kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ
passiv formada cərəyan edir. Belə ki, biz başqasını dinləyən zaman bir
növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edirik. Bu zaman
nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti burada özünü göstərir.
Müəllif çox böyük ustalıqla personajların psixoloji vəziyyətlərini
nəzərə alaraq bəzən onları aktiv, bəzən isə passiv nitq daşıyıcısı kimi
təqdim edir. Əsərdə xalqımızın etnomədəni və milli mental dəyərlərini
nəzərə alınaraq Nazim və Firəngizin dialoqunda aktiv tərəf kimi Nazımın
nitqini göstərilir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
230
− Sən necə baxırsan bu məsələlərə?
− Bilmirəm, bircə onu bilirəm ki, heç kimə oxşamaq istəmirəm.
Özüm də bilmirəm ki, nəçi olacağam.
− Necə yəni, düz sözündü?
Əlbəttə, düz deyirəm, nədi, günahdı? Həyatı da plan üzrə qurarlar?
Nə cür alınacaqsa, o cür də alınacaq! Dalğa!Dalğadı, aparır bizi (s. 83).
Əsərin başqa bir hissəsində yaş psixologiyası məsələsi nəzərə
alınmış və yaşca böyük olan qonşu qızı aktiv tərəf olmuşdur.
− Nə deyirsən, söhbət eləyək? − O, mənim üzümə baxmadan,
baxışını gizlədə-gizlədə bir az da şıltaqcasına dilləndi.
− Hə, eləyək. – Mən robot kimi təkrar elədim.
− Sən yaxşı oğlansan, mən bilirəm. – O , söhbəti belə başladı. –
Sağ ol.
− Kəsmə sözümü. Dəyməz. Bunu mən demirəm, öz yoldaşların
deyir? (s. 162-163).
Ayrı-ayrı obrazların dialoqlarından ibarət olan əsərdə Sadiq
müəllimin Natiqlə dialoqunda aktiv və passiv nitqin təzahürü aydın
görünür. Müəllim dörd sualı ardıcıl soruşur, ancaq Natiq cavab vermir.
− Sən düz gəlib dayanmısan uçurumun yanında – xəbərin var?
Kimə oxşadırsan özünü? Tum satanlara, çayxanada girlənənlərə? Kimə?
Ətrafında bir adam tapmırsan özünü oxşadasan?! (s. 79).
Nazim isə müəllimlərlə söhbət zamanı suallara daha lakonik cavab
verir və passiv nitq daşıyıcısı kimi iştirak edir. Aktiv və passiv nitqin bir-
birini əvəz edərək işlənməsi sanki partiturluğun “partiya”larının məntiqi-
semantik cəhətdən əlaqələnməsi və bütövləşməsinə səbəb olur.
Nazim, uşaqlar bu cür inşa yazmağa nə cür münasibət bəslədilər,
deyə bilərsənmi?
− Normal.
− Heç etiraz edən olmadı?
− Belə də (s. 152-153).
Beləliklə, bədii mətndə partiturluğun ifadəsini nəzərdən keçirdikdə
məlum olur ki, ümumiyyətlə mətnin bütövlüyünü təşkil edən
kateqoriyalar, eləcə də partiturluq psixoloji və praqmatik yanaşma
olmadan müəyyən oluna bilməz. Mətnin məntiqi-semantik bütövlüyü
məhz kommunikatorun əqli ilə nitqinin üst-üstə düşməsi kimi dərk
edildiyi üçün psixolinqvistik və etnomədəni cəhətlər nəzərə alınmalıdır.
Mətnin bütövlüyünün formalaşması üçün yalnız leksik və qrammatik
əlaqələr deyil, eyni zamanda məntiqi əlaqələrin də rolu danılmazdır və bu
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
231
mətnin bir bütöv kimi formalaşmasında partiturluq kateqoriyasının
əhəmiyyətini daha da artırır.
ƏDƏBİYYAT:
1. Бабенко Л. Г. Филологический анализ текста. Основы теории,
принципы и аспекты анализа: Учебник для вузов. – М.:
Академический Проект, Екатеринбург: Деловая книга, 2004. –
464с.
2. Abdulla K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı,
2016, 359 s.
3. Зимевская Н.А. Сщпряженность текстовых категории как
принцип их функционирования // Сб.науч.тр. МГПИИЯ им.
Мориса Тореза, вып.228, М., 1984, с. 127-136.
4. Адмони, В.Г. Структура грамматического значения и его
статус в системе языка // Структура предложения и
словосочетания в индоевропейских языках / Отв. ред. В.Г.
Адмони. – Л.: «Наука», 1979. – С. 6-36.
5. Адмони В.Г. Партитурное строение речевой цепи и система
грамматических значений в предложении // «Филологические
науки », 1961, №3, с.3-15.
6. Юцевич Ю.Е. Словарь музыкальных терминов / Ю.Е. Юцевич.
– Киев: Музична Украïна, 1988. – 263 с.
7. Гальперин, И.Р. Грамматические категории текста: (Опыт
обобщения) / И.Р. Гальперин // Известия Академии наук СССР.
181 Серия литературы и языка. — М.: Наука, 1977. — Т. 36. №
6. — С. 522—532.
8. Балаян А.Р. Основные коммуникативные характеристики
диалога. Автореф. Дис. ... канд. филол. наук. М., 1971, 19 с.
9. Белнап Н., Стил Т. Логика вопросов и ответов. М.: Прогресс,
1981, 288 с.
10. Беркаш Г.В. Логико-грамматическая природа вопроса и ее
реализация в вопросно-ответных структурах английской
диалогической речи. Автореф. дис. ... канд. филол. наук. М.,
1969, 21 с.
11. Ремизова С.А.Вопросительность в диалоге: Специфика
речевых реализаций; на материале английского, немецкого и
русского языков. дисс. канд. филол. наук. Краснодар, 2001, 239
с.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
232
12. Бахарева Е.Н. Диалог как сфера реализации умозаключений.
Автореф. дис... канд. филол. наук.. С., 1993, 208 с.
13. Хомский Н. Язык и мышление. М.: Изд-во. МГУ, 1972.126 c.
14. Manuscript of article published as: Khoo, C., & Na, J.C. (2006). 40,
157-228. // Christopher S. G. Khoo and Jin-Cheon Na. Semantic
Relations in Information Science.
15. http://kayzen.az/blog/psixologiya/8008/%C3%BCnsiyy%C9%99t-
informasiya-m%C3%BCbadil%C9%99si-kimi.html
Mənbə:
Abdulla K. Tarixsiz gündəlik. Bakı, XXI-YNE, 2005, 192 s.
Вафа Ибишова
Роль психологических и этнокультурных факторов в
определении категории партитурности текста
Резюме
В статье текст рассматривается как один из ключевых
элементов текстового синтаксиса, современной и актуальной
области лингвистики и основных категорий классификации, которая
является одной из категорий, обеспечивающих ее целостность.
Компоненты текста, его составляющие, являются частью отдельных
«партий» в целом, как и в музыке. Проведен лингвистический
анализ,
основанный
на
психолингвистических
и
этнолингвистических особенностях диалоговых фрагментов,
представленных в повесте «Дневник без даты» К. Абдуллы. Были
продемонстрированы
влияние
психолингвистических
и
этнолингвистических факторов, данных в речи разных персонажей.
Установлено, что эти факторы играют важную роль в формировании
неотъемлемых частей текста в целом.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
233
Vafa İbishova
The role of psychological and ethno-cultural factors in
determining the category of the “partiturny” of the text.
Summary
In the article the text is considered as one of the key elements of the
text syntax, the modern and relevant area of linguistics and the main
categories of classification, which is one of the categories ensuring its
integrity. Components of the text, its components, are part of the
individual "parties" in general, as in music. A linguistic analysis based on
the psycholinguistic and ethno-linguistic features of the dialogue
fragments presented in the narrative "Diary without date" by K. Abdullah
was conducted. The influence of psycholinguistic and ethnolinguistic
factors, data in the speech of different characters, was demonstrated. It is
established that these factors play an important role in the formation of
integral parts of the text as a whole.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
234
Nəzəri dilçilik məsələləri
İdris Abbasov
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə elmlər doktoru, professor
idris.abbasov.2017@mail.ru
Mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya
nəzəriyyəsi
Açar sözlər: mental məkan, blend, konnektor, şəbəkə modeli,
bəşəri miqyas, proyeksiya, topologiya, inteqrasiya, kontrfaktiv, fon
koqnisiyası
Ключевые слова: ментальное пространство, бленд, коннек-
тор, сетевая модель, человеческий масштаб, проекция, топология,
интеграция, контрфактивный, фоновая когниция
Key words: mental space, blend, connector, network model, hu-
man-scale, projection, topology, integration, counterfactual, backstage
cognition
Mental məkanlar analyışını linqvistikaya Jil Fokonye gətirmişdir.
Təhlil etdiyi poemada altı mental məkandan bəhs edən Luiz Ode mental
məkanların təfəkkürün geştalt təbiətinə uyğun dinamik şəbəkə ilə
əlaqədar olduğunu iddia edir [1,s.70]. J. Fokonyenin məlum nəşrlərinin
[2; 3] koqnitiv linqvistikanın təşəkkülündə həlledici rolu vardır.
C.Lakofun, M.Consonun, R.Lanqakerin və digərlərinin əsərləri bu elm
sahəsinin əsas mövzusunu və tədqiqat istiqamətlərini müəyyənləşdirir [4;
5; 6; 7]. C.Lakof və R.Lanqaker kimi J.Fokonye mənanın obyektivistist
nəzəriyyələri ilə əlaqələrini kəsir və dilllə koqnisiyanın qırılmaz əlaqəsi
haqqında ideyaya əsaslanan semantikada koqnitiv yanaşmaya öz
sədaqətini bəyan edir. Müəllif yazır: “Şübhəsiz, dilin öz xüsusi strukturu
vardır, amma o, əhəmiyyətli dərəcədə koqnitiv cəhətdən əsaslandırılmış
digər strukturlarla əlaqədardır. Məhz bunlar onun tərtibinin əsas
xüsusiyyətlərini müəyyən edir” [8, s. 151].
C.Lakofa, J.Fokonyeyə və R.Lanqakerə istinad edən K.M.Maxteld
koqnitivist perspektivdə mövcudolmanı konseptual məkanda pozisiya
kimi interpretasiya edirdi. Bu ideya professor T.Huumo tərəfindən daha
da inkişaf etdirilmişdir. Mental məkan məkan konstruktorları (construc-
teurs d'espace), yaxud məkan yaradıcıları (introducteurs) kimi fəaliyyət
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
235
göstərən linqvistik ifadələr vasitəsilə təqdim olunan məlumatlara uyğun
olaraq nitq prosesində yaradılır. İntroduktorlar isə öz növbəsində yeni bir
məkan təsis edən, yaxud artıq diskursda təqdim edilmiş məkana aid
ifadələr şəklində təzahür edir [9, s.56].
İnsan sadəlövhlüklə güman edir ki, məna sözlərin köməyi ilə
verilir: “biz bu və ya digər şey xüsusunda düşündüyümüzü deyirik,
sözlərə məna yerləşdiririk və s. Əslində J.Fokonyenin qeyd etdiyi kimi,
“aysberqin ən yüksək təpəsini” müşahidə etməyə imkan verən sözdən
başqa, söyləmdə implisit şəkildə onun məzmununu anlamaq üçün böyük
informasiya massivi vardır. İnsanın özü fikrin iqtibası prosesinin necə
getdiyini dərk etmir. Belə bənzətmək olar ki, o, beynində gedən kimyəvi
reaksiyalar haqqında özünə hesabat vermir [3, xviii; 10, s.167].
J.Fokonyeyə görə, dil mənanı vermir, lakin onun qurulmasını
istiqamətləndirir. Söyləmin başa düşülməsi onun hesabına mümkün olur ki,
dil ifadələri xüsusi instruksiyaların funksiyasını yerinə yetirir. Məhz bunlara
müvafiq olaraq dinləyici mənanın xəyali konstruksiyasını gerçəkləşdirir.
Qeyd edək ki, öz fikrini söyləmin qurulmasında danışanın situasiyasının
interpretasiya üsulları üzərində cəmləşdirən R.Lanqakerdən fərqli olaraq,
J.Fokonyeni daha çox kommunikasiya prosesində dinləyicinin rolu maraq-
landırırdı. “Kadr arxasında” nə baş verdiyini, gündəlik ünsiyyət və mü-
hakimənin koqnitiv fonunun nədən ibarət olduğunu göstərməyə dəvət edən
nəzəri konstrukt kimi, müəllif “mental məkanları” təklif edir. Formal surətdə
mental məkanlar (a, b, c...) elementləri ilə, onlar arasındakı münasibətlərlə
(R1ab, R2ad, R3cbf...) nizama salınmış çoxluq kimi müəyyən olunur. Me-
ntal məkanlar yeni element və əlaqələrlə təkmilləşdirilməyə açıqdır [3, 16].
Dolğun aspektdə mental məkanlar insanın dərk etdiyi şəkildə (real,
yaxud hipotetik situasiya modellərini təqdim edir. Mental məkanların
nümunələri aşağıdakıları ehtiva edir [5, s.281]şeylərin cari vəziyyəti,hipote-
tik situasiyalar, keçmişə və gələcəyə aid situasiyalar,uydurulmuş situasiyalar
(məsələn, rəsm və kinematoqrafik süjetlər), predmet sahələri (iqtisadiyyat,
siyasət, riyaziyyat və s.). Mental məkanların quruluş prinsipləri və onlar
üzərindəki məlum əməliyyatlar kifayət qədər sadədir və göründüyü kimi,
bütün dillər və mədəniyyətlər üçün birdir [3, xvii–xviii].
Beləliklə, J.Fokonyenin konsepsiyasında dilə təkcə – gerçək, yaxud
ehtimal olunan dünyaya, kontekstə, situasiyaya və s. münasibətdə –
interpretasiya obyekti kimi deyil, həmçinin mental məkanları yaradan,
onları elementlərlə “məskunlaşdıran”, elementlərlə məkanlar arasında
münasibətləri təşkil edən konstruktiv başlanğıc kimi baxılır. İnsan
ünsiyyətinin uğuru həmsöhbətlər tərəfindən yaradılmış məkan konfiqurasi-
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
236
yalarının oxşarlığı dərəcəsindən asılıdır. Bu oxşarlıq dərketmənin təkcə
linqvistik aspekti ilə müəyyənləşmir, çünki mental məkanların qurulmasına,
dil ifadələrindən savayı, çoxsaylı ekstralinqvistik faktorlar (fon bilikləri,
mümkün sxemlər, praqmatik informasiyalar, gözləmələr və s.) da təsir edir.
Qeyd edək ki, bəzi postmodernistlər kimi, həqiqətin uyğunluq
nəzəriyyəsini şüur (dil) və dünya arasındakı izomorfik əlaqəni ehtimal
edən mənanın "obyektivist" nəzəriyyəsi ilə birləşdirmək düzgün deyildir.
Həqiqətin uyğunluq nəzəriyyəsini "mütləq həqiqətlə" eyniləşdirmək də
eyni dərəcədə yanlışdır. Erkən klassik dövr filosoflarının, xüsusilə,
C.Lokun və pozitivistlərin fikirlərinə, həmçinin L.Vitqenşteynin "şəkil
nəzəriyyəsinə" görə, linqvistik ifadələrlə dünya arasındakı şəffaf və
vasitəsiz əlaqə ideyası "loqosentrizm" (Jak Derida), yaxud idrakın
"təbiətin güzgüsü" və ya "obyektivizm" kimi təsəvvür edilməsi tənqid
edilmişdir. Lakin bir çox alimlər israr etmişlər ki, korrespondensiya kimi
klassik həqiqət nəzəriyyəsi emal olunmamış düşüncəyə aparıb çıxara
bilməz. Belə ki, həqiqət, yaxud elmi bilik natural (yaxud sosial) dünyanın
inikasıdır.Həqiqət linqvistik ifadə (yaxud ritorik interpretasiya) və təsvir
edilən dünya arasında bir izomorfizm kimi nəzərdə tutulmur [11, s.34-35;
12]. L.Derida və ardıcıllarının məna strukturları sistemində sözlərdən
bəhs edərkən dillə dilxarici gerçəklik arasında heç bir əlaqənin
olmamasını iddia etmələri, fikrimizcə, yanlışdır.
J.Fokonyenin də məsələyə münasibəti təqribən həmkarlarının
iddialarından o qədər də fərqlənmir. Müəllif bütün koqnitivistlər kimi,
dillə dünya arasında birbaşa əlaqənin mövcud olması ideyasını təkzib
edir və nəticə olaraq, həqiqət kriteriyalarına əsaslanan obyektivist
semantika çərçivəsində adekvat təsvirin mümkünlüyünü inkar edir.
J.Fokonyeyə görə, dillə dünya arasında əlaqə həmişə insan təfəkkürü ilə
əlaqələndirilmişdir, çünki bizim “gerçəklik” adlandırmağa vərdiş et-
diyimiz şey, əslində, gerçəklik haqqında danışanın xəyali təsəvvürüdür
[3, s.15]. Burada Yu.K.Lekomsevin mülahizəsinə istinad edərək
göstərmək olar ki, söyləmin məzmununun analizində real situasiya ilə
onun şüurda inikasını fərqləndirməyin zəruriliyi dayanır. Müəllif “situa-
siya” terminini psixi məkanda və psixi zamanda yerləşmiş psixi
situasiyaya münasibətdə işlətmişdir. O, real situasiyadan danışdıqda
“protosituasiya” termininin işlədilməsini məqbul sayır [13, s.446].
A.Dantonun dil, dünya və idrak probleminə fərqli rakursdan baxışı
J.Fokonyenin iddialarını təkzib etmək mənasına gəlmir. A.Danto
həqiqətin dil və dünyaya münasibətini aşağıdakı kimi izah edir: “Həqiqət
nə dünyanın, nə də cümlələrin xüsusiyyətidir. O, nə dilə, nə də dünyaya
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
237
deyil, onlar arasındakı əlaqəyə məxsusdur. Cümləyə uyğun gələn şey real
olduğu kimi, dünyaya uyğun gələn cümlə də doğrudur.” [14, s.145].
Deməli, “doğru” və “real” sözləri dünyada bir şey təsvir etmədiyi kimi,
cümlələrin də xüsusiyyətlərini səciyyələndirmir. Bu sözlər dünya və dil
arasında açılan məkana məxsusdur. Beləliklə, həqiqətin mahiyyəti dünya
ilə dil arasındakı münasibətdə ortaya çıxır.
Kommunikasiya prosesində dinləyici dildən dünyaya “hərəkət
edərək” dil strukturlarının səviyyəsindən və eynilə dünya modellərindən
fərqlənən hansısa bir koqnitiv səviyyədə fikrin qurulmasında iştirak edir.
Bu konstruksiyanın məhsulu olan mental məkanlar nə dil mənasının
təsviri, nə də gerçəkliyin inikasıdır. Mental məkanlar – yaradılan,
dəqiqləşdirilən və kommunikasiya prosesində daimi dəyişikliklərə məruz
qalan diskursiv modellərdir. Onlara yüksək elastiklik xasdır. Bu zaman
mental məkanların daxili müntəzəmliyi və bir-birinə uyğunluğu yenidən
pozula bilər ki, bu da bütövlükdə insan ünsiyyətinin spesifikasına
uyğundur. Beləliklə, mental məkanlar koqnitiv cəhətdən nitq qavrayışının
adekvat modelini tələb edir [8, s.152-153].
C. Said özünün “Semantika” əsərində məna, idrak və gerçəkliyin
təhlilinə geniş yer vermiş, məna komponentlərinə, formal semantika,
semantika və məntiqi metadil, o cümlədən koqnitiv semantika məsələrini
nəzəri cəhətdən araşdırmış, diqqəti metafora, metonimiya, polisemiya,
mental məkanlar, hətta R.Lanqakerin koqnitiv qrammatikasına cəlb
etmişdir. Mental məkanları konseptual strukturlar hesab edən müəllif dil
daşıyıcılarının bu strukturlardan, istinadlardan və əvəzliklərdən necə
istifadə etməsinin zəruriliyini qeyd edir. Konseptual strukturlar mənaya
xüsusi baxış üzərində qurulmuşdur: linqvistik mənanı öyrənərkən biz
kompleks koqnitiv əməliyyatları yerinə yetirdiyimiz zaman qarşıya çıxan
müxtəlif maneələrin səbəbini öyrənirik. Problemə bu nöqteyi-nəzərdən
yanaşan C.Said göstərir ki, dilin “içərisində” məna olmur; dil burada
məna qurmaq üçün daha çox resept rolunu oynayır. Bu resept bir çox
koqnitiv fəaliyyətə əsaslanır [15, s.364].
J. Fokonye R.Cekendofun [16] əsərinə istinad edərək danışanın bir
sıra qeyri-müəyyən strategiyalar vasitəsilə obyektlərə referans edə
biləcəyi yolları axtarır. Məsələn, dostumuzun şəklinə baxaraq deyə
bilərik: Qraham, doğrudan da, cavan görünür. Burada Qraham
həqiqətdə cavan olmayan Qrahamın şəklinə istinad edir. J.Fokonye
burada səbəb (trigger) və məqsəd (target) terminlərindən istifadə edir:
real Qrahamın adı səbəbdir, məqsəd (təsvir etmək istədiyim şey) isə
məqsəddir. Fotoqrafiyalar və onlarda əks olunmuş insanlar
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
238
müşahidəçinin oxşarlığı tanıması ilə əlaqədardır. Oxşar strategiyalar
geniş yaylmışdır [15, s.366].
J.Fokonye formal-semantik yanaşmalarla müqayisədə In Len’s
painting, the girl with blue eyes has green eyes ‘Lenin şəklində göygöz
qız yaşılgöz qız kimi təsvir edilmişdir’ cümləsinin nümunəsində öz
konsepsiyasının üstünlüyünü nümayiş etdirir. Çünki eyni qız eyni
zamanda göygöz və yaşılgöz ola bilməz. J.Fokonyenin modelində belə
cümləyə iki mental məkan uyğun gəlir: biri real dünyanı (qızın göy
gözləri vardır), digəri isə dünyaya rəssamın gözü ilə baxmağı (qızın yaşıl
gözləri vardır) əks etdirir. Göstərilən məkanlar “eyniyyət” (identity)
əlaqəsi ilə birləşmişdir. Əlbəttə, söhbət yalnız referensial eyniyyətdən
gedir: insanın bədəni şəkildəki rəng çalarları ilə heç cür eyni ola bilməz.
Biz hələ insanın bəzən öz bədii təsvirinə qətiyyən oxşamadığını demirik
[3, s.12-14].
Məkanlar arasındakı əlaqələrin digər geniş yayılmış növləri sırasına
müəllif aşağıdakıları daxil edir [yenə orada, s. xxxviii]: analoji və metaforik
proyeksiya; funksiya və mənanın əlaqəsi; praqmatik metonimik funksiyalar.
J.Fokonyenin mülahizəsinə görə, mental məkanlar arasındakı
əlaqələrin meydana çıxması şərti hansısa intuitiv aşkar münasibətlərin
mövcudluğu ilə səciyyələnir. Onu müvafiq məkanların obyektlərini
əlaqələndirən “konnektor” (connector) adlandırırlar. Konnektor “identifika-
siya prinsipinə” (identification principle) müvafiq olaraq başqasının
vasitəsilə bu obyektlərdən birinə referensiyanı həyata keçirməyə imkan
verir: “Əgər a və b obyektləri öz aralarında F (b = F (a)) praqmatik
funksiyası ilə bağlıdırsa, onda a, Da obyektinin deskripsiyası b obyektinin
identifikasiyası üçün istifadə oluna bilər” [3, s.3].
Gerçək qızı onun şəkildəki təsviri ilə əlaqələndirən münasibət
konnektorun nümunəsi kimi göstərilə bilər. Konnektorların digər növü –
müəllif və onun əsərləri arasındakı metonimik əlaqədir. Bu əlaqə Plato is on
the top shelf (‘Platon yuxarı rəfdədir’) tipli söyləmi gerçəkləşdirməyə imkan
verir, Platon adı altında isə onun əsərlərinin məcmusu nəzərdə tutulur.
J.Fokonyenin qeyd etdiyi kimi, bütövlükdə konnektorlar sosial-mədəni və
psixoloji faktorlarla şərtlənmişdir, ona görə də müxtəlif sosial qruplarda,
müxtəlif insanlarda və müxtəlif kontekstlərdə onlar fərqlənə bilər.
Praqmatik funksiya, konnektor (onun konkret realizasiyası) və
identifikasiya prinsipləri Nunberqin [17] referensiya və polisemiya
problemlərinə həsr olunmuş dərin və məzmunlu əsərində öz əksini
tapmışdır. J.Fokonye bu anlayışları koqnitiv tədqiqatlar işığında yenidən
mənalandıraraq belə bir fərziyyə irəli sürür ki, konnektorlar C.Lakofun
Dostları ilə paylaş: |