Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

Nə  başınızı  ağrıdım,  sudda,  kooperativdə,  divanxanada,  ağsaqqal 
arasında, qoçular yanında, müəllimlər qurultayında hər yerdə kişi sözünü 
keçirməyə çalışırdı [7, 187]. 
O birindən Hindistanımı, İranımı, Misrimi, Əfqanımı, imam əzizidir, 
böhtan deyə bilmərəm, ancaq mən onu deyə bilərəm ki, mərhumun atdan 
məqsədi ingilis millətidir [7, 235]. 
Qantəmir  nəsrinin  sintaktik  quruluşunun  əsas  xüsusiyyətlərindən 
biri  odur  ki,  hətta  üçüncü  şəxsin  dilindən  verilmiş  müəllif  təhkiyəsi  də 
oxucu ilə söhbət tərzindədir. "Hacı Lələ" hekayəsindən bir parçaya diqqət 
edək:Hacı  Əliqulu,  doğrudur,  bir  xarici  ilə  əl-ələgörüşəndə  gəlib  evdə 
əlini  sabunla  təmizlərdi,  düzdür  ki,  xaricinin  əlinə  dəyən  stəkanı  yeddi 
dəfə suya çəkməmiş ağzına vurmazdı [7, 221]. 
Müəlllif  fikrin  ifadəsinə  doğrudur,  düzdür  kikimi  ara  sözlərin 
sintaktik vəzifəsini əlavə etməklə təhkiyənin söhbət şəklinə salmağa nail 
olmuşdur. 
Qantəmir  nəsrində  bəzən  təhkiyə  sintaksisi  öz  yerini  dramaturji 
sintaksisə  verir.  Yazıçı,  adətən,  obrazlar  arasında  söhbətin  mübahisəli 
məqamlarının bədii dil həllini bu sintaksisdə qurur.  
"Xanım  Əminə"  hekayəsində  qadınlar  arasında  davanın 
kuliminasiya  həddində  müəllif    bədii  sintaksisin  nəsr  formasını 
dramaturji forma ilə əvəzləyir, qəhrəmanın hisslərini remarkada verir:  
Xanım Əminə: - (Çox hiddətli). İt sənin ərindir, oğraş da... 
İşçi qadın: -Sən özünsən ki, bunu ərindən çarşabınla gizlədirsən![7, 
280]. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
190 
 
"Kolxozıstan" povestində də biz bu xüsusiyyəti daha çox müşahidə 
edirik.  Əsərin  "İclas"  hissəsində  Zeynəblə  Əbdülxalıqın  mübahisəsində 
bu daha aydın görünür.  
Zeynəb  xanım:  -  Bəzi  yoldaşlar  (!)  (Əbdülxalığa  işarədir)  arteli 
belə başa düşmüşlər ki, guya bura  müştərək bir baqqal dükənidir, hər 
kəs  nə  qədər  sərmayə  qoysa,  o  qədər  və  o  nisbətdə  qazanc  almalıdır, 
əmək  və zəhmət heç də nəzərə alınmamışdır  [7, 89]. 
Qantəmirin üslubunda  əsas  xüsusiyyətlərdən  biri də  fikrin   aydın, 
anlaşıqlı  ifadəsidir.  Fikrin  daha  obrazlı  ifadəsini  almaq  üçün  məsəllərə 
müraciət  edən  ədib onlardakı  fikrin oxucular üçün  kifayət qədər anlaşıqlı 
olmayacağını düşünərək, mürəkkəb cümlənin imkanlarından istifadə edərək 
fikrin  izahını  davam  etdirir.  Məsələn:  Yorğa  Həşimin  hamının  boynunda 
haqqı var, rəhmətliyin bir əli su idi, bir əli od, hamının işinə yarayırdı [7, 
317]. 
 Elmi  ədəbiyyatlarda  doğru  olaraq  qeyd  olunur  ki,  "sintaktik 
kateqoriyaların üslubi xüsusiyyətlərindən bəhs olunarkən onları qrammatik 
cəhətdən  də  təhlil  etmək  lazımdır.  Bu  zaman  sintaktik  vahidin  üslubi-
qrammatik əlamətləri birgə götürülür. Birgə izah olunan sintaktik vahidin iki 
vəzifəsi - üslubi və qrammatik vəzifəsi diqqətdə qalmalıdır"  [6, 11]. 
Qantəmirin dilinin sintaksisində ismi birləşmələrin izafət tərkibləri ilə 
ifadəsinə də rast gəlirik. Yazıçının yaradıcılıq dövründə bu birləşmələr ədəbi 
dilimizdə əsasən özünü milli formalarda ifadə edirdi. Akademik T. Hacıyev 
bu sintaktik konstruksiyada dövrün ədəbi dil təmayülü haqqında yazır: “Bu 
zaman  həm  bədii,  həm  də  elmi  üslubların  sintaksisində  aparıcı  istiqamət 
izafət  tipli  söz  birləşmələrinin  təcrübi  olaraq  işlənmədən,  istehsaldan 
çıxmasını tələb edirdi. Beləliklə, milli ədəbi dil öz sintaksisini milli zəminə 
çatdırır,  Azərbaycan  ədəbi  dilində  izafətin  son  nəbzləri  vurur,  dilimizin 
sintaktik sistemində bu hadisə öz həyatının sonunu yaşayırdı”  [4, 166]. 
Son  nəbzini  vuran  bu  sintaktik  konstruksiyaya  bəzən  müəyyən 
üslubi məqsədlərlə, bəzən isə klassik dil ənənələrinin təsiri ilə müraciət 
etmişdir: Heyəti-rəyasətə elə qəribə təkliflər gəlib ki, bunları oxusanız, mat 
qalarsınız[7,  93].Həzrət  Adəmdən  yetmiş  min  il  əvvəl  xəlq  olunan  bir 
məlaikə  müsibəti-Kərbala  üçün  həmişə  ağlayıb  və  bu  çaylar  onun  göz 
yaşından əmələ gəlib[7, 169]. 
Heyəti-rəyasətə,  müsibəti-Kərbala  izafət  tərkibləri  olub  Azərbaycan 
türkcə-sində ikinci növ təyini söz birləşməsinin sintaktik quruluşuna uyğun 
gəlir.   
Bir nüansa da diqqət edək ki, müasir Azərbaycan türkcəsində heyəti-
rəyasəti anlayışı öz ifadə vasitəsini deyil, öz ifadə formasını dəyişmiş, belə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
191 
 
ki,  leksemlər  qalmış,  şəkilçilər  isə  milliləşərək  ikinci  növ  təyini  söz 
birləşməsini -"rəyasət heyəti" birləşməsini yaratmışdır. 
  Həmin  dönəmdə  izafət  birləşmələrinin  daha  çox  mürəkkəb 
adların  ifadəsi  üçün  işləndiyini  müşahidə  edirik.  "Heyəti-rəyasət", 
"müsibəti-Kərbala"  və  "cəmiyyəti-xeyriyyə"  birləşmələri  həm  də 
mürəkkəb adlardır. 
  Ancaq Qantəmirin dilində izafət birləşmələrinə yalnız mürəkkəb 
ad  şəklində  rast  gəlindiyini  demək  olmaz.  Məsələn,  bu  cümləyə  nəzər 
salaq: Həbsdən azad olundu, bir qədər sonra vicudi-paki firqədənatəmiz 
göründü  [7, 82]. 
  Bu cümlədə vicudi-paki birləşməsi pak vücud birinci növ təyini 
söz birləşməsinin izafət konstruksiyasında ifadə olunmuş formasıdır.  
  Qantəmir  dilində  izafət  birləşmələri  mürəkkəb  feilin  tərəfləri 
kimi  də  çıxış  edir.  Məsələn:  Qadınlar  məclisində  qadın  azadlığı 
haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışardı [7, 199]. 
  Fars dilinin bu sintaktik formasından Qantəmir nəsrində üslubi 
məqsədlərlə də istifadə olunmuşdur. "Dəfatirati-üzviyyə" hekayəsində bir 
qalaq  saxta  sənəd  düzəltməklə  ictimai  qüsurlarını  və  əyri  işlərini 
sığortalayan  qəhrəmanın  xarakterinin  cizgilərini  "dəfatirati-üzviyyə" 
izafət tərkibinin anlaşılmazlığında  ifadə etmişdir.   
   "Hacı Lələ" hekayəsində isə müəllifizafət birləşməsinin nitqdə 
məqsəd-yönlülüyünü    əsərin  mövzusuna  çevirib:Bəzi  şəxslər  də  buna 
"Hacı  ağa"  deyirlər.  Bu  sözün  özündə  bir  ehtiram  var.  Möhtərəm 
şəxslərə həmişə ehtiram edərlər. Bu ehtiram bəzən mübaliğə vasitəsi ilə 
ifadə  olunur.  Məsələn,  "Ağayi-Hacı  Əliqulu  ağa".  Bu  sözün  ləzzətli  bir 
başqadır!  Bu  ləzzəti  hər  adam  anlamaz.  Qələmdani-məlahəti  anlamaq 
üçün bəzən ədiblik kifayət etməz" [7, 220]. 
  "Hacı  ağa"  və  "Ağayi-Hacı  Əliqulu  ağa"  birləşmələrində 
məzmun  fərqinin  "ləzzət"ini  həm  də  onun  sintaktik  quruluşunun  fərqi 
tamamlayır. Yazıçı hələ də şüurlarda fars dili ladlarına olan münasibətə 
istehza  edir  və  onun  bu  istehzası  sonrakı  cümlədə  qələmdani-məlahəti 
izafət tərkibində davam edir.  
Qantəmir  nəsrində  sual  cümlələrinin  də  üslubi  imkanlarından 
istifadə olunmuşdur. "Bu sintaktik konstruksiyalar xüsusi üslubi priyom 
kimi, bədii əsərlərdə daha dərin ifadə üçün, oxucunun diqqətini bu və ya 
digər  məsələyə,  hadisəyə  cəlb  etmək,  ona  daha  dərindən    təsir  etmək 
məqsədilə işlənir” [2, 31]. 
 "Mirzə Aves" hekayəsinin əvvəlində yazıçı əsərin qəhrəmanına və 
gələcək  hadisələrə  oxucu  diqqətini  artırmaq  üçün  sual  cümlələrindən 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
192 
 
istifadə  etmişdir.Hekayəmizin  başını  M.Kəşaninin  xatirat  dəftərindən 
götürmüşəm.  Kəşani  kimdir?  Xatirat  dəftərində  daha  nə  kimi  şeylər 
yazılmışdır? O, Bakıya nə üçün gəlmişdi?[7, 234] 
Qantəmir  nəsrinin  sintaktik  mənzərəsi  üzərində  aparılan 
araşdırmalardan  bu  qənaətə  gəlmək  olur  ki,  yazıçının  nəsr  dili  sadə  və 
çevik sintaksisə malikdir. Bu üslubda dilin leksik və morfoloji əlamətləri 
dinamik  bir  hərəkət  qazanır.    Onun  nəsrində  fikrin  ifadəsi  sintaktik 
konstruksiyaların  dolanbaclarından  keçmir.  Xalq  dilinin  sintaksisinə 
əsaslanan  Qantəmir  yaradıcılığında    fikir  qısa,  lakonik,  sadə  anlaşıqlı 
sintaktik vahidlərlə ifadə olunur.  
 
ƏDƏBİYYAT: 
 
1.  Белянин В.П. Психолингвистические аспекты 
художественного текста. М., Изд-во МГУ, 1988 
2.  Bəylərova A. Bədii dildə üslubi fiqurlar, B., “Nurlan”, 2008 
3.  Ədəbiyyat qəzeti, 1 mart 1935-ci il. 
4.  Hacıyev T. Satira  dili. Bakı, ADU nəşri, 1975 
5.  Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatının əsasları. Bakı, 
BDU nəşri, 1999 
6.  HüseynovaH.  Bədii əsərlərin üslubi sintaksisi. // namizədlik disser. 
7.  Qantəmir. Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 
1972 
8.  Sadıqova S. “Dəbistan” uşaq jurnalının dili. Namiz. dis., 1997 
 
Матанат Агасиева 
 
Стилистико-синтаксические особенности прозы 
Кантемира 
Резюме 
 
В статье на первый план выдвигается изучение синтаксического 
стиля  языка  прозы  Кантемира.  Отличительным  свойством  художес-
твенного синтаксиса его прозы является изобилие выражений взятых 
из  народного  разговорного  языка.  Другим  средством,обусла-
вливающим простоту синтаксиса в прозе писателя, является тема его 
произведений. Язык произведений автора отличается своей народнос-
тью, не только за счет использования слов из простонародного языка, 
но и благодаря образу мышления писателя.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
193 
 
В  работе  исследуются  синтаксические  возможности 
вопросительных  предложений,  вводных  слов,  словосочетаний  типа 
«существительное  +  существительное»  и  однородных  сказуемых  в 
прозе Кантемира.  
Анализ  синтаксической  картины  прозы  Кантемира  позволяет 
сделать  вывод  о  том,  что  прозаический  язык  писателя  обладает 
простым  и  подвижным  синтаксисом.  При  таком  стиле  написания 
лексические и морфологические признаки языка приобретают динами-
ческую подвижность. Выражение мысли в его прозе не проходит через 
лабиринт синтаксических конструкций.  
В творчестве Кантемира, опирающегося на синтаксис народного 
языка,  мысль  выражается  коротко,  лаконично,  с  помощью  простых, 
доступных для понимания синтаксических единиц.   
 
Matanat Agasiyeva 
The features of  syntactical style of Gantemir's prose 
Summary 
 
Studying syntactical style of prose language of Gantemir stands in 
initial  plan  of  the  article.  The  literal  syntax  unlike  means  is  his  prose 
language  with  full  of  colloquial  expressing.  Another  factor  which 
simplified  of  syntax  in  writer's  prose  is  his  theme.  In  his  activity  the 
author language is not only become worldwide in regards of the words 
which come from colloquial speech, it also occurs writer's thinking style. 
Stylistic  opportunities  of  interrogative  sentences,  parentheses,  noun 
combinations,  homogenous  predicates  in  Gantemir's  prose  have  been 
researched. According to the investigations on syntax view of Gantemir's 
prose we may come across that, writer's prose language has simple, and 
quick syntax. Lexical and morphological characteristics of the language 
in this style earns dynamic action. Expressing thoughts in his prose can 
not  pass  via  syntactical  construction.  Based  on  colloquial  syntax  in 
Gantemir's  activity  the  thought  express  with  short,  laconic,  simple  and 
comprehensive syntactical  units.  
 
 

 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
194 
 
Natəvan Əzizli 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı 
natis-sdunina@mail.ru 
Maşın tərcüməsində obyekt dildə söz sırasının avtomatik 
qurulması 
 
Açar sözlər: avtomatik tərcümə, alqoritm, cümlə, mübtəda, xəbər, 
komponent, üçkomponentli cümlə  
Ключевые  слова:  автоматический  перевод,  алгоритм, 
существительное,  сказуемое,  компонент,  трехкомпонентное 
предложение 
Keywords:  automatic  translation,  algorithm,  sentence,  subject, 
predicate, component, triple component sentence 
 
Mürəkkəb sistem təşkil edən dilin informasiyanı ötürmə mexaniz-
minin  ümumi  iş  prinsipini  öyrənmək  üçün  həmin  sistemin  mərkəzi 
elementini müəyyənləşdirmək lazım gəlir. İnformasiyanın tamlığı və ya 
nisbi  tamlığının  vacibliyi  mərkəzi  element  olaraq  cümlənin  seçilməsini 
zəruriləşdirir.  Cümlə  sintaktik  sistemin  fəaliyyətinin  son  vahidi  sayılır. 
Sintaktik  vahid  kimi  cümlənin  müxtəlif  tərifləri  vardır.  O.Axmanova 
cümləni izah edərkən onun üç izahını vermişdir: «Cümlə -1. Qrammatika 
və intonasiyaya görə verilmiş dilin qanunlarına əsasən formalaşmış nitq 
vahidi  olub  müəyyən  gerçəklik  haqqında  fikri  və  məlumatı,  danışanın 
həmin hadisəyə münasibətini ifadə edən başlıca vasitədir. 2. Tərkibində iki 
baş üzvün, yaxud daha mürəkkəb hallarda mübtəda və xəbər qrupunun tam 
aşkar  şəkildə  ifadə olunduğu ikiüzvlü  sintaktik kompleksdir. 3.  Mürəkkəb 
cümlənin bir hissəsidir» [1, s. 347]. Cümlə sintaktik konstruksiya olsa da, 
yeganə sintaktik quruluş deyildir. Ona görə də cümləyə kommunikasiyanın 
minimal  vahidi  kimi  baxmaq  daha  düzgündür.  Sözlər  və  söz  birləşmələri 
cümlənin daxili elementləridir. Cümlə sözdən və söz birləşməsindən fərqli 
olaraq,  aktuallaşdırılmış  və  gerçəkliyin  müəyyən  şəraitinə  uyğun  gələn 
hadisəni, nisbi bitmiş fikri ifadə edir.  Sadə cümlə, mürəkkəb cümlə, adlıq 
cümlə,  cüttərkibli  cümlə  və  s.  növlərdir.  Cümləni  səciyyələndirən  əsas 
əlamət  onun  quruluş,  semantika  və  praqmatikaya  görə  formalaşmasını 
tələb  edir.  Bu  əlamətlərdən  birinin  yoxluğu  cümlənin  formalaşmadığını 
göstərir.  Bir  sözdən  və  ya  söz  birləşməsindən  ibarət  olan  adlıq  cümlə, 
həmçinin  söz-cümlə  üçün  formallaşdırma  alqoritmini  quramaq  çətin 
deyildir. «Adlıq cümlələr iki əsas anlayış - əşya, hadisə və onun mövcud 
olması, varlığı haqqında anlayışları bildirir. Adlıq cümlə insan şüurunun 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
195 
 
bilavasitə  qavrayışı  nəticəsində  əmələ  gələn  əşya  və  hadisələrin 
obrazlarını  verməyə  xidmət  edir.  Belə  obrazlar  nəql  zamanı  söyləyən 
tərəfindən canlandırılır» [2, s.275].  
Hər bir nisbi bitmiş məlumat mütləq iki komponentin fəal, dinamik 
birləşməsini nəzərdə tutur. Cümlənin iki komponenti kimi onun subyekti 
və obyektini təyin etmək o qədər də çətin deyildir.  
«Cümlənin  qurulması  və  ya  canlandırılması  zamanı  «predikativ 
münasibət» və  ya sadəcə «predikativlik»  adlandırılan sintaktik konstruksi-
yanın əhəmiyyəti, eləcə də vacibliyi danılmazdır. Beləliklə, predikativliyin 
hökmün subyekti və obyekti kimi iki komponentə bölünməsindən doğması 
aşkara  çıxır.  Hökmün  subyekti  və  predikatı  hər  bir  cümlənin  vacib 
komponentləridir» [3, s.37].  
Predikativ  münasibət  hər  bir  cümlənin  əsasında  duran  və  yalnız 
cüttərkibli  cümlədə  mümkün  olandır.  Cümləni  təşkil  edən  predikativliyin 
vəzifəsi  cümlənin  məzmununu  ifadə  etmək  və  onun  gerçəkliklə 
əlaqələndirilməsini  təmin  etməkdən  ibarətdir.  Maşın  tərcüməsində  cümlə 
səviyyəsində  seqmentasiya  əhəmiyyətli  və  ilkin  vacib  şərtlərdən  biridir. 
Mətni  cümlələrə  bölmək  onu  tərcümə  vahidlərinə  və  ya  elementlərinə 
ayırmaqdır. Cümlələr arasındakı semantik əlaqələrin ümumi informasiyaya 
əlavə  edə  biləcəyi  mənanın  təyini  tərcümənin  sonrakı  mərhələsində 
reallaşdırıla  bilər.  Müasir  avtomatik  tərcümə  proqramları  ilkin  tərcümənin 
yaxşılaşdırılması üçün müəyyən ekspert bloklarını nəzərdə tutur.  
Cümlə üçün predikativ münasibəti (mübtəda ilə xəbərin münasibətini) 
xarakter  əlamət  hesab  etmək  olar.  Bu  münasibətin  ifadəsində  şəxs  və 
kəmiyyətə görə uzlaşma da xüsusi rol oynayır.  
Avtomatik tərcümə mənbə dildəki cümləni təşkil edən elementlər -söz 
və söz-formalar arasındakı əlaqələri, eləcə də strukturu, düzülüş ardıcıllığını 
təyin etmək və bundan sonra obyekt dildə mənbə dilə müvafiq semantikanı 
saxlamaqla  elementlərin  düzülüş  ardıcıllığını  yaratmaqdır.  Şübhəsiz  ki, 
avtomatik  tərcümənin  bu  və  ya  digər  dərəcədə  mükəmməl  alqoritmini 
qurmaq  üçün  sadədən  mürəkkəbə  doğru  getmək  məqsədəuyğundur.  Bu 
baxımdan,  birinci  növbədə,  iki  elementdən  ibarət  cümlələrin  avtomatik 
tərcüməsi sxemini işləmək lazım gəlir. Azərbaycan dilindən fərqli olaraq, 
ingilis dili nəqli cümlələrində mübtəda və xəbər həmişə ayrıca sözlə ifadə 
olunur.  Ona  görə  də  ingilis  dilinin  sadə  nəqli  cümlələrində  iki  element 
olduqda  bunlardan  biri  mübtəda,  digəri  xəbərdir.  Azərbaycan  dili 
cümlələri  üçün  bu  hökm  doğru  deyildir.  Şəxs  şəkilçiləri  feilə  əlavə 
olunaraq hərəkətin kim tərəfindən yerinə yetirildiyini göstərir. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
196 
 
Avtomatik  morfoloji  analizdə  cümləni  təşkil  edən  söz-formaların 
qrammatik  əlamətləri  təyin  olunur.  Bu  cəhət  leksik  vahidi  müəyyənləş-
dirmək  və  onun  qarşılığını  avtomatik  lüğətdən  seçmək  imkanı  yaradır. 
Məsələn,  ingilis  dilindəki  “I  go”  cümləsinin  birinci  elementinin  qarşılığı 
“Mən”, ikinci elementinin qarşılığı isə avtomatik morfoloji analizə istinadla 
“gedirəm” olacaqdır. Ən sadə hallardan biri olan bu halda mənbə və obyekt 
dilin söz sırası nəzərə alınmaqla “Mən gedirəm” cümləsini formalaşdırmaq 
mümkündür.  Maşın  birinci  elementin  ingilis  dilindəki  variantını  onun 
Azərbaycan  dili  qarşılığı  ilə  əvəz  edir  və  növbəti  addımda  eyni  fəaliyyət 
ikinci  element  üçün  yerinə  yetirilir.  Beləliklə  müxtəsər  cümlənin  ən  sadə 
növünün avtomatik tərcüməsi sadə əvəzetmə alqoritmi ilə reallaşır. İngilis 
dilində  müəyyənlik  kateqoriyası  müəyyən  və  qeyri  müəyyən  artikllərin 
məhsuldar işlənməsini təmin edir. İngilis dilində sadə müxtəsər cümlələrdə 
cümlə üzvlərinin bir düzülüşü vardır.  
Müasir ingilis dilində bəzi sözlərin isim olması ancaq onların qarşısın-
da artiklın işlədilməsi ilə müəyyən edilir, məsələn: question, answer,hand, 
sentence və s. qəbildən olan sözlərin qarşısında artikl işlənmədikdə, onların 
isim  olmasını  göstərəcək  heç  bir  morfoloji  əlamət  olmur.  Həmin  sözlərin 
qarşısında artikl işləndikdə isə onların isim olduğu qəti müəyyənləşir. Buna 
görə də müasir ingilis dilində artikl isim əlaməti hesab edilir. 
Artiklın nitqdə başlıca vəzifəsi ismə xas olan qeyri-müəyyənlik və 
müəyyənlik kateqoriyalarını ifadə etməkdən ibarətdir. Bununla əlaqədar 
olaraq da müasir ingilis dilində iki artikl vardır: 
1) qeyri-müəyyənlik artiklı: a; 
2) müəyyənlik artiklı: the. 
Qeyri-müəyyənlik  artiklı  qədim  ingilis  dilində  mövcud  olmuş  an 
(bir) sayından əmələ gəlmişdir. Bu artiklə tarixən xas olan say mənası bu 
gün də bəzi hallarda aydınca hiss olunmaqdadır. 
Qeyri-müəyyənlik  artiklının  iki  forması  vardır:  a  və  an.  Bu  for-
malardan  hansının  nə  zaman  işlədilməsi  təsadüfi  olmayıb,  ondan 
(artikldən)  sonra  gələn  sözün  (isim,  yaxud  onun  təyini  rolunda  işlənən 
sifətin)  sait,  yaxud  samitlə  başlanması  ilə  şərtlənir:  isim  yaxud  onun 
təyini  rolunda  çıxış  edən  sifət  (1)  samitlə  başlanarsa,  qeyri-müəyyənlik 
artiklının a, (2) saitlə başlanarsa, an forması işlənir. 
Qeyri-müəyyənlik artiklı bir qayda olaraq sayıla bilən tək isimlərlə 
işlədilir; cəmdə ismin qarşısında qeyri-müəyyənlik artiklı işlənmir. 
Cümlədə  müəyyən  və  ya  qeyri-müəyyən  artikl  olduqda  cümlə  üç 
elementli  olur.  “The  bird  flies”  tipli  cümlələrin  obyekt  dildə  verilməsi 
üçün cümlənin birinci elementinin artiklə görə yoxlanması tələb olunur. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
197 
 
İngilis  dilində  seqmentasiyadan  sonra  alınmış  cümlə    üç  komponentə 
malikdirsə,  birinci  komponentin  “the”  və  ya  “a”,  yaxud  “an”  olması 
yoxlanılır. Alqoritm aşağıdakı şəkildə qurulur. 
1.  Birinci komponenti “the” ilə müqayisə et. 
2.  Əgər “the” olarsa, keç 7, olmazsa keç 3 
3.  Birinci komponenti “a” ilə müqayisə et. 
4.  Əgər “a” olarsa, keç 7, olmazsa keç 4 
5.  Birinci komponenti “an” ilə müqayisə et. 
6.  Əgər “an” olarsa, keç 7, olmazsa keç 11 
7.  İkinci komponenti götür və onun qarşılığını avtomatik lüğətdən tap. 
8.  İkinci komponentin qarşılığını birinci mövqedə yaz. 
9.  Üçüncü komponenti götür və onun qarşılığını tap. 
10. Üçüncü komponentin qarşılığını ikinci mövqedə yaz. 
11. Son 
Yuxarıda verilmiş “The bird flies” cümləsinin bu alqoritm əsasında 
emalı  nəticəsində  “the”  leksik  mənalı  söz  kimi  nəzərə  alınmır. 
Alqoritmdə  ikinci  komandadan  sonra  7-ci  komandaya  keçid  alınır. 
Bundan sonra digər komandalar ardıcıl yerinə yetirilir və “The bird flies” 
cümləsinin obyekt dildəki qarşılığı “quş uçur” alınır. Təbii ki, ingilis dilində 
söz  sırasına  görə  müəyyənləşən  zaman  və  hərəkətin  üçüncü  şəxsə  aidliyi 
avtomatik  morfoloji  təhlil  blokunda  təyin  olunur  və  “uçur”  söz-forması 
formalaşdırılır.  
İngilis  dilində  tərkibində üç  komponent  olan  və  Azərbaycan dilində 
ikikomponentli cümlə formasına uyğun gələn cümlələr də vardır. Onlardan 
biri zamanın ifadəsi ilə bağlıdır. Shall köməkçi feili əsas məna daşıyan feillə 
bir yerdə birinci şəxsin təki və cəmi ilə gələcək zaman formasını düzəltmək 
üçün işlənir. Məsələn, I shall go. 
Bu  tipli  müxtəsər  cümlənin  Azərbaycan  dilinə  avtomatik  tərcüməsi 
“shall”  komponentinin  cümlədə  qrammatik  funksiyanı  yerinə  yetirməsini 
aydınlaşdırmaq  tələb  edir.  Cümlə  üç  komponentli  olduqda  onun  ikinci 
komponentinin “shall” olması yoxlanmalıdır. Bu hal üçün qurulan alqoritm 
bundan əvvəl artiklin təyini üçün qurulmuş alqoritmlə müştərək işləməlidir. 
Yəni alqoritm mümkün vəziyyətlərin hər birini əhatə etməlidir.   
1.  Birinci komponenti “the” ilə müqayisə et. 
2.  Əgər “the” olarsa, keç 7, olmazsa keç 3 
3.  Birinci komponenti “a” ilə müqayisə et. 
4.  Əgər “a” olarsa, keç 7, olmazsa keç 4 
5.  Birinci komponenti “an” ilə müqayisə et. 
6.  Əgər “an” olarsa, keç 7, olmazsa keç 11 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
198 
 
7.  İkinci komponenti götür və onun qarşılığını avtomatik lüğətdən tap. 
8.  İkinci komponentin qarşılığını birinci mövqedə yaz. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin