AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə20/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   16   17   18   19   20   21   22   23   ...   96

Sultan Bayazidin məğlubiyyəti: 

 

O,  günahının  bağışlanmasını  xahiş  etdi.  Amma,  talesiz 



oğlunun  əməllərindən  Sultan  Süleymanın  qəzəb  atəşi  elə 

alovlanmışdı  ki,  həmin  iki-üç  mülazimin  öldürülməsi    ilə  

kifayətlənmədi,   şahzadənin  üstünə   İsgəndər paşanın başçılığı ilə 

yeni qoşun göndərdi. Sultan Bayazid bu dəfə özündə o ağır qoşunla 

döyüşmək qüdrəti görməyərək, var-yoxunu orada qoyub, dörd oğlu, 

on  iki  min  paşası  mülazimi  və  yeniçəriləri  ilə  birlikdə  qaçdı. 

Xandgarın döyüşçüləri onu bir qədər təqib etsələr də, döyüş hər dəfə 

qaçışla  nəticələnirdi.  Quduz  Fərhad,  Axsaq  Seyfəddin  və  Sultan 

Bayazidin başqa fədakar mülazimləri onu və oğlanlarını sağ-salamat 

döyüş yerindən çıxararaq qızılbaş məmləkətinə çatdırdılar. 

 

 


207 

 

Sultan Bayazidin Rum məmləkətindən  



fərar edərək İrana gəlməyi: 

 

O,  elə  ki,  şahlığın  humayun  sərhədinə  çatdı,  əşrəfin  (şah 



Təhmasibin - Ş.F.) yanına bir adam yollayıb öz halım ərz etdi. İzzət 

büsatının yaxın adamlarından  və  ali  məclisin  mötəbərlərindən olan 

Həsən  bəy  Yüzbaşı  Ustaclı  onun  yanına  şahanə  yaraq  və  başqa 

döyüş  silahları  yolladı.  Qərara  alındı  ki,  sərhəd  əmrləri  və  hər 

vilayətin  əyan-əşrafı  onun  xidmətinə  yetişsinlər,  ona  yer-yerdən 

layiqli  təzimlər  və  ləyaqətli  xidmətlər  edilsin,  şərəfinə  ziyafətlər 

təşkil  olunsun.  Azərbaycan  və  Şirvanın  vəziri  olan  Mirzə  Ətaulla 

İsfahani  divan  sərkarının  dini  qayda-qanununun  icrası  üçün  saraya 

gəlib  çatan  vaxta  kimi  onunla  birgə  idi.  O,  deyilən  hər  sözə  əməl 

edirdi  və  şahzadəyə  zəruri  xidmət  icra  olunurdu.  Təbriz 

darüssəltənəsinin böyük adamları və əyanları şəhərdə yır-yığış edib, 

qeysəriyyə  və  bazarları  gəzərək  onu  elə  qarşıladılar  ki,  belə  bir 

istiqbal  qədim  vaxtlardan  bu  vaxta  qədər  az  görünmüşdü.  Şahzadə 

elə  ki,  Təbriz  darülsəltənəndən  çıxıb  ali  saraya  yaxınlaşdı,  şah 

rüknüssəltənə olan Məsum bəy Səfəvini yaraq və başqa şahanə nəfis 

şeylərə  onun  yanına  yolladı.  Həzrət  cənnətməkan  şah  Təbriz 

darüssətənəsinin  Səadətabad  meydanında  böyük  bir  ziyafət  və 

şahanə  bir  büsat  qurdu,  [yollara]  əlvan  xalılar  döşəndi,  zərli 

xeymələr  və  bəzəkli  sayəbanlar  açıldı.  Elə  bir  məclis  quruldu  ki, 

ruzigarın  gözləri  hələ  belə  bir  məclis  görməmiş,  zəmanənin  qulağı 

belə bir səs - səda eşitməmişdi. Onlar şəhərə daxil olan gün əzəmətli 

əmirlər, ləşkər hissələri, əsnaflar, küçə və meydan camaatı, şəhərdə 

və  şəhərdən  kənarda  yaşayan  əhali  dəstə-dəstə  istiqbala  yollanıb, 

bütün səhranı, çölü və dağı bürüdülər. Sultan Bayazid təkəbbürlü və 

qaradinməz  adam  idi.  Bir  çoxları  dedilər  ki,  belə  müxtəlif  sənət 

nümunələri,  şənliklər,  oyunlar,  müxtəlif  zər-ziba  libaslı  döyüşçülər 

və  həddindən  çox  xidmətlər  nümayiş  etdirilən  Təbriz  istiqbalı 

zamanı şahzadə heç yana baxmır, gözünü atının iki qulağı arasından 

çəkmirdi. 

 

 



Sultan Bayazidin Qəzvinə gəlməsi: 

 

Xülasə,   Sultan   Bayazid   başdan-ayağa  rum silahları ilə 



yaraqlanmış    on      min    piyada,    yeniçəri    və  süvari  ilə  Qəzvinin 

208 

 

Səadətabad  meydanına  yetişdi.  O,  şahın  dayandığı  yüksək 



bargahının  yanına  çatan  kimi  atdan  düşdü.  Cənnətməkan  şah  bir 

neçə qədəm irəli  gəlib ona əl  verdi (mosafehe), istiqanlıq göstərdi, 

onunla  mehribanlıqla  görüşdü.  O  isə  öz  təkəbbürünü  tərk  etməyib 

qətiyyən  danışmır,  həmişə  gərəkli  olan  həkimanə  danışıqlara 

əhəmiyyət  vermirdi.  Nəhayət,  rəsmi  görüş  ənənəsi  bitdikdən  sonra 

onu  hər  günlük  ehtiyacı  nəzərə  alınmaqla  gözəl  bir  mənzilə 

gətirdilər. Yorğunluğunu dəf edəndən bir neçə gün sonra, elə həmin 

Səadətabad  meydanında [onun şərəfinə]  ziyarət  verildi, işrət büsatı 

başlandı. Meydanın yerini Süleyman sarayı kimi rəngarəng xahlarla 

bəzədilər. Elə gözəl bir qonaqlıq verildi ki, fələkdən (göydən - Ş.F.) 

baxanların  gözləri  min  yerdən  oraya  dikilmişdi.  [Şah  Təhmasib] 

Sultan Bayazidi  oğlanları,  əmirləri,  yaxın  adamları  və  mülazimləri 

ilə  birlikdə  həmin  cənnət  misallı  məclisə  dəvət  edərək,  onun 

xatircəmliyi naminə cürbəcür əyləncələr təşkil etdi, saatbasaat onun 

ürəyini  almaqdan  ötrü  canfəşanlıq  göstərdi.  Xansalarlar*  belə  bir 

məclisə  uyğun  olan  içkiləri,  mürəbbələri,  meyvə  və  müxtəlif 

yeməkləri  tez-tez  təqdim  edirdilər.  Həmin  məclisdə  şahzadəyə  on 

min  tumane-şahiye-İraqi  məbləğində  nəğd  qızıl,  daş-qaşla 

bəzədilmiş  silah,  qumaş,  parça,  silah  avadanlığı  veridi.  Onun 

mülazimlərini onların hər günlük ehtiyacları ödənilmək şərti ilə ayrı-

ayrı əzəmətli əmir və hakimlərə tapşırdılar. 

[Sultan  Bayazid]  şahın  yanında  olduğu  vaxt  ona  verilən 

yerli  (bumi)  ülufədən  başqa,  qarşılanma  zamanı  pay  göndərilən 

töhfələrdən və bu məclisdə təqdim olunan ənamlardan savayı on beş 

min tümən də pul, cəvahir, qiymətli daşlarla bəzədilmiş silah, qızıl 

və  gümüş  qab-qacaq,  gözəl  töhfə,  nəfis  kitab,  zərli  saplarla 

toxunulmuş kirmani və cuşmani xalıları, əlvan parçalar, xarici ölkə 

qumaşlarına  layiq  görüldü.  Şah,  ümumiyyətlə  o  sultanzadəni  layiq 

olduğundan daha çox şahanə diqqət  və qiyamətli hədiyyələrə layiq 

bildi. Amma, [Sultan Bayazid] nifaq sahibi və dikbaş (sərkeş) adam 

olduğundan, onun həyatı ziyan və xəsarətlə başa çatdı. Çünki, o, uca 

məqamlı  şaha  təklif  edirdi  ki,  [şah  ləşkərinin]  köməyi  ilə  Rum 

diyarına  ləşkər  çəksin,  sakitləşmiş  vəziyyəti  [yenidən]  qızışdırsın. 

Şahzadənin  bu  niyyəti  bir  neçə  cəhətdən  şahın  təbinə  müvafiq 

olmadı.  Əvvəla,  o  həzrətlə  xandgar  arasında  xeyli  döyüş, 

qantökmələr  və  məmləkət  dağıntılarından  sonra  arada  sülh 

yaranmış,  əhd-peymand  bağlanmış,  fitnə-fəsad  sakitləşmiş,  yaralar 

sağalmağa başlamış, dinclik yaranmışdı. "Onlar Allahın əhdinə vəfa 



209 

 

qılar, ilqarı pozmazlar"



157

  [ayəsinə]  uyğun  olaraq,  şah  verdiyi  vədə 

xilaf  çıxmağı  və  əhd-peymanı  pozmağı  cayiz  bilmirdi.  O,  həm  də 

istəmirdi ki,  müsəlmanların rahatlıq  və dincliyinə bais olsun, "Əhd 

bağlayanda  ona  vəfa  qılın  və  and  içəndə  andınızı  pozmayın"

158


 

[ayəsinə]  əsasən  tənqid  hədəfinə  məruz  qalsın.  İkincisi,  valideynə 

qarşı  üsyan  etmək  nankorluqdur,  dünyada  və  axirətdə  qədirbilməz 

kimi qiymətləndirilir. Şahzadə isə onu yaradanın üzünə ağ [!] olmuş, 

üsyan etmişdi. Elə buna görə də, kəramət dudmanından çıxmış, irşad 

və kamalla bəzənmiş, ağıl və bilik bəzəyi ilə inkişaf etmiş o həzrət 

[Şah  Təhmasib]  özünə  layiq  bilmirdi  ki,  bu  batil  əmələ  yardımçı 

olsun. 


 

Şah Təhmasibin Sultan Bayazidin səhvinin  

əfv olunması üçün xandgardan xahişi: 

 

[Sultan  Bayazid]  kəramət  şöləsi  olan,  irşad  və  kamal, 



habelə  əql  və  biliklə  bəzənən  bu  dudmana  pənah  gətirdiyinə  görə 

[Şah Təhmasib] belə qərara  gəldi ki, ata-oğul arasında düşmənçilik 

və savaşı rəf etsin, sultanın qəzəb şöləsini dostanə danışıqlar zülah 

ilə söndürsün. Buna görə də, özünün bir etibarlı adamını xandgarın 

yanına  göndərib,  şahzadənin  təqsirinin  əfv  edilməsini  xahiş  etdi. 

Sultan Süleyman oğlundan elə bərk incimişdi ki, onun sağ qalması 

ilə  heç  cür  razılaşa  bilmir,  şahzadənin  vücudunun  Osman  sülaləsi 

(“Ale-Osman”) dövlətinin dağılacağına səbəb olacağını düşünürdü. 

O, sülh sazişinin onun vasitəçiliyi ilə imzalandığı öz etibarlı adamı 

olan  Sinan  bəyi  əşrəfin  [Şah  Təhmasibin]  yanına  yolladı.  [Sinan 

bəy]  əhd-peyman  şərtlərinin  möhkəmlənməsindən  söz  açdı,  Sultan 

Bayazidlə  əlaqədar  təkzibolunmaz  dəlillərlə  söhbət  apardı.  Sultan 

Süleyman  öz  əli  ilə  yazdığı  məktubda  şahdan  şahzadənin,  ya  diri 

halda  onu  aparmağa  gələnlərə  verilməsini,  ya  da  öldürülməsini 

təmənna etmişdi. Yazmışdı ki, əgər şah şahzadəni sağ halda vermək 

istəməzsə, qoy onun fitnə-fəsad çırağı olan gözlərini işıqdan salaraq 

kor  etsin.  Cənnətməkan  həzrət  şah  bu  işin  mürüvvətdən  uzaq  bir 

əməl  olduğunu  düşünüb,  Sinan  bəyi  mehribanlıqla  yola  saldı.  O, 

yenidən  oğlunun  dilli-dilavər,  sözlü-söhbətli  elçilərini  [sultanın 

hüzuruna]  göndərərək,  ondan  xahiş  etdi  ki,  şahzadəyə  iqta*  olaraq 

                                                           

157


 İfadənin ərəbcəsi: "Əl-ləzinə yufunə bi-əhdi-l-lahi və la yənqu-zunə-l-misaq" 

158


 İfadənin ərəbcəsi: "və la tənquzu-1-imanə bədə təvkidiha" 

210 

 

bir yer  verilsin ki, o gedib həmin yerdə ömrünü başa  vursun. Əgər 



bundan  sonra  da  ondan  ədəbsiz  bir  hərəkət  baş  verərəsə,  onu 

cəzalandırmaq çətin bir məsələ ola bilməz. 

Bu əsnada Sultan Bayazid öz batinini aşkara çıxarıb, özünə 

yaxın  adamları  ilə  belə  qərara  gəldi  ki,  onun  onlara  göstərdiyi 

dostluğa göz yumaraq həzrət şahı aradan götürsün, bu batil xəyalın 

baş  tutacağı  təqdirdə  Qəzvində  bir  qalaya  sığınaraq,  xandgardan 

kömək istəsin  və əcəm  vilayətinin  valisi olsun, ya əgər bu da ürək 

istəyi  ilə  baş  tutmasa,  Ağrıca  yolu  ilə  sayinxani  türkmanlarının 

yanına,  oradan  isə  gəmi  ilə  Kəfəyə  getsin.  Ona  məhrəm  olan 

adamdarından  Qara  Uğurlu  və  Mahmud  Çərkəs  bu  məsələni 

xəlvətcə şaha bildirdilər. 

Cənnətməkan şah ürəyinin açıqlığından bu məsələnin yalan 

söz-söhbət  olduğunu  zənn  edərək  onlara  inanmadı.  Amma  Sultan 

Bayazid  onların  həzrət  şahla  gizli  görüşdüklərini  bilib,  hər  ikisini 

həbs  etdi.  Cənnətməkan  şah  Sultan  Bayazidin  şəkk-şübhəsini  rəf 

etmək məqsədi ilə bir gün Qəzvinin Səadətabad bağında onunla bir 

dost  kimi  söhbət  etdi.  Sultan  Bayazidin  yaxın  adamlarından  Ərəb 

Məhəmməd  Trabzoni  şaha  yaxınlaşıb  ona  dedi:  "İki  kəlmə  vacib 

sözüm  vardır  ki,  onların  sizə  çatdırılması  şahanə  nemətimizi 

yediyim  və xeyirxahlığınızı gördüyüm üçün olduqca  vacibdir. Mən 

sözümü  sizə  gizli  bir  yerdə  demək  istərdim".  Sultan  Bayazid  bu 

söhbətdən xəbər tutub, gecə onu və əvvəl adı çəkilən hər iki nəfəri 

qətl etdi. Ali  məqamlı həzrət şah bu alçaq hərəkətdən xəbər tutub, 

bu işin səbəbini soruşdu və ondan şübhələndiyini bildirdi. Qəzvinin 

əhalisi  bu  məsələləri  və  şahın  əhvalının  pozulmasından  xəbərdar 

olub,  şahzadənin  (qeysərzadə)  yaşadığı  evə  hücum  çəkdilər,  onu 

məzəmmət etməyə başladılar. Bu əməl şahın ürəyincə deyildisə də, 

olub-keçənləri  ölçüb-biçdi  və  qərara  gəldi  ki,  daha  onlara  etibar 

etmək olmaz. Buna görə də, şahzadənin şərindən xilas olmaq fikrinə 

düşərək,  onu  istəyənlərlə  məşvərət  və  məsləhətdən  sonra  Sultan 

Bayazidi həbs etməyi qərara aldı. 

O,  bir  gün,  həmişə  olduğu  kimi  şahzadəni  yanına  dəvət 

etdi.  Sultan  Bayazid  saraya  gələn  kimi  həzrət  şah  məclisdən  çıxıb, 

onun  əzəmətli  əmirlərini  həbs  etdi.  Həmçinin  onun  Lələ  paşa, 

Fərrux  bəy,  Əli  bəy  Çaşnigirbaşı,  Sinan  bəy  Miraxur  kimi  fitnə-

fəsad  əhli  olan  mülazimlərini  qətl  edərək,  şahzadənin  oğlanlarının 

nəzarətini  əmirlərə  tapşırdılar,  sarayda  və  başqa  yerlərdə  olan 

adamlarının əksəriyyəti saf niyyətli sufilərin qılınclarına yem oldu, 



211 

 

bir qismi isə xeyirxah adamlar tərəfindən xilas olaraq öz ölkələrinə 



getdi. 

Sülhün ən mühüm şərtlərindən biri bu idi ki, əgər tərəflərin 

adamlarından  biri  qaçaraq  qarşı  tərəfə  sığınarsa,  onu  himayə 

etməyərək  geri  qaytarsınlar.  Doqquz  yüz  altmış  doqquzuncu  ildə 

(miladi  1561/62)  Sultan Süleyman  Mərəş  hakimi  Əli  paşanı  və  öz 

çaşnigirbaşısı  Həsən ağanı  iki yüz etimadlı ağa  və çavuşla birlikdə 

şahzadəni geri tələb etmək məqsədi ilə saraya yolladı. Cənnətməkan 

şah [Sultan Bayazidlə öz arasında] nifaq yaranmasına baxmayaraq, 

o  mərhəmətsiz  adamlara  (yəni  Əli  paşaya  və  Həsən  ağaya  -  Ş.F.) 

etibar etməyib, [şahzadəni aparmaq üçün] allah bəndəsi olan ixtiyar 

sahibi  ağsaqqalların  göndərilməsini  xahiş  etmişdi.  İkinci  dəfə  isə 

əməlisaleh  və osmanlı dudmanının çoxdankı xidmətçilərindən olan 

Xosrov paşa bir dəstə etimadlı ağsaqqalla birlikdə gəldi. Heç güman 

edilmirdi ki, onlar bu məmləkətdə şahzadəyə xəsarət yetirə bilərlər. 

Buna  baxmayaraq,  onlar  xandgarın  fərmanı  ilə,  təxirə  salmadan 

onların beşini da qətl edib, cəsədlərini Ruma aparıdılar. 

 

Misra 

 

Beş nəfər az zümreyi-osmanlıdan.

159

 

 



[Əbcəd hesabı ilə] "beş" qədəmi çıxılsa həmin tarix doqquz 

yüz  altmış  doqquzuncu  (miladi  1561/62)  ilə  bərabərdir  ki,  həmin 

ibrətamiz hadisənin tarixidir. Bu hadisə söz ustadları tərəfindən belə 

tərənnüm olundu: 

 

Beyt[lər] 

 

Ey şah, o hansı kəsdir ki, təşəkkür etməsin sənə,  

Çünki, əql və ədlinlə xəlqi asudə etmişsən.  

Kin qılıncını çəkmədən məhv etdin din düşmənini,  

Nə əlini, nə qılıncı qana aludə etmişsən.

160


 

                                                           

159

 Misranın farscası: 



Pənc kəm əz zomreye-osmaniyan 

160


 Beytin farscası: 

Şaha, çe san ayəd kəci əz ohdeye-şokrət borun  

Kə-z əql-o ədlət xəlq-ra z-insan bovəd asudegi.  

Ədaye-din-ra sərbəsər bi tiğe-kin kərdi ze sər,  



212 

 

 



Xülasə, şahzadənin fitnəkar vücudunu bürümüş fitnə-fəsad 

yatdı.  O  fitnəkarlıq  nəticəsində  hər  iki  tərəfin  əhalisi  iztirab 

girdabına düşər, aradan çıxmış fitnə-fəsad yenidən hərəkətə gəlməyə 

başlayar,  xalqlar  əzaba  düçar  ola  bilərdilər.  Amma,  [ürəklər]  bu 

əhvalatdan təskinlik tapdı, aram olmuş qəlblər daha da aram oldu. 

 

ÇİNGİZİYYƏ SULTANLARININ SƏADƏTLİ  



SARAYA CƏLMƏLƏRİNİN ZİKRİ 

 

Ağıllıların dəlaləti və tale bəxtlərinin göstərişi ilə mərhum 



cənnətməkan  şahın  başı  fələyə  ucalan  sarayına  gələnlərin  birincisi 

ali  nəsilli  çingizilərdən  olan  Şeyban  ibn  Cuci  ibn  Çingiz  xanın 

övladından  Dinməhəmməd  xan  ibn  Ulus  xan  və  onun  qardaşı  Əli 

Sultandır.  Cənnətməkan  şahın  Übeyd  xanın  dəf  olunmasından  ötrü 

dördüncü dəfə Xorasana qoşun çəkdiyi doqquz yüz qırx üçüncü ildə 

(miladi 1536/37), onlar bellərinə xidmət kəməri bağlayıb, hümayun 

şahla  görüş  səadətinə  yetişdilər,  buna  görə  də  Nisa  və  Əbivərd 

ülkaları  və  onlara  tabe  başqa  yerlər  Dinməhəmmədə  verildi.  Şahın 

iltifatı  sayəsində  onun  qardaşı  (Əli  Sultan  -  Ş.F.)  bu  adı  çəkilən 

vilayət hüdudunda hakimiyyət sürməyə başladı, qədir-qiyməti gün-

gündən  çoxaldı.  Əli  Sultan  get-gedə  bütün  Ürgənc  vilayətini  ələ 

aldı.  Vəziyyətin  başlanğıcında  o,  müstəqim  itaət  yolunda  durub 

yaxşı  xidmət  göstərməkdəydi.  Übeyd  xan  doqquz  yüz  qırx  beşinci 

ildə (miladi 1538/39) Xarəzm diyarını tutan zaman oranı Əbdüləziz 

Sultana  və  öz  tayfasının  başqa  sultanlarına  verdi.  Übeyd  xan  hələ 

Vəzir  şəhərindəydi  ki  Dinməhəmməd  xan  Ürgəncə  tabe  olan  bir 

dəstə özbək və yəqə türkmanı ilə xanın əmir və sultanlarına hücuma 

keçdi, taraca əl atıb, özbəklərin başına tac qoydu, qızılbaşların ona 

köməyə  yollanmaları  barədə  şayiə  yaydı.  Aralarında  baş    vermiş  

döyüşlərdən  sonra  Übeyd  xanın əmirləri  məğlubiyyətə uğradılar, 

onun bir neçə mötəbər adamı əsir alındı, böyük hissəsi isə öldürüldü. 

Übeyd  xan  bu  məğlubiyyətdən  elə  çaş-baş  oldu  ki,  dəvəyə  minib 

Vəzir şəhərindən Buxaraya qaçdı, elə bu qəm-qüssə nəticəsində də 

elə  həmin  il  axirət  dünyasına  qovuşdu,  Əbdüləziz  xan  isə  atasının 

yerinə  Buxarada  padşah  oldu.  Dinməhəmməd  xan  əsir  tutulan 

                                                                                                               

Nə dəste-to darəd xəbər, nə tiğe-to aludegi. 

 


213 

 

adamları, qətl olunanların başları ilə birlikdə, səadətli saraya yolladı. 



Bu hadisə cənnətməkan şahın şadlığına və arxayınlığına səbəb oldu. 

Dinməhəmməd xan üçün qiymətli xələt göndərərək, ona Xorasandan 

üç  yüz tümən  məbləğində pul ənam  verdi.  Hər iki qardaş bir neçə 

müddət  şaha  baş  əyənlər  silkində  qaldılar.  Onların  elçiləri  həmişə 

şahın xidmətinə gəlir və hədiyyələrə layiq görülürdülər. 

 

XARƏZM VALİSİ YUNİS XAN VƏ ONUN QARDAŞI 



PƏHLƏVANQULU SULTANIN ZİKRİ 

 

Dustxan onlarla [yəni Yunis xan və Pəhləvanqulu Sultanla] 



cəng edərək məmləkətlərini ələ keçirdikdə, Yunis xan öz qardaşı ilə 

birlikdə  ali  saraya  (Səfəvi  sarayına  -  Ş.F)  üz  tutdu,  doqquz  yüz 

altımış  dördüncü  ildə  (miladi  1556/57)  Qəzvin  darüssəltənəsindəki 

səadətli  saraya  gələrək  hümayun  görüş  şərəfi  ilə  şərəfləndi. 

"Amədəne-xarəzmiyye"  ("xarəzmiyyənin  gəlməsi")  sözləri  bu 

hadisənin [maddeye] tarixi oldu. 

Amma, buna baxmayaraq Dinməhəmməd xan və Əli Sultan 

qardaşları  [Şah  Təhmasibin]  şahanə  iltifaq  hüququna  qarşı  çıxaraq 

inadkar  və  böyük  hakimiyyət  istəyi  üzündən  fürsət  düşdükcə 

Xorasan  və  Astrabad  məmləkətləri  üzərinə  hücumlar  edirdilər. 

Dinməhəmməd  xan  bir  dəfə,  doqquz  yüz  əllinci  ildə  (miladi 

1544/45), Astrabad hakimi Sədrəddin xan  Ustaclının üzərinə ləşkər 

çəkdi.  Sədrəddin  xan  səhra  cəngini  məsləhət  bilməyərək,  şəhər  və 

qalaya  sığındı.  Dinməhəmməd  xan  isə  şəhər  və  qalanı  mühasirəyə 

alıb geriyə döndü,  müqəddəs Məşhəd  yaxınlığınadək  gedib qayıtdı 

və  cahanpənah dərgaha  elçilər  yollayıb  yalvarış  məqamında durdu. 

Beləliklə,  onun  oğlu  Əbülməhəmməd  xan  da  atasının  vəfatından 

sonra şahanə iltifata və nəvazişə layiq görüldü, atasına məxsus ülka 

və ələm ona verildi, buna baxmayaraq o da bir müddət sonra xilaf və 

üsyan  yoluna  düşdü.  [Buna  görə  də]  Məsum  bəy  Səfəvi  və  bəzi 

əmirlər  Bəhram  Mirzənin  oğlu  Sultan  İbrahimlə  birlikdə  şahın 

əmriylə  onu  (Əbdülməhəmməd  xanı  -  Ş.F.)  cəzalandırmağa 

göndərildi. Xan Əbivərd qalasına sığındı, bir neçə vaxt mühasirədə 

qaldı. Nəhayət o, əlini şahın nəvaziş ətəyinə uzadıb and içdi ki, daha 

bundan  sonra  belə  əmələ  qurşanmayacaqdır.  Adı  çəkilən  mirzə  və 

əmirlər hökmə baş əyib geri qayıtdılar. Amma Dinməhəmməd xanin 

qardaşı Əli Sultan haqbilməz və bədxasiyyət adam olduğundan, çox 

çəkmədi  ki,  qürur  və  əqidə  badəsindən  sərməst  oldu,  tamahkarlığı 



214 

 

üzündən  müxalifət  və  tüğyan  yoluna  düşərək,  zülm  əlini  Xorasan 



məmləkətinə  uzatdı.  Bir  neçə  dəfə  o  dönük  bəxtli  siyahpaş  (qara 

geyimli  -  Ş.F.)  tayfasının  köməyi  və  oxlu  qəbilə  düşmənləri  ilə 

birlikdə  Astrabada  ləşkər  çəkərək,  həmin  vilayətə  qarışıqlıq  saldı. 

Amma,  kiçik  bir  şahanə  diqqətin  və  iqbal  qoşunun  köməyi 

nəticəsində onun şəri dəf olundu, nəticədə, aşağıda yazılacağı kimi, 

kiçik bir xəsarətdən savayı, heç bir iş görə bilmədi. 

İndi  isə,  yeri  gəldiyinə  görə,  bir  qədər  də  Astrabad 

hadisələri və o mülkdə baş verənlər barədə məlumat veriləcəkdir. 

 

ASTRABAD HADİSƏLƏRİNİN ŞƏRHİ, MƏHƏMMƏD 

SALEH BETƏKÇİ HADİSƏSİNİN BƏYANI, XARƏZM 

ÖZBƏKLƏRİNİN KÖMƏYİ İLƏ ƏYA OXLUNUN

161

 ÜSYANI 

 

Astarabad  darülmülkü  keçmiş  vaxtlarda  Cürcan  və 

Təbəzistan  valilərinin  əyləşdikləri  yer  idi.  Oranın  əhalisinin 

əksəriyyətinin  əməlisaleh,  mömin  və  pəhrizkar  olmalarına 

baxmayaraq,  vəsvəsədən,  qəzəbkarlıqdan  və  üsyandan  da  yan 

deyildilər. 

Eləcə  Cürcanın  meşə  və  dağlarının  havası  da  insanda 

üsyankarlıq  əhvalı  yaradır.  Onların  bir  dəstəsi  özlərinə 

qarageyimlilər  (siyahpuşan)  adını  qoymuşlar  ki,  onların  tüğyan 

həvəsləri  beyinlərini  dumanlandırmış,  əmin,  amanlıqlarını  (afiyət) 

məhdud  etmişdir.  O  yerlərin  "şuridəbəxt"  adlanan  bir  dəstə  adamı 

isə  sayinxani  qəbilələrinə  məxsusdurlar  ki,  xalq  arasında  yəqə 

türkmanları  adı  ilə  məşhurdurlar  və  Xarəzm  sultanlarına  tabedilər. 

Öz inadkarlıq və azğınlıqlarından özlərini Astrabadın geniş səhra və 

bol çöllərinə çatdırmış, Gürgan və Ətrək çayları arasında yaşayaraq 

məmləkətə  ziyan  yetirməkdə  idilər.  Buna  görə  də,  həmin  mülk 

bəladan  xali,  hakimləri  isə  cəngdən  aralı  deyildilər.  Amma,  Allah-

təalaya həmd olsun ki, əlahəzrət zilləllah şahın hakimiyyəti zamanı 

qəhrin məşəli, zülmün zülməti və üsyanın tozu aradan götürüldü, hər 

iki  dəstə  düşmənləri  başlarını  sakitlik  cibinə  qoyaraq  rahətlik 

tələbində oldular. Amma, cənnətməkan şah dövründə bir hadisə baş 

verdi:  Cahanı  fəth  edən  şah  bayraqlarının  dördüncü  dəfə  Xorasan 

yürüşündən İraqa tərəf hərəkət etdiyi doqquz yüz qırx dördüncü ildə 

(miladi 1537/38) Übeyd xan o vilayətdən kənarlaşdırıldı. Təbiətində 

                                                           

161


 "Əhsənül-təvarix" əsərində bu ad "Əba" kimi yazılmışdır.  

215 

 

cəhalət  və  üsyan  havası  olan,  özbaşınalıq  badəsindən  beyni 



dumanlanan,  özü  də  Xacə  Müzəffər  Betəkçinin  qardaşı  oğlu  olan 

Məhəmməd  Saleh  bu  əbədi  əsaslı  dövlətə  tabe  olmaqdan  boyun 

qaçıraraq  sərvərlik  fikrinə  düşdü,  Astrabadın  bir  dəstə 

qarageyimlisini  ətrafına  topladı,  dikbaşlıq  etməyə  (sərkeş)  başladı. 

O, bəzi qəsəbələrə əl uzadıb Daşkənd və Fərqanə valisi Bəraq xanın 

bacısı oğlu Sultan Qazinin oğlu Ömər Qazi Sultanın yanına adamlar 

yollayaraq ondan kömək istədi. 

Ömər  Qazi  Sultan  o  nadan  cahilin  sözünə  uyub,  cüzi 

qoşunla  Astrabada  tərəf  hərəkət  etdi.  Məhəmməd  Saleh  də  öz 

qarageyimliləri ilə birlikdə Cürcan meşəsindən çıxaraq ona birləşdi. 

O  vaxt  Astrabad  hakimi  olan  Sədrəddin  xan  Ustaclı  özbəklərin  və 

qarageyimlilərin  ittifaq  etmələrindən  xəbər  tutsa  da,  özündə  onlara 

qarşı çıxmaq imkanı görmədi,  məharətlə aradan çıxdı, Astrabaddan 

Bəstama  gəldi  və  məsələni  ali  saraya  çatdırdı.  Məhəmməd  Saleh 

məmləkəti  xali  görüb  özünü  şəhərə  atdı,  özbəklərin  köməyi  ilə 

həmin  vilayətdə  hakimiyyət  bayrağını  göyə  qaldırdı,  Xarəzm 

valisinə və onun əhalisinə layiqli töhfə və hədiyyələr yolladı. Ömər 

Qazi Sultan o vilayətin idarəsini Məhəmməd Salehə tapşırıb Xarzmə 

qayıtdı. Onun qayıdışından sonra Məhəmməd Saleh qəflət və qürur 

badəsi ilə sərməst olaraq, əbləhcəsinə səltənət büsatı qurdu, sərvərlik 

və  itaətsizlik  fikrinə  düşdü.  Arama,  o,  vaxtını  gecə-gündüz  eyş-

işrətlə  keçirir,  həftələrlə  çal-çağır  edir,  yeyib-içir,  ölkənin  hər 

tərəfində  baş  qaldıran  üsyan  və  məstlik  havasını  əllərində  əbləhlik 

badəsi tutan dostları arasında bölüşdürürdü. O, hər vilayətə özünün 

gələcəyini  fikirləşməyən  mülazimlərini  təyin  edirdi.  Onlar  da  ona 

ondan  daha  çox  divanə  tərzdə  səcdə  edir,  dua  rəsmini  yerinə 

yetirirdilər.  Belə  deyirlər  ki,  günlərin  bir  günü  məmləkət  bölgüsü 

üstündə onunla mülazimləri arasında bərk dava-dalaş düşdü. 

Xülasə,  elə  ki,  bu  hadisə  müzəffər  padşaha  ərz  olundu 

Əmir Sultan Rumlu, Şah Əli Sultan Ustaclı və Həsən Sultan Şamlını 

bəzi qüvvətli ləşkərlərlə Sədrəddin xanın köməyinə yolladı, amma, 

Sədrəddin xan əzəmətli əmirlərin gəlib ona çatmasından əvvəl Ömər 

Qazi  Sultanın  geri  qayıtmasından,  Məhəmməd  Salehinsə  qəflət  və 

sərxoşluğundan  xəbər  tutub  bir  dəstə  təcrübəli  mübarizlərlə 

Bəstamdan hücuma keçərək Astrabada gəldi. Mübarək ramazan ayı 

idi.  Məhəmməd  Saleh  öz  tale  yoldaşları  ilə  o  müqəddəs  günlərdə 

qürur  badəsi  içərək  elə  məst  olmuşdu  ki,  ağlı  başından  çıxmış, 

məmləkət  işlərindən  xəbərsiz  qalmışdı.  Elə  ki,  qazilərin  nağara  və 



216 

 

şeypur  sədaları  onun  və  yoldaşlarının  qulaqlarına  gəlib  çatdı, 



qızılbaş döyüşçülərinin artıq şəhərə gəldiklərini anladılar, qorxudan 

çaş-baş  qalıb  meşəyə  tərəf  qaçdılar.  Sədrəddin  xanın 

mülazimlərindən olan Şahverdi bəy adlı kəngərli [tayfasından olan] 

bir  gənc  onu  tutub  xanın  yanına  gətirdi  və  mükafatlandırıldı. 

Sədrəddin xan isə onu ali saraya  yolladı. Məhəmməd Saleh  Təbriz 

darüssəltənəsində şahın hümayun nəzərinə çatdırıldı. Fərmana  görə 

onu bir küpün içərisinə qoyub Bəsriyyə minarəsinə apardılar və yerə 

tulladılar.  İqtidarda  olduğu  dövr  ərzində  onun  tərəfindən  qəbahətli 

əməllər  baş  vermişdi  və  o,  müsəlmanların  namusuna  toxunmuşdu. 

Buna  baxmayaraq,  o,  səfehdən  ali  himmətlər  də  görünməkdəydi, 

səhvləri bağışlamağı bacarır, xanəndə, şair və nəzm yazanlara böyük 

nəvazişlər  edirdi.  [Şair]  Heyrəti  Astarbadi  onun  haqqında  ilk  beyti 

(mətlə) belə olan bir qəsidə yazmışdı: 

 

"Göstərirsən cahanın eybini sən ayinə tək,  



Bizə gizlin qalan hər şey sənə məlum gerçək".

162


 

 

[Şair],  bu  qəsidəsini  oxuya-oxuya  aşağıdakı  beytə  gəlib 



çatdı: 

 

"Ey ki, bəxt ölkəsinin şəmsi Məhəmməd  



Saleh, Bəzəyibdir səni Allah ayaqdan başadək ".

163


 

 

Padşahlıq papağını başına əyri qoyub əyləşən Məhəmməd 



Saleh  şairə  bu  beytinə  görə  yeddi  xalvar  ipək  bağışladı,  amma 

bilmədi ki: 

 

"Papağı əyri qoyub şax oturan hər kəsdən 



Nə qoşun başçısı mümkün, nə də ki, sərdar olar".

164


 

                                                           

162

 Beytin farscası: 



"Ey ke rayət becəhan ayineyi - eybnomast,  

Həst rişe-to əyan ançe nehan dər dele-mast” 

163

 Beytin farscası: 



"Xosrove-keşvəre-eqbal Məhəmməd Saleh  

An ke sər ta qədəm arasteye-lotfe-Xodast" 

164

 Beytin farscası: 



"Nə hər ke tərfe-koləh kəc nehad-o tond neşəst  

Sepahdari-yo ayine-sərvəri danəd" 



217 

 

 



Astrabadda  baş  verən  hadisələrdən  biri  də  Əli  Sultan 

Özbəkin  oraya  gəlişidir.  O  doqquz  yüz  əlli  beşinci  ildə  (miladi 

1548/49)  birdən-birə  Xarəzmin  bəzi  yerlərini  istila  etmişdi.  Bəd 

fikirli  özbəklərdən  altı  min  nəfər  döyüşçü  Astrabada  gəldi. 

Sədrəddin xandan sonra hakim olmuş Şah Əli Sultan Ustaclı onların 

qarşısına  çıxdı,  Astrabadın  kənarında  hər  iki  dəstə  arasında  bərk 

vuruşma  oldu.  Ustaclı  qazilərinin  mərdanəliyi  sayəsində  müzəffər 

dövlətin  qüvvələri  qalib  gəldilər.  Onlar  Qabus  günbəzinə  qədər 

özbəkləri təqib edərək, əksəriyyətini qətlə yetirdilər, başlarını isə ali 

saraya göndərdilər. 

Başqa bir hadisə isə belə olmuşdur: Şah Əli Sultan doqquz 

yüz  əlli  yeddinci  ildə  (miladi  1550/51)  vəfat  etmiş,  Astrabad 

hakimliyi isə Keçəl Şahverdi Ustaclıya verilmişdi. Yəqə türkmanları 

ona  qarşı  çıxdılar.  Səbəbi  belədir:  Keçəl  Şahverdi  hakimliyə 

başlayan  vaxt  yəqə  türkmanları  təbrik  və  mübarəkbadlıqdan  ötrü 

onun yanına gələrək çoxlu peşkəş gətirdilər. Oxlu tayfasının başçısı 

Əya  gözəl,  ləyaqətli  və  yaraşıqlı  rəna  bir  cavan  oğlandı.  Şahverdi 

Sultan  yanına  gəlmiş  başçılardan  yalnız  ona  yanında  qalmaq 

təklifini  etdi,  eşqini  bildirdi.  Bu  məsələ  türkmanların  arasında 

yayıldı.  Əya  bədnamlıq  qorxusundan  icazəsiz  olaraq  bir  gecə  ata 

süvar  olub  öz  elinə  döndü.  Qisas  almaqdan  ötrü  türkmanların 

darüğəsi  və Şahverdi Sultanın qohumu olan Şatır bəyi qətlə yetirib 

sultana  yağı  oldu.  Şahverdi  Sultan  onları  cəzalandırmağa  yollandı. 

O, oxlu tayfasına yaxınlaşıb əskərləri o tayfanın qarətinə  göndərdi. 

Şahverdi  Sultan  öz  mülazimlərindən  bir  neçə  nəfərlə  bir  təpə 

üzərində dayanıb qarət əməliyyatına baxdığı  vaxt, adı çəkilən Əya, 

türkmanlardan ibarət bir qoşunla qəfil bəla kimi gəlib sultana yetişdi 

və onu qətlə  yetirdi. Sultanın öldürülməsindən agah olan ustaclılar 

qaçıb  şəhərə  getdilər.  Damğan  və  Bəstam  hakimi  olan  Əmir  Qeyb 

Sultan Ustaclı bu xəbəri eşidərək Astrabada hücuma keçdi və oranı 

öz  mühafizəsi  altına  aldı,  məsələni  saraya  bildirdi.  Əya  Oxlunun 

üsyan və fitnəkarlığı şaha məlum olduqda doqquz yüz altımış ikinci 

ildə  (miladi  1554/55)  Kökçə  Sultan  Qaçan,  Əli  Sultan  Tatıoğlu 

Zülqədəri,  Çərəndab  Sultan  Şamlını  və  Mustafa  Sultan  Vərsağı  o 

fitnəkarın  fitnəsini  dəf  etməyə  yolladı.  Onlar  gəlib  çatdıqda,  Əya 

onlara tab gətirə bilməyib Xarəzmə tərəf qaçdı, Əli Sultan Özbəkdən 

kömək istədi. Əli Sultan tamahkarlıq həvəsinə düşərək ağır qoşunla 

Cürcana  yollandı.  Əzəmətli  əmirlərin  ordusuna  yaxınlaşanda 



218 

 

qızılbaş  ləşkərinin  keyfiyyət  və  kəmiyyətindən  agah  oldu. 



Gəlişindən  peşiman  olaraq  əmirlərlə  yaxınlıq  yaratdı.  Tərəflər 

arasında töhfə  və hədiyyə alış-verişindən sonra belə qərara gəldilər 

ki,  Əya  bundan  sonra  qoy  öz  işləri  ilə  məşğul  olsun,  ayağını  ədəb 

dairəsindən kənara çıxarmasın və əmirlərin də onunla işləri olmasın. 

[Əli Sultan] sülh peymanından sonra Xarəzmə qayıtdı. Həmin səfər 

vaxtı  Kökcə  Sultan  vəfat  etdi,  başqa  əmirlərsə  hərə  öz  ülkalarına 

getdilər.  Bu  gediş-gəlişlər  və  düşmənçilikdə  adı  çıxan  Əyanın 

beyninə təkəbbür və böyüklük həvəsi yol tapdı. Doqquz yüz altımış 

beşinci  ildə  (miladi  1557/58)  İbrahim  xan  Zülqədər  Astrabad 

hökümətinə  təyin  olunmuşdu.  Əya  bir  dəstə  türkman  üsyankarını 

ətrafına  yığaraq  Astradbada  yaxınlaşdı.  İbrahim  xanın  onu  dəf 

etməyə  gücü  olmadığından  məsələni  şaha  bildirdi.  [O  vaxt]  həzrət 

cənnətməkan  şah  Qəzvin  darüssəltənəsində  idi.  O,  İbrahim  xana 

kömək  etmək  və  Əyanın  fitnəkar  vücudunu  həyat  löhvəsindən 

silmək  üçün  Şahqulu  Xəlifə  Möhrdarın  sərkərdəliyi  ilə  Bədr  xan 

Ustaclı,  Yadigar  Məhəmməd  Sultan  Tərxan  Türkman,  Rüstəm  xan 

Əfşar və başqa əmirləri təyin etdi. Əzəmətli əmirlər qoşun və ləşkər 

bəzəyərək  ordularını  nizama  saldılar,  Astrabada  yetişib  İbrahim 

xana  birləşdilər,  birlikdə  Əyanın  üzərinə  yollandılar.  Türkmanlar 

arasında  çaxnaşma  düşdü.  Əya  o  ləşkər  qabağında  müqavimət 

göstərə  bilməyərək,  öz  xanəköçünü  (83)  qoyub  fərar  etdi.  Qazilər 

onun  el  və  ulusunu  qarət  edərək,  elə  orada  da  dayandılar.  Elə  bu 

əsnada  Əya  bir  dəstə  türkmanla  göründü  və  cəngə  hazırlaşmağa 

başladı.  İqbal  döyüşçüləri  də  hərb  səfini  bəzəyib  vuruşmağa 

başladılar. Hücumun  şiddəti  və havanın istiliyindən qazilərin  atları 

əldən düşdülər və şahmat atları kimi cansız oldular. Hərb axşamadək 

davam  etdi.  Gecə  özünün  zülmət  pərdəsini  döyüş  xəlvətgahının 

şahidləri üzünə çəkdiyi zaman hər iki tərəf  vuruşmadan əl çəkərək 

istirahətə  başladı.  Ertəsi  gün  Əya  oxlu  tayfasından  olan  bir  dəstə 

adamla döyüş meydanına gəldi. Hər iki tərəfin davamlı həmləsindən 

sonra  Əya  özünün  zəyifliyini,  qızılbaş  qoşununun  qüvvətliliyini 

müşahidə  edib  geri  çəkildi  və  anladı  ki,  təkbaşına  bir  iş  görə 

bilməyəcəkdir.  Buna  görə  də  Xarəzm  yoluna  şığıdı.  Əzəmətli 

əmirlər  onu  təqib  edə-edə  Ətrək  çayına  qədər  qovdular.  Həmin 

biyabanın  yandırıcı  havasında  ləşkərin  sərdarı  Şahqulu  Xəlifə 

qılınca  mübtəla  olub  keçindi,  ləşkərin  başqa  əmir  və  əyanı  Bədr 

xanın sərdarlığını qəbul edərək, hərə öz işinə başladı. Onlar hər yana 

qarətə gedib iki-bir, üç-bir, bir-birilərindən ayrılaraq, özlərini əldən 



219 

 

saldılar.  Belə  bir  vəziyyətdə  qarovullar  xəbər  gətirdilər  ki,  Əli 



Sultan  Özbək  yenidən  [qızılbaşlara]  qarşı  çıxmış  və  döyüşkən 

ləşkəri  ilə  Əya  Oxlunun  köməyinə  yollanmışdır.  Bədr  xan 

ləngimədən  ata  minərək  özbək  ləşkərinin  qarşısına  cumdu.  Əli 

Sultan 


qızılbaş 

döyüşçülərinin 

igidliklərindən 

çəkinərək 

ehtiyatkarlıq  etdi  və  ordusunun  dövrəsini  xəndəklə  əhatələdi, 

xəndəyin  xaric  tərəfini  isə  qala  kimi  möhkəmlətdi.  Qazilərsə  bu 

tərəfdən  xəndəyə  yaxınlaşıb  cəngə  başladılar.  Özbəklər  qaziləri 

xəndək  arxasından  ox  və  tüfəng  atəşinə  tutdular.  Hərb  əsnasında 

Əya iki yüz nəfərlə ləşkərin arxa tərəfinə hücuma keçdi. Əmirlərin 

Bədr  xana  "müxaliflər  məkr  və  hiylə  qapılarını  açmışlar,  qoy  bir 

dəstə adamı göndərək ki, ləşkərin arxasını Əyanın hiyləgərliyindən 

qorusun"  dedilərsə  də,  o,  bu  fikri  qəbul  etmədi,  müxalif  tərəfin 

gücünü  qiymətləndirmədən  özbəklərlə  cəngə  başladı.  Əya  isə 

rikabdarların dayandıqları yerin arxasından gəlib qulluqçuları hədəfə 

tutdu.  Türkmanların  oxlarından  bir-birinə  dəyən  qulluqçuların 

bəziləri  xəndəyin  kənarında,  bəziləri  isə  xəndəkdən  keçərək 

özbəklərlə  əlbəyaxa  oldular.  Özbəklər  də  cürətlənib  xeyli  ox  və 

güllə yağdırdılar və qızılbaş dəstəsini ürəktikən ox və can yandıran 

güllə ilə dağıtdılar. Əmirlər və qazilər döyüş qayda-qanunu əsasında 

irəli  getməyib  ehtiyatsızlıq  etdiklərinə  görə  böyük  məğlubiyyətə 

uğradılar, özlərini heç yerdən keçidi olmayan Gürgan çayına atdılar 

və  onların  əksəriyyəti  fəna  girdabında  qərq  oldu.  Bu  cəngdə  min 

nəfərədək  qızılbaş  cavanı  qətlə  yetirildi,  yaxud  da  əsir  alındı. 

Əmirlərdən  İbrahim  xan  və  Rüstəm  xan  öldürüldü,  Bədr  xan, 

Yadigar Məhəmməd xan və başqaları ələ keçirildi, qalanları isə sağ-

salamat Damğana gedib çatdılar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin