etmək istərdik ki, ölü dillərə aid mətnlərin nitqə və diskursa transformasiya
olunması mümkün hesab edilmir. Çünki həmin dillərin fonetik, orfoepik və
morfonoloji qayda və prinsiplərini bərpa etmək, demək olar ki, mümkün
deyil. Ölü dillər üzrə bir mütəxəssis hansısa bir mətni nitq şəklində tələffüz
edə bilər. Bəzi situativ məqamları da əlavə etməklə diskurs yaratmağa da
cəhd göstərə bilər. Amma istənilən halda bu “nitq” və ya “diskurs” həmin
mütəxəssisin xəyalının məhsulundan başqa bir şey olmayacaqdır. Onun
təbiiliyindən, real dil situasiyasında yaranmış nitq və ya diskurs
olmasından söhbət belə gedə bilməz.
Hal-hazırda yaşamaqda olan dillərə aid mətnlərin nitqə və ya nitqin
diskursa transformasiya olunma imkanı və potensialı, bəzi şərtiliklər olsa
da, ümumilikdə,mövcuddur.Mətnin nitqə və diskursa çevrilməsinin ən
populyar nümunəsi olaraq, teatr tamaşalarını misal göstərmək olar.
Məlum olduğu kimi, istənilən dram əsəri ilkin olaraq yazıçı-dramaturq
tərəfindən mətn formasında yazılır. Həmin mətn rollar üzrə aktyorlar
tərəfindən əzbərlənir. Hər bir aktyor öz roluna aid olan dialoq parçalarını
əzbər şəkildə öyrənir və öz-özünə məşq edərək onları nitq formasında
söyləməyə çalışır. Yəni bu mərhələdə aktyor yazılı mətni nitq söyləmi-
nətransformasiya etmiş olur. Daha sonra tamaşanındigər aktyorlarının
iştirakı, habelə dekorasiya, işıq və səs effektlərinin yardımı ilə bu nitqi
diskursa çevirməyə cəhd edilir. Belə demək mümkündür ki, tamaşanın
uğurlu olduğu hallarda mətn şərti olaraq əvvəlcə nitqə, daha sonra isə
diskursa çevrilə bilir. Əvvəldə də qeyd etdiyimiz kimi, təbii şəkildə baş
verməyən dialoq, söhbət, mübahisə və s. əslində diskurs deyil, sadəcə nitq
mahiyyəti daşıyır. Amma bəzi istisna hallarda diskurs effektinə yaxın bir
təəssürat yaratmaq imkanına malikdir.
Göründüyü kimi, diskurs, nitq və mətn arasında baş verən
transformasiyalar zamanı bəzən obyektiv, bəzən isə subyektiv mahiyyət
daşıyan ümumiləşdirmə və ixtisarlara yol verilir. Bu ümumiləşdirmə və
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
264
ixtisarların obyektiv mahiyyət daşıyan qismi, bir qayda olaraq, bütün
insanların əqli və praktik fəaliyyətlərində müşahidə edilir. Subyektiv
qismi isə, birbaşa olaraq insanların fərdi imkan, bacarıq və qabiliy-
yətlərindən asılıdır. Belə ki, bəzi insanlarda (məsələn, dramaturqlarda)-
diskursiv fəaliyyəti nitqə, bəzilərində mətnə (yazıçı, şair və publisistlərdə)
transformasiya etmək potensialı yüksək səviyyədə inkişaf etdiyi halda, bəzi
insanlarda mətni nitqə (məsələn, natiqvə bədii qiraət ustalarında) və
diskursa(aktyor və rejissorlarda) çevirmə potensialı yüksək səviyyədə
inkişaf etmiş olur.
Tədqiqat obyekti kimi diskursu, nitqi və ya mətni seçməsi baxımından
dilçilik elminin özündə də bir-birindən əsaslı şəkildə fərqlənən dilçilik
sahələri və ya istiqamətləri əmələ gəlmişdir:mətni tədqiq edən təsviri
dilçilik, nitqi tədqiq edən funksional dilçilik və diskursu tədqiq edən
koqnitiv dilçilik və onun son mərhələsi hesab edilən linqvo-psixoloji dilçilik.
Ənənəvi dilçilikdə linqvo-psixoloji prosesin canlı və real nəticəsi
olaraq yaranan diskurs tam şəkildə araşdırılmır. Ənənəvi və ya klassik
yanaşma üsulu ilə bu, mümkün də deyil. Diskursunsadəcə nitq şəklinə
transformasiya oluna bilən qismi mətn formasına salınır və dilin tədqiqi
deyərkən, sadəcə, belə mətlərin müxtəlif səviyyələr(fonetik, morfoloji,
sintaktik və s.) üzrə təsviri nəzərdə tutulur. Yazılı mətnlərə əsaslanan
təsviri dilçiliyin əsas vəzifəsi tədqiqat obyektini təşkil edən mətnin
fonetik, morfoloji, leksik, sintaktik və s. vahidlərini müəyyənləşdirmək,
qruplaşdırmaq və sistemləşdirməkdir. Bu deyilənlər təsviri dilçiliyin rol
və əhəmiyyətini qətiyyən azaltmır. Belə ki, bu gün də, əcnəbi dillərin
öyrənilməsi prosesi, əsasən, təsviri dilçiliyin nəticələrinə əsaslanır.
Təsviri dilçilikdən başqa heç bir dilçilik sahəsi diaxronik tədqiqatlar
aparmağa qadir deyil. Çünki uzaq keçmiş dövrlərə aid olan canlı nitq və
ya diskurs yoxdur. Ən yaxşı halda onların yazıya alınması nəticəsində
yaranan mətnlər vardır.
Təsviri dilçilikdən fərqli olaraq funksional dilçilik artıq mətni de-
yil, nitqi tədqiq etməyə başlamışdır. Funksional dilçiliyin dil səviyyələri
üzrə apardığı tədqiqatlar funksional fonetikanın, funksional morfologiya
və sintaksisin, yəni funksional qrammatikanın yaranması ilə nəticə-
lənmişdir. Hal-hazırda dilçilik elmi praktik tətbiq imkanları kifayət qədər
məhdud olan təsviri dilçiliyin “şablon” çərçivəsindən azad olmuş, birbaşa
canlı ünsiyyətin qurulmasına xidmət edən və funksional baxımdan aktiv-
lik daşıyan leksik vahidləri və fonetik, morfoloji, sintaktik qayda və nor-
maları işlənmə tezliyinə uyğun şəkildə tədqiq və tədris etməyə yö-
nəlmişdir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
265
Dili sırf linqvistik vahidlər sistemi hesab edən və öz tədqiqatlarını
məhz bu istiqamətə yönəldən ənənəvi dilçiliyin, yəni təsviri və funksional
dilçiliyin fəaliyyət dövrü, demək olar ki, öz aktuallığını itirmək üzrədir.
Yaxın gələcəkdə dilin tədqiqi və tədrisi işində total şəkildə linqvo--psixoloji
metod və modellərin tətbiqinə geniş yer veriləcəyi ehtimal olunur.
Nəticə.Aparılan araşdırma aşağıdakı nəticələrə gəlməyə əsas verir:
1. Diskurs – yaxın təmas bazasında, yəni aktiv və passiv
kommunikantın vizual və vokal təmas məsafəsində olduğu zaman reallaşan
ünsiyyət prosesində yaranır.
2. Nitq – gerçək z aman rejimində reallaşan elə bir ünsiyyət prose-
sində yaranır ki, bu zaman aktiv və passiv kommunikantın vokal təmasdan
başqa, digər təmas imkanları, ümumiyyətlə, mövcud olmur.
3. Mətn – məkan və zaman baxımından uzaq təmas bazasında, yəni
aktiv və passiv kommunikantın vizual, vokal və digər təmas
imkanlarından tamamilə məhrum olduğu bir şəraitdə yaranır.
4. Nitqdə, sadəcə, məkan baryerini aşmaq imkanı olduğu halda,
mətndə tam real olmasa belə, həm zaman, həm də məkan baryerini aşmaq
potensialı vardır.
5. Diskurs gerçəkliyin vahidi (Gv), nitq onun birinci sıra gerçəklik
elementi (Ge
1
), mətn isə bu gerçəklik vahidinə ekvivalent olan dil
struktur vahidi və eyni zamanda ikinci sıra gerçəklik elementidir (Ge
2
).
6. Nitq diskursda ifadə edilən əsas fikri, ona aid ton, intonasiya,
pauza və tembrləri, eləcə də,kommunikantın hiss və həyəcanını əks
etdirməyə qadirdir.
7. Nitq mətnə transformasiya olunarkən, onun yazı işarələri ilə
ifadə edilməsi mümkün olmayan qisimləri atılır.
ƏDƏBİYYAT:
1. Əsgərov M.B. Linqvo-psixologiya və ya dilin psixologiyası. Bakı,
“Elm və təhsil”, 2011, 308 s.
2. Əsgərov M.B. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi. Bakı, “Elm və
təhsil”, 2015 – 192 səhifə.
3. Выготский Л.С. Психология. Москва, “АпрельПресс, ЭКСМО-
ПРЕСС”, 2000. 1008 с.
4. Солсо Р. Когнитивнаяпсихология. 6-е изд,СПб,Питер 2011, 589 с.
5. Леонтьев А.А. Язык, речь, речеваядеятельность. Москва,
“Просвещение”, 1969, 214с.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
266
6. ZərbəliyevH. İntellekt obrazları dərketmə və təfəkkür proseslərinin
realizasiya vasitəsi kimi. (M.B. Əsgərovun“Linvo-psixoloji vəhdət
nəzəriyyəsi” kitabına rəy s.7-14.)Bakı, “Elm və təhsil”, 2015, 192 s.
Майыл Аскеров
Лингво-психологическаясущностьдискурса, речи и текста
и ихпотенциалвзаимнойтрансформации
Резюме
В последние годы число исследований, относящихся к ког-
нитивным и лингво-психологическим проблемам языка, стремитель-
но растет. Многие исследователи признают и утверждают, что язык
является лингво-психологическим явлением. В этой статье с одной
стороны описывается лингво-психологическая сущность дискурса,
речи и текста, а с другой стороны, исследуется их потенциал транс-
формации.
Mayıl Asgarov
Linguistic and psychological essence of discourse, speech, text
and their potential for mutual transformation
Summary
In recent years, the number of studies related to cognitive and
linguistic-psychological problems of language has been growing rapidly.
Because, everyone recognizes and claims that language is a linguistic-
psychological phenomenon. In this article, on the one hand, the
linguistic-psychological essence of discourse, speech and text is descri-
bed. And on the other hand, is explored their potential for transformation.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
267
Mirvari İsmayılova
ADPU,
filologiya üzrə elmlər doktoru, professoru
mirvari.ismayilova@mail.ru
Ünsiyyətin qeyri-verbal ifadə vasitələri
Açar sözlər: kommunikasiya, qeyri-verbal, jest, mimika, ritmik,
emosional, işarəedici, təsviri, simvolik .
Ключевые слова: коммуникация, невербальный, жест, мими-
ка, ритмический, эмоциональный, указательный, описательный,
символичный.
Key words: communication, non-verbal, gestures, facial expres-
sions, rhythmical, beacon signal, descriptive, symbolical.
Nitq yalnız informasiyanın ötürülməsinə deyil, bu informasiyanın
kommunikativ prosesdə iştirak edənlərə təsirini müəyyən cəhətləri ilə
göstərilməsinə də xidmət edir.
Söz və dilin başqa vasitələri ilə ifadə olunan informasiya verbal in-
formasiya adlanır. Dil vasitələri ilə ifadə olunmayan, danışan və onun
danışığın mövzusuna münasibətini göstərən ekstralinqvistik informasiya
isə qeyri-verbal informasiya adlanır və bu zaman qeyri-verbal və ya
verbal ifadə vasitələri təzahür edir, ötürülür.
Insanlar bir-birilə ünsiyyətdə olarkən öz fikirlərini, arzu-istəklərini,
əhval-ruhiyyələrini bildirmək üçün verbal (sözlü) nitqlə yanaşı, qeyri-
verbal (mimika, jest və s.) vasitələrdən istifadə edirlər. Tədqiqatçılar
qeyd edir ki, ünsiyyət prosesində qeyri-verbal ifadə vasitələri verbal ifadə
vasitələrini üstələyir. Ən maraqlısı isə odur ki, jestlər səsli nitqdən əvvəl
yaranmış olsa da, onlar yalnız XX əsrin 60-cı illərindən tədqiqata cəlb
edilərək öyrənilməyə başlanmışdır. Bu sahədə Djulius Fast, Alana Piza,
Robert Uatsaydın əsərləri dünyada tanınıb. Lakin jestlərin dili problemi hələ
Ç. Darvinin “Выражение эмоции животными и человеком ” (1872)
əsərində öz əksini tapmışdır.
Alimlər milyona yaxın qeyri-verbal siqnalları qeydə almışlar.
Mütəxəssislərin hesablamalarına görə insanlar yalnız əl hərəkəti ilə 700 min
siqnal ötürə bilir.
Qeyri-verbal ifadə vasitələri mənanın və emosiyanın ötürülməsini
zənginləşdirir, ünsiyyət iştirakçıları arasında qarşılıqlı münasibətlərin
keyfiyyətinə və dəyişməsinə təsir göstərir, bu münasibətləri formalaşdırır.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
268
Qeyri-verbal ifadə vasitələrinin mənası onlardan istifadə edənlərdən,
kontekstdən, mədəniyyətdən və başqa amillərdən asılı olur. Kommunika-
siya prosesində ötürülən informasiyanın düzgün qavranılması bütün
vasitələrin nəzərə alınmasını tələb edir.
Mimika və jestlər danışan şəxsə öz hisslərini tam şəkildə ifadə
etməyə kömək edir, onlar vasitəsilə müəyyən etmək olar ki, dialoq
iştirakçıları nə dərəcədə özünə əmindir, bir-birinə münasibəti necədir.
Mimika. Danışanın, şəxsin hisslərinin başlıca göstəricisi onun
üzünün ifadəsi, mimikasıdır. Alimlər göstərir ki, insan mimika ilə
hisslərini ifadə etmək bacarığı ilə doğulur.
Mimikalar bizə həmsöhbətimizi, opponenti daha düzgün başa
düşməyə, onun hansı hissləri keçirdiyini müəyyən etməyə kömək edir.
Yuxarı qalxmış qaşlar, geniş açılmış gözlər, dodaqların kənarla-
rının aşağı enməsi, yarıaçılmış ağız-təəccübü;
aşağı endirilmiş və çatılmış qaşlar, alındakı qırışların bükülməsi,
qıyılmış gözlər, qapanmış dodaqlar, sıxılmış dişlər-qəzəbi;
endirilmiş qaşlar, sönmüş gözlər, dodaqların uclarının yüngülcə
enməsi-qüssəni;
sakit gözlər, dodaqların kənarlarının qalxması-xoşbəxtliyi bildirir.
Qeyri-verbal ifadə vasitələrinin etalon tipləri mövcuddur: Məsələn,
təəccübübildirən etalon formalarının 4 tipi qeyd edilir:
1)gözlərin geniş açılması (bərəlməsi); 2)ağzın açılması; 3)qaşların
yuxarı dartılması; 4)alnın qırışdırılması.
Qorxu üçün etalon ifadələrə aiddir:
1)çığırtı; 2)ağarma; 3)qaçma və ya quruyub qalma; 4)səsin titrəməsi;
5)qaşların yuxarı dartılması; 6)bədənin titrəməsi; 7)sifətin, ağzın əyilməsi.
Tərəf müqabili ilə söhbət edən hər kəs həmsöhbətinin mimikasını
“anlamağı”, “oxumağı” bacarmalıdır. Eyni zamanda bilməlidir ki, özü
mimikalarını idarə etməyi nə qədər bacarır və onlar nə qədər ifadəlidir.
Bu baxımdan natiqlik sənəti ilə bağlı olan hər kəs öz sifətini öyrənmə-
yə çalışmalı, qaşları, dodaqları, alın hərəkətlərini izləməlidir. Əgər siz tez-
tez qaşlarınızı çatır, alnınızı qırışdırır, dodaqları sıxırsınızsa, alnınızdakı
qırışları, qaş-qabaqlı baxışları açmağa çalışın. Üzdəki mimikaların ifadəli
olması üçün güzgü qarşısında bəzən məşq də etmək lazım gəlir. Bunun üçün
müxtəlif emosionallıqda olan (qüssəli, şən, gülməli, faciəli, xeyirxah,
həqarətli) ifadələri tələffüz etmək lazımdır. Bu zaman mimikanın
emosiyaya uyğun olub-olmadığı müəyyənləşdirilir.
Jestlər. Ünsiyyət zamanı həmsöhbətin jestləri də maraq
doğurur. Jestlər informasiyanın ən qədim mübadilə forması olmuşdur.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
269
İnsanlar söhbət edərkən çox müxtəlif jestlərlə öz nitqlərini müşayiət
edirlər.
Dil uşaqlıqdan öyrənilir, jestlər isə təbii yolla qavranılır və heç
kim əvvəlcədən jestlərin mənalarını izah etmir, şifrini açmır. Bununla
belə danışanlar jestləri başa düşür və onlardan istifadə edir. Çünki
jestlərdən elə-belə istifadə olunmur, onlar sözü müşayiət edir, bir növ ona
yardım edir, bəzən isə onu dəqiqləşdirir, tamamlayır.
Təbii ki, jestsiz söylənmiş “Uşaqlar bax burda oturub” ifadəsi
aydın olmaz. Harda oturub: stol arxasında, divanda, televizor qarşısında,
yoxsa daha harda? Burada işarə əvəzliyi dəqiqləşmə tələb edir. Lakin
danışan bu sözləri jestlər ilə müşayiət edirsə (barmaqları ilə boynunun
arxasına vurursa), bu zaman deyilənlər məna kəsb edir, yəni uşaqlar
bütünlüklə onun hesabındadır, o son dərəcə yüklənib.
Ünsiyyət prosesində nitqlə jestin üst-üstə düşməsi mümkündür. Bu
halda fikir həm qeyri-verbal, həm də verbal (sözlə) ifadə vasitəsi ilə
reallaşır. Adresant həm “yox” deyir, həm də əlini yelləyir. Bəzən nitq
prosesində jestlə verbal ifadənin mənaca fərqlənməsi yalanı göstərir.
Müxtəlif mədəniyyət və dil daşıyıcılarının emosional vəziyyətləri
gərginləşdikcə jestlərdən istifadə artır.
Demosfen yaxşı natiq olmaq üçün nə lazımdır sualına, belə
cavab verir: “Jestlər, jestlər və jestlər”.
Təsadüfi deyil ki, hələ antik dövr ritorikalarında jestlərə aid
xüsusi bölmələr ayrılırdı. Natiqlik sənətinin nəzəriyyəçiləri də jestlərə
xüsusi əhəmiyyət verirdilər. A.F.Koni “Lektorlara məsləhətlər”ində
yazırdı: “Jestlər nitqi canlandırır, amma onlardan ehtiyatla istifadə etmək
lazımdır. İfadəli jest (yuxarıya qaldırılmış əl, sıxılmış yumruq, cəld və
çevik hərəkət və s. ) ifadənin və ayrıca sözün (burada jest tonla birlikdə
fəaliyyət göstərərək, nitqin təsirini ikiqat artırır) məna və məqsədinə
uyğun olmalıdır”. Tez-tez təkrar olunan, yeknəsəq, təlaşlı, kəskin əl
hərəkətləri isə xoşagəlməz, bezdirici, zəhlətökən və qıcıqlandırıcı olur.
Göründüyü kimi Koni jestin nitqdəki rolunu aydınlaşdırır: jest
fikri dəqiqləşdirir, onu canlandırır, sözlərlə əlaqəli şəkildə olduqda onun
emosional səslənməsini gücləndirir, nitqin daha yaxşı qavranılmasına
təsir edir. A.F.Koni eyni zamanda qeyd edir ki, heç də bütün jestlər xoş
təəssürat yaratmır. Əgər şəxs danışan zaman qulağını çəkir, burnunun
ucunu silir, tez-tez qalstukunu düzəldir, düymələri ilə oynayır, bir sözlə
hansısa sözün mənası ilə əlaqəsi olmayan mexaniki jestləri təkrarlayırsa,
bu heç də xoş təəssürat yaratmır.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
270
Mexaniki jestlər dinləyicinin diqqətini nitqin məzmunundan
yayındırır, onun qavranılmasına mane olur. Mexaniki jestlər danışanın
həyəcanının, özünə inamsızlığının nəticəsi kimi yaranır.
Təyinatından asılı olaraq jestlər ritmik, emosional, işarəedici,
təsviri və simvolik növlərinə bölünür.
Ritmik jestlər nitqin ritmi ilə əlaqədardır. Televiziyada çıxış
edənləri müşahidə edərkən bunu görmək olar (danışan öz fikirlərini ifadə
edərkən nitq taktında nə qədər əl-qol atır).
Ritmik jestlər adətən intonasiyanın ötürdüklərini, məsələn,
məntiqi vurğunun, nitqin yavaşıdılmasının, sürətlənməsinin, fasilənin
yerini nəzərə çarpdırır, müşayiət edir və s. Məsələn, verilmiş cümlələri
ritmik jestlərlə müşayiət edərək tələffüz edək:
1.Danışmaq su içmək qədər asandır.
2.O, heç kəsə məhəl qoymadan avtomat kimi yazırdı.
Birinci cümləni tələffüz edərkən biz əlimizi bir qədər yavaş,
sağa doğru hərəkət etdiririk. Bu zaman sait səslər də nisbətən uzadılır.
İkinci halda sağ əlin barmaqları vertikal şəkildə əyilmiş, nəyisə
sürətlə doğrayırmış kimi hərəkət etdirilir.
Bizim nitqimiz çox vaxt emosional olur. Həyəcan, sevinc,
heyranlıq, nifrət, kədər, peşmançılıq, anlaşılmazlıq, çaşqınlıq, qarışıqlıq
kimi hisslər yalnız sözlərdə, intonasiyada deyil, eyni zamanda jestlərdə
də ifadə olunur.
Emosional jestlər. Hisslərin müxtəlif çalarlarını bildirən jestlər
emosional jestlər adlanır. Bu jestlərin bir çoxu sabit ifadələrlə əks
olunur və hamı tərəfindən başa düşüləndir. Məsələn: döşünə döymək,
yumruğunu stola vurmaq, başına vurmaq, arxasını çevirmək, qapını
göstərmək, çiyinlərini çəkmək, əllərini yelləmək, əlini alnına vurmaq.
İşarəedici jestlər. “O pəncərəni ört”, “O gülü yox, bunu dər”,
“Bu daşı yox,onu at” cümlələrində deyilənləri jestlərin köməyi olmadan
yerinə yetirmək olmaz. Belə hallarda işarəedici jestlərdən istifadə olunur.
İşarəedici jestlərlə eynicinsli əşyalardan birinə işarə edilərək onun yeri
göstərilir: yanında, aşağıda, ortada, bir qədər aralı, orada, yaxud sıra
ardıcıllığı qaydası ilə, ardıcıllıqla, növbə ilə, aşırı.
İşarəni gözlə, başını yellətməklə, barmaqla (şəhadət, baş),
ayaqla, bədən hərəkəti ilə etmək olar. Bəzi işarəedici jestlər şərti xarakter
daşıyır. Məsələn, danışarkən əlini sinənin sol tərəfinə-ürəyin üstünə
qoyaraq: “Onda burada (jest: sağ əl ilə ürəyə işarə edilir) heç nə yoxdur”
, -o deməkdir ki, söhbət zalım, hissiz adamdan gedir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
271
Bəzən jestlərin mənası müəyyən situasiya ilə bağlı olur. Təsəvvür
edək ki,
I hal-mühazirə gedir. Dinləyicilərdən biri digərinin baxışlarını
tutaraq barmaqları ilə qolda saat olan yeri göstərir. O dəqiqə onun saat
neçə olduğunu bilmək istədiyi başa düşülür.
II hal- assistent, köməkçi mühazirəçiyə eyni işarəni edir. Lakin bu
işarə (jest) başqa mənanı ifadə edir: “Vaxt qurtarır. Mühazirəni
yekunlaşdırmaq lazımdır”.
III- hal-nəhayət, bu jest “Tələs! Getmək lazımdır ” anlamını bil-
dirir.
Saata işarə etmək jesti nitq prosesində o qədər möhkəmlənib ki,
hətta qolda saat olmadıqda belə barmaqlar ilə biləkdə saat olan yerə işarə
etdikdə belə vaxtı öyrənmək istəyi başa düşülür. Ümumiyyətlə, işarəedici
jestdən konkret əşya, əyani vasitə olmadan istifadə etmək çaşqınlıq,
anlaşılmazlıq yarada bilər.
Təsviri jest. Nitq prosesində təsviri jestlərdən istifadənin səbəbi
müxtəlif ola bilər:
1) tam təsəvvür yaratmaq üçün sözlə tam məlumat vermə kifayət
etmir;
2)danışan müəyyən yüksək emosional hisslər keçirdiyindən özünü ələ
ala bilmir (məsələn, əsəbilik keçirir, dediklərinin bütünlüklə adresatın başa
düşdüyünə əmin deyil);
3)dinləyicidə daha güclü təəssürat oyatmaq üçün əlavə əyani təsir
göstərmək istəyir.
Lakin təsviri jestlərdən sui-istifadə etmək, onlara aludəçilik olmaz,
bu jestlər dildə sözləri əvəz edə bilməz.
Simvolik jestlər. Biz teatrda, konsertdə, televiziya vasitəsilə artis-
tlərin, müğənnilərin, aktyorların çıxışlarını müşahidə edirik. Xatırlayaq,
tamaşa bitdikdən sonra tamaşaçılarla vidalaşarkən onlar kütlə qarşısında ən
çox başəymə hərəkəti, jesti edirlər. Tamaşıçılar tərəfindən isti və səmimi
qarşılandıqları, bol alqışlar üçün ən çox təkrar olunan minnətdarlıq jesti baş
əymədir. Yaxud səhnənin ön hissəsində dayanaraq artistlər əllərini yana
geniş açaraq, sanki zalda əyləşənləri bağırlarına basır, qucaqlayırlar.
Daha bir jestdən də istifadə olunur: əllərini sinəyə basaraq aşağı əyilir,
təzim edirlər. Bu jest aktyorun öz tamaşaçılarına ürəkdən gələn səmimi
münasibəti- minnətdarlıq hissidir və s.
Simvolik jestlərlə bağlı daha başqa bir mənzərəni xatırlayaraq.
Münsiflər heyətində əyləşmiş məşhurları təqdim edərkən onlar: 1) ayağa
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
Dostları ilə paylaş: |