25).
4. Yəhudilər – mədəniyyətlərarası körpü
İspan kralı II Araqonlu Ferdinandın təcavüzü nəticəsində Əndəlus
müsəlmanları və yəhudilərinin bir çoxu ölkəni tərk etmək məcburiyyətində
qaldılar. Xristianlığı formal olaraq qəbul edən bir qrup yəhudilər (marran)
və müsəlmanlar (morisko) təqiblərə məruz qalırdılar. Çünki katoliklər,
onların formal xristian olduqlarını və öz dinlərini gizli şəkildə yaşadıqlarını
iddia edirdilər. Buna görə də, onların çox az hissəsi istisna olmaqla (orada
qalanlar sürətlə assimlyasiya oldular), İspaniya ərazisini tərk etdilər.
Müsəlmanlar Yaxın Şərq, Afrika, Kiçik Asiya ərazilərinə miqrasiya etdilər.
Yəhudilər isə, Portuqaliya (1506-cı ildə yəhudilər katoliklərin Lissabon
soyqırımına məruz qalaraq oranı da tərk etməli oldular), İtaliya (Venesiya,
Genuya) və Afrikanın şimal bölgələrinə, Antverpen liman şəhərinə
(Belgiya), Osmanlı ərazisinə (İstanbul, İzmir, Edirnə), Şimali Amerikaya
sığındılar.
Yəhudilərin İspaniya və sonra Portuqaliyanı tərk etmələri, əslində, həmin
ölkələr üçün böyük itki idi. Çünki onlar, mədəniyyətlərarası əlaqələndirmə
funksiyasını yerinə yetirməyi bacaran, ticarət, maliyyə və sələmçiliklə
məşğul olmaqla böyük sərvətlərə malik olan, diasporalarının dünyaya geniş
yayılması ilə bağlı geniş əlaqələr və kəşfiyyat məlumatları əldə edən,
siyasət, elm, idarəetmə sahəsində böyük bilik və təcrübələr toplayan, etnik
və dini kimlikləri bir-birini tamamlayan mütəşəkkil bir xalq idi. Onlar, bu
baxımdan, qədim finikiyalılara daha çox bənzəyirdilər.
873
Avropanın katolik kilsəsinin güclü olduğu başqa yerlərində məskunlaşmaq
yəhudilər üçün təhlükəli idi. Çünki Qədim Roma və onun varisi qismində
iştirak edən katolik kilsə dini və irqi zəmində daima yəhudilərə qarşı
antisemitizm siyasəti aparmış, onların avropa ərazisində məskunlaşmasının
qarşısını almış, əksəriyyəti katolik olan avropalıların şüurunda belə bir
stereotip yaratmışdır ki, yəhudilər Tanrı İsanın qatili (Yəhudanın ona
xəyanət etdiyini və yəhudilərin onu öldürdüklərini) və Kainin (Hz. Adəmin
xain oğlu Qabilin) varisləridir. Yəhudilərin də katolik kilsəsinə
düşmənçiliyi ispan və portuqal yəhudi soyqırımları ilə məhdudlaşmırdı.
Əslində, yəhudilərin bütün dünyaya dağılmasının əsas səbəbi, Qədim Roma
imperiyasının İkinci Yerusəlim məbədini dağıtması olmuşdur.
Katoliklərdən fərqli olaraq, protestantların yəhudilərə münasibəti müsbət
idi. Çünki katolik kilsəsi, onların hər ikisinin düşməni idi. 1580-ci ildə
qəbul edilən ―razılaşma formulu‖na (1555-ci ildə Auqsburq dini sülh
müqaviləsi əsasında) görə, Germaniya və Skandinaviyanın bir çox şəhər və
knyazlıqlarında lüteranlar öz dini inanclarını sərbəst yaşamaq imkanları
əldə etmişdilər. Lakin, yəhudilərin onlar arasında məskunlaşması çətin idi.
Çünki, yəhudiləri ―müqəddəs üçlüyü‖ tanımadıqları üçün ittiham edən
Martin Lüter və onun davamçıları (lüteranlar) yəhudilərə münasibətdə
katoliklərdən az fərqlənirdilər. Ancaq, digər protestant qolları onlara daha
tolerant yanaşırdılar. Digər tərəfdən, lüteranlar müstəqil dövlət
yaratmadıqları üçün, katolik kilsəsinə bağlı hakimiyyətin təzyiqi altında
idilər.
Avropa ərazisinin müxtəlif yerlərinə gizli şəkildə sığınan yəhudilər üçün,
XVI əsrin sonlarında ən əlverişli yer Niderlandın şimalındakı Amsterdam
şəhəri idi. Çünki burada 1581-ci ildə ispan müstəmləkəçiliyinə qarşı qalxan
xalq, I Vilhelm Oranskinin rəhbərliyi ilə müstəqillik qazanmışdır. Bu
ərazidə protestantların öz əqidəsini sərbəst yaşaması üçün əlverişli şərait
yaranmışdır. Çünki alman mənşəli I Vilhelm Oranski bir lüteran kimi vəftiz
olunsa da, sonralar kalvinizmə meyl etmişdir. Bu, həm Avropadakı
protestantların, həm də yəhudilərin buraya və Niderlandın qonşu ərazilərinə
toplanmasına səbəb oldu.
5. XVII əsr Hollandiya “qızıl əsri”nin sirləri
Niderlandda yəhudilərlə yanaşı, protestantların ictimai mülkiyyəti
(həmçinin, qadınların ümumi olmasını) və poliqamiyanı dəstəkləyən
anabaptist təriqətinin mennonit qolu geniş yayılmışdı. Bu təriqətin qutterit
qolu Çexiya ərazisinə yerləşmişdir. Anabaptizm təriqəti isə, lüteranlığın
bazasında formalaşan svinqlianlıq təriqəti ilə yaxın əlaqələri var idi.
Mennonitlər 1535-ci ildə katoliklərin onlara qarşı törətdikləri qanlı Münser
874
hadisələrindən sonra Niderlandda sığınmışdılar. XVII əsrdə İngiltərədə
meydana çıxan independent təriqəti ilə anabaptistlərin, mennonitlərin
esxotoloji baxışları (İsanın minillik ilahi səltənətinin, ―5-ci monarxiyanın‖
gələcəyinə inanırlar) üst-üstə düşürdü.
Onlar, ifrat pasifist (müharibəyə, əsgərliyə qarşı) olduqları üçün, yerli
hakimiyyətin narazılığına səbəb olurdular. Çünki I Vilhelm Oranski ölkəni
qorumaq üçün katolik İspaniya ilə müharibə edirdi. Bu savaş, 80 il (1568-
1648) davam etdi. Buna görə də, onlar, savaşlar zamanı yaşadıqları ölkələri
tərk edərək başqa yerlərə köçürdülər. Yəhudilər də azsaylı xalq olduğu
üçün, savaşa meyilli deyildilər.
Müharibədə həlledici amillərdən biri maliyyədir. Çünki onu əldə etdikdən
sonra, muzdlu döyüşçülərdən də istifadə etmək mümkün idi. Həm də, yerli
hollandlar I Vilhelmin müstəqillik mübarizəsi ətrafında sıx birləşmişdi.
Lakin, Amsterdamda bankir və tacirlərdən ibarət oliqarx bir sinif
formalaşmışdı. Onlar dövlətin müxtəlif təbəqələrində təmsil olunur və
istənilən qanunun qəbulu və ləğvi ilə bağlı qərar verə bilirdilər. I Vilhelm
Oranski özü onlardan asılı duruma düşmüşdür. I Vilhelm İspaniya ilə
savaşdığı üçün, onların maliyyə dəstəyinə daha çox arxalanırdı. Bu isə,
oliqarxların sarayda hakimiyyətini daha da gücləndirirdi. Buna görə də, I
Vilhelmin xalq arasında hörmətini tədricən itirir, yerli zadəgan və
knyazların narahatçılığına səbəb olurdu.
XVII əsr, Niderlandın qızıl dövrü kimi səciyyələndirilir. Çünki bu dövrdə
Niderland müstəqil respublika elan edilmiş (1588), ticarət, elm və sənət
inkişaf etmiş, dini azadlıq tətbiq olunmuş, ətrafdan ora güclü miqrasiyalar
olmuş, Leyden universiteti yaranmış (1575) və o, Avropa elminin, təhsilinin
mərkəzinə çevrilmiş, 1602-ci ildə dünyada ilk səhmdar və transmilli
Holland Ost-İnd Şirkəti qurulmuşdur. Əslində, Qərbi Avropada ilk milli
dövlət və milli inkişaf ideyalarının təməli Niderland ərazisində
qoyulmuşdur.
Qərbi Avropada ilk milli dövlət və milli inkişafın təməlinin Niderlanddan
başlaması nə ilə bağlı idi?
XVII əsrdə Niderlandın qızıl dövrünü yaşaması təsadüfi deyildi. Məlum
olur ki, XVI-XVII əsrlərdə Niderland insan və maliyyə kapitalının bir araya
gəldiyi ərazi olmuşdur. I Vilhelm Oranskinin hakimiyyətdə güclənən
oliqarxlardan asılı olması və ölkənin həmin güclər tərəfindən idarə
olunması bir reallıq idi. K. Marks Niderlandın qızıl dövrünü ―XVII əsrin
nümunəvi kapitalist ölkəsi‖ kimi səciyyələndirir və manufakturaların,
gəmiqayırmanın, parça istehsalının yüksək səviyyəyə çatdığını, burada olan
kapitalın bütün Avropada olan kapitaldan çox olduğunu bildirir (26). Onlar
dünya ticarətində birinci yerə çıxır və Şərq-Qərb ölkələri arasında ticarət
875
əlaqələrini quran nəhəng beynəlxalq subyektə çevrilir. O, Fransa və
Germaniyanın xarici ticarətinin böyük hissəsini öz əlində saxlayır.
Amsterdamda 1609-cu ildə bank yaradılır və bu şəhər, qiymətli kağızlar
üzrə birja mərkəzinə çevrilir.
Bəs, Niderlandı idarə edən o güclər kim idi?
Fransız tarixçisi F. Brodel ―Kapitalizmin dinamikası‖ əsərində yazır:
―Kapitalizmin inkişafının ilk böyük mərhələsində İtaliyanın Venesiya,
Genuya, Florensiya kimi şəhər-dövlətlərində hakimiyyət pul elitasının
əlində idi. XVII əsrdə Hollandiyada zadəganlar ölkəni iş adamları, tacirlər
və böyük maliyyəçilərin maraqları, hətta, onların göstərişi əsasında idarə
edirdilər. İngiltərədə, 1688-ci il inqilabından sonra, hakimiyyət
Hollandiyaya bənzər bir vəziyyət aldı. Fransa bir əsrdən çox gecikdi: 1830-
cu ilin iyul inqilabından sonra burjuaziya nəhayət əminliklə hakimiyyəti öz
əlinə keçirir.‖
F. Brodelin ―iş adamları, tacirlər və böyük maliyyəçilər‖ kimi
səciyyələndirdiyi burjuaziyanın Hollandiyaya İtaliya ərazisindən gəldiyi
göstərilir. Lakin, o, İspanya və Portuqaliyadan gələn yəhudilərin adını
çəkmir. Əslində, Hollandiya burjuaziyası, İspanya və Portuqaliyadan gələn
yəhudilərdən, İtaliya ərazisindən gələn burjuaziya nümayəndələrindən
(onlar arasında da yəhudilər var idi) təşkil olunmuşdur.
Biz, yəhudilərin böyük qisminin İspanya və Portuqaliyadan sonra Niderland
ərazisinə, xüsusilə, Amsterdama sığındıqlarını bilirik. Onlar arasında
zəngin, bilikli və təcrübəli insanlar kifayət qədər olmuşdur. Təbii ki,
yəhudilər, yaranmış əlverişli azad mühitdən yararlanaraq ölkənin
inkişafında mühüm rol oynamışlar. Onlar, bank və ticarət işlərində səriştəli
olduqları üçün, bu sahədə önəmli yerləri öz əllərində saxlayırdılar. Bu
baxımdan, Niderlandın siyasi və iqtisadi həyatında aparıcı rol oynayan
oliqarxlar arasında onların sayı çox idi. Onlar arasında məşhur Barux,
Lopes Suasso (İsaak İsrael), Pereyra (Abendan), Pinto, Mokatta, Qumpers,
Rafael ailələri var idi. Onlar XVI əsrdə London, Antverpen, Bordo və digər
şəhərlərdə məskunlaşmış və XVII əsrdə multikultural mühitin yaranması ilə
bağlı olaraq Amsterdama köçmüşlər. Lopes Suasso Amsterdamın ən böyük
vergi ödəyici kimi böyük nüfuz sahibi idi. İspaniya kralı II Karl ona irsi
baron rütbəsi vermişdir. Holland Ost-İnd şirkətində onun və digər
yəhudilərin səhmləri çox idi. O, bankir Pinto ailəsi ilə qohum olmuşdu.
Pinto ailəsi Holland Ost-İnd şirkətini idarə edənlərdən, Şimali və Cənubi
Amerikada iş görən, Niderlandın büdcəsinin zənginləşməsini təmin edən
yəhudi ailələrindən biri idi. Hollandiyada aşkenaz yəhudiləri XVIII əsrdən
başlayaraq fəallaşdılar. Bank işləri ilə məşğul olan məşhur aşkenaz
yəhudilərinə Koen, Qoldsmit, Bişofşaym, Salamon ailələri aid idi. Onlar,
876
Amsterdamda bir neçə bank qurmuş və Holland Ost-İnd şirkətinin idarə
heyətində olmuşlar.
Yəhudilərlə yanaşı, Hollandiyada holland protestantlardan olan, bank və
maliyyə işləri ilə məşğul olan burjuaziya da mövcud idi. Sillem, Borski,
Van Loon, Van Lanşot, Pirson, Miz ailələri buna misal göstərilə bilər. Onlar
güclənmək üçün, bir-biri ilə qohumluq əlaqələri qururdular. Onların
Britaniyadan olan və Hollandiyada fəaliyyət göstərən məşhur Berinq, Houp
(şotland), Klifford ailələri ilə də əlaqələri var idi. Onlar, gəmi sənayesi, kölə
alveri, Amerikaya emiqrasiyanın təşkil olunması, müstəmləkə malları və
almaz ticarəti, sənət əsərlərinin satışı ilə məşğul olurdular. Houp ailəsinin
Rusiya ilə fəal əlaqələrinə görə, II Yekatrina bankir Henri Houpa dvoryan
titulu vermiş, lakin, o, bundan imtina etmişdir.
İtaliyadan gələn burjuaziyanın nümayəndələri də Hollandiyada fəaliyyət
göstərirdilər. Florensiyalı zadəgan ailəsi Strossilərin Hollandiyada
banklarının filialları açılmışdır (27, 56). Venesiya, Genuya oliqarxları
Hollandiyanın bütün sahələrinə sirayət etmişdilər. Bütün Avropa
Hollandiyanın müstəqilliyinə qarşı çıxdığı halda, 1619-cu ildə Venesiya
onun müstəqilliyini tanımış və onun dövlətçiyinin qurulmasında birbaşa
iştirak etmişdir. 1618-ci ildə başlayan 30 illik müharibənin Venesiya hərbi
strateqləri tərəfindən ortaya qoyulduğu söylənilir. Çünki onlar İspaniya
kralı ilə öz gəlirlərini bölüşdürmək istəmirdilər. Buna görə də, onlar, katolik
kilsəsinə və onun təsiri altında olan İspan krallığına qarşı olan protestantları
maliyyələşdirmək və onları bir-biri ilə toqquşdurmaqda maraqlı idilər.
Tanınmış tədqiqatçı A. Onopriyenko yazır: ―Venesiya kapitalı atlantik
ticarətinə rahat daxil olmaq üçün, yeni bir ada ərazisinə keçmək
məcburiyyətində idi. Ticarət şəhər-respublikaları strategiyalarının davamı,
yeni fəaliyyət teatrı olan Hollandiyada toqquşdu... XVI əsrin ikinci
yarısından Hollandiyanın şimalına yeni əməliyyatlar axtaran Venesiya
kapitalı daxil oldu. Orada yəhudi və Venesiya kapitalları İspan tacının çətiri
altında Hollandiya ticarət və sənaye pulları ilə tikilmiş bir evdə"evləndilər".
Venesiya kapitalları, böyük kapital ittifaqına dəniz ticarətinin
inhisarlaşması və qitə zadəganlarının manipulyasiyasını təmin edən
çoxəsrlik ada strategiyasını gətirdi.‖ (28).
Hollandiya burjuaziyasının ticarət və bank fəaliyyətləri Avropanın bir çox
ölkələrini, Amerika və Asiya ölkələrini əhatə edirdi. Hollandiyada yeni
avroatlantik layihənin əsası qoyulurdu. Çünki Aralıq Dənizi ticarət
loqistikası layihəsi iflasa uğramışdır. Yeni layihədə İspanya və
Portuqaliyadan gələn yəhudilər, holland, şotland və ingilis mənşəli
protestant bankir və tacirlər fəal iştirak edirdilər. Holland Ost-İnd şirkəti
yeni burjuaziyanın maraqlarını bir araya gətirirdi. Tədqiqatçılar İtaliyadan
877
gələn burjuaziyanın bu prosesdə aparıcı rol oynadığını və ilkin kapitalizmin
İtaliyanın Venesiya, Genuya, Florensiya kimi şəhər-dövlətlərində
formalaşdığını bildirirlər. O zaman, XVII əsr Hollandiya fenomeninin
kökünü bu şəhər-dövlətlərdə axtarmaq doğru olardı.
6. İngiltərə - transmilli burjuaziyanın yeni avroatlantik mərkəzi
Hollandiyanın ərazisi müxtəlif dövlətlərlə sərhəd olduğu üçün, daima
müharibələr meydanına çevrilirdi. Xüsusilə, burjuaziyanın burada qələbə
çalması, onun Avropanın nəhəng dövlətlərinin hədəfinə çevrilməsinə səbəb
olurdu.
Bu
baxımdan,
burjuaziya,
bütün
resurslarını
burada
yerləşdirməkdən ehtiyat edirdi. Bunun üçün, daha təhlükəsiz və dünya
sularına, avroatlantik məkana çıxışı olan yeni bir əraziyə sığınmaq lazım
idi. Bunun üçün ən əlverişli məkan, ada ölkəsi olan İngiltərə idi.
Bura yerləşmək bir tərəfdən asan, digər tərəfdən çətin idi. Ona görə asan idi
ki, burjua təbəqəsinin əlindəki böyük sərvətlər istənilən dövlət üçün yararlı
idi. Ona görə çətin idi ki, burjua təbəqəsinin sərvətləri ilə yanaşı, böyük
əlaqələri, kəşfiyyat məlumatları, zəngin idarəetmə təcrübələri və gücləri
vardı. Təbii ki, onlar, bu imkanları ilə məskunlaşdıqları dövlətdə tezliklə
hakimiyyəti özlərindən asılı vəziyyətə salacaq və sonra onu ələ
keçirəcəkdilər (Niderlandda olduğu kimi). Buna görə də, İngiltərə
hakimiyyəti buna razı olmadı. Lakin, transmilli burjuaziya artıq öz hədəfini
seçmişdi və ona nail olmaq üçün bütün imkanlarını işə salmışdı. Bunun
üçün, ən əlverişli imkan, İngiltərədən təqib olunaraq Hollandiyaya sığınan
protestantlar və onların İngiltərədə fəaliyyət göstərən tərəfdarları, eyni
zamanda, parlamentdə (əksəriyyət presviterian və independent puritan
deputatlardan ibarət idi) və hökumətdə yerləşən 5-ci kolon vasitəsilə
hakimiyyətə qarşı qiyamlar təşkil etmək və orada hakimiyyət dəyişikliyinə
nail olmaq planı işlənib hazırlandı. İngiltərədə Stüart kral ailəsinə qarşı
inqilab təşkil olunmalı və inqilabın lideri Oliver Kromvel olmalı idi.
Oliver Kromvel – protestant-puritan ailəsində doğulmuşdur. O, ingilis
reformasiyasının və anqlikan kilsəsinin əsasını qoyan ictimai xadim Tomas
Kromvelin həm genetik, həm də ideoloji varisi idi. O, puritanların
independent qolunun lideri idi. Oliver Kromvel həm də bir hərbçi və bir
sərkərdə kimi məşhurlaşmışdı. O, İngiltərədə kral hakimiyyətinə qarşı
başlayan və daxildə bir çox qrupların (anqlikanlar, katoliklər, ingilis
puritanlar və şotland puritanlarının) və etnik qrupların (ingilislər, valliylər,
şotlandlar, irlandlar) bir-biri ilə toqquşması ilə nəticələnən vətəndaş
müharibəsində antiroyalist parlament ordusuna rəhbərlik etdi. 1642-ci ildə
başlayan vətəndaş müharibəsi 1645-ci ildə Oliver Kromvelin qələbəsi ilə
bitdi. 1649-cu ilə qədər kral tərəfdarları ilə inqilabçılar arasında
878
münaqişələr davam etdi və 1649-cu ildə Oliver Kromvel tam qələbə əldə
edərək I Karlı edam etdirdi və həmin ilin may ayında monarxiyanın bitdiyi
və respublikanın qurulduğu elan edildi. K. Marks, bunu ―İngiltərə burjua
inqilabı‖ kimi səciyyələndirdi.
İngiltərə burjua inqilabından sonra hakimiyyət Oliver Kromvelin əlində
səfərbər olundu. O, kilsənin və kralın inhisarında olan bütün sahələri ləğv
etdi. Yalnız, Ost-Hind Şirkətinə toxunulmadı. Ölkədə ticarət, sahibkarlıq
fəaliyyətləri üçün yeni imkanlar açıldı. Anqlikan kilsəsi, digər dinlər ilə
eyni statusa endirildi.
1660-cı ildə parlament monarxiyanı yenidən bərpa etmək və II Karlı
hakimiyyətə dəvət etmək barədə qərar çıxarsa da, bu uzun çəkmədi. 1688-ci
ildə şanlı inqilab nəticəsində parlament kral II Yakovun hakimiyyətini ləğv
edir və Hollandiya kralı Oranlı Vilhelm İngiltərə kralı təyin olunur (O, I
Karlın nəvəsi idi). Beləliklə, Hollandiyada bir araya gələn burjuaziya üçün,
İngiltərəyə qapılar açılır.
Deməli, İspanya və Portuqaliyadan katolik kilsənin rəhbərliyi ilə qovulan
yəhudilər, həmçinin, İtaliyanın Venesiya, Genuya şəhərlərindən gələn
burjua təbəqəsi Amsterdamda protestantlarla əlaqəyə girərək güclü bir
transmilli birlik yaratmış və İngiltərədə katolikliyə meyilli Stüartlar
sülaləsini ortadan qaldıraraq protestantların lideri III Vilhelmi taxta
çıxarmışlar. Bununla, İngiltərədə hakimiyyət yəhudi-protestant birliyinin,
transmilli hökumətin və transmilli şirkətlərin (Ost-Hind Şirkəti) əlinə
keçmişdi. Bu hadisələr, Avropada Yeni Dövrün başlanğıcını qoydu.
***
Yəhudilər İngiltərəyə necə yerləşdilər?
Yəhudilər, Amsterdamda icma şəklində sərbəst yaşayaraq, bank-sələmçilik,
ticarət işləri ilə məşğul oldular və kral Oranski sülaləsi ilə yaxın əlaqələr
quraraq Yaxın Şərq və Cənubi Amerika ilə ticarət əlaqələrini
genişləndirdilər. Onlar, 1621-ci ildə Holland Vest-İnd şirkətinin
qurulmasında və idarə olunmasında yaxından iştirak etdilər. Avropada XVII
əsrin ilk rübündən başlayan 30 illik müharibə nəticəsində Polşa və digər
Avropa ölkələri ərazində yaşayan aşkenaz yəhudiləri də Niderland ərazisinə
miqrasiya etdilər. Yəhudilər tədricən Niderlandın ticarət və maliyyə işlərini
öz əllərinə aldılar. Lakin, aşkenaz və sefard yəhudiləri burada da bir araya
gəlmədilər.
Yəhudilərin lideri Menaşe ben İsrael yəhudilərin İngiltərəyə yerləşməsi
üçün Oliver Kromvel ilə danışıqlar aparırdı. Menaşe ben İsrael 1644-cü ildə
Venesiya məktəbinin yetirməsi hesab olunan kabbalist, saray maqı, astroloq
və kəşfiyyatçı, şotland əsilli Con Düri ilə tanış olur. Sefard yəhudilərin (29)
İngiltərə dərin dövləti və puritanlarla yaxın əlaqələrə girmələri, onların
879
həyatında yeni bir səhifənin açılmasına şərait yaratdı.
Spinozanın müəllimlərindən olan Menaşe ben İsrael ilahiyyatçı və
mütəfəkkir kimi tanınmışdır. O, XVII əsrdə yəhudilərin İngiltərəyə
qayıtmasını təmin etmişdir. O, bir kabbalist kimi yəhudilərin bütün dünya
ölkələrinə yayıldıqdan sonra İsrail dövlətini qurmaq üçün messiyanın
(Tövrata görə, Davud peyğəmbərin soyundan olan sonuncu xilaskar
peyğəmbərin) gələcəyinə inanırdı. Avropa ölkələrinin əksəriyyəti
yəhudilərə sığınacaq vermək istəmirdilər. Bunun üçün, onları buna razı
salmaq lazım idi. Onun messiya və Cənubi Amerika hindularının yəhudi
mənşəli olması ilə bağlı fikirləri ingilis puritanlarının diqqətini çəkmişdi.
Menaşe ben İsrael, beləliklə, ingilis puritanlarla müəyyən əlaqələr yarada
bilir. Onun ingilis parlamentinə gördərdiyi məktub müəyyən müzakirələrə
yol açır. Bəziləri hesab edir ki, İsraili qurmaq üçün messiyanın gələcəyinə
inanan yəhudilər ilk öncə xristianlığı qəbul etməlidirlər (30).
Oliver Kromvel yəhudilərin ölkəyə daxil olmasını maddi, yaxın Şərq
ölkələri ilə ticarət əlaqələri və kəşfiyyatda istifadə baxımdan sərfəli hesab
etdiyi üçün, 1653-cü ildə bir qrup yəhudi-marranı ölkəyə qəbul etdi.
Onların İngiltərəyə daxil olmasına şərait yaradanlardan biri XIII əsrdən
İngiltərədə məşkunlaşan yəhudi-marran Antonio Fernandes de Karvalhal
(Avraam İsrael) ailəsi idi. O, parlamentə maddi dəstək verir və həm də, öz
kəşfiyyat şəbəkəsi ilə royalistlərin İspaniya, Portuqaliya ilə əlaqələri barədə
məlumat toplayırdı (31).
Yəhudilər Oliver Kromvelin vaxtında İngiltərədə öz sinaqoqlarını tikdilər,
icma hüquqlarını bərpa etdilər və ticarət-maliyyə işləri ilə məşğul oldular.
Kromvelin yəhudilərə münasibəti o qədər müsbət idi ki, yəhudilər onu
özlərinin maşyahı (messiya) hesab edirdilər. Çünki 1290-cı ildə yəhudiləri
ölkədən sələmçilik və irqçilik zəminində kənarlaşdıran (Polşaya
yerləşdirən) İngiltərə kralı I Edvarddan fərqli olaraq, Kromvel, əksər
ingilislərin etirazına baxmayaraq, yəhudiləri İngiltərəyə yerləşdirərək,
onlara böyük imkanlar yaratdı. Kromvelin vəfatından 3 il sonra İngiltərə
hakimiyyətinə onun tərəfindən qətl edilən I Karlın oğlu II Karl Stüart gəldi.
O, atasının qisasını Kromveldən almaq üçün, onu qəbirdən çıxarıb boynunu
vurdurdu və cəsədini meydanlarda dolaşdırdı. Lakin, II Karl yəhudilərə
toxunmadı, əksinə, onların ölkəyə yerləşməsinə şərait yaratdı. Çünki onlar,
kralın maliyyə məsələlərini idarə edirdilər. Amsterdamda olan yəhudilər və
protestantlar isə, Holland kralı Vilhelm Oranskinin İngiltərəyə hücumunu,
Fransaya sığınan sonuncu Stüart kralı II Yakova qarşı təzyiqlərini
maliyyələşdirirdilər. Nəticədə, İngiltərədə Stüartlar sülaləsinin hakimiyyəti,
Holland kralı Vilhelm Oranskinin qələbəsi ilə başa çatdı. Yəhudi bankiri
Suassonun maliyyə dəstəyi ilə İngiltərə kralı olan III Vilhelm, II Yakovun
880
qızı II Mariya Stüart ilə evlənərək taxta sahib çıxdı. 1688-ci ildə baş verən
bu hadisə, tarixə şanlı inqilab kimi düşdü. III Vilhelm 1696-cı ildə yəhudi
bankirlərə (Suasso, Pereyra) İngiltərə bankını yaratmaq imkanı verdi (daha
əvvəl Amsterdamda yaratmışdılar). Beləliklə, yəhudilər tədricən Qərbi
Avropa ölkələrində özlərinə yer etdilər və orada bank sistemlərini qurdular
(Qoldsmit, Aaron Bencamin, Mokatto). Aşkenaz yəhudiləri Hollandiyadan
İngiltərəyə XVIII əsrdə köç etdilər və onlar da burada öz bank sistemlərini
yaratdılar (Koenlər, Rotşildlər, Montefior və s.) (32).
7. Yeni Dövr fəlsəfəsinin təməlini qoyan filosoflar
Yeni Dövr fəlsəfəsinin təməlini qoyan filosoflardan biri Barux Spinoza
(latınca - Benediktus de Spinoza) 1632-ci ildə Amsterdamda vaxtilə
Potuqaliyadan qovulan tacir sefard-yəhudi ailəsində doğulmuşdu. O, digər
sefard yəhudiləri kimi kiçik yaşlarından dini təhsil almış, yəhudi, müsəlman
və latındilli filosofların əsərləri ilə tanış olmuşdur. Onun ilk müəllimləri
(haham İsaak Aboab da-Fonseka, ravvin Saul Moyteyra və Menaşe ben
İsrael) kabbalist olmuşdur. Spinozanın sinif yoldaşı Moisey Zakuto sonralar
Venesiya və Mantuedə nəzəri-kabbala məktəbinin yaradıcı idi. Bunlar onu
göstərir ki, Spinozanın ilk təhsilini əsasən yəhudi ilahiyyatı və kabbala
təlimi təşkil etmişdir. Spinozanın oxuduğu kitablar daha çox Müsəlman
Şərq mədəniyyətini təmsil edən yəhudi ilahiyyatçıları, kabbalistləri, filosof
və alimlərinin əsərləri (Avraam inb Ezra, Maymonid, Xasday Kreskas,
kabbalist Avraam Koqen Errer, Qersonid, neoplatonik Yəhud Abrabanel),
həmçinin, müsəlman müəlliflərin kitabları idi (İnb Sina, İbn Rüşd, Fərabi).
Spinoza da Amsterdamda olan protestantlar (kolleqiantlar təriqəti) ilə
əlaqələr qurmuşdur. Onun bu hərəkəti, dindar yəhudi icmasını
qəzəbləndirir. Ola bilsin ki, onun protestantlarla yaxınlığı, yəhudilik
ehkamları ilə bağlı fərqli baxışlarının formalaşmasına təsir etmişdir. Buna
görə də, o, 1656-cı ildə yəhudi-sefard icmasından təcrid olunur (herem). Öz
payını qardaşına sataraq ailəsini tərk edir (o zaman atası və anası da vəfat
etmişdilər). O, Enden kollejinə daxil olur və burada bir qədər fərqli biliklər
əldə edir. Yunan və latın dillərini öyrənir, Qobbs, Dekart, Qassendi,
Makiavelli, Brunonun əsərləri ilə tanış olur. Onun bu fəaliyyəti yəhudi
icmasını daha da qəzəbləndirir və o, Amsterdamı tərk edərək yaxınlıqda
olan və kolleqiantlar təriqətinin mərkəzi olan Reinsburq kəndinə yerləşir
(Leyden yaxınlığında). O, kolleqiantlar təriqəti (33) ilə yaxın əlaqələr qurur.
Kolleqiantlar təriqəti – protestantlığın əsasən İngiltərədə yayılan və
puritanlardan ayrılan İndependent cərəyanının (Robert Broun) Arminian
fraksiyası idi. İndependent cərəyanının lideri İngiltərədə inqilabın başında
dayanan Oliver Kromvel idi. Onların böyük bir hissəsi Hollandiyaya
881
köçmüşlər.
Spinozanın kolleqiantlar təriqətində nüfuzu böyük olmuşdur. O, öz geniş
bilikləri ilə ətrafının diqqətini özünə cəlb edə bilirdi. 1661-ci ildə London
kral elmi cəmiyyətinin (1660 ildə yaradılan) sədrlərindən olan Henri
Oldenberq onu ziyarət edir və onların əlaqələri formalaşır. 1663-də Haaqa
yaxınlığına köçür və burada London kral elmi cəmiyyətinin bir çox üzvləri
(Xristian Qyüqens) ilə görüşür. 1670-ci ildə nəşr etdirdiyi ―Teoloji-siyasi
traktat‖ əsərinə ateist damğası vurulur və o, təqib olunmağa başlayır. Buna
görə, o, Haaqaya köçür və orada yaşayır. Orada Qotfrid Leybnis ilə tanış
olur. Ona Heydelberq universitetində müəllimlik təklif olunsa da, bundan
imtina edir. 1677-ci ildə vəfat edir və vəfatından sonra bütün əsərləri
qadağan olunur. O, sonralar öz əsərlərini latın, ivrit, italyan, fransız, ispan,
portuqal dillərində qələmə almışdır.
Spinozanın panteist görüşləri neoplatonizm fəlsəfəsinə əsaslanırdı.
Renessans dövrünün filosoflarının əksəriyyəti panteist idi. Spinoza onların
baxışlarını daha sistemli və konseptual şəkildə təqdim etməyi bacardı.
Panteizmin ideyalarının yayılması burjua təbəqəsənin maraqlarına xidmət
edirdi. Bunu, Florensiyada Mediçilər ailəsi tərəfindən panteizmin əsas
mərkəzlərindən olan Platon Akademiyasının açılmasında və üzvlərinin
maddi himayə olunmasında fəal iştirakında müşahidə etmək mümkün idi.
Çünki panteizm bütün dinləri ortadan qaldırır, onları ilahlaşdırılan təbiətə
itaət etməyə, ezoterik biliklərlə onun sirlərinə bələd olmağa şərait yaradırdı.
Bu cür baxışlar, yəhudilər üçün vacib idi. Çünki onlar, Avropada dini
diskriminasiyaya məruz qalan və bundan ən çox əziyyət çəkən əhali qrupu
idilər. Eynilə, burjua təbəqəsi də, katolik kilsənin sosial-mədəni inhisarını
ortadan qaldırmaqla, sekulyar cəmiyyətdə daha rahat öz siyasi-iqtisadi
məqsədlərinə çata bilərdilər. Həmçinin, panteizm təlimi, ateizm və
materializmə əsaslanan yeni qlobal bir dinin layihəsi idi. Renessans
dövrünün mütəfəkkirləri də bu ümumi dindən geniş bəhs edirdilər.
***
Yeni Dövrün siyasi fəlsəfəsi, iki məşhur ingilis filosofu Tomas Qobbs və
Con Lokk arasında gedən polemika ilə başlayır. Ölkədə yaranmış vətəndaş
müharibəsi, optimal çıxış yolunun düşünülməsini zəruri edirdi. Kromvel
tərəfindən təqib olunan royalistlərlə (Stüart krallığını dəstəkləyənlər) birgə
Parisə sığınan və sonra onları tərk edərək Londona qayıdan Tomas Qobbs,
vətəndaş müharibəsinin gətirdiyi anarxiyanın səbəbini insanın təbii anarxist
təbiəti ilə əlaqələndirir və cəmiyyəti, insanı bu təhlükədən qorumağın
yeganə rasional yolunun (ictimai müqavilə əsasında) süveren monarxiya
dövlətinin (Leviafan) qurulmasında, dinin dövlətə tabe olmasında və onun
hakimiyyətin alətinə çevrilməsində olduğunu bildirirdi.
882
Siyasi liberalizm nəzəriyyəsinin banilərindən olan Con Lokk, Kromvelin
cəhbəsində olan mütəfəkkirlərdən olmuşdur. O, ―Məxfi Şura‖nın
üvzlərindən olan lord Entoni Eşlinin oğlunun müəllimi və həkimi olmuş,
onun vasitəsilə siyasətə cəlb olunaraq, 1669-cu ildən Kral Cəmiyyəti
Şurasının üzvü seçilmiş, sonra daha yüksək vəzifələrdə olmuşdur. Stüart II
Yakov hakimiyyətə gələndə, lord Eşli ilə birlikdə Hollandiyaya sığınmış və
inqilabdan sonra hakimiyyətə gələn Niderland kralı Vilhelm Oranskinin
hakimiyyəti dövründə İngiltərəyə qayıtmışdır. O, ―1688-ci il şərəfli inqilabı
barədə düşüncələr‖ əsərində Vilhelm Oranskinin hakimiyyətə gəlməsini
ingilis xalqının azadlığının və azad iradəsinin gerçəkləşməsi kimi
dəyərləndirmişdir (34).
Con Lokkun―Məxfi Şura‖nın üvzlərindən olan lord Entoni Eşlinin yaxın
adamlarından olduğunu nəzərə alsaq, onun dərin dövlət sirlərini bilən bir
şəxs olduğunu iddia edə bilərik. O, məhz bu mühitdə ilkin liberal ideyalarla
tanış ola bilərdi. Çünki katolik və şotland əsilli olan Stüartların
hakimiyyətinə alternativ layihə gətirmək lazım idi. Bu layihədə hakimiyyət
anqlikan kilsəsinin və transmilli hökumətin əlində olmalı idi.
Tomas Qobbs və Con Lokk arasında insanın təbiəti, əxlaqı və ona uyğun
olan sosial sistem barədə davam edən mübahisələr liberal düşüncənin
təməlini formalaşdırdı. İnsanı təbiətən anarxist hesab edən T. Qobbsdan
fərqli olaraq, C. Lokk ―insan təmiz lövhədir (tabula rasa) və onu
formalaşdıran sosial mühitdir‖ tezisini ortaya qoydu. Leviafan ideyası,
fərdin azad inkişafına, onun mənəvi potensialının üzə çıxmasına və
cəmiyyətin tərəqqisinə (proqres) sədd çəkirdisə, C. Lokkun dinamik sosial
mühit ideyası proqresə əsaslanırdı. C. Lokkun görüşündən belə bir nəticə
çıxırdı ki, güclü dövlət qapalı və zorakı bir sistem yaratdığı üçün, gec-tez
ortadan qalxacaq, lakin, vətəndaş cəmiyyətinin tərəqqisi dövlətlərin ortadan
qalxması ilə dayanmayacaq və irəli gedəcəkdir. Buna görə də, belə bir
nəticəyə gəlindi ki, sosial inkişafın əsas meyarı dövlət deyil, vətəndaş
cəmiyyətinin sonsuz proqresidir.
Proqres əsas meyar olduğu üçün, onun dinamikasına mane olan bütün
ictimai institutlar (dövlət, din, ailə) deformasiya, adaptsiya və ya ləğv
olunmalı və proqresin əsas ölçü vahidi individ (fərd) olmalıdır. Proqres və
individ münasibətlərindən ortaya çıxan yeni dünyagörüşü sistemi –
liberalizmdir. Əslində, proqresin fəlsəfəsi, transmilli hökumətin maraqlarına
xidmət edən kapitalizmin dünyada genişlənməsinə, individin isə, bu
məqsədə xidmət etməsinə yönəlmişdir. C. Lokkun özü də, siyasi elitanın
içində olan şəxs idi. Çünki o, fərdin azadlığından bəhs etdiyi halda,
Britaniya qul ticarəti sahəsinə ən böyük sərmayə qoyan şəxslərdən biri idi
və Vilhelm Oranskinin monarxiyasını dəstəkləyirdi. O, yəhudi və
883
xristianların bir cəmiyyətdə yaşamasını təmin edən tolerantlıq ideyasını
dəstəklədiyi halda, katolik kilsəsinə qarşı dözümsüzlük ifadə edirdi. Çünki
hesab edirdi ki, katoliklərin başçısı Romada oturduğu üçün, onlar, dövlət
içində bir dövlətdirlər (35, s. 415). Halbuki, Britaniya ərazisində əksəriyyət
təşkil edən şotlandlar, irlandlar məzhəb baxımından katolik idilər.
***
C. Lokkun liberal görüşünü iqtisadi tərəfdən inkişaf etdirən Böyük
Britaniyalı alim, şotland mənşəli Adam Smit oldu. O da, lord Taunşend və
lord Keyms (Henri Hyum) vasitəsilə London kral cəmiyyətinə üzv seçilmiş
və siyasi elitanın içinə daxil olmuşdur (36). O, C. Lokkun liberal ideyaları
bazasında ―azad ticarət‖ (free trade), obyektiv iqtisadi qanunlar, azad bazar,
iqtisadi insan, təbii nizam ideyalarını ortaya qoydu və bildirdi ki, hər bir
şəxs kimliyindən asılı olmayaraq, sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul
ola bilər. İqtisadi inkişafa təkan verən nəfsani istəklər ilə cəmiyyətin ümumi
istəkləri bir-birini tamamlayır. Liberal iqtisadiyyat o zaman inkişaf edə bilər
ki, o, milli deyil, transmilli xarakter daşısın. Çünki dövlət sərhədlərinin
mövcudluğu, merkantilizm iqtisadiyyatın inkişafına mane olur. Buna görə
də, liberal iqtisadiyyat və demokratiya proqressin təmsilçisi kimi dövlətin
rolunu sıfıra endirməyə, fərdin rolunu isə, yüksəltməyə yönəlir (37).
Adam Smit hesab edirdi ki, təbiətdə olduğu kimi, cəmiyyətdə də insanların
qarşılıqlı maraqları və bacarıqları istiqamətində ümumi bir iqtisadi sistem
formalaşır. Bu sistemi hərəkətə gətirən mexanizmin mahiyyətini, xüsusi
mülkiyyətə əsaslanan fərdi eqoizm və onun üzərində qarşılıqlı mənfəətə
söykənən ümumi maraqlar təşkil edir. A. Smit bu mexanizmi, iqtisadi
sistemin daxilində tənzimləyici və istiqamətləndirici xarakter daşıyan
―görünməz əl‖ adlandırmışdır (38, 66).
A. Smitin ―Təbii ehtiyatlar məhdud, insan ehtiyacları qeyri-məhduddur‖
tezisi, kapitalizm sisteminin təməl prinsipinə çevrildi. İnsanın və ümumən
cəmiyyətin ehtiyaclarının qeyri-məhdudluğuna əsaslanan iqtisadi şüur yeni
bazarlar əldə etmək, daha çox qazanmaq, ətrafa genişlənmək, bu yolda
zəifləri əzmək, güclülərlə rəqabətə çıxmaq, dünyanın təbii resurslarını əldə
etmək, onlardan bəhrələnən insanları (xalqları) genosidə məruz qoymaq
(Maltus nəzəriyyəsi), hərbi güc tətbiq edərək imperializm siyasəti həyata
keçirmək, başqa ölkələrin ərazilərini işğal etmək və digər bu kimi nəticələrə
rəvac verir.
A. Smitin gəldiyi maraqlı qənaətlərdən biri də bu idi ki, cəmiyyətin iqtisadi
inkişafının əsasında dayanan elmi-texniki tərəqqi və fərdi eqoizm amilləri
sonsuzadək davam edə bilməzlər. Çünki onun dediyi kimi, insan ehtiyacları
qeyri-məhduddursa, dünya qeyri-məhdud deyildir. Yəni, bir cəmiyyətin
daxilində genişlənən iqtisadi sistem həmin cəmiyyətin fövqünə çıxaraq
884
digər bazarlara genişlənəcək və nəticədə dünya bazarını ələ keçirəndən
sonra genişlənmək imkanları olmayacaqdır. O zaman, sistem qapanacaq və
öz içindən tənəzzülə doğru irəliləyəcəkdir.
İngiltərədə sefarad yəhudisi olan Devid Rikardo öz iqtisadi nəzəriyyəsi ilə
XIX əsrin əvvəllərində sosialist-utopist cərəyanın əsasını qoydu
(T.Qodskin, U.Tompson, F. Brey). Bu nəzəriyyə, kapitalizmin zəhmətkeş
insanların əməyini istismar etdiyini və onu düzgün dəyərləndirmədiyini
ortaya qoydu. Sonralar sefarad yəhudisi olan K. Marks da, bu nəzəriyyə
əsasında öz ―kapital‖ əsərini yazdı. K. Marks, A. Smitin sistemin
qapanması və öz içindən tənəzzülə doğru irəliləməsi ideyasını götürərək,
onun üzərində öz tarixi dialektika metodologiyasını yaratdı. Yəni, ona görə,
əvvəlki ictimai-iqtisadi formasiyalar kimi, kapitalizm sistemi də öz
imperailizm mərhələsində qapalı sistemə düşərək öz içindən tənəzzülə
gedəcəkdir. O zaman, onun genişlənməsinə təkan verən elmi-texniki tərəqqi
fenomeni də sıradan çıxacaqdır. K. Marks, bunu yeni sosializm
formasiyasına keçid kimi dəyərləndirirdi. A. Smit, D. Rikardo, K. Marks və
digərləri faizli bank kredit sisteminin üstündən sükutla keçdilər. Halbuki,
transmilli qurumların varlığı əvvəllər olduğu kimi, bu gün də, məhz bu
sistem üzərində bərqərardır.
***
Göründüyü kimi, liberal nəzəriyyələrin əsasını qoyan Con Lokk və Adam
Smit öz dövrlərində siyasi elitanın içində olan şəxslər kimi, onların
maraqlarına xidmət etmişlər. Onlardan sonra gələnlər də mahiyyətə
toxunmadan, səthi xarakterli fərqli fikirlər irəli sürmüşlər. Bunlar,
―demokratiya‖nın və bazar iqtisadiyyatının dünyada genişlənməsinə,
dövlətlərin ortadan qalxmasına və transmilli qurumların vətəndaş cəmiyyəti
üzərində gizli hakimiyyətinə şərait yaratmışdır. Əslində, bu strategiya,
liberal nəzəriyyələrin yarandığı ilk gündən nəzərdə tutulmuşdur. İngilis
milli loqosu, milli dövlətin yaradılmasını, transmilli dünya sisteminin
qurulmasına körpü kimi baxmışdır. Bu gün, artıq nəzərdə tutulan vaxt
yetişmişdir. Milli dövlətlərin etnik dövlətlərə parçalanması və qlobal
sistemin yaranması fonunda, ingilis dilinin və ingilis milli fəlsəfi loqosunun
dominant olması və qloballaşması hadisəsi danılmaz bir həqiqətə
çevrilməkdədir.
Adam Smit və Con Lokk liberalizmin siyasi və iqtisadi əsaslarını
qoymuşdular. Bu ideyalar, tədricən Avropanın digər yerlərinə yayılırdı. Con
Lokk, Devid Yum, Adam Smit və digər ingilis mütəfəkkirləri Avropa
ölkələrinə, ABŞ-na səyahət edir, oradakı yerli mütəfəkkirlərlə, maarifçilərlə
əlaqələr qururdular. Bu fikirlərin yayılması, transmilli qurumun
hakimiyyətinin genişlənməsi demək idi. Çünki ideyalar şüurlarda dərk
885
olunduqdan sonra maddiləşir və özünü gerçəkləşdirmək ehtiyacı duyur.
8. ABŞ və Fransa burjua inqilabları
İngiltərədə kök salan transmilli burjuaziya müstəmləkəçilk siyasətinə
başladı. Dünya bazarını ələ keçirmək üçün, böyük imperiyalar parçalanmalı
və onların yerində bazarlarını ələ keçirmək üçün kiçik milli dövlətlər
yaranmalı idi. Transmilli Ost-Hind şirkəti Hindistan və Şimali Amerika
bazarlarını ələ keçirdi. Ona, dünya bazarını ələ keçirməkdə ən böyük
maneə, güclü Fransa krallığı idi.
Fransa İngiltərənin Şimali Amerika ərazisində qurduğu müstəmləkələri
dağıtmaq üçün, qiyamçı qruplara (azadlıq oğulları) silah, maliyyə dəstəyi
verdi. 1776-cı ildə ABŞ-da qiyamçılar qələbə qazandı və müstəmləkəni
ləğv etdilər. Bu qiyamçılar, vaxtilə İngiltərəni tərk edən puritanlar idilər.
İngiltərənin transmilli hökuməti bu qiyamın qisasını almaq üçün, 1789-cu
ildə Fransada burjua inqilabını həyata keçirdi və kral XVI Lüdoviki taxtdan
salaraq öldürülməsinə şərait yaratdı. Fransada anarxiya pik həddə çatdı və
bunun nəticəsi olaraq xalq içindən çıxan Napaleon Bonopartın rəhbərliyi
altında yenidən monarxiya sistemi quruldu. Lakin, bu uzun sürmədi. Çünki
transmilli qurum, Fransa ilə Rusiyanı qarşı-qarşıya gətirərək, hər iki
rəqibini zəiflədib ortadan qaldırdı.
Fransa inqilabının dalğalarının Avropanın katolikləri arasında yayılmasının
qarşısını almaq üçün, katolik kilsəsi İspaniya, Portuqaliya kimi yerlərdə
feodal təsərrüfat və idarəetmə sisteminin dağılmasına imkan vermirdi.
Lakin, protestantların çox olduğu yerlərdə bu ideyalar sürətlə yayılırdı.
Onların yayıldığı ərazilərdə protestantlar sosial-siyasi gücə çevrilir, katolik
kilsəsinə qarşı mübarizə aparır və onun hakimiyyətindən qurtulmaq
istəyirdilər. Beləliklə, katolik kilsəsinin hakimiyyətindən qurtulan
ərazilərdə milli dövlətlər meydana gəlirdi. Çünki onlar ənənəvi şəkildə
yaşamaq istəmirdilər və yeni həyat tərzi üçün, milli inkişafdan başqa bir yol
yox idi. Bu isə, mexaniki sürətdə milli dövlətlərin transmilli qurumların
təsiri altına düşməsinə səbəb olurdu.
9. Maarifçilik və maarifçilər
Maarifçilər üçün milli fəlsəfə nəyə görə aktual idi?
Fəlsəfədə millilikdən bəhs edəndə, ilk növbədə ingilis, fransız və alman
fəlsəfəsi kimi oturuşmuş anlayışlar yada düşür. Çünki Avropada Yeni
Dövrün paradiqmalarını ilk həyata keçirənlər, ilk milli dövlətləri yaradanlar
və imperialist siyasət kursunu götürənlər onlar olmuşlar. İlk dəfə sosial-
siyasi həyatda böyük inqilabi dəyişikliklər, liberal transformasiya prosesləri
İngiltərə (Şanlı inqilab - 1688), ABŞ (müstəqillik deklarasiyasının qəbulu -
886
1776), Fransa (İnsan və vətəndaş hüquq deklarasiyası - 1789), Almaniya
ərazilərində baş vermişdir. XIX-XX əsrlərdə onların təsiri ilə Avropanın
digər ərazilərində, Asiyada milli ideyalar maarifçilik fəlsəfəsi vasitəsilə
yayılmışdı.
Milli dövlət - etnik, dini, sosial kimliyindən asılı olmayaraq, konkret bir
ərazidə yaşayan əhalini konkret bir dil, vətəndaşlıq ideologiyası və milli
strategiya ətrafında birləşdirmək, bu istiqamətdə onları assimlyasiya edərək
siyasi bir millət formalaşdırmaq məqsədini qarşıya qoyurdu. İmperialist
siyasəti həyata keçirən milli dövlətlərin uzaq hədəfi də buna xidmət edirdi.
Əslində, milli dövlətlərin hakim elitası, Yeni Dövrdə tarixi rekonstruksiya
nəticəsində hakimiyyətə gələn transmilli qruplar idi. Onlar, bazar
iqtisadiyyatı və ETİ vasitəsilə yerli və dünya bazarlarını ələ keçirmək,
individualizm ideyası vasitəsilə təhlükəli ənənəvi kollektiv birlik
formalarını atomlara bölmək, sekulyarizm və ifrat rasionalizm vasitəsilə
marginal və deist bir toplum yaratmaq, proqress ideyası vasitəsilə
cəmiyyətləri öz strateji məqsədləri istiqamətində səfərbər edərək istismar
etmək istəyirdilər. Bunlar, Yeni Dövrün əksər filosoflarının əsas ideya
istiqamətlərini təşkil etmişdir. Yalnız, XIX əsrin sonlarında F. Nitşe buna
―stop‖ demişdir.
Milli fəlsəfənin formalaşması və inkişafında müxtəlif etnoslara mənsub
olan filosoflar fəal rol oynamışlar. Məsələn, yepiskop, filosof Corc Berkli
İrlandiyada doğulan irland olsa da, öz əsərlərini latın, ingilis və fransız
dillərində yazmışdır. Şotlandiyada doğulan şotland əsilli filosof Devid Yum
öz əsərlərini ingilis dilində qələmə almışdır. Demək olar ki, Böyük
Britaniya ərazisindən olan irland və şotland mənşəli mütəfəkkirlərin hamısı
ingilis dilində yazıb yaratmışlar. Halbuki, şotland və irlandların öz
dövlətləri, dövlətçilik ənənələri və milli dilləri olmuşdur.
Filosofların yaşadıqları ərazi və yetişdikləri mühit də fəlsəfi əsərlərin dilinə
təsir etmişdir. Məsələn, Paul Qolbax Almaniyada doğulan alman olduğu
halda, öz əsərlərini fransızca yazmışdır. Çünki o, gənc yaşlarından Parisə
köçmüş və orada yaşamışdır. Yaxud, Jan-Jak Russo Cenevrədə (İsveçrə)
doğulsa da, məşhur fransız filosofu kimi tanınmışdır. Çünki kiçik
yaşlarından kimsəsiz qalan filosof, özünə Fransada sığınacaq tapmışdır.
Maarifçilərin ideyaları köhnə sistemin fonunda daha ədalətli və aktual
görünürdü. Maarifçi filosoflar, katolik kilsənin hegemonluğu altında olan
orta əsrləri ―zülmət əsrləri‖ kimi səciyyələndirməklə, şüuraltı şəkildə
özlərinin təmsil etdiyi maaarifçiliyi ―aydınlanma, ziyalı, işıqlı‖ (the
enlightenment) kimi təqdim edirdilər. Bununla, maarifçilər, qnoseoloji
dualizm paradiqmasından çıxış edərək, teologiyaya qarşı azadfikirlilik,
empirizm və skeptisizmə əsaslanan rasional fəlsəfəni, sekulyarizmi, elmi
887
metodları qoyurdular. Onlar, Bibliyanın Tanrı kitabı olması məsələsini
şübhə altına alır və fitri din ilə eyniləşdirilən deizm inancını gündəmə
gətirirdilər. Dini, kilsənin nəzarəti altında saxlanılan sosial fenomen kimi
deyil, fərdin seçimi ilə bağlı olan şəxsi fenomen kimi dəyərləndirirdilər
(laiklik, sekulyarlıq). Cəmiyyətin əksəriyyəti, artıq, bu fikirləri qəbul edir
və onları doğru hesab edirdilər. Çünki 500 illik tarixi proses, onların
şüurunda çox dəyişikliklər etmişdir. ABŞ və Fransada baş verən burjua
inqilabları və hadisələrin sonrakı inkişafı göstərdi ki, maarifçilərin təbliğ
etdikləri azadlıq ideyaları əbəs deyildi. Onlar, sanki, barıt çəlləyinə atılan
bir qığılcım idi.
Yeni Dövrdə fransız dili Avropada latın dilini əvəz etdiyi üçün, o,
beynəlxalq elmi-fəlsəfi dil statusu qazanmışdır. Almanlar və ingilislər də öz
dillərini yaymağa cəhd edirdilər. Bu xalqların hər üçü germanmənşəli
olsalar da, öz siyasi-iqtisadi maraqları istiqamətində fərqli milli kimliklərin
formalaşdırılmasında maraqlı idilər. Çünki onların orta əsrlərdə qurduqları
dövlətlər, yaratdıqları universitetlər və digər amillər buna əsas verirdi.
Bundan başqa, bu prosesləri daxildən idarə edən və onları yönləndirən
siyasi-iqtisadi elitalar var idi. Onlar, bir-biri ilə yaxın əməkdaşlıq mühitində
olan maarifçiləri açıq və gizli şəkildə dəstəkləyirdilər. Lakin, maarifçiliyi
dəstəkləyən məhcul qüvvələr, eyni zamanda, onların təşkilatlanmasına və
güclənməsinə şərait yaradırdılar.
Maarifçilik fəlsəfəsi, ilk dəfə milli dillərdə meydana çıxan böyük
eksiklopediyalar ilə yayıldı. İngiltərədə Efraim Çembers (İngiltərədə
tərcüməçi, kitabşünas 1728-ci il) iki cildlik Siklopediya, Almaniyada
Yohan Sedler (1731-1754) alman dilində 68 cildlik ―Böyük universal
leksikon‖ əsərlərini ortaya qoydular. Deni Didro və digər maarifçilər
tərəfindən fransız dilində hazırlanan 35 cildlik ensiklopediya (1751-1780)
Yeni Dövrün ən tanınmış və mükəmməl əsəri hesab olundu. Bu əsərlərin
meydana çıxmasında bütün resurslar milli-mədəni inkişaf üçün bir araya
gətirilirdi. İngiltərə, Fransa, Almaniya ərazisində yaşayan bütün alim və
filosoflar etnik mənşələrindən asılı olmayaraq, bu milli-mədəni inkişaf
prosesində iştirak edirdilər. Fransız maarifçiləri daha çox sosial və siyasi
məsələlərə ağırlıq verdikləri halda, alman maarifçiləri din və əxlaq
məsələlərinə diqqət yetirirdilər. Lakin, onların hamısının ortaq hədəfi,
feodal sistemi ortadan qaldırmaq və liberal dəyərləri (demokratiya, bazar
iqtisadiyyatı) həyata keçirmək idi.
Cədvəl 1. Tanınmış avropa filosof və mütəfəkkirlərinin etnik mənşəyi
Dostları ilə paylaş: |