Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

kimi  insanlara  xidmət  edir.  İşarələnənlərin  əlaqəsi  qeyri-ixtiyari,  şərtidir, 
motivləşməmişdir  –  bu,  semiotik  prinsipdir.  Dil  işarələri  ekstralinqvistik 
faktorların  (məsələn,  dialektizmlərin),  həm  də  dil  daşıyıcılarının  təsirinə 
məruz qalır. İşarənin yaşama hüququ ənənə ilə bağlıdır. Linqvistik işarələr 
maddi və mənəvi fəaliyyətin məhsuludur və qapalı səciyyəlidir. Dünyanın 
dərk olunması yalnız dil formasında təzahür edir.  
4.Dil – təbii işarələr sistemidir, bu işarələrin əsas vahidi sözdür, belə 
ki,  dil  işarəsi  şüurda  əqli  obraz,  qrafik  şəkildə,  akustik  qavramada  özünü 
göstərir. Əsas işarə - sözdə məna və akustika vəhdət təşkil edir. Ferdinan 
de Sössür anlayışla akustik obrazın birləşməsini işarə adlandırır (3, 145). 
V.F.Humboldtun  fikrincə,  dildə  həlledici  faktor  səslərin  bolluğu  deyil, 
daha  çox  əksinə,  nitqi  qurmaq  üçün  lazim  olan  səslərin  miqdarının 
əhəmiyyətli  dərəcədə  ciddi  məhdudluğu  və  onlarin  arasinda  düzgün 
müvazinətdir  (2,  105).  Söz  işarəsinin  ünsiyyət  prosesində  xüsusi  rolu 
vardır.  Söz  işarəsində  fikri  fəaliyyətlər  –  eyniləşdirmə  və  diferensial-
laşdırma həmişə çarpazlaşır. Bu işarə nominativ dəyərlərə (yəni, əşya və 
hadisələri,  onların  əlamət  və  keyfiyyətlərini  adlandırması)  və  sintaktik 
valentliyə (sintaqmatik sırada müxtəlif leksik əlaqələrə) malikdir. Məhz 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
281 
 
bu iki funksiya ilə söz işarələri əsas və köməkçi adlara bölünürlər (bax: 4, 
83-84).  F.de.Sössür  insanın  danışmaq  qabiliyyətini,  bacarığını  nitq 
fəaliyyəti  adlandırır.  Nitq  fəaliyyətini  daxili  nitq  və  nitq  deyə  iki  yerə 
ayırır.  Müəllifin  fikrincə,  nitq  aktı  elə  nitqdir.  Daxili  (psixi)  və  xarici 
(səs)  cəhətləri  ilə  fərqlənən  nitq  həm  fərdi,  həm  də  sosial  mahiyyət 
daşıyır.  Dil  nitq  fəaliyyətinin  mühüm  hissəsidir.  Dil  anlayışı  da  dil 
fəaliyyəti  mənasına  uyğundur;  dil  qapalı,  bütövdur,  hadisələri  təsnif 
etmək üçün bazadır. Dil fəaliyyətində nitq aktları yaranır -  hər nitq aktı 
ən  azı  iki  şəxsin  iştirakını  nəzərdə  tutur.  Dil  nitq  təcrübəsi  vasitəsilə 
ictimai  kollektivə  mənsubdur,  fərdlərin  məcmusunda  qrammatik 
sistemdir,  yəni  tam  halda  fərdlərdə  yox,  kollektivdə  mövcuddur.  Dil 
danışanın fəaliyyəti yox, passiv surətdə qeyd etdiyi hazır məhsuldur; heç 
vaxt qabaqcadan nəzərdə tutulmur, ondan şüurlu şəkildə istifadə olunur. 
Əksinə,  nitq  idrakın  fərdi  aktıdır,  danışan  öz  fikrini  ifadə  etmək 
məqsədilə istifadə etdiyi dil kombinasiyalarını fərqləndirir.  
Dil nitq aktları bolluğunda əsasdır; nitq qabiliyyətini itirmiş adam 
belə dili mühafizə edir, çünki eşitdiyi dil işarələrini başa düşür. Nitqdən 
fərqli  olaraq,  dil  sərbəst  öyrənilə  bilir.  Nitq  təbiətinə  görə  bircinsli 
hadisədir,  onda  mühüm  olan,  qeyd  etdiyimiz  kimi,  məna  və  akustik 
obrazların birləşməsidir. Dil nitqdən fərqli olaraq konkretdir; dil işarələri 
mahiyyətcə  psixi  olsa  da,  onlar  mücərrəd  deyil,  kollektiv  razılıqla 
möhkəmləndirilmiş, assosiasiya ilə beyində lokallaşdırılan reallıqdır. Dil 
işarələrini  yazıda  şərti  işarələr  vasitəsilə  təsbit  etmək  mümkündür.  Dil 
sosialdır - şərtidir, mənsub olduğu fərdin şüurunda potensial surətdə möv-
cud  olan  leksik  və  qrammatik  sistemdir,  nitq  isə  fərdidir,  psixi-fizioloji 
prosesdir. Müəyyən qrup danışanlar mövcud olmadıqda, dil də yaşamır – dil 
o dildə danışan fərddən asılı deyil, fərd dili hazır şəkildə mənimsəyir. Nitq 
dil  vasitəsilə  fərdin  öz  fikrini  ifadə  etmək  aktıdır.  Bütün  dil  dəyişmələri 
nitqdə baş versə də, bu dəyişikliklər dilin səs sistemini dəyişmir. F.de.Sö-
ssürə görə, dil kollektiv razılıqla təsdiq edilmiş və məcmusu dili təşkil edən 
assosiasiyalar, beyində yerləşən reallığın mahiyyətidir. Nitq isə fərdi ifadə 
və qavrama aktıdır. Nitq subyektin şəxsi fikirlərini ifadə etmək məqsədilə dil 
kodeksləri kombinasiyası, onları obyektivləşdirməyə imkan verən psixoloji 
mexanizmdir.  Nitq  insanların  danışdıqlarının  cəmidir,  danışanların 
iradəsindən asılı olan fərdi kombinasiyalar və onları həyata keçirmək üçün  
zəruri olan danışma aktlarıdır. Ona görə də nitqdə kollektiv olan heç bir 
şey yoxdur, onun təzahürü fərdi və anidir. Nitqin başa düşülməsi və icra 
edilməsi  üçün  dil  zəruridir  -  dil  nitqin  həm  aləti,  həm  də  məhsuludur. 
Nitq ayrıca fərd tərəfindən törənir, dil əvvəlki nəsillərin miras qoyduğu 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
282 
 
şəkildə  qəbul  edilir.  Dil  danışan  subyektin  funksiyası  deyil,  fərd  tərə-
findən  passiv  qəbul  edilən  məhsuldur;  nitq  dərketmə  və  ifadənin  fərdi 
aktıdır. Dildə mühüm olanlar dil təcrübəsi vasitəsilə təsbit edilmiş dilin 
normativ aktlarıdır, qeyri-normativ aktlar nitqdə hər cür tərəddüdlər və fərdi 
pozuntulardır. Dil ictimai səciyyə daşıyır, lakin cəmiyyət bir nəfərdən yox, 
çoxlu fərddən ibarətdir. Bu fərdlər yekcins deyillər, onların dilə münasibəti 
də yekcins ola bilməz. Müxtəlif fərdi uzaqlaşmalar, pozuntuların baş verməsi 
təbiidir. Bunlar, adətən, leksikaya aiddir, fonetik, qrammatik sapıntılar nadir 
hallarda baş verir. Leksik dəyişmələr dilin ictimai səciyyəsini dəyişmir.  
Nitq  konkret,  dil  mücərrəd  hadisə  olsa  da,  dil  işarələri  yazıda  qrafik 
şəkildə göstərilə bilir. Akustik və qrafik obraz dilin potensial faktıdır. Bütün 
sabitləşmiş  münasibətlərin  məcmusu  dili  təşkil  edir  və  onun  fəaliyyətini 
müəyyənləşdirir (ətraflı bax: 3, 78-82; 5, 15-31). 
Hər  bir  cəmiyyətin  həyatında,  sosial  mühitdə  dilin  böyük  əhəmiyyəti 
vardır, çünki insanın yaranışı və mövcudluğu ilə dilin təşəkkülü bir-biri ilə 
sıx  bağlıdır.  İnsanın  dili  heyvanın  dilindən  fərqlidir;  özündə  müxtəlif 
siqnalların cəmini əks etdirən insanlar bir-birinə müəyyən və qeyri-müəyyən 
informasiyalar ötürürlər. Buna düşüncə tərzi deyilir. Dildən istifadə etmək 
təkcə onunla mübadilə etmək yox,  həm də dil daşıyıcıları tərəfindən ona 
nəzarət etmək, onu inkişaf etdirməkdir. Dilin insan düşüncəsində müstəsna 
rolu  vardır,  yəni,  fikri  formalaşdırmaq  nitq  təfəkkürü  prosesini
 
əks 
etdirir. A.Y.Panova tanınmış fransız dilçisi A.Martineyə istinadən yazır: 
“Dil  hər şeyi söyləyə bilmək vasitəsidir” (6, 112).  
İspan  basklarının  dilini  öyrənən  Humbold  belə  qənaətə  gəlib  ki, 
müxtəlif  dillər    təkcə  ümumbəşəri  düşüncənin  təzahürü  deyil,  eyni 
zamanda  dünyanı  fərqli  görə  bilməkdir,  çünki  dil  dünya  tarixinin 
yaranmasında əsas amil hesab edilən insana məxsusdur və istənilən etnik 
mənsubiyyətə  aid  insan  məhz  dil  vasitəsilə    “ağıllı  insan”a    (homo 
capiens) çevrilir və uşaqlıqdan dil öyrənərək, həm də öz xalqının tarixini 
mənimsəyir.  Dil  ünsiyyəti  fikri  ifadə  etmək  üçün  vacib  olan,  əsasında 
yaddaş, təsəvvür, diqqət dayanan idrak prosesi ilə sıx bağlıdır və bu da öz 
növbəsində  fikirlərin  yaranmasına,  formalaşmasına  təsir  edir.  Dilin 
universal  mahiyyəti  ondan  ibarətdir  ki,  insanlar  məhz  onun  vasitəsilə 
digər insanlara,  eləcə də özünə müraciət edə bilərlər.  Adresant (danışan) 
və  adresatı  (dinləyən)  zaman  və  məkan  anlayışı    ayırır.  Dil  ünsiyyəti  
bütün kommunikativ münasibətlərdə ifadə olunan və nitq ünsiyyətinin bu 
və ya digər funksiyalarını həyata keçirən müxtəlif informasiyaları əhatə 
edir:  koqnitiv  (idrak),  requlyativ  (danışanın  məqsədi),  emosional-
ekspressiv  (təəssürat  yaratma),    fatik  (əlaqə  yaratma)  və  magik 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
283 
 
(ovsunlama). Kommunikativ (dil – ünsiyyət vasitəsidir) və koqnitiv (dil – 
anlamaq  və  informasiya  ötürmək  vasitəsidir)  münasibətlər  baza 
funksiyasıdır.  Deyilənləri  nəzərə  alsaq:  dil  insanların  fikir  informasiyasını 
ötürən    və  hisslərini  ifadə  edə  bilən  alətdir,  insan  ünsiyyətinin  ən  əsas 
vasitəsidir. Dil, həm də anlaşma vasitəsidir, onun köməyi ilə insanlar bilik 
əldə edir, bu biliklər başqalarına və fərqli nəsillərə ötürülür.  
İnsan digər canlılardan təkcə düşünmək qabiliyyəti (homosapiens) ilə 
yox,  həm  də  yaradıcı  olması  (homofober),  danışığı  (homoeloquens), 
ünsiyyəti (homocommunicans) ilə fərqlənir. İnsanın ağlı fikri daha adekvat 
ifadə  etməyə,  həyat  tələbatını  təmin  etməyə,  ana  dilini,  başqa,  hətta  süni 
dilləri öyrənməyə imkan verir. Süni dillər müxtəlifdir, onlar həyatın fərqli 
sahələrini  əhatə  edir,  bəzən  beynəlxalq  əhəmiyyət  daşıyırlar  (məsələn, 
esperanto, volapyu və s.). Süni dillər həm də simvolik elmi dillərdir: riyaziy-
yat, məntiq, kimya və s.-nin dili. Süni dillərə insan - maşın ünsiyyətini  də 
əlavə etmək olar: proqramlaşdırma, məlumat bazasının idarə olunması və s.        
İnsan  nitqinin  məzmun  zənginliyi  təfəkkür  və  dil  səviyyəsindən 
asılıdır. Burada dil vahidlərinin rolunu da qeyd etmək lazımdır: fonem - nitq 
səsini (fonem səviyyəsini), morfem - sözün müəyyən hissəsini, söz – leksik 
mənanı, söz birləşmələri və cümlələr isə sintaksisi təşkil edir. Öz növbəsində 
bu səviyyələr müəyyən dil vahidlərini özündə birləşdirir: cümlə - sözlərdən, 
söz  –  morfemlərdən,  morfem  isə  fonemlərdən  əmələ  gəlir.  Morfemlər 
sözdən  fərqlənir:  söz  sintaktik  müstəqilliyə  malikdir,  morfem  əksinə,  bu 
müstəqillikdən məhrumdur; sözlərdən fərqli, norfemlər asılı cəciyyədədirlər, 
məfhum əşya və hadisələr haqqında ümumiləşmiş təsəvvür yaradır, söz 
bu və ya digər məfhumu ifadə edir.  
Dilin əsas işarəsi sözdür. Söz  səsli və ya yazılı işarədir, hissiyyat 
orqanlarının  qəbul  etdiyi,  heç  bir  şeylə  əvəz  olunmayan  anlayış  və  ya 
alətdir,  ona  görə  də  başqa  dil  işarələrindən  fərqlənir.  Söz  nitqin  canlı  
proseslərində  formalaşan,  dinləmə  və  qavramaya  aid  edilən  müstəqil 
mahiyyətdir. İşarələr sistemində fonem və morfemlərin rolu çox azdır - 
cümlə  ən  mükəmməl  kommunikativ  işarədir.  Dilin  bütün  işarələri 
cümələr  vasitəsilə  hərəkətə  gəlir,  cümlələr  nitqin  vəziyyətindən  və 
kontekstindən  asılı  olaraq  bir-biri  ilə  əlaqə  yaradırlar.  Cümlə  dilə 
istənilən  fikri  və  informasiyanı  ifadə  etmək  imkanı  verir.  Bu,  nitqi 
anlaşıqlı  edir,  dil  isə  semiotikanın  kifayət  qədər  böyük,  eyni  zamanda 
kompakt  vahididir.
 
Dil  vahidləri  arasında  mürəkkəb  qarşılıqlı  əlaqə 
yaranır;  bu  əlaqə  dilin  müxtəlif,  dəyişkən  funksiyalarını  nəzərdə  tutan 
sistemin  bütövlüyünü  və  tamlığını    ehtiva  edir  -  hər  bir  dil  vahidi 
müəyyən  və  hamı  tərəfindən  qəbul  edilmiş  mənaya  malik  olur  və  bu 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
284 
 
formada  konkret  əhəmiyyət  daşıyaraq,  nitqin  ayrılmaz  parçası  olan  dil 
keyfiyyətlərini  -  informasiyanı  qəbul  etmək  və  ötürmək,  sosial  təcrübə 
toplamaq,  milli  mədəniyyəti  qoruyub-saxlamaq  imkanlarını  əks  etdirir. 
Beləliklə,  dil  insanların  düşüncələrini  ifadə  edən,  iradələrini  bildirən 
işarələr sistemi və ünsiyyəti üçün universal vasitədir  
Bəs  dilin  əsas  funksiyaları  nədir?  İlk  növbədə  informasiya 
mübadiləsidir  -  kommunikativ  funksiya  yerinə  yetirməsi,  başqa  sözlə, 
ünsiyyətə xidmət etməsidir. Biz bir-birimizlə doğma dilimizdə danışırıq, 
müxtəlif  informasiyaları  alır  və  ötürürük.  İkinci  funksiyası  insanın  onu 
əhatə  edən  mühit  haqqında  yeni  biliklər  əldə  etməsidir  (idrak  və 
koqnitiv). Beləliklə, istənilən canlı dil ünsiyyət və gerçəkliyi dərk etmək  
üçündür. Ona görə də nitq mədəniyyətində dil bilikləri sisteminə istinad 
edərək,  nitqin  əsas  funksiyalarını  daha  təsirli,  əhəmiyyətli  etmək  üçün 
dildən necə istifadə etmək qaydaları öyrənilir. Dilin əsas funksiyalarına  
həmçinin  emosionallıq  (hiss  və  həyəcanın  ifadəsi)  və  metadil  (dilin 
tədqiqi və təsviri) aid edilir. Emosional funksiya insan üçün çox vacibdir, 
hər  kəs  məhz  bu  vasitə  ilə  öz  hisslərini,  daxili  aləmini,  düşüncələrini, 
dəyərlərini  və  s.  təqdim  edə  bilir.  Dil  təkcə  məntiqi  deyil,  adekvat  olaraq 
emosional informasiyaları ötürməyə də xidmət edir. Gündəlik həyatımızda 
dilin metadil funksiyası bir o qədər də önəmli olmasa da,  yazılı və şifahi 
mətnlər bu funksiya hesabına yaranır. Bura başqa funksiyaları da əlavə edə 
bilərik:  əlaqə  yaratma,  informasiyanı  mənimsəmə,  təsir  etmə,  kumulyativ 
(informasiyanı  saxlamaq  və  ötürmək)  və  estetik-aksioloji  (dəyərləndirmə). 
Bütün bu funksiyalar dilin bir daha ayrıca fərdə yox,  müəyyən cəmiyyətə, 
insanların bir-birini başa düşməsinə xidmət etməyinin göstəricisidir. Dil bu 
funksiyaları nitq mübadiləsinə ehtiyac duyulduğu zaman icra edir.  
 
ƏDƏBİYYAT: 
 
1. Бахтин М.М. Искусство и ответственность // Бахтин М.М. Работы 
20-х годов. Киев: Next, 1994. 
2.Vilhelm Fon Humboldt. Bəşər dilləri quruluşunun müxtəlifliyi və 
bunun bəşəriyyətin mənəvi inkişafına təsiri haqqında. Bakı, “Nurlan”, 
2008. 
3.Ferdinant de Sössür. Ümumi dilçilik. Bakı, BDU nəşr., 2003. 
4.Z.Verdiyeva, F.Ağayeva, M.Adilov. Dilçilik problemləri. I hissə. Bakı, 
“Maarif”, 1982. 
5.  Ə.Rəcəbli.  Ferdinant  de  Sössürün  dilçilik  görüşləri.  Bakı,  İqtisad 
Universiteti, 2003. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
285 
 
6. Панова М.Н. Русский язык и культура речи: учеб. пособие / 
М.Н. Па-нова, А.Ю. Иванова, Ж.В. Ларионова. – М.: Изд-во РА Г С 
2008.  
Надир Мамедли 
Культура речи: язык и речь 
Резюме 
 
Речь,  отражая  специфические  особенности  человеческой 
деятельности  используется  в  двух  значениях:  речевой  процесс 
(письменный  или  устный)  и  звуки  в  этом  процессе.  Язык  и  речь 
взаимосвязаны.  Связь  между  поколениями,  интеллектуальность  и 
культурное наследие передается с помощью языка. Речь -это форма 
языковой  деятельности  и  именно  за  счет  речь  эта  деятельность 
переходит  в  конкретный  языковой  акт;  речь,  в  первую  очередь, 
выявляет  ее  коммуникативные  возможности  и  в  отличие  от  языка 
служит определенной цели. Речь материальна – используется в устной 
форме,  а  в  письменной  форме  реализуется  в  знаках  и  средствах.  В 
зависимости  от  конкретной  ситуации,  оба  функционируют  в  рамках 
времени и пространства.  
Речь  является  психологическим  механизмом,  дающим  возмож-
ность объективации языковых кодексов с целью выражения собствен-
ного  мнения  субъекта.  Речь  –  это  сумма  речей  людей,  этой  речевые 
акты,  служающие  для  реализации  индивидуальных  комбинаций 
индивида, зависимых от воли говорящих. И поэтому в речи нет ничего 
коллективного,  ее  отражение  индивидуально  и  мгновенно.  Для 
понимания речи язык важен – язык является и средством, и продуктом 
речи. Основная функция языка – это обмен информацией, выполнение 
коммуникативной функции, другими словами служение общению. Мы 
говорим  друг  с  другом  на  родном  языке,  получаем  и  передаем 
различную  информацию.  Вторая  функция  –  это  знание  человека  об 
окружающей среде (мыслительная и когнитивная). Таким образом, лю-
бой живой язык служит для общения и восприятия действительности. 
Поэтому культура речи, опираясь на знание языка учит как с помощью 
языка  сделать  его  функции  более  действенными.  К  функциям  языка 
также относят эмоциональность (чувства и выражение беспокойства) и 
метаязык (описание и исследование языка). 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
286 
 
 
  Nadir Mammadli 
 
Speech culture: language and speech 
Summary 
 
Speech,  reflecting the specific characteristics  of human  activity is 
used in two ways: the speech process (written or oral) and sounds in the 
process.  Language  and  speech  are  interrelated.  Intergenerational 
communication,  intellectuality  and  cultural  heritage  are  transmitted 
through language. Speech is a form of linguistic activity, and precisely at 
the  expense  of  speech  this  activity passes  into a  specific  linguistic  act; 
speech,  first  of  all,  reveals  its  communicative  capabilities  and,  unlike 
language, serves a certain purpose. Speech is material – it is used orally, 
and in writing is realized in signs and means. Depending on the specific 
situation, both of them function within the time and space. 
Speech  is  a  psychological  mechanism  which  makes  it  possible  to 
objectify  language  codes  in  order  to  express  your  own  opinion  of  the 
subject.  Speech  is  the  sum  of  people's  sayings  and  acts  serving  to 
implement  individual  combinations  of  the  individual,  dependent  on  the 
will of the speakers. And therefore there is nothing collective in speech; 
its reflection is individual and instant. To understand speech, language is 
important - language is both a means and a product of speech. 
The main function of the language is the exchange of information, 
the performance of a communicative function, in other words, the service 
of  communication.  We  speak  to  each  other  in  our  native  language,  we 
receive  and  transmit  various  information.  The  second  function  is  a 
person's knowledge of the environment (mental and cognitive). Thus, any 
living  language  serves  to  communicate  and  perceive  reality.  Therefore, 
the culture of speech, based on the knowledge of the language, teaches 
how, with the help of the language, to make its functions more effective. 
Emotionality  is  also  the  function  of  language  (feelings  and 
expression  of  anxiety)  and  met  language  (description  and  study  of  the 
language). 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
287 
 
Kamilə Vəliyeva 
 AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə elmlər doktoru 
kamilavaliyeva@mail.com 
 
Kompüter dilçiliyinin inkişaf tarixinə bir nəzər 
 
Açar sözlər: kompüter dilçiliyi, maşın tərcüməsi, formal modellər, 
riyazi metod, ehtimal statistik metod 
Ключавые слова: компьютерная лингвистика, машинный 
перевод, формальные модели, математический метод, вероятно-
статистический метод 
Key words: Computational Linguistics, machine translation, 
formal models, mathematical methods, statistical methods 
 
İnformasiya  texnologiyalarının  inkişafı  elmin  bütün  sahələrində 
yeni  istiqamətlərin,  o  cümlədən  də  dilçilikdə  –  kompüter  dilçiliyinin 
yaranmasına böyük təkan verdi. Hələ XX əsrin 60-cı illərindən başlamış 
kompüter dilçiliyi ilk anından belə süni intellektin mühüm məsələlərinin 
həllini  qarşıya  məqsəd  qoydu.  Doğrudur  ki,  əvvəllər  sadəcə  olaraq  bu 
yeni  sahə  riyazi  dilçilik  adlandırılırdı.  Lakin  qoyulan  məsələlər 
mahiyyətcə qalmış olsa belə, inter məkanında ehtiyacdan doğan müasir 
tələblərə  uyğun  tədqiqatlarla  əlaqədar  yalnız  onun  adı  dəyişmişdir. 
Sonralar  tədqiqat  obyekti  daha  geniş  yöndə,  statistik  metodların  tətbiqi 
ilə yanaşı maşın təliminə, mətnlərin emalına, bir sıra evristik məsələlərin 
həllinə istiqamətləndi [1].  
Yuxarıda  qeyd  etdiyimiz  kimi  kompüter  dilçiliyi  süni  intellektin 
probleminə  daxil  olan  insanın  intellektual  fəaliyyətində  təbii  dillərin 
riyazi  modelini  hazırlayan  bir  elm  sahəsi  olduğundan,  təbii  ki,  burada 
əsas vurğu müxtəlif təyinatlı kompüter sistemləri üçün dilin tətbiqinə və 
işlənməsinə  düşür  ki,  bununla  əlaqədar  dünya  dilçiliyində  kompüter 
dilçiliyinin əsas istiqamətləri üzrə: təbii dillərin emalı, elektron lüğətlərinin 
hazırlanması  (tezaurus,  izahlı,  terminoloji,  sahə  lüğətlərinin,  ensiklopedik, 
avtomatik  tərcümə  lüğətlərinin,  vikipedia,  orfoqrafik,  səhvlərin  avtomatik 
tapılması üçün spelling lüğətləri və s.) mətnlərin avtomatik tərcümə sistem-
ləri,  mətnlərdə  faktorların  (məlumatların,  informasiyaların)  çıxarılması 
(seçilməsi),  avtoreferatlaşması,  biliklər  sisteminin  yaradılması,  sual-cavab 
(dialoq) sistemlərinin yaradılması, simvolların optik tanınması, nitqin avto-
matik, tanınması, nitqin avtomatik sintezi, məlumat-axtarış sistemlərinin 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
288 
 
hazirlanması  (34),  dillərin formal  modellərinin qurulması,  elektron dərs 
vəsaitlərinin hazırlanması, maşın təlimi və s. kimi tədqiqat işləri aparılır. 
Beynəlxalq  konfranslar,  simpoziumlar  keçirilir,  Mətnin  emalı  üzrə  kom-
mersiya sistemləri, mühüm əhəmiyyətli tədqiqat mərkəzləri, kafedraları və 
yüksək səviyyəli mütəxəssislər hazırlayan xüsusi kurslar açılır. 
Kompüter  dilçiliyinin  inkişaf  mənzərəsini,  ayrı-ayrı  ölkələrdə  bu 
sahənin təkamül prosesini izləyək. 
2011-ci  ildə  Rusiya  Dövlət  Universitetində  Vladimir  Pavloviç 
Selegeyin rəhbərliyi ilə kompüter dilçiliyi kafedrası açıldı Kafedranın elmi 
fəaliyyəti  iki  istiqamətə  yönəlmişdir:  tələbələri  yüksək  keyfiyyətli 
mütəxəssis  dilçi  və  mühəndis  yetişdirilməsinə  görə  onlara  “Kompüter 
dilçiliyi mühəndisləri” və Kompüter dilçiliyi dilçilər” üçün xüsusi kursların 
keçirilməsi;  “Kompüter  dilçiliyi  mühəndislər”  üçün  kursu  çərçivəsində 
linqvistik  resurslar  və  modellərə  istinadən  təbii  dillərin  emalını  tədqiq 
etməyə qadir olacaq mühəndislər hazırlanır. Təbii ki, bu mütəxəssislərin 
riyazi və mühəndis hazırlığı olmalıdır. “Kompüter dilçiliyi dilçilər” üçün 
istiqamətində  isə  nəzəri  və  tətbiqi  dilçiliyin  çərçivəsində  təbii  dillərin 
emalında dilin formal modellərini yaradan mütəxəssislər hazırlanır. Eyni 
zamanda  maşın  təliminin  metodlarını,  süni  intellektin  everestik 
metodlarını  ekspert  sistemlərini,  öyrənməlidir.  Buna  görə  də  tələbələrə 
“kompüter  dilçiliyinin  riyazi  əsasları  xüsusi  kursu  keçirilir.  Bu  kursda 
kompüter  dilçiliyində  riyazi  metodların  tətbiqi,  riyazi  məntiq,  ehtimal 
nəzəriyyəsi,  statistika,  formal  qrammatikalar,  alqoritmlər  nəzəriyyəsinə 
yiyələnməli  və  eyni  zamanda  Pyton  alqoritmik  dilin  əsasında  linqvistik 
məsələlərin  proqramlaşdırılmasını  öyrənməli,  bundan  əlavə  Lexicom 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin