makleri təsəvvürünüzə gətirin. Alqı-satqı, alqı-satqı təhlükəsizliyi,
xüsusən, səhmlər və istiqraz vərəqələri üçün biz mental freymə malikik.
Burada alıcının, satıcının, satılan şeyin və sövdələşməni tənzimləyən
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
247
vasitəçinin rolu vardır. Əgər bir nəfər Mən zəng edib öz maklerimi
çağırmalıyam deyərsə, hər kəs doğru mental çərçivəni aktivləşdirə bilər.
Mental məkan. Bu termini Jil Fokonyenin (Gille Fauconnier 1985)
adı ilə bağlayırlar. “Mental məkan” dedikdə, bir şəxsin eyni zamanda
aktivləşdirdiyi mental elementlərlə əlaqədar kiçik bir massiv nəzərdə
tutulur. Luke is a stockbroker (Luk birja makleridir) cümləsi biri “Luk”,
digəri birja makleri və onlar arasındakı əlaqə olmaqla mental məkanı
aktivləşdirir. Onlar arasındakı əlaqə aydındır: Luk birja makleridir, yəni
burada biz rol-məna münasibətlərini aşkarlayırıq. Birja makleri rol, Luk
isə onun mənasıdır. Bunun ardınca He is my brother-in-law (O, mənim
qaynımdır) cümləsini götürsək, onda biz təkcə Luke is a stockbroker
üçün mental məkanı yox, həmçinin Mən-i (I), yəni danışanı ehtiva edən
digər mental məkanı da aktivləşdirirk. Bu mental məkanlarla onların
içərisində olan elementlər arasındakı əlaqələr mürəkkəbdir. İki mental
məkanın hər biri üçün yaxınlıq freymini və onun iki şəxsi birləşdirən
qayın-qohum əlaqəsini müəyyənləşdirmək lazımdır. Lukun mental
məkanında onun özü digər mental məkandakı danışan element üçün bir
qayındır (brother-in-law). Danışanın mental məkan dinamikasında indi
bir qayın vardır. Ona görə də danışanın mental məkanında həmin qayın
rolunu Lukun mental məkanında Luk mənası ilə birləşdirən əlaqə vardır.
Belə mental məkanlar şəbəkəsini mental şəbəkə adlandırmaq olar.
Mental şəbəkə (Mental web). Mental şəbəkə, bir mövzu haqqında
düşünülən zaman, aktiv və bir-biri ilə əlaqədar olan mental məkanlar
sistemidir. Məsələn, My brother-in-law, the stockbroker, and his family
will travel from San Francisco to Cleveland for Thanksgiving, and we need
to learn the time of their arrival so that I can drive down to pick them up
cümləsi bizi bir çox mental məkanlara təhrik edə bilər. Məsələn, maşını
bayram günlərinin basabas yolları ilə sürdüyüm mental məkan, yaxud
Klivlend Hopkinz Beynəlxalq Hava Limanının giriş platformasındakı
müvafiq qapıda durduğum mental məkan və s. Bir qayda olaraq, bütün bu
məkanları ağılda eyni zamanda eyni dərəcədə aktiv saxlamaq mümkün
deyildir. Biz mental şəbəkədə fikrimizi bir və ya digər mental məkan
üzərində cəmləşdiririk. Yeni aktivləşdirilmiş mental məkanlar gizli qalır və
onları aktivləşdirmək asandır [41, s.1]
Həyati əlaqələr. Mental şəbəkənin bir çox konseptual əlaqələri
vardır. Çox rast gəlinən və vacib mental əlaqələr J.Fokonye və M.Törner
tərəfindən “həyati əlaqələr” şəklində xarakterizə olunmuşdur: zaman,
məkan, eynilik, dəyişmə, səbəb-nəticə, hissə-bütöv, analogiya,
disanalogiya,
təsviretmə,
xüsusiyyət,
bənzərlik,
kateqoriya,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
248
məqsədyönlülük və unikallıq. Məsələn, M.Törner bunu yuxarıda verilmiş
misal əsasında belə izah edir: “...mental şəbəkədə mənim hava
limanından qaynımı və onun ailəsini götürməyim Mən-ə (I) uyğun gələn
həmin mental məkanların bəzisinin elementi olacaq və həmin mental
məkanların hamısındakı bütün elementlər eynilik əlaqələri ilə
birləşəcəkdir. Hava limanındakı pikap zamanı Şükran bayramı ilə
əlaqələndirir. Belə ki, pikap müvafiq surətdə hamımızın bayram etdiyi
mental məkana münasibətdə zamanı qabaqlayır. Bununla belə, pikap
danışıq anında danışanın mental məkanına zaman konnektoru vasitəsilə
bağlanır. Buradan da pikap, danışıq anına nisbətən daha sonraya aiddir.
Hava limanındakı pikapın mental məkanı bayramı qeyd etdiyimiz evə
məkan konnektoru vasitəsilə bağlanır. Beləliklə, anlayırıq ki, hava limanı
evdən məkani uzaqlıqda yerləşmişdir. B.Densaycer və İ.Svitser başqa
nümunələr əsasında həyati əlaqələri interpretasiya etməyə çalışmışlar
[41, s.1-2; 43, s. 84-87] .
Blend. Viki Li özünün Beyond Behaviorism adlı əsərində struktur
və mahiyyətdən [44, s.119-135] bəhs etdiyi bölümdə Van Meysenə
istinadən yazır ki, başlanğıc nöqtə o deməkdir ki, heç bir şey əvvəlcə
müşahidə olunmadan qabaq konseptuallaşmır və heç bir şey
konseptuallaşmadan əvvəl müşahidə olunmur. Beləliklə, elm müşahidə
və abstraksiyanın möhkəm inteqrasiyasından başlanır, çünki başlanğıc
nöqtənin konkret, yaxud mücərrəd olmasını müəyyənləşdirməyə
çalışaraq heç nə əldə etmirik. Deməli, metanəzəriyyə mənasında
nəzəriyyə lap başlanğıcdan, hətta iki və daha çox qaydanın konseptual
inteqrasiyası kimi nəzəriyyələrin mövcud olmadığı halda, mövcuddur
[44, s.124].
Blend mental məkanların mental şəbəkədəki qarışığından meydana
gələn mental məkandır. Blend koqnitiv cəhətdən müasir insan ağlının
əsasıdır. Buna baxmayaraq, o, nə abstraksiya, nə analogiya, nə də ümumi
mənada adlandırılmış və tərif edilmişdir. Blend yeni mental məkandır. O,
mental şəbəkə daxilində fərqli mental məkanlardan bəzi elementləri əhatə
edir, həmin məkanlardan əxz olunmuş yeni xüsusi mənanı inkişaf etdirir.
Yeni məna blenddə təzahür edir. Məsələn, fərz edək ki, mən deyirəm: My
brother-in-law, the stockbroker, lives in San Francisco. The stock
market opens on the East Coast at 9:30am, but at that moment, it is
6:30am on the West Coast. So my brother-in-law must awaken every day
at about 5 in the morning if he is going to be awake enough to start
serious and risky work at 6:30am. If I were my brother-in-law, I would
be miserable. Bu parça mental məkan qurmağı və bir çox mental məkanı
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
249
və kiçik ideyaları birləşdirməyi tələb edir. Əqli surətdə qurulması tələb
olunan məkanlardan biri danışan haqqında, qayın (brother-in-law)
barəsində düşündüyümüz bəzi şeylərə nüfuz edən bir insanın olduğu
mental məkandır. Blenddəki bu şəxs yeni ideyalara malikdir. Blendin
daxilində danışanın şəxsi eyniliyinə (identifikasiyasına) malik, lakin
danışanın işinə aid olmayan bir element vardır. O, danışanın emosiyaları,
qayının kompetensiyası və əməyi ilə səciyyələnir. Bu element heç də
mental şəbəkədə hər hansı başqa məkandan əldə olunmamışdır. O, blend
üçün unikaldır. Burada yalnız blenddə təzahür edən yeni bir ideya vardır.
I-am-my-brother-in-law yeni bir ideyadır və çox mürəkkəbdir.
Blend mental şəbəkədə digər məkanlardan əldə edilməyən bir çox
elementlərə və xüsusiyyətlərə malikdir. Qaynı olan (San-Fransiskoda
yaşayan, saat 5:00-da yuxudan qalxan və s.) mental məkanlarda o,
uğursuz deyildir. Mənə sahib olan mental məkanda mən uğursuz deyiləm.
Amma blenddə uğursuz bir insan vardır. Bu insan blenddə meydana çıxır
Qarışıq məkanı ehtiva edən mental şəbəkə daha çox “konseptual inteqrasiya
şəbəkəsi”, yaxud “blend şəbəkəsi” adlanır [41, s.2].
Proyeksiya. Mental məkanlardan blendə daxil olan element və
əlaqələr proyeksiya (projections) adlanır. Blendə doğru bu proyeksiyalar
həmişə hissəvi, ya da seçici olur. Məsələn, If I were my brother-in-law, I
would be miserable cümləsi üçün biz danışan haqqında bildiklərimizin
yalnız kiçik bir hissəsini blenddə əks etdiririk. Biz danışanın hazırkı
məşğuliyyətini müzakirə etmirik, çünki həmin vaxt o, birja makleri olmaya
bilərdi. O cümlədən danışanın hazırda Klivlenddə yaşamasını da əks
etdirə bilmərik. Biz mental məkandan birja maklerinin vasitəsilə birja
maklerinin rolunu əks etdiririk. Hətta onun San Fransiskoda yaşaması və
hər gün saat 5-də yuxudan durması mümkündür (living inSan Francisco
and accordingly rising every weekday at 5am). Əlbəttə, buraya qayının
fiziki görünüşü, yaxud onun ailə münasibətləri və s. daxil deyildir (Əks
təqdirdə, blenddə mən özümün xüsusi qayınım olmalıydım ki, bu da
tabudur) [41, s.2; 45, s.6-10].
Blenddə və mental şəbəkədə emergent struktur. Emergent struktur
anlayışı son onilliklər ərzində müxtəlif elm sahələrində mühüm
əhəmiyyət kəsb etməkdədir. Əsas fikir, bəzi təməl konstruksiyaya görə
yaradılmış tutarlı bir struktur kimi təzahür edən şeyin, əslində, lokal
prinsiplərə müvafiq olaraq işləyən və nəticə qismində yaxşı
planlaşdırılmış bir struktur yaradan sadə mexanizmlərin çoxsaylı
tətbiqinin və ya qarşılıqlı təsirinin nəticəsi ola bilər.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
250
Coan Baybi və Paul Hopper Mak Vinniyə (Mac Whinney)
istinadən emergentist nəzəriyyələrin fizika və bilogiya elmlərinin
təkmilləşdirilməsindəki xüsusi rolunu qeyd edirlər. Mak Vinni emer-
gensin dil tədqiqinə tətbiq olunma yollarını nəzərdən keçirir. Onun təlimi
dilin öyrənilməsində neyrological modellərin üzərində dayanır. Burada
dil vahidləri arasındakı çaxsaylı assosiasiyalardan, fiziki və sosial
sahələrdən bəhs olunur [46, s.10].
M.Törner yuxarıda gətirdiyi misal əsasında göstərir ki, blenddə
birja makleri və uğursuz bir şəxs vardır. Heç bir başqa məkanda kiminsə
uğursuz hesab olunması doğru deyildir. Uğursuzluq blenddə ortaya çıxır.
Blendin hüdudları xaricində mental şəbəkədə yeni struktur təzahür edir.
“Mental blendi yaratdıqdan sonra biz anlayırıq ki, danışan reallıqda
erkən yuxudan qalxmağı xoşlamır. Bu, danışan üçün bizim qurduğumuz
yeni strukturdur. Danışanın ilk mental məkanında danışanla birja
maklerinin ilk məkanındakı birja makleri arasında, yəni dispozisiya ilə
əlaqədar olaraq onlar arasında bu kontekstdə disanaloji əlaqə və emergent
struktur mövcuddur” [41, s.3].
Bəşəri miqyas. (Bəşəri miqyas insan bədənini, onun mühərrik,
həssas, yaxud əqli bacarıqlarını və sosial institutları səciyyələndirən fiziki
keyfiyyət və informasiya kəmiyyətlərinin məcmusudur). Bəzi fikir
bağları insan təfəkkürü tərəfindən idarə oluna bilir. Onlar bəşəri miqyas
adlanır. Digər fikir bağları da vardır ki, onlar insan təfəkkürünə tabe
olmur. “Çünki onları qavraya bilmirik, yaxud onlar bizim mental
limitimizin fövqündə yerləşir. Siyasi karikaturalar kostyum geyimində
Amerika Birləşmiş Ştatları Prezidentinin ac bir uşaqdan düyü kasasını
aldığı multiplikasiya filmində olduğu kimi böyük mental şəbəkələrin
insan miqyaslı təzyiqlərini təmin etməkdə ixtisaslaşmışdır. Biz bu bəşəri
təzyiqdən situasiyanı anlamaq üçün istifadə edirik. Çünki bu situasiyada
ABŞ Prezidentinin qanunvericilik üzərində veto qoymaq hüququ ucqar
ərazilərdə qida təchizatına zərər vura bilərdi. Haqqında düşündüyümüz
mental şəbəkələrin əksəriyyəti, məlum şəbəkədə müxtəlif mental
məkanlar üzərində bəşəri miqyas blendini qura bilməyimiz istisna
olmaqla, bizim üçün olduqca çətin ola bilərdi. Sonra blend bizə haqqında
düşünə biləcəyimiz rahat, faydalı bir şey verir. Bu, hazırda yerləşdiyi
intellektual şəbəkəyə çatmaqda, onu təşkil etməkdə, kökləməkdə və idarə
etməkdə bizə yardımçı olur. Məsələn, həyat və ehtimallar haqqında geniş
intellektual şəbəkədə əslində mənim içərisində birja makleri olduğum bir
blendim ola bilər: qarışdırma, hərəkət etmə və səfil olma yolu ilə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
251
meydana çıxan bir simulyasiya. Bu halda blend bəşəri miqyasda
intellektual modelləşdirməni təqdim edir” [41, s.3]..
Kompressiya və ekspansiya. M.Törner blendi mental məkanların
kiçik abstarksiyası hesab etmir. Yəni, blend “kəsib-yapışdırma”
əməliyyatının bir hissəsi də ola bilməz, çünki o, emergent ideyaları
ehtiva edir. Blend sıxılmış bir təzyiqdir (kompressiyadır) və onun xidmət
etdiyi tam intellektual şəbəkəyə nisbətən daha az informasiyaya malik
olur. Daha geniş mental şəbəkələr haqqında düşünmək üçün “sıxılmış,
kompakt, elastiki blendlərdən istifadə edirik. Düşünməmiz lazım olan
şeyləri əlaqələndirmək üçün biz kiçik, sıxılmış blendləri açır, yaxud
genişləndiririk. Məsələın, faydalı, sıxılmış blend uğursuz birja makleri ilə
birgə, şərq zaman qurşağı (GMT-5) istisna olmaqla, zaman qurşağında
danışana köməklik məqsədilə istənilən iş haqqında fikir yürütmək üçün
istifadə oluna bilər.
J.Fokonye və M.Törner (2002) diqqəti blendə aid klassik bir misala
cəlb edərək öz fikirlərinin qısa təsvirini verirlər - mental məkan, mental
şəbəkə, məkanlar arasındakı konnektorlar, emergent struktur, proyeksiya,
kompressiya, ekspansiya, antropoloji miqyas, blend:
Buddist rahib səhər açılmamış bir dağın ətəyinə gəlir. Hava
işıqlananda o, dağa çıxmağa başlayır və gün batanda zirvəyə çatır. Rahib
bütün gecəni dağın zirvəsində ibadətlə keçirir və dan yeri ağaranda o,
qürub vaxtı gəlib çatdığı dağın ətəyinə doğru geri dönməyə başlayır.
Səfər zamanı onun getməyə başlaması, dayanması, yaxud sürəti haqqında
düşünməyin. Tapmaca: Səfər zamanı onun getməyə başlaması,
dayanması, yaxud sürəti haqqında düşünməyin. Tapmaca: günün eyni
saatında iki ayrı-ayrı səyahətdə rahibin getdiyi yolun üzərində hər hansı
bir yer vardırmı? Tapmacanın çözülməsinin bir yolu rahibin qalxmasını
onun enməsi ilə inteqrasiya etməkdir (to blend). Belə ki, blenddə (blend
yanaşmasında) dan yeri ağararkən biri dağın ətəyində və digəri dağın
zirvəsində olmaqla iki rahib vardır. Onlar öz yollarına davam edir və
qürub vaxtı hər biri yolun qarşı tərəfinə gəlib çıxırlar. Rahiblər haradasa
görüşməlidirlər və beləliklə, onların görüşdükləri yer günün eyni
saatında iki ayrı-ayrı səfərdə getdikləri yolun üstündəki kiçik bir sahədir.
Deməli, bu, inteqrasiya (blending) yolu ilə qurulan bir simulyasiyadır
(virtual reallıqdır). Tapmacanın cavabını tapmaq üçün əlaqədar ideyalar
məcmusu mental şəbəkədədir.Mental şəbəkə minimum üç mental məkanı
əhatə edir. Orada mental məkanlar arasında konnektorlar vardır. Bunlar
qalxmaq üçün mental məkandakı yol ilə enmək üçün mental məkandakı
yol arasında identik konnektorlar kimidir. Sözügedən iki mental
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
252
məkandan əxz edilmiş bəzi informasiyalar inteqrasiya olunmuş mental
məkanda əksini tapır. Məsələn, biz qalxma, yaxud enəmə tarixini, həmin
günlərdə hava durumunu, yaxud rahibin ətrafında baş verənlərin fərqində
olduğunu və yolda özünü özünə yaxınlaşdırmasını görməsindən şok
olacağına inanmırıq. Bir şəxsin eyni zamanda iki yerdə (ətək və zirvə)
ola bilməməsi faktını əks etdirmirik. Blend öz mental şəbəkəsinə məxsus
hissələrin kompressiyasıdır. O, yolda bir-birinə yaxınlaşan iki şəxs
haqqında kiçik bir səhnə olduğu üçün antropoloji miqyasdadır. Bu, insan
yerişinin sadə və hamıya tanış bir səhnəsidir. Lakin bu sıxılmış blend də
emergent struktura malikdir. O iki rahibi və bir görüşü ehtiva edir. Biz
mental şəbəkə haqqında düşünmək və işləmək üçün sıxılmış blenddən
istifadə edə bilərik. Biz blendi genişləndirə, yaxud aça bilər, onu daha
böyük mental şəbəkədəki elementlərə qoşa bilərik. Blendddə bəzi
emergent (yeni ortaya çıxan) strukturun, yəni görüşün olması bizi mental
şəbəkənin özündə yeni bir struktur yaratmağa vadar edir: indi, məsələn,
qalxmaya aid mental məkanda yol üzərindəki nöqtə ilə enməyə aid mental
məkanda yol üzərindəki nöqtə arasında bir eynilik əlaqəsi vardır. Belə ki,
rahibin iki ayrı gündə, günün eyni saatında etdiyi səfərdə tutduğu pozisiya
həmin nöqtədə yerləşir.
Blend nəzəriyyəsi haqqında müxtəlif iddialar irəli sürülmüş, bəzi
problemlərin həllinə çalışılmışdır. Onlardan bir-neçəsini nəzərdən keçirək:
1) Blend epifenomenal, artıq adlara malik digər bir çox prosesə (yanlış
düşüncə, metonimiya, kateqoriyalaşma, metafora, təfəkkürün digər "ritorik"
formaları və s.) dair xətti struktur növü deyildirmi? Nəyə görə onlar bütöv
şəkildə nəzərdən keçirilməlidir? Cavab: Elmi ümumiləşdirmə müxtəlif
nəticələri əhatə edən əsas və sistemli modellərin yerləşməsindən ibarətdir.
"Metonimiya" və "antifakt" kimi sözlər yalnız yarlıkdır, onlar siloslaşmış
kateqoriyalar, xüsusilə də avtonom mental proseslər deyildir. Bütün
fəaliyyət növlərində, intellektual prosesin ümumiliyinin olduğu yerdə onu
modelləşdirmək tələb olunur; fərqli proseslərlə qarşılaşdıqda onları
modelləşdirmək zərurəti yaranır. Bu, elmdə sadə bir üsuldur. Ağacdan düşən
alma ilə Ayın Yer ətrafında fırlanması arasında mühüm fərqin olmasına
baxmayaraq, orada ümumi bir model – müxtəlif hadisələri idarə edən
qravitasaiya cazibəsi mövcuddur. Blend nəzəriyyəsi ehtimal edir ki,
blend sistemləşdirmənin kifayət qədər yüksək səviyyəsində fəaliyyət
göstərsə də, epifenomenal deyildir; çünki orada prosesin fundamental
modelləri və müxtəlif nəticələri əhatə edən mürəkkəb kompressiya
metodları vardır. Blend mürəkkəb qrammatik və konseptual
əməliyyatlarla qarşılıqlı əlaqədə olsa da, onları əvəz etmir. O, insanın
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
253
kreativ fəaliyyətində olduqca mühüm rol oynayır, lakin fəaliyyət
məkanında onun metodlarının və kompetensiyasının analizi fəaliyyət
növünün müxtəlifliyini, yaxud həmin hərəkətlər arasındakı fərqliliyi
məhdudlaşdırmır. Blend tədqiqatları bu qəbildən olan müxtəlifliklərin
meydana çıxdığı üsullar haqqında bir çox ümumiləşdirmələri aşkar edir
[41, s.4].
Məlum olduğu kimi, blend hadisələr arasında müəyyən əlaqələrin
qurulmasında mühüm rol oynayır. O, kartezian təlimindən fərqli olaraq
deskriptiv səviyyələr kimi başa düşülən maddi gerçəkliklə idrak arasında
əlaqə yaradır. Məkanın bu şəkildə düşünülmüş mental inteqrasiyası
idrakın təməlini təşkil edir. Bu, nə idiosinkratik, nə də solipsistik
fenomendir. Təbiət hər kəsi onu etməyə məcbur edir. Biologiya bizim
blenddə yaşamağımızı təmin edir. Təbiət metafora daxilində qalmaq üçün
beyin və mədəniyyətin xəyali boşluqlarıdan daha böyük xəyali
boşluqdur. L.Brand qeyd edir ki, kakofonik materiya aspektini və
koalision ruhi cəhəti ehtiva edən təbiət ikili xassəyə malikdir [47, s.386].
2) Hər kəs uzun müddətdir ki, blend haqqında – yeni şeylər əldə
etmək üçün köhnə şeylərin mental kombinasiyası barəsində biliklərə
malikdir. Elə isə, yenilik nədən ibarətdir? Əgər biz blendin gücü və onun
öyrənilməsinin zəruriliyi ilə razılaşırıqsa, onda bayrağı sanca bilər və
məsələnin kiçik detallarına qayıda bilərik. M.Törner yazır ki, J. Fokonye
ilə birlikdə blendin xüsusi nəticələrini müzakirə edərkən onlar problemi
kifayət qədər ağılla araşdıran və bəzən mürəkkəb fikirlərin ümumi
intellektual potensialını şərh edən Aristotel də daxil olmaqla klassik
mütəfəkkirlərin əsərləri ilə yaxından tanış olmuşlar. Məlum olmuşdur ki,
bu dəyərli sələflər rasional olaraq hər bir müasir bəşər varlığı vasitəsilə
davamlı surətdə gündəlik intellektdə yerləşdirilən təməl bir mental
əməliyyatdan daha artıq yüksək kreativliyin nadir anlarında istifadə
olunan ekzotik, ekstraordinar, vacib koqnitiv hadisə kimi blendi seçmişlər.
Bundan başqa, müasir blend nəzəriyyəsinə görə, orada nəticələri tamamilə
bir-birindən fərqli olan əqli işin hissələri ilə əlaqədar blendin hərtərəfli
sistematik prinsipləri, ümumi inteqrasiya modelləri, mürəkkəb mexanizmlər
və məhdudiyyətlər vardır [41, s.4-5].
3) Blend mövcuddursa, onu alqoritmik cəhətdən proqramlaşdıra
bilmərikmi? Belə deyildirsə, onda bəs elmdə hər hansı bir intellektual
prosesi necə müəyyən edirik? M.Törner sualı belə cavablandırır: “Blend
nəzəriyyəsinin analitik kreativliyin və daxili mənanın konstruktiv sahəsinə
xidmət edən ənənələrinin öyrənilməsinə həsr olunmuş layihələrdə iştirak
etdiyim üçün məmnunluq duyurdum. Analitik modelləşdirmənin bizə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
254
öyrədəcəyi çox şey var. Ancaq mental prosesin özü mənə alqoritmik
görünmür. Blendin elastikliyinin mühüm hissəsi ondan ibarətdir ki,
nəticələr alqoritmik olaraq ilk məlumatlar vasitəsilə müəyyənləşdirilmir,
yaxud belə demək mümkünsə, informatika, süni intellekt və psixologiya
indiyədək blendə "töhfələri" xarakterizə edə bilməmişdir (Burada
blendin analitik modellərinin daha ekspressiv və daha deskriptiv edilməsi
nəzərdə tutulur) [yenə orada, s.4].
Beləliklə, konseptual inteqrasiya nəzəriyyəsi – Jil Fokonye və
amerikan ədəbiyyatşünas, koqnitiv poetika və ritorika üzrə mütəxəssis
Mark Törnerin birgə əsəridir – mental məkanlar ideyasını inkişaf etdirir.
Müəlliflərin etirafına görə, bu nəzəriyyə üzərində iş 1993-cü ildə
başlanmış və o zamandan bəri bu, dəfələrlə dəyişikliklərə məruz qalmış,
genişlənmiş, bütün yeni materiallarla təchiz olunmuşdur.
ƏDƏBİYYAT:
1.
Audet L. Images et voix dans l’éspace poétique de Saint Denys
Garneau: /Translation in French and Francophone Literature and
Film. Edited by James Day. Amsterdam: Rodopi, 2009, pp.67-85.
2.
Fauconnier G. Mental Spaces: Aspects of Meaning Construction
in Natural Languages. Cambridge, MA: MIT Press, 1985.
3.
Fauconnier G. Mental Spaces: Aspects of Meaning Construction
in Natural Languages. 2nd ed. Cambridge, MA: MIT Press, 1994
Dostları ilə paylaş: |