AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə19/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   15   16   17   18   19   20   21   22   ...   96

Şer 

 

Yer şahlarına qiblə olubdur qapın, ey şah,  

Sənsən fələyi fəth və dünyanı edən ram.

154


 

 

 



 

                                                           

154

 Beytin farscası: 



Şaha, dəre-to qebleye-şahane-aləməst,  

Gərdun tora mosəxxər-o giti mosəlləməst. 



198 

 

CAHAN SULTANLARININ, XÜSUSƏN MƏRHUM HƏZRƏT 



PADŞAH MƏHƏMMƏD HÜMAVUN GURƏKANIN İRANIN 

SƏADƏT NİŞANLI ŞƏHRİYARININ DƏRGAHINA 

GƏLİŞİNİN ZİKRİ 

 

Zahiri və mənəvi baxımdan mükəmməl (came) bir səltənət 



yaradan  müqəddəs  səfəvilər  vəlayət*  və  kəramətdə*  günəş  kimi 

zahir olmuşlar. Buna görə də, cahan sultanları və böyük hökmdarlar 

əllərini uzadıb (etesam) pak dilli bu   xanədanın   möhkəm   ipindən   

(həblül-mətin)  tutmuşlar.  Hind  və  firəng  ölkələrinə  sədaqətlə 

məktublar,  elçilər  və  hədiyyələr  göndərməklə  daim  birlik  qayda-

qanunlarını təzələmişlər.  Həyatın eniş-yoxuş mərhələlərini qət edən 

kəslər,  hər  hansı  bir  hadisə  baş  verərkən  caf  (sedq)  niyyət  və  pak 

idrakla (xəfa) əgər bu kəramətli dudmana müraciət etmişlərsə, cahan 

hökmdarlarının  (səfəvilərin  -  Ş.F.)  zahiri  diqqəti  (təvəccöhat)  və 

batini  köməyi  (moavinət)  sayəsində  həm  maddi,  həm  də  mənəvi 

surət  və  məna  baxımdan  uğurla  murada  çatmış,  uca  mərtəbələrə 

yetişmişlər.  Amma,  (səfəvilərə  sığınan)  hər  kəs  puç  dünyəvi 

qərəzkarlığa  uyubsa  öz  etiqadından  bəhrələnməmiş,  onun  ümid 

ağacı (nəxl) istək səmərindən kənarda qalmış, kam ala bilməmişdir. 

Buna  misal  mərhum  padşah  Məhəmməd  Hümayun  ibn  Babur 

padşah İbn Ömər Şeyx Mirzə ibn Sultan Əbu Səid Gurəkanın  xeyir 

amallı  (xeyrməal)  əhvalatı  və  Rum  məmləkətlərinin  hökmdarları 

nəslindən  olan  bəd  əqidəli  şahzadə  Sultan  Bayazid  ibn  Sultan 

Süleyman  ibn  Sultan  Səlimin  hadisəsidir.  Onların  hər  ikisi  fələk 

hadisələrinin ucbatından cənnətməkan şahın sarayına (ələbə) pənah 

gətirmişlər.  Düzgün  əqidəsi  və  saf  sədaqəti  olan  mərhum  padşah 

onların  məqsədlərindən  hali  oldu  və  öyrəndi  ki,  pak  əqidəli  insan 

olmayan  Sultan  Bayazid  bu  səadətli  qapıdan  kamyab  olmamış  və 

onun  vəziyyəti  çətinliyə  (vəbal)  giriftar  olmuşdur.  Hadisə  belə  baş 

verdi: 

Gözəl  Hindistan  məmləkətləri,  habelə  Qəndəhardan, 



Kabuldan, Bədəxşandan tutmuş Bənqaləyə (Bənqal) qədərki ölkələr 

o  mərhum  padşahın  (Məhəmməd  Hümayunun  -  Ş.F.)  əlində  və 

fərmanı  altında  idi.  Asimanın  təqdiri  və  ruzigarın  qərarı,  həmçinin 

bir-birlərinə  qarşı  mehriban  olmayan  qardaşların  [ona  qarşı] 

birləşmələri  üzündən  [Hümayun  padşah]  ona  baş  əyməyən  Şirxan 

Əfqan  ilə  Qanq  çayının*  kənarında  döyüşüb  böyük  məğlubiyyətə 

uğradı.  Onlar  çaydan  keçərkən,  padşahın  ali  ordusunun  mülazimi 


199 

 

olan  Sultan  Hüseyn  Mirzə  Bayqaranın  nəticəsi  Məhəmməd  Zaman 



Mirzə  bir  dəstə  cığatay  əmir  və  əskərləriylə  fəna  dalğasında  qorq 

oldu. O həzrətin özü çayda atından suya yıxılmışdı. Suçu (səqqa) bir 

adam  canfəşanlıq  göstərib  özünü  çaya  atdı  və  o  həzrəti  sahilə 

çıxardı. Xülasə, padşah məğlub və pərişan vəziyyətdə o mərəkədən 

çıxıb  Agrə"  darülmülkünə  gəldi,  oradan  çıxaraq  Lahur***  yolunu 

üzə  tutdu.  O,  müxalif  məsləhətlərlə  bağlı  olaraq  Lahurda  da  qala 

bilməyib, Sind vilayətinə gəldi. Saxta yolla o mülkün maliki olmuş 

Əmir  Zəvalnun  Ərqunun  övladları  razılıq  qapılarını  [onun  üzünə] 

bağlayıb,  müxalifət  darvazalarını  açdılar.  Hümayun  padşah  zərurət 

üzündən  Qəndəhara  doğru  yola  düşdü.  Saldəşk  (?)  vilayətinə 

yetişdikdə  Qəndəhar  hakimi  olan  kiçik  (kehtər)  qardaşı  Əskəri 

Mirzə  onun  sərgərdanlığından  xəbər  tutaraq,  öz  böyük  qardaşı  və 

vəlineməti Hümayunla, həmçinin kiçik qardaşıyla (Əskəri Mirzə ilə 

-  Ş.F.)  nifaqda  olan  Mirzə  Kamranla  birlikdə  xəyanət  (keyd) 

məqamında  durdu  və  istədi  ki,  o  həzrəti  tutub  ixtiyarını  əlindən 

alsın.  O,  bu  günah  istəklə  və  qalın  qoşunla  Qəndəhardan  çıxıb, 

hümayun  orduya  tərəf  getdi.  Səadətli  nəsildən  olan  sədaqətli  bir 

adam o cahilin batil fikrini bilərək, özünü orduya çatdırdı və cənab 

padşahı  o  qəddarın  xəyanətindən  xəbərdar  etdi.  O  həzrət  ruzigarın 

gərdişindən  təqdir  karxanəsinin  işinə  heyran  qalaraq,  çarəni  İrana 

getməkdə  və  vəlayət  nişanlı  bu  xanədana  (səfəvilərə  -  Ş.F.) 

birləşməkdə gördü, ali ordunu və var-yoxunu, həmçinin o vaxt Sind 

vilayətində  doğulan  cocuq  kamkar  və  səadətpərvər  şahzadə 

Cəlaləddin  Məhəmməd  Əkbəri  Pərvərdigara  tapşırdı,  onun  bütün 

xidmətçilərini  orduda  qoydu,  çünki  o  səadət  əhdli  şahzadənin 

beşiyini  (məhd)  özü  ilə  aparmaq  olduqca  çətin  idi.  Amma, 

şahzadənin  möhtərəm  anası  onu  izzət  həriminin  (hərəmxanasının  - 

Ş.F.)  bir  neçə  xadiməsi  ilə  özüylə  götürdü,  təvəkkül  biyabanına 

doğru qədəm atdı. O cənaba vəfadar və onunla səfər yoldaşı olmaqla 

müşərrəf olan əmirlərdən, cannisar mülazimlərdən və sədaqət şüarlı 

xidmətçilərdən  altmış-yetmiş  nəfər  adam  onunla  birlikdəydi. 

Onların ən əzəmətlisi Əli Şükür bəy Türkmanın nəticəsi Bayram xan 

Bahadur idi. Türkman nəslindən olan atası və babası İran mülkündə 

yaşayan  adamlardılar.  Bayram  xanın  özü  isə,  Allahın  təqdiri  ilə 

Baburun  ali  ordusunun  tərkibində  Kabul  tərəfə  düşmüş  və  o, 

dudmana  ləyaqətlə  xidmət  göstərdiyinə  görə  ali  mərtəbələrə 

ucalmışdı.  Bu  hadisələr  baş  verən  vaxt  Bayram  xan,  Hümayunun 

hökümətində xidmət edirdi. Onlar sövq biyabanını keçərək Çul (?) 



200 

 

yoluyla Şirvan  vilayətinə gəldilər. [Hümayun padşah] oradan  müşk 



ətirli  qələmi  ilə  bir  məktub  yazıb,  onu  ali  şaha  yolladı  ki,  surəti 

təqdim olunur. 

 

CƏNNƏT DƏRGAHLI HƏZRƏT ŞAHA ALLAHIN KÖMƏYİ 

İLƏ HÜMAYUNUN YAZDIĞI SƏDAQƏT ÜSLÜBLÜ 

MƏKTUBUNUN SURƏTİ 

 

"İxtisas sahiblərinin gözəl adətlərindən (şive) biri olan dua 



və  sədaqət  vəzifəsini  təqdim  etdikdən  sonra  [bildirirəm]. 

Bəndəliyimin  azlığı,  həyamın  çoxluğundan  mən  özümü agahlaq 

kimi əqli xüsusiyyəti özündə ehtiva edən və həşəmət və cəlal günəşi 

olan  həzrət  zilləllah  şahın  müqabilində  bir  zərrə  hesab  edirəm  və 

onun yanına gəlirəm. Bu vaxta qədər mən özümü açıq-aşkar surətdə 

o  ehtişamlı  həzrətin  (Şah  Təhmasibin-Ş.F.)  xidmətçiləri  (xoddam) 

sırasında bilməsəm də, indi sizə qarşı məhəbbət və sədaqət kəmərini 

məhəbbət qübbəsinə qurğuşun (sorb) kimi möhkəm birləşdirmişəm. 

Cürbəcür  səadət  və  kəramət  məskəni  olan  o  həzrətin  (Şah 

Təhmasibin - Ş.F.) həsrətini həmişə çəkirdim və hər ləhzə sizə doğru 

gəlməyə meyl edirdim. Amma, belə oldu ki, mən bu alçaq dünyanın 

və  rəngini  tez-tez  dəyişən  (buqələmun)  fələyin  gərdişi  nəticəsində 

geniş Hind ölkəsindən çıxıb, darısqal Sinq torpağına gəldim. Mənim 

başıma  istər  dəryada,  istər  dağlıq  yerlərdə  (kuhsar),  istərsə  də 

səhrada çox işlər gəlmişdir. Hal-hazırda isə mən iqbal qanadının bir 

mücahidi kimi  əzəmət  və cah-cəlal nuru saçan  (nəyyer) bir  camalı 

müşahidə  etməkdən  ötrü  uçuşdayam.  Həzrət  Allaha  (rəhman) 

ümüdvaram  ki,  mənim  bir  çox  istəklərimin  (mozadat)  həyata 

keçməsinə səbəb olacaq sizinlə görüşdən (molaqat) sonra [sizə] ərz 

etməyə  qabil  olan  əhvalatım  (məqalat  və  halat)  ərz  olunacaq  və 

onları sizə deyəcəyəm, insallah". 

Sözün qısası, elə ki, o həzrət (yəni Məhəmməd Hümayun - 

Ş.F.) Sistana yaxınlaşdı, o ölkənin hakimi  Əhməd Sultan Şamlı  öz 

qardaşını  layiqli  mallarla  (barxanə)  istiqbala  göndərdi,  özü  də  öz 

əşraf-əyanı  ilə  birlikdə  qarşılamağa  çıxdı  və  görüşdü.  O, 

[Hümayunun]  padşahlıq  qədəmlərinin  buraya  atılması  barədəki 

həqiqəti  Xorasan  əmirülümərası  Məhəmməd  xan  Şərəfəddinoğluya 

bildirdi.  Xan  da  külək  kimi  iti  yerişli  (səbokseyr)  bir  qasidi  ali 

saraya  göndərərək,  ali  padşahın  məiyyət  qədəmlərinin  gəlişi  haqda 

ərz etdi. Sonrasa o həzrətin (Hümayun padşahın - Ş.F) sədaqət ayinli 



201 

 

naməsi kimyaəsər nəzərə çatdırıldı. Alicənablıq (fotovvət) şivəsinin 



tərənnümçüsü və insanlıq sifətlərinin sahibi (məsdər) olan şah onun 

padşahlıq  qədəmlərinin  təşrif  gətirməyindən  hədsiz  şad  oldu, 

sevincinin  (enbesat)  və  istəyinin  (eşteyaq)  çoxluğundan  öz  görüş 

xahişini öz xətti ilə yazdı ki, orada bu beyt də vardı: 

 

Beyt 

 

Qonacaqdır o səadət hüması damımıza,  

Səndən ötsə, gələcəkdir bizim məqamımıza.

155


 

 

Hindistan padşahı Məhəmməd şahın Qəzvinə varid olması: 

                           

O  həzrətin  (Şah  Təhmasibin  -  Ş.F)  həmin  uca  mənzilli 

padşaha  göstərdiyi  mehribanlıq  haqqında  (Şah  Təhmasibin] 

Humayun padşaha  və onun  ali  məiyyət  mülazimlərinə  göstəriləcək 

xidmətdən Məhəmməd xan Şərəfəddinoğluya    yazılan fərmanda da 

cümlələr  vardır. "Tarixe-Əkbəri"  kitabının   müəllifi Şeyx Əbülfəzl 

ibn  Şeyx  Mübarək  [öz  əsərində]  Hümayunun  hakimiyyət  dövrünü 

əvvəldən  axıradək  təsvir  etmişdir.  Oradan  məlum  olur  ki,  o  ali 

məqamlı  padşah  ətraf  yerləri  tələsmədən  seyr  edə-edə  Sistandan 

çıxaraq,  Herat darüssəltənəsinə  gəlib çatdı. O, ruzigarın gedişindən 

məlala  düşmüşdü  və  qəlbinə  bir  qədər  şadlıq  bəxş  etməkdən  ötrü 

bəzən  şikar  etməkdəydi.  Yuxarıda  adı  çəkilən  fərmanda  işarə 

olunduğu  kimi,  Məhəmməd  xan  Şərəfəddinoğlu  Pole-Malan 

körpüsünün  başında  bər-bəzəkli  qoşunla,  müxtəlif  qiymətli 

peşkəşlərlə  o  cah-cəlal  dairəsinin  mərkəzini   (Hümayun padşahı - 

Ş.F.)  qarşıladı.  Onlar  Baqşəhrə  (Bage-şəhr)  təşrif  gətirdikləri  gün 

aləmlər  şahzadəsi  Sultan  Məhəmməd  Mirzə  onu  qəbul  olunmuş 

qayda üzrə qarşıladı. Belə ki, o həzrət gəlib çatdıqda, atdan  düşərək, 

onu  salamladı    (təhiyyət).  O  həzrət  də  atdan  enib,  şahzadəni  öz 

mehribanlıq  ağuşuna  aldı.  Şahzadə  isə,  [ali  qonağı]  piyada 

qarşılamaq  və  ata  minməmək  böyüklük  təriqi  və  qaydası 

olduğundan, elə də hərəkət etdi, öz fərzəndlik münasibətini göstərib 

təvazökarlıq və insanpərvərliyini əldən vermədi. 

                                                           

155

 Beytin farscası: 



Homaye-ovce soadət be dame-ma oftəd,  

Əgər to-ra gozəri dər məqame-ma oftəd. 



202 

 

O həzrət bir neçə gün həmin ürəyə yatımlı yerdə, fərəhbəxş 



bağ  və bostanlarda, xüsusən, "Bağe-Murad"da,  "Bağe-Zağan"da  və 

"Bağe-cəhanara"  da  eyş-işrətlə  məşğul  oldu,  öz  qüssəli  xatirini 

şənləndirdi.  Hümayun  fərmanın  məzmununu  gündəlik  dəstirül-

əmələ  çevirən  Məhəmməd  xan  layiqli  xidmət  edib  onun  nurlu 

nəzərinə ləyaqətli peşkəşlər yetirdi. [Hümayun padşah]  Heratda bir 

neçə  gün  qalıb,  yol  yorğunluğu  və  atda  əyləşmək  əziyyətindən 

uzaqlaşdıqdan  sonra  yürüş  cilovunu  İraqa  və  orada  baş  verəcək 

dünya xosrovu ilə görüşə doğru yönəltdi. 

Onların  çatdıqları  hər  bir  şəhər  və  vilayətlərdə  o  yerlərin 

hakimləri  və  əyan-əşrafi  pişvaz  mərasimi  təşkil  edib,  peşkəşlər 

verirdilər.  Qəzvin  darüssəltənətində  o  yerin  kəlantəri  olan  Xacə 

Əbdülqəni Cəladətinin evində iqamət etdilər və bir neçə vaxt həmin 

mənzildə istirahətlə məşğul oldular. Orada Bayram xan şahın yanına 

adam  yollayaraq  görüş  xahiş  etdi.  Cənnətməkan  şah  Bayram  xan 

gəldikdən  sonra  "Buzlaq"  yaylağında  onunla  görüşdü.  Hümayun 

əzəmətli  ordunun  bir  fərsəxliyinə  çatdığı  zaman  məqamı  uca  olan 

həzrətin  (yəni  Şah  Təhmasibin  -  Ş.F.)  qiymətli  qardaşları  Bəhram 

Mirzə, Sam Mirzə, vəzir Qazi Cahan, qorçibaşı Sevindik bəy Əfşar, 

Bədr  xan  Ustaclı,  Möhrdar  Şahqulu  Xəlifə  Zülqədər  və  başqaları 

onu  istiqbal  etdilər.  Onlardan  sonra  əzəmətli  yüzbaşılar,  igid 

qoriçilər,  başqa  həşəmqətli  adamlar  səliqə-səhmanla  mərasim 

qaydalarını  yerinə  yetirdilər.  Onlar  saraya  gəlib  yetişdikləri  vaxt 

atdan  yerə  endilər.  Cənnətməkan  şah  öz  xüsusi  xərgahından  çölə 

çıxaraq,  ona  tərəf  irəliləyib,  böyüklərə  xas  olan  ayin  və  şahlara 

məxsus  qayda  ilə  o  alicah  padşahla  görüşdü  və  onlar  bir-birlərini 

qucaqladılar  (moaneqe).  O  vaxt  sanki  iki  xoşbəxt  ulduz  (qrane-

sədeyn)  birlikdə  idi,  günəş  və  ay  (nəyyereyn)  qovuşmuşdu.  [Şah] 

onun  əlindən  tutub  xərgaha  gətirdi.  Onların  arasında  bir  ürəkli  iki 

dost kimi dostluq söhbəti başlandı. Hər ikisi bir-biri ilə iki bir ürəkli 

dost  kimi  dostuna  söhbət  edir,  həqiqətlə  bəzənmiş  sözlər 

söyləyirdilər. O həzrətin gətirdiyi töhfələr içində bir neçə bədəxşi ləl 

və bir qiymətli almas da vardı. Həmin mərasimdə iştirak edən tarixçi 

Həsən  bəy  Rumlu  və  "Tarixi-cəhanara"nın  müəllifi  Qazi  Əhməd 

həmin  almasın  vəzninin  dörd  misqal  və  dörd  danğ  olduğunu 

yazmışlar. 

Xülasə, cənnətməkan şah həmin neçə  gün ərzində hər  gün 

xüsusi  görüşlər  təyin  edib,  məliklərə  və  şahlara  layiq  şahanə 

məclislər qururdu.O, həmin məclislərdə dəmadəm şəfqətli şözlərlə o 



203 

 

həzrətin  qəmli  xatirinə  şadlıq  bəxş  edirdi  Suvalıqda  cərgə*  ovu 



təşkil  edib,  bir  neçə  gün  ov  heyvanlarının  keçib-getdikləri  yolları 

bağladılar. Cərgə hazır olan kimi birlikdə cərgənin ortasına çıxdılar. 

Həzrət şahın təklifi ilə əvvəlcə Hümayun şah Bəhram Mirzə və Sam 

Mirzə ilə

 

birlikdə ox atmağa başladı. Onların hər biri ovçuluqda və 



çeviklikdə  məharətlərini  nümayiş  etdirdilər.  Sonra  həzrət 

cənnətməkan  şah  Bəhramlara  məxsus  kamanını  əlinə  alıb  o  alicah 

padşahın  və  [ox  atmaqda]  özlərindən  başqa  heç  kimi  pəsənd 

etməyən o həzrətə yaxın cığatay cavanlarının gözləri önündə itilikdə 

günəş şüasının onların tozlarına belə gəlib-çatmadığı çoxlu qaçağan 

ahu ovladı. Beləliklə, şah bir neçə dəfə ox atdı. Heyvanların nərəsi 

göyə  yüksəlirdi.  "Əhsən"  və  "afərin"  sözlərindən  fələyin  oxu 

(mehvər  -  Ş.F.)  və  göyün  qüvsü  dilbir  oldular.  Ox  atmaqdan 

yoruldular, bir çox ətli-canlı maral və başqa ov heyvanları ovlandı. 

Seyr,  ov  və  qəbəqəndazi  oyunlardan  sonra  müəyyən  olunmuş  bir 

gündə  ali  bir  bayram  və  böyük  bir  toy*  təşkil  edildi.  Məclisin 

sonunda o həzrətə töfhə  və hədiyyəlir təqdim olundu: qızıl-gümüş, 

tac, qiymətli daşlarla bəzənmiş kəmər, zərli İraq, Rum, Avropa, Çin 

və  Xətay  qumaşı,  silahlar,  sıx  halqalarla  hazırlanmış  Davidi  zireh, 

cəvahirlə bəzədilmiş tüfənglər, tazı atlar, Bərdə qatırları, qatar-qatar 

dəvələr,  çoxlu  xeymə,  hərəm  və  divanxana  çadırları,  atlas  və 

məxmərdən  tikilən  sayəbanlar"  sadə  və  naxışlı  əşyalar,  çadırlar  və 

evlər,  hər  ləvazimatla  təchiz  olunmuş  təbil,  ələm,  nağaraxana, 

alətləri. O, həzrətin əmir və yaxın adamlarına da nəfis xələtlər və bol 

ənamlar  verildi. Bayram xana ələm  və nağara təqdim edilərək, ona 

yüksək xane-xanan*** mənsəbi verildi. Şahzadələr içərisində Sultan 

Məhəmməd Mirzə və İsmayıl Mirzədən kiçik, başqalarından böyük 

olma,  Sultan  Murad  Mirzəyə,  qızılbaş  tayfaları  içərisində  ən 

mötəbəri  və  mirzənin  lələsi  və  atalığı  olan  Budaq  xan  Qacarın 

sərkərdəliyi  altında, qızılbaş tayfalarından on iki  min nəfər  verildi, 

həmçinin  Kirman  hakimi  Şahqulu  Sultan  Əfşara,  Sistan  hakimi 

Əhməd Sultan Şamlıya, onun qardaşı Hüseynqulu Sultana və başqa 

əmir və əsgərlərə, üç yüz xassə şah qorçiləri qoşuldu, Keçəl Şahvedi 

Ustaclının  başçılığı  ilə  çoxlu  saray  mülazimləri  o  həzrətə  kömək 

üçün  təyin  olundu.  Qərara  alındı  ki,  bu  adamlar  onun  qulluğunda 

dayansınlar,  hökm  və  fərmanını  mürşid  və  vəlinemətdən  (Şah 

Təhmasibdən  -  Ş.F)  sonra  ikinci  hökm  və  fərman  kimi  qəbul 

etsinlər,  humayun  əmrindən  kənara  çıxmasınlar  nə  buyursa  can-


204 

 

başla  əməl  etsinlər,  yanından  uzaqlaşmasınlar,  o  həzrətdən  izn 



almasalar geriyə qayıtmasınlar.  

 

Məhəmməd şah Hindinin (Məhəmməd 



Hümayunun – Ş.F.) Təbriz və Ərdəbilə yollanması: 

 

O    həzrət    Təbrizə    getmək    meylini  və  Təbriz  şəhərinə 



rəğbətini, habelə övliyalar və alimlər sultanı (sultanül-övliya) olmuş 

Şeyx Səfinin qəbrini ziyarət etməyə meyl etdiyi üçün şahdan rüxsət 

alıb, Təbriz darüssəltənətinə təşrif apardı. Təbrizlilər cahan şahının 

fərmanına  əsasın  şəhərin  küçələrini  təmizləyib,  qeysəriyyə  və 

bazarları  təzə  gəlinlər  kimi  bəzədilər,  o  fələk  ehtişamlı  padşahı 

qarşılamaqdan ötrü istiqbala çıxdılar. Sahibabad meydanında o əsl-

nəsəbli hökmdarın önündə, təbrizlilərin adəti üzrə, çovkan və başqa 

oyunlar nümayiş etdirərək, onun şənliyinin artmasına səbəb oldular. 

Onlar  oradan  çıxıb  əzəmətli  səfəvi  şeyxlərinin  məzarlarını  ziyarət 

etmək  məqsədi ilə Ərdəbil darülirşadına getdilər  və belə böyük bir 

səadətə  yetməklə ulu şeyxlərin  müqəddəs ruhlarından kömək xahiş 

etdilər.  O  şərif  yerdə  yaşayan  əzəmətli  şeyxavənd*  seyidləri 

səmimi-qəlb  ilə  xidmətlər  göstərib  onu  bir  neçə  mərhələ  yol  boyu 

müşayət etdilər. 

 

Məhəmməd şah Hindinin mərhum  

şah Təhmasiblə görüşdən geri qayıtması: 

 

Oradan   qayıdan   [Hümayun   şah] Miyanc çəmənliyində 

dayanan  ali  orduya  yetişərək,  orada  vidalaşma  mərasimini  yerinə   

yetirdi, ürək qətiyyəti  və aydın  məqsədlə  məqsədə doğru üz tutdu. 

Onu hümayun şahlığın sərhəddinə çatana qədər ordu müşayiət etdi. 

O  həzrət  ətrafı  seyr  edə-edə  Xorasana  çataraq  kamkar  şahzadə, 

əmirlər  və  yardımçı    əsgərlərlə    (əsakere-kumek)    görüşdü.  O    bu 

xanədanın  göstərdiyi  hörmət  və  dostluğa,  onu  müşayiət  edən 

döyüşçülərin  yoldaşlığına  qarşı  öz  təşəkkünü  bildirdi.  Hindistanın 

tuti bəyanlı və şirin dilli tarixçiləri həmin hadisələri böyük bəlağətlə 

şərh etmişlər. Az vaxt ərzində, [Hümayun padşah] ona qarşı qiyam 

qaldıran  və nifaq əhli olan qardaşları üzərində  yenidən hökmranlıq 

etdi,  Kabul,  Qəzneyn  və  Bədəxşan  məmləkətlərinin  ona  tabe 

olmayan  adamların  itaətə  gətirdi,  ölkələr  fəth  edən  bayrağını 

Hindistana tərəf dalğalandıraraq, surət və mənada kamyab oldu. 


205 

 

Beyt: 



 

Hinddən gəldi Humayun uca şah dərgahına,  

Xoş olan taleyə bax, hax o hümayun" bəxtə

156


 

[Hümayun  padşahla  əlaqədar]  İranda  baş  verən 



əhvalatlardan  [yayınaraq],  çox  yazmaq  münasib  olmadığı  üçun, 

qələmin  dili  o  tərifəlayiq  şəxslə  əlaqədar  halların  cüziyyatından 

yazmağı dayandırdı. 

 

SULTAN BAYAZİD İBN RUM HÖKMDARl SULTAN 



SÜLEYMANIN ZAMAN QƏHRƏMANI VƏ İRAN 

HÖKMDARININ DƏRGAHINA GƏLMƏSİNİN ŞƏRHİ. 

 

Məsələ  belə  olmuşdur:  Sultan  Bayazid  özünün  şərafətli 



atasının fərmanına əsasən Kutahiyyə sancağında hökmranlıq edirdi. 

Sultan  Süleyman  doqquz  yüz  altmış  altıncı  ildə  (miladi  1558/59) 

Bayazidin  iqtidar  əlini  o  vilayətdən  uzaqlaşdırdı  və  Kutahiyyəni  o 

zaman  Konyada  olan  ondan  böyük  qardaşı  Sultan  Səlimə  verdi, 

Səlimi öz  vəliəhdi elan etdi. Buna görə də, səltənət arzusunda olan 

Sultan Bayaziddə paxıllıq və həsəd alovu şölələndi, onun qardaşlıq 

çeşməsi  zir-zibillə  doldu.  Batil  xəyala  və  mümkünsüz  isləyə 

düşərək,  çoxlu  qızıl  xərclədi,  saysız-hesabsız  ləşkər  topladı,  alişan 

atasının  fərmanını  üsyanla  qarşıladı,  böyük  qoşunla  Sultan  Səlimi 

dəf  etməyə  yollandı.  Sultan  Səlim  qardaşının  üsyan  xəbərini 

şərafətli  atasına  bildirdi.  Sultan  Bayazidin  belə  cəsarət  və 

ədəbsizliyindən  qəzəblənən  Sultan  Süleyman  onun  fitnəkar 

vücudunun  məmləkətə  və  dövlət  işlərinə  qarışıqlıq  saldığına  görə 

cəzalandırılması üçün etibarlı paşaları yağış qətrələri qədər çox olan 

bir qoşunla onun üstünə yolladı. Sultan Səlim [də] atasının fərmanı 

ilə  həmin  ləşkərə  birləşib,  ağır  qoşunla  qardaşı  ilə  qarşılaşmağa 

tələsdi. 

 

 



 

                                                           

156

 Beytin farscası: 



Aməd  əz  Hind  Homayun  be  dəre-həzrəte-şah,  Tale-ye-səd  bebin,  bəxte-homayun 

bengər. 


206 

 

Rum xandgarı Sultan Süleymanın oğlanları 



Sultan Səlim və Sultan Bayazidin hərbi: 

           

Tərəflər  arasındakı  şiddətli  döyüş  iki  gün  davam  etdi. 

Birinci  gün  hər  iki tərəfdən  səkkiz  min  piyada  və  süvarini  üyüdən 

müharibə   dəyirmanı sübhdən şama qədər fırlandı. İkinci gün [isə] 

himmətsiz Bayazid canından keçmiş fədailəri ilə birlikdə o qoşunu 

məğlub  etmək  üçün  döyüş  meydanına  qədəm  basdı.    O,    Sultan  

Səlim qoşununun meymənə və meysərəsini  məğlub edib elə dağıtdı 

ki, döyüşdən qaçanlar İstanbula qədər dayanmadılar. 

Xülasə o gün Sultan Bayazid elə döyüş  məharəti nümayiş 

etdirdi ki, bu gün o hadisədən əlli il keçməsinə baxmayaraq, Rumda 

həmin  cəng  və  onun  şücaət  və  igidliyi  dillər  əzbəridir.  O  əsnada 

Sultan  Səlim  qəlbdə  onunla  qalmış  döyüşçülərlə  özünü    Sultan  

Bayazid qoşununa çatdırıb,  bir həmlə ilə onu məğlub etdi. Batil iş 

gördüyü üçün Sultan Bayazidin  mübarizəsinin təsiri olmadı, üsyanı 

məğlub edildi, özü isə qoşunu dağınıq halda Amasyaya qaçdı, orada 

özünün qəflət və qürurundan bir qədər özünə gəldi. Etdiyi əməldən 

peşman oldu, özünün tərbiyəsiz  və bu fəsadın  mayası olan üç-dörd 

mülazimini  qətl  etdi,  onların  başlarını  İstanbula,  alişan  atasının 

yanına göndərdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin