AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə21/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   17   18   19   20   21   22   23   24   ...   96

Əya Oxlunun öldürülməsi: 

 

Əli    Sultan    Özbək    döyüş    meydanından  qayıtdı. 



Cilovdarların əllərindən çıxıb həmin     səhrada otlayan qızıl-gümüş 

yəhərli  atlar,  çoxlu  mal,  ləvazimat  və  xeyli  başqa  qənimət 

müxaliflərin  malı  oldu.  Elə  ki,  Əyaya  qələbə  üz  verdi  və  iqtidar 

sahibi oldu, o, Xacə Müzəffər Betəkçinin oğlu  Xacə Məhəmmədin 

qızına  elçi  göndərdi.  Xacə  Məhəmməd  Əyadan  qorxur  və    bu 

qohumluqdan  çəkinirdi,  amma istəmədən bununlu razılaşmalı oldu 

və Əya o ismət sahibi olan qızla evləndi. Betəkçiyyə  sülaləsindən  

olan    mülazimlər    onun  ətrafına  toplanıb  xidmət  etməkdəydilər, 



220 

 

amma  həmin  övrət  gecə-gündüz  özünü  onun  çəngindən  qurtarmaq 



barədə düşünürdü. Əya qadının ona qarşı olan  münasibətini duydu 

və  mülazimlərinə  onu  öldürmək  əmrini  verdi.  Mülazimlərsə  öz 

canlarının qorxusundan qadına dedilər ki, əgər bu gecə biz Əyanın 

özünü  öldürməsək,  sabah  hamımız  öldürüləcəyik.  Xatun 

mülazimlərinə  gecə  yarısı  bir  neçə  atı  xeymənin  qapısı  ağzına 

gətirmələrini  buyurub  dedi  ki,  mən  sizi  bu  gecə  görüləsi  işdən 

xəbərdar  edəcəyəm.  Mülazimlər  əmrə  əməl  etdilər.  Əya  yuxuya, 

gözətçilərsə  yağışdan  qorunmaqdan  ötrü  nəmədlərini  başlarına 

çəkərək röyaya daldıqları  vaxt  Möhübəli  adlı bir şəxs cürət  edib o 

şir  ürəkli  qadının  işarəsi  ilə  xeyməyə  girdi,  bir  şəmşir  zərbəsi  ilə 

Əyanın  başını  bədənindən  ayırdı,  banu  isə  işıq  və  külək  sürəti  ilə 

özünü  Astrabada  çatdırdı.  Möhübəli  o  gicbaşın  başını  cahanpənah 

saraya  gətirib  Qəzvin  darüssəltənəsində  onu  Firidun  məqamlı, 

Cəmşid  misallı  şahın  nəzərinə  çatdırdı,  öz  hədiyyə  və  mükafatını 

aldı.  Beləliklə  də,  Astrabadda  o  nacins  adamın  fitnə  atəşi 

söndürüldü. Əli Sultan və tamahkar, zorsevər özbəklər əsir tutulmuş 

qızılbaşların  buraxılmasından  ötrü  dillərinə  tamahkarlıq  sözü 

gətirdilər.  Onların  zər  istəməklərindən  agah  olan  cənnətməkan  şah 

özbəklərə  çoxlu  zor  göndərib  əsirləri  xilas  etsə  də,  onların  şahın 

gözündə  hörmətləri  qalmamışdı,  buna  görə  də  az  vaxt  içərisində 

onların hamısı ədəm diyarına    göndərildi. 

 

[Beyt] 



 

Hakimiyyət zamanı ömür uzunu,  

Kimi ki sevmədi öldürdü onu.

165


 

 

Əli Sultan da elə o vaxtlarda  - doqquz yüz yetmiş üçüncü 



ildə (miladi 1565/66) öz ömrü və dövləti ilə vidalaşıb üqba aləminə 

yollandı.  Onun  ölümündən  sonra  özbəklər  ayaqlarını  ədəb  ətəyi 

altında gizlətdilər və cənnətməkan şahın sağlığı dövründə Astrabad 

vilayəti  əmin-amanlıq  içində  oldu  və    bu  haqda  [bu  kitabda] 

yazılması lazım olan heç bir məsələ qalmadı. Bütün Xarəzm vilayəti 

                                                           

165

 Beytin farscası: 



Dər zəmane-dovlətəş əz saf-o dord,  

Hər ke əz taqe-deləş oftad mord. 



221 

 

Hacəm  xan  ibn  Əta  Sultan  adı  ilə  məşhur  olan  Hacı  Məhəmməd 



xana verildi. 

Bu  xan  öz  elçilərini  ali  dərgaha  göndərərək,  sədaqətini 

izhar  etdi  və  həmişə  öz  sözünün  üstündə  durdu.  O,  doqquz  yüz 

səksən  üçüncü  ildə  (miladi  1575/76)  hələ  həddi-buluğa  çatmayan 

oğlu  Məhəmmədqulu  Sultanı  aləmpənah  dərgaha  (Şah  Təhmasibin 

yanına  -  Ş.F)  göndərdi.  Sultan  Heydər  Mirzədən  başqa  bütün 

şahzadələr  fərmana  əməl  edib  əmirlər  və  əyanlarla  birlikdə 

Məhəmmədqulu Sultanı qarşılamağa gedərək, onu şəhərə gətirdilər. 

Bu  özbək  şahzadəsi,  beləliklə,  qızılbaşların  arasında  boya-başa 

çatdı.  Hümayun  şahın  (Şah  Abbasın  -Ş.F.)  cülusuna  qədər  ali 

sarayda  yaşayan  Məhəmmədqulu  Sultan  min  birinci  balıq  ilində 

(miladi  1592/93)  Bəstam  çəmənliyində  olarkən  icazə  almadan 

hümayun ordudan ayrılıb Xarəzm vilayətinə getdi. Hal-hazırda onun 

oğlu Uluğ Sultan ali dərgahda yaşamaqdadır. 

Astrabad  hadisələri  barədə  artıq  oxuculara  məlumat 

verildiyi  üçün,  indi  cənnətməkan  şahın  mübarək  Qəzvin 

dövlətxanasında  yaşadığı  vaxt  baş  verən  hadisələr  barədəki 

məlumatımız yazılacaqdır ki, o hadisələrin ən böyüyü Gilanatın fəth 

olunmasıdır. 

 

GİLANATIN FƏTH OLUNMASI, BİYƏPİŞ VALİSİ XAN 



ƏHMƏDİN ÜSTÜNƏ QOŞUN GÖNDƏRİLMƏSİ VƏ O 

AQİBƏTSİZİN HƏBSİ HAQQINDA SÖHBƏT 

 

Cənnətməkan şahın dövründə fəth olunan yerlərdən biri də 



Gilan  vilayətidir. Biyəpiş ölkəsi  Xan Əhməd ibn Sultan Həsən ibn 

Karkiya  Sultan  Məhəmməd  ibn  Nasir  Kiya  ibn  Mir  Seyid 

Məhəmməd  ibn  Mehdi  Kiya  ibn  Rza  Kiya  ibn  Seyid  Əli  Kiyanın, 

Biyəpəs  [isə]  Müzəffər  Sultan  ləqəbli  Əmir  Dibac  ibn  Əmirə 

Hüsaməddinin  idi.  Dibaclar  özlərini  İshaq  peyğəmbərin  —  ona 

salam  olsun  -  övladı  sayır  və  buna  görə  də  onların  nəslinə 

"İshaqiyyə  sultanları"  deyilir.  Suleyman  şanlı  xaqan  (yəni  I  Şah 

İsmayıl  - Ş.F.) qardaşı Sultan Əlinin başına gələn hadisədən sonra 

Gilana təşrif aparıb bir neçə il Lahicanda yaşadı. Karkiya Mirzə Əli-

Xan  Əhmədin  əmisi  idi  və  Seyid  Haşımla  Sultan  Həsən  onun 

qardaşları  idilər  və  onların  hamısı  [Şah  İsmayıla]  yaxşı  xidmət 

etmişdilər.  Cənnətməkan  şah  onların  keçmişdə  göstərdikləri  yaxşı 

xidmətlərinə  və  özünün  o  xanədana  qarşı  münasibətinə  görə  ona 


222 

 

[Xan Əhmədə - Ş.F.] ehtiramla yanaşırdı. Belə ki, doqquz yüz qırx 



üçüncü ildə (miladi 1536/37) atası Sultan Həsənin  vəfatından sonra 

bir  yaşlı  körpə  olan  Sultan  Əhməd  öz  atasının  yerinə  təyin  edildi. 

[Şah  Təhmasib]  bir  neçə  nıüddət  həmin  sülalənin  düşmənlərindən, 

əmirlərindən  və  Gilanın başqa iddiaçılarından  ehtiyat  edərək  Gilan 

əmirlərindən  biri  və  Sultan  Həsənin  vəziri  olan  Kiya  Xur  Kiya 

Taleqaninin  xahişi  ilə  Bəhram  Mirzəni  Gilana  yolladı  ki,  o, 

məmləkəti  bir  neçə  vaxt  hücumlardan  qorusun.  Bəhram  Mirzə  isə 

bir neçə imkanlı adamın sözlərinə əməl edib Kiya Xur Kiyanı həbs 

etdi. Buna görə də gilanlılar daha ona etibar etmədilər  və o, Gilanı 

tərk etdi.  

Xan Əhməd yaşının şüuru kəsən vaxtına yetişdikdən sonra 

cənnətməkan  şah  gün-gündən  onun  tərbiyəsi  ilə  məşğul  olurdu. 

Onun  evləndiyi  Nini  (Neynəy?)  adlı  qızdan  bir  oğlu  oldu  ki, 

cənnətməkan şah ona Sultan Həsən adı  verdi, öz fərzəndi saydı  və 

nəhayət onunla qohum oldu. O sülalə ilə qohumluğu olan Biyəpəs 

valisi  Müzəffər  Sultan  üsyan  edərək,  Rum  xandgarı  Sultan 

Süleymanın əcəm diyarına birinci yürüşündə bu əbədi dövlətdən üz 

çevirdi,  Təbrizin  Ucan  adlı  yerinə  qədər  gedib  sultanı  qarşıladı, 

[bundan başqa] ona tabe olduğunu bildirdi. Sultan Süleymanın geri 

qayıtmasından  sonra  Müzəffər  Sultan  yenidən  Gilana  döndü. 

Mülazimi  olan  Əmirə  Xatəm  ona  qarşı  gələrək  Rəştə  getməyə 

qoymadı.  Aralarında  bərk  döyüş  baş  verdi  və  Müzəffər  Sultan 

məğlub oldu, Gilanda qala bilməyərək, gəmiyə minib dərya yolu ilə 

Şirvana getdi. 

O  vaxtlarda Sultan Xəlil şirvanşah idi. Elə həmin günlərdə 

də o  vəfat  etdi. Müzəffər Sultanı cahan şahının (Şah  Təhmasibin  - 

Ş.F.)  mülazimləri  həbs  edərək  Təbriz  darüssəltənəsinə,  şahın 

hüzuruna  gətirdilər.  Fərmana  görə  onu  dəmir  bir  qəfəsə  qoyub 

"Həsən  padşah"  məscidinin  iki  minarəsinin  arasına  bağlayaraq 

yandırdılar.  Oğlu  Sultan  Mahmud  xanın  cənnətməkan  şahın  bacısı 

oğlu olmasına və atasının müxalifət və üsyanında iştirak etmədiyinə 

baxmayaraq  o,  öz  irsi  mülkündən  məhrum  edildi  və  ülkası  Sultan 

Həsənə  verildi Xan Əhməd şahanə nəvazişkarlıqla bütün Gilanatda 

hökm-forma  vali  oldu,  dövlət  bayrağı  asimana  yüksəldi.  O,  öz  irsi 

torpaqlarında hökm sürən Kəskər hakimi Əmirə Sasanı  və Kuhdəm 

hakimi Mirzə Kamranı o vilayətlərdən çıxarıb həmin yerləri öz əlinə 

keçirdi,  beləliklə  ata-babasının  xəyalına  belə  gəlməyən  bir  dövlət 

ona  qismət  oldu.  Lakin  Xan  Əhməd  bəxtinin  qaralığı,  özünün 



223 

 

cahilliyi  və  xudpəsəndliyi  üzündən  şahın  qədr-qiymətini  bilmədi, 



ağlı  dayaz,  boşboğaz  və  aqibətlərini  düşünməyən  bir  dəstə  adamın 

təhriki  ilə  hümayun  razılığın  olmadığı  işlərə  qurşandı.  Ali  orduda 

sərgərdan  yaşayan  Əmirə  Sasana  rəhmi  gələn  cənnətməkan  şah, 

Kəskər vilayətini yenidən ona verib, oraya yolladı. Xan Əhməddən 

əvvəl Kəskərin hakimi olmuş Səid adlı bir sipəhsalar onun işarəsi ilə 

Əmirə  Sasana  tabe  olmadı,  aralarında  böyük  döyüş  baş  verdi. 

Əmirənin bəxti gətirdi, ona qalib gəldi. Sapəhsalar bir çox adamı ilə 

birlikdə öldürüldü. 

Xan Əhməd yayın isti vaxtında oğlu Sultan Həsənə qoşun 

verib  onu  Kəskərə  -  əmirənin  üstinə  yolladı.  Havanın  üfunəti 

nəticəsində  Sultan  Həsən  həmin  yürüş  vaxtı  öldü.  Xan  Əhməd 

bundan  ruhdan  düşməyərək,  həmin  diyarda  öz  istila  bayrağını 

qaldırdı.  Cənnətməkan  şahın  nəsihəti  ilə  ona  bir  neçə  fərman 

yollanmasına  və şahın onu düzgün  yola çəkməsinə baxmayaraq bu 

tədbirlərin  təsiri  olmadı.  Nəhayət  cənnətməkan  şah  nənə  tərəfdən 

özünə  qohum  olan  Müzəfər  Sultanın  nəbirəsi  Cəmşid  xana 

səlahiyyət verərək, Biyəpəs ülkasını Xan Əhməddən aldı, ona verdi. 

[Şah]  Məsum  bəy  [Səfəvinin]  oğlu  Sədrəddin  xanı  bir  dəstə  talış 

əmiri  ilə  Biyəpəsi  alıb  Cəmşid  xana  verməsi  üçün  göndərdi.  Kiya 

Rüstəm, Xan Əhməd tərəfindən Rəştin hakimi idi. O, xanın əmri ilə 

qoşun toplayıb Sədrəddin xanla döyüşdü və həbs edildi. Xan Əhməd 

isə məcburiyyət üzündən əlini Biyəpəsdən üzdü. Buna baxmayaraq 

o,  Biyəpəsin  daxilində  olan  Kuçsifahan  vilayətini  hələ  də  öz 

hakimiyyəti altında saxlayırdı. 

Cəmşid  xan  Gilana  gedib  öz  irsi  mülkünə  sahibləndikdən 

sonra  Kuçsifahana  hücum  etdi  və  aradan  döyüş  başlandı. 

Cənnətməkan  həzrət  şah  ağsaqqal,  xeyirxah  və  tədbirli  adam  olan 

Yolqulu  bəy  Zülqədəri  Gilana  yolladı  və  Xan  Əhmədin  əbədi 

səadətinin  nişanəsi  olan  bir  məktubu  ona  təqdim  etdilər.  Orada 

yazılmışdı  ki,  ondan  zahirə  çıxan  bütün  qəbih  hərəkətlərə  və 

həyasızlığa  baxmayaraq,  irsi  mülkü  olan  Gilan  Biyəpişini  Xan 

Əhmədə verdik. [Amma o gərək] Cəmşid xanın bir oğluna aid olan 

Biyəpəs vilayətinin işlərinə qarışmasın, onlar bir-birləri ilə ata-oğul 

kimi  dolansınlar.  Xan  Əhməd  yaşadığı  yerin  möhkəmliyinə  və 

meşənin  sıxlığına  arxalanaraq  hərzə  adamdarın  sözlərinə,  cahil  və 

özbaşına kəslərin boşboğazlıqlarına, meşə çaqqallarına bənzər cahil 

və  özbaşına  adamların  boş  danışıqlarına  qulaq  asıb  öz  yolundan 

çıxdı. Şah Mənsur adlı bir əmirini qoşunla qəfildən özünün az adamı 



224 

 

ilə məsləhətə gəlmiş olan Yolqulu bəyin üstünə göndərdi və onu bir 



dəstə yaxın qaziləri ilə birlikdə öldürdülər. Bu qəbih əməldən şahın 

qəzəbi odlandı, Xan Əhmədin tənbeh olunmasını şahanə məqsəd və 

zərurət bildi. Doqquz yüz  yetmiş beşinci ildə (miladi 1567/68) şah 

qəzəb  və kinlə öz zəfər qoşununu Gilan  yürüşünə  göndərdi. O, bir 

tərəfdən şahzadə Sultan Mustafa Mirzəni, Əmir xan Türkmanı, Qoç 

Xəlifə  Mördarı,  Mirzənin  lələsi  Nəzər  Sultan  Ustaclını  və  başqa 

əmirlərini,  o  biri  tərəfdən  Kəskər  hakimi  İbrahim  Sultan 

Ziyadoğlunu  Mirzə  Kamran  Kuhdəmini,  Cəmşid  xanın  vəkili  olan 

Əhməd  Sultan  Biyəpəsini  Xan  Əhmədin  ülkasını  mühasirə  edərək 

onu ələ keçimək üçün yolladı. Şah həmçinin rüknüssəltənə (səltənət 

dayağı  -  Ş.F.)  Məsum  bəy  Səfəvini  də  qəhrli  bir  qoşunla  həmin 

məqsədlə  oraya  göndərdi.  O  vaxtlarda  Xan  Əhməd  Deyləman 

yaylağında  idi.  Əmir  xan  və  Nəzər  Sultan  ona hücum  etdilər.  Xan 

Əhməd  canının  qorxusundan  özünü  Lahican  şəhərinə  çatdırdı, 

Ləştəneşa sipəhsaları Əmir Cahangiri on iki min piyada və süvari ilə 

zəfər  şüar  əsgərlərin  üstünə  döyüşə  yolladı.  Qoşun  dar  bir  dərənin 

ortasında  gilanlıların  "bənəbər"  dedikləri  yolkəsmə  (təxtəbənd) 

əməliyatı apardı, qoşunun arxasında çoxlu tüfəngçi və oxatanlardan 

ibarət  döyüşçü  hazır  vəziyyətdə  dayandı.  Məsum  bəy  və  alişan 

əmirlər oraya çatdıqları  vaxt həmin alçaq adamlar dağılıb qaçdılar. 

Onların böyük bir hissəsi öldürüldü. Sədrəddin xan, Bayandur xan, 

Talış  və  Kəskər  əmirləri  oraya  yetişərək,  Əmir  Bahadır  və  Gilan 

Kəskərindən gələnlərlə döyüşüb qələbə çaldılar. Əmir Bahadırı, bir 

neçə əmiri  və qoşun başçısını (sipəhsalar) qətl etdilər. Xan Əhməd 

qəflət yuxusundan bir qədər ayılıb, özünə heç bir çarə tapa bilmədi. 

Sədri  olan  Mövlana  Əbdülrəzzaqı  bir  neçə  əyanla  səadətli  saraya 

yolladı,  peşmançılıq  izhar  etdi.  Qəzəb  şöləsi  hələ  sönmədiyi  üçün 

yalançı  danışıqlar  özünü  doğrultmadı.  Xan  Əhməd  özünü  itirərək 

Lahicandan  çıxıb,  Əşkur  istiqamətinə  qaçdı.  Gilan  əmirləri  həmin 

vilayətin  ətrafına  səpələnib  meşələrdə  çaqqallar  kimi  sərgərdan 

oldular.  Alişan  əmirlər  Lahicana  girib  o  məmləkəti  ələ  keçirdilər, 

rəiyyət tərəfindən yaxşı qarşılandılar. Xan Əhmədin Əşkura getməsi 

məlum  olduqda,  mübariz  əskərlərin  bir  dəstəsi  gəlib  bədxah 

adamların  ürəklərindən  də  dar  olan  Tənkabona  yetişdilər.  Əgər  bu 

yoldan keçən süvari orada azacıq ləngiyərsə  və onun nəzəri  yoldan 

yayınaraq ətrafa baxarsa, həmin adam və onun atı, heç şübhəsiz ki, 

həmin yoldan  yıxılıb həlak olacaqdır. İqbalın gücü ilə onlar həmin 

yolu  asanlıqla  keçib  Tənkabona  daxil  oldular.  Xan  Əhmədin 



225 

 

bacısının  damadı  olan  Məlik  Üveys  Rüstəmdarini  elə  oradaca  ələ 



keçirdilər. Xan Əhməd qalın cəngəlli dağlarda üç-dörd ay sərgərdan 

oldu, qazilərin qorxusundan hər gələn gecə-gündüzünü narahatlıqla 

keçirdi.  Elə  ki,  qış  gəldi,  şaxta  hücuma  başladı,  havanın  üstü 

gümüşləndi,  yağan  qarın  çoxluğundan  dağ  və  düzənin  səthi 

bərabərləşdi,  cənnətməkan  şah  Allahqulu  Sultan  Eycəkoğlu 

Ustaclını  və Mirzə Əli Sultan Qacarı,  bir dəstə əzəmətli qorçini və 

intiqama  tələsən  mübariz  əsgərləri  Əşkura  göndərdi.  Onlar  həmin 

vilayətin  meşələrində  Xan  Əhməd  xanı  axtarmağa  başladılar  və 

onun  dayandığı  yeri  təyin  etdilər.  Hüsam  bəy  ibn  Bəhram  xan 

Qaramanlı qorçi və döyüşkən əsgərlərdən iyirmi nəfərlə sübh tezdən 

Xan Əhmədə hücum etdi. O, iztiraba düşərək heç bir yana addım ata 

bilmədi,  gizlənməyə  məcbur  oldu.  Qazilər  axtarıb  onu  tapdılar, 

Allahqulu Sultanın yanına gətirdilər, o da onu Məsum bəy Səfəviyə 

təhvil verdi. 

Xülasə, Məsum bəy adlı-sanlı əmirlər və şüarları zəfər olan 

qorçilərlə Xan Əhmədi öz köçü və adamları ilə birlikdə aləmə pənah 

verən  saraya  çatdırıb,  Qəzvin  darüssəltənəsində  onu  müzəffər 

şəhriyarın  (Şah  Təhmasibin  -  Ş.F.)  yanına  gətirdilər.  Xəcalətlə 

etdiklərindən  peşman  olan  xan  yalvar-yaxara  başladı.  Şahanə  insaf 

onun  qanından  və  bütün  üsyan  və  itaətsizliyinin  üstündən  keçdi, 

lakin  onu  mülk  işlərindən  uzaqlaşdırdı,  amma  rəhm  edərək  zillətə 

salmadı,  Xan  Əhmədi  Qəhqəhə  qalasının  məhbusu  etdi.  Lahicanın 

idarəsi və bütün əmlakı Allahqulu Surtan Eycəkoğluya çatdı. Hüsam 

bəy  Qaramanlı  əmirlik  rütbəsinə  yüksəldi,  Əşkur  ona  verildi. 

Oradakı  hər  bir  yerə  hakimlər  təyin  edildi,  ədalət  bərpa  olundu, 

Gilan  hakimlərinin  törətdikləri  bütün  saysız-hesabsız  qeyri-məşru 

(şəriətin yol vermədiyi - Ş.F.) işlərə ölkədə son qoyuldu. Rəiyyət və 

miskin  adamlara  hörmət  edildi,  o  vilayətdə  şahanə  ədalət  büsatı 

quruldu. 

Xan Əhməd bir müddət Qəhqəhə qalasında qaldı. Ömrünü 

həmişə  yaxşı  keçirdiyindən  qalanın  vəziyyətinə  dözməyərək  bu 

rübaini yazıb orduya göndərdi: 

 

Dövranın əlindən bu gün ağlar mənəm,  



Tale mənə cövr eylədi, naçar mənəm.  

Bir küzə təki əyildi qəddim qəmdən,  



226 

 

Bədbəxtliyə bax Qəhqəhədə zar mənəm"



166

 

 



 

Ali ordunun zarafatcıl adamlarından biri ona cavab olaraq 

bu rübaini yazdı: 

 

Olmuşmu görən heç belə ağlar səni,  



Bədbəxtliyə bilmişəm səbəbkar səni.  

Sən dərdə düşüb indifəğan eylərsən,  

Qəh-qəhdir edən Qəhqəhədə zar səni.

167


 

 

Cənnətməkan  şah  xanın  halına  acıyıb,  onu  Qəhqəhə 



qalasından  çıxararaq,  geniş  sahəsi  və  yaxşı  otaqları  olan  Şirazın 

Estəxr  qalasına  göndərdi  ki,  qoy  bir  neçə  xidmətçisi  ilə  orada 

yaşasın.  Xan  Əhməd  xan  kimliyinə  münasib  yemək-içmək  və 

geyim-keçimlə  təmin  edildi.  O,  həmin  qalada  bir  neçə  il  yaşadı, 

vəzifəli adamların həmişə narahatlığına səbəb olan dünyəvi işlərdən 

uzaqlaşdı. Onun hər iki qalada keçirdiyi həbs  müddəti on il çəkdi. 

İsgəndər  şanlı  nəvvab  (Şah  Məhəmməd  Xudabəndə  -  Ş.F.)  taxta 

hümayun  cülusunun  əvvəllərində  özünün  möhtərəm  hərəmi  olan 

Məhdülya ilə xanın qohumluğu və yaxınlığı səbəbindən onu qaladan 

azad  etdi  və  Xan  Əhməd  yenidən  özünün  irsi  mülkünə  sahibləndi. 

Bu məsələnin təfsilatı öz vaxtında qələmə alınacaqdır. 

Doqquz  yüz  altmış  doqquzuncu  ildə  (miladi  1571/72) 

Gilanın bir dəstə döyüşçüsü özlərinin rahatlıqlarını pozaraq ölkədəki 

asayişi və dinc həyatı qarışdırdı. Onlar havanın isti keçməsinə görə 

Lahicandan  çıxıb  yaylağa  gedən  Allahqulu  Sultana  üsyan  edərək, 

Xan  Əhmədin  əcdadı  ilə  qohumluğu  olan  Seyid  Hüseyn  adlı  bir 

nəfəri  özlərinə  hakim  seçdilər.  Əmirə  Dəmac  adlı  bir  şəxsi 

sipəhsalar  təyin  edib,  öz  müxalifət  və  düşmənçilik  səslərini 

                                                           

166


 Beytin farscası: 

"Əz gərdeşe-çorx vajgun migeryəm,  

Əz covre-zəmane bin ke çun migeryəm.  

Ba qodde xəmide con sorahi, şəbo-ruz  

Dər Qəhqəheəm və leyk xun migeryəm" 

167


 Beytin farscası: 

"An ruz ke karət həmegi Qəhqəhe bud, 

Ba rəye-to rəye-səltənət səd məhe bud. 

Emruz dər in Qəhqəhe ba gerye besaz, 

K-an Qəhqəhe ra nətice in Qəhqəhe bud" 


227 

 

ucaltdılar,  səfeh  və  fitnəkar  adamlar  hər  yandan  gələrək  onların 



ətrafına toplaşdılar. 

Onlar Lahicanda qalada olan sufilər üzərinə  çoxlu adamla 

hücum edib, döyüşə başladılar. O qala möhkəm olmadığından içəri 

girib  bütün  sufiləri  qətl  etdilər,  hətta  onların  arvad-uşaqlarını  da 

intiqam  qılıncından  keçirtdilər.  [Sonra]  Allahqulu  Sultanın  oğlu 

Bəklaş  bəyin  üstünə  töküldülər.  Əmirə  Dəmac  yüz  cür  təşvişlə 

aradan çıxa bildisə də, əksər adamlarına ölüm şərbəti içirdilər. 

Əmirə Sasan bir dəstə igid döyüşçü ilə Kəskərdən çıxıb o 

yağıların  üstünə  hücuma  keçdi  və  onlarla  döyüşdü.  Dəmacın 

döyüşçülərin  sayı  iyirmi  min  nəfərə  yaxın  oduğundan,  o,  bərk 

məğlub  oldu,  lakin  böyük  səy  və  əziyyətlə  döyüş  mərəkəsindən 

qurtuldu. 

Bu  xəbər  elə  ki  şaha  çatdı,  ali  dərgah  ordusundan  Qoç 

Xəlifə  Möhrdarı  və  Əmir  Qeyb  bəy  Ustaclını  bir  dəstə  əmir  və 

sərdarla onun dəfinə yollandı. Onlardan başqa üç  yüz nəfər ustaclı 

və qəriblı qorçiləri də məqsədə doğru göndərildi. 

Bir  gün  qorçilər  arasında  söhbət  zamanı  igidlik  və  şücaət 

barəsində danışıq oldu. Döyüşkən cavanlardan və cəng meydanının 

mübarizlərindən yüz otuz nəfəri əmirlərdən icazəsiz gedib o vilayətə 

çatdılar.  Onlar  Lahicanın  bir  mənzilliyində  olan  Kukə  və  Keymə 

yetişdikləri  zaman  əqli  az,  amma  nadanlıqları  çox  olan  giləklər 

qorçilərin  gəlişindən  agah  oldular.  Onların  sayının  az  olması 

səbəbindən  hamısının  ələ  keçirilməsinin  mümkün  ola  biləcəyini, 

beləliklə də qızılbaşları qorxuya salaraq onların bir daha belə cürətə 

yol  verməyəcəklərini düşünən  giləklər həmin  az saylı qoşuna tərəf 

hərəkət etdilər. Əzəmətli qorçilər "Allahın istəyi ilə çox vaxt az bir 

dəstə çox dəstəyə qələbə çalır"

168


 qissəsinə (hədisinə - Ş.F.) inanıb, 

həmin düşmənlərə mərdanə həmlə etdilər. Gil (Gilan  - Ş.F.) qoşunu 

bir-birinin  ardınca  dəstə-dəstə  döyüş  meydanına  çıxdı.  Döyüş  atəşi 

şölələndi.  Qorçilər  gilanlıların  çoxluğundan  qətiyyən  çəkinməyib, 

biri  digərinin  köməyinə  arxalanaraq,  tərifi  indiyə  qədər  dillərdə 

dolanan  döyüş  məharəti  göstərdilər,  o  qarabəxtlərin  çoxunu  həlak 

etdilər. O əsnada gilək qoşununun sipəhsaları və sərdarı olan Əmirə 

Dəmaca  bir  güllə  dəydi  və  o,  həyat  atından  düşüb  ölüm  torpağına 

yuvarlandı.  Həmin  talesizin  öldürülməsi  nəticəsində  başqalarına 

                                                           

168

  İfadənin  ərəbcəsi:  "Kəm  min-fi-ətin  qəlilətin  ğələbət  fi-ətən  kəsirətən  bi  izni-l-



lahi" 

228 

 

qorxu üz verdi, vahiməyə düşüb məğlub oldular. Min nəfərdən çox 



gil[an]  döyüşçüsü  öldürüldü,  qalanları  isə  pərakəndə  olub,  öz 

ölkələrinə  üz  tutdular.  Bahadırların  əlinə  bol  qənimət  keçdi,  onlar 

dilavərliklə  Lahicana  getdilər.  İqbal  qoşununa  üz  verən  bu  qəribə 

hadisədən  sonra  əzəmətli  şah  qorçilərinin  igidləri  barədə  səs-soraq 

hər yana yayıldı. 

Əzəmətli  əmirlər  [isə  belə  özbaşına  hərəkətə  yol 

verdiklərinə  görə]  ittiham  edildilər.  Allahqulu  Sultan  Gilan 

əyalətindən  kənar  olundu,  o  vilayətin  var-yoxu  cavan  şahzadə 

İmamqulu Mirzənin lələsi Pirə Məhəmməd xan Ustaclıya verildi. O, 

şahzadənin  məiyyətində  həmin  istiqamətə  yollandı.  Nə  qədər  ki, 

həzrət cənnətməkan şah sağ idi, onlar o vilayətdə yaşamaqdaydılar. 

Allahqulu  Sultan  öz  qafilliyi  və  qüruru  üzündən  özünə  yaxın 

adamların  bir  hissəsinin  və  oğlu  Bəktaş  bəyin  öldürülməsi 

səbəbindən mürşide-kamilin (Şah Təhmasibin - Ş.F.) etibarını itirdi. 

Saf  təbiətli  sufilər  onu  dövlətxanaya  buraxmadılar.  O,  öz  evinə  də 

getməyib  sarayın  sabiq  işçisi  kimi,  üç  ay  qışın  soyuğunda,  qar  və 

yağış altında, dövlətxanadan kənarda durub qüsur və günahının əfv 

olunması xüsusunda xahişlər etdi. 

Mübarək  ramazan  ayı  çatanda  cənnətməkan  həzrət  şah 

seyid  və  üləmalarla  təmasda  olub,  onun  günahından  keçdi, 

Allahqulu Sultana öz evinə qayıtmaq icazəsi verildi. Bayram günü o 

sufilik  qayda-qanunu  üzrə  şahın  səcdəsinə  gəldi,  amma  şahın 

mübarək  xatiri  [yenə  də]  ondan  incik  idi  və  onun  [hökmdarın 

yanında]  hörməti  (abru)  qalmamışdı.  O  həzrətə  üz  verən  qaçılmaz 

ölüm  hadisəsindən  sonra  [Allahqulu  Sultan]  təkələlarən  əli  ilə 

öldürüldü. 

O  həzrətin  dövründə  məmləkətdə  baş  verən  başqa 

hadisələri,  itaətsiz  əlvar,  talış  və  rüstəmdar  kürdlərinin 

cəzalandırılmasını, hər tərəfdə baş  verən qarmaqarışıqlığın tədbirlə 

və [yaxud] qılınc gücünə dövlət tərəfindən yatırılmasım əgər qələmə 

alsaq,  mətləb  olduqca  uzanar,  çünki  bizim  məqsədimiz  hümayun 

zilləllah  şahın  (Şah  Abbasın  -  Ş.F)  əbədi  dövlətinin  hakimiyyəti 

vaxtında  baş  vermiş  əhvalatları  yazmaq  olduğundan,  başqa 

hadisələrin  incəliklərini  öyrənməkdən  ötrü  Həsən  bəy  Rumlunun 

"Əhsənüt-təvarix" kitabına müraciət etmək lazımdır. İndi isə dünya 

padşahlarının  elçilərinin  səadətli  saraya  gəlmələri  barədə  bir  neçə 

məlumat verilir. 

 


229 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin