Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə83/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   79   80   81   82   83   84   85   86   ...   98
AMEA-National Philosophy-2019


Tomas 

Kromvel 

kral  VIII  Henrixin  birinci  müşaviri,  ingilis 

reformasiyasının  əsas  ideoloqu  və  anqlikan  kilsəsinin  əsasını  qoyanlardan 

idi.  O,  Londonda  sadə  bir  ailədə  dünyaya  gəlmişdir.  Gənclik  illərində 



858 

 

Florensiyada Friskabaldilərin bankında işləmiş və oradan tanınaraq yüksək 



vəzifələrə  ucalmışdır.  Vatikan  arxivləri,  onun,  1514-cü  ildə  Romada 

arxiyepiskop  Yorksinin,  kardinal  Kristofer  Beynbricin  agenti  olduğu  və 

Müqəddəs Roma Rotası Tribunalı qarşısında ingilis kilsəsinin hesabatlarını 

hazırladığı bildirir (17).  

O, Roma ilə İngiltərə arasında siyasi və iqtisadi fəaliyyətlə məşğul olmuş və 

1523-c ildə İngiltərə parlamentinə deputat seçilir. Kral VIII  Henrixin lord-

kansleri  kardinal  Tomas  Uolsi  (o,  ölkənin  daxili  və  xarici  siyasətini 

müəyyənləşdirirdi)  onu  İngiltərə  sarayında  ―Məxfi  Şura‖  üzvü  olmasına 

qədər  dəstək  verir.  Tomas  Uolsi  vəfat  etdikdən  sonra  onun  yerini  Tomas 

Kromvel tutur.  

İngiltərədə reformasiya hərəkatı aşağıdan deyil, yuxarıdan başlayır. 1532-ci 

ildə  Parlamentdə  anqlikan  kilsəsinin  əsası  qoyulur.  Yəni,  İngiltərədəki 

kilsənin  başçısı  papa  deyil,  İngiltərə  kralı  olur.  Tomas  Kromvel  bu 

məsələdə  əsas  rol  oynayır.  Humanist-filosof,  lord-kansler  Tomas  Mor  bu 

hadisədən  sonra,  reformasiyanın  əleyhdarı  və  Roma  katolik  kilsəsinin 

tərəfdarı  kimi  öz  vəzifəsindən  istefa  verir  və  bununla  T.  Kromvelin 

reformasiya  istiqamətində  islahatlarının  yolu  açılır.  O,  öz  istəklərinə  nail 

olur.  Lakin,  onun  saraydakı  rəqibləri,  Kromvelin  bir  xain  kimi  edam 

olunmasına nail olurlar. 

Tomas Kromvelin bacısı oğlu Riçard, İngiltərədə puritan hərəkatının lideri 

Oliver Kromvelin ulu babası idi. Ancaq, Tomas Kromvelin karyera xəttinin 

Florensiyadan  başlaması  və  sonra  onun  İngiltərə  sarayında  yüksək 

vəzifələrə gətirilməsi, bir çox mətləblərə aydınlıq gətirir.   

1553-cü  ildə  hakimiyyətə  gələn  Kral  VIII  Henrixin  Yekatrina  Araqondan 

(ispan kralının qızı) olan qızı Mariya Tüdor (Qanlı Meri) qatı katolik kimi 

kontrreformasiya hərəkatı başlatdı. İngiltərədə reformatorlar edam edildi və 

bir çoxları ölkəni tərk edərək canlarını qurtardılar.   

1558-ci  ildə  İngiltərə  və  İrlandiyanın  kraliçəsi  I  Yelizaveta  (Kral  VIII 

Henrixin  Anna  Boleyindən  olan  qızı)  yenidən,  atası  kimi,  reformasiya 

hərəkatını dəstəkləyir. 1571-ci ildən başlayaraq, müasir anqlikan kilsəsinin 

əsası  qoyulur.  Reformasiya  nəticəsində  protestantlar  anqlikanlara 

(yepiskopçular) və puritanlara (antiyepiskopçular) bölünür. Bunun ardınca, 

İngiltərə  inqilabına  səbəb olan  monarxistlərin (yepiskop  krala tabe  olduğu 

üçün)  və  respublikaçıların  siyasi  qarşıdurması  başlayır.  Anqlikanların 

təqibləri  nəticəsində  puritanlar  iki  yerə  bölünür  (presviterian  və 

konqreqasionalist)  və  Şimali  Amerika  qitəsinə  miqrasiya  edirlər  (1620-

1640).  Lakin,  katoliklər,  XVII  əsrdə  İngiltərədə  öz  hakimiyyətlərini  bərpa 

etməyə cəhd edirlər (terror, yakobit hərəkatı). 

XVII-XVIII  əsrdə  39  dini  maddəyə  əsaslanan  anqlikan  kilsəsi  iki 


859 

 

strukturdan ibarət oldu: Ali kilsə - ilkin xristianlıqdan reformasiyaya qədər 



olan ənənələri, aşağı kilsə - reformasiyanın dəyərlərini davam etdirdi. Buna 

görə  də,  anqlikan  kilsəsinin  katolikliyə  və  ya  protestantlığa  aid  olduğunu 

müəyyənləşdirməkdə tədqiqatçılar çətinlik çəkirlər.  

 

1.7. Reformasiya hərəkatlarını birləşdirən ümumi cəhətlər  



Önreformasiya və reformasiya hərəkatlarının bir-biri ilə əlaqəli olması 

və  bir-birinin  içindən  doğması  şübhə  yaratmır.  Avropada  önreformasiya 

hərəkatı  XII-XIII  əsrlərdə  İtaliya  və  Cənubi  Fransa  ərazilərində 

tampliyerlər, valdenslər, katarlar tərəfindən başladı. Əslində, İtaliya, Fransa 

və İsveçrə bir-birinə yaxın məsafəli sərhədlərdə yerləşdikləri üçün, onlardan 

birində  baş  verən  hadisələr  digərinə  sürətlə  sıçrayırdı.  İtaliya  və  Cənubi 

Fransa  ərazilərində  üzə  çıxan  önreformasiya  hərəkatlarının  qarşısı 

qəddarlıqla  alındı  və  onun  üzvləri  buradan  Avropanın  digər  ərazilərinə 

yayıldılar. Sonra, biz, bu hərəkatın yeni təzahür formalarını İngiltərədə Con 

Viklifin  lollardlar hərəkatında və onların iştirakı ilə 1381-ci il 

Uot Taylerin 

rəhbərliyi  altındakı 

kəndli  inqilabında,  sonra  eyni  proseslərin  Çexiya 

ərazisində  Yan  Qusun  başçılığı  altında  baş  verən  qusitlər  üsyanında,  XV 

əsrdə tanınmış Paduan (Venesiya) ailəsindən olan Cirolamo Savonarolanın 

Florensiyada  başladığı  reformasiya  hərəkatında,  XVI  əsrin  əvvəllərində 

Almaniya  və  İsveçrədə  üzə 

çıxan  lüteranlıq  və  kalvinizm  qiyamlarında, 

Fransada 

quqenotlar, 

Niderlandda

 anabaptistlər və mennonitlər,

 İngiltərədə 

geniş  yayılan  puritan  hərəkatlarında  müşahidə  edirik. 

Bu  hərəkatların 

liderləri bir-biri yaxın əlaqədə olmuşlar. 



Önreformasiya  və  reformasiya  hərəkatlarının  ikl  mərkəzi 



İtaliya 

(Venesiya,  Genuya,  Florensiya)  və  cənubi  Fransa  idi.    Önreformasiyanın

 

ilk  dəfə  tampliyerlər,  valdenslər  və  katarlar  hərəkatı  tərəfindən  başlaması, 



sonra  onların  Avropaya  yayılması  və  bütün  reformasiya  dövründə  bu 

ərazilərin  əsas  qərargah  qismində  çıxış  etməsi  bunu  təsdiq  edir. 

Reformatorlardan  olan  Cirolamo  Savonarola  və  ilk  humanistlərdən  olan 

Covanni  Piko  della  Mirandola  Florensiyanın  başçısı  və  humanizm 

hərəkatını  maddi  baxımdan  dəstəkləyən  Lorenso  Mediçinin  himayəsi 

altında  idilər.  Jan  Kalvin  İtaliyanın  Ferrara  şəhəri  və  orada  kral  XII 

Lüdovikin  qızı  hersoginya  Rene  ilə  yaxın  əlaqələri  var  idi.  Kral  VIII 

Henrixin  birinci  müşaviri,  ingilis  reformasiyasının  əsas  ideoloqu  və 

anqlikan  kilsəsinin  əsasını  qoyan  Tomas  Kromvel  Florensiyada 

Friskabaldilərin  bankının  kadrlarından  idi.  Martin  Lüterin  Rozenkreyser 

(gül  və  xaç)  təriqəti  ilə  bağlı  olduğu  və  həmin  təriqətin  də  tampliyer 

təriqətinin davamı olduğu bildirilir.  



Önreformasiya  və  reformasiya  hərəkatları  aşağıdan  sadə  xalq 


860 

 

arasından  başlayan  protobolşevik  inqilabları  idi.  Lakin,  İngiltərədə 

reformasiya  həm  aşağıdan,  həm  də  yuxarıdan  başlamışdır.  Ancaq,  bu 

hərəkatı gizli şəkildə dəstəkləyənlər arasında mövcud rejimdən narazı olan 

həm  katolik  din  xadimləri,  həm  də  zadəgan  ailələri  olmuşdur. 

Reformasiyanın liderlərinin çoxu katolik kilsənin keşişləri olmuşlar.  



Önreformasiya  və  reformasiya  hərəkatları  Avropada  milli  hərəkatın 

təməlini qoymuşlar. Onlar kilsənin əsaslandığı latın dilindən imtina etdilər. 

Çünki refomasiyanın inqilabi ideyalarını aşağı kütləyə çatdırmaq lazım idi. 

Sadə insanlar isə, öz etnik dillərində danışıb başa düşürdülər. Buna görə də, 

Bibliyanı və yazılan əsərləri onların dilində yazmaq gərəkirdi. Bu isə, milli 

şüurun formalaşmasına təkan verdi.  



Avropada XII-XIV əsrlərdə yaranan universitetlərin bəzi müəllim-alim 



heyəti  reformasiya  hərəkatının  və  humanizmin  ideya  rəhbərləri  oldu.  Con 

Viklif  Oksford  universitetinin  ilahiyyatçı  alimi,  Yan  Qus  Praqa 

universitetinin  ilahiyyatçı  rektoru,  Martin  Lüter  Vittenberq  universitetinin 

alman  mənşəli  ilahiyyatçı  professoru,

  Jan  Kalvin  Parij  universitetinin 

ilahiyyatçı alimi idilər.

 



Bu  hərəkatların  feodal  katolik  sistemə  qarşı  qoyduqları  tezislər,  bəzi 



istisnalar  xaricində  mahiyyətcə  bir-birindən  fərqlənmirlər.  Onlara  görə, 

katolik  kilsə  bidətlərlə  dolu,  ilkin  xristianlıqdan  uzaqlaşmış, 

sərvət  və 

hakimiyyət  hərisliyinə  aludə  olmuş  bir  ―iblis  məbədi‖dir.  Buna  görə  də, 

ondan qurtulub yeni reformasiya xristianlığına keçid, onlar üçün zərurət idi. 

Onlar  reformasiyanın  mahiyyətini  öz  tezisləri  ilə  əsaslandırmağa 

çalışırdılar.

  Onlar,  papaya  tabe  olmamağı,  monax  və  monastırların  ləğv 

olunmasını,  Bibliyanın  sərbəst  oxunmasını,  Romaya  vergi  verilməməsini 

tələb edirdilər. 

Önreformasiya və reformasiya hərəkatlarının əsas tezisləri aşağıdakılardır: 

İlkin apostol xristianlığına qayıtmaq;



 

Qeyri-dünyəvi asket həyat tərzi keçirmək və dünyada əməyin ilahi bir 



nemət  olduğunu  qəbul  etmək  (M.  Veber  hesab  edirdi  ki,  asketizm  və 

qənaətcillik,  ilkin  kapitalın  toplanma  mənbəyi  və  kapitalist  münasibətlərin 

başlanğıc mərhələsi idi);

 



Müqəddəs dini şəxsiyyətləri ortadan qaldırmaq;

 



Dini təsvirləri (ikonaları) ləğv etmək;

 



Əksər  dini  mərasimlərdən  və  dini  mərasim  əşyalarından  qurtulmaq 

(k

alvinistlər  Bibliyada  tələb  olunan  şeyləri  qəbul  edir  və  bunun  fövqündə 



olan hər şeyi inkar edirdilər); 

Bibliyanı milli dillərə çevirmək;



 

Dini  ibadət  yerlərini  kilsədən  daha  çox,  təbiət  qoynuna  və  evlərə 



daşımaq;

 


861 

 



Kilsənin  xüsusi  mülkiyyət  sahibi  olmasına  qarşı  çıxmaq  və  dövlətə 

tabe olmasını dəstəkləmək;

 



Hər  bir  xristianın  vasitəsiz  (keşişlər  və  kilsə  olmadan)  Tanrı  ilə əlaqə 



yaratmasını  təmin  etmək  və  insan-Tanrı  arasında  kilsənin  vasitəçilik 

missiyasının (günahların bağışlanması, ruhun xilası) uydurma olduğunu və 

buna, hər kəsin öz imanı ilə nail olacağı bəyan etmək;

 



İ

nsan  öz  inam  və  əməlləri  ilə  bağışlana  bildiyi  üçün, 

indulgensiyanı 

ləğv etmək;

 



Katolikliyin  ölümdən  sonra  paklaşma  məkanın  olması  (bərzəx) 



inancını batil hesab etmək;

 



Evxaristiya  (çörək  və  şərabı  İsanın  bədən  və  qanı  ilə  eyniləşdirən) 

inancını batil hesab etmək (

Evxarastiyanın real və ya rəzmi olması ilə bağlı 

lüteranlar ilə svinqli tərəfdarları arasında ixtilaf var); 

Qadın hüquqlarına katoliklərdən daha çox önəm vermək; 



Yəhudilərə  katoliklərdən  daha  çox  müsbət  yanaşmaq  (Martin  Lüter 

istisnadır); 

Dinə maksimal rasionalist yanaşmaq; 



Fatalizmə meyilli olmaq (Kalvinistlər taleyin öncədən Tanrı tərəfindən 

yazıldığını qəbul edirlər); 

İndividualizmə  meyilli  olmaq  (Kalvinizm  individualizm  ideyasını 



inkişaf etdirir); 

İnamın  sevgini  formalaşdırmasına  inanmaq  (sxolastlar  isə,  əksinə, 



sevginin inamı formalaşdırdığına inanırlar); 

İnsan  Tanrıya  itaət  etməlidir.  İsa,  Tanrı  və  insan  arasında  yeganə 



vasitəçi olduğu üçün, nicat yalnız ona inamla gerçəkləşə bilər. 

 

1.8. Önreformasiya və reformasiya hərəkatlarına təkan verən amillər 

Önreformasiya və reformasiya hərəkatlarına təkan verən amillər

in başında 

XII  əsr  Avropa  intibahı  dayanırdı.  Bu  dövrləri  səciyyələndirən  əsas 

hadisələr aşağıdakılar idi: 

1.  Avropada ilk universitetlərin açılması:  

XI  əsr (Bolonya-İtaliya), XII  əsr (Moden-İtaliya, Parij), XIII  əsr (Oksford, 

Monpelye, 

Kembric, 

Parij, 

Paduan-İtaliya, 



Salamanka-İspaniya, 

Neopolitan-İtaliya, 

Sien-İtaliya,  Tuluz-Fransa,  Koimbriski-Lissabon, 

Madrid) və XIV-XV əsrlərdə onların sayı daha da artmışdır. 

2.  Sxolastikanın  son  mərhələsində  fəlsəfənin  və  naturfəlsəfənin  tədricən 

sxolastik  teologiyaya  alternativ  kimi  ortaya  çıxması  və  onu,  tədricən 

sıxışdırması,  həmçinin,  qeyri-ənənəvi  baxışların  meydana  çıxması 

müşahidə olunur. 

3.  Qədim  yunan  və  ərəb  dilində  olan  elmi  və  fəlsəfi  əsərlərin  kütləvi 


862 

 

şəkildə latın dilinə tərcümə edildiyi və milli dillərdə ilk əsərlərin yazıldığı 



müşahidə olunur: 

Alman  Notker  (950-1022)  Vil  (İsveçrə)  şəhərində  zadəgan  ailəsində 

doğulan  alman  mənşəli  benedikt  monarxı  idi.  O,  Aristotelin  ilk 

şərhçilərindən  hesab olunur.  Notker, latın  dilindən bir  çox  mətnləri alman 

dilinə 

(ləhcələrindən 



birinə) 

çevirmişdir.  Hətta,  alman  dilinin 

qrammatikasını yazmışdır. Bununla, alman ədəbiyyatının banisidir.   

İmperator xronikası (1150)- alman dilində yazılan tarixi əsərdir.  

Mayster Ekhart (1260-1328) Xoxxaymda (Türingiya, Almaniya) tanınmış 

ailədə  doğulan  teoloq-mistik  və  filosof-panteist  olmuşdur.  O,  alman 

ədəbiyyat dilinin formalaşmasında mühüm rol oynamışdır. 

Martin  Lüter  ―İncil‖  kitabını  1522-ci  ildə  latın  dilindən  alman  dilinə 

tərcüməsini nəşr etdirmiş, dini mətnlərin və dini mərasimlərin alman dilində 

olmasını təmin etmişdir.  

Nikolay  Orem  (1330-1382)  –  Lizyede  (Normandiya,  Fransa)  doğulan 

yepiskop  idi.  O,  V  Karlın  əmri  ilə  Aristotelin  bir  çox  əsərlərini  şərhlərlə 

birlikdə latın dilindən fransızcaya tərcümə etmişdi.  

Fransua  Rable  (1483-1553)-  Şinonda  (Fransa)  doğulmuş  fransız  satiriki 

olmuşdur.  O,  ―Qarqantüa  və  Pantaqrüel‖  əsəri  ilə  fransız  ədəbiyyatının 

əsasını qoymuşdur. 

Kollej  de  Frans-  burada  XVI  əsrdən  başlayaraq  fransız  dilində  dəsr 

keçirilir.    Jan  Kalvinin  ―Xristianlıq  inancının  əsasları‖  (1540),  Pyer  de  la 



Ramenin  ―Dialektika‖  əsərlərinin  fransızcaya  çevrilməsi  fransız  dilinin 

inkişafında mühüm rol oynayır.  

Dante  (1265-1321)  Florensiyada  doğulan  şair  və  teoloq  idi.  O,  ilk  dəfə 

italyan dilində yazaraq italyan ədəbiyyatının əsasını qoymuşdur. 

Ceffri Çoser (1340-1400) – O, London şəhərində doğulan ingilis mənşəli 

şair  idi.  ―Kenterberiy  hekayələri‖  əsəri  ilə  ingilisdilli  ədəbiyyatın  əsasını 

qoymuşdur.  

Uilyam  Şekspir  (1564-1616)  –  Uorikşerdə  (İngiltərə)  doğulan  ingilis 

mənşəli şair idi. 

Göründüyü  kimi,  Avropada  XI-XII  əsrdən  başlayaraq,  universitetlərin 

yaranması, milli dillərdə ilk ədəbiyyat nümunələrinin meydana çıxması və 

latın-yunan  dilində  olan  dini-fəlsəfi  ədəbiyyatdan  bəzi  fraqmentlərin  milli 

dillərə  tərcümə  edilməsi,  milli  mədəniyyətlərin  formalaşmasına  təkan 

vermişdir.  Bu  proses,  ilk  öncə  sxolastikanın  daxilində  zəif  şəkildə  baş 

vermişdir.  O,  protestanlığın  ortaya  çıxması  ilə  daha  da  intensivləşmişdir. 

Çünki  katolik  və  protestant  məzhəbləri  arasında  gərgin  qarşıdurma 

zəminində baş verən uzunmüddətli vətəndaş müharibələri ənənəvi sistemin 

zəifləməsinə  və  yeni  baxışlara  zərurətin  yaranmasına  səbəb  olmuşdur. 



863 

 

Məhz, bu yeni baxışlar protestantlar tərəfindən ortaya atılmışdır. M. Veber 



təsadüfi olaraq protestantlığı ―kapitalizmin ruhu‖ adlandırmamışdır.  

Sual  oluna  bilər  ki,  orta  əsrlərdə  və  hətta,  qədim  dövrlərdə  məktəblər  və 

universitetlər olmuşdursa, nəyə görə əhali kütləvi savadsız olmalı idi? 

Düzdür,  həmin  dövrlərdə  həm  Şərqdə,  həm  də  Qərbdə  tanınmış  tədris 

mərkəzləri  olmuşdur.  Lakin,  Yeni  Dövrdən  fərqli  olaraq,  burada  təhsil 

xalqın  əksəriyyətinin danışdığı etnik dildə deyil, ona yaxşı aydın olmayan 

bir  dildə  aparılırdı.  Həmçinin,  əhalinin  çox  cüzi  hissəsini  çıxmaq  şərti  ilə, 

əksəriyyət  yoxsulluq  içində  yaşayırdı.  Bu  insanların  yüksək  təhsil 

mərkəzlərində oxumaq imkanları yox idi (bəzi istisnaları çıxmaq şərti ilə). 

Yeni  Dövrə  qədər  avropa  cəmiyyətlərində,  həmçinin,  dünyanın  digər 

yerlərində sosial təbəqələşmə, kütləvi savadsızlıq, sadə xalq dilində təhsilin 

olmaması,  hüquq  bərabərsizliyi,  fikir  və  söz  azadlığının  olmaması,  elmi-

texniki inkişafın olmaması cəmiyyətin bir bütün olmasına mane olmuşdur. 

Bunlar  aradan  qaldırılmadan  bütün  cəmiyyəti  bir  araya  gətirən  milli  şüur 

formalaşa bilməzdi.  

Orta  əsrlərin  əsas  elm  və  təhsil  mərkəzləri  dini  xarakter  daşıyırdı.  Yeni 

Dövrə  qədər  Avropanın  əksər  məktəb  və  universitetlərində  sxolastik  dini 

tədris latın  dilində  aparılırdı.  Halbuki,  bu  dilin  heç  bir  praktiki  əhəmiyyəti 

yox idi. Bu dildə, yanlız, kilsələrdə savadlı keşişlər, bu tədris mərkəzlərində 

dərs deyən ilahiyyatçılar bilirdilər.  

Nəyə görə katolik kilsə latın dilindən imtina etmirdi? 

- Birincisi,  latın  dilində  danışmaq  ilahiyyatçılara  xüsusi  bir  status  verirdi. 

Onlar,  dini  və  fəlsəfi  mətnlərə  açarı  olan  seçilmiş  insanlar  kimi,  savadsız 

əhalini  özlərinə  tabe  etməyə  imkan  əldə  edirdilər.  Bu  insanların  dini 

öyrənmək və məlumat almaq üçün başqa alternativləri yox idi. Bu durum, 

kilsənin xalq üzərində hakimiyyətini gücləndirirdi.  

- İkincisi,  bu  dildə  hələ  xristianlıqdan  əvvəl  yazılan  əsərlər,  fəlsəfi 

traktatlarla  yanaşı,  ilkin  orta  əsrlərdə  yazılan  xeyli  sayda  dini  əsərlər 

mövcud idi. Bu ənənənin davam etdirilməsi üçün, latın dilinin öyrənilməsi 

vacib  idi.  Biz,  hələ  Yeni  Dövrdə  bu  ənənənin  qismən  davam  etdirildiyini 

görürük. Məsələn, bu günə qədər bütün elm sahələrində anlayış və terminlər 

bazası latın dilinə əsaslandığı üçün, əksər sahələrdə (tibb, tarix, filologiya) o 

tədris olunur.   

- Üçüncüsü,  xristianların  müqəddəs  kitabı  sayılan  İncil  ivrit  və  aramey 

dilindən  yunan  və  latın  dillərinə  tərcümə  edilmişdir.  Bundan  sonra,  onun 

nədənsə orijinal dildə olan mətnləri kölgədə qalmış və yalnız latın və yunan 

tərcümələri  ortada  qalmışdır.  Halbuki,  xristianlar  latın  və  yunan  dilində 

deyil, İncil kitabının orijinal ivrit və aramey dilində tədris sistemini qurmalı 

idilər  (Məsələn,  müsəlmanlar  elm  və  tədris  dilini  Kurani-Kərimin  klassik 


864 

 

ərəb  dili  üzərində  qurduqları  kimi).  Çünki  orijinal  dini  mətnlər  ivrit  və 



aramey  dilində  olduğu  üçün,  onun  şərhləri  də  ona  əsaslanmalı  idi.  Belə 

olduğu  təqdirdə,  romalılar  öz  ənənəsindən  imtina  etməli  və  qulları  hesab 

etdikləri  yəhudi  ilahiyyatçılarının  təsiri  altında  olmalı  idilər.  Çünki  onlar, 

ivrit dilində olan İncili onlar kimi şərh edib oxuya bilməzdilər.  

- Dördüncüsü,  yəhudi  ilahiyyatçılar  Hz.  İsanı  və  onun  təlimini  qəbul 

etmirdilər.  Onların  bundan  imtina  etməsi,  Romanın  ona  sahib  çıxmasına 

şərait  yaratdı.  Romanın  antisemitizm  siyasəti,  ilkin  xristianlığın 

yəhudilikdən  uzaqlaşdırılaraq,  romalaşdırılmasına  səbəb  oldu.  Bu,  Şərq  və 

Qərb 

xristianlığı  fenomenlərini  ortaya  çıxardı.  Bu  xristianlığın 



avropalaşdırılması  prosesinin  başlanğıcını  qoydu.  Sonrakı  dövrlərdə  bu 

proses daha da dərinləşdi.   

- Beşincisi, antik düşüncənin və mədəniyyətin davam etdirilməsi, Romanın 

varlığını  davam  etdirmək  demək  idi.  Roma  imperatoru  Konstantinin 

xristianlığı  qəbul  etməsində  də  əsas  məqsəd  bu  idi.  O,  anlayırdı  ki,  əks 

təqdirdə,  Romanın  varlığı  mümkün  deyildir.  Romanın  xristianlarla 

məcburiyyət  üzündən  bağladıqları  ittifaq,  xristianlığın  qlobal  bir  təlimə 

çevrilməsinə şərait yaratdı. Çünki, Roma Şərq və Qərbə hökm edən böyük 

bir imperiya idi. Təbii ki, bu imperiyanın qəbul etdiyi dini təlim də, ellinizm 

mədəniyyətinin  qlobal  funksiyasını  yerinə  yetirməli  idi.  Tədricən  ellinist 

roma  və  monoteist  yəhudi  loqoslarının  sintezindən  meydana  çıxan  yeni 

milli  loqos,  Yeni  Dövrə  qədər  ümumavropa  loqosunu  təşkil  etdi.  Bu  gün, 

ondan ayrılan avropa milli loqoslarının hər biri özündə bu rüşeymi daşıyır.  

- Altıncısı,  dini  və  dünyəvi  təhsilin  latın  dilində  deyil,  çoxsaylı  etnik 

dillərdə aparılsaydı, katolik kilsəsinin Avropa üzərindəki hakimiyyəti sona 

çatardı. Sonrakı dövrlərdə baş verən hadisələr bunu təsdiq etdi.      



 

2.  İtaliya  (Venesiya,  Genuya,  Florensiya)  –  kapitalizmin  ilk  beşiyi  (XII-

XIII əsrlər) və Renessansın vətəni 

Avropada  mövcud  feodal  sistemə  qarşı  antisistem  önreformasiya  hərəkatı 

XII-XIII  əsrlərdə  İtaliya  və  Cənubi  Fransa  ərazilərindən  başladı 

(tampliyerlər, valdenslər, katarlar). 

Katolik  kilsəsi  Venesiyanı  ortadan  qaldırmaq  üçün,  Fransa  və  İspan 

imperiyaları  ilə  Kambrey  liqasını  qurur.  Lakin,  bu  birlik,  papanın  özü 

tərəfindən 1509-cu ildə dağıdılır. Çünki o, ispan və fransızların təsiri altına 

düşməkdən  qorxur.  Venesiya  oliqarxları  katolik  kilsəsi  və  onun  təsiri 

altında olan iqtidarlarla yeni mübarizə yolu seçir. Bu, 1648-ci ilə qədər bir-

birinin  qanını  tökən  reformasiya  və  kontrreformasiya  hərəkatları  idi. 

Venesiya hər iki hərəkatı öz əlində saxlayıb idarə etməyə çalışmışdır (18).   

Filosof  Bertran  Rassel  XVI  əsrdə  İtaliyada  baş  verən  hadisələri  belə 



865 

 

səciyyələndirir:  ―Reformasiya  və  kontrreformasiya,  eyni  dərəcədə,  az  sivil 



xalqların  İtaliyanın  ağıllı  hakimiyyətinə  qarşı  üsyanıdır.  Reformasiya 

üsyanları  siyasi  və  teoloji  xarakter  daşımış,  papanın  nüfuzundan  və  onun 

sayəsində  xəzinəyə  daxil  olan  vergilərin  verilməsindən  imtina  edilmişdir. 

Kontrreformasiya  üsyanı,  İntibah  dövrünün  intellektual  və  mənəvi  azad 

İtaliyasına  qarşı  idi.  Papanın  qüdrəti  azalmadı,  əksinə,  artdı  və  eyni 

zamanda,  məlum  oldu  ki,  onun  nüfuzu,  Borcia  və  Medici  kimilərinin 

özbaşınalığı ilə uzlaşmır. Xülasə, reformasiya almanlarla, kontrreformasiya 

ispanlarla  bağlı  idi.  Dini  müharibələr,  həm  də  İspaniyanın  güclü  olduğu 

dövrdə öz düşmənləri ilə apardığı müharibələr idi.‖ (


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin