ƏZƏMƏTLİ SEYİDLƏR, MÖHTƏRƏM ÜLƏMALAR,
VƏZİRLƏR, QƏLƏM SAHİBLƏRİ VƏ BƏLAĞƏTLİ
ŞAİRLƏRİN ZİKRİ
Bu [ağ] vərəqləri qaralayan naqis adamın (yəni müəllif
İsgəndər bəy Münşinin - Ş.F.) yadına bu səhifəni həzrət
cənnətməkan şahın zamanında ali sarayda və məmləkətlərdə olan
qədirləri ali seyidlərlə, bərəkət mənbəyi olan sədrlərlə, qiymətli
üləmalarla, imamlarla, vəzirlərlə, mustovfilərlə, istedad sahibləri ilə,
bəlağətşüar şairlərlə bəzəmək düşdü. Buna görə də həmin, fəzilət və
kamal sahiblərinin bir neçəsi barədə məlumat verilir.
Seyidlər və üləma şeyxlərin zikri: Münasib idi ki, bu
ləyaqətli təbəqənin hörmət və ehtiramına görə onlar barədə alişan
şahzadələrdən sonra danışılaydı, amma əksər hadisələrdə əmirlər və
qəhrəmanlıq əhli barədə tez-tez söz açıldığından və onların
vəziyyətləri tarixin yazılmasında zəruri olduğundan cəsarət qələmi
[məhz] onlar barədə [əvvəlcə] məlumat verməli oldu.
198
Silah anbarı, arsenal - Ş.F.
199
"Hesablana bilmədi" olmalıdır – Ş.F.
271
QƏDİR-QİYMƏTİ, MƏQAMI VƏ ŞAN-ŞÖHRƏTİ UCA
SEYİDLƏRİN ALLAHIN KÖMƏYİ İLƏ ZİKRİ
Əzəmətli seyidlərin hamısı gözəl və pak nəsildən olduqları
üçün onlara hörmət olunur, onların ehtiramı üçün bərk ciddi cəhd
edilirdi. Bu fikrin təsdiqi üçün Təbrizin Əskuyə seyidlərinə olunan
həddindən çox təzim və ehtiramı misal çəkmək olar ki, onlar bir
müddət cənnətməkan şahın hədsiz ehtiramına layiq olmuşdular.
[Buna görə də] onları barədə indi məlumat vermək münasib
göründü. O seyidlər dörd qardaş idilər: Mir Sədrəddin Məhəmməd,
Əmir Nizaməddin Əhməd, Əmir Qəmərəddin və Əmir Əbülhamid.
Onların babası Mir Əbülqasim alişan, zahiri və daxili gözəlliyə
malik adam idi və onun sultanların yanında ehtiramı vardı. Amma,
o, cənnətməkan şahın xidmətində elə yüksəldi ki, yaxınlıq, izzət və
etibar mərtəbəsinə qalxdı. Elə bir mərtəbəyə ki, heç nə və heç kəs
sultanların yanında belə məqam, izzət və etibar yaxınlığına nail
olmamışdı. Onlar imkan daxilində olan (məqdur) və olmayan (qeyri-
məqdur) hər hansı bir işin həllindən ötrü hələ heç ağızlarını açmadan
istədikləri dərhal yerinə yetirilərdi. Dövlət işlərində müəyyən
çətinlik (məhzurat) olmasına baxmayaraq, təxirə salınmadan onlara
həftənin hən günü ənam və ehsan verilərdi. O dərəcə
həyasızlaşmışdılar ki, sərkare-xassədə onların gözlərinə dəyən hər
şey - libaslar, töhfə və hədiyyələr dərhal fərmanla onlara verilərdi.
Tez-tez (əksər ovqat) öz xahişlərini [şaha] ərz edərdilər. O həzrət
dəfələrlə Əskuyədə olan evinə getməkdən ötrü şəhərdən çıxdıqda
həmin seyidlərə sevinc gətirən büsat məclisləri qururdu. O seyidlər
[arama] bu mərtəbə və vəzifənin qədrini bilmədilər, öz
hakimiyyətlərini hifz etməyi bacarmadılar, ağılsızlıqlarından öz
ciddi işlərini dilə-dişə saldılar. Çünki onlar divan işlərini bacarmır,
ali qayda-qanun barədə heç nə bilmir, mətləbdən uzaq işlər
görürdülər. Get-gedə onların xilaf işləri şahın incikliyinə gətirib
çıxardı. Çünki, onlar səltənət işlərində vəkillərin, vəzirlərin,
sədrlərin və başqa vəzifə sahiblərinin işə təyin olunma və
çıxarılmasında dəyişiklik etmək istəyirdilər. Hiyləgərlikdə onların
mürəbbisi ola bilən vəzir Qazi Cahan onların yararsızlığını anlayıb
inandırıcı dəlillər gətirərək [həmin seyidləri] yavaş-yavaş şahın
etibar gözündən saldı. [Onlara] hökm edildi ki, bundan sonra öz
evlərində qalıb çağırılmayanadək saraya gəlməsinlər. Onlara verilən
soyurqallara toxunulmadı. Bu tarixçənin yazılmasından məqsəd o
272
həzrətin (Şah Təhmasibin - Ş.F.) seyidlərə etiqadındandır ki, bu
təbəqəyə nə qədər yaxşılıq etmişdir. Bu vəlayətnişan dudmanda
(yəni Səfəvilər dövlətində - Ş.F.) seyidlərin və var-dövlət
sahiblərinin [şaha] təqdim olunması və onların işə götürülməsi,
ovqafın* zəbti, dini işlərdon ötrü vəsait ayrılması sədarət vəzifəsinə
aiddir. Bu vəzifəyə yüksək qədir-qiymətli, fazil, pəhrizkar
seyidlərdən başqa qeyri kəs təyin edilə bilməzdi. Həzrət
cənnətməkan şahın zamanında bu yüksək zümrədən iki nəfər ali
sədarət vəzifəsinə layiq görüldü. Hümayun cülusun əvvəlləridə
Əmir Qəvaməddin Həsən İsfahani və Mir Cəmallədin Astrabadi
birlikdə sədr oldular. Mir Cəmaləddinin vəfatından sonra Hellənin
fəzilət sahiblərindən olan Mir Neymətullah Helli Əmir Qəvaməddin
Həsənlə birlikdə sədr təyin edildi. Əmir Qəvaməddin Hüseynin
200
vəfatından sonra üləmalar əllaməsi (əllamətül-üləmayi) Əmir
Qiyasəddin Mənsur Şirazi Əmir Neymətullah Helli ilə birlikdə
sədarətə şərik oldular. Mir Neymətullah xatəmül-müctəhedin Şeyx
Əli Əbdüləla ilə düşmənçiliyinə və xatəmül-müctəhedinin düşməni
olan şeyx İbrahim Qətifi ilə dostluğuna görə sədarət vəzifəsindən
çıxarıldı və Helləyə getdi. Əllamətül-üləmayi bundan sonra sədrliyi
tək idarə etməyə başladı. Amma onunla xatəmül-müctəhedin arası
pozuldu. Mir onu dinsizlikdə, o isə mirzəni etinasızlıqda
təqsirləndirdi. Bir gün şahın hüzurunda onlar arasında elmi bir
mübahisə düşdü və savaşla nəticələndi. Həmin savaş [isə] get-gedə
möhkəm söyüşə çevrildi. Həzrət şah xatəmül-müctəhidinin tərəfini
tutdu və mirzə sədarətdən azad edildi. O, həmin bir neçə gündə
icazə almadan Şiraza getdi. Sədarət mənsəbi isə müctəhedüz-
zəmaninin istəyinə görə, elmi və əməli biliklər mücəssəməsi olan
Mir Müizzəddin Məhəmməd İsfahaniyə verildi. O, bu vəzifəni
səkkiz il müstəqil idarə etdi. [Amma] Həkim Kazeruninin məkri ilə
vəzifədən çıxarıldı, Mir Əsədulla Mərəşi Şüştəri ali sədarət
vəzifəsinə layiq görüldü və ölənədək bu vəzifədə qaldı. Onun
vəfatından sonra Şah Təqiəddin Məhəmməd İsfahani bu vəzifəyə
təyin edildi. Bəzi hərəkətlərinə görə şahın mübarək məzaçı ondan
küsdü və o işdən çıxarıldı. Sədarət mənsəbi [ondan sonra] fəzilətli
alim zümrəsindən olan Mir Məhəmməd Yusif Astrabadi və Mir
Əsədullanın oğlu Mir Seyid Əliyə tapşırıldı.
200
Hüseyn yox, Həsən olmalıdır - Ş.F.
273
Mirmiran kimi məşhur olan Mir Qiyasəddin Məhəmməd o
vaxtlarda İsfahanın Həsəniyyə seyidlərinin böyüyü və nəqibül-
nüqəba Təqiəddin Məhəmmədin qardaşı idi. Öz irsi mənsəbinə
yetmək istədi və nəhayət ali sədarət rütbəsinə layiq görüldü.
Cənnətməkan şahın vəfatı vaxtı o, sədarət xalçası üstündə
oturmaqda idi. Olduqca tamahı az və pəhrizkar adam idi. İsfahan
darüs-səltənəsində xeyli əmlakı və adamları olduğundan oradan
gələn mənfəət hesabına dolanırdı. İki oğlu vardı: [Bir oğlu] dövrün
fəzilətli alimlərindən olan Mirzə Məhəmməd Məxdum, ikincisi isə
olduqca əməlisaleh, dindar və pəhpizkar Mirzə Məhəmməd Əmin
idi.
Başqası, ölkə seyidləri təbəqəsindən olan Mirmiran
Yəzdidir. O, bu dudmanla qohumluğu sayəsində sərəfraz olan Şah
Neymətullahın oğludur. Şah Neymətullah Vəli kimi tanınan sabiq
Şah Neymətullahın müridləri onunla müridanə hərəkət edir, firavan
yaşayırdılar. O, şahanə lütfkarlığa nail olmuşdu və çoxlu soyurqalı
vardı. Həmin sülalənin əmlakı və idarələrindən əldə olunan gəlir beş
min tümənə yaxın olardı. O, şahənşahlıq iltifatı sayəsində Yəzd
darülibadəsində əzəmət və iqbal taxtına söykənərək gününü işrət və
kamranlıqla keçirirdi. Övladlarından Şah Neymətullah və Şah
Xəlilullah - hər ikisi bu dudmanla qohum olduqlarına görə
başıucalıq tapdılar. Cənab mir bu dudmanın qədrini bilmədiyindən
və cahan nəvvabı -Sultan Həmzə Mirzənin zamanında, əlahəzrət
şahın cülusunun əvvəllərində bəzi nalayiq əməllərinə, xüsusən üsyan
və tüğyandan dəm vuran Bəktaş xan Əfşarı müdafiə etdiyinə,
həmçinin sədaqətdən uzaq olan başqa əməllərinə görə bu əbədi
dövlət tərəfindən cəzalandırıldı. Bizim sadiqliyimiz izin vermir ki,
qələm cənab mirzənin (Mirmiran Yəzdinin - Ş.F.) vəziyyəti, ucalığı
və böyüklüyünü olduğu kimi yazsın.
Şah Qasım Nurbəxş: O, Reyin Toroşt qəsəbəsində yaşayan
qüdvətül-məsakin
Seyid
Məhəmməd
Nurhəxşin
əzız
övladlarındandır. Onun nəcibliyi, böyüklüyü və şanının ucalığı
xarici görünüşündən də hamıya görünür. O, ali dərgahda şahın lütf
və məhəbbətini qazanmışdı və nurbəxşiyyə** sülalə müridlərinin
müraciət etdikləri şəxs idi. Rey vilayətində, Şəhriyarda və bunlara
yaxın olan yerlərdə yaxşı torpaq sahələri və tarlaları vardı. Ona
əksər seyidlərin soyurqallarından istifadə etmək üçün şah tərəfindən
imtiaz verilmişdi.
274
Mir Seyid Hüseyn əl-Hüseyniye-Cəbəlamil: O, xatəmül-
müctəhcdin Şeyx Əli Əbdülalinin qız nəvəsidir. Həzrət cənnətməkan
şah zamanında Cəbəlamildən gəlib, bir müddət Ərdəbil
darülirşadında tədrislə, şeyxülislamlıqla və şəri işlərin həlli ilə
məşğul oldu. Sonra ali dərgaha gələrək ictihad iddiasında (müctəhid
olmaq - Ş.F) oldu və həzrət cənnətməkan şahın diqqətini özünə cəlb
etdi. [Mir] nəfsinə nəzarət edən, ali fitrətli, kamil təbli və ali hafizəli
şəxs idi. Hərdənbir ordunun [da] şəri məsələlərinin həlli ilə məşğul
olduğundan hər gün onun yanına çoxlu adam gəlirdi. Katiblərin şəri
sənədlərinin və məhkəmə işlərinin əmrə uyğun hazırlanmasında
[bacarığına görə] onu "seyyidəl-mühəqqeqin" ("din alimlərinin
seyidi"), "sənədül-müdəqqeqin" ("dini tədqiq edənlərin istinad
etdikləri
şəxs"),
"varesi-ülumül
ənbiya
və-l
mürsəlin"
("Peyğəmbərlərin və mürsəllərin (göndərilmişlərin) elmlərinin
varisi"), "xatəmül-mücləhidin" ("müctəhidlərin sonuncusu"),
adlandırırdılar. Hərçənd üləmalar onun ardınca bu xüsusiyyəti
barədə tərifli sözlər danışır və ona tabe olurdular, amma onların heç
biri bu sözləri əyani şəkildə ona bildirmirdi. Olduqca bəlağətli və
şirindil idi. Dolaşıq hər hansı məsələ barədə həzrət cənnətməkan
şahın hüzurunda heç bir dövlət işçisi, yaxud ali şahzadələr dillənə
bilmədikləri halda [şah] mirin köməyinə bel bağlayırdı. Mirin
xahişləri o həzrət tərəfindən qəbul edilirdi. Onun Allah bəndələrinə,
xüsusən əlsiz-ayqsızlara çox köməyi dəyirdi. Mirin fiqh, isnaəşəri
məhzəbinin həqiqəti və sonralar yaradılan (mobtəde) məzhəblər
haqqında çoxlu əsəri var idi.
Mir Fəxrəddin Səmakı: Astrabad darülmömininə aid olan
Səmakın böyük adamlarından, dövrün fəzilətli üləma və
daneşməndlərindən və fəxrüssadat v-əl üləma olan (seyid və
üləmaların iftixarı)
Əmir Qiyasəddin Mənsur Şirazinin
şagirdlərindəndir. Ali şah dərgahında yaşamış, həzrət cənnətməkan
şahın diqqətinə və mərhəməlinə nail olmuşdu. Təlim almaqdan ötrü
o cənabın yanına hər gün xeyli adam təşrif gətirir, onun bildiyindən
faydalanır və ifadələrindən bəhrələnirdilər. "Haşiyə bər ilahiyyəte -
təcrid"
[əsərini]
yazmışdır.
Söylədikləri
elmi
cəhətdən
əsaslandırılmışdır.
Mir Rəhmətullah Pişnamaz - Nəcəfi-əşrəf seyidlərindən
və dövrün fəzilət sahiblərindən idi. Ali dərgahda pişnamaz
vəzifəsində idi. Şahanə şəfqəti, xosrovanə izziti və ehtiramı vardı.
Olduqca Allahpərəst və pəhrizkar adamdı. Ərəbcə çox yaxşı şer
275
deyirdi. Fiqh, təfsir və hədis elm[lər]ində hamıdan yüksəkdə
dururdu. Mərhum müctəhid Şeyx Zeynalabdin əleyhür-rəhmənin -
Allah rəhmət eləsin - şagirdi idi. Vaxtının çoxunu dərs deməklə və
elmi mübahisələrlə keçirirdi (109) yüksək ifadə qabiliyyəti də
vardı.
Mir Əlaün-Nəbi: Qəzvin darüssəltənəsinin Mərəş
seyidlərindən [idi]. Ali dərgahda bəzi vaxtlarda müzəffər "qaziye-
məəskər" ("əsgər qazisi") vəzifəsində işləmişdir. Gilanın fəthindən
sonra bu vilayətin sədri kimi başqa sədrlərdən seçilirdi. Bütün
dünyəvi, mənəvi məsələlərdə üsul* və rical** elmində hamıdan
üstün idi. Hədisləri yaxşı bilirdi. Olduqca xoşsöhbət, zarafatcıl və
təbii xüsusiyyətlərə malik adam idi. Ayini behişt olan şahın
məclisində həmişə başqalarından çox müsahibə etmək şərəfinə
malik idi. Olduqca təqvalı və pəhrizkardı. Zahiri görünüşcə də gözəl
idi. Qərəzsiz söhbətləri, təbii danışığı ilə idrak əhlinin və
həmsöhbətlərinin sevincinə səbəb olurdu.
Mir Məhəmməd Mömin Astrabadi: Astrabadın əzəmətli
seyidlərindən idi. Mir Fəxrəddin Səmakın bacısı oğludur. Olduqca
fəzilətli, dindar, xoşəxlaq və möhkəm adamdı. Hərdənbir şer yazırdı.
Yaxşı qəsidələri, qəzəlləri və rübailəri vardı. Düzgünlükdə və
təqvada ali dərəcəli şəxs idi.
O, həzrət xaqanın fərmanı ilə rəhmətlik şahzadənin
təlimiylə məşğul olmağa başladı. İsmayıl Mirzənin istilası zamanı
İranda qala bilməyərək Dekən vilayətinə getdi.
Qütbşahi sülabsində şiəlik (təşəyyö - Ş.F.) məzhəbinin
yayılmağa başladığına görə Dekənin əzəmətli valilərindən
Məhəmmədqulu Qütbşahın xidmətində çalışmağa başladı və bu
sülalə üzvləri arasında olduqca mötəbər şəxsə çevrildi. Orada
vəkalət və rəhbərliyə (pişvayi) nail oldu. Hal-hazırda, bu səhifənin
yazıldığı zamanda, hicri tarixlə min iyirmi beşinci ildir (miladi
1516/17), o, sağ-salamatdır və hər bir diyarın nəyəsə ehtiyacı olan
adamları öz xahişlərini cənab mirzənin vasitəsilə həmin ali sülaləyə
çatdırılır.
Mir Məhəmməd Bağır Damad: Həzrət mir mərhum Seyid
Məhəmməd Damad Astrabadinin doğma oğlu və məhrum müctəhid
Şeyx Əli Əbdülalinin qız nəvəsidir. Bu [qohumluğa] görə də atası
"Damad" adlandırılmışdı. Qüvvətli fəhmə və əla təbə malikdir.
Uşaqlığı müqəddəs Məşhəddə keçmiş, müdərrislərin və fazil
adamların yanında elm öyrənmiş, az bir vaxtda böyük bir inkişafa
276
nail olmuşdu. Nəvvab İsgəndərşanın zamanında ali orduya gəlib, ali
dərgahın üləmaları və fəzilət sahibləri ilə həmsöhbət olmuş, bir
müddət Əmir Fəxrəddin Səmak Astrabadi və başqa alimlərlə
mübahisələr etmiş, əqli və ənənəvi elmlər sahəsində öz dövrünün ən
məşhur adamlarından olmuşdur. Elə bu günün özündə də öz fəzilət
və kamalının nuru ilə elm mərtəbəsində parlamaqda, günəş kimi
qızğın təbi ilə ətrafa nur saçmaqdadır. Həzrət cənnətməkan şahın
vəfatından bu günədək ki, hicri tarixilə min iyirmi beşinci ildir, onun
bir anı belə mütaliəsiz və [elmi] mübahisələrsiz ötmür. O, şərafətli
vaxtının bir ləhzəsini belə boş keçirmir və hal-hazırda dünyəvi və
mənəvi kamal mücəssəməsidir. Yer və göy kəşflərinin kaşefidir.
Hikmət elmlərinin əksəriyyətini və çətin fənləri-riyaziyyatı, fiqhi,
təfsiri və hədisi çox gözəl bilir, ali rütbəsi vardır, dini-hüquqi
biliklərin ən yüksək pilləsinə qalxmışdır.
Dövrün fəqihləri o cənabın yazdığı şəri fitvaları mötəbər
sayırlar. Əksər elmlər sahəsində əsərləri vardır. Mənə məlum
əsərlərindən hikmət inciləri və kəlam [elminin] dəqiq fikirlər
məcmusu olan "Siratül-müstəqim və əfuqül-mübin", imamiyyə
hədislərinin şərhinə yazdığı "Rəvaşehe-səmaviyyə", "Kitabi-kafi və
Şərhe-Koleyni", "Sədrətül-müntəha" adlı Quran təfsiri, "Təazüat"
adlanan "Xülqi-əmal" risaləsi, "Xolseye-mələkutiyyə", "Əyunəl-
məsail", "İmazat", "Zəvabitür-rəz'a", "Səbe-Şəddad", üsul və
qiyasatın müxtəsər şərhini verən "Həqqül-yəqin fi hüdusül-aləm",
ibn Kəmunənin şübhəsinin rəf edilməsi üçün yazdığı "Kitabi-
təqdisat" kitablarıdır. Cənab mirin bir neçə risaləsi və başqa kitabları
da zühur köynəyi geymişdir (yəni qələmə alınmışdır – Ş.F.). Ümid
edirik ki, o, hələ bitirə bilmədiyi əsərlərininin bitməsinə müfəvvəq
olacaq, şərafətli bilgisinin gizli və hələ açılmayan kitabları işıq üzü
görəcəkdir. Cənab mirin hafizəsi elə güclüdür ki, o, təbiətin
xəzinəsindən, onun hafizəsinə verilən əyarlı nəğdin (pulun) hamısını
hifz etmiş, əmanət kimi saxlamışdır. Təbiət xəzinəsindən onda olan
bircə fuls pul da dövranın fəlsəfə səbasında yanmamışdır. Taət,
təqva və ibadətdə ali dərəcəsi və yüksək rütbəsi vardır. Xülasə, onun
vaxtı mütaliə, mübahisə və ilahi ibadətə sərf olunmuş və
olunmaqdadır. Arabir şer yazmaqla da məşğul olur. Təvazökarlığın
ali mərtəbəsinə yüksəlməsinə baxmayaraq, ariflərin ən böyüyü adlı-
sanlı söz ustadı Şeyx Nizami əleyhürrəhmənin məşhur beytindəki bu
buyruğa əməl edərək,
277
Nəzm
Yaradan elə səf düzəltdi, həmən,
Şairlər sonradır peyğəmbərlərdən
201
.
sədaqətli dili ilə şerlər deyir və onları "Əşraq" təxəllüsü ilə
imzalayır. Qəzəl, qəsidə və Şeyx Nizamininin mənalar bəhrindən
bəhs edən "Məxzənül-əsrar" məsnəvisi kimi məsnəvi də yazmışdır.
Cənab mirin şerlərinə misal olaraq, həzrət xatəmül-ənbiya sələllahi
əleyli və alihin - ona və nəslinə Allahın salamı olsun - (Məhəmməd
Peyğəmbər -Ş.F.) nətində
202
dediyi rübaidir ki, onu bəlağət ipinə
düzmüşdür və həmin rübai bu səhifədə səbt olunur.
Rübai
Ey son Nəbi, əflak sənin bəndəndir,
Dünya ilə üqbayə bəzək səndəndir.
Vardırmı təəccüb yeri kölgən yoxsa?
Nursan elə ki, günəş sənin kölgəndir.
203
[Mir] indi İsfahan darülsəltənəsində yaşayır. Ümid edirik
ki, onun şərafətli vücudu ruzigar gülşənini hələ uzun illər
bəzəyəcəkdir, elm öyrənən adamlar (təlbe) onun günəş kimi parlaq
işığından feyzyab olacaqlar.
Mir Mahmud İsfahani: "Xəlifə Sultan" adı ilə məşhur olan
mərhum Mir Seyid Əlinin oğludur. İsfahanın böyük seyidlərindəndir
ki, orada "Sadat Xəlifə" kimi məşhurdur. Ata-babaları Mazandaran
vilayətindəndir. Onun nəslindən olan o diyarın valisi Mire-Bozorg
ruzigar hadisələrinin gedişi ilə əlaqədar İsfahana gəlmiş və orada
qalmalı olmuşdur.
201
Beytin farscası:
"Piş-o pəsi bəst səfe-kebriya,
Pəs şoəra aməd-o piş ənbiya.
202
Nət - Peyğəmbərin tərifini əks etdirən şer - Ş.F.
203
Rübainin farscası:
Ey xətme-rosəl do kovn pirayeye-tost,
Əflak yeki mənbəre-noh payeye-tost.
Gər şəxs to-ra saye nəoftəd çe əcəb,
To nuri-yo aftab xod sayeye-tost.
278
Xəlifə Sultanın yaxşı təbi, zarafatcıllığı cənnətməkan şahın
xoşuna gəlmişdi. Cənab Mir Şücaəddin Mahmud da fəzilətli və alim
seyid idi, ali fitrəti vardı. Məlum olan elmləri, xüsusilə məqulatı* və
hekəmiyyatı* çox yaxşı bilirdi. Onun təşkil etdiyi şərafətli
məclislərdə elmlər öyrənilir, mübahisələr aparılırdı. Fəqir adamlar,
dərvişlər elm öyrənmək istəyənlər öyrənmək üçün həmişə ona
müraciət edirlər.
Şah Təqiəddin Məhəmməd: Şiraz darülmülkününün
nəsabə seyidlərindəndir. Olduqca fəzilətli və bilikli [Şah Təqiəddin]
Əllami Şah Fəthullah Şirazinin şagirdlərindən idi. O, əllamətül-
üləma Mövlana Mirzəcan Şirazi ilə mübahisələrə girişmiş, məqulat
və hekəmiyyatda bacarıqla tərəqqiyə nail olmuş, Şirazın darül-
fəzlində ifadə və tədris mərtəbəsinə ucala bilmişdir. Fazil adamların
və elm öyrənmək istəyənlərin bir çoxu onun dərslərinə gəlir, ondan
elm öyrənirdilər. O, öz dövrünün alimlər zümrəsindəndir.
Mir
Mahmud
Şulestani:
Şulestanın
böyük
seyidlərindəndir. Fəzilətli, dindar, xoşəxlaq adamdır və Şeyx
Zeynəddin əleyhür-rəhmənin şagidlərindən idi. Sultanül-üləma Əmir
Qiyasəddin Mənsur Dəştəki Şirazinin yanında məqulat elmlərini
öyrənmişdi.
Əmir Əbülvəli və Mir Əbülməhəmməd: Mir Şah Mahmud
Əncəvi Şirazinin övladlarındandırlar. Mir Əbülvəli fazil seyid və
təşəyyödə mütəssib fəqih idi. Fəzilət və kamalda qardaşından irəli,
fiqh məsələlərində başqa fəqihlərdən artıqdı. Bu astanaye-
mütəbərrikənin (yəni səfəvi xanədarının - Ş.F.) yarandığı ilk
vaxtlarda rezəviyyə* mərtəbəsinə təyin edilmiş, bir müddət rövzeyi-
mütəbərrikədə işləmişdir. Müqəddəs Məşhədin hakimi Şahvəli
Sultan Zülqədərlə onun arasında yaranan düşmənçiliyə görə bu
xeyirli sərkarlıq vəzifəsindən çıxarılıb, ali orduya gəldi və qardaşı
ilə birlikdə Qazan ovqafının mütəvvəlisi** oldu. Cənnətməkan şahın
ömrünün sonlarında müqəddəs səfəviyyə astanasının sərkarlığı Mir
Əbülvəliyə tapşırıldı, qardaşı isə sərbəst şəkildə Qazan [xan]
ovqafının mütəvəllisi vəzifəsində qaldı. İsgəndər şanlı nəvvabın
vaxtında "qəzaye məskəre-zəfərəsəz" ("müzəffər əskər qazisi")
vəzifəsi ona verildi. Əlahəzrət zilləllah şahın hümayun cülusu
zamanı ali sədr vəzifəsinədək yüksəlib, bu hörmətli işdə çalışdı.
Onun gələcək həyatı barədə sonra danışılacaqdır.
Əmir Əbilvəlinin başqa qardaşı Şah Müzəffərəddin Əlidir.
O, Şiraz darülmülkünün fazil adamlarından idi, orada şeyxülislamlıq
279
vəzifəsində işlədi, xasseyi-şərifə sərkarının həlaliyyət işləri üzrə
vəkili ("vəkalətə-həlaliyyəte-sərkare-) oldu. İsgəndər şanlı nəvvabın
hakimiyyəti zamanı o həzrətin yanında Şirazdan əbədi səltənət
paytaxtına
204
gəldi, zəfərli əskər qazisi vəzifəsinə layiq görüldü.
Mirə İsgəndər şanlı nəvvabın xüsusi diqqət və məhəbbəti var idi.
Mirzə Məxdum Şərifi: O, Qazi Cahan Şirazinin qız nəvəsi
Mir Şərif Şirazinin oğlu idi. Ali dərgahda yaşayırdı. Fəzilət və
kamal sahibi idi. Ali fəhmi və fitrəti (təbiəti, xasiyyəti - Ş.F.) vardı.
Yaxşı təfsirçi və hədis bilən adamdı. Olduqca söhbətcil idi. Gözəl
vəz edirdi. Müqəddəs vaxtının əksər hissəsi Qəzvin Heydəriyyə
məscidinin ona xas olan cəvarxanasında mövizə etməklə keçirdi.
Onun vəzini dinləməkdən ötrü minbərinin ətrafına çoxlu adam
toplaşırdı.
Təsənnündə
(sünnilikdə)
şübhələnildiyindən
cənnətməkan həzrət şahın diqqət və iltifatını çox görə bilmirdi.
Amma bəzən yaxınlıq etdiyinə görə aləmdəkilərin şahzadəsi olan
Pərixan xanımın diqqət və lütfünə yetişirdi. İsmayıl Mirzənin
zamanında tam etibara malik oldu, sədarətin yarısı ona verildi.
Amma təsənnün məzhəbinə rəğbəti olduğundan və rəğbət davam
etdiyindən, habelə düşüncəsizlikdən onun işlərinin üstü açıldı,
vəzifədən çıxarıldı. Bu barədə yeri gələndə yazılacaqdır.
Şah İnayətullah İsfahani: İsfahan darüssəltənəsinin
nəqiblər (nüqəba) seyidlərindəndir. Ali dərgahda zəfərli əsgər qazisi
vəzifəsində işləyirdi və bu vəzifəni ləyaqətlə (kəmayənbəği) icra
edirdi. Olduqca dindar və pəhrizkar adam idi. İsmayıl Mirzə
zamanında əzəmətli sədarət vəzifəsinin yarısı onun oldu. İsgəndər
şanlı nəvvabın vaxtında vəzifədən çıxarıldı, öz vətəninə qayıtdı.
Mir Seyid Əli Şüştəri: O, Mir Əsədulla Sədrin böyük
oğludur. [Mir Əsədulla Sədr] bir neçə il cənnətməkan şahın
xidmətində ali sədarət vəzifəsini müstəqil idarə etmişdir. Həyatının
son vaxtlarında, yaşının çoxluğundan bu vəzifədən əl çəkərək, yerini
özünün sədaqətli oğluna, yuxarıda adı çəkilən Mir Seyid Əliyə
verdi. O, bəzi vaxtlarda ali qiymətli atasının köməyi, bəzən isə Mir
Məhəmməd Yusif Astrabadinin şərikliyi ilə həmin vəzifəni aparırdı.
Bəzən nurlu (feyzəsər) Rəzəviyyə rövzəsisinin sərkarının
mütəvəllisi oldu və müqəddəs Məşhəddə yaşadı. O böyük seyid,
ruzigarın pakizə şəxsiyyəti, dərin fəzilətli və bəyənilən davranışlı
204
Qəzvinə - Ş.F.
280
adam kimi məşhur idi. Vəzifədə olduğu zaman öz himmət və
pəhrizkarlıq ətəyini tamah çirkabına bulaşdırmadı. Onun əcdadı
Şüştəp vilayətinin olduqca böyük mötərəm və məşhur adamları
idilər. Qardaşı Mir Əhdülvahab böyük dövlətxahlığı və xidmətinə
görə Dizful əmirliyinə qədər yüksəldi, o mülkün şəriyyat və ürfiyyat
işləri ona tapşırıldı.
Mir Kəmaləddin Məhəmməd Astrabadi və Mir Əbülqasim
İsfahani: İşıqlı Rəzəviyyə rəziyyəsinin bacarıqlı mütəvəlliləri
olublar ki, cənnətməkan şahın dövründə onların hər ikisi həmin
məscidin mühüm vacibi və sünnəti tövliyyət işləri ilə məşğul
olmuşlar. Mir Kəmaləddin Astrabadın, Mir Əbülqasim isə İsfahanın
"xəlifə" seyidlərindən idi. Onlar "Mazandaran seyidləri" adı ilə [də]
məşhur idilər. [Mir Kəmaləddin] Cəm məqamlı şahin (Şah
Təhmasibin - Ş.F.) hakimiyyətinin sonlarında "sərkare-feyzasar"
("feyzli sərkar") vəzifəsinə təyin olundu. Mir Kəmaləddin "sünnəti"
mütəvəlliliyini, Mir Əbülqasim isə "vacibi" mütəvəlliliyini icra
edirdi.
"Sünnəti" ibarəsindən məqsəd budur: Soyurqalların
[verilməsi] və sərkare-xasseyi-şərifədən sərkarın məsrəfləri
(məsarefül-sərkar) üçün, [həmçinin] xərclənmə hüququ sırf
cənnətməkan xaqanın ixtiyarında olan xidmətçilərə* (xoddam), dərs
oxuyanlara (modərres), vəzifə sahiblərinə, idarə [işlərinin] işçilərinə,
seyidlərə, ixtisassız fəhlələrə (oməla), fazil (fozəla) və ləyaqətli
adamiara (ərbabe-estehqaq) ehtiyaclarının ödənilməsindən ötrü
verilən pullara "sünnəti" deyilir. Müəyyən məsrəfləri olan ovqat
205
(?) və nəzirlərdən (nəzrovat) əldə olunan pulların xərclənməsi isə
vəqf sahiblərinin şərtlərinə görə xərclənməlidir ki, bu da "vacibi"
adlanır.
Mirzə
İbrahim
Həmədani:
Təbatəbaül-hüseyni
seyidlərindəndir. Atası Həmədanda qazilik və şəri işlərin icrası ilə
məşğul olurdu. O, bir müddət Mirzə Məxdum İsfahaninin yanında
şagird oldu. Qəzvin darüs səltənəsində əllamətül üləma Mir
Fəxrəddin Səmakinin yanında işlədi, əqli elmləri öyrəndi,
hekəmiyyatda (fəlsəfi, zehni elmlər - Ş.F.) böyük inkişafa nail oldu.
Cənnətməkan şahın vəfatından sonra Həmədanda irsi qazilik
vəzifəsinə təyin edildi, amma özü qazilik mürafiə (məhkəmə
işlərinin həlli - Ş.F) işləri ilə az məşğul olurdu, onun əvəzində isə
205
Ovqaf olmaldır, yəni “vəqf”in cəmi - Ş.F.
281
naibləri işlərini həll edirdilər. Cənab mirzə öz şərafətli vaxtının
çoxunu sırf mütaliə və bəhslərlə keçirirdi və onun dərs hövzəsində
xeyli tələbə elm öyrənirdi. Onun "Risaleye-esbate-vacebe qədim və
cədid", "Şərhe-şəfaye-Şeyx Əbu Əli", "Haşiyeye-şərhe-eşarat" və s.
kimi məntiqə əsaslanan fikirləri və hikmət kitabları vardır. Əlahəzrət
zilləllah şahın hakimiyəti vaxtı o, yenidən ali orduya gələrək, şahanə
inayətlərə, layiqli soyurqal və mükafatlara, yaxşı və bol ənamlara
layiq görüldü. Belə ki, bir dəfə onun yeddi yüz tüməni-İraqi
məbləğində olan borcu xəzaneye-amirədən verirdi və həmin məbləğ
"müsəlmanların borcu" maddəsindən ödənildi. Onun sözlərini
dövrün üləma, füzəla və alimləri tez-tez işlədirdilər. İlan ili olan min
iyirmi altıncı ildə (miladi 1617/18) Gürcüstan səfərindən qayıdıb
Həmədana gedərkən yolda onun ömür yolu başa çatdı.
Mir Cəfər Möhtəsibür-məmalik: O, təbatəbaül-hüseyni
seyidlərindən Mir Rastinin oğludur. Əzəmətli əbdülvahabiyyə
seyidlərinə qəribə bir yaxınlığı vardı. Cənnətməkan şahın
xidmətində [olduğu zaman] ölkələr möhtəsibi (ehtesabi-məmalik)
vəzifəsinə yüksəldi və nə qədər ki, sağ idi bu vəzifədə işlədi.
Hümayun zilləllah şahın cülusunun əvvəlləridə o, fani həyatı tərk
etdi. Olduqca xoşəxlaq, dərviştəbiət, rəvan təbli, xoşxasiyyətli seyid
idi.
Mirzə Əbdülhüseyn: Mir Fəsihin oğludur. O da hüseyni
seyidlərindən olub, Əmirə Cəfərlə əmioğlanları idilər. Onun anası
"Cahanşahi" sülaləsinə xas qadınlardan olduğundan ona Mirzə
Əbülhüseyn Cahanşahi deyirdilər. O, Təbriz darüssəltənəsində
cahanşahiyyə büqəsinin yaxınlığında yaşayırdı, Müzəffəriyyə kimi
məşhur olan və anasından ona qalan həmin büqənin mütəvəllisi idi.
İsgəndər şanlı nəvvabın zamanı və Əmir xan Türkmanın hakimliyi
vaxtında Təbriz darüssəltənəsi kəlantəri* o idi. Olduqca şanlı və
mötəbər adamdı. Rumiyyə istilası zamanı İraqa gəldi, Mir Cəfərin
vəfatından sonra möhtəsibül-məmalik oldu və elə həmin günlərdə də
axirət evinə getmək üçün əyninə əməl paltarı geyindi (yəni axirətə
köçdü - Ş.F).
Şah Əbdüləli Yəzdi: Qədir-qiyməti yüksək, şan-şöhrətli
Yəzd darül-ibadəsi seyidlərindən idi. Onun ata-babaları Bəme-
Kirman vilayətindən idilər və Yəzd darülibadəsinə köçmüşdülər. O,
elə orada da şəri yüksəklik əldə etdi. Olduqca pəhrizkar və tamahsız
adamdı. Yüksək nurbəxşiyyə sülaləsi ilə qohumluğu vardı. Onun
möhürü və sicili olan sənədlər əhali arasında etibarlı idi.
282
Mir Kəlan Astrabadi: Astrabad darülmöminin əzəmətli
seyidlərindən və əllamətül-üləma Mir Fəxrəddin Səmakinin
qohumlarından idi. Fiqh elmində böyük məharəti vardı. Olduqca
zarafatcıl, xoştəb, dindar və pəhrizkar adam idi. Cənnətməkan şahın
vəfatına yaxın o həzrətin əyan bacısı mərhum şahzadə Sultanım
həzrətləri on dörd məsum şərəfinə çoxlu vəqf bağışladı, tovliyyət
hüququnu şahin müqəddəs zatına və ondan sonra şahlıq taxtına
cülus edəcək hər bir adlı-sanlı övladına verdi, [Mir Kəlan Astrabadi]
isə bu işin icrası ilə məşğul oldu. Diyanətdə (dindarlıq) və
düzgünlükdə təriflərə layiq adam idi.
Mir Seyid Əli Xətib: O da Astrabad seyidlərindən idi və ali
dərgahda xitabəf vəzifəsində işləyirdi. Bəzi vaxtlarda möhtəsibül-
məmalik də olmuşdu. Əmre-məruf və nəhye monkər*** işlərində
etdiyi mübaliğə ifrat sərhəddinə çatırdı, çünki dünyəvi riya və
qərəzkarlığa şübhə ilə yanaşırdı (müştəbeh). Məzacı tünd olması və
şəri işlərə insanı vadar edən nəfs (nəfse-əmmarə) xüsusda alim və
fazil şəxslər onunla həyati söhbətlər edirdilərlərsə də, ona qalib gələ
bilmirdilər.
Mir Tahir Kaşi: Kaşan seyidlərindəndir. Ali dərgahda
xətibliyə qədər yüksəlmişdi.
Mir Zeynalabdin: O da Kaşan seyidlərindəndir, "Mirə
Kəllə" adı ilə məşhur idi. Mir Yəhya Ələvi Qəzvininin damadı idi.
O, dini işlərin icrasında Mir Seyid Əli və Mir Tahirin yolu ilə
gedirdi. İsmayıl Mirzənin vaxtında onlar şahın qəzəbinə düçar
oldular, Mir Zeynalabdin möhtəsib vəzifəsinə təyin edildi.
Mir Əbu Taleb: İsfahan seyidlərindəndir. İsfahandakı
imaməl-sacedin və qiblətül-arifin olan (səcdə edənlərin imamı və
ariflərin qibləsi) Zeynalabdin əleyhüssallama mənsub şərafətli
büqənin mütəvəllisi idi. Məqulat və hekəmiyyatda özünü əqidə
cəhətincə başqadarından üstün sayırdı.
Mir
Məhəmməd
Əşrəf:
Astrabadın
derazgeysu
seyidlərindəndir. Öz diyanəti, məsləhətçilliyi və pəhrizkarlığına görə
şahın etimadına nail olmuş, həmişə cənnətməkan şahın şəri
nümayəndəsi sifətilə həzrət imamın astanəsinin ziyarətinə və
təvafına* gedir və ziyarətini yerinə yetirirdi. Ehtirama layiq adam
idi. O həzrətin [şahlığı] zamanı məhrusə məmləkətlərində başqa
qədir-qiymətli seyidlər də vardı ki, onların əksəriyyəti əyinlərinə
şahdan əvvəl ölüm libası geyinmişdilər və o həzrət ölərkən sağ
deyildilər: Onlardan zəmanənin üllamətül-üləması və şah məclisinin
283
üzvləri zümrəsindən olan Dəstqeyb Şirazini, özünü Mir Şərif
Əllameyi-Cürcaninin nəbirələrindən sayan Mir Seyid Şərif Şərifi
Şirazini, Fars şeyxülislamının həlaliyyat işləri üzrə vəkili Şah Əbu
Türab Əncunu, Xorasan seyidlərindən Mirzə Əbu Taleb Rezəvini və
onun oğlu Mirzə Əbulqasimi, [həmçinin] Mir Əbdülkərim Xadimi,
Mir Şəmsəddin Əli Sultan ibn Muxtar Səbzvarini, habelə Nişapur,
Bəme-Kirman seyidlərini, Həsən padşah Türkmanın oğlu Yusif
Mirzənin qız nəvələrindən olan, Təbrizin Əbdülvahabiyyə
seyidlərini, gülüstanə və məmuriyyə seyidlərini, İsfahan
məmurəsinin seyidlərini və şahın sağlığında sağ olan onlar kimi bir
çox təbəqədən olan seyidləri misal göstərmək olar ki, aşağıda
onlardan danışılır:
Müqəddəs Məşhəd seyidləri: Əzəmətli Rezəvi və Musəvi
seyidlərindəndirlər. Onlar müqəddəs Məşhəddə müqəddəs rövzənin
yüksək xidmətçilərindən olub, izzət və etibara malik idilər. Amma, o
ali qədirli təbəqə seyidlərindən Mirzə Əbülqasimin oğlu Mirzə Əbu
Talib Rezəvi Xorasan, xüsusilə müqəddəs Məşhəd seyidləri
içərisində olduqca böyük, şöhrətli, varlı və bədiyyatda tayı-bərabəri
olmayan şəxs idi. O, cənab Mir Şəmsəddin Əli Sultan ilə qohum
olmağı vəsiyyət etmişdi və onun möhtərəm qızı, Mirzə Əbülqasimin
arvadı idi. Bu qohumluq ruzigarın tələbi və hər iki tərəfin
düşmənçiliyi nəticəsində əziyyət və sədəmədən başqa heç nə
vermədi. Ata və oğlunun vəfatından sonra Mirzə Əbülqasimdən
Mirzə Əbu Talib və Mirzə İbrahim adlı oğlanları qaldı. Onların hər
ikisi uşaqlıq yaşlarından əlahəzrət zilləllah şahın zamanında boya-
başa çatmışlar. İndi ki, hicri tarixlə min iyirmi beşinci ildir (miladi
1616/17), onlar şahanə mərhəmət kölgəsi altında izzət və hörmətlə
əmr edirlər və onlardan qalan irsi soyurqalların və başqa mülklərin
və məhsulların hesabına yaxşı yaşayırlar.
Mir Müseyib Nəqib, Mir Məhəmməd Cəfər ibn Mir
Məhəmməd Səid və Mirzə Uluğ da Rezəviyyə seyidlərindəndir.
Nəqib* mənsəbində olan Mir Müseyib başqalarından daha hörmətli
və izzətli idi. Mir Məhəmməd Cəfər fəzl və kamal kəsb etməklə
məşğul idi. Son vaxtlarda fəqihlik və elm öyrənməkdə bərk tərəqqi
edib, ictihad mərtəbəsinə çatdı. Amma, ehtiyatının çoxluğu və
etiqadının sədaqəti üzündən müctəhid olmaq iddiasına düşmədi.
Olduqca dindar və pəhrizkar, şübhəli yemək-içməkdən yayınan
adam idi. O, Mirzə Uluğ və adı çəkilən Mirzə Əbu Taleb ilə
əmioğludur. Olduqca dərvişxislət, həlim və gözü tox idi. Zilləlləh
284
həzrət şahın zamanında yüksəldi və şahanə hörmətlərə layiq
görüldü. Bütün Məşhəd seyidləri və onların musəviyyə təbəqələri
barədə danışmaq sözümüzü uzadacağı üçün bu kiçik qeydlərlə
kifayətləndik.
Əzəmətli Səbzvar seyidləri: Mir Şəmsəddin Əli Sultanın
oğlu Mirzə Mahmud qədir-qiymətli Bəni-Muxtar seyidlərindəndir.
Mir Şəmsəddin Əliye-Mazi və Əli Həddad əzəmətli
cığatay-gürganiyyə
206
sultanlarının [hakimiyyəti] zamanında öz
qoşun və xidmətçiləri ilə birlikdə Ərəb diyarından Xorasana gələrək
Səbzvarda yaşamağa başladılar. Onlar çoxlu var-dövlət yığıb, öz
vəkillərini və [Başqa] adamlarını əkinçiliyə və inşaata
rəğbətləndirdilər. Bu işdən çoxlu pul əldə etdilər. "Həbibüs-siyər"də
yazılmışdır ki, Hicazdan və Ərəb İraqından hələ Mir Şəmsəddin Əli
qədər məşhur, ilhamlı, çoxlu mülazimləri və sərvəti olan başqa bir
seyid əcəm [diyarına] gəlməmişdir. O, dövr sultanlarının diqqət və
iltifatına nail olmuş, xeyli ehtirama layiq görülmüş, bütövlükdə İran
məmləkətlərinin, xüsusi olaraq isə Xorasan vilayətinin nəqiblər-
nəqibi (nəqibül-nüqəba) vəzifəsi ona layiq görülmüşdü. Qədir-
qiymətli səfəviyyə padşahlarının hakimiyyəti və qızılbaş dövlətinin
zühuru zamanı onun övladları get-gedə şahanə təzimatla
şərəflənmişlər. Mirzə Məhəmmədin oğlu Mir Şəmsəddin özbəklərin
hakimiyyəti və Übeyd xan Özbəyin Xorasana yürüşü zamanı öz
dövlətxahlıq borcunu yerinə yetirmiş və buna görə də cənnətməkan
həzrət şah tərəfindən yüksək əmirlik rütbəsinə və xan ləqəbinə layiq
görülmüşdü. Onun sabiq vəzifəsinə hümayun şahın nəyabəti
(köməkçisi, naibi - Ş.F.), yəni seyidlərə, kəlantərələrə, böyük
ərbablara və bütün Xorasan əhalisinə sərvərlik etmək də əlavə
olundu.
O alicah seyid barəsində deyilmiş bu beyt məşhurdur. Belə
ki, şair demişdir:
206
Qeyd: Cığatay - gürganiyyə sultanları adı altında əsasən Əmir Teymur Gürganın
(Gurəkan - Ş.F.) vəfatından sonra (1405) hakimiyyətdə olan özbək hökmdarları
nəzərdə tutulur. Çingiz xanın oğullarından 1242-ci ildə ölən Cığatayın adı onun
vəfatından bir neçə əsr sonra da bu sülalənin qurduğu dövlətə ad olaraq davam
etmişdir. Hətta Mavərənnəhr bölgəsinin türk və ya türkləşmiş əhalisi də XV-XVl
əsrlərdə, orada Cığatay soyundan heç bir hökmdarın qalmadığı vaxtda belə, cığatay
adı ilə adlanmaqdaydı. Qeyd olunmalıdır ki, bu sülalə ilə heç bir əlaqəsi olmadığı bir
halda Şərqi Türk ədəbi dilinə "cığatay dili deyilmişdir. (Bax: Prof. Dr. İsmail Aka.
Timur ve dövleti, Ankara, 1991, seh. 23.)
|