Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

 
272 
 
qalxır, üzünü tamaşaçılara çevirir, başını azca əyir;  2) başqa biri hər iki 
əlini yuxarı qaldırır; 3) ovuclarını birləşdirərək sıxır, əlini yelləyir və s.  
  Böyük kütlə qarşısında çıxış edən natiqlər; dövlət xadimləri və 
deputatların  seçkilər  zamanı  ən  çox  təkrarladığı  jestlər  iki  əli  sıxaraq 
başlarından  yuxarı  qaldırmaq  “sizi  salamlayıram”,  “sizinlə  həmrəyəm”, 
“qələbə bizimdir” deməkdir. 
  Bu jestlər şərti xarakter daşıyır və simvolik adlanır. Eləcə də bir-
birini  uzaqdan  salamlayarkən  görən  şəxslər  yüngülcə  başını  tərpədir, 
yaxud  əlini  yarı  qaldıraraq  yelləyir.  Bu  jestlər  uzaqdan-uzağa 
salamlaşmağa işarə edən jestlərdir.  
  Jestlərin milli xarakteri 
  Əgər təsviri jestlər konkret xarici əlamətlərlə əlaqədardırsa, jest-
simvollar abstraksiya ilə əlaqədar olur. Onların məzmunu bəzən müəyyən 
bir kollektivə, bəzən hər hansı xalqa aid olur. Bu jestlərdən salamlaşma, 
xudahafizləşmə,  təsdiq,  inkar,  susmağa  işarə,  xəyalən  dadlı  bir  şeyi 
xatırlayaraq ağzını marçıldatmaq, həzz almaq zamanı istifadə olunur.  
  Jestlərin milli xarakterini səciyyələndirən bəzi faktları nəzərdən 
keçirək.  Məsələn,  əlin  ovcunun  içini  özündən  əks  istiqamətdə  tutularaq 
iki  aralanmış  barmaq  (şəhadət  və  orta)      Avstraliya,  Yeni  Zellandiya, 
İngiltərə,  Türkiyədə  qələbə  işarəsi  deməkdir.  Ovucun  içərisini  özünə 
tərəf tutaraq iki barmağı (şəhadət və orta) aralamaq jesti “Açıl başımdan” 
ifadəsinə  bərabərdir.  Avropalılar  ovucun  hansı  tərəfə  olmasından  asılı 
olmayaraq  bu  jesti  qələbə  işarəsi  kimi  qəbul  edirlər.  Bu  mənada  əgər 
ingilis təhqiredici jest edərsə, avropalı onun hansı  qələbəyə işarə etdiyinə 
təəccüblənər. Daha başqa bir fakt. Bir çox Avropa ölkələrində isə bu jest 
“2” rəqəminə bərabərdir.  Bu zaman da qəribə mənzərə alınır. Xidmətdən 
narazı ingilis öz narazılığını, qəzəbini avropalı  barmenə bildirmək üçün 
ovcunu  özünə  tərəf  tutaraq  iki  barmağını  göstərirsə  (təhqiedici  jest), 
barmen bu jestə cavab olaraq iki krujka pivə süzür. Yaxud koreyalılarda  
iki çarpazlaşmış barmaq (şəhadət və orta) uğur deməkdir. 
Göründüyü  kimi  ayrı-ayrı  mədəniyyətlərdə  bəzi  jestlərin  mənası 
fərqlənir.  Bununla belə, bütün mədəniyyətlər  üçün  səciyyəvi  üç  tip jest 
formasını ayırmaq olar: 
1)kommunikativ  (salamlaşma,  sağollaşma,  diqqəti  cəlb  etmə, 
qadağan, inkar, sual və s.); 
2)münasibət  və  qiymətləndirmə  (bəyənmə,  təqdir,  narazılıq, 
inanma, inanmama, anlamama və s.); 
3)nitq hökmündə yer alan təsviri jestlər. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
273 
 
  Bütün  müxtəlifliyi,  fərqliliyi,  variantlılığı  fövqündə  jestlərin 
ifadə  olunmasında  bir  sabitlik  özünü  göstərir.  Lakin  bəzən  jestlər 
müəyyən  qədər  dəyişərək  öz  milli  xarakterini  itirir.  Bəzən  fikrin    ifadə 
olunmasında bir yox, bir neçə jestdən istifadə olunur. Məsələn; “Bunun 
mənə dəxli yoxdur” cümləsində olduğu kimi. Mənə sözünün işarəedici jesti 
(əl  sinəyə  tərəf  hərəkət  edir);  bunun  sözü  də  işarəedici  jestlə  (əlin  içərisi 
yuxarı  doğru  özündən  aralanaraq);  dəxli  yoxdur  ifadəsi  əlin  sağa-sola 
tərpənməsi simvolik jestilə müşayiət olunur. 
  Jestlər də, söz kimi, çox ekspressiv ola bilir, nitqə kobud, familyar 
(təklifsiz) xarakter verə bilər. Məsələn, baş barmağın (digərlərinin bir yum-
ruq kimi içəri sıxılaraq) yuxarı qaldırılması nəyə isə “əla” qiymət verilməsi; 
şahadət  barmaqla  qulağın  dibini  göstərmək  qeyri-mümkün  olan  şey  ˗ 
“qulağının dibini görərsən”;  barmaqların üst tərəfi ilə boğaza sağdan çırtma 
vurmaq  “nəsə  içməyə”;  şəhadət  barmağının  ucunun  dodaqların  üstünə 
qoyulması susmağa işarə; barmağı gicgahda burma “başı xarab olub”, “ağlın 
itirib”; şəhadət və baş barmağı birləşdirərək boğazı çəkmək “mən ölüm”, “ 
lazım deyil”, “yalvarıram” deməkdir. 
  Beləliklə, jestlərin hər biri natiqin nitqində fikir və hisslərin inkişaf 
xəttini  izləməli,  təsdiq  etməli,  göstərməlidir,  onun  yaradıcı  təşəbbüsünün 
fiziki ifadəsi olmalıdır.  
Jestlər,  mimika,  sifətin  və  gözlərin  ifadəsi,  sifətin  rənginin,  gözlərin 
baxış  istiqamətinin  dəyişməsi,  göz  yaşı,  yeriş,  duruş  və  digər  hərəkətlər 
(məsələn, başı bulamaq, əli yelləmək, gözləri yummaq, gözləri qıymaq,  göz 
vurmaq, ağzı büzmək və s.) formalaşmış qeyri-verbal ifadə vasitələri kimi 
mövcüddur.  Belə  hərəkətlər  arasında  fərdiləşənlər  də  az  deyildir. 
Məsələn,  əsəbilik  bir  şəxsdə  gözlərin  tez-tez  qırpılmasında,  digərində 
dodaqların  səyriməsində,  başqa  birisində  əllərin  əsməsində,  daha 
başqasında çiynin çəkilməsində və s. şəkildə özünü büruzə verir. 
  Yersiz, mənasız jest nitqi rövnəqləndirmir, tamamlamır, o yalnız 
gülüş doğura bilər, söylənən ideyanı korlaya bilər. Buna görə hələ qədim 
dövrlərdən  natiqlik  məharətinə  aid  ilk  dərslərdə  jestlərdən  necə  istifadə 
olunmasına aid məsləhətlər verilirdi. 
  Ədəb  qaydaları  ağız-burnu  əyməyi,  qulaqları  sığallamağı, 
dartmağı, sinəni və qarnı irəli verməyi, kürəyi əyməyi, çiyinləri çəkməyi, 
əzilib-büzülməyi qadağan edir. 
  Nəzərə almaq lazımdır ki, jestlər həm də danışanın xarakteri ilə 
şərtlənir. Bəzi insanlar təbiətən mütəhərrik, emosional olur. Belə təbiətdə 
olan adamlar, əlbəttə ki, jestlərsiz keçinə bilməz. Öz hisslərini gizlədən, 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
274 
 
bildirməyən  soyuqqanlı,  sakit,  təmkinli  adamlara    jestlərdən  istifadə 
etmək xas deyil.  
  Yaxşı jestlər o jestlər hesab olunur ki, onlar gözə çarpmır, gözə 
girmir.  Orqanizm  təbii  olaraq  sözlə  birləşərək  onun  (sözün)  dinləyiciyə 
təsirini gücləndirir. 
  Dövlət  qulluqçuları  müəllimlər,  hüquqşünaslar,  həkim,  diler, 
satıcılar, bir sözlə, öz fəaliyyətlərində daima insanlarla ünsiyyətdə olanlar 
bilməlidir ki, jest və mimika insanın hiss-həyəcanı, xarakteri, düşüncələri 
haqqında  çox  şey  deyə  bilər.  Ona  görə  təcrübəli  insanlar,  psixoloqlar, 
hüquqşünaslar  ünsiyyətdə  olduqları  insanların  davranışları,  jest  və 
mimikalarını  diqqətlə  izləyir,  çox  zaman  həmsöhbətin  gözlərinin  içinə 
baxmağa  çalışırlar.  Adətən  günahı  olan,  nəyisə  gizlətməyə  çalışan 
adamlar gözlərini qaçırır, yerə  baxırlar. Ona görə vaxtilə qiymətli daş-
qaşların ticarəti ilə məşğul olan qədim çinlilər diqqətlə öz müştərilərinin 
gözlərinin içinə baxırdılar. Onlar bilirdilər ki, sevinc, heyranlıq içərsində 
olan şəxsin gözlərinin bəbəkləri böyüyür, əsəbi  narazı, qəzəbli olarkən 
isə gözlər kifayət qədər kiçilir. 
Yaxud  öz  təbiətinə  görə  lider  olanlar  əl  verib  görüşərkən  əllərini 
ovucu aşağı tutaraq; yumşaq, zəif, iradəsiz adamlar isə ovuclarını yuxarı 
tutaraq  əl  verirlər.  Arxada    sıxılaraq  tutulmuş  əllər  özünəəminlik  və 
üstünlüyü sübut edir. Bu jest mütəxəssislərin fikrincə, yüksək rütbəli hər-
bçilərə, polis işçilərinə, direktorlara xasdır. Bu vəziyyəti xüsusən onların 
nəzarətində  olan  sahədə,  kazarmada,  müəssisədə,  təhsil  yerlərində 
müşahidə etmək olur. Psixoloqlar çətin sınaq qarşısında, imtahanqabağı, 
hesabatdan əvvəl, diş həkiminin qəbulunda olarkən bu jesti etməyi (əlləri 
arxada sıxmağı) məsləhət görürlər. Elə o dəqiqə özünə inam yaranacaq, 
qorxu itəcək, müəyyən yüngüllük əldə olunacaq.  
Əlləri    belə  qoymaq-aqressivliyə  hazırlıq  jestidir.  Bu  jest  rinqə 
hazırlaşan  boksçulara,  səhnəyə  çıxacaq  aktyorlara  xasdır.  Bu  poz 
ayaqların  aralanmış  halda  qoyulması,  əl  barmaqlarının  yumruq  kimi 
sıxılması ilə müşahidə olunur.  
İnsan əsəbiləşərək mənfi hisslər keçirərkən, instinktiv olaraq özünü 
arzuolunmaz  situasiyadan  qorumağa  çalışır:  əllərini  sinəsində 
çarpazlayır.  Bu  jestlə  onlar  sanki  özlərini  xoşagəlməz  hadisələrdən 
qoruyur,  əllərini  sipər  edirlər.  Bu  vəziyyətdə  barmaqlar  yumruq  kimi 
sıxılarsa, bu düşmənçilik işarəsidir.  
Gözlər  və  baxış.  Kreidlin  hesab  edir  ki,  emosiayanın  ifadə 
olunmasında  gözlər  və  baxış  əhəmiyyətli  rol  oynayır.  Gözlər  ünsiyyətə 
çağırış, eyni zamanda ondan imtina etməyi ifadə edir(1, 51). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
275 
 
Yaponlar söhbət edərkən bir-birinin gözünün içinə baxmazlar. Bu 
mədəniyyətsizlik  hesab  olunur.  Bizdə  isə  işgüzar  söhbət,  sövdələşmə 
zamanı yaxşı münasibət qurmaq, əminlik üçün bir-birinin gözlərinin içinə 
baxırlar. Psixoloqlar hesab edir ki, bu danışıq vaxtının 60-70% -ni təşkil 
etməlidir.  Əgər  həmsöhbət  gözünü  yayındırır,    yaxud  yerə  baxırsa,    bu 
qarşı tərəfdə ona inamsızlıq yaradır. 
Burada  məsələnin  başqa  tərəfi  də  var.  Bizdə  yad  kişiyə  və  ya 
qadına, eləcə də həmsöhbətə gözünü zilləyərək baxmaq böyük ədəbsizlik 
sayılır. Adətən görüşərkən yüngülcə baxışdan sonra gözlər həmsöhbətdən 
çəkilir. 
Kommunikativ prosesdə  emosiyanın qeyri-verbal ifadəsinə xidmət 
edən  bədən  hərəkətləri  bədii  ədəbiyyatda  təsvir  yolu  ilə  verilir.  Bu 
hərəkətlərin təsviri mətnin formalaşmasında xüsusi rol oynayır. 
•   Əlinin  batqın, quyunun dibindən gələn səsi yenə qalxdı, onun 
yatıq  sinəsi  yenə  qabardı,  üzünün  əzaları  zol-zol  durub  tarıma  çəkildi, 
qalın  qaşları  enli  alnını  sıxıb  dərin  bir  qırışla  kəsdi,  gözləri  körüyün 
yelliyinə tutulmuş kösövlər təki alışıb yanmağa, alovlanmağa başladı. 
•   Məhəmməd  dayının  üzündəki  don  açıldı,  gözlərindəki  təlaş 
çəkildi, bəbəkləri işıqlandı, dodaqlarına təbəssüm qondu. 
•   Sərinə  qapıdan  çıxdı,  tələsik  çıxdı.  Gözlərini  yerə  dikməsi, 
çiyninin  çəkişməsi,  əllərini  önündə  çarpazlaması,  addımladıqca  çala-
çökəyi görməyib büdrəməsi İldırımın gözlərindən yayınmadı.  
Maşınsızlar  isə  çolum-cocuğunu  evin  dərin  yerinə  çəkir, 
əlacsızlığın  ağırlığı  altında  balalarının  qorxudan  bərəlmiş  gözlərinə 
baxmağa da utanırdılar.  
İldırımın çiyinləri düşdü, sifəti uzandı. 
Bədii əsərlərdən seçilmiş bu fraqmentlər  təsviri səciyyəlidir və jest 
və mimikaları təsvir edir. 
ƏDƏBİYYAT: 
 
1.Креидлин  Г.Е.  Невербальная  семиотика.  Язык  тела  и 
естественный язык. Москва, Новое литературное обозрение, 2002. 
2.Культура  речи  и  эффективность  общения//Под.  ред.  Прудкина 
Л.К., Ширяева Е.Н. Москва, 1996. 
3.Леонтьев. А. А. Психология общения. М.1994. 
4.Abdullayev  N.  Nitq  mədəniyyətinin  əsasları.  Dərs  vəsaiti.  Bakı, 
N/BM, 2015. 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
276 
 
 
Мирвари Исмайылова 
Невербальные средства коммуникации 
Резюме 
 
В  коммуникативном  процессе  для  польного    оcознания 
передаваемой    информации    используются  все  средства  (  вер-
бальные и невербальные). В статье рассматриваются вопросы невер-
бальных  средств  общения.  Выясняется,  что  невербальные  средства 
общения (мимика и жесты) позволяют говорящему полнее выразить 
свои  чувства,  показывают,  насколько  участники  коммуникации 
владеют собой, как относятся  друг к другу. В статье  также опре-
делены  эталонные  типы  жестов  и  мимики,  рассмотрены  нацио-
нальные  характеры жестов.  
 
 
MirvariIsmayilova 
The means of non-verbal expression of communication 
Summary 
 
In the communication process for fully appreciate the transmitted 
information is used by all means (verbal and non-verbal). In this article 
deals with the question of non-verbal communication means. It is cleared 
that  non-verbal  communication means  (facial  expressions  and  gestures) 
enables  the  speaker  fully  to  express  one’s    feeling,  shows  some 
participiant’s  communication  how  to  communication  with  one-another. 
In  this  article  it  is  also  identified  the  type  of  facial  expressions  and 
gestures, and it is considered of the national characters of gestures.  
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
277 
 
Nadir Məmmədli 
AMİU, 
filologiya üzrə elmlər doktoru, professor 
elm ve tehsil@mail.ru 
 
NİTQ MƏDƏNİYYƏTİ: DİL VƏ NİTQ 
 
Açar sözlər: dil, nitq, kollektiv təcrübə, fərdi, təbii işarələr sistemi, nitq 
fəaliyyəti, şifahi və yazılı nitq, dilin funksiyaları; 
Ключевые слова: язык, речь, коллективная практика, индивид, 
естественная знаковая система, письменная и устная речь, функции 
языка. 
Key words: language, speech, collective practice, individual, natural 
sign system, written and oral speech, language functions. 
 
 Nitq  insan  fəaliyyətinin  spesifik  cəhətlərini  əks  etdirdiyi  üçün 
dilçilikdə iki  mənada işlənir: danışıq prosesi (şifahi və ya yazılı) və bu 
prosesdə səs. Nitq və dil qarşılıqlı əlaqədədir. Nəsillər arasındakı rabitə, 
xalqın  intellektual  və  mədəni  irsi  dil  vasitəsilə  ötürülür.  Nitq  dilin 
fəaliyyət formasıdır və məhz nitq sayəsində bu fəaliyyət forması konkret 
dil aktına çevrilir; nitq, ilk növbədə, onun kommunikativ imkanlarını üzə 
çıxarır  və  dildən  fərqli  olaraq,  müəyyən  məqsədə  xidmət  edir.  Nitq 
maddidir  –  şifahi  formada  səslənir,  yazılı  formada  isə  müəyyən  qrafik  
işarə və vasitələrlə reallaşır.  Konkret situasiyadan asılı olaraq, hər ikisi 
məkan  və  zaman  çərçivəsində  funksionallaşır.  Məsələn,  hazırlanan  bir 
mətn  üzrə  çıxış  fərqli  ola  bilər;  fərq  həmin  mətni  necə  qavramaqdan, 
hansı  səviyyədə  mənimsəməkdən,  məzmunla  bağlı  nə  qədər  danışa 
bilməkdən,  hazırlıq üçün  nə qədər vaxt sərf etməkdən, hansı  məkan  və 
məsafədə  həmsöhbətlə  nitq  fəaliyyətini  qurmaqdan  və  s.-dən  asılıdır. 
Nitq konkret şəraitdə müəyyən fərd (və ya auditoriya) üçün hazırlanır, bu 
səbəbdən  o  təkrarolunmazdır,  bu  və  ya  digər  vasitələrlə  yazıya  alınsa 
belə, hər dəfə səsləndikdə mövcud şəraitə uyğun dəyişir, eyni hal daim 
təkrar olunur (Sokratın məşhur kəlamındakı kimi: “Axar çayın suyunda 
iki dəfə çimmək olmaz”). Bu ölçü  ilə yanaşsaq nitq müəyyən fasilə və 
fasiləsiz  sonsuzluğa  qədər  davam  edir,  mahiyyət  etibarı  ilə  bütün 
həyatımız nitqlə qurulur - dəyişən şərait, həmsöhbət, nitqin mövzusu və 
formasıdır.  Bu  yanaşma  ilə  nitq  düz  xətt  üzrə  inkişaf  edir,  müəyyən 
ardıcıllıqla hər bir cümlə digərindən sonra söylənilir. Şifahi nitq prosesi 
tempə (sürətli və ya asta), qısa və ya uzunluğuna, adıcıllığa, səs gücünə, 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
278 
 
artikulyasiyaya  görə  fərqlənir.  Yazılı  nitq  aydın  (asan  oxunan),  ya  da 
qəliz  (çətin  oxunan),  böyük,  yaxud  kiçik  həcmli  ola  bilər.  Yəni,  nitqin 
maddiliyini  müxtəlif  nümunələrlə  təsvir  etmək  mümkündür.  Nitqdən 
fərqli olaraq, dil daha ideal hesab olunur, çünki o, nitqdən kənarda, yalnız 
danışan  adamın  təfəkküründə  mövcuddur,    yaxud  məyyən  hissəsi 
müxtəlif  lüğətlər  (birdilli,  ikidilli,  sahə,  izahlı  və  s.)  və  yaddaş  (sorğu) 
kitablarında  cəmlənib.    Nitq,  bir  qayda  olaraq,  fərdin  –  yazan  və  ya 
danışanın  fəaliyyətini  əks  etdirir,  dil  insanın  müxtəlif,  rəngarəng 
xüsusiyyətlərinin  təcəssümüdür.  Bu  səbəbdən  də  nitq  həmişə 
subyektivdir,  yazan,  yaxud  danışan  öz  nitqinin  məzmununu  təyin  edir, 
fərdi  düşüncəsini  və  təcrübəsini  ərsəyə  çıxarır.  Dil  isə  ifadə  sistemidir, 
kollektiv  təcrübədə  qazanılır,  həmin  dildə  danışan  xalqın  mentalitetini 
əks etdirir. Nitq fərdi olsa da, dilin bütün imkanlarından istifadə etmək 
mümkün  deyil,  insanlar  lazımi  şəraitdə  müvafiq  bildikləri  sözlərdən 
yararlanır, ünsiyyət zamanı öz bilik və söz ehtiyatlarına əsaslanırlar. Nitq 
danışan  adamın  psixoloji  vəziyyətindən  asılı  olaraq,  onun  kommunikativ 
vəzifəsini  həyata  keçirir,  bu  həmsöhbətin  səmimiyyətinə  uyğun  şəkildə 
müşayiət olunur. Ola bilər ki, söz, hətta cümlələr  intonasiyaya görə fərqli 
səslənsin, müvafik vəziyyətdə başqa məna kəsb etsin. 
Cümlə  qurarkən  ünsiyyət  vahidi  kimi  çıxış  edən  dil  nitqə  çevrilir. 
M.M.Baxtin bu prosesi müəyyən sərhədlərə ayırır: “Cümlə dil vahidi olaraq, 
qrammatik xüsusiyyət daşıyır, buna qrammatik sərhəd, qrammatik bitkinlik 
və  vahidlik  deyilir;  deyiliş  qaydasından  asılı  olaraq,  öz  məqsədini  həyata 
keçirmək  üçün  stilistik  xüsusiyyət  kəsb  edir”  (1,  7-8).  Cümlə,  dil  vahidi 
olaraq,  ünsiyyət  quran  tərəflərin  nitq  aktları  ilə  məhdudlaşmır,  fikir 
bütövlüyünü  tam  əks  etdirməsə  də,  həmsöhbətlərin  qarşılıqlı  mövqeyini 
ifadə  edir.  Öz  növbəsində,  fikir  cümlələrdə  nitq  məzmununa  görə 
fərqlənir, yəni başqalarının dediklərinə hesablanmasa da, həmsöhbət ona 
ünvanlanan  fikrə  aktiv  şəkildə  cavab  vermək  mövqeyində  olur.  Fikir 
məna bütövlüyü kəsb edir və digər nitq amilləri ilə birlikdə lazımi ifadə 
gücünə  malikdir.  Humboldt  haqlı  olaraq  yazır:  “Dil  fikri  təşkil  edən 
orqandır. Tamamilə ruhi, dərin daxili və izsiz keçici olan əqli fəaliyyət 
nitq  vasitəsilə  materiallaşır  və  hissi  qavramaq  üçün  mümkün  olur. 
Təfəkkür  və  dilin  fəaliyyəti  buna  görə  bölünməz  vahid  təşkil  edir”  (2, 
23).  Lakin dil təkcə nitq  amilləri ilə məhdudlaşmır, eyni zamanda qeyri-
dil  (qeyri-söz,  yaxud,  qeyri-şifahi,  qeyri-yazılı  və  s.)  növləri  də  nəzərə 
alınır: səs, intonasiya, hərəkət, mimika, poza, vəziyyət və s. Əgər nitqdən 
ünsiyyət prosesi kimi danışırıqsa və mətni nitqin bir forması kimi qəbul 
ediriksə, bu hədd prinsipi dil ilə ümumi məna daşıya bilməz, çünki mətn 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
279 
 
dil  kimi  heç  bir  halda  müstəqil  ola  bilmir,  mətn  məhz  dil  çərçivəsində 
nitqdə  yaranır:  nitq  xarici  (ifadə  edilmiş,  yaxud,  yazılmış)  və  daxili 
(başqalarının eşidə, görə bilmədiyi) formalarda ola bilər. Daxili nitq bizə 
düşüncələrimizi,  fikrimizi  ifadə  etmək,  öz-özümüzlə  danışmaq,  daxili 
qərarlarımızı vermək (səssiz nitq), eyni zamanda yaddaşımızı təzələmək, 
xatırlamaq üçün gərəkdir. Xarici nitq müxtəlif nitq formaları ilə təsdiqini 
tapır, məsələn, çıxış, məruzə, mühazirə, vidalaşma və s. Nitq mətni bu və 
ya digər şəkildə müəyyən funksional üslublardan yararlanır: elmi, rəsmi, 
işgüzar,  publisistik,  bədii,  məişət  və  s.  Nitq  mətn  kimi  lazımi  şəraitdə 
ifadə edilir, əhəmiyyətinə, gerçəklik və yanaşma mövqeyinə görə  (doğru 
- müəyyən qədər doğru - yalan) dəyərləndirilir. Nitq və mətn həm estetik 
(gözəl - çirkin - iyrənc), həm də etik (yaxşı - pis) və s. funksiya daşıyır. 
Dilin  bütün  funksiyaları  nitqlə  ifadə  olunur,  lakin  nitq  bu  prosesdə  ye-
ganə vasitə deyil. Nitq özündə hər zaman fərdin yaradıcı fəaliyyətini ifa-
də  edir,  ona  görə  də  dəyərləndirməyə  ehtiyac  duyur  və  bu,  dil  ilə  mü-
qayisədə tamam  fərqli mənada  qəbul  edilir; nitqə  daha  çox  mədəniyyət 
anlamı kimi yanaşdıqda özünü doğruldur.      
Dil və nitq fərqli anlayışlar olsalar da, qeyd etdiyimiz kimi, bir-biri 
ilə sıx bağlıdırlar - nitq  dilin işlək formasıdır və daim fəaliyyətdədir. Dil, 
birmənalı,  nitqlə  ifadə  olunur,  nitq  təsadüfi  hallarda  danışıq  dilini  əvəz 
edə bilmir (müqayisə et: M.Füzulinin məşhur beyti: Eyləsən tutiyə ədəbi 
kəlimat; Nitqi insan olur, əmma özü insan ola bilməz).  Nitq və dil bir-
biri ilə o qədər sıx bağlıdırlar ki, bəzən bu hadisələri ayırd etmək çətin 
olur. Məsələn, “dil təcrübsəi”, “dil daşıyıcısı” anlayışları bu və ya başqa 
dillə  müqayisədə  aydın  olur.  İnsanın  dil  anlayışlarının  əsasında    onun 
bilik və bacarıqları dayanır, konkret şəxsə aid olduqda “dil təcrübəsi” və 
“dil  daşıyıcısı”  nitq  düşüncəsidir.  Bu,  müstəsna  halları  nəzərə  almaqla, 
dil  və  nitqin  ayrı  mövcud  ola  bilmədiyinə  sübutdur.  Yüksək  nitq  mə-
dəniyyətinə  yiyələnmək  üçün,  ilk  növbədə,  nitqin  tərkib  hissəsi  olan 
şüurlu və məqsədyönlü fəaliyyət müəyyənləşdirilməlidir; mədəniyyət hər 
zaman  şüurlu  şəkildə  nəyi  tətbiq  etməyi,  nədən  boyun  qaçırmağı 
müəyyən edir.  
Hər bir insan tarixi zəmində mədəniyyətə qarışır, eyni zamanda hər 
kəs fərdi şəkildə mədəniyyətin ona da məxsus olduğunu dərk edir, lakin 
mədəniyyətin  fundamental  səviyyəsi  dillə  formalaşır.  Dil  daşıyıcısı 
insandır  və  o,  dialektik  qanunlarla  dili  zənginləşdirir,  təkmilləşdirir, 
mənəvi  yaradıcılıqla,  şüurlu  və  məqsədyönlü  fəaliyyəti  ilə  sərbəst 
mətnlər yaradır, fikrini izah edir. Dil və nitq haqqında bilik və bacarıqlar 
nitq mədəniyyətinin mahiyyətini anlamağı, yüksək səviyyəli mədəniyyətə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
280 
 
gedən yolu dərk etməyi öyrədir. Dildəki bütün münasibətlərin məcmusu 
onun  ünsiyyət  vasitəsi  olmasıdır,  bu  isə  onun  ictimai  vəzifəsini 
şərtləndirir. Lakin dildən başqa da ictimi hadisələr mövcuddur. Bəs, dil 
başqa  ictimai  hadisələrdən  hansı  keyfiyyətləri  ilə  fərqlənir?  İşarəvi 
səciyyəsi ilə:  
1.Dil  –  işarələr  sistemidir,  müəyyən  anlayışı  ifadə  edən  sözdür, 
verilmiş  məzmunun  ifadəsi,  səs cildidir.  O  zaman  dil  olur  ki,  bu  və  ya 
digər səs, söz, cümlə  məna, işarələr müəyyən bir fikir bildirir. Məsələn, 
Azərbaycan  dilindəki  bəli  və  xeyr  səsləri  konkret  məna  kəsb  edir  və 
müvafiq intonasiya ilə razılıq və narazılıq əlamətini bildirirlər.  
2.Dil – işarələr sistemidir, tam şəkildə funksionallaşır; işarələr ayrı-
ayrılıqda  sadəcə  səsdir,  amma  konkret  məqsəd  üçün  birləşdikdə  vahid 
forma alırlar. Hər bir işarə tamın bir parçasıdır.  
3.Dil – işarələr sistemidir; siqnifikativ funksiyaya malikdir, müəy-
yən predmet və ya real hadisə haqqında fikir mübadiləsinə xidmət edir. 
Hər  bir  işarə  nəyisə  təmsil  edir,  buna  reprezintasiya  deyilir.  Bu  yalnız 
insana  xasdır,  idraki  və  kommunikativ  fəaliyyəti  üçün  mühüm  vasitədir. 
İşarə  dedikdə  dilçilikdə  siqnallar,  simvollar  yox,  dil  nomenklaturaları 
nəzərdə tutulur. Onlar iki formada olur: ideal - səs, yazı şəklində və maddi. 
Hər  bir  dil  işarəsi  forma  və  məzmuna  malikdir.  Dil  işarəsi  danışanların 
şüurunda  mənalar  və  hissi  obrazlar  şəklində  mövcuddur,  ünsiyyət  vasitəsi 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin