396
ümumrespublika üzrə bu rəqəm 17,8 faiz idi. DQMV-də şəhərlərarası telefon
rabitəsinin də inkişafı ümumrespublika səviyyəsində birmdliyi saxlamışdır. Bəhs
etdiyimiz dövrdə, adam başm a düşən şəhərlərarası telefon damşıqlannm sayı
respublika üzrə 4,15 faiz, Azərbaycanm DQM V üzrə 7,69 faiz təşkil etmişdir.43
Y uxandakı bütün yüksək göstəridlər dövlətimizin Dağlıq Qarabağ bölgəsinə
göstərdiyi dərin qayğmm nəticəsində əldə edilmişdir.
Azərbaycan
SSR-in
DQMV-də məhsuldar qüwələrin inkişafında
qazandığı nailiyyətlər onun iqtisadi əlaqələrinin təkmilləşməsəinə kömək
etmişdir. 1987-ci ildə vilaytətin regionlararası iqtisadi əlaqələrinin ümumi
dövriyyəsi təxminən 260 milyon m anata çatmışdır. Bundan 150 milyon manathğı
ixrac olunurdu. Vilayətdən apanlan sənaye və kənd təsərrüfatı məhsullannın 50
milyon manatlığı Azərbaycanm iqtisadi rayonlanna, 100 milyon manathğı ilə
SSRİ məkanmdakı ittifaq respublikalanna göndərilirdi. Onu d a qeyd edək ki,
Dağlıq Q arabağda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullan yerli
tələbatı ödədikdən sonra, artıq məhsul ixrac edilmişdir. DQMV-də əhalinin illik
iqtisadi tələbatı 275 milyon m anat təşkil edirdi ki, bunun 110 milyon manatı
idxal məhsulları'na əsaslanırdı. M araqlı cəhət ondan ibarətdir ki, erməni
millətçiləri Dağhq Qarabağ iqtisadiyyatmı Ermənistanla bağlayaraq bütün
dünyada bu fikri formalaşdırmışlar. Halbuki konkret faktlara, Azərbaycanın
regionlan arasında təsərrüfat əlaqələrini xarakterizə edən materiallara,
sahələrarası balansa istinad edərək bu fıkirin ağ yalan olduğunu görürük. Tam
məsuliyyət hissi ilə deyə bilərik ki, DQMV-nin iqtisadiyyatı Azərbaycan xalq
təsərrüfatı kompleksinin üzvi hissəsi olub, aməyin respublikadaxili bölgüsündə
fəal iştirak edir və onun sabit fəaliyyəti respublikamızm əlaqələri vasitəsilə
aparılırdı. Erm ənistandan DQMV-nə yalmz 1,5 milyon m anata yaxın dəyərində
(gətirilən ümumi məhsulun 1,4 faizi həcmində) məhsul daxil olurdu.
Erm ənistandan daxil olan məhsullar sırasına dəri ayaqqabı, meyvə-tərəvəz
konservləri, dəri-xırdavat m əm ulatlan, tikiş və trikotaj məmulatlan təşkil edirdi.
DQM V
sosial-iqtisadi cəhətdən Azərbaycamn ən yüksək inkişaf etmiş
regionlarmdan biridir. Azərbaycan hokumətinin dərin qayğısı nəticəsində
397
Vilayətdə, torpaq, yeraltı sərvətlər, meşələr nəzərə alınmadan 2,5 milyard qiyməti
olan milli sərvət yaradılmışdır ki, bu sahədə bölgədə adambaşına düşən göstərici
orta respublika səviyyəsindən 1,3 dəfə çoxdur.44 Dövlətimiz DQMV-də
sənayenin, kənd təsərrüfatının, sosial -infrastnıkturanın inkişafı üçün nəhəng
tədbirlər həyata keçirmiş, nətieədə burada yaşayan əhalinin həyat səviyyəsi xeyli
yüksəlmişdir. Dağlıq Qarabağ əhalisinin güzaranı adambaşına düşən bir çox
göstəricilərə görə ümumrespublika səviyyəsini xeyli üstələmişdir. Dağlıq Q arabağ
əhalisinin ehtiyaclarına Azərbaycan hökuməti tərəfındən daim diqqət yetirilməsi,
onun məhsuldar qüvvələrinin respublika xalq təsərrüfatı kompleksi ilə üzvi
şəkildə inkişafı Vilayətdə sosial- iqtisadi inkişafa çox böyük təsir göstərmişdir.
Azərbaycan hökuməti Vilayətə təkcə vəsait ayrm aqla kifayətlənməyib, yanacaq,
enerji, neft məhsulları və digər tələb olunan məhsul, texnika və avadanlıqlarla
təmin edirdi. DQMV-nin iqtisadi inkişafında və əlaqələrində digər respublikalara
nisbətən RSFSR, Ukrayna, Latviya, Estoniyanın rolu daha böyük olmuşdur.
Ümumiyyətlə, Vilayətin iqtisadi əlaqələrinin ümumi dövriyyəsində Azərbaycan
regionlannm xüsusi çəkisi 90 faiz, Ermənistanmkı 1,4 faiz, digər ittifaq
respublikalannmkı 8,6 faiz təşkil etmişdir.45 Bu faktın özü akademik
A.Aqambekyan və digər erməni millətçilərinin «Dağlıq Qarabağ iqtisadiyyatının
Emıənistandan asılılığı» tezisinin tamamilə yanlış olduğunu əyani şəkildə sübut
edir.
DQMV-nin iqtisadi əlaqələri intensiv inkişaf edirdi. Dağlıq Qarabağda
istehsal olunan məhsulların yarıdan çoxu onun hüdudlanndan kənara aparıhr və
əhalinin tam tələbatını ödəmək üçün 40 faiz məhsul idxal olunurdu. Dağlıq
Qarabağm iqtisadiyyatmın formalaşmasmda Azərbaycanm regionları daha
böyük rol oynayırdı. Ağdam, Tərtər, Ağcabədi, Fizuli, Cəbrayıl, Kəlbəcər,
Laçın, Qubadlı, Zəngilan rayonlan ilə DQM V bütöv bir təbii-coğrafı region,
kompleks ekaloji sistem, vahid çay şəbəkəsi, qarşılıqlı surətdə bağlı iqtisadiyyat,
dəmiryol xətti, avtomobil yolları, qaz kəmərləri, elektrik ötürücü xətləri və başqa
amillər əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır. Dağlıq Qarabağın
və Azərbaycanm digər regionlarmm iqtisadiyyatı bir-birini tamamlayır, onlar
/
398
arasında qarşılıqlı iqtisadi əlaqələrin güclənməsi isə obyektiv xarakter daşıyırdı.
Təkcə bir faktı qeyd edək ki, Dağlıq Qarabağda fəaliyyət göstərən Qarabağ tpək
kom binatı Şəki tpək tstehsalat birliyindən ipək çap alırdı. Həmin sapdan
Q arabağ ipək kom binatında xam ipək parça hazırlanır və naxış vurulm aq üçün
yenidən Şəkiyə göndərilirdi. Xankəndi ayaqqabı fabriki Bakı müəssisələrindən
xammal alır, burada istehsal olunan hazır məhsul isə əsasən, Azərbaycamn
hüdudlan daxilində satılırdı. Bu cür qarşılıqlı əlaqələr Dağhq Qarabağm digər
müəssisələri üçün də səciyyəvi idi. Eyni zamanda, kənd təsərrüfatı xammalmın
istehsalı və emalı üzrə regionlararası və regionlardaxili əlaqələrin daha da
dərinləşdirilməsi prinsipial əhəmiyyət kəsb edirdi.46 Çox təəssüflə qeyd edək ki,
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına başlaması ilə DQMV-
nin yüksək səviyyədə yaradılmış iqtisadi əlaqələri pozuldu. Bir həqıqəti
vurğulam aq yerinə düşərdi ki, respublikamızm bütün regionlarmın, o cümlədən,
DQM V-nin inkişafımn siyasi, iqtisadi, sosial, milli və digər məsələlərinin
kompleks həlli milli dövlət quruculuğu prinsiplərinin toxunulmazlığmm təmin
edilməsindən,
şovinist
meyllərin
və
milli
məhdudiyyətin
aradan
qaW mlmasmdan' • işğal
olunmuş
torpaqlarımızm
qeyri
şərtsiz
azad
edilməsəindən,
Azərbaycanda
yaşayan
bütün
millətlərin
və
xalqların
nümayəndələrinin əməkdaşhğmm inkişaf etdirilməsindən asılıdır.
1986-1987-ci illərdə DQMV-nin iqtisadi inkişafı burada yaşayan əhalinin
rifahının yaxşılaşmasma şərait yaratmışdır. 1986-1990-cı illəri əhatə edən 12-ci
beşillik üçün sisial-iqtisadi inktşafa dair dövlət planma DQMV-nin inkişafmın
sürətləndirilməsi
ilə
əlaqədar
kompleks
məqsədli
proqram larla
əmək
ehtiyatlarm dan səmərəli istifadə edüməsinə uyğun olaraq məhsuldar qüwələrin
və əhalinin maddi rifahınm yüksəldilməsi üçün konkret tədbirlər görülmüşdü.
Həmin tədbirlərdən biri «DQMV-də məhsuldar qüwələrin daha d a inkişaf
etdirilməsi tədbirləri haqqm da» qərar layihəsinin hazırlanması idi. Azərbaycan
hökuməti DQMV-də sosial-mədəni tədbirlərm həyata keçirilməsinə lazımi
səviyyədə vəsait ayırmış və ildən-ilə onu artırmışdır. Məsələn, 1985-ci ildə
Vilayətdə həmin büdcə vəsaitinin həcmi 28 milyon manat, 1986-cı ildə 34 milyon
m anat, 1987-ci ildə 37,7 milyon m anat təşkil etmişdirsə, 1988-ci ildə artaraq 40
milyon m anata çatmışdır. Aparılan hesablamalara görə, artan vəsaitin həcmi
ümumrespublika səviyyəsindən 2 dəfə çox olmuşdur. Azərbaycan hökumətinin
qayğışı nəticəsində Dağhq Qarabağ əhalisinin rifahı xeyli yaxşılaşmışdır. 1986-
1987-ci illərdə DQMV-də əhalinin adambaşma düşən pul gəlirləri 1100 manatı
keçmişdir ki, bu d a ümumrespublika səviyyəsindən təxminən 100 manat,
Naxçıvan MSSR-dan isə 170 m anat çox idi.
Bəhs etdiyimiz illərdə, DQMV-də əhalinin məşğulluq səviyyəsi daha da
inkişaf etmişdi. Burada yeni sənaye müəssisələrinin, onlann fıliallarının, sexlərin
yaradılması əhalinin işlə təminatmı yaxşılaşdırmışdır. Vilayətdə əhalinin 95 min
nəfəri işlə təmin olunm uşdur ki, bu da Azərbaycanm iri sənaye regionları olan
Bakı və Sumqayıtdan sonrakı yeri tuturdu.47
DQM V-də əhalinin bazara olan tələbatı tam ödənilirdi. A panlan
tədqiqatlara görə müəyyən olunur ki, istər ticarət müəssisələrinin sayma, istər
ticarət dövriyyəsinin həcminə, istərsə də əhaliyə düşən mağazaların sayına görə
DQMV ümumrespublika səviyyəsində birinci yerdə
dayanmışdır. Məsələn,
1987-ci ildə DQM V-də pərakəndə mal dövriyyəsinin həcmi 1960-cı illə
müqayisədə 5,1 dəfə
artmışdır. Ümümrespublika səviyyəsində bu artım 4,6
dəfəyə bərabər idi.
1987-ci ildə adam başm a düşən pərakəndə ticarət
dövriyyəsinin həcmi DQMV-də 683 m anat idisə, Naxçtvan MSSR-da 516
m anata çatındı. 1960
- c j
illə müqayisədə 1987-ci ildə adam başına düşən mal
dövriyyəsinin inkişaf sürəti DQMV-də 3,7 dəfə, ümumrespublika üzrə 2,7 dəfə
artmışdır. Bəhs etdiyimiz dövrdə, DQMV-də pərakəndə ticarət müəssisələrinin
sayı xeyli artmışdır. 1987-ci ildə respublikamızda hər 10 min nəfərə 28 ticarət
müəssisəsi düşürdü, Azərbaycanın Naxçıvan bölgəsində bu göstərici 25-ə,
DQMV-də isə 40-a çatırdı. Bundan əlavə, tədqiqatlar nəticəsində məlum olur ki,
1987-d ildə 10 min nəfərə düşən mağazaların ticarət sahəsinin həcminə görə
DQM V Azərbaycanda 1-d yeri tutm uşdur. Belə ki, bəhs edilən ildə həmin
göstərid respublika üzrə 1293 kv. km., Naxçıvan M SSR-da 1409 kv.km.,
DQMV-də 1932 kv. km. idi.48 Bütün bunlar isə tariximizi saxtalaşdıran, DQMV-
400
də ermənilərin «çətin iqtisadi vəziyyətdə» yaşamasmı bütün dünyaya bəyan edən
erməni millətçilərinə (Z.Balayan, S.Xanzadyan, B.Ulubabyan, S.Kaptukiyan və
başqalarma) tutarlı cavabdır.
1986-1987-ci illərdə Azərbaycan hökuməti DQMV-də əhalinin məişət
xidmətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirdi. 1960-cı
illə müqayisədə 1987-ci ildə bölgədə məişət xidməti em alatxanalannm sayı 17
dəfə artdı. Əhalinin sayma görə emalatxanalann miqdarı Dağlıq Qarabağ
regionu Azərbaycanda birinci yerdə dayanırdı. Belə ki, 1987-d ildə
Azərbaycanda hər 10 min nəfərə 17 məişət xidməti emalatxanası düşürdüsə bu
göstərici Naxçıvan MSSR-da 29-a, DQMV-də 25-ə çatırdı. Apanlan
hesablamalara görə 1987-ci ildə Respublikamızda hər bir sakinə düşən məişət
xidmətinin həcmi 30 m anat təşkil edirdisə, Naxçıvan MSSR-da 22 manat,
DQM V-də isə 41 m anat idi.49
1986-1990-cı illərdə Azərbaycan dövləti DQMV-də mənzil tikintisinin
inkişafı üçün konkret tədbirlər planı işləyib hazırlamışdı' Həmin illərdə
Azərbaycanm 14 dağ rayonunun, o cümlədən, DQMV-nin Şuşa və Hadrud
rayonlannda mənzil tikintisi üçün xüsusi proqram və əlavə vəsait aynldı. Həmin
vaxt Vilayət Partiya Komitəsi Ağdərə rayonunu da bu plana daxil etmək
niyyətinə düşsədə, rayonun sosial-iqtisadi inkişafmdakı yüksək göstəricilər,
Azərbaycan hökümətinin B.Geverkovun bu fıkrini qəbul etməməsinə səbəb oldu.
DQM V Azərbaycanm tikinti materialları ilə zəngin regionlarından biridir.
Burada ağac emalı müəssisələri, daş karxanaları, dəmir beton zavodları, əhəng,
kərpic, kirəmid müəssisələri, mərmər sexi və başqa tikinti materiallan
müəssisələri yaradılmışdı. Azərbaycan hökumətinin bölgəni lazımi avadanlıq və
m ateriallarla təmin etməsi burada tikinti abadhq işlərinin sürətlənməsinə səbəb
olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində bölgədə əhalinin mənzilə olan
tələbatı demək olar ki, tam ödənilmiş və adambaşına düşən mənzil sahəsinə görə
D QM V ümumrespublika səviyyəsini üstələmişdir. 1986-1987-ci illərdə DQMV-
də mənzil tikintisi yüksələn xətlə xarakterizə olunmuşdur. Həmin illərdə, Dağhq
Q arabağda
123,9 min kvadrat metr mənzil sahəsi istifadəyə verilmişdir ki, bu
da 1984-1985-d illə müqayisədə 1,5 dəfə artıq idi. 1987-d il məlumatma görə
Azərbaycanda hər bir sakinə 10,9 kv.m. mənzil sahəsi düşdüyü halda,
respublikamızm Naxçıvan bölgəsində bu göstərici 9,5 kv. metrə, DQMV-də isə
14.6 kv. metrə çatırdı.50
Əvvəlki illərdə olduğu kimi, 1986-1987-ci illərdə də DQMV-nin
abadlaşdırılması
işi
müvəffəqiyyətlə
davam
etdirilmişdir.
Azərbaycan
hökumətinin həyata keçirildiyi tədbirlər nəticəsində vilayətdə mənzillərin su, qaz,
kanalizasiya xətləri ilə təminatı işi tam həyata keçirilmiş və hətta bu sahələrdə
oları göstəriälər ümumrespublika səviyyəsini üstələmişdir. Dağlıq Qarabağda
küçə sü xətləri şəbəkəsinin uzunluğu 203,2 kilometr, o cümlədən, Xankəndində
65.6 kilometr (32.2 faiz) təşkil edirdi. Əgər respublikamızm şəhər yerlərində
şəxsi mülkiyyətdə olan mənzil fondlarımn su kəməri ilə təchizatı 30,5 faiz təşkıl
edirdisə, Naxçıvan regionunda bu göstərici 7,4 faiz. Dağlıq Qarabağda isə 45,5
faiz idi.5' Vilayətin mənzil fondu ilbəil abadlaşdırılırdı. Burada qazlaşdırma işi
çox sürətlə davam etdirilirdi. 1970-İ 987-ci illər ərzində Dağlıq Qarabağda
qazlaşdınlmış mənzillərin sayı 4,3 dəfə artmışdır. I987-ci ildə DQMV-də
şəhər,
rayon, qəsəbələrdəki şəxsi mülkiyyətdə olan mənzillərin qazla təminatı 100 faiz
yerinə yetirilmişdir. Halbuki, bu göstərid ümumrespublika səviyyəsində 96,2
faizə çatırdı. Faktlardan göründüyü kimi, DQM V mənzil tikintisi, abadlıq
quraşdırma sahəsindəki göstəridlərə görə Azərbaycanm regionlan arasında
birinci yerdə dayanmışdır. Lakin aparılan təhlillər nəticəsində məlum olur ki,
Dağhq Qarabağda bu sahədə bəzi problemlər var idi. İlk növbədə, Dağlıq
Qarabağın erməni rəhbərliyi Şuşa rayonu ərəazisində nəzərdə tutulan tikinti
işlərini məqsədli şəkildə kəsrlə yerinə yetirmişdir. H ətta, 1987-ci ildəki məlumata
görə, Vilayətdə fəaliyyət göstərən 23 podratçı təşkilatmdan 14-ü nəzərdə
tutulmuş proqramm öhdəsindən gəlməmişdir. Eyni zamanda, erməni millətçiləri
bölgədə süni sürətdə narazılıq yaratm aq üçün tikinti sahəsi üçün Azərbaycan
hökuməti tərəfindən aynlan vəsaitin xeyli hissəsini xərcləməmişdir. Xüsusi təssüf
hissi ilə qeyd etməliyik ki, tikinti, abadlıq quraşdırm a işləri ermənilərin daha çox
/
cəmləşdıyi ərazilərdə
402
aparılırdı. 1988-ci ildən başlayaraq Ermənistanm Azərbaycana qarşı
əsassız ərazi iddiaları yenidən baş qaldırmış və bu hadisə, başqa sahələrdə olduğu
kimi, mənzil tikintisinə də öz mənfi təsirini göstərmişdir. 1987-d ildə DQMV-də
ümumi sahəsi 76 min kvadrat metr olan mənzil sahəsi istifadəyə verilmişdirsə
1988-d ildə bu göstərid 28,4 min kvadrat metrə enmiş və 1989-cu ildə tamamilə
dayandırılmışdır.52
1986-1987-ci illərdə, başqa sahələrdə olduğu kimi, Dağlıq Qarabağm
mədəni və mənəvi həyatında da irəliləmələr olmuşdu. 1985-ci ildə DQMV-də
məktəbəqədər uşaq müəssisələrinin sayı 85 idisə, 1986-cı ildə 97-yə, 1987-ci ildə
98-ə çatdı. Həmin müəssisələrdə tərbiyə olunan uşaqların sayı 1985-ci ildəki 7,3
min nəfərdən, 1988-ci ildə 8,3 min nəfərə yüksəldi. I988-d ilin məlumatma görə
Azərbaycan əhalisinin 20 faizi məktəbəqədər uşaq müəssisələri ilə
təmin
olunmuşdur, bu göstərid Naxçıvan MSSR-da 12 faiz, DQMV-də 35 faiz təşkil
etmişdir. Aparılan hesablamalara görə, 1988-ci ildə Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan kəndlərin 12 faizi məktəbəqədər uşaq müəssisələri ilə
təmin olunduğu halda, ermənilər yaşayan kəndlərdə bu rəqəm 35 faizə
çatmışdır.53
1986-1988-ci illərdə DQMV-də
2 məktəb binası tikilib istifadəyə
verilmişdi.54 1987-1988-ci illərdə Vilayətin şəhər və kəndlərində 207 ümumtəhsil
məktəbi fəaliyyət göstərirdi. Həmin müktəblərdə 34,7 min şagird təhsil alırdı.
1985-ci illə müqayisədə 1988-ci ildə Dağlıq Qarabağm ümujntəhsil məktəblərində
müəllimlərin sayı artaraq 3,9 mindən 4 minə çatdı.55 A panlan müqayisələr
nəticəsində məlum olur ki, istər məktəblərə, istərsə də şagirdlərə düşən
müəllimlərin sayı DQMV-də ümumrespublika səviyyəsində birind yerdə
dayanmışdır. Məsələn, 1988-ci ildə Naxçıvan MSSR-da hər məktəbə orta
hesabla 37 müəllim düşdüyü halda DQMV-də bu göstərid 52 idi. DQMV-də hər
müəllimə 8,5 şagird, Naxçıvan MSSR-da 10 şagird düşürdü.56
1986-1988-ci illərdə DQMV-də peşə təhsili sistemində də irəliləyiş
müşahidə edilmişdir. Dağlıq Qarabağın texniki peşə məktəblərində minlərlə
şagird sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, məişət xidməti və başqa sahələr
403
üzrə peşələrə yiyələnirdilər. 1988-d ildə Dağlıq Q arabağda səhiyyə, mədəniyyət,
maarif, təsərrüfat və başqa sahələr üzrə orta ixtisaslı kadrları hazırlayan 6
texnikum fəaliyyət göstərirdi ki, bu texnikam larda hər il 2,3 min tələbə təhsii
alırdı. 1987-ci ildə DQMV-də bir ali təhsil müəssisəsi - Xankəndi Pedaqoji
İnstitutu fəaliyyət göstərirdi. İnstitutun müxtəlif şöbələrində, ayrı-ayrı ixtisaslar
üzrə 2,2 min tələbə təhsil alırdı.57 Xankəndi Pedaqoji İnstitutunun milliyətcə
Azərbaycanh olan müəllim və tələbələri 1988-d il mayın 16-da Ermənistanm
Azərbaycana qarşı başladığı əsassız ərazi iddialan ilə Xankəndindən qovuldular.
Azərbaycanlılardan ibarət pedaqoji kollektiv Şuşa şəhərində müvəqqəti
sığınacaq tapdı. Lakin az sonra erməni lobbisinin antitürk, antiAzərbaycan
siyasətinin təsiri ilə institutun Azərbaycan bölməsi Gəncəyə köçürüldü. SSRİ
Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli 1208 sayh qəran ilə Xankəndi
Pedaqoji İnstitutu öz fəaliyyətini dayandırmışdır.58 Lakin mərkəzdə yüksək vəzifə
tutan ermənilərin himayəsi ilə institutun erməni şöbəsi bu qəran tanım adı və
fəaliyyətlərini Xankəndi İnstitutun binasında davam etdirdilər. İnstitutun
azərbaycanlılardan ibarət kollektivi Azərbaycan SSR Nazirlər Sovetinin 22
fevral 1991-ci il sərəncamına əsasən Respublika Təhsil Nazirliyinin qərarı ilə
Şuşada öz fəaliyyətlərini davam etdirdilər. 1992-d il mayın 8-də erməni
vandallarmın Şuşanı işğal etməsilə N.Tusi adm a ADPU-nin Şuşa filialı
Ağcabədidə öz işini davam etdirdi.59
1986-1988-d illərdə Azərbaycan hökumətinin dərin qayğısı nəticəsində
DQMV-də
mədəni-maarif müəssisələrinin
maddi
texniki
bazası
xeyli
möhkəmlənmişdi. Belə ki, 1985-ci illə müqayisədə 1988-d ildə Dağlıq Q arabağda
kütləvi kitabxanalann sayı 231-dən 235-ə, oradakı kitabların sayı 1,6 milyon
nüsxədən 1,8 milyon nüsxəyə, klublar 267-dən 272-yə, muzeylər 6-dan 7-yə,
qəzetlərin tirajı 30 milyondan 36 milyona çatdı.60 1988-d ildə
Vilayətdə
muzeylərə gələnlərin sayı 74 min nəfər, teatra baxanlar 80 min, kinoya baxanlar
1 milyon 222 min nəfər idi.61 A panlan araşdırm alardan məlum olur ki, əw əlki
dövrlərdə olduğu kimi, 1988-ci ildə də Dağlıq Q arabağda əhalinin mədəni-
m aarif müəssisələri
ilə təminatı bütövlükdə keçmiş SSRİ məkanmda,
404
ümumrespubUka
səviyyəsində,
Ermənistanla
müqayisədə
birind
yerdə
dayanmışdır. Məsələn, 10 min nəfərə düşən kütləvi kitabxanaların sayı keçmiş
SSRİ-də 4,8, Ermənistan SSR-də 4,1, ümumrespublika üzrə 6 olduğu halda
Azərbaycamn DQM V-də 13-ə çatırdı. 10 min nəfərə düşən klublann sayı SSRİ-
də 5,4, Ermənistanda 3,8, Azərbaycan üzrə 5 idisə, Vilayətdə 15-ə çatmışdı.
Bundan əlavə, əhalinin 10 min nəfərinə düşən kino qurğulannın sayı
Azərbaycanda 3, Ermənistanda 2,9, SSRİ-də 5,4 olduğu halda Dağhq
Qarabağda bu rəqəm 11,2 idi. Həmin ildə, Vilayətin yaşayış məntəqələrinin
kütləvi kitabxanalarla təmin edilməsi 105,6 faiz olduğu halda, Azərbaycan üzrə
bu göstərici 94,4 faiz təşkil etmişdir.63 Yuxandakı statistik rəqəmlər erməni
millətçilərinin bütün dünyaya yaydıqları «DQMV-də yaşayan əhalinin sosial-
iqtisadi geriliyi» tezisinin tamamilə ağ yalan olduğunu göstərir. Lakin təssüfiə
qeyd edək ki, Dağlıq Qarabağm erməni rəhbərliyi Vilayətdəki Azərbaycanh
kəndlərinə ögey münasibət göstərmiş və həmin kəndlərin çoxunda bir dənə də
olsun mədəni-maarif müəssisəsi tikilməmişdir. Az-çox mövcud olan klub və
kitabxanalar lazımı avadanlıq və vəsaitlə təmin edilmir, baxımsızlıq ucbatından
dağıhrdı. Təkcə bir faktı qeyd edək ki, 1988-ci ildə azərbaycanlılar yaşayan
kəndlərdə bədən tərbiyəsi və idman qurğulan ilə təminat 24 faiz təşkı'I etdiyi
halda bu göstərici ermənilərin məskunlaşdığı kəndlərdə 48 faizə çatmışdır.64
Azərbaycan hökuməti, əvvəlki dövrlərdə olduğu kimi 1986-1988-ci illərdə
də Dağlıq Qarabağ əhalisinin sağlamlığına dərin qayğı göstərmişdir. Azərbaycan
hökuməti DQM V-də tibbi xidmət işini ilbəil yaxşı,laşdırrmş, əhalinin
sağlamlığımn mühavizəsinə sərf edilən vəsaiti çoxaltmış, müalicə profilaktika
müəssisələrinin şəbəkəsini genişləndinniş, həkimlərin və orta tibb işçilərinin
sayını artırmışdır. Azərbaycan hökuməti, əvvəlki illərdə olduğu kimi, 1986-1988-
ci illərdə də Vilayətin xəstəxanalannı hər cür avadanhqlar və müasir tipli
cihazlarla təchiz etmişdir. 1988-ci ildə Dağlıq Q arabağda 1865 çarpayısı olan 32
xəstəxana, 60 am blator-poliklinika müəssisələri, 182-i qadm məsləhətxanası
fəaliyyət göstərirdi.65 Tədqiq edilən dövrdə, əhalinin 10 min nəfərinə düşən
xəstəxana çarpayılannın sayı Azərbaycanda 97,7, Ermənistanda 86,2, DQMV-də
101,7-yə çatırdı.66 1986-1988-ci illərdə DQMV-də həkimlərin və orta tibb
işçilərinin sayında da artım müşahidə edilmişdir. Təkcə, orta tibb işçilərinin sayı
1985-ci illə müqayisədə 1988-ci ildə 2252-dən 2331-ə qalxmışdır. 1988-ci ildə
Dağlıq Qarabağda müxtəlif ixtisaslı ali təhsilli 510 həkim işləyirdi.67 DQMV-də
əhalinin tibb işçiləri və həkimlərlə təminatı istər ittifaq miqyasmda istərsədə
ümumrespublika səviyyəsində birinci yerdə dayanmışdır. Belə ki, apanlan
araşdırmalardan məlum olmuşdur ki, əhalinin 10 min nəfərinin orta tibb heyəti
ilə təminatı SSRİ-də 114,7, Azərbaycanda 93,5, Ermənistanda 93,5 nəfər
olmuşdursa DQMV-də 122,7 nəfərə çatmışdır.68 Bundan əlavə, əhalinin 10 min
nəfər hesabı ilə bütün ixtisaslardan olan həkimlərlə təminat Naxçıvan MSSR
25.9 nəfər, DQMV-də 29,1 nəfər idi.69
DQMV özünün sağlamlıq ocaqlan, istirahət evləri və səfalı yerləri ilə şöhrət
qazanmışdır. Vilayətdə ümumittifaq əhəmiyyətli sanatoriya və istirahət
müəssisələri, turist bazan fəaliyyət göstərirdi.
Dağlıq Q arabağda yaşayan əhälinin sağlamlığına qayğı, onlarm maddi
rifah halının yaxşılaşması, öKim hallannm azalmasına, əhalinin
sayınuı
artmasına səbəb olmuşdur. 1989-cu il əhalinin siyahıya almma yekunlarına görə,
DQMV-də 187,8 min nəfər əhali yaşayırdı ki, bunun 145,4 min nəfərini (77
faizini) ermənilər, 40,3 minini (21,5 faizi) azərbaycanlılar, qalamnı isə qeyri
millətlər təşkil etmişdir.70 Həmin ildə,
Dağlıq Q arabağda əhalinin 52 faizi
şəhərdə 48 faizi kənddə yaşayırdı.71
1979-1989-cu illərdə Dağlıq Qarabağda
əhalinin sayı 37 min nəfər artmışdı. 1979-cu illə müqayisədə 1989-cu ildə
azərbaycanhlann xüsusi çəkisi 1,5 faiz azalmış, ermənilərin sayı 1,1 faiz
artmışdır. Bəs necə olmuşdur ki, 1970-1979-cu ilərdə DQMV-də azərbaycanlılar
4.9 faiz artmış, ermənilər isə 4,7 fatz azaldığı halda, 1980-ci illərin əwəllərindən
əksinə oJmuşdur? Bölgədə azərbaycanlıların xüsusi çəkisinin azalması səbəbləri
araşdırılarkən məlum olur ki,
1980-1989-cu illərdə DQM V-nə gələn
azərbaycanlılar (xüsusilə çoban və m aldar ailələr) pasport qeydiyyatma
almmamış, alm anlar isə statistik uçotda göstərilməmişlər. Eyni zam anda, Vilayət
/
Statistika İdarəsi məqsədilə şəkildə yuxan təşkilatlara ermənilərin sayma dair
406
şişirdilmiş məlumatlar verirdilər. Dağlıq Qarabağdan köçüb gedən və ölən
ermənilər qeydiyyatdan çıxanlmırdılar. Ermənistanda yaşayan ermənilər həm
Ermənistan vətəndaşı, həm də DQMV-nin vətəndaşı kimi pasport qeydiyyatma
götürülürdülər. Bütün bunlarla yanaşı, «Kurort şəhərini böyütməmək» adı
altında Şuşada yeni yaşayış zonasının yaradılması Vilayət XDS-nin qərarı ilə
qadaqan edilmişdi. DQMV ali hakimiyyət orqanları yuxanda göstərdiyimiz
halların aşkar olacağmdan ehtiyat edərək 1989-cu il siyahıyaahnması zamanı
Moskvanm
siyahıya
ahnm a
üzrə
nümayəndəsini
Vilayət
ərazisinə
buraxmamışlar.72
Bütün yuxandakı faktlarla yanaşı, Dağlıq Qarabağın millətçi rəhbərliyi
məqsədli şəkildə azərbaycanlılar yaşayan kəndlərə ögeymünasibət göstərir,
sənaye obyektləri fıliallan və mədəni məişət obyektləri tikilərkən erməni yaşayış
məskənləri əsas obyektə çevrilirdi. azərbaycanlılar yaşayan kəndlərdəki bu və ya
digər süni maneələr yaşayışı çətinləşdirir və onlann öz dədə-baba yurdlannı tərk
etməsinə gətirib çıxarırdı. Bütün bunlara baxmayaraq, 1970-ci illə müqayisədə
1989-cu iləd D QM V əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə
artmışdır. Bu azərbaycanhlann öz torpaqlanna bağlıhğı və onlann içərisində
təbii artım ın üstün olması ilə bağlı idi. Eyni zamanda, yuxandakı qərəzsiz elmi
araşdırm alar, erməni millətçilərinin «Azərbaycanda ermənilərin sıxışdırılmasj»
tezisinin tam am ilə ağ yalan olduğunu və «sıxışdırılma» tezisinin Vilayətdə
yaşayan Azərbaycanlılara aid edildiyini sübuta yetirir.
Beləliklə, 1986-1987-ci illərdə Azərbaycan hökumətinin DQMV-də həyata
keçirdiyi
kompleks tədbirlər nəticəsində, özülü 1970-1985-ci illərdə qurulan
iqtisadi-sosial və mədəni həyat sahələri öz əw əlki tempini qoruyub saxladı.
Vilayətdə yaşayan əhalinin maddi rifahı yuksəlmiş və
onların əmək və məişət
şəraiti yaxşılaşmışdı. Lakin 1988-ci ilin qışmdan başlayaraq DQMV-də
Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları qızışdınldı. Erməni
millətçilərinin təhriki ilə Dağhq Q arabağda ermənilərin mitinq, nümayiş və küçə
yürüşləri başlandt. Bütün bunlar isə iqtisadi və mədəni həyatda böhran
yaranmasma gətirib çıxardı. Uzun illər ərzində Azərbaycanın böyük vəsaiti
407
hesabına yaradılmış sənaye obyektləri, mədəni-məişət müəssisələri erməni
vandalları tərəfmdən dağıdıldı. Sov. İK P M K və SSRİ Nazirlər Soveti guya
DQMV-də iqtisadi və sosial vəziyyəti nizama salmaq üçün «1988-1995-ci illərdə
Azərbaycan SSR-in DQMV-nin sosial-iqtisadi inkişafımn sürətləndirmək
tədbirləri haqqmda» 24 m art 1988-ci il tarixli qərar qəbul etdi.73Əslində bu qərar
ermənilərin separatçıhq əməllərini pərdələməyə yönəldilmişdi və həmin qərarla
Mərkəz Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində atdığı ilk əməli
addım oldu. Adı gedən qərarla Moskva «bir gülləyə iki dovşan vurmaq» fıkrində
idi. Bir tərəfdən, mərkəz özünü elə göstərməyə çalışırdu ki, guya regionlarda baş
verən hadisələr onları daha çox narahat edir və onun aradan qaldırılması üçün
əlindən gələni əsirgəmir. İk in d .bir tərəfdən isə, mərkəzdə əyləşən erməni
millətçiləri bu qərarı qəbul etdirməklə bütün dünyaya sübut etmək istəyirdilər ki,
Qarabağ ermənilərinin vəziyyəti o qədər ağırdır ki, sovet hökuməti belə bir xüsusi
qərar qəbul edir. Lakin yuxandakı göstərdiyimiz faktlar, statistik rəqəmlər
Dağlıq
Qarabağda
yaşayan
ermənilərin
soial-
iqtisadi
vəziyyətlərinin
Azərbaycanm digər regionları ilə müqayisədə üstün olduğu faktlarla göstəril-
mişdir. Erməni millətçilərinin ortaya atdıqları «sosial-iqtisadi gerilik» konsep-
siyası yalnız bəhanə idi.
Dostları ilə paylaş: |