Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

uyğundur. VI əsrdə türkdilli avarlar slavyanlarla hərbi ittifaqa girmişlər. 
Avarlardan  “ant”  sözünü  mənimsəyən  slavyanlar  onlarla  ittifaqa  girmiş 
qəbilələri “antlar” adlandırmışlar. Bu qəbilələr Bizans imperiyasına qarşı 
hücumlarda iştirak edir, qotlarla və hunlarla ittifaq bağlayırlar (8, 71-80). 
Antların  qəbilə  başçılarından  birinin  adı  Boj-Boz  olmuşdur. 
A.A.Şaxmatov, V.N.Perets və başqaları antları slavyan əsilli sayır, lakin 
bu  sözün  etimologiyasının  slavyan  dillərinin  materialları  əsasında  izah 
olunmadığını unudurlar. Bu alimlər öz yazılışına, ifadə tərzinə, mənasına 
görə əsl türk sözü olan Boz sözünü qəbul etmək istəmirlər. 
 
ƏDƏBİYYAT: 
 
1.  Р.Н.Безертинов.  Татары,  тюрки  –  потрясатели  вселенной. 
(История великих империй). Том. I. Баку. 1991. 
2.  О.Н.Трубачёв. О племенном названии славян. М., 1961. 
3.  А.Х. Востоков. Рассуждение о славянском языке. М., 1930. 
4.  И.И.Срезневский. Мысли об истории  русского языка, М., 1950. 
5.  П.Шафарик. Славянские древности. М., 1947. 
6.  А.А.Шахматов.  К  вопросу  об  образовании  русских  наречий. 
СПб, 1915. 
7.  А.И.Соболевский. Русско-скифские этюды. СПб., 1914. 
8.  И.Перволф.  Славянская  взаимность  с  древнейших  времён  до 
XVIII века. М., 1974. 
9.  В.А.Богородитский. Общий курс русской грамматики. М., 1923. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
306 
 
10. С.Б.Бернштейн.  Очерк  сравнительной  грамматики  славянских 
языков. М., 1954. 
11. Л.Нидерле. Славянские древности. М., 1956. 
 
Земфира Алиева  
Теоретические проблемы тюрко-славянских языковых 
контактов 
Резюме 
 
Славяне и тюркоязычные племена являются одним из древней-
ших  народов  Евразии,  внесшие  огромный  вклад  в  культурное, 
цивилизованное  и  военное  развитие  этого  региона.  С  появлением 
вышеуказанных  народов  в  этом  регионе  начинается  уникальный 
процесс интеграции мирового политического пространства. Говоры 
тюркоязычных  народов  имели  огромное  влияние  на  общеславянс-
кий язык. Многие ученые считают, что в этногенезисе древних сла-
вян участвовали тюркоязычные племена. 
 
Zemfira Alieva 
The theoretical problems of the turkic-slav language relations 
Summary 
 
The  Slavs  and  the  Turkic-speaking  tribes  are  one  of  the  ancient 
people  of  the  Eurasia,  who  made  great  contribution  in  the  cultural, 
civilized and military development of this region. By the appearance of 
the above mentioned peoples in this region starts the unique process of 
the integration of the words political space. The dialects of the Turkic-
speaking peoples had great influence to common Slavic language. Many 
scientists consider that in the ethnogenesis of the ancient Slavs took part 
Turkic-speaking tribes. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
307 
 
Baba Məhərrəmli 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent 
baba_magerramli@mail.ru 
 
*Su “şəffaf maye, çay, göl, dəniz, rütubət” nostratik kökünün 
dünya dillərində derivatları və allomorfları 
 
 
Açar sözlər: su, nostratik, kök, dil, allomorf 
Ключевые слова: вода, ностратический, корень, язык, 
алломорф 
Keywords: water, Nostratic, root, language, allomorph 
 
Dünya  dillərində  ən  qədim  söz  köklərindən  biri  su  morfemidir. 
Müasir türk dillərində su sözü fərqli fonovariantlardadır: Azərb., türk. su, 
xak.dial.  su  “çay”,  yak.  suy,  qar.-balk.dial.  suq.  Adətən,  türkoloqlar  su 
sözünün  arxetipini  *suγ  şəklində  bərpa  edirlər.  Əski  türk  yazılı  qay-
naqlarında suq // suğ // sub // suv (“su, rütubət, çay, içki”) formalarında iş-
lənmişdir (ДТС, 515): anï subuγ baralïm “An çayına tərəf gedək” (ДТС, 
512); er suv sagurdı “Adam su içdi” (DLTT, II, 80). Hazırda Azərbaycan 
dilində işlənən suva- feili həmin relikti əks etdirir. Müqayisə edək: sansk. 
sâvin-î “çay” (SED, 349), gür. swell “nəm, yaş” (ЭСКЯ, 174).  
Su  kökü  həm  bəzi  türk  dillərində,  həm  də  digər  Altay  dillərində 
metatezaya uğramışdır: xak. uus “çay”, s.uyğ. husun, xamn. usu, ş.yuq. 
husun, duns. usu, daq. oso, mon.dial. usan // uasan, mon. us // usun “su” 
(MTS, II, 1368), sol. oso, bury. usan “su” (СНГТ, 423). Azərbaycan di-
linin  şivələrində  ussu  “su”  (Salyan)  variantı  var  (ADDL,  520).  Qədim 
türk abidələrində usu- “içmək”, usmak “susamaq”, usağ- “susamaq, su istə-
mək” sözlərinə rast gəlinir (QTAS, 117). 
Su  kökü  digər  dillərdə  də  fonosemantik  və  morfonoloji  diferensial-
laşmaya məruz qalmışdır: av. şhim, sax. şhan, tab. şid, lak.dial. ssin, darg. 
şin “su” (СССДЯ, 74), çin. şue “su”, kor. su “su, çay” (СНГТ, 528), liv. suo 
“bataqlıq”, ing. sea (si) “dəniz”, udm. sin “bulaq”, kom.-zır. son “göl”, yap. 
suiho “su qabarcığı”, qəd.yap. susuk “yumaq”, indonez. sunqai “çay”, urar. 
sue “göl” (АСУЯ, 262), ər. surb “su kanalı”, udm. sum “çay yanında kiçik 
göl” (КЭСКЯ, 253), kom.-perm. syon “su çuxuru, nohur”, est. salm “iki ada 
arasında kiçik su  keçidi”  (КЭСКЯ,  252), ing. sop “islatmaq”,  şum. suq 
“göl” (SL, 27), alm. see “dəniz, göl”, ing. soak (souk) “sulu, islatmaq, is-

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
308 
 
lanmaq,  suya  qoymaq”.  E.Klein  ingilis  dilindəki  soak  sözünün  kökünü 
qədim ingilis sözü olan sūcan “sormaq” feili ilə əlaqələndirir (CEDEL, 
1466). Ancaq həmin fikir inandırıcı deyil. Qədim hind-Avropa dillərində 
*seu // *su “yağış” kökü işlənmişdir (13, II, 866). Su sözü topoformant 
kimi  də  türk  xalqlarının  onomastik  vahidlərinin  tərkibində  mövcuddur. 
Məsələn,  Başqırdıstanda  Usen  adlı  çay  var.  Su  morfeminin  mənşəyi 
digər kök sözlər kimi səs təqlidi ilə bağlıdır. 
F.Cəlilov  su  sözünün  müxtəlif  dillərdəki  analoji  variantlarının 
yaranmasını dil kontaktlarının nəticəsi ilə əlaqələndirir (1, 131). Halbuki 
bu cür faktlar dil kontaktlarının deyil, ortaq mənşəyin, homogenliyin iz-
ləridir. Ç.Qaraşarlı etrusk dilindəki es // esi sözünü qədim türk dillərin-
dəki us // usa “içməyə meyil göstər” sözü ilə müqayisə edərək, onların 
eyniköklü  olması  qənaətinə  gəlir  (4,  110).  A.K.Matveyev  hidrotopo-
nimlərdəki  as  //  us    (“su,  kicik  çay”)  komponentini  hind-Avropa 
mənşəli hesab edir (7, 153, 301). Ancaq bizim araşdırmamız sübut 
edir  ki,  su  kökü  nostratik  mənşəlidir.A.B.Dolqopolski  nostratik  kök 
kimi suvo morfemini “maye” mənasında bərpa edir və suva // sıva // sıvı 
kökünün  müxtəlif  dillərdə  fonetik  divergensiyaya  məruz  qaldığını  gös-
tərir  (ND,  1885).  Türk  dilindəki  sıvı  “maye”,  Azərbaycan  dilindəki 
suvamaq  sözlərinin  kökündə  su  morfemi  dayanır.  Su  anlayışı  bildirən 
sözün həm də “bataqlıq, göl, çay, maye” anlamları ifadə etməsi çox təbi-
idir,  çünki  semantik  sahə  baxımından  bir-birinə  yaxın  anlayışları  ifadə 
edən sözlərdə məna keçidləri normal proseslərdir. 
K.Quliyeva su sözünün ça, sa, şa, ha variantlarında şaxələn-
diyini və türk dillərində çay // say // şay // hay sözlərinin  mənşə-
yində  su  morfeminin  dayandığını  göstərmişdir  (5,  37).V.M.İlliç-
Svitıç Alt. *ū “su”, ev. ū “dalğa”, Ural. *uwa “axın” sözlərinin nostratik 
mənşəli olmasını qeyd etmişdir (11, 334). B.Xəlilov bildirir ki, yu-, su-, 
mö-, mu-, vu-, vo-, ya-, çə-, ça-, cö-, si-, sı, sö- allomorfları eyni bir kökün 
etimon sferasından nəşət etmişdir. Allomorfların rekonstruksiyasından bəlli 
olur ki, ilkin kök *u- olmuşdur. Bu söz türk dillərinin morfoloji quruluşu ilə 
bağlı olaraq sonralar struktur və morfoloji dəyişikliyə uğramışdır. Lakin il-
kin kök baoan dilində və monqor dilinin xuçzu dialektində “içmək” məna-
sında  işlənir  (2,  112).  Biz  də  hesab  edirik  ki,  müxtəlif  dillərdəki  *su, 
*şu,*cu, *tu, *bu, *mu, *vu, *ku, *yu, *zu, *xu, *hu “su” köklərinin mənşəyi 
eynidir. 
Nostratik  mənşəli  su  kökünün  müxtəlif  dillərdəki  digər  paralellərinə 
nəzər salaq: çin. sŏu “göl” (БКРС, 429), qəd.hind. *sibi “bataqlıq” (ИСП, 
172), sindhu “çay”, skif., sind.-meot. sindus “çay” (ИСП, 70, 72), qəd.hind. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
309 
 
sira  “çay”  (ИСП,  70),  şum.  še  “yağış,  yağış  yağmaq”,  šu  “tökülmək, 
axmaq” (SL, 28), çan. šu, meq. šu // šə “nəm, yaş” (ЭСКЯ ,174).Yuxarıda 
qeyd etdiyimiz kimi, qədim türk yazılı qaynaqlarında su sözü qapalı hecalı-
dır. Məsələn, “Badai al-luqat” əsərində suv biçimində işlənmişdir: Suv aka 
başladi  “Su  axmağa  başladı”  (7,  275).  Digər dillərdə  də  analoji  paralellər 
mövcuddur: ub. şue “dəniz”, lak. şin “su” (ЭСАЯ, I, 105), adıq. psı “su” 
(ЭСАЯ,  I,  16),  indonez.  susuk  “kanal”,  qəd.hind.-Avr.  *seu  “nəmişlik, 
rütubət” (CCМСИЯ, 77), kelt. *sei “nəm”, qəd.isl. sogn “dəniz”, adıg. su 
“nəm” (ЭСКЯ, 173).  
Yu allomorfu: Su kökünün allomorflarından biri yu köküdür, yəni 
su  və  yu  sözlərinin  mənşəyi  eynidir.  Spesifik  y~s~j  əvəzlənməsinin 
nəticəsində su kökündən yeni sözlər yaranmışdır: qəd.türk. yul “bulaq” 
(DLT,  III,  147;  DLTT,  III,  4),  özb., noq., türkm. yuv-, qaz. ju-, Alt. 
yun-, uyğ. juy-, türk. yıka-, qırğ. juu- “yumaq”. Müasir Azərbaycan 
dilində  yu-  feili  su  //  yu  kökünün  qədim  sinkretikliyinin  izini  əks 
etdirir.Orta əsrlərə aid türk yazılı qaynaqlarında yul sözü “bulaq” məna-
sındadır. Yu “su” kökü də müxtəlifsistemli dillərdə morfonoloji cəhətdən 
şaxələnmişdir:  mans.  ya  “çay”,  mac.  yo  “çay”,  kom.  yu  “çay”  (СНГТ, 
459),  vax.  yupk  “su”  (ЭСВЯ,  432),  kom.  yuni  “içmək”,  qəd.perm.  *yu 
“içmək”,  mar.  yüäm,  fin.  yuoda,  est.  yooma  “içmək”,  Ural.  yoki  “çay” 
(EDUL, 39), fin. yoki “çay”, liv. yoq “çay”, mar. yoqı “axın”, qəd.perm. 
yuq,  est.  yoqi  “çay”,  yap.  yu  “çay”,  tox.  yok  “içmək”,  çin.  ying  “dəniz, 
okean” (БКРС, 554). Qədim türk dilində işlənən yulaq “çay” (ДТС, 278) 
sözü də bu allomorfdan təşəkkül tapmışdır. 
*Zu allomorfu: Bask dilində də bir çox dillərdə olduğu kimi, bu 
nostratik  kök  z  //  s  refleksi  ilə  metatezaya  uğramışdır:  iz  “su” 
(EDB, 57). Şumer dilində zu “su” anlamında olmuşdur. Şumer mifologi-
yasında  Abzu  sözü  su  teonimini  ifadə  etmişdir  (MНM,  22).  Həmin 
sözdəki  ab  və  zu  komponentlərinin  hər  ikisi  “su”  mənasındadır. 
Müqayisə edək: çin. zao “yuyunmaq, çimmək” (БКРС, 52). 
*Çu allomorfu. Bu allomorf  cu // cü // çu  // ça // çı variantlarında 
yayılmışdır: qəd.türk. čı “şeh, nəm, yaş” (ДТС, 145), qırğ. cū “yumaq”, 
Alt.dial. çun- “yumaq”, tac. çuy “kiçik çay”, erm. cur “su”, gür. ça “su 
quyusu”,  samod.  çu  “çay”,  çin.  çu  “su  kanalı”,  çuan  “su  axını”,  çul., 
şor.,  selk.  çul  “çay”,  fars.  cu  “arx”,  Tib.  çu  “su,  kiçik  çay”  (СНГТ, 
430,  444,  528).  Azərbaycan  dilində  işlənən  çay  sözü  də  bu  allomorfun 
derivatıdır. Dialektlərimizdə cü sözü “kiçik arx” anlamını ifadə edir (5, 
37). B.A.Əhmədovun fikrincə, su sözünün əsli cu olub, “maye” mənasını 
əks etdirmişdir (ADQEL, 259). Azərbaycan dilində “su qabı” mənasında 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
310 
 
cürdək,  “suçu”  mənasında  cuvar  sözləri  var.  Dialekt  və  şivələrimizdə 
işlənən  culva  “iki  əkin  sahəsinin  arasından  keçən  arx”,  cülyə  “quyu”, 
“gölməçə” (ADDL, 81, 83 ) sözlərində də cu // cü “su” mənasındadır. 
Tu allomorfu: Şumer dilində tu “tökülmək, axmaq, yuyunmaq, 
çimmək”  sözü  işlənmişdir  (SL,  17,  36).  Bir  sıra  müasir  dillərdə 
(əsasən, Ural dillərində) indi də tu kökü “su, göl” mənasındadır: samod. 
to  “göl”,  nivx.  tu  “göl”,  mans.  too,  mac.  too  “göl”,  kom.  tı  “göl” 
(КЭСКЯ, 292). Deməli, su kökünün fonoloji inkişafında məxrəccə yaxın 
olan t~s əvəzlənməsi müşahidə edilir. Q.Kazımov thu // tu sözünü, haqlı 
olaraq,  su  kökünün  variantı  hesab  edir  (3,  234).  Müqayisə  üçün  qeyd 
edək ki, sən əvəzliyinin arxetipi olan *si kökü müxtəlif dillərdə tı biçi-
minə transformasiya olunduğu kimi, eləcə də su~tu keçidinin baş verməsi 
normal fonoloji əvəzlənmə kimi qəbul edilməlidir. 
Mu  allomorfu:  Vaxtilə  ölü  dillərdə  *mu  “su”  kökü  işlənmişdir: 
urar. mu “su” (АСУЯ, 15), muna “çay” (АСУЯ, 210), ass. a-mu “dəniz” 
(CDAL,  52).  Müasir  Altay  dillərinin  bir  çoxunda  həmin  kökün  ilkin 
praforması mühafizə olunmuşdur: ev. mu, ulç. mu, or. mu, sol. mu, neq. 
mu “su” (ССТМЯ, I, 559), yap. mi “su”. Qədim türk yazılı qaynaqlarında 
mürən sözü “çay” mənasında işlənmişdir (QTAS, 75; QTAL, 125). Müasir 
türk dillərində tərkibində ma // mu  “su” kökünü mühafizə edən müxtəlif 
sözlər  mövcuddur:  qırğ.  mürök  “bulaq  suyu”,  uyğ.  müren  “çay”,  başq. 
məreü  “nəm  olmaq”,  yak.,  dolq.  muora  “dəniz,  okean”  ,  s.uyğ.  mörin  // 
main “çay”. Dialektlərimizdə (Ağdam,  Naxçıvan) mora sözü “kiçik arx” 
mənasındadır (ADDL, 360).  
Mu  “su”  kökünün  nostratik  mənşəli  söz  kimi  geniş  şərhi  ilk  dəfə 
V.M.İlliç-Svitıçın lüğətində verilmişdir. O, protoaltay dilləri üçün həmin 
kökü *mō (“su”) formasında bərpa etmişdir (ОСНЯ, II, 60, 63). B.Xəlilov 
V.M.İlliç-Svitıça istinadən Alt. mürə // mürə “dəniz, çay”, kartv.-meq. mere 
“göl”, lat. mare “dəniz”, qəd.isl. marr “dəniz göl”, qəd.ing. mor “bataqlıq” 
sözlərində olan mü // mu komponentini kök hesab edir (2, 14).  
Dünyanın  əksər  dillərində  bu  nostratik  kökün  derivatları  var:  tunq.-
manc. murũ “çay” (ССТМЯ, I, 559), meder “dəniz” (ССТМЯ, I, 564), ev., 
neq., or. omo “göl” (ССТМЯ, I, 40), çin. mu “su ilə yuyunmaq, çimmək” 
(БКРС, 320), esk. mık // mılq “su”, mak “axmaq, tökülmək”, qəd.perm. 
mıs’k  “yuyunmaq”.  Bəzi  dillərdə  *mu  “su”  kökündə  anlautda  protetik 
səslər  müşahidə  olunur:  amer.  uma  “ada”,  esk.  uma,  protokor.,  proto-
yap. umi “dəniz”, manc. omo “göl”.Türk dillərindəki yağmur sözündə də 
həmin  kök  qorunmuşdur,  yəni  yağmur  “yağan  su”  deməkdir.  O.N.Tru-
baçev qədim kimmerlərin dilində *mar // *mor kökünün “dəniz” məna-

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
311 
 
sında  olduğunu  və  Türkiyədəki  Marmara  //  Mərmərə  dənizinin  adında 
həmin  komponentin  qorunduğunu  yazır  (ИСП,  68).  Altay  etimoloqları 
prototunqus-mancur dilləri üçün *mū, protokoreya dili üçün *mir, proto-
yapon dili üçün *mi kökünü “su” mənasında bərpa edirlər (EDAL, 233).  
T.V.Qamkrelidze  və  V.V.İvanov  hind-Avropa  dillərində:  qəd.irl. 
muir, qot. marei, qəd.alm. mari, alm. meer, litv. mares “dəniz”, qəd.slav. 
morje  “dayanmış  su,  bataqlıq”,  xet.  marmara  “bataqlıq”,  oset.  mal 
“dərin, durğun su”  sözlərinin arxetipini *mori formasında bərpa edirlər 
(13, II, 673, 943). Q.E.Kornilov qəd.yəh. may “su”, akk. mū “su”, ər. mə-
un // maun “su”, yap. midzu “su” sözlərinin mənşəyini səs təqlidi ilə bağ-
layır (12, 73). Müqayisə edək: frak. *mar “dəniz” (ИСП, 68), həb. may, 
ar. mayyo, yəh. mayım “su”, akk. mau “su”, mon. moren // mörön “çay”, 
kor. mir // mur “su”, duns. moren “çay”, daq. muri // mure // muru “çay”, 
merden “çay sahili”, bury. muren “çay”, litv. mares “körfəz”, qot. mare 
“dəniz”,  lat.  mare  “dəniz”,  qəd.isl.  mariada  “dəniz  sahili”,  rus.  мыть 
“yumaq”, морцо “göl”, bol. mi “yumaq”, qəd.ing. mere // meri “dəniz, 
göl”,  xvarq.  madu  “çay”,  tabas.  muq  “çay”  (СССДЯ,  74).  V.İ.Abayev 
osetin  dilindəki  mal  “dərin,  durğun  su”  sözünü  skif-Avropa  izoqlosuna 
aid edir və bu kökün hind-Avropa mənşəli hesab olunması fikrinə etiraz 
edir.  O,  osetin  dilində  işlənən  mori  sözünün  ilkin  mənasının  “dəniz” 
deyil,  “durğun  su”  olduğunu  iddia  edir  (ИЭСОЯ,  II,  69).  Mu  “su” 
morfemi digər  dillərdə də müxtəlif “su”  semantikalı  sözlərin  tərkibində 
müşahidə edilir: çeç. mala “içmək”, malar “içki”, çeç.dial. mol “içmək”, 
germ. mad // mat “nəm, yaş”, meut “rütubət”, mol. mare // mer “dəniz”, 
ing. mud (mad) “palçıq”, fin. mӓrkӓ “nəm, rütubətli”, meri “dəniz”.  
  Bu  allomorfu:  kom.  ba  “su”,  samod.  ba  //  bi  //  bu  “su,  çay” 
(CНГТ,  51).  Türk  dillərində  bu  allomorf  aşağıdakı  variantlardadır:  tat. 
bua, başq. bıua, Sib.tat. bue “su” (СДСТ, 140). Qərbi Sibir türklərinin, 
yəni kamasin, koybal, karakas xalqlarının dilində bu “su” kökü müstəqil 
şəkildə işlənməkdədir. Bu allomorfun morfonoloji inkişafında b~p əvəz-
lənməsi  müşahidə  edilir:  alb.  pi  “içmək”,  qəd.hind.-Avr.  *pi    “içmək”. 
Bulaq  sözü  tarixi-etimoloji  cəhətdən  bu+laq  şəklində  formalaşmışdır,  -
laq məkan düzəldən aktiv şəkilçidir. Həmin sözün Altay dillərində müx-
təlif variantları var: tat. bolak “kiçik çay”, ev. bolak “çeşmə”, mon. bulaq 
“çeşmə”. Bulaq sözünün müasir tatar dilində “çay” mənasında işlənməsi 
onun  kökünün  “su”  anlamı  ifadə  etməsini  təsdiq  edir.  Praforma  şumer 
dilində  p  anlautu  ilə  qorunmuşdur:  şum.  pu  “bulaq”.  Təsadüfi  deyil  ki, 
Q.Kazımov şumer dilindəki pu “bulaq” sözü ilə türk dillərində işlənən bi-
nar “bulaq” sözünün homogen olduğunu qeyd edir (3, 134). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
312 
 
M.Kaşğari yolak // yulak sözünü bulaq sözünün variantı kimi işlət-
mişdir (DLTT, III, 17). Bir çox dillərdə bi // bu // ba komponentli sözlər 
“su”  anlayışını  bildirir.  Məsələn:  tunq.-manc.  bura  “tökmək,  süzmək” 
(ССТМЯ,  I,  110),  ev.  burqak  “körfəz  sahili”,  tunq.-manc.  bur  “ada” 
(ССТМЯ,  I,  111),  ev.dial.  bira  “çay”

ing.  bay  (bey)  “körfəz”,  kartv. 
*ban “yumaq” , sam.-ham. *bul “göl, çay” (HSED, 81), nan. bira “kiçik 
çay”, ev. bira “çay”, neq. biya “çay”, ude. biyasa “çay” (CНГТ, 51, 72, 
84, 85, 109).  Şumer dilində bi sözü“damcılamaq, tökülmək, axmaq” mə-
nasında işlənmişdir. C.Halloran bu kökün akkad mənşəli ba // bi // saa // 
su “göz yaşı axıtmaq, damcılamaq” kökündən alındığını qeyd edir (SL, 
49).  
Bəzi türk dillərində (tat., başq.) işlənən bua // bıua “su, göl” sözü 
də m~b əvəzlənməsi nəticəsində *mu “su” kök morfemindən törəmişdir. 
Türk  dillərində  biya  sözü  “çay”  anlamındadır.  Dağlıq  Altayda,  Başqır-
dıstanda,  Xakasiyada  biya  komponentli  çoxlu  çay  adları,  hidronimlər 
mövcuddur.  Sibir  tatarlarının  dialektlərində  işlənən  bürən    “durğun  su, 
göl, çay qolu” (СДСТ, 48) sözü mürən “çay” sözünün fonovariantıdır.  
Vu allomorfu: çuv. var “çayın mənsəbi”, rus вода, ing. water “su”, 
lat. vadum “çay, su”, kom. vad “meşə gölü” (CНГТ, 93, 105, 109), Ural. 
wət // wüt “su, çay” (EDUL, 39). Həmin sözlərin də mənşəyində bu // mu 
//  vu  variantlarında  divergensiyaya  məruz  qalan  eyni  kök  morfem  da-
yanır.  Yəni bu  nostratik  kök  tarixən  müxtəlif  allomorflara  parçalanaraq 
fərqli  sözlərdə  asemantikləşməyə  məruz  qalmışdır.  Bəzi  dillərdə  həmin 
kökün ilkin CV (samit+sait) forması və əsas semantikası qorunmuşdur. 
Məsələn, udm. vu “su”, kom. va “su, rütubət” (CНГТ, 92; CМГТ, 50), 
alb. va “çay” (Alb.ED, 491). 
 Ukrayna  ərazisindəki  Dnepr  çayı  vaxtilə  hun-bulqarların  dönə-
mində var adlanırdı. Müasir çuvaş dilində var “dərə” anlamındadır. Qə-
dim bulqarlar çaya var demişlər (10, 19). Digər dillərdə analoji faktlara 
baxaq: sax., rut. vir “su”, ər. vadi “çay yatağı, çayın axdığı yer”, xuf. wur 
“su” (13, II, 866), sansk. vāri “su”, “Avesta”da vaiari “su”, tox. war “su” 
(13, II, 672), xet. war “su” (ССМСИЯ, 76-77, 106), vax. vod “su”, serb., 
xorv.  vir  “bulaq”,  mans.  vut,  fin.  vesi,  mac.  vis  “su”,  çuk.,  kor.  vaam 
“çay” (CНГТ, 92, 105, 106, 113). H.S.Cidalayev ləz. vir “körfəz, kiçik su 
olan yer, bataqlıq, göl”, bol. vir “su olan yer, nohur, hovuz” sözlərini çuv. 
var  “çayın  mənsəbi”  sözü  ilə  müqayisə  edərək  onları  bulqarizm  hesab 
edir (10, 21). 
*Xu//*hu  allomorfu:  Müasir  salar  dilində  hu  “çay”  anlamındadır. 
E.R.Tenişev həmin sözün çin mənşəli xu “çay” sözündən alındığını iddia 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
313 
 
etmişdir  (15,  76).  Bu  sözlərdə  səciyyəvi  k  //  x  //  h  refleksləri  baş  ver-
mişdir. Tunqus-mancur dillərində də k // x refleksi ilə xu “göl” sözü işlən-
məkdədir. V.İ.Sintsius bu sözün mənşəyini çin dilindəki xu “göl, liman” 
kökünə  bağlayır  (CCТМЯ,  II,  473).  Digər  dillərdə  də  k  //  x  refleksi 
müşahidə edilir: adıq. xı “dəniz”, kabar. xı “dəniz” (ИСП, 73), xınal. xin, ud. 
xe, çeç. xi, inq. xiy “su” (ЭСАЯ, I, 105), fars. xā “su axını” (ЭСВЯ, 220), 
yaqn.  xan  “kiçik  çay,  bulaq”,  tac.  xani  “bulaq”,  türkm.  xana  “kiçik  çay” 
(CНГТ, 590).  N.A.Sıromyatnikov çin dilindəki xe “çay” sözünün *ku “su” 
kökündən alındığını göstərir (14, 52). Çin dilində k // h refleksi ilə hu “göl” 
sözü işlənməkdədir (БКРС, 190). 
Ku allomorfu: Su kökünün allomorflarından biri də ku “su” köküdür. 
Qədim türk dillərində kul “göl” (ПДП, 396), yul “bulaq, çay” (ПДП, 390; 
ДТС,  277)  paralelliyi  həmin  köklərin  homogenliyini  isbat  edir.  Səciyyəvi 
k>y>s keçidlərinə əsasən su // yu və *ku “su” köklərinin eyni etimondan ya-
randığını ehtimal etmək mümkündür. Bu // mu “su” kökü ilə ku “su” kökü-
nün eynimənşəliliyini türk dillərində bu // mu // ku “bu” işarə əvəzliyinin 
paralel mövcudluğu da təsdiqləyir. Məsələn, çuvaş dilində ku “bu” məna-
sındadır, halbuki digər türk dillərində həmin söz bu variantındadır.  
Su  kökünün  allomorfları  içərisində  larinqal  nəzəriyyə  baxımından 
ku  allomorfu  daha  qədimdir.  Müqayisə  edək:  qəd.hind.-ar.  ka  “su” 
(EWA, 285), selk. ku “çay, su axını” (ОСНЯ, I, XXVI), urar. gi-i “bulaq, 
su  saxlanan  yer”,  sansk.  ka  “su”  (СРС,  144),  xet.  eku  “içmək” 
(CCМСИЯ, 79), yap. ko “göl”, manc. qo “su kanalı” (CНГТ, 148), mon. 
aqu // uqu “içmək” (MTS, II, 1333), aynu. ku “içmək”. “İçmək” anlayışı 
da  “su”  anlayışı  ilə  birbaşa  bağlıdır.  M.Maynford  latın  dilindəki  aqua 
“su”  sözünün  qədim  hind-Avropa  dillərində  mövcud  olan  ka  “su”  kö-
kündən yarandığını qeyd edir (EWA, 285). Mifoloji qaynaqlarda da *ka 
“su” kök morfeminin izləri var: qəd.
Mis. ka “ada ruhu” (
EHie.D, 783). 
V.M.İlliç-Svitıç  Alt.  *ãk  “axmaq,  tökülmək”  feili  ilə  hind.-Avr. 
*akua “su, çay”, sam.-ham. `ku “su, tökülmək, axıtmaq” köklərini müqa-

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin