab  vardı),  900  hamam,  küçələrdə 

lampalar vardı (İslam ansikplodesi - https://islamansiklopedisi.org.tr/). 

24. https://islamansiklopedisi.org.tr/endulus 

25. Erol Toy, Cumhuriyet Gazetesi, 30 Temmuz 1979. 


892 

 

26. ttps://wg-lj.livejournal.com/621353.html 



27. Crabb  A.  The  Strozzi  of  Florence:  widowhood  and  family  solidarity  in  the 

Renaissance. UniversityofMichiganPress; 2000. 

28. А.  Оноприенко.  Мировой  кризис  8:  расцвет  венецианских  стратегий  в 

Голландии.  https://historiosophy.ru/predel-razvitiya-kapitalizma-spiral-chetyryox-

venecij/ 

29. Sefarad  yəhudilərinin  İngiltərəyə  daxil  olması  üçün,  yəhudi  ilahiyyatçı-

kabbalist,  filosof,  Amsterdamda  ilk  dəfə  yəhudi  tipoqrafiyasını  yaradan  (1627) 

Menaşe  ben  İsrail  yeni  hökumət  və  İngiltərə  puritanlarının  liderləri  ilə  danışıqlar 

apardı.  Puritan  liderlər  ona  bildirirdilər  ki,  yəhudilər  vəd  olunmuş  torpaqlarına 

qayıtmaq  və  öz  messiyalarını  qarşılamaq  üçün,  xristianlığı  qəbul  etməlidirlər. 

Kromvelin  nümayəndəsi  Menaşe  ben  İsrail  ilə  görüşdü  və  nəticədə,  yəhudilərin 

1656-ci  illərdə  İngiltərəyə  qeyri-rəsmi  buraxılması  qərarı  verildi.  Sonralar  onların 

ölkəyə  daxil  olması  üçün  heç  bir  maneə  olmadı.  Yəhudilərin  zəngin  və  bilikli 

olması  da,  görünür  bu  qərarlara  təsir  etmişdir  ( Ковард  Бэри.  Оливер 

Кромвель. — Ростов-на-Дону: Феникс, 1997. — С. 234.).  

30. Манассе бен-Израиль // Еврейская энциклопедия Брокгауза и Ефрона. —

 СПб., 1908—1913. 

31. http://www.jewishencyclopedia.com/articles/4089-carvajal-antonio-fernandez 

32. Karl  Marks  da  ana  tərəfindən  məşhur  bankir  ailəsi  olan  Koenlərdən  olmuşdur. 

https://cyberleninka.ru/article/n/dinastii-evreyskih-finansistov-v-londone-v-xvii-xx-

vekah 

33. Kolleqiantlar  təriqəti,  1610-cu  ildə  Niderland  ilahiyyatçısı  Yakob  Arminianın 



davamçıları tərəfindən qurulmuşdur. Onlar, fatalizmi (ilkin günahabatmanı) təbliğ 

edən  kalvinistlərə  qarşı  çıxaraq  iradə  azadlığı  (xeyir  və  şərin  insanın  seçimi  ilə 

olduğu,  insanın  günahkar  doğulmadığı)  fikrinə  üstünlük  vermiş,  tolerantlıqları  ilə 

seçilmiş  və  buna  görə  əksər  xristian  icmaları  tərəfindən  təqiblərə  məruz  qalaraq 

(Dortrext  sinodu)  XVIII  əsrdə  yoxa  çıxmışlar  (baptistlərə,  rivayvellərə, 

metodistlərə təsir etmişdir).   

34. https://ru.wikipedia.org/wiki/Локк,_Джон 

35. Нуреев  Р.  М. Теоретические  основы  критики  меркантилизма.  Дж. 

Локк // Всемирная история экономической мысли: В 6 томах / Гл. ред. В. Н. 

Черковец. — М.: Мысль,  1987. —  Т. I.  От  зарождения  экономической  мысли 

до  первых  теоретических  систем  политической  жизни. —  С. 414—418. — 

606 с. 


36. Hyum  sülaləsi  bu  günə  kimi  Böyük  Britaniyada  lordlar  palatasında  yer  alır. 

Adam Smit, Edinburq universitetində çalışarkən lord Keyms (Henri Hyum) ilə tanış 

oldu və onun himayəsində fəaliyyət göstərməyə başladı. Bu tanışlıqdan iki il sonra 

(1750-1751), onun liberal iqtisadiyyat barədə əsəri meydana çıxdı. Şotland filosofu 

Devid Yum ilə 1750-ci ildə tanış olur və onlar birgə şotland maarifçiliyinin əsasını 

qoyurlar.  O,  Lord  Taunşend  ilə  tanış  olur  və  onun  vasitəsilə  London  kral 

cəmiyyətinə  üzv  seçilir.  Аникин  А.  В. Шотландский  мудрец:  Адам  Смит // 

Исследование  о  природе  и  причинах  богатства  народов. — М.:  Эксмо, 

2009. — С. 879—901. — 960 с. 


893 

 

37. Смит А. Теория нравственных чувств. — М.: Республика, 1997.  



38. Кейнс Дж. М. Общая теория занятости, процента и денег. - М., 1978 

 

 



                      Əhməd QəĢəmoğlu 

 

AHƏNGYOL ELMĠ VƏ ONUN MÜASĠR ELMĠ DÜġÜNCƏ ÜÇÜN 

ƏHƏMĠYYƏTĠ 

 

1.Ahəngyol elminin yaranma zərurəti. 

İndiki  zamanda  ortada  olan  müasir  elmi  sistem  əsasən  XIV  əsrdən  sonra 

qərb  elmi  düşüncəsinin  təsiri  altında  formalaşmışdır.  Elmin  inkişafı 

tarixində,  qərb  elmi  estafedi  əsasən  orta  əsr  islam  alimlərindən  almışdır. 

Amma  bu  zaman  orta  əsr  islam  alimlərinin  elmin  yaranması  sahəsində 

rasionallıq çərçivəsinə sığmayan biliklərinə, düşüncələrinə, şərtlərinə lazımi 

əhəmiyyət  verilməmişdir.  Nəticədə  müasir  qərb  elmi  sistemi  -  onun  təsiri 

altında ümumiyyətlə bütün dünyadakı dünyəvi elmi sistemi, əsasən rasional 

amillər,  praqmatik  yanaşmalar  prinsipi  ilə  formalaşmışdır.  Belə  bir  elmi 

sistem ilk baxışdan xeyli cəlb edici görsənir və XX əsrin ortalarına qədər də 

xeyli  uğurlu  olduğu  düşünülmüşdür.  Amma  əslində,  XX  əsrin  ikinci 

hissəsindən  başlayaraq  elmdə  alınan  nəticələr  yalnız  rasional  amillər 

əsasında  araşdırma  aparmaqla  arzu  olunan  nəticələri  almağın  mümkün 

olmadığını  göstərməkdədir.  Qlobollaşma  sürətləndikcə,  daha  da 

mürəkkəbləşməkdə olan sistemlərdə isə bu daha da çətin olur. Ona görə də 

yeni bir elmi paradiqmanın yaranmasına ehtiyac vardır. Bu elmi paradiqma, 

elmin indiyədək keçdiyi inkişaf yolunda əldə etdiyi bütün nəticələrin nəzərə 

alınması əsasında qurulmalıdır. Xüsusi ilə orta əsrlərdəki islam alimlərinin 

əldə  etdiyi  bir  sıra  nəticələr  xeyli  faydalı  ola  bilər.  Çünki  onlar  beş  əsr 

ərzində  rasional  amillərlə,  rasional  olmayan  amillərin  birlikdə  nəzərə 

alınması ilə araşdırmalar aparılması üçün yollar axtarmış, mühüm nəticələr 

əldə  etmişlər.  Müasir  elmin  səviyyəsi  həmin  nəticələrdən  daha  faydalı 



şəkildə  yararlanmağa  imkan  verir.  Bu  isə  müasir  elmi  sistemin 

təkmilləşməsində  mühüm  rol  oynaya  bilər.  Ahəngyol  elmi  bu  sahədə 

atılmış  ciddi  bir  addımdır.  Bu  elmin  əsas  ideyasını  dövrümüzün  nəhəng 

alimlərindən  biri  olan,  müasir  sistem  nəzəriyyəsinin  formalaşmasında 

mühüm  rol  oynayan,  fazzy  logic  elm  sahəsini  yaradan,  Koiforniya 

Universtetinin  məşhur  professoru  L.  Zadə  dəstəkləmişdir.  O  Ahəngyol 

elminin  əsas  tezislərini  2011  –  ci  ilin  iyul  ayının  7  –  də  BİSC  elektron 

jurnalında  yayımlamışdır.  Bundan  sonra  15  ölkədə  ahəngyol  elmi  haqda 

məqalələr  çıxmış,  təqdimatlar  keçirilmişdir.  Müasir,  yüksək  indeksli 


894 

 

jurnallarda ahəngyolun tədbiqini əks etdirən məqalələr nəşr edilmişdir.  



 2. Ahəngyol elmi haqda 

―Ahəngyol‖    yeni  bir  sözdür,    harmoniya  mənasında  işlədilən  ―ahəng‖  və 

―yol‖    sözlərinin  birləşməsindən  yaranmışdır.  Ahəngə(harmoniyaya)  

aparan yol mənasında işlədilir. Bu mənada ahəngyol – istənilən bir sahədə 

ahəng vəziyyətinin yaradılması, ahəng vəziyyətinə aparan yolun axtarılması 

elmidir.  2008-ci  ildə  Azərbaycan  sosioloqu  və  riyaziyyatşısı  Əhməd 

Qəşəmoğlu  tərəfindən  təklif  edilmişdir.  Bu  elmin  əsas  müddəaları 

aşağıdakılardır: 

1.  Bütün kainat vəhdətdə olan, sonsuz ölçülü bir orqanizmdir. Yer planeti, 

bu planetdəki hər bir varlıq bu kainatın bir hissəsi, zərrəsidir. Kainat milyon 

illərdir  ki,  ahəng  prinsipi  ilə  mövcuddur  və  fəaliyətdədir.  Kainatın 

fəaliyyətinin  əsas  prinsipi  ahəng  prinsipidir.  Kainatın  hissəsi  olan 

cəmiyyətdə də baş  verən proseslər kainatın mövcudluq və fəaliyyət prinsipi 

olan ahəng prinsipinə uyğun davam etdikdə davamlı uğura nail olmaq olar. 

Başqa  hallarda,  uğur  əldə  edilsə  də  davamlı  olmayacaqdır.  Müəyyən 

müddətdən sonra uğursuzluq başlayacaqdır. 

2.  İndi  bütün  dünyanın  haqqında  danışdıqları,  müəyyən  qədər  mücərrəd 

olan dayanıqlı inkişafdan yox ahəngdar inkişafdan danışılmalı və onun əsas 

yollarını müəyyənləşdirilməlidir. Elmin bu sahədəki əsas nəaliyyətlrini bir 

araya gətirməklə, ahəngdar inkişafı pozan istənilən amilə qarşı daha diqqətli 

olmaq lazımdır. 

3.  Müasir,  ortada  olan  elm  14  –  cü  əsrdən  sonrakı  qərb  elmim  kanonları 

əsasında,  daha  çox  rasional,  praqmatik  yanaşmalar  əsasında  yaranmışdır. 

Elmlərin  mükəmmələşməsi  üçün  ilk  növbədə  riyaziyyat  elmində  ciddi 

dəyişikliklər  olmalıdır.  Bu  baxımdan  fazzy-logic  ilk  mühüm  dəyişiklikləri 

etməyə başlamışdır. Bununla, elmlərin mükəmməlləşməsi üçün yeni bir yol 

açılmışdır. 

4.  İndi  yer  üzündəki  prosesləri  araşdırarkən  yer  planetinin  daxil  olduğu 

ierarxik sistemin təsir qüvvəsi lazimi şəkildə nəzərə alınmır. Yer üzərində 

istəninilən  bir  sistemin  əmələ  gəlməsinin  təkcə  yer  qanunlarına  əsasən, 

yalnız  rasional  amillərin  təsiri  ilə  baş  verdiyini  araşdırmaq  xeyli 

məhdudiyyətlərə,  anlaşılmazlıqlara  səbəb  olur.  Fəlsəfədə  və  başqa  elm 

sahələrdində həll oluna bilməyən məsələlərin əsas səbəblərindən biri budur. 

Bütün  proseslərə,  sonsuz  kainat  sistemi  fonunda,  yer  planetinin  bir  başa 

təsiri altında baxdıqda, ierarxik təsirlər daha ciddi şəkildə nəzərə alındıqda 

daha uğurlu təhlillər aparmaq mümkündür.  

5.  Bu  baxımdan  Sistem  nəzəriyyəsinin  yenidən  nəzərdə  keçirilməsinə 

böyük ehtiyac vardır. Bu, hər bir varlığın, eləcə də insanın mahiyyətini daha 

düzgün  anlamaqa  kömək  olar.  Nəticədə  bir  çox  elm  sahələrində, 


895 

 

ümumiyyətlə  müasir  elmi  dünyagörüşündə  mühüm,  müsbət  dəyişikliklər 



baş verər.  

3. Əsas elmi baza: 

Ahəngyol elmi şərq və qərb fəlsəfəsinin biri-birini tamamlayaraq tətqiqata 

cəlb  olunması,  dini  kitabların  fəlsəfi  yöndən  öyrənilməsi  və  sistemli 

yanaşma  metodlarından  dərindən  istifadə  əsasında  yaradılmışdır.     Elmi 

baza  kimi  konkret  olaraq  bu  sahələrin  adını  çəkmək  olar:  1)Ümumi  şərq 

fəlsəfəsi;  2)  Orta  əsrlər  islam  fəlsəfəsi,  təsəvvüf;  3)  Dini  kitablar(fəlsəfi 

potensial);  4)Sistem  nəzəriyyəsi;  5)  Orqanizmik,  funksional-struktur 

nəzəriyyə; 6) Fuzzy logic; 

4. Ahəngyol elminin obyekti və predmeti: 

Obyekti:  İstənilən  bir  sahədə(varlıq,  obyekt,  proses)  ahəng  vəziyyətinin 

araşdırılmasıdır. Ahəngyol elminə görə- fəlsəfə ahəngin dərkindən başlayır. 

Ona görə də ahəngyol elminin obyekti həm də fəlsəfə elmidir. 

Ppredmeti:  İstənilən  sahədə  ahəng  vəziyyətinin  yaradılması,  ahəng 

vəziyyətinə  aparan  yolların  tapılması  üçün  konkret  elmi  metodların 

hazırlanmasıdır. 

5. Ahəng kateqoriyası haqda: 

Ahəng(harmoniya)  -  kainatın  mövcudluğunu,  fəaliyyətini  tənzimləyən 

qüvvənin insanın dərk edə biləcəyi əlamətidir.  

Kainat  sistemində  hər  bir  təbii  varlığın  ahəng  yaratmaq  üçün  xüsusi 

təyinatı(missiyası)  vardır.  Öz  təyinatını  lazım  olduğu  qədər  yerinə  yetirən 

hər bir varlıq ahəng vəziyyətindədir. Və əksinə, hər bir təbii varlıq özünün 

təyinatını  yalnız  o  zaman  lazımi  şəkildə  yerinə  yetirə  bilər  ki,  o  ahəng 

vəziyyətində olsun. 

Bir necə varlıq, obyekt o zaman ahəng vəziyyətindədir ki, aşağıdakı şərtlər 

ödənmiş olsun: 1) onlar sistem əmələ gətirsinlər; 2) ümumi bir məqsədləri 

olsun,  ümumi  məqsədə  doğru  can  atsınlar;  3)  bu  məqsədə  çatmaq  üçün 

onların  resursları  bütöv  sistem  əmələ  gətirsin;  4)  onlardan  hər  birinin  o 

biriləri  bu  məqsədə  doğru  fəaliyyətdə  olmağa  təsir  gücü  olsun  və  5) 

onlardan hər  birinin   həmin  məqsədə  doğru fəaliyyəti  o  birilərin də  həmin 

məqsədə  doğru  fəaliyyətlərini  gücləndirsin.  Belə  olduqda  həmin  obyektlər 

həmin məqsədə görə ahəng vəziyyətindədirlər. 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin