AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə24/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   20   21   22   23   24   25   26   27   ...   96

Birinci Şah Abbasın doğum tarixi: 

 

Bəlağətli  sairlər  onun  qiymətli  mövlud  tarixini  Padşahe-



həft eqlim (Yeddi ölkə padşahı) [maddeyi-] tarixində hesablamış və 

bu barədə bir nəzm yazmışlar: 

 

[Maddeyi]-tarix 

 

Padşahlıq bağının tazə gülü  

Elə ki, oldu cahan içrə müqim,  

İstədi yazə təvəllüd ilini  

Fələyin hökmü ilə təbi-səlim 

Nagəhan gəldi qeybdən bir səs  

Və dedi: "Padşəhe-həft eqlim".

179


 

 

O    iqbal  ulduzunun  doğuşundan  sonra  o  əziz  gövhəri  öz 



böyük  atasının  yanına  gətirən  atası  ərz  etdi:  "Ona  qiymətli  ad 

qoymaq şəhriyarın rəyi ilə olmalıdır, siz işarə edin ki, [körpə] həmin 

adla  adlansın".  İsgəndər  şanlı  nəvvabın  bir  məktubu  təsadüfən  elə 

həmin gün gəlib həzrət cənnətməkan şahın xoşbəxt nəzərinə yetişdi. 

Həmin ləhzələrdə şahın ilham bəyanlı dilində asiman ilhamının bu 

sözləri təkrarlanırdı: 

 

"Əbbas Əli oldu şire-qazi  



                                                           

179


 Maddeyi-tarixin farscası: 

Novnehale-çəməne padşəhi  

Ke begolzare-cəhan gəşt moqim,  

Sale movlude-vey əz kelke-qəza  

Çon rəqəm kərd həme təb-e səlim,  

Nagəhan əz peye-tarixəş goft 

Hatefi "Padşahe-həft eqlim". 


252 

 

Sərdəfləre-ləskəre Hicazi".



180

 

 



Elə məktub çathaçatda ikən də [şah] müdam bu beyti təkrar 

etməkdəydi.  [Ümumiyyətlə]  ədəm  yoxluğundan  vücud  meydanına 

qədəm  basan  hər  şahzadə  üçün  dövlət  xəzinəsindən  (xəzineyi-

amere)  xalça  (qaliçe)  və  beşik  ləvazimatı  (yəraqe-məhd)  şəfqət 

olunurdu. Həzrət cənnətməkan şah o səltənət və şəhriyarlıq bağının 

sərvindən ötrü mübarək dövlətxananın "Çehel sotun" ("Qırx sütun") 

sarayında olan  və öz  altına saldığı  mübarək xalçasını beşiklə birgə 

şahzadəyə  göndərdi.  Sanki  o  bəyənilmiş  (həmide)  xasiyyətli  zat 

(Şah  Təhmasib  -  Ş.F.)  duymuşdu  (mottəsel)  ki,  o  əzəmət  və 

böyüklük  bürcünün  dürrü  tezliklə  şahlıq  taxtını  bəzəyəcək  və 

padşahlıq  sarayının  canişini  olacaqdır.  [Anladı  ki,]  bu  şahzadənin 

dövlət  günəşi  cah-cəlal  məşriqindən  görünəcək,  şahlıq  məqamına 

vüsal  işığı  salacaq  və  gündən-günə  güllənən  bu  dövlətin 

həmişəbahar  gülşəninə  tazəlik,  paklıq  və  təravət  bəxş  edəcəkdir. 

[Bildi  ki,]  səltənət  və  kamkarlıq  çəminə  yol  tapan  fitnə-fəsad  iti 

qılıncın  zülalı  ilə  yenidən  bahar  əyyamının  təravətinə  bürünəcək, 

bədxah  və  bədkar  adamlar  dövlətin  gücü,  fikrin  istiqaməti,  qəlbin 

fərasəti (fətanət), əqlin qüvvəti və hüsni-təbdir yoluyla öz cəzalarına 

çatacaqdır.  Xülasə,  südəmər  çağından  (hine-reza)  səltənət  və 

hökmranlıq əyyamına qədər o həzrətin uca səltənət  mərtəbəsinə  və 

var-dövlətə  yetişəcəyi  haqda  qeybdən  çoxlu  əlamətlər  və  işarətlər 

gəlməkdəydi.  O  cümlədən,  həzrət  cənnətməkan  şah  haqqında 

danışılan  rəvayətçilərin  dillərindən  bir-iki  qəribə  hadisə 

söylənilməkdədir  ki,  onları  düzgün  sözlü  rəvayətçilər  (ravi)  özləri 

eşitmişlər. Buna görə də, o həşəmət sahibinin (Şah Abbasın  - Ş.F.) 

mənəvi  dərəcələr  məqamına  yüksəlişi  haqqında,  sözün  uzun 

çəkəcəyinin fərqinə varmadan, bu səhifədə yazılacaqdır. Onların biri 

budur:  Dövlət  və  iqbal  bağının  o  yeni  doğulan  nihalının  təvəllüd 

xəbəri cah-cəlal sarayına çatmazdan qabaq həzrət cənnətməkan şah 

öz  böyük  atasının  yanında  olan  o  həzrətin  (Şah  Abbasın  -  Ş.F) 

böyük  qardaşı  Sultan  Həsən  Mirzəni  yanına  çağırıb  dedi:  "Bu  gün 

Herat darüssəltənəsinə bir qasid gəlib xoş bir xəbər gətirəcəkdir. O 

xəbər  mənim  və  sənin  göz  aydınlığımıza  səbəb  olacaqdır".  Bu 

                                                           

180

 Farscası belədir: 



"Əbbase-Əlist şire-qazi  

Sərdəftəre-ləşkəre-Hecazi" 



253 

 

sözlərdən  sonra  qasid  gəldi  və  yazıldığı  kimi,  o  həzrətin  təvəllüd 



müjdəsini gətirdi. 

İkinci qəribə məlumat isə budur: Əzəmətli qorçilərin biri, o 

ali mənzilli şahzadənin səadətli təvəllüdündən bir neçə il sonra əmr 

alıb  Herat  darüssəltənəsinə  getmişdi.  Qorçi  geri  qayıdanda  həzrət 

cənnətməkan şah o bəyənilən sifətli şahzadənin vəziyyəti və mənəvi 

xisləti  barədə  sual  etdi.  O  şəxs  ağlının  azlığından  və 

bilməməzliyindən o həzrət haqqında lazimi qədər düzgün  məlumat 

verə  bilmədi.  Cəm  məqamlı  həzrət  şah  hiddətlə  buyurdu:  "O 

qiymətli gövhər haqqında sənin heç bir xəbərin yoxdur.  [O şahzadə] 

bu  dudmanın  gözünün  işığı  və  çıraq  yandıranı  olacaqdır".  Şah 

yuxarıda yazılan: 

 

"Əbbas Əli oldu şire-qazi 



Sərdəftəre-ləşkəre Hicazi" 

 

beytini həmin ləhzə öz mübarək dilinə gətirdi. Hər biri öz istedad və 



ləyaqətinə  (şayəstegi)  görə  gözəl  səltənətə  layiq  olan  bu  dudman 

şahzadələri  arasında  həmin  uca  mərtəbəyə  ucalma  şərafəti  yalnız 

xilafət arxının kənarında bitən həmin sərv tərəfindən bu mərtəbənin 

yalnız onun qabiliyyət qamətinə uyğun gələcəyi ilə təsdiqləəndi və o 

əziz  körpənin  (movludun)  ülvi,  dünyəvi  və  mənəvi  dərəcələri 

gözəlliklə cilvələndi. O gözəl amallı şahzadənin yüksəlişi (saderat) 

barədə  hərçənd  ki,  dərindən  düşünmək  (xovz)  və  söz  demək  uzun 

çəkər, amma o həzrətin əhvalının əsas cəhətləri (məbadi) haqqında, 

o cümlədən Xorasan mülkündəki dəyişikliklərə bais olan o qiymətli 

gövhərin  Herat  darüssəltənəsində  qalması  barədə  bu  kitabda  söz 

demək lazım bilindi. "Günəş kimi səmada parlayan"

181


 elmli aqillərə 

və bilikli alimlərə məlumdur ki, əgər yüksək dayaqlı (əkran) divanın 

uca səltənət və kamkarlıq mənsəbi [ağıllı bir] dövlət sahibinin adına 

yazılarsa  və  məsələnin  başlanğıcında  (bedayət)  müxtəlif  çətinliklər 

(şədayed)  ortaya  çıxarsa  elə  bir  vəziyyət  dövlət  sahibinin 

çətinliklərinin  hər  biri  nəticəsində,  dünyadakı  zahirpərəstlərin 

nəzərincə,  ruhani  əlaqələrin  qırılmasına  səbəb  olar.  Amma, 

müqəddəs  zatın  (Allahın  -  Ş.F.)  əzəli  hikmət  və  ilahi  himayətinin 

istəyinə  görə  cahanın  o  seçilmiş  adamı  (Abbas  -Ş.F.)  məkrli  və 

zarərli  (məzarr)  hadisələrdən  elə  qorunur  ki,  bu  dünyanın  ağıl 

                                                           

181


 İfadənin ərəbcəsi: "Kə-ş-şəmsi-s-sarıqəti min-əs-səməi" 

254 

 

sahiblərinin heyrətinə səbəb olur, nəhayət məna aləminin uzaqgörən 



şəxslərinə  elə  bir  gözəl  hüsnlü  surət  dəyir  ki,  həmin  surətdə  olan 

bəyənilməz  cəhətlər,  (kərahiyyət),  yaxud  minlərlə  elmi  hikmət, 

mülki mənfəət (məsaleh) fəqət əzəli qüdrətin əli ilə əmanət (vədiət) 

verilmiş  xüsusiyyətlərdir.  Əziz  dövlət  sahibi  əgər  ilahi  tərəfindən 

qorunarsa, dünya zərərindən və əqli dayaz adamların xəyanət (keyd) 

və qəddarlığından qorunmuş olar 

 

Beyt 

 

Gər bütün qılınclar birdən çəkilsə,  

Bir damar da kəsməz Rəbb istəməzsə

182


 

 

Bu  sözlərin  yazılmasından  məqsəd  şah  və  Cəm  qədir-



qiymətli  şahzadə,  habelə  "bütün  Allah  bəndələri  sahiblərinin 

lütfkarlığı"

183

  ilə  əlahəzrət  zilləllah  şahın  barəsində  söz  deməkdir. 



Fəaliyyətlərinin  başlanğıcında  bir  çox  əzəmətli  hökmdarlar  dünya 

hadisələrinin çətinliyinə məruz qalmış, nəticədə iqbalm gücü və bəxt 

ulduzunun  köməyi  sayəsində  sərvərlik  meracına  yüksəlmiş,  "Biz 

bəni-Adəmlərə  qarşı  səxavətli  oluruq"

184

  deyiminə  müvafiq  olaraq 



onlar  özlərinin  uca  mətbəbələrinə  və  böyük  məqsədlərinə 

yetişmişlər.  [Şah  Abbasın]  südəmər  çağından  və  uşaqlığından 

başlayıb  dövlət  zirvəsinə  merac  edən  vaxtınadək  [Allah-təala]  onu 

ruzigar  hadisələrindən,  düşmənlərin  qəsdlərindən,  yağılarn 

xəyanətindən, haramnəmək adamların qəddarlığından qorumuş, heç 

şübhəsiz  "biz  səni  xəlifə  və  ərzin  [sahibi]  etdik"  ayəsinə  uyğun

185

 

dünyada  ona  heç  bir  iqlidar  sahibi  olan  fatehə  (keşvərqoşa) 



müyəssər olmayan mülklər almaq və aləm məsələlərini nizamlamaq 

kimi vəzifələri qismət etmişdir ki, bu işlər haqqında bu dəftərin zeyl 

hissəsində yerli-yerində məlumat veriləcəkdir. Onların biri, uşaqlara 

qarşı olan haqsızlıq və övladın mehriban ata-anasından ayrılmasıdır. 

Həyatının başlanğıcında və südəmər vaxtında, hələ ömründən bir il 

                                                           

182

 Beytin farscası: 



Əgər tiğe-aləm beconbəd ze cay  

Nəborrəd rəgi ta nəxahəd Xoday 

183

 İfadənin ərəbcəsi:  



"Məzhər lütfi-l-lahi summiyə-ismi ammu həbii həzrət Rəbbi-l-ibad" 

184


 İfadənin ərəbcəsi: "Və ləqəd kərəmnə bəni adəm" 

185


 İfadənin ərəbcəsi: "innənə cəəlnəkə xəlifətən və-l-ard" 

255 

 

altı ay keçməmişdi ki, o xoşbəxt amallı həzrət öz ata-anasından ayrı 



düşdü. Bu  söhbətin  (məqal)  bəyanı  (təbyin)  və  bu  hadisənin surəti 

qısa  şəkildə  belədir:  Herat  darüssəltənəsində  o  həzrətin  atası  və 

Heratın  valisi  olan  İsgəndər  şanlı  nəvvab  Əbülqalib  Sultan 

Məhəmməd Mirzə ilə lələsi Şahqulu Sultan Yeqan arasında fəsadkar 

adamların  fəsadı  ilə  vəhşət  yarandı  və  onlar  bir-birilərinin 

rəftarından narazı oldular, ali saraya tez-tez şikayətlə dolu məktublar 

göndərdilər. Cəm məqamlı həzrət şah bundan sonra onların arasında 

sülh  və  barışıq  olmayacağını  görüb  belə  qərara  gəldi  ki,  kamkar 

şahzadə  Sultan  Həmzə  Mirzəni  o  vaxtlarda  səkkiz  yaşı  olan  əyan 

qardaşı  ilə  [gələcək]  zilləllah  şahla  birlikdə  atasının  yerinə  Herat 

darüssəltənəsinə  vali  vəzifəsinə  qoysun,  onun  alişan  atası  isə 

müzəffər  məmləkətlər  hakimliyinə  (hökumət)  Şiraz  darülmülkünə 

göndərilsin.  Hökm  elə  beləcə  də  yerinə  yetirildi.  Nəvvab  Sultan 

Məhəmməd Mirzə və onun möhtərəm hərəmi bu fərmanı alan kimi 

sevindilər  və  şadiman  oldular,  amma  ata,  sevimli  fərzəndi  Sultan 

Həmzə  Mirzədən  ayrıldığına  görə  çox  qəmginləşdi.  [Belə  ki,] 

gözünün nuru olan o fərzənddən ayrılmaq ata-ana üçün çox çətin idi. 

Sultan Məhəmməd Mirzə  yenidən  məktub yollayıb xahiş etdi ki, o 

əziz  fərzənd  ata-anası  ilə  bərk  ülfət  və  ünsiyyət  bağladığına  görə, 

əgər  ayrı  düşərsə,  çətin  ki,  fəraqa  tab  gətirə  bilsin.  Elə  olan  halda 

Sultan Həmzə Mirzədə nəfsani meyil (əğraz) baş qaldılar və təhlükə 

yaranar.  Heç  anası  da  onsuz  yaşaya  bilməz.  Amma,  səltənətin 

gözünün  işığı  olan  Abbas  hələ  südəmər  olduğundan,  dayəsindən 

başqa heç kəslə ülfət və ünsiyyət bağlamamışdır. Əgər şəhriyar əmr 

edərsə, onu Heratda saxlasın,  Sultan Həmzə Mirzə isə ata-anası ilə 

birlikdə Şiraza getsin. 

Həzrət  cənnətməkan  şalı  nəvvab  mirzənin  istəyi  ilə 

razılaşdı  və  bu  təklifi  qəbul  etdi.  İsgəndər  şanlı  nəvvab  [gələcək] 

nəvvab  ali  şahı  Heratda  qoyaraq,  başqa  fərzəndləri  ilə  birlikdə 

Şiraza  yollandı.  Yuxarıda  yazıldığı  kimi,  o  iqbal  gülşəninin 

fidanının  qanuni  sultanların  taxtgahı  olan  Heratda  qalması  xəbəri 

eşidilən kimi adamlar bildilər ki, səltənət və kamkarlıq bostanının o 

nihalı  iqbal  bağında  böyüyərək  murad  meyvəsini  dərəcək  və 

dövlətdə  kamyab  olacaqdır.  Elə  həzrət  cənnətməkan  şahın  özü  də 

cavan  ikən  (əhde-səbi)  mərhum  Süleyman  şanlı  xaqanın  (Şah 

İsmayılın - Ş.F.) fərmanına əsasən Xorasan səltənətinə göndərilib o 

gözəl yerdə böyümüşdü və nəticədə qardaşlar arasında qələbə bəxtli 

İranın səltənət taxtı onun şərəfətli vücudu ilə bəzənmişdi. O həzrətin 



256 

 

məşhur övladlarından Xorasana hakim göndərilən hər biri nəhayətdə 



hökmdarlıq mərtəbəsinə qalxdı. 

Xülasə,  o  iqbal  sahibi  iki  yaşında  ikən  Xorasan 

məmləkətlərinin uca səltənət və hökmranı kimi öz alişan atasının və 

mərhum  babasının  canişini  olmaq  şərəfinə  yetdi,  fərmana  müvafiq 

olaraq  Şahqulu  Sultan  ona  lələ  təyin  olundu  və  lələ  qiymətli 

[gələcək] xosrovun beşiyini öz sədaqət ağuşuna alıb onu böyütməyə 

başladı. Baş verən hadisələri yazmaqda olan qələm iqbal asimanının 

bu  nurlu  şahzadəsinin  həyatının  başlanğıc  illərini  yazıb  qurtardığı 

üçün  öz  iti  seyrli  qələminin  cilovunu  başqa  şahzadələrlə  bağlı 

hadisələri yazmağa yönəltdi. 

İsgəndər  şanlı  nəvvabın  dördüncü  fərzəndi  Əbu  Talib 

Mirzədir  ki,  cənnətməkan  şahın  xəstələndiyi  ildə  o  mirzə  şanlı 

nəvvab məhdülyadan doğulmuşdur. Böyük babası vəfat edərkən iki 

yaşı  vardı.  O,  valideynlərinin  tərbiyəsi  ilə  böyümüşdür.  Bu  cildin 

sonunda  yazılacağı  kimi,  rəhmətlik  şahzadə  Sultan  Həmzə  Mirzə 

öldürülən və it ilinə təsadüf edən doqquz yüz doxsan dördüncü ildə 

(miladi  1586/87)  Əbu  Talib  Mirzə  ali  divana  vəkil  təyin  edilir. 

Həmin  vaxtlarda  dövlət  işlərində  ixtiyar  sahibi  olan  əmirlərin  və 

dövlət  başçılarının,  xüsusilə  Əliqulu  xan  Fəthoğlu  Ustaclı  və  Vəli 

Xəlifə Şamlının oğlu İsmayılqulu xan Topçubaşının məsləhəti ilə o, 

vəliəhd təyin olundu. Doqquz yüz doxsan beşinci ildə (miladi 1587), 

donuz  ilində,  allahın  kölgəsi  olan  əlahəzrət  şah  təntənə  ilə  İraqa 

gedəndə  o,  irsi  səltənət  taxtına  əyləşdi.  Əbu  Talib  Mirzə  özünün 

kiçik  qardaşı  Təhmasib  Mirzə  ilə  bir  neçə  vaxt  qalada  saxlanıldı. 

Doqquz  yüz  doxsan  səkkizinci  pələng  ilində  (miladi  1589/90), 

İsfahanın Təbərrük qalasında yaşadıqları vaxt bəzi əmir və əyanların 

səyi ilə onların hər ikisinin gözlərinə mil çəkildi. 

[Məhəmməd  Xudabəndənin]  beşinci  fərzəndi  Təhmasib 

Mirzədir  ki,  cənnətməkan  şahın  vəfatından  sonra  Şiraz 

darülmülkündə məhdülyadan doğulmuşdur. Böyük babası dünyadan 

köçdüyü üçün onun yüksək adı ilə  (esme-sami) adlandırıldı. O da, 

qardaşının əmri ilə  valideynin lütf  və ziyası sayəsində tərbiyələnib 

böyüdü. Doqquz yüz doxsan üçüncü (miladi 1585/86) xoruz ilində, 

barəsində  gələcəkdə  məlumat  verəcəyimiz  Əmir  xan  Türkmanın 

qətlinə  görə,  təkəli  və  türkman  tayfaları  mərhum  şahzadə  Sultan 

Həmzə Mirzə  ilə  münaqişəyə başladılar. Onu  Təbrizdən oğurlayıb, 

İraqa  qayıtdılar.  Orada  onun  tərbiyəsi  ilə  məşğul  oldular,  həzrət 

Sultan  Həmzə  Mirzə  ilə  döyüşüb  məğlubiyyətə  uğradılar.  Şahzadə 



257 

 

həbs olunaraq Ələmut qalasına salındı, sonra isə yuxarıda yazıldığı 



kimi, İsfahanın Təbərük qalasında öz qardaşı ilə birlikdə kor edildi. 

İsgəndər  şanlı  nəvvab  Sultan  Məhəmməd  padşahın 

hörmətli  fərzəndlərinin  adları  bəyan  edildiyindən,  indi  həzrət 

cənnətməkan  şahın  adlı-sanlı  və  kamkar  fərzəndləri  haqqında 

məlumat veriləcəkdir. 

O  həzrətin  (Şah  Təhmasib  -  Ş.F.)  ikinci  fərzəndi  İsmayıl 

Mirzədir  ki,  o  da  Musa  Sultan  Mosullunun  qızı  Sultanından 

doğulmuşdur.  İsmayıl  Mirzə  nəvvab  Sultan  Məhəmməd  Mirzənin 

doğma qardaşıdır. Adlı-sanlı atasının xidmətində böyümüş və daim 

şəfqətlə tərbiyə olunmaqda idi. Onun da, həyatında şahanə məhəbbət 

(atefət)  nuru  parlayırdı.  Doqquz  yüz  altmış  ikinci  ildə  (miladi 

1554/55)  onu  islam  məmləkətlərinin  seçki  adamı  (mürtəza)  Şah 

Hemətullah Yəzdi və həzrət cənnətməkan şahın qızı mərhumə Xanış 

bəyimdən  doğulan  qızı  ilə  evləndirdilər.  Təbrizin  ürəkaçan 

Şimalabad bağında elə böyük toy etdilər ki, o toy barədə qızılbaşlar 

arasında  [indi  də]  söhbətlər  getməkdədir.  O  həzrətin  böyük  atalıq 

şəfəqqəti  sayəsində  baş  verən  həmin  şahanə  toyda  və  o  şadiman 

xosrovanə  məclisdə  çalıb-oynamağa  başladılar.  O  səadətli 

yığıncağın  iştirakçılarının  hər  biri  hal  və  vaxtın  tələbinə  uyğun 

hədiyyələr  verdi,  sazçalan  çalğıçılar  və  nəğməpərdaz  müğənnilər 

həmin  işrət  məclisində  toplanmış  pulun  çoxluğu  sayəsində  öz 

ehtiyaclarını  rəf  etdilər.  Amma  İsmayıl  Mirzə  bu  ali  mərtəbənin 

qədrini bilmədi və şahın şəfqətini qiymətləndirmədi, izzətli atasının 

xoşuna  gəlmədiyi  işlərə  qurşandı.  Həzrət  şah  o  şahzadənin  ali 

sarayda qalmasını  məsləhət bilməyərək, doqquz yüz altmış üçüncü 

ildə  (miladi  1555/56)  nəvvab  Sultan  Məhəmməd  Mirzəni  Herat 

darülsəltənəsindən orduya çağırıb, İsmayıl Mirzəni Herata göndərdi. 

Əmrə  müvafiq  olaraq  Əli  Sultan  Təkəli  onu  Herata  çatdırdı  və 

Sultan  Məhəmməd  Mirzəni  şahın  yanına  gətirdi.  Savucbulaq 

yaxınlığında  Əli  Sultan  qəzəbə  düçar  oldu,  qorçilər  tərəfindən 

döyülüb öldürüldü. Bu işin səbəbi məlum olmadı. Ola bilsin ki, o, 

cənab İsmayıl Mirzəni [Herata] apararkən onların arasında bəzi əhd 

və  şərt  olmuşdur.  Doğrusunu  Allah  bilir.

186


  Mirzənin  Xorasandakı 

davranış  tərzi  də,  şahın  xoşuna  gəlmədi.  Buna  görə  də,  [İsmayıl 

Mirzənin]  mülki  və  dövlət  işləri  ilə  məşğul  olmasından  çox  vaxt 

                                                           

186

 İfadənin ərəbcəsi: "Əl-ilmu ində-l-lahı" 



 

258 

 

keçməmişdi ki, o, həmin  vilayətin hakimliyindən çıxarıldı.  Hökmə 



görə  Sevindik  bəy  Qorçibaşı  Herata  gedərək  onu  Təbəs  və  Yəzd 

yolu  ilə  geri  gətirdi.  Elə  ki,  Savəyə  yetişdilər  vəkilüs-səltənə  olan 

Məsum  bəy  Səfəvi  onu  Savədən  Qəhqəhə  qalasına,  Sultan 

Məhəmməd  Mirzəni  isə,  yazıldığı  kimi  yenidən  Herata  apardı. 

İsmayıl  Mirzə  on  doqquz  il,  altı  ay,  iyirmi  bir  gün  həmin  qalada 

yaşadı.  Cənnətməkan  şahın  vəfatından  və  Sultan  Heydər  Mirzənin 

öldürülməsindən  sonra  uca  hökmranlıq  mərtəbəsinə  yetişdi  ki,  bu 

barədə bu dəftərin "zeyl"ində məlumat veriləcəkdir. 

Üçüncü  fərzəndi  Sultan  Heydər  Mirzədir  ki,  həzrət 

cənnətməkan  şahın  pak  zövcələri  silsiləsindən  olan  əyan  gürcü 

qadınından  doğulmuşdur.  Onun  təvəllüd  tarixi  dəqiq  məlum 

deyildirsə  də  [bilirik  ki,]  həzrət  cənnətməkan  şah  vəfat  edərkən 

Sultan Heydər Mirzənin iyirmi iki yaşı  vardı. Buna görə də, o, ola 

bilsin  ki,  doqquz  yüz  altmış  ikinci  ildə  (miladi  1554/55) 

doğulmuşdur.  [Heydər  Mirzə]  təvəllüdündən  başlayaraq  atasının 

vəfatınadək  ali  dərgahda  yaşamış  və  böyük  atasının  tərbiyəsi  və 

məhəbbəti  altında  ömür  sürmüşdür.  Onun  atası

187


  Sədrəddin  xan 

mötəbər  əmirlərdən  idi  və  əmrə  görə  şahzadənin  xidmətində 

durmuşdu. Həzrət şahın şahzadəyə böyük diqqəti vardı, şahzadə də 

atasının dediyi kimi hərəkət edirdi. [Şah] ömrünün sonlarında bəzi 

dövlət  işlərinin icrası  ilə  [əvvəlki  kimi]  məşğul  ola  bilmədiyindən, 

adamlar [müəyyən işlərin icrası üçün] şahzadəyə müraciət edirdilər. 

Qardaşlarının hamısından hörmətli idi. Buna görə də, şahzadələr və 

qızılbaş  tayfaları  içərisində  onun  qədr-qiyməti  gün-gündən 

çoxalırdı.  O  həzrətin  zahiri  əməlləri  tam  etibar  qazandığı  üçün  o, 

cavanlıq  qüruru  və  nəfsani  təxəyyulata  qapılıb  [gələcəkdə]  özünün 

vəliəhdlik  və şahlıq etməsi qərarına  gəlmişdi. Ordunun əksəriyyəti, 

xüsusi  ilə  şeyxabənd,  ustaclı  tayfaları,  gürcülər  və  başqaları  onun 

hakimiyyətə 

gəlməsini  arzulayırdılar.  Cənnətməkan  şahın 

ölümündən  bir-iki  il  əvvəl  başlayan  xəstəliyi  dövründə  o, 

hövsələsizlik  edib,  sufiliyə  və  sədaqətə  zidd  olan  bəzi  hərəkətlərə 

yol  verdi.  Yuxarıda,  şahın  xəstəliyi  zamanı  baş  verən  hadisələr 

barədəki  məlumatda  deyildiyi  kimi,  şahzadə  bir  qədər  incik 

görünürdü.  Amma,  həzrət  şah  sağaldıqdan  sonra  elə  bir  hərəkət 

etmədi ki, böyük oğluna qarşı diqqətsizliyini nümayiş etdirə bilmiş 

                                                           

187


 "Atası" yox, "atalığı (lələsi)" olmalıdır - Ş.F. 

 


259 

 

olsun.  Elə  həmin  şah  lütfkarlığına  nail  olduğuna  görə  də,  Heydər 



Mirzə  səfər  ayının  on  altısında,  doqquz  yüz  həştad  dördüncü  ildə 

(miladi 1576), bu səhifənin zeylində yazıldığı kimi, atasının dəhşətli 

ölüm hadisəsindən bir gün sonra şəhid oldu. Onun səltənəti barədə 

alnında yazı olmadığından ömür kitabı bağlandı  və belə bir hadisə 

baş verdi. 

Heydər Mirzə olduqca əməlisaleh, pəhrizkar və rəhmli idi. 

Allah  məxluqu  ilə  məhəbbət  və  mehribanlıqla  davranırdı 

ədalətpərvər adam idi. Onun bir qızdan başqa övladı yox idi. 

Şah  Təhmasibin  dördüncü  fərzəndi  Sultan  Süleyman 

Mirzədir ki, o da pak zövcələrdən biri olan Şamxal Sultan Çərkəsin 

bacısından  doğulmuşdur.  Yeri  behişt  olan  atasının  vəfatı  zamanı 

onun iyirmi bir yaşı vardı. Həzrət cənnətməkan şah onu hələ uşaqlıq 

zamanı  müqəddəs  Məşhədə  göndərmişdi.  Məşhəd  hakimini  o 

şahzadəyə  lələ  və  müəllim  də  təyin  etdilər  ki,  o,  onun  biliyinin 

artması  ilə  məşğul  olsun.  [Buna  görə  də,  həmin  müəllimə]  imam 

(Rzanın) rövzəsində xadimbaşı*  vəzifəsi  verildi  və o, uzun illər bu 

vəzifədə  çalışdı.  Şahvəli  Sultan  Tatioğlu  Zülqədərin  müqəddəs 

Məşhəd hakimliyindən çıxarıldığı doqquz yüz yetmiş səkkizinci ildə 

(miladi  1570/71)  şahzadəni  orduya  çağırdılar.  O,  ali  dərgaha  gəlib 

öz böyük hörmət-izzətli atasının yanında yaşamağa başladı. 

Cənnətməkan  şahın  vəfatından  və  məqsədi  şahzadələri 

aradan  götürmək  olan  İsmayıl  Mirzənin  hakimiyyətə  gəlişindən 

sonra onu şahzadənin dayısı olan Şamxal Sultan Çərkəsə verdilər. O 

da  İsmayıl  Mirzənin  yanında  öz  etibarını  artırmaq  naminə  Sultan 

Süleyman  Mirzəni  aradan  götürdü  ki,  bu  barədə  İsmayıl  Mirzənin 

taxta cülusunun təsviri zamanı məlumat veriləcəkdir. 

O  Həzrətin  beşinci  fərzəndi  anası  gürcü  və  həzrət  şahın 

kənizlərindən  olan  qadmdan  doğulan  Sultan  Mustafa  Mirzədir. 

Böyük  atasının  vəfatı  zamanı  onun  iyirmi  yaşı  vardı.  Cənab 

mirzənin  lələliyi  əzəmətli  ustaclı  əmirlərinə  tapşırılmışdı  ki,  o 

ustaclılar arasında boya-başa çatdı. Çox qabiliyyətli, bacarıqlı və xoş 

sima adam idi. Gilanlıların bir neçə üsyanı zamanı Biyəpiş Gilanını 

almaq  üçün  onların  üzərinə  qoşun  çəkiləndə  cənab  mirzə  də  o 

yürüşlərə yollanıb qələbə əldə etmişdi. Sultan Mustafa Mirzə əyalət 

hakimi  kimi  qoşuna  da  sahib  idi.  Mirzənin  lələsi  Nəzər  Sultanın 

vəfatından sonra onun əvəzinə "əyalət rütbəsinə" yetən Hüseyn bəy 

Yüzbaşı lələ vəzifəsinə təyin edildi. 


260 

 

[Sultan  Mustafa]  bütün  işlərdə  Sultan  Heydərlə  müttəfiq 



idi.  Cənnətməkan  şahın  vəfatından  sonra  ustaclı  əmirləri  Sultan 

Heydər  Mirzəni  şah  etmək  üçün  ona  birləşib  dövlətxanaya  hücum 

etdikləri vaxt cənab [Sultan Mustafa Mirzə] də onlarla birlikdə idi. 

Sultan  Heydər  Mirzənin  öldürülməsindən  sonra  onun  təbəələri 

arasında  təfriqə  düşdüyü  zaman  cənab  mirzə  Qəzvindən  çıxaraq 

özünə  mülazimlik  edən  bayat  elinə  doğru  üz  tutdu.  Hacı  Üveys 

Sultan Bayat  onu  tutub  İsmayıl  Mirzənin  yanına  gətirdi  və  mirzəni 

Pirə Məhəmməd xan Ustaclıya tapşırdılar. Ustaclı əmirləri özlərinin 

xilasını  o  şahzadənin  edam  olunmasında  görüb,  o  cavan  şahzadəni 

Pirə  Məhəmməd  xanın  evində  həlak  etdilər  ki,  bu  barədə  İsmayıl 

Mirzənin padşahlığının təsviri zamanı danışılacaqdır. 

O  həzrətin  altıncı  fərzəndi  [Şah  Təhmasibin]  bir 

cariyəsindən  doğulan  həzrət  Sultan  Mahmud  Mirzədir.  Böyük 

atasının  şahlığının  sonunda  on  səkkiz  yaşı  vardı.  O,  bir  yol  Gilan 

Biyəpişinə  hakim  təyin  olunmuş  və  Lahicanda  yaşamışdı. 

Gilanlıların  düşmənçiliyi  və  fitnəsinə  görə  əmrə  rəğmən  oradan 

çıxdı, cənnətməkan şahın son dövrlərində  Şirvan hakimliyinə  təyin 

edildi. Üveys xan (?) onun lolosi və atalığı idi. Mirzə amma böyük 

atasının sağlığında sarayda qalıb  Şirvana  getmədi  və  rumlu tayfası 

arasında  yaşamadı.

188

  [Amma]  Üveys  xanın  oğlanları  onun 



xidmətində  idilər.  Onlar  İsmayıl  Mirzənin  əmirləri  olduqlarından 

cənab mirzə bu məsələdə onlarla əlbir idi. Aşağıda yazılacağı kimi, 

İsmayıl  Mirzənin  hakimiyyəti  zamanı  [Sultan  Mahmud  Mirzə] 

Məhəmməd Bağır Mirzə adlı kiçik bir oğlu ilə birlikdə öldürüldü. 

O  həzrətin  yeddinci  fərzəndi  mötəbər  gürcülərdən  Zal  bəy 

Gürcünün  bacısından  doğulan  İmamqulu  Mirzədir.  O,  böyük 

atasının vəfatı zamanı on dörd yaşında idi. Cənnətməkan həzrət şah 

onu Biyəpiş Gilanının darülmülkü olan Lahicana  vali təyin etmişdi 

və  mirzə  orada  yaşayırdı.  Pirə  Məhəmməd  xan  Ustaclı  onun lələsi 

idi.  İsmayıl  Mirzənin  taxta  cülusu  zamanı  Pirə  Məhəmməd  Xan 

Gilandan  çıxıb  onun  görüşünə  gedəndə  cənab  mirzəni  də  özü  ilə 

götürmüşdü.  Mirzə  Zəncanrudun  Ələnge-Qarabağ  adlı  yerində 

qardaşının  xidmətinə  yetdi.  Bir  müddət  zahirən  [qardaşının] 

mərhəmət və məhəbbəti altında idi. Qəzvin darüssəltənəsində başqa 

qardaşları  kimi  ömrünə  vida  edib  axirət  dünyasına  yollandı  ki,  bu 

haqda məlumat veriləcəkdir.  

                                                           

188


 Üveys xan rumlu tayfasından idi – Ş.F. 

261 

 

O  həzrətin  səkkizinci  fərzəndi  Sultan  Mustafanın  ana  bir 



qardaşı  olan  Sultanəli  Mirzədir.  O  vaxt

189


  on  dörd  yaşı  vardı.  O, 

Gəncədə yaşayırdı və Qarabağ bəylərbəyi İbrahim Sultan  Ziyadoğlu 

onun  lələsi  idi.  İsmayıl  Mirzənin  [hakimiyyəti]  zamanı      Qacar  

ağaları      əmrə    riayət  edib,  [onu]  orduya  gətirdilər.     Şahzadələrin   

öldürülməsindən      sonra      Qəzvinə  gəlib  bir  müddət  qardaşının 

yanında  yaşadı.  [Sonra]  İsmayıl  Mirzənin  əmri  ilə  onun  gözləri 

çıxarıldı.  Sultanəli  Mirzə  bu  səhifənin  yazıldığı  bu  vaxtadək  sağ-

salamatdır və hal-hazırda Allahın kölgəsi olan həzrət şahın

190

 lütf və 



məhəbbət nəzərləri altında hörmət-izzətlə asudə yaşamaqdadır.  

Doqquzuncu fərzəndi Sultan Əhməd Mirzədir ki, həzrət şah 

onu "Sultan Əhməd Bağdadi" adlandırırdı. Onun anası cariyələrdən 

idi. O həzrətin vəfatı zamanı mirzənin on üç yaşı vardı. Əmir Aslan 

Sultan Ərəşli Əfşar  mirzənin lələsi idi və bir müddət onu İsfahanda 

saxladı. Elə o vaxtlarda

191

  o,  əmrə  görə  orduya  çağrıldı  və  öz  adlı-



sanlı  atasının  yanında  hörmət-izzətlə    yaşadı.    Əfşar  tayfası,  

xüsusilə    ərəşli[lər]  İsmayıl  Mirzənin  tərəfdarları  silkinə  mənsub 

olduqlarından  Sultan  Əhməd  Mirzə  də  lələsi  kimi  onlara 

qoşulmuşdu.  İsmayıl  Mirzənin  hakimiyyəti  zamanı  o  da  başqa 

şahzadələr kimi öldürüldü. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin