Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

proqramı üzrə kompüter leksikoqrafiyası kursları keçirilməlidir. Kompüter 
dilçiliyi məsələləri bir çox türk xalqlarının dilçiliyində də önəmli yer tutur. 
Belə  ki,  Qazaxıstan,  Tatarıstan,  Türkiyə  və  Azərbaycanda  kompüter 
dilçiliyində aparılan tədqiqatların qısa şərhini verək. 
1.  Qazaxıstanda  kompüter  dilçiliyinin  əsasını  qoyan  K.B.Bektayev 
olmuşdur.  Məhz,  2000-ci  illərin  əvvəllərindən  başlayaraq  qazax  dilinin 
kompüter  vasitəsilə  avtomatik  emalı  araşdırılmışdır.  Artıq  dilin  bütün 
səviyyələri (fonoloji, morfoloji, sintaktik) tədqiqata cəlb olunmuş, eləcə də 
bu  səpgidə  qazax  alimlərinin:  A.A.Şaripbayevin,  Q.T.Bekmanovanın, 
B.J.Erqeşin,  A.K.Qarabalayevanın  əsərləri  elm  aləminə  təqdim  edilmiş, 
bundan  başqa  semantik  şəbəkələrə  əsaslanan  intellektual  morfoloji 
analizator  hazırlanmışdır  (2012).  Son  illərdə  böyük  təcrübi  əhəmiyyət 
kəsb  edən  qazax  dilinin  bazası  əsasında  təbii  dillərin  mənbələrinin 
redaktəsi,  bir  sözlə  Spell  Check  sistemi  hazırlanmış,  qazax  dilinin 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
289 
 
elektron  lüğəti  tərtib  olunmuşdur.  Bundan  əlavə,  nitqin  tanınması  və 
sintezi üzərində xeyli işlər görülmüşdür. K.T.Kayupovanın rəhbərliyi ilə 
SOYLEM elektron tərcümə sistemi (rus-qazax) yaradılmışdır. Məhz, bu 
sistem  vasitəsilə  mətnləri,  qrammatik  və  morfoloji  qaydalara  riayət 
olunmaqla rus dilindən qazax dilinə çevirmək mümkündür [40]. 
2.  Tatarıstanda  Tatarıstan  Elmlər  Akademiyası  və  Kazan  Dövlət 
Universitetinin  birgə  əməkdaşlığı  ilə  fizika-riyaziyyat,  texniki  elmləri 
doktoru R.Q.Buxaraevanın rəhbərliyi ilə 1993-cü ildə “Süni intellekt prob-
lemləri” adlı elmi tədqiqat laboratoriyası yaradılmışdır (laboratoriyanın mü-
diri  texniki  elmlər  doktoru  D.Ş.Süleymanovdur).  Laboratoriyanın  yaradıl-
masında  əsas  məqsəd  Tatarıstan  Elmlər  Akademiyasının  elmi  tətbiqi 
proqramı  çərçivəsində  kompüter  dilçiliyi  sahəsində  fundamental  tədqiqat 
işlərinin  və  tətbiqi  məsələlərin,  tatar  dilinin  dövlət  dili  kimi  fəaliyyətinin, 
kompüter təminatının aparılmasıdır. 
3.  Başqırdıstanda  2011-ci  ildə  kompüter  dilçiliyi  laboratoriyası 
yaradılmışdır.  Laboratoriyada  mətnlərin  avtomatik  emalı,  elmi  nəşrlərin 
elektron korpuslarının hazırlanması kimi məsələlər tədqiq olunur. 2014-cü 
ildə poetik korpus yaradılmışdır. Bu korpusa XX–XXI əsrin nəzm əsərləri 
daxil  edilmiş  və  1.7  milyon  sözdən  ibarət  olub  101  şairin  17  min  şeirini 
əhatə edir. Dünyada linqvistik təminatına görə rus dili poetik korpusundan 
sonra  ikinci  yeri  tutur.  Bundan  başqa  2012-ci  ildə  başqırd  dilinin  maşın 
fondu yaradılmışdır. 
Son  illərdə  Türkiyənin  Bilkənd  Universitetində  Kamal  Oflazerin 
rəhbərliyi  ilə  türk  dili  cümlələrinin  morfoloji  təhlili  üzrə  tədqiqat  işləri 
aparılır. Eyni zamanda tatar və türk alimlərinin birgə əməkdaşlığı ilə türk və 
tatar  dillərinin  morfoloji  analizatorları  hazırlanmış  və  bu  analizatorların 
köməyi ilə təbii dillərin söz formalarının tanınması üçün fonoloji, morfoloji 
linqvistik təhlili və təsviri verilmişdir. 
4.  Azərbaycanda  kompüter  dilçiliyinə  gəlincə  isə,  Azərbaycan 
dilçiliyində  riyazi  metodlardan  istifadə  edilməsi  XX  əsrin  60-cı  illərində 
M.S.Qarayevanın  “Riyazi  dilçilik  tədrisdə”  adlı  kitabının  nəşri  ilə 
başlanmışdı.  M.S.Qarayeva  tərəfindən  təməli  qoyulmuş  riyazi  dilçiliyin 
sonralar  artıq  bütün  qolları  üzrə  (maşın  tərcüməsi,  Azərbaycan  dilinin 
formal modellərinin hazırlanması, statistik metodla  dilin  tədqiqi)  tədqiqat 
işləri  aparılmağa  başlanılmışdı.  Yeri  gəlmişkən  burada  xüsusi  qeyd 
etməliyik  ki,  türkologiyada,  eləcə  də  riyazi  dilçiliyin  Azərbaycan 
dilçiliyində inkişaf etdirilməsində görkəmli alimimiz prof. M.Şirəliyevin 
böyük  xidmətləri  olmuşdur.  Məhz  prof.  M.Şirəliyevin  AMEA  Nəsimi 
adına Dilçilik İnstitutunda rəhbərlik etdiyi illərdə ilk dəfə (1964-cü ildə) 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
290 
 
riyazi dilçilik üzrə aspiranturaya qəbul elan edilmişdir. Elana əsasən 3 nəfər: 
iki riyaziyyatçı, K.Vəliyeva, T.Heydərov və filoloq F.Alıməmmədova qəbul 
imtahanında  iştirak  etmiş.  Konkursdan  K.Vəliyeva,  F.Alıməmmədova 
keçmiş, 1965-ci ildə SSRİ EA Dilçilik İnstitutuna məqsədli aspirantura xətti 
ilə Moskva şəhərinə ezam olunmuşlar. Bu iki gəncə SSRİ EA Dilçilik İnsti-
tutunun Elmi Şurasının qərarı ilə Stepan Şaumyanın rəhbərliyi tapşırılmışdır. 
Lakin  3  aydan  sonra  S.Şaumyan  həmişəlik  ölkəni  tərk  edib,  İzrailə 
köçmüşdür. Yenidən rəhbər axtarışı, ixtisasdan doğan çətinliklərə dözməyən 
F.Alıməmmədova Bakıya qayıtmışdır. Müdrik, uzaqgörən prof. M.Şirəliyev 
böyük gələcəyi olan bu yeni sahənin inkişafı üçün hər il ardıcıl olaraq riyazi 
dilçilik  üzrə  qəbul  elanını  vermişdir.  1966-cı  ildə  bu  ixtisas  üzrə  Aida 
Bəylərova  aspiranturaya  daxil  olub  Moskva  şəhərinə  ezamiyyətə 
göndərilmişdir. Təəssüf ki, az müddətdən sonra o da ixtisasını dəyişmiş, 
sonrakı taleyi bizə məlum deyil. Nəhayət, üçüncü il 1967-ci ildə yenidən 
bu  ixtisas  üzrə  AMEA  Nəsimi  adına  Dilçilik  İnstitutuna  aspiranturaya 
qəbul  elan  verilmişdir.  Aspiranturaya  istedadı  ilə  hamını  məftun  edən 
Aydın Məmmədov daxil oldu. O, Moskvada Jirmunskinin rəhbərliyi ilə 
altı  ay  fonologiya  üzrə  tədqiqat  işi  apardı.  Lakin  naməlum  səbəbdən 
ixtisasını dəyişib, E.Sevartyanın rəhbərliyi ilə Azərbaycan dili tarixi üzrə 
araşdırmalarla  məşğul  olmağa  başladı.  Prof.  M.Şirəliyev  çox  təəssü-
flənirdi  ki,  gənclər  yeni  sahənin  çətinliklərindən  çəkinib  daha  asan  yol 
seçirlər.  O,  böyük  alim  müdrikliyi  ilə  duyurdu  ki,  XX  əsrin  50-ci 
illərində  yaranan  praktiki  tələbdən  doğan  riyazi  dilçilik  dilin  bütün 
sahələrini  əhatə  edəcək  yeni  istiqamətlər,  struktur  dilçilik,  formal 
qrammatikalar,  dilin  modelləri,  de-şifrə  məsələləri,  törədici  qram-
matikalar, transformasiya qrammatikaların yaranmasını, maşın tərcüməsi, 
nitqin tanınması kimi süni intellekt məsələlərinin həllinin qarşısına məqsəd 
qoyacaqdır. Məhz, prof. M.Şirəliyevin böyük səyi nəticəsində 1976-cı ildə 
Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilçiliyində yeni bir sahə olan 
tətbiqi dilçilik qrupu yarandı. Qrupa 1971-ci ildə Moskva şəhərində müdafiə 
etmiş (ali təhsili mühəndis elektro-mexanik) V.Pines rəhbərlik edir. Bu qrup 
maşın  tərcüməsi,  formal  modellərin  hazırlanması,  statistik  metodla  qədim 
abidələrin təhlili kimi  məsələləri tədqiqata cəlb etməyi  qarşilarına  məqsəd 
qoymuşdular.  Qrup  (qrupun  əməkdaşları:  K.A.Vəliyeva,  M.Ə.Mahmudov, 
C.Ə.Rəhmanov) tətbiqi dilçilik məsələlərinə daxil olan problemlərlə: maşın 
tərcüməsi  (sözün  sintezinin  formal  təsviri,  morfoloji  analiz,  mətnlərin 
avtomatik  sintaktik  təhlili  və  sintezi,  mətnlərin  avtomatik  redaktəsi  və  s.) 
formal  modellərin  hazırlanması  (Türk  dillərində  feil  şəkillərinin 
quruluşunun modelləşdirilməsi, avtomatik sintezin modeli və s.) statistik 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
291 
 
metodlar  (qədim  abidələrin  statistik  təhlili  və  s.)  məşğul  olur.  Prof. 
M.Şirəliyev qrupun yaşayıb, yaratması uçun əlindən gələni əsirgəmirdi, 
gənc kadrların yetişməsinə xüsusi diqqət və qayğı göstərirdi.  
Məhz onun təşəbbüsü ilə 1979-cu ildə qrupun əməkdaşı kiçik elmı 
işçi  M.Ə.Mahmudovu  Leninqrad  şəhərinə  iki  illik  elmi  ezamiyyətə 
göndərilmişdir.  
Bundan  başqa  Azərbaycanda  tətbiqi  dilçilik  üzrə  1979-cu  ildə 
A.A.Axundovun “Riyazi dilçilik” [4] əsəri işıq üzü gördü, eyni zamanda 
onun bu yaxınlarda ”Struktur və riyazi dilçilik metodlarının türk dillərinə 
tətbiq  edilməsinin  bəzi  xüsusiyyətləri  haqqında”  [5,  s.172-178]  böyük 
maraq doğuran yazdığı məqalə çapdan çıxdı. 
Tətbiqi  (indiki  kompüter  dilçiliyinin)  dilçiliyin  tarixinə  eskursu 
davam etdirərək qeyd etməliyik ki, M.Ə.Mahmudov 1982-ci ildə Bakıda 
“Разработка  системы  формально  морфологического  анализа 
тюркских словоформы (на материале азербайджанского языка)” adlı 
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 
Qrup  qarşısına  qoyduğu  məsələləri  həyata  keçirmək  üçün  texniki 
təminata  böyük  ehtiyac  duyurdu.  İş  saatı  qurtardıqdan  sonra  K.Vəliyeva, 
M.Mahmudov ilə birlikdə tezlik və əks lüğətlərinin materiallarını perforator 
qurğusuna daxil etmək üçün saatlarla AMEA Kibernetika İnstitutunda 
növbəyə
 
dayanırdılar,  qurğu  boş  olan  kimi  işə  başlayırdılar.  Qrupun  kompüteri, 
proqramlaşdırıcısı yox idi. Artıq 80-ci illərdə qrupa Svetlana Məmmədova – 
proqramlaşdırıcı  gəldi.  Çox  təəssüf  ki,  o,  az  bir  müddətdə  işlədi.  Tezliklə 
aspiranturanı  Kiyevdə  Kibernetika  İnstitutunda  bitirən  texniki  elmləri 
namizədi  M.N.Məmmədova  qrupa  daxil  olundu.  M.Məmmədova  uğurla 
Москваda  “Автоматизированный  отбор  лексики  в  информационно 
поисковый тезаурус на основе анализа терминологических словарей” 
(Авт. дисс. Канд. Тех. Наук. М., 1984) adlı dissertasiyasını müdafiə etdi 
və  qrupda  işini  davam  etdirərək  maraq  doğuran  “О  создании  банка 
терминологических  данных  азербайджанского  языка”  adlı  məqaləsini 
“Советская  Тюркология”  1996,  2  məcmuəsində  dərc  etdirir.  Qrupa 
götürülmüş  təcrübəli  proqramlaşdırıcı  O.Məmmədov  ilə  birlikdə  ilk  dəfə 
Azərbaycan  qəzet  dilinin  tezlik  lüğəti  və  Azərbaycan  dilinin  əks  lüğəti 
kompüterin köməyi İlə tərtib edilir. Qeyd etməliyik ki, o zaman kompüterə 
Azərbaycan əlifbasının şriftləri daxil edilməmişdi. O.Məmmədov kiril əlif-
basından fərqli qrazemləri (yəni h, ə, ö, ü, c) üçün xüsusi kodlaşma apardı. 
İndi isə hal-hazırda əks və tezlik lüğətləri kompüter avtomatik tərtib edir. 
Az  bir  qüvvə  ilə  qrup  Ukrayna  Elmi  Tədqiqat  Poliqrafiya  İns-
titutunun  sifarişi  ilə  Mətnin  avtomatik  yığılması  (Lvov,  1989; 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
292 
 
K.A.Vəliyeva, M.Ə.Mahmudov, V.Pines), Kommunist nəşriyyatının sifarişi 
ilə  Azərbaycan  mətnlərinin  sətirdən-sətrə  keçirilməsi  (K.A.Vəliyeva, 
C.Ə.Rəhmanov, V.Pineslə birlikdə), B., 1991; Mətnləri yoxlayan “Korrek-
tor”  sistemi  AMEA  Kibernetika  İnstitutunun  əməkdaşları  Z.Səfərov, 
Z.Əmirovla birlikdə. 
Həmin dövrdə dilin riyazi-statistik metodlarının köməyi ilə tədqiqində 
Azərbaycan  dilçiliyində  önəmli  yer  tutan  tezlik  lüğətləri  tərtib  olundu. 
Məlumdur  ki,  tezlik  lüğətlərində  sözlər  və  onların  mətndəki  işlənmə 
tezliyinin  göstəricisi  qeyd  olunur.  Bu  lüğətləri  tərtib  edərkən  bir  sıra 
çətinliklər qarşıya çıxır. Birinci mətnləri elə seçmək lazımdır ki, kafi qədər 
ədəbi dil normalarını özündə əks etdirmiş olsun. Bu bir o qədər də asan iş 
deyildir.  İkinci,  daha  mürəkkəb  məsələ,  mətnlərin  ümumi  həcmini 
seçməkdən ibarətdir. Azərbaycan dilinin tezlik lüğəti üçün əsas mənbə qəzet 
materialları  olmuşdur.  İxtiyari  götürülmüş  mətnlərdən  100  min  söz 
seçilmişdir. 
Tezlik  lüğətlərinin  tətbiqinin  məlumatların  avtomatik  işlənməsində 
avtomatik  tərcümədə,  referatlaşdırmada,  poliqrafiyada,  kriminalistikada, 
anonim  yazıların  müəlliflərini  müəyyənləşdirməkdə  müstəsna  əhəmiyyəti 
vardır. 
Əvvəldə  qeyd  etdiyimiz  kimi,  ilk  tezlik  lüğəti  1997-ci  ildə  işıq  üzü 
gördü [8]. Sonralar onun yenidən işlənmiş variantı 2004-cü ildə nəşr olundu 
[9].  2010-cu  ildə  isə  Azərbaycan  dilinin  tezlik  lüğəti  çap  edildi  [10].  Bu 
lüğətin  tərtibi  üçün  Azərbaycan  dilinin  bütün  üsulları  təmsil  olunmaqla 
təxminən  50  milyona  yaxın  söz  formadan  ibarət  mətnlər  linqvo-statistik 
təhlilə cəlb olunmuşdur. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur. 
Burada  xüsusi  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dilinin  tezlik  lüğəti 
leksikanın  statistik  modeli  kimi  ümumi  leksikologiyanın,  dil  tədrisinin  bir 
çox problemlərinin həllində əvəzsiz mənbə rolunu oynayır. 
Bundan başqa tarixi abidələrin öyrənilməsində statistik metodların 
tətbiqi  təkzibolunmaz  əhəmiyyət  kəsb  edir.  Dünya  dilçiliyində  hind-
Avropa  dillərinin  qrupları  arasındakı  qohumluq  əlaqələrinin  aşkar 
edilməsində 1927-ci ildə ilk dəfə polşa alimi Yan Çekanovskiy, məhz, bu 
metoddan istifadə etmişdir [11]. Amerika alimi Morris Svodeş isə 1948-
ci  ildə  leksik-statistik  metoddan  istifadə  edərək  dillərin  lüğət  fondunu 
öyrənərkən  belə  qənaətə  gəlmişdir  ki,  bütün  dillərin  əsas  lüğət  fondu 
sabit  sürətlə,  yavaş-yavaş  dəyişir  [11].  Eləcə  də  dillərin  tipoloji 
öyrənilməsində də statistik metodların böyük rolu vardır. 
Azərbaycan  dilçiliyində  tarixi  abidələrin  o  cümlədən  yazılı 
abidələrin  kompüterlərdə  tədqiqi  ilə  bağlı  “Kitabi-Dədə  Qorqud”un 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
293 
 
1988-ci  ildə  nəşr  olunmuş  tənqidi  mətni  üzrə  (tərtibçilər:  F.Zeynalov, 
S.Əlizadə)  əlifba-tezlik  və  əks  əlifba  siyahısı  hazırlandı  [12].  Burada 
tezlik  siyahısı  ön  minə  yaxın  söz  formanı  əhatə  edir.  Dastanda  qeydə 
alınmış sözlər işlənmə tezliyinə görə azalma sırası ilə verilmişdir. 
Əlifba-tezlik  siyahısında  isə  söz  formalar  işlənmə  tezliyinə  görə 
deyil, əlifbaya görə düzülmüşdür. Tərtib olunmuş bu siyahının dil tarixi 
ilə məşğul olan mütəxəssislər üçün böyük əhəmiyyəti vardır. 
Klassik  irsimizdən  M.Füzulinin  nəzm  əsərlərinin  statistik-distributiv 
təhlili tədqiq olunmuşdur. Əlbəttə, klassik ədəbiyyat müraciətin, müəlliflə-
rinin əsərlərində üslubi xüsusiyyətlərinin özünəməxsusluğunu aşkar etmək, 
işlənmə  tezliyinin  göstəricilərini  müqayisə  etməklə  naməlum  müəllifli 
əsərlərin müəllifini müəyyənləşdirməkdə böyük əhəmiyyəti olar. 
Bundan başqa Azərbaycan dilçiliyində linqvistik tədqiqatlarda bir çox 
problemlərin  həllində  geniş  istifadə  olunan  Azərbaycan  dilinin  əks  lüğəti 
tərtib edilmişdir [13]. 
“Azərbaycan  dilinin əks-lüğəti”, “Azərbaycan dilinin  orfoqrafiya  lü-
ğəti  əsasında  tərtib  olunmuşdur.  Bundan  başqa  “Azərbaycan  dilinin 
orfoqrafiya  lüğəti”ndə  iştirak  etməyən  sözlər  “Azərbaycanca-rusca”  lüğət-
dən götürülərək əks lüğətə daxil edilmişdir. “Azərbaycan dilinin əks lüğəti” 
türk dilləri üzrə tərtib olunmuş lüğətlərdən həcm etibarilə ən sanballısı hesab 
edilə bilər. 
 Bir  sözlə,  demək  olar  ki,  yuxarıda  sadaladığımız  metodlardan 
Azərbaycan  alimləri  uğurla  öz  tədqiqatlarında  istifadə  edirlər.  Belə  ki, 
aksiomatik  metodla  Axundov,  Vəliyev,  Melnikov  [4-7,  14]  mo-
delləşdirmə metodu ilə Vəliyeva, Pines, Mahmudov, Əmirov, Fətullayev, 
Xəlili, Kuliyeva, İskəndərova [3, 15-22]; 
 Nəzəri-linqvistik metodla Melnikov, Vəliyeva, Vəliyev, Mahmudov 
[22-29,37] çoxluqlar, avtomatlar və alqoritmlər nəzəriyyəsindən istifadə Və-
liyeva, Mahmudov [26-29], statistik metodla Pines, Vəliyeva, Mahmudov, 
Rəhmanov, Sultanov, Məmmədova, Şıxıyeva [ 30-36, 38] işləri aparmışlar.  
90-cı illərin əvvəlində qrupun rəhbəri V.Pines ABŞ-a köçdüyü üçün 
qrupa  rəhbərlik  M.Ə.Mahmudova  (1991-1995)  tapşırıldı.  M.Mahmudovun 
rəhbərlik etdiyi illərdə qrupa V.Sultanov və İ.Qəribova daxil edildi. Bu illər 
ərzində  uzun  müddət  çapını  həsrətlə  gözlədiyimiz  kollektivin  əsərləri  nə-
hayət  ki,  işıq  üzü  gördü:  Kitabi-Dədə  Qorqud  dastanlarının  statistik-
distributiv  təhlili.  B.,1997;  B.,  1999  (ikinci  nəşr).  M.Füzulinin  nəzm 
əsərlərinin  əlifba-tezlik  sözlüyü.  B.,  2004;  M.Ə.Mahmudov  Azərbaycan 
mətnlərinin avtomatik işlənməsi sistemi, B., 1994, D.D.A. K.A.Vəliyeva 
Mətnin avtomatik sintaktik təhlili və sintezi, B., 1996; Azərbaycan qəzet 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
294 
 
dilinin tezlik lüğəti (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov, V.Y.Pi-
nes,  C.Ə.Rəhmanov)  B.,  1997;  Azərbaycan  qəzet  dilinin  tezlik  lüğəti 
(tərtibçilər:  K.A.Vəliyeva,  M.Ə.Mahmudov,  C.Ə.Rəhmanov)  B.,  2004; 
Uzun fasilədən sonra artıq qrupa aspirant götürmək imkanı yaranmışdı. 
M.Ə.Mahmudovun  rəhbərliyi  ilə  İ.X.Şıxıyeva  “Kitabi-Dədə  Qorqud 
dastanının linqvostatistik xüsusiyyətləri” adlı filologiya elmləri namizədi 
dissertasiyasını  müdafiə  etdi.  Çox  təəssüf  ki,  müdafiədən  sonra  ailə 
vəziyyəti ilə əlaqədar o, işdən azad olmuşdur. Lakin sevindirici haldır ki, 
qrupun  əməkdaşlarından  V.Sultanov  Kiprdə  nüfuzlu  universitetdə 
Azərbaycana  başucalığı  gətirən  tərzdə  başqan  vəzifəsində  çalışır.  Digər 
əməkdaşımız  –  hərtərəfli  ziyalı  xanımımız  Jalə  Qəribova  Azərbaycan 
Dillər  Universitetinin  Beynəlxalq  əlaqələr  üzrə  prorektor  vəzifəsində 
çalışır.  İstedadlı  riyaziyyatçı  C.Rəhmanov  elmi  iş  aparmaqla  yanaşı, 
Olimpiya mərkəzinin nüfuzlu jurnalının redaktorudur. 
2000-ci  illərin  ortalarında  qrupa  “Dilmanc”  maşın  tərcüməsi 
sisteminin  rəhbəri  Ə.Fətullayev  daxil  oldu  və  “Azərbaycan-ingilis  maşın 
tərcüməsi  sistemi  üçün  rəqəm  –  modelləşdirmə  metodunun  işlənib 
hazırlanması və tətbiqi” adlı texniki elmlər (2006-cı ildə AMEA Kibernetika 
İnstitutunda) üzrə namizədlik dissertasiyasını müdafiə etdi. 
Bundan başqa, şöbənin dissertantı – Zərifə Məmmədova İnformasiya 
Texnologiyaları  İnstitutunun  əməkdaşı,  K.A.Vəliyevanın  rəhbərliyi  ilə 
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Maşın tərcüməsi 
sistemində  avtomatik  lüğətin  optimal  strukturunun  təyini”  adlı  disserta-
siyasını 2011-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə Şurasında 
uğurla müdafiə etdi. 
Əməkdaşların inkişaf naminə institutu tərk etmələri qrupun dağılma-
sına  səbəb  oldu.  Demək  olar  ki,  qrupda  iki  əməkdaş:  K.A.Vəliyeva  və 
M.Ə.Mahmudov “Tətbiqi və nəzəri dilçilik” şöbəsində fəaliyyət göstərir-
di.  Lakin  AMEA  Humanitar  şöbəsinin  akad.  katibi  K.Abdullayevin 
rəhbərliyi  dövründə  institutdakı  struktur  dəyişiklikləri  ilə  əlaqədar  ilk 
dəfə olaraq təməli 1965-ci ildə qoyulmuş prof. M.Şirəliyevin ülvi arzusu 
2013-cü  ildə  həyata  keçdi.  AMEA-nın  İ.Nəsimi  adına  Dilçilik  İns-
titutunda 2013-cü ildə Kompüter Dilçiliyi şöbəsi yaradıldı. 
İlk  növbədə  “Azərbaycan  dilinin  internet  məkanında  işlənməsi” 
mövzusu üzrə Dövlət Proqramında nəzərdə tutulmuş Azərbaycan dilinin 
dövlət  dili  kimi  ümumi  informasiya  bazasının  yaradılması  qarşıya 
məqsəd  qoyulmuşdur.  Bununla  əlaqədar  “Azərbaycan  dili”  adlı  oçerk 
yazılmış, Azərbaycan dilçiləri haqqında məlumatlar, Azərbaycan dili ilə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
295 
 
bağlı  sənədlər  (sərəncamlar,  fərmanlar,  qərarlar,  komissiyalar)  toplanıl-
mışdır. 
Artıq  şöbənin  əməkdaşları  xeyli  artdı  (K.A.Vəliyeva,  M.Ə.Mah-
mudov,  C.İ.Kazımov,  K.Ə.Həbibova,  M.Quliyeva,  R.H.Məmmədova, 
S.İ.İbrahimqızı,  M.İ.Heydərova)  və  uzun  fasilədən  sonra  2015-ci  ildə 
institutun direktor müavinin – M.M.Mirzəliyevanın təşəbbüsü ilə qiyabi 
doktorant  G.N.Əliyeva  qəbul  olundu.  O,  maşın  tərcüməsinin  ən  çətin 
mərhələsi hesab edilən –  mətnin semantik təhlil üzrə tədqiqat işi aparır 
(Azərbaycan və ingilis dili materialları əsasında). Xatırladaq ki, şöbənin 
yaranmasında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel 
Sərəncamının təkzibolunmaz əhəmiyyəti oldu. Sərəncamda “Azərbaycan 
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və 
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əsas vəzifəsi kimi 
Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanının  tələblərinə  uyğun 
inkişaf  etdirilməsi  mexanizminin  yaradılması  dilçi  alimlərinin  müasir 
informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştira-
kının  təmin  edilməsi  məsələləri  hesab  olunur  (Dövlət  Proqramının  əsas 
vəzifələri, maddə 3.1.1 və 3.1.61). 
Dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramında  Azərbaycan  dilini 
öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar 
üçün tədris vəsaitlərinin daha intensiv hazırlanması, Azərbaycan dilinin 
düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet 
resursların yaradılması, Azərbaycan dilində İnternet resursların elektron 
və  interaktiv  dərsliklərin  yaradılması  məsələlərinə  xüsusi  diqqət 
yetirilməsi tövsiyə olunur (4.1.14, 4.1.15, 4.1.16 bəndləri). 
Dövlət  Proqramında  bu  sahədə  aparılan  prioritet  mövzular  da 
konkret göstərilmişdir: 
–  milli transliterasiya standartlarının hazırlanması (6.1.4);  
–  milli  transliterasiya  standartları  əsasında  Azərbaycan  əlifbasından 
digər əlifbalara transliterasiyanın həyata keçirən proqram təminatının hazır-
lanması (6.3.9); 
–  Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının 
yaradılması (6.4.1); 
–  Azərbaycan  dilinin  təkmilləşdirilmiş  yeni  orfoqrafik,  izahlı, 
frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin 
hazırlanması (6.4.2); 
–  Azərbaycan  dilində  internet  resursların,  elektron  və  interaktiv 
dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi (6.4.3); 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
296 
 
–  Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün 
internet  texnologiyalarının,  maşın  tərcüməsi  sistemlərinin  və  digər 
müasir  tətbiqi  linqvistik  texnologiyalarının  yaradılması  və  inkişaf 
etdirilməsi (6.4.7); 
–  Azərbaycan dilinin milli korpusunun yaradılması. 
Bu  ümdə  məsələlərin  həlli  üçün  əlbəttə  ki,  yüksək  texnologiya 
təminatı ilə təchiz olunmalı və müxtəlif sahələrin mütəxəssisləri işə cəlb 
olunmalıdır.  Son  illər  institutda  bu  ehtiyacları  duyaraq  əməkdaşlar 
kompüterlərlə  təmin  olunmuş,  kadrların  yetişdirilməsi  üçün  isə  şöbəyə 
dissertant  və  doktorantlar  qəbul  olunmuşdur.  Onlar  müasir  tələblərə 
uyğun məsələlərin həllinə yönələn, aktuallıq kəsb edən aşağıda sadalanan 
mözuların tədqiqi ilə məşğul olurlar: 
Fatimə 
Səmədzadə. 
XX-XXI 
əsrin 
əvvəllərində 
dil 
nəzəriyyələrində koqnitiv dilçiliyin dominant yeri

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin