D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
239
əsərində təsvir olunan idealizə edilmiş koqnitiv modellərin bir hissəsini
təşkil edir [10, s.170-171].
J.Fokonyeyə görə, kommunikasiya prosesi koqnitiv səviyyədə
daimi layihələşdirmə tələb edir. Artıq mövcud olan məkana yeni mental
məkanların və yeni elementlərin əlavə edilməsi, onların daxili quruluşu,
elementlər və məkanlar arasında əlaqələrin təmin olunması və s. Hər yeni
söyləm əvvəl gələn diskursun və praqmatik kontekstin əsasında qurulmuş
konfiqurasiyaya əsaslanır və öz növbəsində, o, ona (konfiqurasiyaya)
əlavə olunması tələb edilən dəyişikliklər haqqında informasiya verir.
Müxtəlif dil vasitələri mental layihələşdirməyə aid müxtəlif tipli informa-
siyaları, o cümlədən aşağıdakıları [3, xxiii] əhatə edir:
− yeni məkanların yaradılması haqqında informasiya. Qeyd edək
ki, bu, adətən, “məkan konstruktorları” (space builders) ilə ifadə olunur;
− hazırda hansı məkan diqqət mərkəzində yerləşir, fonla necə
əlaqədardır və nə qədər əlçatandır. Bu, adətən, qrammatik zaman və feil
formaları ilə ifadə olunur;
− məkanlara yeni elementlər (onların analoqları da ola bilər) daxil
edən təsvirlər;
− mövcud olan elementləri (ehtimal ki, onların analoqlarını)
müəyyənləşdirən təsvirlər, anaforik sözlər və adlar;
− ümumi sxemləri və freymləri yaradan sintaktik informasiya;
− mental məkan elementlərini fon biliklərinə aid freymlərlə və
koqnitiv modellərlə əlaqələndirən leksik informasiya; bu informasiya
mövcud strukturlaşmış fon sxemlərindən yararlanaraq məkanları daxilən
sistemləşdirir.Əvvəlcədən strukturlaşmış belə sxemlər mövcud
konstruksiyalar çərçivəsində dəyişə, yaxud konkretləşdirilə bilər.
− bəzi strukturların məkan konfiqurasiyası vasitəsilə dərhal
yayılmasına imkan verən presüppozisional (əvvəlcədən müəyyən
olunmuş) işarələr;
− praqmatik və ritorik informasiya (even (‘hətta’), but (‘lakin’),
already (‘artıq’) kimi sözlərlə verilərək mühakimə və arqumentləşdirmə
üçün müəyyən oriyentirlər təqdim edir.
J.Fokonye yeni məkan törədən, yaxud əvvəlki diskursun gedişində
yaranmış köhnəyə istinadı ehtiva edən ifadələri məkan konstruktlarına
aid edir. Bu, zərflər, ara sözlər (mümkün qədər, nəzəri cəhətdən,
həqiqətən, doğrudan da və s.) sözönülü zərflik konstruksiyaları (1929-cu
ildə, Lenin şəklində, Conun ağlında, nöqteyi-nəzərdən, Azərbaycan
idmanında və s.), bağlayıcılar (əgər..., yaxud...) mübtəda və xəbərin
birləşməsidir (məsələn, Maks düşünür ki..., Mariya ümid edir ki....).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
240
Məkanların yaradılmasına aid ümumi qayda belə xülasə olunur:
SB
m
məkanının konstruktu tərəfindən yaradılan M məkanı artıq
mövcud olan M məkanına daxil olmalıdır – bu məkan mənbə-məkan
(parent space) adlanır: mənbə və törəmə məkanlarda səbəb və məqsədləri
əlaqələndirə bilən konnektor (əlaqələndirici) olmalıdır.
Məsələn, Max believes that in the picture, the flowers are yellow
(‘Maks inanır ki, şəkildəki güllər sarıdır’) cümləsində mənbə-məkan
Maks inanır ifadəsidir. Onda şəkildəki zərflik konstruksiyası ilə daxil
edilən başqa məkan yerləşdirilir. Ümumi halda mənbə-məkan haqqında
informasiya söyləmdən əvvəl gələn diskursun tərkibindədir [3, s.17].
J. Fokonye believe (‘inanmaq, zənn etmək, hesab etmək’) feilini
yeni mental məkanlar yaratmağa qabil feillərə aid edir; buraya o, paint
(‘şəkil çəkmək’), prevent (‘xəbərdarlıq etmək’), look for (‘axtarmaq’),
wish (‘arzu etmək’) və digər feilləri daxil edir. Ümumilikdə onların sayı
çox deyildir. Feillərin əksəriyyəti məkanlar daxilində əlaqələrin
qurulmasına xidmət edir. Çox maraqlıdır ki, be (‘olmaq’) feili hər iki
funksiyada işlədilə bilər. Məsələn:
1. Məkanlar arasındakı əlaqələr üçün:
In that movie, Cleopatra is Liz Taylor (hərf. ‘Bu filmdə Kleopatra
Liz Teylordur’).
Life is love (‘Həyat sevgidir’).
Our future is science (‘Gələcəyimiz elmdir‘)
2. Məkandaxili əlqələr üçün (funksiya və məna arasındakı əlaqə):
Max is my brother (‘Maks mənim qardaşımdır’).
The winner is John Doe (‘Qalib gələn Con Dou oldu’) [3, s.143–
146; 10, s.173].
Lakin diskursun dinamik inkişaf etdirilməsində feilin rolu yuxarıda
deyilənlərlə məhdudlaşmır. J.Dinsmora [18] istinad edən J.Fokonye
göstərir ki, feilin qrammatik forması (yəni feilin zaman və şəkil
göstəriciləri) mühüm informasiya daşıyır: onlardanhansı məkan diqqət
mərkəzində yerləşir, hansı fon rolunu icra edir və söhbətin gedişində necə
dəyişir. Bu minvalla feili sözforması – məkan konstruktları, anaforik
sözlər və ifadələrin bəzi digər tipləri ilə yanaşı – diskursun hazırkı anını
nəzərdən qaçırmayaraq yaradılmış məkanların və onlar arasındakı
əlaqələrin məcmusunu izlməkdə həmsöhbətlərə kömək edir. Misal
qismində J.Fokonye fransız dilində iki cümləni müqyisə etməyi məsləhət
görür. Bu cümlələrdə feilin lazım və xəbər şəkilləri təyin budaq
cümləsində müvafiq surətdə arzuolunan və həqiqi məkan haqqında
məlumat verir
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
241
Marie veut que Gudule mette une robe qui soit jolie (hərf. ‘Mariya
istəyir ki, Qüdül gözəl olan bir paltar geyinsin (Qüdülün geyindiyi paltar
gözəl olaydı)’).
Marie veut que Gudule mette une robe qui est jolie (hərf. ‘Mariya
istəyir ki, Qüdül gözəl paltar geyinsin’).
Feilin qrammatik forması da – feil zamanlarını baş və budaq
cümlələrdə uzlaşması hesabına –müvəqqəti təhkiyə planının qurulmasına
xidmət edir [3, s. 33].
J.Fokonye məkana yeni elementlərin daxil edilməsi mexanizmi
haqqında məsləyə toxunaraq qeyd edir ki, onların ən sadəsi qeyri-
müəyyən artikldir [3, s.19]. Mental məkanların yaradılmasında müəyyən
artiklin rolu o qədər də birmənalı deyildir və bu, çoxmənalı cümlələrin
aşağıdakı nümunələri ilə aydınlaşdırılır:
The president changes every 7 years (‘Prezident hər 7 ildən bir
dəyişir’)
The food here is worse and worse (‘Qida burada, olduqca, pisdir’)
Bu cümlələrdəki ad qruplu the president (‘prezident’) və the food
(‘qida’) gah eyni obyektə, gah da eyni funksiyaya aid olaraq izah edilə
bilər (Obyektlər kimi bu funksiyada da onlr mental məkan elementləri
olur) [10, s.174].
Anlaşılmazlıqdan qaçmaq üçün J.Fokonye öz əsərlərində dəfələrlə
vurğulayırdı ki, mental məkanlar gerçəkliyin, yaxud mümkün
dünyalardan hansınınsa inikası deyildir. Mental məkanlar bu və ya digər
şeylər haqqında danışdığımızın obrazını özündə təcəssüm etdirir, ancaq
bu zaman həmin şeylər haqqında hansısa informasiyanı ehtiva etmir.
Metaforalarda bu, xüsusi aydınlıqla özünü göstərir: bizim dərk et-
məyimizdən asılı olmayaraq gündəlik həyatda bizə belə demək (hətta
düşünmək) rahatdır:The sun rises, sets, moves across the sky – ‘Günəş
çıxır, batır, göy üzündə hərəkət edir’ və s. [3, s.152]. Burada atomun
bölünməzliyi (ən kiçik atoma qədər, qavrayışın atomizmi, atomistik
konsepsiya) haqqında dünyanın müasir elmi mənzərəsində ziddiyyətli,
amma gündəlik şüurda saxlanılan təsəvvürü də xatırlamaq yerinə düşər
[19, s.175].
Mental məkanların koqnitiv təbiətini C.Lakof xüsusi qeyd edir. O,
J.Fokonyenin konsepsiyasının mümkün dünyalar və situativ semantika
ilə zahiri oxşarlığının aspektlərini göstərərək qeyd edir ki, bu yanaşmalar
öz əsasına görə tamamilə fərqlidir. Mental məkanlar insan beynindən
kənarda ontoloji statusa malik olmadığına görə, prinsip etibarilə, birbaşa
dillə gerçəkliyi əlaqələndirən obyektivist məna nəzəriyyələrində
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
242
imkansızdır. Amma onlar empirik realizm prinsiplərinə əsaslanan
semantik nəzəriyyənin qurulmasında faydalı ola bilər [5, s.282].
Mental məkanlar nəzəriyyəsinin yüksək izahedici potensial bir sıra
tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Məsələn, İ.Svitserə [20] görə o,
təkcə referensiya problemlərinə deyil, habelə polisemiyanın təsvirinə
tətbiq edilməlidir. Bu zaman koqnitiv linqvistikada metaforik
köçürmələrin
əsaslı
surətdə
işlənib-hazırlanmış
mövzusu
məhdudlaşdırılmamalıdır. Məqalələr toplusu [21] J.Fokonyenin
konsepsiyasının mümkün tətbiqatı haqqında təsəvvürləri genişləndirdi.
Müəllifin özü referensiya və həqiqət məsələləri ilə bağlı mürəkkəb
fəlsəfi məsələləri həll etməyi məqsəd kimi qarşısına qoymamışdır. O öz
əsas xidmətini onda görür ki, ən müxtəlif dil materiallarının sayəsində
(presüppozisiya, irreal şərtli cümlələr, when bağlayıcılı budaq cümlələr
və s.) köhnə problemlərə yenidən baxmaq, keçmiş üsullardan imtina
edərək onları yeniləri ilə əvəzləmək ona müyəssər olmuşdur [3, s.152–
159].
J.Fokonyenin nəzəriyyəsini yüksək qiymətləndirən C.Dinsmor
onun əhəmiyyətini belə qiymətləndirirdi ki, “bu nəzəriyyədə koqnitiv
faktorların, biliyin təşkili prinsiplərinin, hər şeydən əvvəl, tez-tez dəqiq
olmayaraq təbii dilin “məntiqi” adlandırılan həmin sahənin semantik
interpretasiyasının prosedur strategiyalarının rolu təzahür edir” [22,
s.358]. O belə davam edirdi: “...demək olar ki, kvantor və modallıq kimi
daha aşağı səviyyəli strukturların semantik interpretasiyası üçün bu
faktorların mühümlüyünü təsdiq edən əsər yoxdur. Conson-Lerdin
mental məntiq doktrinası, dil, mühakimə və şüurun koqnitiv dərki
haqqında maraqlı məlumatları ehtiva edən kitabı [23] gözəçarpan istisna
təşkil edir. Buna müvafiq olaraq hazırkı problemlər, başlıca olaraq,
formal məntiqin semantik ideyaları əsasında dərketmə prosesinin özünü
nəzərə almadan tədqiq olunur, belə ki, dil təmiz formal sistem kimi
nəzərdən keçirilir. Conson-Lerdin əsəri kimi J.Fokonyenin əsəri də bu
ənənədən radikal şəkildə uzaqlaşır. Bu zaman qeyd etmək lazımdır ki,
J.Fokonye bu problemlərin daha sadə və inandırıcı izahını verir” [10,
s.175].
ABŞ-ın Prinston Universitetinin professor Conson Lerd “Mental
models and cognitive change” adlı məqaləsinə belə başlayır: “1970-ci
ildə Artur Fray böyük bir sənaye şirkətində mühəndis işləyirdi. Onun
həmkarı Spenser Silver yeni bir yapışqan ixtira etdi. Lakin faydasız
görünən bu yapışqan o qədər zəif idi ki, bir kağız parçasını digərinə güclə
yapışdıra bilərdi. Bir bazar günü Fray kilsədə xor oxuyanların arasında
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
243
idi. O, oxunan himnləri kiçik kağız parçalarından ibarət öz ilahi nəğmələr
toplusunda qeyd edirdi. Amma kağızların tökülməsindən narahat olan
Frayın moizə zamanı ağlına belə bir fikir gəlir: S.Silverin yapışqanını
kağız parçasının üzərinə qoymaqla mükəmməl bir kitab nişanı
düzəltmək. Həm də bu, yerində yapışdırılar və səhifəni korlamadan
soyula bilərdi. Bu minvalla Post-it (yapışqanlı qeyd kağızı) meydana
gəldi. Şeylər bir anda cənab Fraya eyni tərzdə göründü, amma bir göz
qırpımında onun ağlı tamamilə dəyişdi. Belə koqnitiv dəyişmələr
Koqnitiv Psixologiya jurnalının xüsusi buraxılışının mövzusu oldu.
Buraxılışın redaktorları mövzunu fərdi məqalə kimi verməyimi məndən
xahiş etdilər” [24, s.131].
Müəllif koqnitiv dəyişməni anlamağın yolunun təfəkkürün bəzi
aspektlərinin dərkindən keçdiyini söyləyir. Bəs ağıl belə ardıcıllıqları
necə törədir? Bu problem haqqında düşünməyin faydalı üsulu kompüter
proqramına müraciət etmək sayılır. Bütün hallarda insan ağlı
proqramların ehtiva etdiyi məlumatlara malikdir. Mental məlumatlar
müvəqqəti təfəkkür qavrayışından, həmçinin uzunmüddətli bilik və
inanclardan ibarət ola bilər. “Bu məlumatlar daha çox inrospektivdir.
Lakin ağlımızın bu məlumatlardan faydalanan “proqramları” vardır. Bu
proqramlar şüur üçün əlçatmazdır. Lakin onların köhnə düşüncələrdən
yenisini yaratmaq üçün mövcud olması şərtdir. Eyni zamanda,
məlumatlardan xəbərdar olmağımıza baxmayaraq, şüurumuzun onları
necə təqdim etməsini heç də həmişə bilmirik. Proses və təsəvvür
məsələləri psixoloji səciyyə daşıyır: koqnitiv psixologiyanın hədəfi
onların əlçatmazlığından çıxış edərək həmin proses və təsəvvürlərin
xüsusi xarakterini aşkarlamaqdan ibarətdir” [yenə orada].
Mental modellər nəzəriyyəsinin mənşəyini haqqında müxtəlif
fikirlər mövcuddur. Görkəmli amerikan məntiqçisi Çarlz Sanders Pirsin
mühakiməsinin sxematik təsvirlərində belə bir nəzəriyyənin işartıları
vardır. O yazırdı ki, “…bunlar gözümüz önündə hərəkətin canlı
təsvirlərini təqdim edir” [25, 4-cü cild, &8]. Faktiki olaraq, XIX əsrin
bəzi fizikləri, o cümlədən Kelvin, Bolsman və Maksvel mental modellər
ideyası haqqında qabaqcadan fikir söyləmişlər. C.Lerd XX əsrin
tanınmış psixoloq və fizioloqu Kennet Kreykə (26, 5-ci fəsil) istinadən
yazırdı: “Əgər orqanizm öz başında xarici gerçəkliyin və öz mümkün
hərəkətlərinin “kiçik modelini” daşıyırsa, o, müxtəlif alternativləri,
həmçinin onlardan ən yaxşısını sınaqdan keçirə, gələcək situasiyalar
haqqında qabaqcadan xəbər verə, hazırkı dövrlə gələcəyə münasibətdə
keçmiş hadisələrin təqdim etdiyi biliklərdən yararlana və üzləşdiyi
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
244
fövqəladə vəziyyətlərə hər cür üsulla tam, təhlükəsiz və müvafiq surətdə
reaksiya verə bilər” [24, s.132]. Qəribə olsa da, K.Kreyk mühakimə
yürütmənin mental modellərdən daha çox verbal qaydalardan asılı
olduğuna inanırdı.
Müasir mental modellər nəzəriyyəsi 1970-ci illərə gedib çıxır.
Müəyyən inkişaf yolu keçmiş həmin nəzəriyyə üç fundamental prinsipə
söykənir. Birincisi, hər bir mental model ehtimalların ümumi müxtəlif
məcmusunu təqdim edir. Ona görə də ‘‘It’s raining or else it’s snowing’’
kimi müddəanı nəzərə alaraq bu iki ehtimaldan hər birini təqdim etmək
üçün iki mental modelə malik olmağın zəruriliyini bilmək lazımdır. Qeyd
etmək lazımdır ki, hər ikisi doğru olmaya da bilər.İkincisi, mental
modellər ikonikdir, (işarələrlə bağlıdır), yəni onların strukturu mümkün
qədər onların təqdim etdiyi şeyin strukturuna uyğun gəlir. Deməli, ‘‘All
the artists are bakers’’ kimi müddəa fərdlərin iki dəsti arasındakı
münasibəti ifadə edir. Üçüncüsü, təsvirlər üzərində qurulmuş mental
modellər nəyin doğru və nəyin yalan olduğunu üzə çıxarır.Həqiqətin bu
prinsipi modellərin fəaliyyətdə olan yaddaşına yerləşdirilən yükü azaldır,
lakin bu, mühakimədə qabaqcadan məlum olan səhvlərə aparıb çıxarır.
İnsan düşünən zaman təsisləri nəzərə alaraq, doğru, yaxud, ən
azından, ehtimal olunan, yeni, qənaətcil, həm də məlumat ehtiva edən
nəticələrə gəlməyə çalışır.Nəticə etibarilə, təsislər arasında mövcud
olmayan xüsusiyyətlərin aşkara çıxarılması başlica hədəflərdən birinə
çevrilir [24, s.132; 27].Ehtimalın nəticəsinin gerçək olduğu hər bir halda
nəticə gerçəkdir. Bu zaman onun ilkin şərtləri düzgün olmalıdır:
mötəbərlik həqiqətin qoruyucusudur [28, s.1]. Model nəzəriyyəsinə
müvafiq olaraq, biz zərurilik, ehtimal, yaxud mümkünlük haqqında nəticə
çıxarırıq. Təsislərin bəzi modellərindən asılı olaraq nəticənin reallaşıb-
reallaşmaması maraq doğurur [29; 30]. Gündəlik həyatda ağlımızı
məşğul edən əsas şey dünyanın kinematik (kinematika- mexanikanın
hərəkəti törədən səbəbləri nəzərə almadan, yalnız hərəkətin özündən bəhs
edən şöbəsi) modelləşdirilməsidir və məhz bu modelləşdirmələr əsasında
müəyyən nəticələrə gəlinir, yaxud qərarlar çıxarılır. Qeyd edək ki,
simulator (modelləşdirən konstruksiya) iki komponentdən ibarətdir:
kinematik simulyator və sensor simulyator. Kinematik simulyator
informasiyanı kinematik modelə təsir edən dünyadan alır. Bu informasiya
məqsəddən asılı olaraq dəyişir. [31; 32, s.18-24]. Modelləşdirmədən
müxtəlif tapşırıqları yerinə yetirmək məqsədilə qeyri-formal alqoritmləri
yaratmaq üçün istifadə edilir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
245
Mental modellərin müasir nəzəriyyəsi intuisiyalarla düşüncəni bir-
birindən fərqləndirmişdir. Daniyel Raysberq bunu dual-proses akkauntu
adlandırırdı [33, s.656]. D.Kahnemana [34] görə koqnitiv nəzəriyyələrin
ən məşhuru olan model nəzəriyyəsi intuisiya ilə düşüncəni bir-birindən
fərqləndirir. Hər iki müəllifin fikri Conson Lerd və P.Vasonun fikirləri
ilə üst-üstə düşür. [35, s.5].
Sonralar bu ideya Conatan Evans [36, s.255-278], onun həmkarları
və “dual proses” nəzəriyyələrinin digər tələbələri tərəfindən müstəqil
surətdə inkişaf etdirilmişdir. Model nəzəriyyəsinə görə, intuisiyalar
funksional yaddaşa çata bilməyən sistemdə evristikaya (nəzəri tədqiqatın
məntiqi və metodik üsulları sistemi) əsaslanır və ona görə də rekursiv
prosesləri yerinə yetirə bilmir [37]. Buna görə də sistem eyni zamanda
yalnız bir modellə işləyə bilir. Müəyyən qərarların qəbul olunmasında
intuisiyaya həmçinin baza tezliyi kimi bəzi kənaraçıxmalar da təsir edir.
Əslində intuisiyaya mühüm yanaşmalar onu evristik prosesə
yaxınlaşdırır. Bu qəbildən olan evristikalar mental enerjini əhəmiyyətli
dərəcədə məhdudlaşdırır və şəxsə dəqiq qərar qəbul etməyə imkan verir.
İntuisiya analitik evristikaya əsaslanır [38, s.96]. Burada nadir hadisələrin
başvermə imkanları haqqında intuisiyalar mümkün hesablamalara tabe
olmur və gündəlik həyatda məna kəsb etməyən neqativ ehtimallara yol
açır. Əksinə, düşüncələr funksional yaddaşa yol tapır və ona görə də
rekursiv prosesləri yerinə yetirməyi bacarır, məsələn: alternative
modellərin axtarışı və intuitiv imkanlar üçün sayların təyinatı və s. Bir
sözlə, intuisiyalar və düşüncələr arasındakı fərq hesablama gücü ilə
ölçülür: intuisiyalar rekursiv olmadıqları halda, düşüncələr rekursiv ola
bilər [39].
O.İrisxanova qeyd edir ki, mental məkan diskursiv fəaliyyətin
gedişində real zaman rejimində qurulan və danışanın operativ yaddaşında
saxlanılan daima dəyişən koqnitiv konstruktları təqdim edir. Mental məkan
nəzəriyyəsində diskursda mənanın qurulması mental məkan konfiqurasiya-
larının yaradılması kimi nəzərdən keçirilir. Məsələn, ola bilsin ki, Romeo
Cülyettaya vurulmuşdur söyləmi iki mental məkanın olmasına rəvac verir:
“Romeo” və “Cülyetta”nın iştirakı ilə təməl mental məkan və Romeonun
Cülyettaya vurulduğu hipotetik mental məkan.
Mental məkanlar arasında diskursun yaradılması, yaxud interpretasi-
yası üçün çoxsaylı əlaqələr – müvəqqəti, məkani, hipotetik, identifikasyon,
kontrfaktual, səbəb-nəticə və s. – qurulur. Mental məkanları elastik
konfiqurasiyalarda birləşdirən hazırkı əlaqələr onlara istənilən anda
zəruri dəyişikliklər əmələ gətirmək imkanını verərək bütün mental
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
246
məkanlara (the Access Principle) sərbəst daxil olmanı təmin edir. Mental
məkanlar ənənəvi koqnitiv modellərlə (freymlərləı, ssenarilərlə) bir çox
cəhətdən oxşardır: həm onlar, həm də bunlar real, yaxud uydurulmuş
dünyanın müxtəlif sahələri ilə əlaqədardır. Mental məkanlar diskursda
obyektlərin konkret rolları (roles) və xüsusiyyətləri (values) ilə
tamamlanan freymlər (məsələn, [məhəbbət]) vasitəsilə strukturlaşır.
Məsələn, The president of the United States has blue eyes cümləsində
“president of the US” “blue eyes” xüsusiyyəti ilə konkretləşir. Digər
koqnitiv strukturlar kimi, mental məkanların da fon biliklərinə əsaslanmas-
ına baxmayaraq, onlar şüurumuza hazır strukturlar şəklində qoyulmamışdır,
əksinə, diskursun yaranması prosesində onlar yenidən meydana gəlir.
Dil mental məkanların yaradılmasının müxtəlif vasitələri ilə (space-
triggers) mövcud olur: yer və zaman zərfliyi, feilin qrammatik formaları,
giriş sözləri, şərt ədatları, sual konstruksiyaları və s. Onlar mental məkanlar
konfiqurasiyasında istiqamət götürməyə, digər məkanlara təşəbbüs edən
baza məkanını müəyyənləşdirməyə, hazırkı vaxtda qurulan, yaxud yenidən
qurulan fokus mıkanını aşkarlamağa kömək edir. Mental məkanlar arasında,
eyni zamanda, bir neçə istiqamət üzrə əlaqələr qurula bilər. Bu, bir tərəfdən,
diskursda referensiyanın varisliyini təmin edir, digər tərəfdən, informasiyanı
əlverişli surətdə elə parçalamağa imkan verir ki, eyni element müxtəlif
koqnitiv domenlərlə assosiasiya olunur. Mental məkanların birləşməsi
nəticəsində “hibrid”, yaxud inteqrasiya olunmuş məkanlar (blendlər)
meydana gəlir. Onlar bəzi başlanğıc məkanlardan rol və xüsusiyyətləri əxz
edərək xüsusi struktur və yeni xüsusiyyətlər qazanır [40].
Məlumdur ki, koqnitiv linqvistika dilin əmələ gəlməsini və dillə
bağlı əsas mental əməliyyatların qarşılıqlı əlaqəsini öyrənir.
Blend konsept xəritələri, freym və təsviri-sxematik struktur kimi
əsas mental əməliyyatlarla qarşılıqlı əlaqədə olan təməl mental
əməliyyatdır. O, dil və kommunikasiyada nüfuzedici rola malikdir Mark
Törnerə görə, blend nəzəriyyəsi aşağıdakı terminlərdən istifadə edir [41,
s.1-16]:
Mental freym. Freym cəmiyyət üçün stereotip olan kiçik bir
ideyalar paketidir. Bu termin, əsasən, Ç.Filmorun adı ilə bağlıdır və onun
bu barədə geniş tədqiqatları mövcuddur [42, s.11-137]. Sözlərlə ifadə
olunmuş freym hissələri çox vaxt aktivləşdirilir. Hər hansı bir birja
Dostları ilə paylaş: |