əsas predmetlərindən olan mətn kateqoriyaları dünya dilçiliyində
müəyyən dərəcədə tədqiq olunmuş və mühüm nəticələr əldə edilmişdir.
Mətn kateqoriyalarının araşdırılması mətn sintaksisinin vacib və aktual
istiqamətidir və mətnin mürəkkəb parametrlərinin qurulmasına şərait
yaradır. Ümumiyyətlə, mətn sintaksisinin hələ tam öyrənilib, tədqiq
olunmamış, araşdırılmasına ehtiyac duyulan elə aspektləri var ki,
kateqoriyalar da bunlardandır. Kateqoriyaların araşdırılması o qədər
mürəkkəb bir məsələdir ki, bunun üçün mətnin ayrı-ayrı elementləri,
onların daxili əlamətlərindən mətnin bütövlükdə öyrənilməsinə qədər bir
proses nəzərdən keçirilməlidir. Prospeksiya, predikasiya, retrospeksiya,
presuppozisiya və digər mətn kateqoriyaları mətn sintaksisi sahəsindəki
tədqiqata cəlb olunmuş, bu haqda Azərbaycan dilçiliyində müəyyən
fikirlər söylənilmiş, onların mətnin formalaşmasındakı rolu
araşdırılmışdır. Mətn kateqoriyalarından biri olan partiturluq haqqında isə
Azərbaycan dilçiliyində söhbət açılmamışdır.
Mətnin kateqoriyalarının funksionallaşması yalnız qarşılıqlı əlaqədə
mümkün olur. Başqa sözlə, mətnin kateqoriyalarının qarşılıqlı əlaqəsinə
onların funksionallığının prinsipi kimi baxmaq lazımdır (3, s. 135).
Mətnin ilk baxışdan müşahidə olunmayan, yalnız əsaslı təhlil
nəticəsində ortaya çıxarılan dərin laylarının öyrənilməsi bir sıra məqamların,
eləcə də partiturluq kateqoriyasının nəzərdən keçirilməsini zəruri edir.
Partiturluq – bədii mətndə müxtəlif dil səviyyələrinə məxsus vahidlərin
tamlığını, vəhdətini təmin edən əsas rolunu oynayan struktur-semantik
kateqoriyadır. Partiturluq mətndə temporallıq, lokallıq, modallıq kimi
kateqoriyalarla qarşılıqlı əlaqədə olmaqla onların da ifadə və
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
222
funksionallıq baxımdan daha əlverişli üsullarla əks olunmasına şərait
yaradır.
“Partiturluq” termini dilçiliyə musiqişünaslıqdan gətirilmişdir.
Musiqişünaslıqda çoxsəsli musiqi əsərinin bütün partiyalarının cəmini
ifadə edən bu termini dilçilikdə ilk dəfə işlədən V.Admoni qeyd edir ki,
“nitq zənciri ... bir-birinin üzərində qurulan qatların mürəkkəb, kompleks
təşkil edən qurumdur” (, s.21). Müəllif sadə cümlənin partitur quruluşu
dedikdə cümlənin qurulması prosesində onda eyni zamanda müxtəlif
mənaların yerləşməsini nəzərdə tutur: “Nitq axınında mənaların bir
akkordda cəmlənməsi, çoxölçülülükdən vahidliyə keçid qrammatik
mənanın leksik mənanın üzərinə “laylanması” nəticəsində baş verir” (4,
s. 21-22). Qrammatik mənanın bu çoxlaylı sistemini V.Admoni nitq
zəncirinin partitur quruluşu adlandırır.
Mətnin dərin strukturu partiturluq kateqoriyasının “tor”unun digər
mətn kateqoriyalarının “tor”unu özündə birləşdirdiyi müxtəlif səviyyəli
vahidlərin mürəkkəb qurumunu əks etdirir. Son dövrlərə qədər
qrammatik mənanın öyrənilməsi ilə bağlı bir neçə istiqaməti
fərqləndirmək mümkündür: semantik, praqmatik, sinonimlik baxımdan
yanaşma və qrammatik vahidlərin bir-biri ilə uyğunluğu baxımından…
Sonuncu yanaşmanın xüsusilə əhəmiyyətli olmasından bəhs edən V.
Admoni konkret nitq zəncirində hətta bu yanaşmanın belə birtərəfli
olması və qrammatik məna və əlaqələri tam əks etdirməməsi
qənaətindədir (5, s. 4). Qarşılıqlı əlaqədə olaraq müəyyən birlik yaradan
qrammatik mənaların eyni – düz xətt üzrə yerləşdiyini, ifadə olunan
məzmun baxımından nitq zəncirinin vahidi kimi çıxış edərək cümlədə
paralel şəkildə yerləşib bir-birinə “sarıldığını” və çoxmənalılığın
ifadəsinə şərait yaratdığını yazan müəllif qeyd edir ki, “nitq zəncirində
vahid “akkordda” çıxış edən bu müxtəlif mənaların cəmi, onların
“interferensiyası”, çoxmənalılığın bəlli birliyə - vahidliyə çatdırılması,
məlum olduğu kimi, qrammatik mənanın nitq prosesi iştirakçılarının
diqqətinin birbaşa yönəldiyi və əsas təşkil edən leksik mənanın üzərinə
yerləşməsi yolu ilə mümkün olur” (5, s. 5). Bu zaman hətta ünsiyyət aktı
üçün aktuallıq kəsb edən mənanın əsas mənaya əlavə olunması və ya
fərqləndirilməsi belə mümkündür (5, s. 5). “Cümlənin quruluşunda
qrammatik mənaların lay-lay yerləşməsi ilə bağlı konkret təsəvvür əldə
etmək üçün biz musiqi partiturunu xatırladan bir qədər qeyri-adi sxem
təqdim edirik. Bu bənzərliyi nəzərə alaraq biz sxemi nitq zəncirinin
qurulmasının partitur sxemi adlandıracağıq” (5, s. 6). Müəllif bu sxemdə
üslubi məqamların və leksik mənanın səciyyəvi cəhətlərinin tam
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
223
açılmasının nəzərə alınmadığını, nitq zəncirində əks olunmadığını, buna
baxmayaraq, bir-birinə paralel şəkildə yerləşən xətləri - cümlənin ritmik-
intonasiya quruluşu, fonem-morfem strukturu, leksik mənaların
ardıcıllığı, on dörd müxtəlif qrammatik mənanın sırasını göstərdiyini
qeyd edir (5, s. 6). “Sxemin başlıca məqsədi nitq zəncirində qrammatik
mənaların sistemini göstərmək, onların bir-biri ilə münasibət formalarını
müəyyən etməkdir” (5, s. 6). Bütün mürəkkəbliyi nəzərə alınmaqla,
qrammatik mənanın “akkordu”nun – aktual və qeyri-aktual, potensial və
latent, daimi və müvəqqəti məzmuna malik olmasından asılı olmayaraq,
heç şübhəsiz, linqvistik səciyyə daşıdığını və tədqiqinin xüsusi
əhəmiyyətə malik olduğunu yazan müəllif hər bir dil üçün fərqli
xüsusiyyətlərə malik olan qrammatik mənaların akkordunun – nitq
zəncirinin partiturluğunun nitq axınının anatomik kəsiyini əks etdirdiyini
qeyd edir (5, s. 13).
“Musiqi əsərinin bütün səslərinin yazılması sistemi ansamblın,
opkestrin, yaxud xorun fəaliyyətini yerinə yetirmək üçün nəzərdə tutulur.
Partiturluq yazısının prinsipi, onun vertikal yerləşməsi onların eyni
zamanda səslənməsində bütün səslərin hərəkət istiqamətinin asan
əhatələnməsi imkanı verir” (6, s. 133–134).
Partiturluq - mətnin müxtəlif dil səviyyələrinə məxsus vahidləri
birləşdirmək xüsusiyyətinə əsaslanan və çoxsəslilik effekti yaradan
struktur-semantik kateqoriyasıdır. Bədii mətndə çoxsəslilik bir neçə
personajın (surətin) eyni zamanda danışması şəklində təzahür edir. Bədii
mətndə bu “səs” tələffüz olunan sözlərə və ya personajın gizli, dilə
gətirilməyən fikir və hisslərini ifadə edən daxili nitqinə uyğun gələ bilər.
Polifonik bədii mətndə personajın partiyası (nitqi) müəllif nitqinin “içərisinə
daxil olur”.
Partiturluq prinsipini sadə cümlədən mətn səviyyəsinədək genişlən-
dirərək İ. Qalperin partiturluğu mətnin xətti və şaquli “kəsiyi” ilə əlaqə-
ləndirir. İ. Qalperinin “Mətnin qrammatik kateqoriyaları” adlı məqaləsində
ilk dəfə olaraq partiturluğu mətn kateqoriyaları sırasında mətndə faktual-
məzmun və konseptual məzmun olmaqla iki növ informasiyanı əhatə edən
və müvafiq olaraq mətnin üfiqi və şaquli kəsiyini təşkil edən struktur
kateqoriya kimi verilmişdir (7, s. 524-530). Bu yanaşmaya görə, partiturluq
kateqoriyası informativlik kateqoriyası ilə sıx şəkildə əlaqəlidir.
Bu baxımdan yanaşdıqda “konsept” anlayışı ilə mətnin bütövlüyünü
şərtləndirən partiturluq arasında da əlaqənin olduğunu görmək mümkündür.
“Konsept”in mənası “təsəvvür” deməkdir. Ayrı-ayrı mövzular konsept təşkil
edir. Məs.: vətən, sevgi, təbiət, ailə və s. konseptləri. Bu və ya digər
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
224
mövzular mətnlər vasitəsilə (istər nəzm, nəsr, istərsə də dram) reallaşır.
Bizcə, məzmun baxımından belə mətnlər məntiqi-semantik cəhətdən
bütöv olmasa, həmin konsept aydın dərk edilə bilməz. Konseptin
dərkində - çatdırılmasında, eləcə də partiturluğun qurulmasında mətn
formasının fərqli nitq formalarında təqdim olunması ilə bağlı maraqlı
məqamlar özünü göstərir. Dialoqa məntiqi-semantik aspektdən nəzər
yetirsək və məntiqi- semantik aspektdə mətnin formadan məzmuna və
məzmundan formaya inkişafı prinsipinə əsaslandığını nəzərə alsaq,
(8,9,10) bu əsaslar daxilində mətnin sual sahəsi və mətnin cavab
sahəsinin gerçəkləşdiyini diqqət mərkəzində saxlamalıyıq. Hər bir dialoq
vahidinin komponetləri məntiqi-semantik cəhətdən bir-biri ilə bağlanır –
kogerentlik və kogeziya münasibətləri formalaşır.
Dialoq mətnləri dərəcə baxımından kompressiyaya (sıxılmaya) da
məruz qalır (11,12).
Dialoq mətnlərində mühüm struktur-semantik, məntiqi-semantik və
funksional vasitələr olur və dialoq həmin qəbildən olan mətnlərin bir sıra
vasitələrlə əlaqəsini gerçəkləşdirir. Bu əlaqələrdən intonasiya, sintaktik
əlaqənin struktur vasitələri, mürəkkəb cümlələr və yuxarı fraza vahidləri,
sintaktik vahidlərin sırası, əvvəlinci mətnin sonrakılara təsiri,
qrammatikləşmənin meydana gəlməsi (ellipsis və yarımçıqlıq),
determinativ elementlərin, kommunikativ-praqmatik mənaların və dialoq
strukturunda sintaktik vasitə kimi paralelizmin rolunu göstərmək olar.
Dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional
vəziyyətlərini qiymətləndirirlər.
Psixoloji durumla əlaqədar nitqdə öz
əksini tapmayan sözün və ya ifadənin semantik yükünü isə kontekst
daşıyır.
Dil insan psixikası ilə sıx bağlı olduğundan nitqdə təzahür edən hər
bir hadisənin az və ya çox dərəcədə psixoloji baxımdan izahı olmalıdır.
Bu baxımdan da nitq aktına psixolinqvistik dəyər vermənin də xüsusi
önəmi vardır
.
Psixolinqvistik baxımdan yanaşmada müxtəlif istiqamətlər mövcud
olsa da, N. Xomskinin baxışları xüsusilə fərqlənir. Alim “Dil və təfəkkür
” əsərində qeyd edir ki, universal qrammatika səviyyəsində dilçi insan
təfəkkürünün bəzi ümumi xüsusiyyətlərini meydana çıxarmağa çalışır –
bu halda linqvistika təfəkkürün bu aspektlərini öyrənən psixologiyanın
bölməsindən başqa bir şey deyil (13, s. 24).
Başqa bir müəllif isə semantikanın psixologiya ilə əlaqəli
öyrənilməsini vacib hesab etmişdir: “Semantik əlaqələrin xüsusiyyəti və
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
225
növləri dilçilik və psixologiyanın perspektivləri ilə müəyyənləşir” (14,
s.157).
Etnomədəni əlamətlər xalqın mədəniyyətini ifadə edən təfəkkürün,
intellektin yaradıcılığıdır və dünya qavramını milli komponent üzərində
cəmləşdirir. Şüur-dil-mədəniyyət üçlüyünün əlaqəliliyi etnomədəniyyətin
əsas göstəricisi hesab olunur və dildə ifadəsini tapır. Xalqın həyat tərzi,
məişəti, adətləri, milli psixologiyası haqqında təsəvvürlərin formalaşması
və mövcud biliklərin doğma mədəniyyət haqqında biliklərlə müqayisə
edilməsi onun əsas problemlərindən hesab olunur. Etnomədəni
xüsusiyyətlər həmin dilin daşıyıcılarının şüurunda yer almış etik, mədəni
elementlərlə aşkara çıxarılır, mərasimlərdə, ənənələrdə, stereotiplərdə,
inanclarda, nitq davranışında ön plana çəkilir.
İnsanların psixikası cəmiyyətin psixi dünyasını formalaşdırır.
Müşahidələr göstərir ki, nitqdə bu və ya digər bir komponentin
buraxılması, yaxud təkraralrın işlənməsi danışanın və ya müəllifin
psixoloji vəziyyəti ilə əlaqədardır. Bu cümlələrin modallıq və
intonasiyaya görə hər bir növü özünəməxsus intonasiya ilə fərqlənərək,
danışanın emosional və iradi vəziyyəti zamanı formalaşır, insanın hiss və
duyğularının canlı ifadəsi kimi çıxış edir və nitqin emosionallığına,
dinamikliyinə, ekspressivliyinə xidmət edir.
Xalqın psixoloji xüsusiyyətləri onların əxlaqı adət-ənənələrində,
inam və əqidələrində, rəftar və davranışlarında, başqalarına və özünə
münasibətdə təzahür edir. İnsanlar öz xalqlarına məxsus etnomədəni
xüsusiyyətləri mənimsəyir, onların daşıyıcısı olur və bütün bu əlamətlər
özünü nitq aktında göstərir. Həmin nitq aktını təşkil edən komponenetlər
mətnin tam bütöv kimi formalaşmasına səbəb olur. Dil və təfəkkürün
əlaqəsi nitqdə təzahür edir və nitqə təsir edən psixoloji determinantlar və
şəxsi keyfiyyətlər psixolinqistikanın sahəsi hesab olunur.
Bütün bu vasitələr partiturluğun meydana çıxmasında əvəzsiz rol
oynayır. Konkret bədii mətndə partiturluq bədii obrazların və müəllif
nitqinin – ümumiyyətlə əsərdə verilən nitq parçalarının arasındakı
məntiqi-semantik əlaqə göstəricilərinin toplusu kimi başa düşülə bilər.
Lakin burada maraq doğuran digər məqam etnomədəni və psixoloji
amillərin təsiri ilə müxtəlif məqamlarda partiturluğu şərtləndirən əlaqə
tiplərinin dərinləşməsidir. Belə ki, hətta bədii obrazların qarşılıqlı
münasibətindən asılı olaraq, müxtəlif “partiya”ları bir-birinə bağlayan
vasitələrin çəkisi fərqli ola bilər. Bu məqamları praktiki cəhətdən
araşdırmaq üçün Kamal Abdullanın “Tarixsiz gündəlik” adlı əsərini daha
müvafiq olduğunu düşünürük.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
226
Əsərin əsas qəhrəmanı olan Nazim eyni zamanda müəllif kimi çıxış
edir. Müəllif və personaj kimi təqdim olunan orta məktəb şagirdi
Nazimin əsər boyu həm sinif yoldaşları, həm sevdiyi qız, həm də
müəllimləri ilə dialoqları verilir. Bu dialoqlara diqqət yetirdikdə
personajların nitqində milli dəyərlər, etnomədəni amillər və psixoloji
halların tamamilə fərqli quruluşda təsvir olunmasını görə bilərik, məhz
əsərin belə struktur quruluşlu verilməsi onun partiturluq kateqoriyası
əsasında təhlilini daha maraqlı edir. Nitq prosesi təkcə bioloji deyil, eyni
zamanda psixoloji faktor olub insanı xarakterizə edir. Yəni daha sadə
desək, əgər ünsiyyətdə olduğumuz insanın nitqinə, tez-tez işlətdiyi
ifadələrə fikir versək, o zaman həmin insanın xarakteri, onun düşüncəsi
haqqında düzgün nəticələr çıxara bilərik.
Fərqli struktur quruluşa malik əsər demək olar ki, dialoqlar
üzərində qurulmuşdur. Müəllif və əsas qəhrəman olan Nazim sevdiyi qız
Firəngizlə dialoqunda onların hal və davranışlarındakı psixoloji
vəziyyətləri dil elementlərində özünəməxsusluğu ilə seçilir. Belə ki,
əsərin əvvəlində onların telefon danışığı zamanı dil vahidlərindən istifadə
etmədən ünsiyyət qurması və bu sükutda bir-birini başa düşməsi daxili
nitq formasında təzahür olunmuşdur. Ürək döyüntüləri, həyəcanla dolu
olan bu telefon zənglərində əslində sükutda onlar sanki gündəlik
hadisələri bir-birilə müzakirə edir, paylaşırdılar və bunu “lal söhbət”
adlandırırdılar.
− “Salam”.
− “Necəsən?”
− “Belə də.”
− “Sabahkı cəbri öyrənə bildin?”
− “Öyrəndim, anam kömək elədi.”
− “Bəs sən?”
− “Mən yox... Sabah yenə Şərqiyyə “iki”ni yapışdıracaq.”
− ......
− “Gecən xeyirə!”
− “Alo...”
− “.....” (s. 44-45).
Və yaxud
Telefonda yenə sükut vardı:
− “Təbrik edirəm”.
− “Sağ ol”.
− “Çox gözəl şeir idi, gözəl də oxudun. Təzə yazmısan?”
− “Ən gözəl şeirim deyil, ən gözəl şeirimi sənə yazmışam”.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
227
− “Yalan!”
− “Vallah düz sözümdü”.
− “Sən məni aldadırsan...” (s.54).
Artıq əsərin bir hissəsindən sonra bu təlaşlı nigarançılığın sonu
gəlir və sükut səsli söhbətlərə keçir, qısa və lakonik danışıq öz yerini alır,
daxili nitq vasitəsilə verilən fikirlər səsli dillə əvəzlənir.
− Salam. Mənəm.
− Tanıdım. Necəsən?
− Sən həmişə belə qəmli yazırsan?
− Bilmirəm.
− Bu, birinci şeir idi. O biriləri də oxumaq istəyirəm.
− Yaxşı.
− Gecən xeyrə qalsın.
− Xeyrə qarşı (s. 59-60).
Arzunun isə sevdiyi oğlan Aslanla dialoqunda “sən getmə” dediyi
zaman onun sakitcə dönüb sinfə qayıtması əsl Azərbaycan mentalitetinə
uyğun gəlir. Müəllif bu kiçik detallarla xalqımızın adət-ənənələrini
göstərməyə çalışmışdır.
...Aslan ona əmrvari şəkildə dedi: “Sən getmə. Qal dərsdə.” O da
getmədi qaldı (s. 76).
Yazıçı Nazimin müəllimləri ilə dialoqunda onun xalqımızın milli
dəyər və adət-ənənələrinə sadiq qalaraq etnomədəni xüsusiyyətləri
daşıdığını müəllim – şagird ünsiyyətinin ən gözəl nümunəsi kimi
vermişdir. Bu ünsiyyətdə verilən hər sual və onun cavablandırılması
bədii əsərin hissələrinin həm məna, həm də məntiqi cəhətdən
əlaqələnməsi və ayrı-ayrı partiyaların bütövləşməsinə gətirib çıxarır.
− Otur, otur. – Nabat müəllimə əli ilə mənə işarə etdi ki, ayağa
qalxmaya bilərəm (s.16).
− Sən, Aslan, qalx ayağa görüm. Qalx, qalx, xəncərinin qaşı
düşməz (s.18).
Eyni müəllimin eyni vaxtda fərqli şagirdlərə fərqli yaşaması
müəllimin onlara şəxsi keyfiyyətlərinə görə deyil, təhsilə münasibətlərinə
görə olması ilə əlaqələndirilmişdir. Nabat müəllimənin Nazim yaxşı
oxuduğu üçün onun cavab verərkən ayağa durmamasını bildirsə də, digər
zəif oxuyan tələbənin (Aslanın) isə ayağa qalxmasını tələb etməsi onun
şagirdlərə individual yanaşmasıdır.
Bu fərdi yanaşma Nabat müəllimənin və digər müəllimlərin Nazimə
göstərdikləri xüsusi hörmət və qayğısını digər zəif oxuyan şagirdlərə
göstərməməsi psixoloji məqamlarla bağlıdır.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
228
− Sabah valideynlərsiz məktəbə gəlmirsiz! Valideynləriniz mənim
yanıma gəlsinlər! − Nabat müəllimə “mənim” sözünü xüsusi vurğuladı...
− Yaxın gəl. ay Nazim, bax, bir də səni belə hərəkət eləyən
görməyim. Sən bu tüfeylilərə niyə qoşulmusan?! Mən bilirəm, bunlar
səni... (söz tapa bilmədi). Belə elə. Sən evdəkiləri narahat eləmə. Onlara
bir söz demə (s. 33).
Müəllif Nazimin müəllimləri ilə münasibətini o qədər səmimi və
doğma təsvir etmişdir ki, o, müəllimindən sinif yoldaşının qiymətinin
yazılmasını xahiş edir, Zərbəli müəllimlə dialoqda onun Nazimə olan
inamı və etibarı ən üst səviyyədə özünü göstərir.
− Mən Aslanı hamiliyə götürmək istəyirəm. Oxumağa böyük
həvəsi var. Siz icazə versəniz əgər...
− Deyirsən pəncərəyə ümid var? Nolar Mirzə Nazim, sən məşğul ol....
mən nəzərə alaram (s. 56).
Şərq psixologiyasına, eyni zamanda azərbaycanlılara xas
xüsusiyyətlərdən biri də özündən böyüklərə, müəllimlərə hörmətlə
yanaşmaq,onlara cavab qaytarmamaq hesab olunur. Əsərdə xalqımızın bu
önəmli mental dəyərinə şagirdlərin necə sadiq qaldıqlarının şahidi oluruq.
Sadiq müəllim və Natiqin dialoqu zamanı görünür ki, şagird müəlliminə
cavab qaytarmır, onun üzünə qayıtmır, ancaq o getdikdən sonra ehtirazını
bildirir.
− Sən heç başa düşürsən ki, sənin hərəkətin nə hərəkətdi? Sən
hamımızı, bütün məktəbimizi biabır edirsən? Nəticə çıxardırsan özün özün
üçün?
Natiq yazı taxtasının yanında durmuşdu, başı aşağı, rəngi taxtanın
rəngindən fərqlənmirdi. Cınqırı da çıxmırdı (s. 80).
Şagirdlərin bir-birinin sözünü kəsməsi və dinləməməsi onların arasın-
dakı bərabərlikdən xəbər verir. Onlar adət-ənənələrə və milli dəyərlərimizə
sahib olduqları üçün bu psixoloji hal və davranış qaydalarına müəllimlərlə
münasibətlərində rast gəlinmir.
− Sən də gedirsən? – Mənə elə gəldi, Aslan bunu şübhə ilə, həvəzsiz
soruşdu.
− Mən də gedirəm, − deyə tərs-tərs cavab verdim (s. 28-29).
Nazimin yaxşı oxuması və müəllimlərin ona daha hörmətlə
yanaşması sinif yoldaşları yanında onun özünə əminlik hissini artırır.
− Darıxma, bu məsləni mən həll edərəm. – Mən birdən Aslana
dedim.
− Doğrudan? – Aslan inanmaq istəmədi. Necə? (s. 39-40).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
229
Natiq sinif yoldaşlarının (qızların və oğlanların) yanında rahat
şəkildə siqaret axtarır və ondan istifadə edir. Bu isə onların arasında
bərabərliyin olması və özlərini daha rahat hiss etmələrinin göstəricisidir
(müəllimlələ münasibətlərdəkinin tam əksi).
Natiq Sabir heykəlindən bir qədər aşağıda və sağda, qala
divarlarının hansısa daşının altında, ya da yanında bir oyuqda həmişə
gizlətdiyi qəşəng, xarici siqarət paçkalarından yana niyarandı (s. 36).
Şagirdlərin bir-birinin yanında rahat davranması və bir-birinə
sərbəst münasibəti ilə yanaşı, onlardan birinin digərinə dəstək verməsini
də əsərin müəyyən parçalarında görə bilirik. Fərqli psixoloji
vəziyyətlərdə olan personajların dialoqunu təşkil edən mətn
komponentlərinin əlaqələnməsi və makromətnin partiyalarının məhz bu
əlamətlər əsasında bütövləşməsinə səbəb olur.
– Oğlum, ürəyinə salma.
− Olub, olub. Gördün, heç demədi ki, valideynin gəlsin. Sevin. –
İki gündən sonra yaddan çıxacaq. Natiq-Qənirə (s. 82).
Daxili nitqin vasitəsi ilə sensor məlumatların işlənməsi, onların
müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün davranış
və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bütün
bunlar daxili nitqi insanın əqli fəaliyyəti və şüurunun olduqca mühüm və
universal mexanizminə çevirir. Daha dar, psixolinqvistik mənada daxili
nitq ifadələrinin yaranmasının başlanğıcı, onun şifahi və yazılı nitqdə
reallaşdırılmasının “daxili proqramlaşdırılmasından” ibarətdir (15).
... Nə zamansa son dəfə, hansısa dostumdan hansısa sualıma son
dəfə bir cavab gözləyəcəm. So dəfə bir səhər açacağam. Hansısa gecəm
son gecə olacaq. Ürəyimin son dəfə vurduğu an... Son siqaretin son
qullabı... Son dəfələr muncuq kimi yığılacaq ömrümün müxtəlif
zamanlarından bir yerə. Yalnız sən “son dəfə” ilə məhdudlaşmırsan
(s.76).
Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın, başqa sözlə
Dostları ilə paylaş: |