AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


XALQ ARASINDA TACİKİYYƏ KİMİ MƏŞHUR OLAN



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə28/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   24   25   26   27   28   29   30   31   ...   96

XALQ ARASINDA TACİKİYYƏ KİMİ MƏŞHUR OLAN 

VƏZİRLƏR, MUSTOVFİLƏR, QƏLƏM ƏHLİ VƏ BAŞQA 

ŞÖHRƏT SAHİBLƏRİNİN ZİKRİ 

 

Cənnətməkan  həzrət  şahın  vəfatı  zamanı  qələm  əhlindən 



bircə nəfər də ali divan vəzarətinə mənsub deyildi. Bizə məlum olan 

sabiq  əzəmətli  vəzirlər  cənnətməkan  şah  dövründə  on  iki  nəfər 

olmuşlar.  Cülus  zamanı  (I  Şah  İsmayılın  taxta  əyləşdiyi  1501-ci  il 

nəzərdə  tutulur  -  Ş.F.)  ali  divan  vəzarətində  Xacə  Cəlaləddin 

Məhəmməd Keçəçi oturmuşdu ki, o, Mirzə Şah Hüseynin qətlindən 

sonra - Süleyman şanlı xaqan əbülbəqa Şah  İsmayılın  -  Allah onun 

qəbrini  nurla  doldursun  -  hakimiyyətinin  əvvəlində  vəzir  oldu.  O, 

vəzarəti  Mirzə  Şah  Hüseynlə  birgə  idarə  edirdi.  Deyilənə  görə  bir 

gün  Cəlaləddin  Məhəmməd  Keçəçi  cənab  mirzə  [Şah  Hüseynin] 

həyatdan köçdüyü, [özününsə şəriksiz vəzir olduğu vaxt] bu rübaini 

demişdir: 

 

Rübai 



 

Ey ki, gözümə ziya olan bir əyyam,  

Getdin və günüm qaraldı, oldu axşam.  

Sanki ikimiz iki şam idik birgə,  

Söndürdü dövr səni, mən isə yanıram

213


 

                                                           

213

 Rübainin farscası: 



"Ey nuri do dideye-cəhanəfruzəm,  

Rəfti to-vo çon şəbe-siyəh şod ruzəm.  

Guya mən-o to do şəm budim bahəm,  

K-əyyam to ra bekoşt-o, mən misuzəm". 



295 

 

 



Bu beytin məzmunu o xacənin vəziyyətini təsdiq edir: 

 

Fərd 

 

Bəs qədər qiylü qal ondan göründü



Ulduzu sönən tək qalı da söndü.

214


 

 

Süleyman  şanlı  xaqanın  vəfatı  və  hümayun  cənnətməkan 



şahın  cülusundan  sonra  Xacə  Cəlaləddin  Məhəmməd  Keçəçi  o 

həzrətin  (Şah  Təhmasibin  -  Ş.F.)  əmriylə  vəzarət  rütbəsi  ilə 

şərəfləndi.  Vəzirlik  dövründən  heç  bircə  il  keçməmişdi  ki,  iqtidar 

sahibli  vəkil  Div  Sultan  Rumlu  onunla  yola  getmədi,  aralarında 

dava-dalaş  tozu  yüksəldi,  onun  tutulub  yandırılması  haqda  fərman 

verildi.  Xacəni  kətana  (buriya)  büküb  yandırdıqları  vaxt  öz  halına 

münasib bu beyti dedi: 

 

Bəla küncündə əyləşdim və əndamım alovlandı, 



Kim əyləşsə bəla küncündə əyləşsin gərək böylə

215


 

 

Qazi  Cahan  Seyfi  -  Mirzə  Şah  Hüseynin  vəziri  idi,  ali  şah 



divanının  vəziri  oldu.  Təkəli  və  ustaclı  savaşında  fitnədən 

uzaqlaşmaq niyyəti ilə  Gilana  getdi. Onun Gilana  gəlişindən sonra 

Cuhə  Sultanın

216


  vəziri  olan  Mir  Cəfər  Saveci  Cuhə  Sultanın 

iqtidarda olmasına görə divan vəziri oldu, amma vəzirlik dövrü çox 

çəkmədi. O da, əmirlər arasındakı düşmənçiliyin qurbanı olub qətlə 

yetirildi. 



Əhməd  bəy  Nurkəmal  -  İsfahanın  "Nurkəmaliyyə" 

böyüklərindəndi. Ali divan  vəziri olmaq ucalığına  yetişdi  və altı il 

müstəqil  vəzir  oldu.  Ondan  sonra  yenə  də  bu  vəzifə  Qazi  Cahana 

verildi,  çünki  Qazi  Cahan  bu  dövlət  yolunda  Biyəpəs  [hakimi] 

Müzəffər Sultandan ayrılıb yenidən şahın yanına gəlmiş, qabiliyyət 

                                                           

214

 Fərdin farscası: 



Bəsa qali ke əz baziçe bərxast,  

Ço əxtər migozəşt an qal şod rast. 

215

 Beytin farscası: 



Gereftəm xane dər kuye-bəla dər mən gereft aləş,  

Kəsi k-y xane dər kuye-bəla girəd çenin girəd. 

216

 "Əhsənüt-təvarix"də bu ad "Çuhə Sultan" kimi yazılmışdır - Ş.F. 



296 

 

və istedadının çoxluğundan, həmçinin o həzrətin (Şah Təhmasibin  - 



Ş.F) xüsusi şəfəqqətindən Mir İnayətullah ilə şərikli vəzir olmuşdu. 

Mir  İnayətullahın  bəzi  nalayiq  əməlləri,  xüsusən  onun  ali  məclisin 

"pişxidmətçilər*  zümzəsi"ndən  və  şahın  himayəsi  altında  olan 

Baslıq  bəyin  oğlu  ilə  eşqbazlığı  şahın  xoşuna  gəlmədiyi  üçün 

ittihamlandırıldı  və  qəzəbə  düçar  oldu.  Buna  görə  də,  onu  və 

barəsində "Gilan hadisələri" bölməsində yazdığımız dövlətə müxalif 

Müzəffər  Sultanı 

dəmir  bir  qəfəsə  qoyaraq,  Təbrizin 

Sahibabadındakı  "Həsən  padşah  məscidi"nin  iki  minarəsindən  asıb 

yandırdılar. Zarafatcıl adamların biri bu hadisənin [maddeyi-]tarixi 

barədə belə yazmışdır: 

 

Xacə İnayət ki, edib lovğalıq  



Söylər idi aqil adamdır dəqiq,  

Etdi pis iş, oldu işindən kənar,  

Söylədim: — Ey qüssəyə munis rəfiq,  

Sən kimin eşqiylə yanırsan belə?  

Söylədi: — "Z-eşqe —pesəre-Basliq ".

217


 

 

Əhməd  bəy  Nurkəmalın  vaqiəsindən  sonra  Qazi  Cahan 



təkcə  özü  müstəqil  vəzir  oldu  və  on  beş  il  əzəmət  və  iqtidarla 

vəzarət  işlərini  apardı.  Vəzifəsinin  son  illərində  həmişə  yerinə 

yetirdiyi  və şaha ərz etdiyi divan işlərində etinasızlıq edirdi, həzrət 

şah isə hər işin  vaxtlı-vaxtında yerinə  yetirilməsini özü  yoxlayırdı. 

[Buna baxmayaraq] Qazi Cahan son illərdə vaxtını boş keçirir, onun 

işlərində ləngimələr baş verir, cənab qazinin əməl və hərəkətlərində 

meylsizlik  halı  müşahidə  olunurdu.  O,  yaşının  çoxluğunu  və 

qocalığını  (şeyxuxiyyət)  bəhanə  gətirib  vəzifəsindən  istefa  etdi. 

Həzrət  şah  da  razılaşıb,  onu  vəzarətdən  kənarlaşdırdı.  Qazi  Cahan 

doqquz  yüz  altmışıncı  ildə  (miladi  1553/54)  Allahın  rəhmətinə 

yollandı. 

 

                                                           

217

 Qitənin farscası: 



Xacə İnayət ke, həmizəd modam  

Lafi-xerədməndi-yo fekre-dəqiq,  

Bədəməli kərd ze mənsəb fotad,  

Goftəməş ey ba ğəm-o möhnət rəfiq,  

Əz ğəme-eşqe-ke-vo tarix çist?  

Goft: "Ze-eşqe-pesəre-Basliq". 



297 

 

Fərd 



 

Əgər "ahad"ı

218

 çıxsan "Qazi Cahan" adından,  



Vəfatı tarixini tapa bilərsən o an. 

 

O  cənabın  ləyaqətli  (həmide)  vəsfi  dillər  əzbəri  idi. 



Həqiqətən  bu  əzəmətli  dövlətdə  əyninə  onun  kimi  qabiliyyət, 

istedad,  fəzilət  və  kəmalət  libası  geyən  başqa  vəzir  görünməyib. 

Qazi  Cahanın  şöhrət  və  böyüklüyunü  sözlə  ifadə  etmək  mümkün 

deyildi.  Şanının,  əzəmətinin  və  cah-cəlalının  yüksəlişinə  (etela) 

baxmayaraq, əhali ilə təvazökar davranır, (heç vaxt) gözəl davranış 

və  sadəliyini  tərk  etməzdi.  Müxtəlif  elmlər  üzrə  mütəxəssis  olan 

üləmalar  arasındakı  mübahisələrə  qoşular  və  onlar  onun  fikrini 

mötəbər  bilərdilər.  İnşada  və  səlis  danışıqda  qüsuru  yoxdu, 

yazdıqları siyaq və hesabı bilənlər tərəfindən bəyənilərdi. Hüsnxətdə 

kamal dərəcəsinə çatmışdı. Ondan sonra vəzarət vəzifəsi dörd nəfər 

qələm sahibinə çatdı. 

Xacə  Qiyasəddin  Əli  -  O,  "Qiyasgövhər"  və  "Məmduhi-

Şərif Təbrizi" kimi də  məşhur idi. Yaxşı mühasibdi, bəzi vaxtlarda 

müstovfil-məmalik də oldu. 

Ağa  Məhəmməd  Fərahani  -  Fərahan  vilayətinin 

əyanlarındandır. 



Xacə Əmir bəy - "Əmir bəy Möhrdar" kimi məşhur idi. Mir 

Zəkəriyya  Keçəçinin  qohumlarındandı.  Qabiliyyətli  və  fəzilətli 

adamdı.  Yüksəlişinin  başlanğıcında  Qazi  xan  Təkəli  Möhrdarın 

vəziri  idi,  bəzi  vaxtlarda  Xorasan  vəziri  də  olmuşdu.  Cefr

219

  (?), 


ədad

220


  (ədədlər-yəqin  ki,  riyaziyyat  elmidir  (Ş.F.)  və  neyrəncat

221


 

elmlərində çox mahir idi. Günəşin qarşısının tutulmasını bacaracağı 

əməli  ilə  taxsırlandırılaraq,  qəzəbə  gəlib  bir  müddət  Ələmut 

qalasında  məhbus  oldu.  İsmayıl  Mirzənin  hakimiyyəti  zamanın 

                                                           

218


 Qeyd: Ahad - əhəd (bir) sözünün cəmidir. Bu  maddeyi-tarixdə deyilir ki, sən əgər 

"Qazi  Cəhan"  sözündən  iki  ədəd  1  rəqəmini  çıxsan  (yəni  11  rəqəmini  -  Ş.F.)  Qazi 

Cahanın maddeyi-tarixini alarsan. 

219


  Cefr  -  qədim  adamların  elmidir.  Cefr  elmi  əsasında  gələcəkdə  baş  verəcək 

hadisələrdən  xəbər  verirdilər  (Bax:  Həsən  Ənvəri.  Fərhənge-bozorge-soxən,  c.  5,  s. 

2153). 

220


 Ədad - lüğətlərdə  müstəqim  mənasını tapa bilmədim. Güman ki ədadlar (bəlkə də 

riyaziyyat) elmidir - Ş.F. 

221

 Neyrəncat - sehr elmi (Bax. M.Moin. Göst. Lüğət c.IV, səh-4881). 



298 

 

həbsdən  nicat  tapıb  öz  həyat  xəzinəsini  ruhlar  qəbzini  yazana 



(qabez) tapşırdı. 

Mirzə  bəy  Əbhəri  -  Əbhərin  qədim  adamlar  silsiləsindən 

idi.  Yüksəlişinin  əvvəlində  Sevindik  bəy  Qorçibaşinin  vəziriydi, 

sonra  bir  müddət  divan  vəziri  (vəzirdivan)  oldu.  Bir  neçə  vaxt  isə 

vəzarət vəzifəsini bu əziz adam icra etdi. 

Məsum  bəy  Səfəvi  -  Yuxarıda  danışanların  dövlət  büsatı 

başı  çatdıqda,  əmirdivan  olan  Məsum  bəy  Səfəvi  yüksək  vəzarət 

vəzifəsi  ilə  şərəfləndi,  əyalət  və  qoşun  sahibi  oldu.  O,  bir  neçə  il 

dövlət  işlərinə  qurşanıb  şahın  inayət  nəzərinə  yetişdi.  Həzrət 

cənnətməkan  şah  o  cənaba  "əmioğlu",  yəni  əmizadə  deyə  xitab 

edirdi. Cəm  məqamlı həzrət şah ilə rum  məmləkətlərinin hökmdarı 

Sultan Səlim ibn Sultan Murad arasında sülh sazişi qüvvəyə minən 

vaxt  hacıların  əcəm  diyarından  beytullaha  gediş-gəlişləri  çoxaldı. 

Məsum  bəy  Səfəvi  də  bu  ali  mətləbinə  çatmaq  niyyəti  ilə  hər  iki 

padşahdan izn alaraq, əsrin fəzilətli adamları zümrəsindən olan oğlu 

Xanmirzə  ilə  yola  düşdü,  amma  rumilər  ona  zülm  etdilər.  Məsum 

bəyi tanıyan rumilər bir gecə çöl ərəbi libası geyinib, onu, oğlunu və 

yoldaşlarından  bir  neçəsini  Həcc  karvanında  şəhadət  dərəcəsinə 

çatdırdılar  və  bu  alçaq  əməlin  [guya]  ərəb  quldurları  tərəfindən 

edildiyini  bildirdilər.  Məsum  bəy  beytullaha  yollandığı  vaxt  onun 

vəziri  Əmir  Siracəddin  Əli  Qumi  vəzarət  vəzifəsini  icra  edirdi, 

amma Məsum bəyin başına gələn qəziyyədən sonra vəzarət kürsüsü 

müstəqil  vəzirsiz  qaldı.  Ömürlərinin  sonunda  Mir  Seyid  Hüseyn 

Fərahani  və Xacə Cəmaləddin Əli bu ali vəzifəni tutmaqla sərəfraz 

oldular  və  bir  il  işlədilər.  Amma,  onların  işləri  şahın  xoşuna 

gəlmədiyindən o, hər ikisini həmin ali mənsəbdən çıxardı və həmin 

vəzifə bir daha heç kəsə verilmədi. 

 

 

 


299 

 

ƏZƏMƏTLİ MÜSTOVFİLƏR VƏ DƏFTƏRXANA İŞÇİLƏRİ 

 

Cənnətməkan  şahın  dövründə  məlum  və  məşhur  olan  ali 



divanın  əzəmətli  müstovfiləri  on  nəfər,  həmçinin  yeddi  nəfər 

müstovfiülməmalik və iki nəfər bəqaya

222

 müstovfisi olmuşlar. 



Birinci  -  Mir  Məsud  Cərbadqani,  başqaları  isə  Xacə 

Hüseyn  Saruni,  Qiyas  Kəhreyi-Şirazi  kimi  məşhur  olan  Xacə 

Qiyasəddin Əli, Xacə Qasım Nətənzi  və  Xacə Məlik  İsfahani, Mir 

Qiyasəddin  Mahmud  Şəhristani  İsfahani  və  İsfahani  kimi  məşhur 

olan  Mirzə  Şükrullahdır.  Bu  yeddi  nəfər  müstovfiül-məmalik 

olmuşlar.  Onların  hamısı  şan-şöhrətli,  böyük,  iqtidarlı  olub  uzun 

müddət  işlədiklərindən  xalq  arasında  nəfslərinin  toxluğu, 

düzgünlükləri,  xeyrxahlıqlan  və  doğruluqlarına  görə  məşhurdurlar. 

Nətənz  vilayətinin  əyanlarından  olan  Xacə  Qasım  Nətənzi 

hesabdanlıq  qanunları  və  siyaq  elmində  mahir  olmasına  görə 

başqalarından seçilirdi və şahanə qayğı və şəfqətə layiq görülmüşdü. 

Behişt  ayinli  məclisdə  həmişə  əhalinin  ehtiyaclarının  təmininə, 

müsəlmanların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına (tərfiyeyi-

hal),  vəlinemətdən  ötrü  dualar  söylənilməsinə  çalışır,  heç  kəsdən 

çəkinmədən  dilinə  xeyirxah  kəlmələr  gətirirdi.  Dünyəvi 

qərəzkarlıqdan uzaq adam olduğuna və xeyirxahlığına görə dedikləri 

qəbul  olunur,  söylədikləri  [şahın]  mübarək  xatirinə  xoş  gəlirdi. 

Həqiqətən də səadətmənd [şəxs idi], xeyirxahdı, xeyrat büqələrinin 

banisi  idi.  [Xacə  Qasıma]  diqqətin  çoxluğu  səbəbindən,  onun 

övladları  da  atalarının  vəfatından  sonra  şah  tərbiyətinə  və 

şəfəqqətinə  layiq  görülərək  yüksək  vəzifələrə  yetişməklə  sərəfraz 

oldular. Ondan sonra yuxarıda adı çəkilən Mir Qiyasəddin Mahmud 

müstovfiül-məmalik  oldu,  amma  az  vaxt  içərisində  vəzifəsindən 

çıxarıldı.  Bəzi  vaxtlarda  mustovfi  vəzifəsi  hümayun  dəftərxananın 

əvaricə yazanları (əvazecenevis)* arasında bölündü. O, dərvişlikdən, 

nəfs toxluğundan və pəhrizkarlıqdan xali adam deyildi. Bu dəfə üç il 

həmin  vəzifədə  işlədi.  Cənnətməkan  şahın  vəfatından  əvvəl  işdən 

kənarlaşdırıldı  və  onun  yerinə  Mirzə  Şükrullah  təyin  olundu.  O, 

Xacə  Həbibullah  İsfahaninin  oğludur.  Nəfsi  tox,  təmkinli,  vüqarlı, 

xoşxətt və xoşxasiyyət bir adamdır. Neçə ildən bir ali divanın başqa 

işlərində də çalışırdı. Bir neçə il isə, ali divanda vəzifə tutmadığına 

                                                           

222

 Bəqaya  - qalıq, vergi, ödənilməyən  maliyyal  mənalarını özündə ehtiva edir (Bax. 



M.Moin. Göst. c.I, səh. 555). 

300 

 

baxmayaraq  şahın  məclislərində  yenə  də  iştirak  edirdi  və  "məclis 



üzvləri"  (məclisiyan)  zümrəsinə  və  divannevislər  (divan  katibləri  - 

Ş.F.)  dəstəsinə  mənsub  idi.  Mir  Qiyasəddin  Mahmud  Şəhristanı, 

yuxarıda  yazıldığı  kimi,  işdən  çıxarılarkən  onu  Mirzə  Şükrüllah 

əvəz etdi. O cənnətməkan şahın vəfatınadək həmin vəzifəni müstəqil 

apardı.  İsgəndər  şanlı  nəvvabın  (Şah  Məhəmməd  Xudəbəndinin  - 

Ş.F)  zamanında  Xorasanın  vəziri,  müfəttişi  və  sərkarın  mütavəllisi 

(tovliyyət)  vəzifələrinə  təyin  olunub  həmin  vilayətə  getdi.  Amma 

get-gedə  onda  təkəbbürlük  və  özündən  razılıq  müşahidə  olunmağa 

başladı,  onunla  Xorasan  bəylərbəyləri  arasında  münasibət  pisləşdi. 

Orada işi keçmədi  və Damğana  getdi, oradan da baqi cahanın fəna 

evinə yollandı. 

Bəqaya müstovfillərinin birincisi Mir Hidayətullah Məmuri 

İsfahanın  "məmuri seyidləri" nəslindəndir, bəğaya  müstovfisi oldu, 

azacıq  sonra  öldü,  yerinə  qardaşı  Mir  Məhəmməd  Məmuri  keçdi. 

Mühasibatı,  siyaq  elmini  yaxşı  bilirdi  və  on  ilədək  vəzifəsində 

çalışdı.  Amma  onun  xidməti  şahın  xoşuna  gəlmədi  və  vəzifədən 

çıxarıldı. 

Mirşah Qazi İsfahani: İsfahan seyidlərindəndi. Onun nəsli 

"əlaqəbənd  seyidləri"**  kimi  məşhurdur.  Bəqaya  mustovfisi  oldu. 

Mühasib  və  işbilən  bir  yazıçı  (nevisənde)  idi.  Cənnətməkan  şah 

zamanı mühasib və başqa divan işlərində çalışdı. İşinin öhdəsindən 

gələ bildi  və həzrət şahın  vəfatınadək həmin  vəzifədə qaldı.  Mirzə 

Şükrullahın vəzir və etimadüddövlə olduğu İsmayıl Mirzə dövründə 

onu müstovfiül məmalik etdilər. İsgəndər şanlı nəvvabın zamanında 

da həmin vəzifədə qalmaqdaydı. Mirzə Salman  vəzir olan vaxt ona 

qarşı  münasibəti  yaxşı  olmadı  və  vəzirin  təhriki  ilə  vəzifəsindən 

çıxarıldı  və  onun  yerinə  Heratda  İsgəndər  şanlı  nəvvaba  etdiyi 

köhnə  xidməti  müqabilində  Xacə  Məhəmməd  Bağır  Herəvi  keçdi. 

Mirşah  Qazi  özünün  əsl  vətəninə  getmək  fikrində  oldu,  oradan  da 

Beytüllahül-hərama,  Həcc  ziyarətinə  getdi,  amma,  həmin  xeyirli 

səfərdə fani cahanı tərk edərək bəqa aləminə yollandı. 

Əmlak  nazirləri*  (nazirati-biyutat)  -  Bu  haqda  bu  həqir 

müəllifdə belə məlumat vardır: Qazi İmad müstəqil nazir idi. Onunla 

Mehtər  Camal  İsfahani  arasında  münaqişə  yarandı,  divan  malı 

xüsusunda yeyinti aşkar oldu. Buna görə də vəzifəsindən çıxarıldı və 

külli miqdarda pulu müsadirə olundu. Amma Mehtər Camalın özü, 

onun  işdən  çıxarılmasından  sonra  müsadirəyə  zamin  oldu  və  Qazi 

İmadı izzət və ehtiramla İsfahana yolladı. Xeyirxah adam idi. Ondan 


301 

 

sonra  atası  Xorasanın  müstəqil  vəziri  Ağa  Kəmaləddin  Zeynəlibad 



Kirmani  olan  Ağa  Cəmaləddin  nazir  mənsəbinə  təyin  edildi.  Bir 

müddət sonra o da bəzi savabsız işlərdə təqsirləndirilib qəzəbə gəldi. 

O,  cənnətməkan  şahın  vəfatınadək  Ələmut  qalasında  məhbus  idi. 

İsmayıl  Mirzənin  hakimiyyəti  vaxtı  zindandan  çıxdı  və  İsgəndər 

şanlı  nəvvabın  zamanında  onun  etibarı  xeyli  yüksəldi.  Yaşının 

çoxluğu,  qocalığı,  həbsdəki  qəm-qüssəsi  ona  qələbə  çaldı  və  ömür 

müddəti azaldı. Cənnətməkan şahın vəfatı vaxtı üç nazir vardı. 

Mirzə  Salman  -  Ağa  Camalın  işdən  çıxarılması  və 

həbsindən sonra əksər əmlakın naziri oldu. O, Ağa Mirzə Əli Cahiri 

İsfahaninin  oğludur.  Atası  bir  neçə  il  Fars  hakimi  İbrahim  xan 

Zülqədərin vəziri olmuşdu. Mirzə Salman Şiraz şəhərində fəzilət və 

kamala  yiyələnmiş,  qabiliyyətinin  çoxluğu  və  bacarığı  sayəsində 

irəli  çəkilmiş,  ali  orduya  gəlmiş,  Azərbaycanın  vəziri  Mirzə 

Ətaüllanın  köməyi  ilə  bir  neçə  il  o  vilayətin  işini  aparmışdır.  Elə 

onun  sayəsində  orduya  gəlmiş,  onda  qabiliyyət  və  bacarıq 

göründüyü üçün, şahanə diqqətə layiq görülmüş, barəsində yuxarıda 

yazılan  Ağa  Camal  Kirmanininin  işdən  çıxarılması  və  həbsindən 

sonra əksər əmlakın naziri olmuş, hümayun  məclisə yaxın adamlar 

silkinə  qəbul  olunmuşdu.  O  həzrətin  (Şah  Təhmasibin  -  Ş.F.) 

vəfatınadək öz işində qalmaqdaydı. 

İsmayıl  Mirzənin  hakimiyyəti  vaxtı  da  ona  çox  böyük 

ehtiram  olunmuş  və  buyurulmuşdu  ki,  vəzarətdəki  əzəmətli 

əmirlərin  heç  birinə  tabe  olmasın.  İsmayıl  Mirzənin  vəfatından  və 

İsgəndər  şanlı  nəvvabın  cülusundan  sonra  fərmanla  vəzir  və 

etimadüddövlə  təyin  olunub,  əvvəlkilərdən  daha  artıq  bu  vəzifəni 

müstəqil idarə etdi. Mirzə Salman o ali mənsəbdə kamal dərəcəsinə 

çatdı.  Onun  sonrakı  vəziyyəti  haqda  İsgəndər  şanlı  nəvvabın 

dövründəki hadisələrin şərhində danışılacaqdır. 

Xacə  Əbülqasim  -  Fərahan  vilayəti  əyanından  olub,  ali 

divan  möhrdarının  vəziri  idi.  Düzgün  yazan,  sözünə  sadiq, 

düzdanışan,  xoşxasiyyət  və  kəndçi  təbiətli  bir  adamdı.  Şahın  onun 

davranışından  xoşu  gəldiyindən,  möhür  vəzirliyindən  sərkari-

xasseyi-şərifənin  bəzi  əmlakının  naziri  vəzifəsinə  yüksəltdi.  Həzrət 

cənnətməkan  şahın  vəfatı  vaxtı  həmin  vəzifədə  çalışırdı.  İsmayıl 

Mirzə dövründə də bir neçə müddət vəzifəsini icra etdi. Tam etibara 

malik adamdı. Nəhayət vəzifəsindən əl çəkib öz vətəninə qayıtdı. 



Mir  Əbülfətuh  -  Sərkari-xasseyi-şərifənin  imarətlər  naziri 

olan  Mir  Fəzlullah  Şəhristani  İsfahaninin  qardaşıdır.  Onlar 



302 

 

Süleyman  şanlı  xaqanın  dövründə  müstovfil-məmalik  olan  Mir 



Seyid  Şərif  Şəhristaninin  övladlarıdırlar  və  bu  silsilə  bu  dövlətdə 

həmişə  ali  mənsəblərdə  başıucalıqla  işləmişdir.  Adı  çəkilən  Mir 

Fəzlullah uzun illər İsfahan  vəziri  və oranın divan işlərinin bilicisi 

(rafeq  və  fateq)  olmuşdur.  Fəaliyyəti  dövründə  əmlak  sahibinə 

çevrilmiş,  vəqf  mülkləri  (rəqəbat)

223 


artmışdı.  Xülasə,  adı  çəkilən 

Mir Əbülfətuh isə bir müddət imarətlər naziri kimi düzgün çalışdı. 

Onun  Mirzə  Məhəmməd  adlı  bir  oğlu  vardı.  Fazil,  fəqih  və  fitva 

sahibi  olan  bir  şəxs  idi.  Dünya  vəzifələrinə  göz  dikmədi.  Onun 

fitvaları dövr fəqihləri arasında olduqca mötəbər idi. 

Əhmədi  bəy  ləşkərnevis  -  Sabiq  ləşkərnevis  olan 

Məhəmmədi  bəyin  qardaşıdır.  Cənnətməkan  şahın  hakimiyyətinin 

ilk  illərində  Xaca  bəy  Şirazi  əmirlər  və  əskərlər  arasında  olduqca 

izzətli, mötəbər, etibarlı və iqtidarlı bir adam idi. Belə ki, hamı onun 

gələcəkdə  vəzir  olacağını  güman  edirdi.  Onun  vəfatından  sonra 

Azərbaycan əvaricənevist* olan Əhmədi bəyin qardaşı Məhəmmədi 

bəy  aqil, öz rəyi  və bacarığı olan bir  adam kimi bu uca  mənsəbdə 

ucaldı.  O  da  izzətli,  mötəbər,  tapşırılan  işləri  yerinə  yetirən  və 

şahanə şəfəqqətə yetən bir şəxs idi. Belə ki, həzrət şah ona "Kəshuk 

(?)  vəzir"

224 

deyə  xitab  edirdi.  Onun  ölmündən  sonra  qardaşı 



Əhmədi bəy ləşkəmevis oldu, cənnətməkan şahın vəfatı və İsgəndər 

şanlı nəvvabın cülusu dövründə öz  vəzifəsində qaldı. Onların nəsli 

əsl  şirazlıdırlar  (şiraziül-əsl),  orada  "xakiyyə"  təbəqəsinə  mənsub 

adamlar  kimi  tanınırlar.  Amma  bir  müddət  olar  ki,  Şirazdan  xaric 

olmuşlar.  Xakiyyə  silsiləsindən  bir  neçəsi  İraq,  Azərbaycan  və  ali 

orduda  yüksək  vəzifələrdə  və  divan  xidmətlərində  çalışmışlar. 

Məhəmmədi  bəy  mahir  xoşxətt,  fəzilət  sahibi,  kamallı,  istedadlı, 

qələm əhli idi. Əlahəzrət zilləllah şahın cülusunun əvvəllərində vəfat 

etdi. 

Əliqulu  bəy  -  Ərəbgirli  oymağının  əzəmətli  qorçilər 

zümrəsinin vəziridir. Atası Hüseynəli bəy ağıllı adam və yaxşı xəttat 

idi.  Xoşnevislikdə  sərkarın  münşisi  Mövlana  Bəhaəddin  Hüseyni 

keçmişdi.  Bu  əbədi  dövlətin  zühurundan  başlayaraq  əzəmətli 

qorçilər vəzarəti nəsilbənəsil onlara məxsus olmuşdur. Nə qədər ki, 

sağ  idi,  bu  rütbəsində  izzət  sahibiydi.  Hümayun  ziliəllah  şahın 

cülusunun əvvəllərində vəfat etdi. 

                                                           

223

 Rəqəbat - "vəqf mülkü" deməkdir. (Bax: M.Moin. c. II. səh. 1666). 



224

 Yəqin ki, "kiçik vəzir" yazılmalıdır - Ş.F. 



303 

 

Mirzə Fəthullah - əzəmətli qorçilər müstovfisinin adıdır. O 

da  İsfahanlıdır  və  Xacə  Malikin  qohumlarındandır.  Əvvəlcə  qorçi 

müstövfisi, sonrasa  müstovfiye-məmalik oldu. Mirzə Fəthullah hələ 

cavankən  bu  vəzifə  ilə  şərəfraz  olmuş,  nəvazişlə  şərəflənmişdi.  Ali 

məclis  üzvləri  ilə  oturub-dururdu.  O,  qorçi  vəzirinindən  daha  çox 

qorçilərin işlərinə dəxalət edirdi. 

Ali  dəftərxana  üzvləri:  Hal-hazırda  zabitənevis*  və 

mofridenevis** adlanan Mir Əbu Turab Nətənzi əmlak müstovfisdir 

(müstovfiyi-mal).  O,  Nətənzin  Oluşiyə  seyidlərindəndir.  Xacə 

Qasım  Müstovfinin  damadı  olmuşdur  və  hümayun  dəftərxananın 

qələm  sahibləri  onu  siyaq  elmində  "mühasiblər  ustadı"  kimi 

tanıyırdılar. 



Hidayət bəy Şirazi - ali divanın vergi (tovcih) sahibi idi. O, 

sadiq  tovcih  sahibi  Xacə  Həbibullahın  qohumlarındandır.  Onların 

nəslindən  bir  çox  adam  bu  xanədana  müxtəlif  xidmətlər  etmiş, 

şahanə etimada layiq görülmüşdülər. Hidayət bəy yüksək düşüncəli, 

məlumatlı, nəfsitox və pəhrizkar adamdı. 

Əvaricenevislərdən  siyaq  elmində  və  hesabdanlıq  qanun-

qaydalarında  məşhur  adam  olan  və  "Xan"  kimi  məşhur  olan  Xacə 

Məhəmməd  Əmin  ibn  Qasım  Müstovfi  Azərbaycan  və  Şirvanın 

əvariccnevisi idi. 

Xacə  Rəşid  bəy  əsl  şirazlıdır  və  Hidayət  bəyin 

qohumlarındandır.  İraqın  əvaricenevisi  olmaqla  şərəflənmişdi,  sufi 

təbiətli, dərviş xislətli, pak etiqadlı, Allahtanıyan bir adamdı. 

Ağa Əsəd Nətənzi - Xorasan  və  Kirman əvaricenevisi idi. 

"Şirazi"  kimi  məşhur  olan  Əsəd  Suxtənin  oğlu  Mir  Nemətullah 

atasının əvəzinə fars vilayətinin əvaricenevisi oldu. 

Ağa  Seyfülmüluk  Tehrani  –  Təhvirdarlar  ərbabının 

müstövfisi idi. Böyük istedadı olmasa da, amma maraqlı, xoşsöhbət, 

şirin danışan bir adamdı. Elə buna görə də şah məclisinə yol tapmış, 

"məclis  adamları"  zümrəsinə  daxil  olmuş,  şahanə  inayətə  layiq 

görülmüşdü. 

Məhrusə  məmləkətlərinin  əzəmətli  vəzirləri:  Onların 

arasında olduqca böyük, alişan və iqtidar sahibi olan iki nəfərdir. İşə 

başladığı  vaxt  möhür  vəziri  vəzire-möhr  olan  Mirzə  Ətaüllah 

İsfahani  bütün  Azərbaycan  və  Şirvanın  vəziri  və  müməyyizi*** 

olmaqla şərəfləndi. 

İkinci  vəzir  isə  Ağa  Kəmaləddin  Zeynəlibad  Kirmanidir. 

Yuxarıda yazıldığı kimi o, bütün Xorasan vəziri  və müməyyizi  idi.  


304 

 

Amma  cənnətməkan  şah  vəfat  edərkən Ağa Kamal da artıq ölmüş, 



yaşının  çoxluğu  və  qocalığı  səbəbindən  Mirzə  Ətaullah  də  o 

mənsəbdən çıxarılmışdı. Hər iki vəzir ağıllı, nəfsitox, rəiyyətpərvər 

adamlar  olmuşlar.  Xorasan  və  Azərbaycanda  onların  adları 

indiyədək  ehtiramla  çəkilməkdədir.  Onların  insanpərvərlikləri  və 

əməlləri hər iki vilayətdə daim yad olunur. 

Cənnətməkan  şahın  vəfatı  zamanı  məmləkət  vəziri  olan 

adamlar  sırasında  sabiqdə  tərxan  vəziri  (vəziri-tərxan)  olmuş, 

sonradan  Biyəpiş  Gilanının  vəziri  vəzifəsinə  təyin  olunmuş  Mirzə 

Hidayətullah  ibn  Xacəşah  Hüseyn  Sərunidir.  Amma  o  Gilana 

getmədi,  ali  dərgahda  qaldı.  İsgəndər  şanlı  nəvvabın  dövründə 

müstovfil-məmalik  oldu.  Mirzə  Salmanın  Heratda  baş  verən 

qətlindən sonra ki, bu haqda məlumat  veriləcəkdir, ali divan  vəziri 

və etimağüddövlə oldu, amma o, bu işə və vəzarətin ali işlərinə çox 

da  dəxalət  etmirdi.  Sabiqdə  Həsən  həy  Yüzbaşı  Ustaclının  vəziri 

olan Xacə Qasım Əli Azərbaycan vəziri olub bu vəzifədə bir neçə il 

işlədi.  Amma  o  da  cənnətməkan  şahın  vəfatına  qədər  ali  dərgahda 

qalaraq,  Azərbaycana  getmədi.  Xeyirxah,  nəfsitox  adamdı.  Əslən 

təbrizli idisə də, İsfahanla da qohumluq əlaqəsi vardı. 

Qardaşının  yerinə  Həsən  bəy  ibn  Hüseyn  bəyin  vəziri 

olmuş  Xacə  İnayət  Türkə  o  dövrün  mötəbər  vəzirlərindəndir. 

Rəiyyət adamıydı, xoş davranışı vardı. 

Yəzd  darülibadəsindən  çıxarılıb  İsfahan  darülssəltənəsinin 

vəzirliyinə təyin olunan Xacə Məhəmməd Şərif Tehraninin Ağatlay 

(?)  Dəvatdar  Qəzvini  ilə  qohumluğu  vardı.  O  da  xoşxasiyyət  və 

nəfsitox  adamdı.  Adını  çəkdiyimiz  Ağatlayın  oğlu  Mirzə 

Bədiüzzaman  Kaşan  darülmömininin  vəziri  idi.  O  və  qardaşı 

nəfslərinin  toxluğu  və  rəiyyətlə  yaxşı  davranışlarına  görə  şahanə 

şəfəqqətə  yetişmişdilər. Onrarın başqa bir qardaşı  Ağa Məhəmməd 

Zəman  Təbriz darülsəltənəsinin bəzi işlərini aparırdı, başqa qardaşı 

Əhməd bəy isə Xorasanın bəzi mahallarının vəziriydi. Mir Fəzlullah 

Şəhristanının  oğlu  və  "Zadeyi-Məxdum"  kimi  məşhur  olan  Mirzə 

Əbdülbaqi  Qəzvin  darüssəltənəsinin  vəziri  Mir  Seyid  Əli  Rezəvi 

Quminin  vəfatından  sonra  həmin  mülkün  vəziri  təyin  edilməklə 

şərəfraz  oldu  və  işinə  başladı.  Yuxarıda  yazılmışdı  ki,  Fəzlullah 

əmlak  və  vəqf  mülkləri  sahibi  idi  və  özünün  bütün  əmlakını  vəqf 

etmiş,  vəqfə  nəzarəti  (tovliyyət)  böyük  oğluna  vəsiyyət  etmişdi, 

lakin adı çəkilən Mir Əbdülbaqi ağılsızlığı və bədxərcliyi üzündən o 

əmlakın  hamısını  yox  etdi,  özü  də  cənnətməkan  şahın  vəfatından 



305 

 

sonra  nəticəsiz  işləri,  yersiz  hərəkətləri,  alçaq  alış-verişi  üzündən 



çox bəlalar çəkdi, pərişan oldu, təşviş içində yaşadı. 

Mirzə  Əhməd  -  O,  Mirzə  Nurullah  Küfrani  İsfahaninin 

oğludur  və  Fars  əyaləti  sərkari-xasseyi-şərifə  vəziriydi.  Həzrət 

cənnətməkan  şahın  Nurullaha  və  atasına  xüsusi  şəfəqqəti  vardı. 

İsgəndər şanlı nəvvabın zamanında, vaxtı ilə Şirazda o həzrətə etdiyi 

yüksək xidmətlərə görə, baş nazir (nəzarəte koll) vəzifəsi ilə şərəfraz 

oldu. O, tam müstəqil nazir idi. 

Herat  darüssəltənəsinin  bəzi  xasseyi-şərifə  mahallarının 

vəziri olan  Mir Seyid Hüseyn Xətib Qayini  həmin  mülkdə olduqca 

etibarlı  adamdı.  Əhməd  bəy  Əfşar  Qorçibaşının  vəziri  Mirzə 

Məhəmməd  Kirmani  Ərdəbil  darülirşadının  vəziri  vəzifəsində 

işləyirdi. 

Biz  məşhur  böyük  vəzirlərin  bir  neçəsi  barədə  məlumat 

verdiyimiz  üçün  başqa  xırda  vəzirlər  barədə  danışmamaqla 

kifayətləndik, çünki qələmin dili onlar barədə susmağı üstün tutdu. 

Taciklərdən  olan,  əmirlərə  təyin  edilən  və  çıxarılan  başqa 

vəzirlər də şaha xidmətlərində şərafətli  və izzətli adamlar olmuşlar. 

Əmir  Qeyb  Sultanın  vəziri  Xacə  Hidayətullah  tacikiyyə  arasında 

hörmət  və ehtiramla  yaşamaqdaydı.  Abdullah xan Ustaclının  vəziri 

Xacə Ziyaəddin Səlmani  İsfahani  onun vəfatından sonra ali orduya 

gələrək  "məclis  əhli"  zümrəsinə  daxil  oldu.  Başqa  biri  "Axsaq 

Müşrif [ləqəbi] ilə məşhurlaşan Xacə Həsən Naxçıvanidir. onun heç 

bir mənsəbi olmamasına baxmayaraq  "məclis üzvləri" zümrəsindən 

idi.  Heydər  Sultan  Tərxan  Türkmanın  vəziri  Xacə  Şahmənsur 

Fərahaninin  hümayun  məclisə  getmək  icazəsi  vardı.  Masum  bəyin 

vəziri  Mir  Siracəddin  Əli  Qumi,  onun  yuxarıda  yazılan  şəhadət 

vaqiəsindən  sonra  divanın  müxtəlif  vazifələrində  işləyirdisə  də, 

amma, əvvəlki qayda ilə şaha mülazimlik də edirdi. 

Əmlak müşrifləri:* Onların bir neçəsi izzət və etibar sahibi 

idilər.  



Mirzə Babayi Şirazi - əmirlər xəzinəsinin müşrifi olmuşdu 

və  şahın  xidmətində  izzətli,  mötəbər  və  şahanə  etimad  qazanmış 

adamdı. 

Mirzə Qasım Şirazi – Tövlə müşrifi idi. Çox vaxt tövlə və 

at meydanında olmaqla şərəfraz olmuşdu. Mirzə Məhəmməd Pişkeş 

Mirzə  Babayi  Pişkeşin  qohumuydu,  izzətli  və  mötəbər 

peşkəşnevis**  idi.  Sabiqdə  xəzinə  müşrifi  olan  Mir  Şahmirin 

qardaşı  Mir  Seyid  Seyfi  şotorxan  (dəvəyə  baxan)  vəzifəsində 


306 

 

çalışırdı. Onlardan başqa da bir neçə nəfər müşrif vardı ki, biz bu bir 



neçə nəfər haqda məlumatla kifayətləndik. 

Ali  dərgahda  tacikiyyədən  daha  bir  neçə  əyan  və  böyük 

adam olmuşdur. Onların bəzisi şaha xidmət yoluna düşdüsə də, elə 

də  mühüm  işlərə  sahib  olmadılar,  lakin  behişt  ayinli  məclisdə 

(behiştayin  -  Ş.F.)  iştirak  edə  bilirdilər.  Xüsusən  Qum 

darülmömininin  musəvi  seyidlərindən  olan  Mir  Haşim  Qumi  ki, 

şirin sözlü və zarafatcıl adamdı. Əmlak və sərvət sahibi olmuşdu. O, 

şahın  qulluğunda  qeyrilərindən  çox  danışır,  mətləb  və  ehtiyacı 

olanların  sözlərini  şaha  çatdırır,  hərdənbir  də  ali  divan  vəzarətinə 

baş çəkirdi.  Amma, bu rütbədə  çərəfraz ola bilmədi. Cənnətməkan 

şah  həmişə  onunla  zarafatlaşırdı.  Mir  Haşim  Qumi  çox  vaxt  şah 

tərəfindən cəzalandırılırdı. Cənnətməkan şahın vəfatınadək izzətli və 

hörmətli  oldu,  xahişlərində  həddi  aşmırdı.  Tacikiyyə  təbəqəsinin 

başqa  rəiyyət  və  oyanından  biri  də  Xacə  Əbdülrəşidin  oğlu  Xacə 

Əbdidqadir  Kirmani  idi.  Məmləkətlərin  böyükləri  və  əyanlarından 

əmlakının çoxluğuna görə üstün idi. O, Kirman darülamanından ali 

saraya  gəlmiş  və  behiştayin  şahın  məclis  adamlarından  olmuşdu. 

Hərdənbir  də  ali  divan  vəzarətinə  gedib-gəlirdi.  Amma,  o  da  Mir 

Haşim  kimi  izzət  və  etibarına  baxmayaraq,  ona  müraciət  edən 

adamların  əlindən  rahat  gün  keçirə  bilmirdi.  Özünə  on  iki  min 

tümən  peşkəşlə  kifayətlənmişdi  ki,  Kirmana  gedib  o  vilayətdə 

əkinçilik və  məskən salmaqla gün keçirə bilsin. Amma onun bu işi 

qəbul olunmadı. Cənnətməkan şahın vəfatına qədər ali orduda qaldı. 

İsgəndər  şanlı  nəvvabın  hakimiyyəti  vaxtı  rüxsət  alıb  öz  vətəninə 

getdi. Amma, orada özbaşınalıq bayrağını göyə qaldıran Bəktaş xan 

Əfşarın  xoşagəlməz  rəftarına  görə  qala  bilməyib  ətəbati-aliyyata 

[İmamların  məzarlarının  ziyarətinə]  getdi,  uzun  illər  Bağdad 

darüssalamında  və  o  ətraflarda  yaşadı,  etibarsızlıq  qorxusundan 

vətəninə qayıtmağı arzulamadı və ömrü o vilayətdə başa çatdı. 

Ali dərgahda  və behiştnişan  məclisdə aparılan söhbətlərdə 

iştirak  etmək  səlahiyyətinə  malik  bir  çox  kələntər,  ərbab  və  başqa 

adamlar  da  işləyirdibr  ki,  onların  təfsilatını  vermək  çox  vaxt  alar. 

Münşilərdən  Məhəmmədi  bəy  Təbrizi  Kecəci  Münsi  əl-məmalik 

qədimdən bəri xidmətləri olan Mir Zəkəriyyanın qohumlarından idi, 

vəfat  etdi.  Ondan  sonrasa  məmləkətlər  münşisi  vəzifəsi  kimsəyə 

verilmədi.  Xacə  Əli  bəy  Sorx  Kirmaninin  oğlu  Mirzə  Məhəmməd 

yuxarıda  adı  çəkilən  Məhəmmədi  bəylə  qohumdu.  Qazi  Abdullah 

Cüveyni  və Xacə Əlaəddin Mənsur  Kərəhrudi  — bunların hər ikisi 



307 

 

məmləkətlər  münşisi  kimi  "məclis  əhli"  zümrəsindəndir.  Mirzə 



Məhəmməd  İsmayıl  Mirzənin  hakimiyyəti  zamanı  münşi  əl-

məmalik olub, izzət və hörmət qazandı. O, İsgəndər şanlı nəvvabın 

vaxtında, Mirzə Salmanın qətlindən sonra  müstovfil-məmalik, Əbu 

Taleb  Mirzə  zamanındasa  vəzarət  vəzifəsinədək  ucaldı.  Onun 

vəziyyəti  barədə  əlahəzrət  zilləllah  şahın  hakimiyyətinin  təsviri 

zamanı  məlumat  veriləcəkdir.  Onların  hər  üçü  qabiliyyət,  istedad 

əhli  idilər  və  "xoşnevislər"  zümrəsinə  mənsubdular.  Amma  Qazi 

Abdullah  inşa  fənnində  başqalarından  üstün  idi.  İsa  nəfəsli 

(məsihiyyətül-ənfas)  həkimlərin  zikri  -  Bu  fəzilətli  təbəqə  üzvləri 

İran məmləkətlərində çoxsaylı idilər ki, onların şahın mülazimətində 

çalışan bəziləri haqqında məlumat veririk: 

Həkim  Qiyasəddin  Əli  Kaşi  -  Sözünə  sadiq,  düz danışan, 

sadəlövh  adamdı.  Müalicə  elmlərini  öyrənməyə  cəhd  etdi  və  tibb 

elmində  kamal  mərtəbəsinə  yetişdi.  Onun  vəfatından  sonra  qardaşı 

Həkim  Nurəddin  şahın  xidmətində  oldu  və  həkimlər  silkinə  daxil 

edildi.  Xəstəliklərin  müalicəsində  əli  yüngüldü.  Onun  dediyi  söz 

həkimlər  arasında  qanun  idi.  Cənnətməkan  şahın  xidmətində 

sədaqətinə və doğruluğuna görə ən etibarlı həkimdi. 

Həkim  Kəmaləddin  Hüseyn  Şirazi  -  Fəzilətli,  bilikli  və 

xoşəxlaq  həkim  idi.  İş  fəaliyyətinin  başlanğıcında  Şah  Nemətullah 

Yəzdinin  həkimiydi  və  onun  xidmətində  durmuşdu.  Onun 

vəfatından  sonra  "ali  dərgah  həkimləri"  silkinə  daxil  oldu. 

Bacarığının  çoxluğundan,  əsasən,  əlindən  xəta  çıxmazdı.  Müxtəlif 

xəstəliklərə  düçar  olan  adamlar  onun  müalicəsi  sayəsində 

sağalırdılar.  İçki  hazırlamaqda  və  yaymaqda  məşhur  idi,  riyakar 

adamlar  kimi  boş  sözlərlə  xəstə  sağaltmağa  girişmirdi.  Müalicədə 

məsləhət bilinən və təbiblərin razılıq verdikləri məstedici içkilərdən 

istifadə  etdiyinə  görə  cənnətməkan  şahdan  özünə  qarşı  diqqət 

görmürdü.  İsgəndər  şanlı  nəvvabın  zamanında  Xan  Əhməd 

Gilaninin  xidmətinə  Gilana  getdi  və  uzun  müddət  onun  yanında 

izzət  və hörmət sahibi oldu. Adı çəkilən vali onunla tibb sahəsində 

mübahisələr edirdi. Ömrü elə orada da bitdi. 



Həkim Əbu Nəsr Gilani - Xoşsöhbət və xoşsima adamdı, 

ali  orduda  əksər  xəstəliklərin  müalicəsinin  öhdəsindən  bacarıqla 

gəlirdi. Tibb fənnində məşhurlaşmışdı. Cənnətməkan şahın xəstəliyi 

vaxtı gecə-gündüz onun yanındaydı. O, şahın ona olan böyük diqqət 

və  iltifatına  görə  başqa  həkimlərin  cahilanə  həsədkarlığına  məruz 

qalmışdı.  Buna  görə  də  həmin  münasibətin  qurbanı  oldu  və  həzrət 



308 

 

cənnətməkan şahın  vəfatı zamanı onu  müalicədə xəyanətdə ittiham 



etdilər və o, hümayun dövlətxanada qorçilərin əliylə qətlə yetirildi. 

Mirzə  Məhəmməd  Şirazi  -  Həkim  Kəmaləddin  Hüseynin 

qohumudur.  Fazil  həkim  və  xoşəxlaq  alimdi.  Müalicədə  əli 

yüngüldü. Əsrin əksər həkimləri onun sözünü etibarlı sayır, müalicə 

etmək  bacarığını  qəbul  edirdilər.  Təbiblərin  hamısı  onun  şagirdləri 

olmaqla iftixar edirdilər. Həqiqətən də dövrün Boqratı* və dövranın 

Əflatunu** idi. Əslində, o da həkim Kəmaləddin Hüseyn kimi içki 

ilə  müalicədə  məşhurlaşmışdı  və  buna  görə  də  şah  diqqətindən 

uzaqda  dururdu.  Bəzən  ali  orduda,  bəzən  də  Yəzd  darülibadəsində 

vaxt keçirirdi. 

Həkim İmadəddin Mahmud - Bu iki bilikli həkimlə onun 

qohumluğu vardı. Elm və hikmətdə hamının arasında vahid, bilik və 

təcrübədəsə  dünyada  məşhurdu.  Tibb  elmi  sahəsində  onun 

tərəfindən  yazılan  [məşhur]  nüsxələr  xroniki  xəstələrin  müalicəsi 

üçün, xüsusən əhali arasında qoturluq (atəşək) kimi tanınan kiçik və 

böyük  cərəb  (qotur)  xəstəliyinin  qarşısının  alınmasından  ötrü 

həkimlərin  istifadə  etdikləri  nüsxələrdir.  İş  fəaliyyətinin 

əvvəllərində  Şirvan  hakimi  Abdullah  xan  Ustaclının  yanında 

işləyirdi. Amma, Abdullah xanın nə səbəbdənsə onunla arası dəydi, 

qəzəb  atəşi  alovlandı  və  onu  qarda  dondurmaqla  cəzalandırdı. 

Həkim  az  qala  dəli  olacaqdı,  çünki  bütün  gecə  sübhədək  qarın 

içərisində qalmışdı. Cənab həkimsə çoxlu tiryək qəbul edərək özünə 

əlac etdi. Baxmayaraq ki, həmin bəladan qurtuldu, amma ömrü boyu 

əsmə-titrəmə  xəstəliyinə  düçar  oldu.  Özü  tiryəki  olduğundan 

tiryəkin  müsbət  təsirinə  etiqadı  vardı.  Həzrət  cənnətməkan  şahın 

həzrət  İmam  Rzanın  (imaməl-cinn  və-l-ons)  müqəddəs  rövzəsinin 

rəvacına  böyük  diqqəti  olduğundan,  oranın  sərkarının  yanına  ən 

üstün  adamları  yollayırdı.  Həkim  İmaməddin  Mahmud  da  sərkarın 

təbabətini icra etmək üçün göndərildi və müqəddəs Məşhəddə illərlə 

müalicə  ilə  məşğul  oldu.  Həqiqətən  də  həkimlik  keyfiyyəti  və 

kamalının üstünlüyündə hamıdan fərqlənən fazil insanlardan biri idi. 

Həkim 

Əbülfəth 

Təbrizi 

Təbriz 



şəhərinin 

təbiblərindəndir.  Boyu  qısa  olduğundan  əhali  arasında  "Kiçik 

həkim" ("Həkime-kuçek") ləqəbi ilə tanınırdı. O, Təbrizdəki başqa 

həkimlərin  hamısından  üstün  idi.  Xəstəliyin  müəyyən  olunmasının 

yeganə bilicisiydi. Əgər hansı bir xəstəyə diaqnoz qoyuluşu çətinlik 

törədirdisə,  Həkim  Əbülfəth  sual-cavaba  ehtiyac  görməyərək  onun 

nəbzinə  əl  vurmaqla  xəstəliyin  səbəbini  yemək-içməkdən  olub-


309 

 

olmadığını  müəyyənləşdirirdi.  Onun  təşxisləri  əksər  vaxt  düzgün 



olurdu  və  bacarığı  möcüzə  həddini  keçmişdi.  Cənab  Həkim 

Əbülfəth  Təbrizi  İsmayıl  Mirzənin  hakimiyyəti  zamanı  onun 

xidmətində  möhtərəm  idi,  şaha  bütün  yaxınlarından  yaxın  adam 

olmuşdu.  İsgəndər  şanlı  nəvvabın  zamanında  Təbriz  hakimi  və 

Azərbaycanın  əmirülümərası  olan  Əmir  xan  Mosullunun 

mülazimlərindən olmaqla onun xidmətinə getdi. 

Əmir xanın vaqiəsindən sonra Həkim Əbülfəth Təbrizi ona 

tərəfdar  olduğundan  şahın  nəzərindən  düşdü.  Amma  əlahəzrət 

zilləllah  şahın  hakimiyyəti  zamanı  onun  ən  məhrəm  adamlarından 

biri oldu. Nəhayət cəzaya giriftar olub, həyat badəsi acı ölüm şərbəti 

ilə dolu olduğundan həmin badəni başına çəkərək fəna yatağına baş 

qoydu. 


Həkim  Yarəli  Tehrani  -  "Həkim  Xeyri"  ləqəbi  ilə 

məşhurdur.  Fazil,  hal  əhli,  fəzilət  və  kamal  sahibi,  olduqca 

xoşsöhbət,  ilhamlı  və  dostcanlı  adamdı.  Cənnətməkan  şahın  ona 

böyük  diqqəti  vardı.  Kasıbların  müalicəsi  ilə  də  məşğul  olurdu. 

"Şərbətxənaye-xeyri"  o  cənaba  məxsusdu  və  elə  buna  görə  də 

"Həkim-Xeyri"  kimi  tanınırdı.  İki  qabiliyyətli  oğlu  vardı.  Həkim 

Nurəddin Əli və Həkim Şərəf. Hər ikisini atası yetişdirmişdi və ona 

kömək  edirdilər.  Təbi  mövzun  və  qonaqcıl  bir  adamdı.  Ömrünün 

axırında  o  və  oğlanları  özlərinin  halal  yetişdirdikləri  əkinçilik 

məhsulları  və  evləri  sayəsində  yol  üstündə  dərviş  süfrəsi  açaraq 

oradan keçib-gedənlərə xidmət göstərirdilər. 

Mir  Ruhulla  Qazi  Cahani  -  Qəzvinin  yüksək  qədir-

qiymətli  seyfi-hüseyni  seyidlərindəndir.  Ata-babasının  tərifə  layiq 

süfrələri  olduqca  məşhurdur.  Alicənablıq  və  böyüklük  əsəri 

əhvalından  zahir  idi.  Böyük  adamlar  və  əyanlar  arasında  müsbət 

cəhətləri  haqda  söhbətlər  gedirdi.  Fəzilət  və  biliyi  həddindən  çox, 

qabiliyyət  və  istedadı  şəkk-şübhəsiz  idi.  Dövrün  elmlərini 

oxuduqdan sonra zövqü tibb elminə yönəldi və bu fəndə tam mahir 

oldu. Xəstəliklərin müalicəsi ilə az məşğul olmasına baxmayaraq, bu 

sahədə  hər  nə  edirdisə  başqa  təbiblər  tərəfindən  bəyənilirdi.  Əksər 

təbib  və  təbibzadələr  onun  yanına  gələrək  tibb  elmi  ətrafında 

mübahisələr  aparır  və  onun  şagirdi  olmaları  ilə  fəxr  edirdilər. 

Nəstəliq  xəttini  çox  yaxşı  yazırdı.  İsgəndər  şanlı  nəvvabın 

hakimiyyət dövründə  Qəzvində xəstələndi,  qəzavü-qədər təbibinin 

əli  onun  bədən  müalicəsinə  yetişmədi,  cavanlıq  aləmindən 

cavidanlıq aləminə getdi. 


310 

 

Məmləkətlərdə  başqa  bacarıqlı  təbiblər  də  vardı:  Məsələn 



Həkim  Nurəddin  Əli  Yəzdi,  Mir  Əbülqasim  Şirazi,  Həkim  Əlayi-

Təbrizi və İsfahan təbibləri. Amma, bizim məqsədimiz cənnətməkan 

şahın uca ordusunun hörmətli mülarimlərindən yazmaq olduğundan, 

qələmin dili onların hamısı haqqında yazmaqdan uzaqlaşır və başqa 

istedad sahiblərindən yazmağa başlayır. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin